“Allah iman gətirənlərə isə Fironun zövcəsini (Asiyə bint Məzahimi)
misal çəkdi. O zaman o: Ey Rəbbim! Mənim üçün Öz dərgahında -
Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni
zalım qövmdən xilas et! – demişdi.”
(Təhrim surəsi, 11)
Rəvayətə görə Asiyə anamız, bu duanı ona işgəncə veriləndə etmişdir.
Bu əsnada ona:
–Başını qaldır,-deyə ilham olundu.
O da başını qaldırıb göyə baxdıqda, gözündən pərdələr qaldırılmış və
ona, cənnətdə onun üçün hazırlanmış ağ incili köşkü göstərilmişdi. Artıq o,
təbəssümlərlə köşkünü seyr edir, heç bir acı duymurdu.
Qüllə
Musa (əleyhissəlam), Tövhid əqidəsini təbliğ etdikcə möminlər çoxalır
buna qarşı Fironun hirsi və zülmü də artırdı. Firon böyük bir qüvvə sərf
edərək möhtəşəm bir qüllə hazırlamışdı. Bu qüllə yeddi ildə tamamlanmışdı.
Bu qülləyə minik heyvanları ilə çıxılırdı.
Firon, bu qüllənin təpəsinə çıxıb, guya Musanın Allahı ilə görüşəcəkdi.
O, Tövhid əqidəsini bilmədiyi üçün zehnindəki tanrı təsəvvürü, bəşəri
aləmdəki şəkillərlə məhdudlaşırdı. Bu bir antropomorfist anlayışı idi.
Həmim səbəbdən Firon, Allahı insan xüsusiyyətləri ilə şəkilləndirərək
təsəvvür etməkdə idi. Bu eynilə Qədim Yunan dinlərindəki yer tanrısı, göy
tanrısı, eşq tanrısı kimi inanca sahib çox tanrınlı dinlərin tanrı təsəvvürlərinə
bənzəyirdi.
Firon, bu qüllədən səmalara baxacaq və Musanın Rəbbinə rast
gəlmədiyini xalqa yayacaqdı. Ayrıca, “Biz, bunca gücümüz, texniki
imkanımızla göylərə bir yol tapıb çata bilmədik. Musa oralara necə çıxmış,
hələ bizə xəbər də gətirmişdir!”-deyərək ortalığa fitnə yayacaqdı. Ayəti-
kərimədə buyrulur:
42
MN
“Firon (istehza ilə) dedi: Ey Haman! Mənim üçün bir uca qəsr tik
ki, bəlkə, yollara yetişim – Göylərin yollarına (yetişim) və Musanın
Allahını görüm (Ona vaqif olum). Doğrusu, mən onu yalançı sayıram!”
Firona pis əməli beləcə yaxşı göstərildi. O, (haqq) yoldan çıxarıldı.
Fironun hiyləsi ancaq boşa çıxdı. (Firon xeyli xərc çəkib uca bir bina tik-
dirdi. Musanı təkzib etmək üçün cürbəcür vasitələrə əl atdı, lakin bunların
hamısı hədər getdi. O, Musaya heç bir şey edə bilmədi).”
(Mumin surəsi, 36-
37)
Rəvayətə görə, Allah Təala Cəbrailə (əleyhissəlam) əmr etdi. O da
qanadları ilə qülləyə vurdu və qüllə üç parçaya ayrıldı. Tuğla və kirəmit
bişirənlərlə birlikdə minlərlə əsgər öldü.
Firon, bu işdə də müvəffəq ola bilməyəndə qızğınlığı şiddətləndi.
Qiptilərin siptilərə olan zülmü də son həddə çatdı:
“Firon tayfasının əyan-əşrafı dedi: Musanı və tayfasını fitnə-fəsad
törətmək, həm səni, həm də sənin tanrılarını atıb getmək üçünmü
buraxacaqsan? (Firon onlara) belə cavab verdi: Biz onların oğullarını
(erkəklərini) öldürəcək, qadınlarını isə (bizə xidmət etmək üçün) diri
Fironun Qalasının maket şəkili
43
MN
saxlayacağıq. Biz onlara, mütləq, qələbə çalacağıq! (Onlar əvvəlki kimi
yenə əlimizin altında olacaqlar!) ”
(Əraf surəsi, 127)
İsrail oğulları, bu vəziyyəti Həzrət Musaya (əleyhissəlam) şikayət
etdilər. O da onlara səbir etməyi tövsiyə etdi:
“Musa öz tayfasına: Allahdan kömək diləyin və səbir edin. Yer
üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət
(dünyada zəfər, axirətdə yüksək məqamlar) müttəqilərindir! – dedi.”
(Əraf
surəsi, 128
)
Lakin qövmü, Həzrət Musaya (əleyhissəlam) təhər etməyə başladı.
Onlar səbirsizlik göstərərək, Peyğəmbərlərin yükünü və məşəqqətini
artırırdılar:
“(Musaya iman gətirənlər) dedilər: Sən bizə peyğəmbər
gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik! (Musa onlara
belə) cavab verdi: Bəlkə də, R
əbbiniz düşməninizi məhv edib sizi
yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə (özünüzü necə
apardığınıza) baxacaq!”
(Əraf surəsi, 129)
Beləcə Allah, istiqbalın, inananların olacağına işarə etmişdir.
Qibtilər zülmlərinə davam edirdilər. Həzrət Musa, bu zülmün sona
yetməsi üçün dua etdi. Bunun üstündə müsibət əlamətləri dalbadal gəldi
və qibti qövmü üzərinə bəlalar bir-bir yağmağa başladı:
“Biz Firon əhlini (illərlə) qıtlığa, quraqlığa və məhsul çatışmazlığına
məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar!”
(Əraf surəsi, 130)
“Onlara bolluq qismət olduğu zaman: “Bu bizim (haqqımızdır) !”
- deyər, bir pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi)
Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına
gələn uğursuzluq (nəhslik) Allahdandır, lakin onların əksəriyyəti
(bunu) bilməz!”
(Əraf surəsi, 131)
Ayrı-ayrı möcüzələr
“(Firon adamları Musaya) dedilər: Sən bizi ovsunlamaq üçün nə
möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!”
(Əraf surəsi, 132)
“Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və
həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə)
qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb
kafir bir tayfa oldular.”
(Əraf surəsi, 133)
44
MN
Qibtilər, müsibətləri gördükdə Həzrət Musaya “Böyük alim!”-deyə
xitab etməyə başladılar. Müsibətlər qalxınca da üsyanlarına davam etdilər
və “bunlar onsuz da keçici idi”-dedilər.
Bəlalar, zülm son həddə çıxdıqda gəlməyə başlayar. Ayəti-kərimədə
də bildirildiyi kimi qiptilərin zülmü son həddə çıxdığı zaman üstlərinə bir
çox müsibətlər yağmağa başlamışdır.
1. Tufan
Allah Təala şiddətli yağışlar yağdırdı. Su hər tərəfi ağzına aldı. Elə ki,
qiptilərin evləri su ilə doldu, boyunlarına qədər suya qərq oldular, oturanlar
boğuldu. Az qalmış ki məhv olsunlar. Ancaq sibtilərə heç bir şey olmurdu.
Qiptilər dərhal Həzrət Musanın (əleyhissəlam) hüzuruna qaçdılar:
“Ey Musa! Rəbbinə dua et, əgər bu bəla aradan qalxarsa sənə
iman edərik və istədiyinizi etmək üçün həm sənə, həm də qövmünə izin
verəcəyik”-dedilər.
Musa (əleyhissəlam) dua etdi və sular çəkildi. Arxasınca böyük bir
bolluq başladı. Qiptilər, yenə üsyan edərək:
45
MN
“Bu su, bizə əzab deyil, kələk imiş! Ötüb-keçəcəkmiş! Bunlar, Musanın
duası ilə olmadı”-dedilər.
2. Çəyirtkə
Buna görə Haqq Təala onların üstünə çəyirtkə sürüləri göndərdi. Bu
çəyirtkələr, bütün əkinləri və bitkiləri yeyib axırına çıxdı. Nə varsa xarab
etdilər. Ancaq İsrail oğullarına bir zərər vermədilər. Qiptilər yenə Həzrət
Musanın yanına gəldilər:
–Ya alim! Bizə dua et; biz də sənin gətirdiklərini qəbul edək və sənə
iman edək,-dedilər.
Musa (əleyhissəlam) da dua etdi və əzab aradan qalxdı.
Üstlərindən əzabın qalxdığını, çəyirtkələrin getdiyini görərək rahat-
lanan qiptilər, yenə sözlərində durmadılar və üsyanlarına davam etdilər.
3. Bit və birə
Bunun üstündə Haqq Təala, onlara bit və birələri müsəllət (hakim)
etdi. Yemək yeyərkən qabları bit və birə ilə dolardı. Bu, onlar üçün böyük
bir bəla idi. Yenə Həzrət Musaya (əleyhissəlam) qaçdılar. Həzrət Musa
da dua etdi. Beləcə bu müsibətdən də qurtardılar. Lakin yenə üsyana
döndülər.
4. Qurbağalar
Bu bəla da onları ayıltmadıqda Musa (əleyhissəlam), Nil çayına getdi.
Əsası ilə çaya toxununca oradakı bütün qurbağalar Misiri işğal etdi. Yemək
qablarına qədər hər yer qurbağalarla doldu. Qiptilər təkrar Həzrət Musaya
(əleyhissəlam) xahişə gəldilər:
“–Ey alim! Artıq həqiqətən peşman olduq”-dedilər.
Həzrət Musanın (əleyhissəlam) duası ilə bu müsibət aradan qalxan
kimi, yenə əvvəlki davranışlarını davam etdirdilər.
5. Qan
Qibtilərin heç cür ağıllanmadıqlarına görə Allah Təala, Nil çayının
sularını qana çevirdi. Onlar içəcək su tapmadılar. Nil çayı, siptilər içərkən
və istifadə edərkən əsl saflığını qoruyur; qiptilər yaxınlaşdıqda isə qana
46
MN
dönürdü. Yenə qaçıb Həzrət Musaya yalvardılar. Bu müsibət də üstlərindən
qaldırıldı. Ancaq yalançı və nankor qiptilər yenə üsyanlarına qayıtdılar.
Mövlana Cəlaləddin Rumi, Nil çayının qan halına gəlməsi hadisəsini
Məsnəvisində nə gözəl ifadə etmişdir:
“Bir qipti hərarətdən qovrularaq bir siptinin evinə gəldi:
-Mən sənin dostun və qohumunam. Bu gün, sənə bərk ehtiyacım var.
Özün üçün Nildən bir tas su doldur ki, bu köhnə dostun sənin əlindən su
içsin!
Özün üçün doldursan, içindəki qan olmaz. Sehrdən azad və təmiz
olar, deyə uzun-uzadı yalvardı. Sipti də qiptinin möcüzəni dərk etməsi
üçün Nildən bir tas su doldurdu. Ağzına aparıb yarısını içdi. Sonra tası
siptiyə uzatdı və:
–Haydı iç!-dedi.
Qipti, sevinərək tası ağzına götürdü. Lakin su, qıpqırmızı qan halına
gəlmişdi. Bunun üstündə sipti, tası öz tərəfinə çevirincə qan, saf su halına
döndü. Qipti buna hirsləndi. Hiddəti keçincəyə qədər oturdu. Sonra siptiyə
döndü və:
Ey qardaş! Bu düyün necə açılır? Bunun sirri nədir?-dedi.
Sipti: Nilin bu şirin və saf suyunu ancaq Musanın dininə inananlar içə
bilər. Sən də Fironun yolundan ayrılıb Musa yoluna girərsən, yalnız o za-
man bu suyun saflığına və ləzzətinə qovuşa bilərsən!-dedi.
Sipti, qiptiyə nəsihətə davam edərək belə dedi:
Ay ilə dost ol ki, mehtabı görəsən! (Burada aydan məqsəd, Musa
(əleyhissəlam), mehtab isə ilahi həqiqətlərdir.)
Allahın ixlaslı qullarına qarşı olan kinin, səni kor və kar edərək onlarla
sənin arana minlərlə pərdə asmışdır!
Azğınlıq və küfr vadisində kor-koranə dolaşır, həqiqətlərə kor
qalırsan!
Dağ kimi olan küfrünü istiğfar ilə ərit ki, hidayət tapasan! O zaman
mərifəti tapanların qədəhlərindən sən də nəsibini alarsan!
Allah (Cəllə Cəlaluh) Nilin suyunu kafirlərə haram qılınca, sən bir hiylə
ilə, yəni məni vasitə qılaraq onu necə içə bilərsən?
47
MN
Ey qipti! İlahi əmri tərk edərək kafirlərə saf su olmağa, Nilin nə həddi
var?”
Bütün bu təcəllilər qarşısında Firon, hər əczə düşdüyündə:
“Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini (köməyə)
çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer
üzündə fitnə-fəsad törədəcəyindən qorxuram.”
(Mumin surəsi, 26)
Fironun bu şəkildə danışması, Həzrət Musanı (əleyhissəlam) öldürmə
məsələsində ətrafındakılar tərəfindən əngəlləndiyinə işarə edir. Çünki
ətrafındakılar Firona:
“–Bu sənin qorxacağın bir kimsə deyildir. Sən tanrısan! Əgər onu
öldürsən, xalqın qəlbinə şübhə salmış olarsan! Hər kəs sənin, Musanın
möcüzələri qarşısında aciz olduğunu düşünər”-deyirdilər.
Bununla bərabər Fironun sözləri, onun Həzrət Musadan nə dərəcədə
qorxduğunu göstərir. Əslində Firon, Həzrət Musanın (əleyhissəlam)
peyğəmbər olduğunu iç dünyasında qəbul edirdi. Ancaq qüruru, kibri
və kor inadı, onun iman etməsinə mane olurdu. Fironun bu hərəkətləri
qarşısında:
“Musa dedi: Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür
sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha
pənah aparıram!”
(Mumin surəsi, 27)
Bu səbəbdən, təfsir alimlərindən bir qismi, bu qədər möcüzələrdən
sonra Fironun hələ də üsyan etməsindəki hikməti, Həzrət Musanın
(əleyhissəlam) duasında gedən sözlərdə tapırlar. Çünki “axirətə iman
etməmək” və “çox kibrli olmaq” insanı iman etməkdən çəkindirən ən
mühüm ünsürlərdir.
Çünki kibrli şəxs, hər kəsi özündən aşağıda görmək istəyir. Bu
səbəbdən kibr, Hədisi-Şəriflərdə böyük bir günah olaraq zikr edilir:
“Bir kimsəyə günah olaraq, müsəlman qardaşına həqarətlə
baxmağı yetər!”
(Müslim, Birr, 32; Əbu Davud, Ədəb, 35; Tirmizi, Birr, 18)
Digər bir rəvayətdə isə belə buyrulmuşdur: “Qəlbində xardal dənəsi
qədər iman olan bir kimsə cəhənnəmə girməz. Qəlbində xardal dənəsi
qədər kibr olan kimsə də cənnətə girə bilməz. ”
(Müslim, İman, 147)
Həzrət Loğmanın (əleyhissəlam) oğluna kibr və qürurla əlaqəli nəsihəti
də nə qədər gözəldir. O: Ey oğul:
48
MN
“Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa
gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb
fəxr edəni sevməz!”
(Loğman surəsi, 18)
İsra surəsinin 37-ci ayəti-kəriməsində də belə buyrulur:
ﹰﻻﻮ ﹸﻃ ﹶلﺎﹶﺒﹺﺠﹾﻟا ﹶﻎﹸﻠﹾﺒﹶﺗ ﻦﹶﻟﹶو ﹶضﹾرﹶﻷا ﹶقﹺﺮ ﹾﺨﹶﺗﻦﹶﻟ ﹶﻚﻧﹺإﺎﹰﺣﹶﺮﹶﻣ ﹺضﹾرﹶﻷا ﹺﻓ ﹺﺶﹾﻤﹶﺗﹶﻻﹶو
“Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara
bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən”
Allah Təala, kibr və qürur bataqlığına düşən Firon və təbəəsinin
cəzalandırılma hikmətini belə bəyan edir:
“Onlara bir-birindən böyük olan möcüzələr göstərdik, onları
əzabla yaxaladıq (cürbəcür müsibətlərə düçar etdik) ki, bəlkə, (haqq
yola) qayıdalar!”
(Zuxruf surəsi, 48)
Bəlalarla tərbiyə edilən bu millət, sıxıntı və bəla anlarında quzu kimi,
digər zamanlarda qurd kimi olurdular. Onların bu qərarsız davranışlarını
və sözlərində durmamaqlarını, Allah Təala belə açıqlayır:
“Onlara əzab gəldikdə dedilər: Ya Musa! (Allahın sənin dualarını
qəbul etmək və peyğəmbərlik vermək barəsində) səninlə olan əhdi
hörmətinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə,
biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə
(istədikləri yerə) göndərəcəyik.”
(Əraf surəsi, 134)
“Onlar dedilər: Ey sehrbaz! (Dualarını qəbul edəcəyi barədə)
səninlə olan əhdi hörmətinə Rəbbinə bizdən ötrü dua et (ki, bizi
bəladan qurtarsın) . Biz mütləq doğru yola gələcəyik!”
(Zuxruf surəsi, 49)
“Biz onları əzabdan qurtaran kimi sözlərindən döndülər.”
(Zuxruf
surəsi, 50)
Fironun səfeh təbliğatı
Həzrət Musanın möcüzələri qarşısında əcziyyətə düşən və xalqının
Tövhid dinini qəbul edəcəyindən qorxan Firon, Nilin kənarında bir qərargah
qurmuşdu. İki il müddətində gəlib keçənlərə:
“–Musaya inanmayın! Tapdığınız ilahlarla bərabər mən də sizin
Rəbbinizəm!”-deyirdi.
49
MN
“Firon öz qövmünə müraciət edib dedi: Ey qövmüm! Məgər Misir
səltənəti, altımdan (saraylarımın altından) axıb gedən bu çaylar mənim
deyilmi?! Məgər (mənim qüdrətimi) görmürsünüzmü?!”
(Zuxruf surəsi, 51)
“Yaxud mən (dili dolaşdığı, kəkələdiyi üçün) az qala (sözünü belə)
aydın deyə bilməyən bir zavallı (aciz) kimsədən daha yaxşı (daha
üstün) deyiləmmi?!”
(Zuxruf surəsi, 52)
Firon, özünün səltənətini, qüdrətini, sərvəti və ehtişamını göstərmək
istəyir; bununla müqayisədə Həzrət Musanın (əleyhissəlam) dilində qüsu-
ru olan, fağır və zəif bir kimsə olduğunu vurğulayır və:
“(Əgər o, doğrudan da, peyğəmbərdirsə) onun üstünə qızıl bilərziklər
atılmalı və onunla birlikdə bir-birinin ardınca (peyğəmbərliyini təsdiq
edən) mələklər gəlməli deyildimi?!”
(Zuxruf surəsi, 53)
deyərək, belə birinin
peyğəmbər olmayacağını iddia edirdi.
Bax beləcə;
“Beləliklə, (Firon) öz qövmünü yelbeyin (yüngül) yerinə qoydu,
onlar da ona itaət etdilər (anlamadılar ki, padşahlıq Allahlığa dəlalət
etməz və yoxsulluq da peyğəmbərliyə mane ola bilməz) . Həqiqətən, on-
lar (Allahın itaətindən çıxmış) fasiq bir qövm idilər!”
(Zuxruf surəsi, 54)
Misirdən Çıxma
Firon və adamları, heç cür iman etmədikləri kimi, dünyəvi üstünlüklərinə
də güvənərək inananlara zülm edirdilər. Axırda Musa (əleyhissəlam), onlar
haqqında bəddua etmək məcburiyyətində qaldı:
“Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və əyan-əşrafına dün-
yada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! (Bu sərvəti on-
lara bəndələrini) Sənin (haqq) yolundan azdırmaq üçün verdin? Ey
Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə
(sərtləşdir) ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!” (Yunus
surəsi, 88)
“(Allah) buyurdu: “Hər ikinizin duasını qəbul etdim. Siz (öz
dəvətinizdə və təbliğinizdə) sabitqədəm olun və cahillərin yoluna
uymayın!”
(Yunus surəsi, 89)
Bundan sonra, hər qipti ailəsinə ayrı-ayrı müsibətlər gəlməyə başladı.
Quraqlıq başladı. Qipti xalqında dəri xəstəliyi baş qaldırdı. Buna görə
Firon, məcbur qalaraq Bəni İsrailin Misirdən çıxmasına icazə verdi. An-
caq, təhlükə keçdikdə hər zaman olduğu kimi yenə icazəsindən dönəcəyi
mütləq baş verəcəkdi.
Allah Təala buyurur:
“(Sonra) Musaya belə vəhy etdik: Qullarımla birlikdə (Misiri tərk
edib) gecə yola çıx. Siz, şübhəsiz ki, (Fironun ordusu tərəfindən) təqib
ediləcəksiniz!”
(Şüəra surəsi, 52)
“(İzzət və cəlalıma) and olsun ki, Biz Musaya belə vəhy etdik:
Qullarımla gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə
quru bir yol aç. (Fironun) sizə yetişməsindən qorxma, (suya qərq ol-
maqdan da) əndişəyə düşmə!”
(Taha surəsi, 77)
Musa (əleyhissəlam), Allahın əmrinin tələbinə görə, İsrail oğulları ilə
bərabər Süveyşə doğru gecə vaxtı hərəkət etdi. O sabah Fironun ailəsindəki
bütün qızlar dəhşətli yoluxucu xəstəlik olan “taun”a tutulub öldülər. Onsuz
da qəzəbli olan Fironun, qızların ölümü ilə qəzəbi daha da artdı və:
–Bunları Musa etdirdi! –dedi.
Firon qızların dəfni ilə məşğul olması, Həzrət Musaya uzun bir vaxt
qazandırmışdı. Firon vəziyyəti öyrənəndə, iş işdən keçmişdi.
Vəziyyəti öyrənən Firon təşvişə düşdü:
“Firon şəhərlərə (əsgər) yığanlar göndərdi. (O, belə deyirdi:)
Şübhəsiz ki, bunlar (İsrail övladı) kiçik bir tayfadır! Onlar (bəzək
şeylərimizi götürməklə, Misiri atıb getməklə) bizi qəzəbləndirmiş
lər.
(Və ya: İsrail oğullarına çox əziyyət verdiyimizə görə onlar bizə qarşı
qəzəblidirlər) . Biz isə qüvvətli (yaxşı silahlanmış, yaxud ayıq-sayıq, işimizi
bilən) bir camaatıq!”-deyərək əsgərlərini cəsarətləndirirdi.
(Şüəra surəsi
53-56)
“(Firon və əsgərləri) günəş doğduqda onların (İsrail oğullarının)
arxasınca düşdülər.”
(Şüəra surəsi 60)
“İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı
dedi: (İşimiz bitdi!) Artıq yaxalandıq!”
(Şüəra surəsi 61)
“(Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol
göstərəcəkdir!”
(Şüəra surəsi 62)
Həzrət Musanın (əleyhissəlam) önündə Qırmızı dəniz, arxasında Fi-
ronun ordusu var idi.
50
MN
51
MN
Qırmızı dəniz: Salamat və fəlakət dəryası
Haqq Təala belə buyurur:
“Onda Musaya belə vəhy etdik: Əsanla dənizə vur!” (Musa əsasını
dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq
olaraq on iki hissəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi
oldu.”
(Şüəra surəsi 63)
İki tərəfi dağ kimi olan, suların arasındakı yollardan İsrail oğulları
keçməyə başladı. Hətta İsrail oğulları Həzrət Musaya:
–Ya Musa! Aramızda pəncərələr aç ki, bir-birimizi seyr edək! –
dedilər.
Musa (əleyhissəlam) dua etdi. Dalğaların arasında pəncərələr açıldı.
Keçərkən bir-birlərini görməyə başladılar.
Firon istidrac
6
sahibi idi. Ordusuna çevrilərək:
Firon və əsgərlərini ağuşuna alaraq boğmuş dəli dalğaların təxəyyül rəsimi
6. İstidrac: Kafir və fasiqlərdə görünən xariqüladə, fövqəladə inkişaf hallardır. Bu hallar,
onları aldadaraq məhvə sürükləyir.
52
MN
–Dənizə baxın, dedi. Məndən əvvəl yürüyüb gedən kölələrimə ye-
tişməyim üçün heybətimdən necə yarıldı və yollar halına gəldi! Onların
hamısını öldürəcəyəm! Yürüyün dənizə, dedi. Firon, dənizin yarılmasının
Həzrət Musanın (əleyhissəlam) möcüzəsi deyil, öz istidracı kimi görürdü.
Lakin bir anlıq qorxub tərəddüd etdi, əl çəkməyi düşündü. O əsnada
Cəbrail (əleyhissəlam) ağ bir at üstündə onların önlərində bəlirdi və:
–Haydı, yürüyün-dedi.
Mikail (əleyhissəlam) da Fironun ordusunun arxasına keçərək,
geridəkilərə:
–Haydı, geridə qalmayın; yürüyün, deyə dəstək verdi.
Beləcə bütün ordu hərəkətə keçdi. Bu məsələni Allah Təala belə
bəyan edir:
“O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə
topladıq) .”
(Şüəra surəsi 64)
Həzrət Musa və qövmünün arxasınca, Firon və ordusu da dənizə
açılan yollara girdilər. Lakin əngin suların ilahi qəhr təcəllilərində pərişan
oldular.
“Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O biriləri
(Firon tayfasını) isə suya qərq etdik.”
(Şüəra surəsi 65-66)
“Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları (on-
lara etinasız yanaşdıqları) üçün (Firon əhlindən) intiqam alaraq onları
dənizdə batırdıq.”
(Əraf surəsi, 136)
“Və onları sonradan gələnlərə misal və ibrət dərsi etdik.”
(Zuxruf
surəsi, 56)
“Şübhəsiz ki, bunda (Musanın bu hekayətində) bir ibrət vardır.
Lakin onların (Firon tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə
müşriklərinin) əksəriyyəti iman gətirmədi.”
(Şüəra surəsi, 67)
Allahın lütfü ilə Bəni İsrailin hamısı azad oldu. O gün Məhərrəmin 10-
cu günü idi. Şükür orucu tutuldu. Allah Təala onlara olan bu ehsanını ayəti-
kərimədə belə xatırladır:
“(Ey İsrail oğulları! Yadınıza gətirin o vaxtı ki) Firon əhli sizə
(babalarınıza) ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı
boğazlayıb, qadınlarınızı (kəniz etmək məqsədilə) sağ buraxdıqları za-
man Biz sizi onların əlindən xilas etdik. Bunlarda (sizdən ötrü) Rəbbiniz
tərəfindən böyük bir imtahan var idi.”
(Bəqərə surəsi, 49)
53
MN
“(Yadınıza salın ki) Biz sizdən ötrü dənizi yarıb sizə nicat verdik və
Fironun adamlarını siz baxa-baxa suda qərq etdik.”
(Bəqərə surəsi, 50)
Dostları ilə paylaş: |