Osman Nuri Topbaş 5 mn ön söz nəbilər silsiləsi dərs


pislik edə bilməyəcəklər. Siz də, sizə



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix31.01.2017
ölçüsü2,91 Mb.
#6965
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   28

pislik edə bilməyəcəklər. Siz də, sizə (iman gətirib) tabe olanlar da (Fi-
rona və əyanlarına) mütləq qalib gələcəksiniz!” 
(Qəsəs, 35) 
buyurmuşdur. 
Ancaq Firona təbliğə gedərkən diqqət edilməsi lazım gələn həddi belə 
xatırlatmışdı:
“Sən və qardaşın möcüzələrimlə gedin və  Məni zikr etməkdə 
zəiflik göstərməyin. (Bu sizin ürəyinizə mətanət, dizinizə qüvvət verər).”  
(Taha surəsi, 42)
 
Haqq Təala, Həzrət Musa və Haruna (əleyhissəlam) peyğəmbər 
olduqları halda Onu zikr etmələrini əmr etdiyinə görə bu İlahi əmrin, bizim 
üçün nə qədər əhəmiyyətli olduğu aşkardır. Qəlbi tərbiyə, hər mömin üçün 
zəruridir. İman cövhərinin mərkəzi qəlb olduğu kimi, zikr cövhərinin mərkəzi 
də qəlbdir. Çünki həqiqi qulluq, zikr qəlbə yerləşdiyi zaman başlayar. Bu 
cəhət Qurani-Kərimdə belə ifadə edilmişdir:
“O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə 
aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr 
etməklə aram tapar!” 
(Rəd surəsi, 28)
Nisa surəsinin 28-ci ayəti-kəriməsində buyrulduğu kimi, insan zəif 
yaradılmışdır. Dini duyğular qəlbdə yüksəldikcə nəfsani arzular uzaqlaşır. 
Din, insanı şəkil planında görmək istəməz. Çünki insan, uca bir varlıqdır, 
ülviləşmə tələb edər. Ruhi həyata keçilmədən, zərif, həssas və incə ruhlu 
bir müsəlman ola bilmək mümkün deyildir. Haqq Təala, ibadətlərin yalnız 
şəklən edilməsini arzu etməz. Məsələn namazın, xüşu (qəlbi ləzzət) ilə 
qılınmasını murad edər. Ayəti-kərimədə buyrulur:
“Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla 
mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!) O kəslər ki, namazlarında 
(hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) 
müti olub (Ona) boyun 
əyərlər! (Allahın qarşısında kiçilərlər!)
 (Muminun surəsi, 1-2)
Əks halda Haqq Təala, qəlbi həyatdan uzaq bir namazı istəməz:
“Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından 
qafildirlər
(səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında 
qılmazlar).” buyurur. 
(Maun surəsi, 4-5)
Yenə Haqq Təala, ruhunu zikrlə ülviləşdirməyən kimsələr haqqında 
ayəti-kərimədə belə buyurur:

31
MN
 “…Elə isə vay qəlbləri Allahın zikrinə (Qurana) qarşı sərt olanların 
halına! Onlar (haqq-yoldan) açıq-aydın azmışlar.”  
(Zumər surəsi, 22)
Qəlbi, nəfsi afətlərdən qorunmaq üçün zikr zəruridir. Çünki, kəsif 
(günah dolu) qəlblə  Lətif olana (Haqq Təalaya) yaxınlaşmaq mümkün 
deyildir.
 
Həzrət Musa və  Həzrət Harun, Nil çayının kənarında görüşüb 
qucaqlaşdılar. Həzrət Musa, qardaşına:
“–Haydı Fironun yanına gedək, Allah (Cəllə  Cəlaluh) bizi bununla 
vəzifələndirdi.” – dedi.
Sonra ikisi birlikdə:
“Onlar: “Ey Rəbbimiz! (Fironun möcüzə göstərməyimizə hövsələsi 
çatmayıb) bizə şiddətli cəza verməsindən və ya azğınlaşaraq həddini 
aşmasından (dikbaşlıq etməsindən) qorxuruq!” – dedilər.” 
(Taha surəsi, 45)
“(Allah)  buyurdu: Qorxmayın, Mən də sizinləyəm,  (hər  şeyi) 
eşidirəm və görürəm!” 
(Taha surəsi, 46)
“Fironun yanına gedib belə deyin: Biz aləmlərin Rəbbinin 
peyğəmbərləriyik!  İsrail oğullarını bizimlə birlikdə  (Şama)  göndər!” 
(onlara əzab-əziyyət vermə!) 
(Şüəra surəsi, 16-17)
Ancaq Allah Təala, bu təbliği edərkən diqqət ediləcək bir məsələni də 
belə bildirdi:
“Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud 
(Rəbbindən) qorxsun!” 
(Taha surəsi, 44)
Haqq Təala, Fironun Tövhid əqidəsinə  gəlməyəcəyini bildiyi halda, 
Həzrət Musaya (əleyhissəlam), ona qarşı “ləyyin” (yumşaq) bir dil istifadə 
etməsini  əmr edir. Bu təlimat, Həzrət Musanın  şəxsində bütün “əmri 
bil məruf və  nəhyi  ənil münkər” edən (yaxşılığı  əmr edən, pisliklərdən 
çəkindirən) möminlərədir.
Yenə bu cəhətlə  əlaqəli olaraq Haqq Təala, Həzrət Peyğəmbərin 
(səllallahu  əleyhi və  səlləm) yumşaq xasiyyətli olmasını  və  təbliğ meto-
dunu, ayəti-kərimədə belə tərifləmişdir:
(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən 
qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt 

32
MN
ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq 
sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla 
məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən 
Allah (Ona) təvəkkül edənləri sevər!” 
(Ali-İmran surəsi, 159)
Axmaq Firon
Həzrət Musa və  Həzrət Harun, ilahi əmrə  əsasən Fironun yanına 
getdilər. Firon Həzrət Musaya (əleyhissəlam):
–Sən kimsən? –dedi. O da:
–Mən, aləmlərin Rəbbinin elçisiyəm! Cavabını verdi.
Firon çox təəccübləndi və əvvəlcədən etdiyi yaxşılıqları başa qaxaraq 
Həzrət Musanı günahlandırdı:
–Sən, mənim sarayımda böyüdün və çörəkçimi öldürdün. İndi də belə 
bir işə qalxırsan? –sualını verdikdən sonra belə dedi: 
“Biz səni körpə uşaqkən yanımıza alıb böyütmədikmi? Sən illərcə 
yanımızda qalmadınmı? Axırda elədiyini də elədin  (bir qibtini vurub 
öldürdün). Sən nankorun birisən!” 
(Şüəra surəsi, 18-19)
Musa (əleyhissəlam) dedi ki:
–Mən qibtini qəsdən öldürmədim!
(Musa)  dedi: “Mən onu edərkən cahillərdən idim. (Mənə  hələ 
peyğəmbərlik bəxş edilməmiş, Tövrat nazil olmamışdı). Buna görə  də 
sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət  (peyğəmbərlik) 
ehsan buyurdu və  məni  şəriət sahibi olan peyğəmbərlərdən etdi. 
Boynuma minnət qoyduğun bu nemət də (məni sərbəst buraxıb) İsrail 
oğullarını (özünə) qul etdiyinə görədir. (İsrail övladını kölə etdiyin halda, 
məni öz yanına alıb böyütdüyünü başımamı qaxırsan?) 
(Şüəra surəsi, 20-22)
Musa (əleyhissəlam) davam edərək:
–Bax, sən məni ailəmdən ayırdın və mənə zülm etdin; lakin daha son-
ra Rəbbim mənə elm, hikmət verdi və məni peyğəmbər etdi,-dedi.
Lakin:
(Firon:) Elə isə Rəbbiniz kimdir, ya Musa? – deyə soruşdu. (Musa) 
belə cavab verdi: Rəbbimiz hər şeyə Öz xilqətini verən, sonra da ona 
doğru yolu göstərəndir!” 
(Taha surəsi, 49-50)

33
MN
Sonra:
(Musa:) Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin 
və onlar arasında olanların (bütün məxluqatın) Rəbbidir! – deyə cavab 
verdi.” 
(Şüəra surəsi, 24)
(Firon) soruşdu: “Bəs əvvəlki nəsillərin halı necədir?” 
(Taha surəsi, 
51)
(Musa) belə cavab verdi: Onlara dair bilik yalnız Rəbbimin 
dərgahında olan bir kitabdadır (lövhi-məhfuzdadır). Rəbbim (heç bir 
şeydə) xəta etməz və (heç bir şeyi) unutmaz!”
 (Taha surəsi, 52)
(Firon) ətrafındakılara: “Eşitdinizmi?” – dedi.” 
(Şüəra surəsi, 25)
(Musa) dedi: O sizin də, ulu babalarınızın (keçmiş atalarınızın) da 
Rəbbidir!” 
(Şüəra surəsi, 26)
(Firon ətrafındakılara:) Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, 
divanədir!” – dedi.” 
(Şüəra surəsi, 27)
(Musa) dedi: Əgər (ağıllı-başlı) düşünə bilirsinizsə, (anlayın ki) O, 
şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!” 
(Şüəra 
surəsi, 28)
Firon bundan sonra Musa və Harun (əleyhissəlamı) işgəncəli bir ölüm 
forması olan həpslə təhdid etdi. 
(Firon:) Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dus-
taq edəcəyəm! – dedi.” 
(Şüəra surəsi, 29)
(Musa) dedi: Əgər sənə (dediklərimin doğru olduğunu sübut edəcək) 
açıq-aşkar bir şey (dəlil) gətirsəm necə?” 
(Şüəra surəsi, 30)
Bu dəfə:
(Firon) Əgər doğru deyirsənsə, di onu gətir!” – dedi.” 
(Şüəra surəsi, 
31)
(Musa)  əsasını (yerə)  atan kimi, o dərhal açıq-aşkar bir əjdaha 
oldu.” 
(Şüəra surəsi, 32)
Firon bundan çox qorxdu:
–Nə olar, onu tut, bütün İsraili sərbəst buraxacağam! –dedi.
Musa (əleyhissəlam) da əsanı əlinə aldı. O, yenidən əvvəlki şəklinə 
döndü.

34
MN
Firon soruşdu:
–Başqası da var mı?
Musa (əleyhissəlam):
“Sonra  əlini  (qoltuğunun altından, yaxud qoynundan)  çıxarar-
çıxartmaz o, baxanlara ağappaq göründü (parlaq bir nur kəsildi).” 
(Şüəra 
surəsi, 33)
Firon yenə çox qorxdu. Bu möcüzələrdən sonra o, harada isə Həzrət 
Musaya (əleyhissəlam) iman edəcəkdi. Lakin vəziri Haman, buna mane 
oldu və onu təhrik edərək:
–Sən tanrısan! Başqasına qulluq etmək sənə yaraşmaz! Həm, hər 
kəs səni tanrı bilir; sən tanrılıqdan qulluğa enmə, biz buna bir çarə taparıq, 
dedi.
Tələm-tələsik bir heyət quruldu. İclas edildi:
(Firon)  ətrafındakılara dedi: Şübhəsiz ki, bu, çox bilikli bir 
sehrbazdır! O öz sehri ilə sizi (qorxudub)  yurdunuzdan çıxartmaq 
istəyir. Nə buyurursunuz? (Nə edək?) 
(Şüəra surəsi, 34-35)
Möcüzə ilə sehrin müsabiqəsi
Həzrət Musanın göstərdiyi möcüzələr, Fironun məkrli duyğularını alt-
üst etmiş, beləcə o, tanrılıq davasını bir tərəfə buraxıb  ətrafındakı irəli 
gedənlərdən fikir almağa məcbur qalmışdı.
“Onlar dedilər: Onu və qardaşını bir qədər gizlət və  şəhərlərə 
də adamlar (yığanlar)  göndər ki, bütün bilikli (bacarıqlı)  sehrbazları 
(toplayıb) sənin yanına gətirsinlər!” 
(Şüəra surəsi, 36-37)
O dövrdə sehrbazlıq çox inkişaf etmişdi. Firon, Həzrət Musanı məğlub 
edəcək bir sehrbaz çıxacağına ümid edərək verilən bu təklifi dərhal qəbul
etdi.
Allah Təala buyurur:
“Biz, ayələrimizin (dəlillərimizin və möcüzələrimizin)  hamısını ona 
(Firona)  göstərdik. Lakin (Firon) onları yalan sayıb (heç birini) qəbul 
etmədi. (Firon) dedi: Ya Musa! Sən sehrinlə bizi öz torpağımızdan 
(Misirdən) qovub çı
xartmağa gəlmisən?”
 (Taha surəsi, 56-57)

35
MN
“Eləcə  də biz sənə eyni ilə onun kimi bir sehr göstərəcəyik. 
Bizimlə öz aranda bir vaxt təyin et. Nə biz, nə də sən vədimizə xilaf 
çıxmayaq. Bu (ikimizə  də)  əlverişli bir yerdə olsun! (Görək kim-kimə 
qalib gələcək!) 
(Taha surəsi, 58)
(Musa) dedi: Sizə verilən vədə sizin bayram gününüz və camaatın 
(bir yerə) toplaşacağı günorta vaxtıdır!”
 (Taha surəsi, 59)
(Bu söhbətdən sonra) Firon dönüb getdi, nəhayət, bütün hiylə (və 
sehr) vasitələrini (sehrbazlarını) yığıb (vəd olunmuş vaxtda həmin yerə) 
gəldi.” 
(Taha surəsi, 60)
“Nəhayət, sehrbazlar məlum bir günün müəyyən vaxtında (bayram 
günü günorta çağı)  yığıldılar. (Fironun xidmətçiləri tərəfindən camaata)
deyildi: Siz də yığılırsınızmı?” 
(Şüəra surəsi, 38-39)
Müsabiqə günü hamı toplaş  mışdı. Xalq, olacaqları izləmək üçün 
səbirsizliklə gözləyirdi. 
“Əgər sehrbazlar (Musaya) üstün gəlsələr, güman ki, biz də on-
lara tabe olarıq!” 
(Şüəra surəsi, 40)
“Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər biz (Musaya) qalib 
gəlsək, yəqin ki, bizə bir muzd (mükafat) veriləcək, elə deyilmi?” 
(Şüəra 
surəsi, 41)
(Firon) dedi: Bəli! Və üstəlik siz (mənə) yaxın adamlar olacaqsı-
nız!” 
(Şüəra surəsi, 42)
Firon soruşdu.
–Yaxşı, Musaya qalib gələ biləcəksinizmi?
Baş sehrbaz belə dedi:
–Biz sehrin son nöqtəsindəyik! Bu işi, yer üzündə bizdən daha yaxşı 
bilən yoxdur! Yəni biz, zirvənin sonundayıq! Beləliklə, göydən pozucu 
bir güc enməsə ona mütləq qalib gələcəyik.  Əlbəttə, biz daha güclü və 
qüvvətliyik!
Musa (əleyhissəlam) isə sehrbazlara xəbərdarlıq etdi:
(Ay yazıqlar!) Vay sizin halınıza! Allaha iftira yaxmayın, yoxsa O, 
sizi əzabla məhv edər. (Allaha) iftira yaxan naümid olar (muradına çat-
maz).”
 (Taha surəsi, 61)

36
MN
Ancaq Firon, sehrbazları ruhlandırmaq üçün Həzrət Musanı onlara 
sehrbaz kimi göstərməyə çalışırdı.
“Onlar öz aralarında öz işləri barədə mübahisə edir və xəlvətcə 
pıçıldaşırdılar.” 
(Taha surəsi, 62)
“Onlar dedilər: Bu ikisi, əlbəttə, sehrbazdır. Onlar öz sehrləri 
ilə sizi yurdunuzdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu 
(dininizi, təriqətinizi)  yox etmək  (əyan-əşrafınızı öz tərəflərinə çəkmək) 
istəyirlər.” 
(Taha surəsi, 63)
Buna görə Musa (əleyhissəlam) belə dedi:
“Ona görə  də bütün hiylə  (sehr)  vasitələrinizi toplayın, sonra 
da  (meydana)  səf-səf gəlin. Bu gün qalib gələn nicat tapacaqdır! 
(Mətləbinə yetişəcəkdir!)
 (Taha surəsi, 64)
Bütün bunlara baxmayaraq sehrbazlar, Həzrət Musaya hörmət və 
nəzakəti əldən buraxmadan:
“Onlar dedilər: “Ya Musa! (Özün seç). Ya sən (əvvəlcə əsanı yerə) 
tulla, ya da biz birinci tullayaq!” 
(Taha surəsi, 65)
“O (Musa) dedi: Xeyr, (əvvəlcə) siz tullayın!…”
 (Taha surəsi, 66)
“Onlar iplərini və  əsalarını yerə atıb: Fironun şan-şövkətinə 
(qüdrətinə) and olsun ki, biz üstün gələcəyik! – dedilər.” 
(Şüəra surəsi, 
44)
“…(Sehrbazlar  əllərindəkini yerə atan kimi) onların sehri üzündən 
birdən  (Musaya)  elə  gəldi ki, onların ipləri və  dəyənəkləri hərəkətə 
gəlib (ilan kimi qarnı üstə) sürünür.”  
(Taha surəsi, 66)
“Musanın canına qorxu düşdü. (O qorxdu ki, camaat sehrlə möcüzə 
arasında fərq qoya bilməyib iman gətirməsin).”
 (Taha surəsi, 67)
“Biz ona belə buyurduq: Qorxma, üstün gələcək mütləq sənsən!” 
(Taha surəsi, 68)
“Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını (bütün 
kəndirləri və  dəyənəkləri bir anda) udsun. Onların düzəltdikləri sehr-
baz hiyləsindən (əfsundan) başqa bir şey deyildir. Sehrbaz isə, hara 
gedirsə getsin, mətləbinə çatmaz!” 
(Taha surəsi, 69)
Bundan sonra Musa (əleyhissəlam), özünü topladı.  İçindəki  əndişə 
itdi və:

37
MN
“Onlar  (əllərindəkini yerə)  atdıqda Musa dedi: Sizin etdiyiniz 
(gətirdiyiniz) hər şey sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Al-
lah fitnə-fəsad törədənləri sevməz!”
(Yunus surəsi, 81)
Ayəti-kərimədən də başa düşüldüyü kimi sehrbazlıq, yalnız aldatma, 
göz bağlama və fəsadçılıqdan ibarətdir.
“Bundan sonra Musa da əsasını (yerə) atdı. (Əsa) dərhal (bir əjdaha 
olub) onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu.”
 (Şüəra surəsi, 45)
Sehrbazların səcdəyə qapanması
Sehrbazlar, Firon və Misir xalqının önündə yerə bir neçə dəyənək və ip 
atmışdı. Onlar da qıvrılıb ilan kimi görünməyə başlamışdı. Ancaq ilahi əmr 
ilə Musa (əleyhissəlam) əsasını atınca o, qoca bir əjdaha olub meydandakı 
bütün sehr alətlərini uddu. Sehrbazlar, bu halın bəşəri bir sənət və mərifət 
deyil, ilahi bir möcüzə olduğunu başa düşdülər. Çünki sehr olsaydı, atılan 
dəyənək və iplər, sehr pozulduğunda yerində qalırdı. Halbuki sehrbazların 
sehrləri pozulub məhv edildiyi kimi, dəyənək və iplər də yoxa çıxmışdı:
“Artıq haqq zahir, olanların uydurub düzəltdikləri yalanlar isə ba-
til oldu.”
(Əraf surəsi, 118)
“Sehrbazlar (bunu görən kimi) səcdəyə qapandılar və dedilər: 
Biz iman gətirdik aləmlərin Rəbbinə! Musanın və Harunun Rəbbinə!” 
(Şüəra surəsi, 46-48)
(Firon) dedi: Mən sizə izin verməmişdən  əvvəl siz ona iman 
gətirdiniz, çünki o, həqiqətdə sizə sehr öyrətmiş olan böyüyünüzdür. 
(Heç eybi yoxdur. Əzabımın nə olduğunu) sözsüz ki, biləcəksiniz. Mütləq 
əl-ayağınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!” 
(Şüəra 
surəsi, 49) 
dedi.
Mənfəətə dayanan birlik və bərabərliyin ömrü də mənfəətlərin ömrü 
qədərdir. Sehrbazlar iman etməyib Fironu dəstəkləməyə davam etsəydilər, 
məqbul şəxslər olacaq, nemətlər içində üzəcəkdilər. Ancaq iman, qəlblərini 
açıb onlara hidayət verilincə, əbədi nemətləri, keçici nemətlərdən üstün 
tutdular və:
(Sehrbazlar) dedilər: Biz heç vaxt səni bizə  gələn bu açıq 
möcüzələrdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm 
edəcəksənsə, et. Sən ancaq bu dünyada hökm edə bilərsən!” 
(Taha 
surəsi, 72)

Sonra:
“Zərəri yoxdur, biz öz Rəbbimizə  tərəf  (Allahın hüzuruna) 
dönəcəyik!” 
(Şüəra surəsi, 50)
Çünki çarpaz kəsiləcək olan əllər və ayaqlar, dünyaya aid bir əzab idi. 
Cəsəd, sonunda torpağa veriləcək bir qurbandır. Cəsəddə fanilik (keçici-
lik), ruhda bəqa (sonsuzluq) xüsusiyyəti vardır. Fani olan, baqi olana tərcih 
edilməz. Bunun üçündür ki sehrbazlar, açıq-aşkar möcüzələri görüncə, 
ayədə buyrulduğu kimi Firona, onun ummadığı bir sifət göstərdilər və:
“–Sənin zülmün bizə bir zərər verə bilməz! Sənin zərərin yalnız bu 
dünyaya aiddir. Axirət səadəti isə əbədidir!” –dedilər.
Davamında da: “Biz, həqiqətən, Rəbbimizə iman gətirdik ki, O 
bizi günahlarımıza və sənin bizi məcbur etdiyin sehrə (sehrlə məşğul 
olmağımıza) görə bağışlasın. Allah (sən Firondan) daha xeyirli və (Onun 
günahkarlara verəcəyi əzab) daha baqidir!” 
(Taha surəsi, 73)
“Biz (sənə tabe olan, yaxud zəmanə  əhli içində Musaya və onun 
təbliğ etdiyi dinə)  ilk iman gətirənlər olduğumuza görə  Rəbbimizin 
xətalarımızı bağışlayacağına ümid edirik!”
(Şüəra surəsi, 51)
Və beləcə Allah Təalaya iltica etdilər:
“…Ey Rəbbimiz! Bizə (bolluca) səbir  əta et və bizi müsəlman 
olaraq öldür!”
 (Əraf surəsi, 126)
Xülasə, sabah kafir şəxsiyyəti ilə müsabiqəyə çıxan sehrbazlar, qısa
bir müddət sonra, qolları və ayaqları çarpaz kəsilmiş halda, mömin, şəhid 
və vəli olma şərəfi ilə Haqq Təalaya  qovuşdular.
Mövlana Cəlaləddin Rumi Həzrətləri, Məsnəvisində sehrbazların 
ülül-əzm peyğəmbərə, Allaha yaxın uca bir qula göstərdikləri iltifat və 
hörmətləri səbəbdən Tövhid əqidəsilə müşərrəf olduqlarını; lakin böyük 
bir peyğəmbərlə müsabiqəyə  çıxma xətaları  səbəbindən də  cəzaya 
uğradıqlarını işari məna ilə izah etmişdir.
Həqiqətən, sehrbazların Həzrət Musaya bir az olsun təzim göstərmələri, 
onları imana qovuşdurmuşdur. Çünki layiq olana məhəbbət; haqq edənə 
düşmənçilik, şəxsin həyatını ülviləşdirən mühüm bir səbəbdir.
Həzrət Mövlana (qüddisə sirruh), bu hadisənin ən dərin yönünü də bu 
şəkildə təhlil edir:
38
MN

39
MN
“Məlun və zalım Firon, sehrbazları imanlarından ötrü ölümlə 
hədələyərək; əlinizi və ayağınızı çarpazlama kəsdirəcəyəm. Sonra yenə 
sizi bağışlamayıb asdıracağam,-demişdi.
Firon, o anda sehrbazların qorxacaqlarını  və titrəyərək ona boyun 
əyəcəklərini zənn etmişdi. Amma Firon bilmirdi ki, o sehrbazlar, qorxu və 
əndişədən qurtulmuşlar, ilahi sirr və həqiqətə vaqif olmuşdular.
Onlar, fələk həvəngdəstəsində yüz dəfə döyülüb un halına gəlsələr be-
lə, artıq kölgələrini özlərindən ayırd etmə ürfan və bəsirətini göstərmişdilər. 
(Yəni ruhun əsl, cəsədin isə bir kölgə olduğunu anlamışlar və bir an öncə 
bu kölgəyə fəda edib əslinə, yəni “fəna fillah”
5
  məqamına çatmışdılar.)
Ey insan! Bu dünya bir yuxu və röyadan ibarətdir. Sən oradakı əyləncə 
və  dəbdəbəyə  əsla aldanma! Əgər yuxuda əlin kəsilsə  və ya vücudun 
dilim–dilim doğransa belə qorxma! Çünki: “Bu dünya röyadan ibarətdir.”-
buyrulmuşdur.”
Maşitə Xatun
O, Fironun qızının xidmətçisi idi. Bir gün Fironun qızının saçlarını da-
ramaq üçün darağı alarkən bismillah çəkdi. Qız bunu eşitdi, dərhal qaçıb 
atasına xəbər verdi.
Firon dərhal Maşitə Xatunu yanına çağırdıb ondan soruşdu. O, içindəki 
iman həyəcanı ilə cəsur bir şəkildə Firona:
“–Sən də bizim kimi fanisən! Necə olur ki, tanrı ola bilirsən?”-dedi.
Firon buna çox hirsləndi:
“–Demək sən də Musaya iman etdin; ona tabe oldun, elə mi?” –dedi.
Arxasınca Maşitə Xatuna işgəncə etdirməyə başladı. Lakin Maşitə 
Xatun, heç bir şeyə baxmayaraq Tövhid əqidəsindən dönmürdü. Buna 
görə onun beş yaşındakı qızını gözünün qabağına gətirdilər:
“–Əgər Fironun tanrılığını qəbul etməsən, qızının qırtlağını kəsəcəyik! 
” –deyə hədələdilər.
Maşitə Xatun yenə imanından dönmədi. Nəhayət qızını gözlərinin 
önündə qətlə yetirdilər və qanlarını da Maşitə Xatunun üzünə sürtdülər. O 
yenə də böyük bir eşq və vəcd içində:
5. Fəna Fillah: Allahın varlığında yox olmaq.

40
MN
“–Allah birdir! Allah birdir! Musa Onun Rəsuludur!” –deyirdi.
Firon və ətrafı, bu vəziyyətə çox hirsləndilər. Bu dəfə onun üç aylıq 
uşağını gətirdilər. Aclıqdan ağlayan uşağı anasına doğru uzatdılar. Uşaq, 
süd  əmmək üçün anasının köksünü axtarmağa başladı. Dərhal geri 
çəkdilər və:
–Əgər iddiandan yenə əl çəkməsən, bu uşağı da təndirə atacağıq!-
dedilər.
Maşitə Xatun, bu acıya da səbir edərək imanından  əl çəkmədi. Bu 
dəfə də üç aylıq körpəni təndirə atdılar. Bir rəvayətə görə uşaq atəşlərin 
arasında dilə gələrək belə demişdir:
“–Anacan! Əsla imanından əl çəkmə, səbr et! Cənnət ilə sənin aranda 
bir addım məsafə qaldığını görürəm!”
Bu sözü eşidənlərin çoxu Həzrət Musaya iman etdilər.
Nəhayət Maşitə Xatun şəhid edildi. O da cənnətə körpələrinin yanına 
getdi.
Bir Hədisi-Şərifdə Maşitə Xatun ilə əlaqədar olaraq belə buyrulur:
Übey ibn Kəbin (radiyallahu ənh) anlatdığına görə  Rəsulullah 
(səllallahu əleyhi və səlləm) Merac gecəsində çox xoş bir iy duydu və:
“Ey Cibril (Cəbrail), bu gözəl iy də nədir?” –deyə soruşdu.
Cəbrail (əleyhissəlam) da belə buyurdu:
“Bu, Maşitə Xatunun, iki uşağının və ərinin qəbirlərinin iyidir.”
(İbn Macə, 
Fitən, 23)
Asiyə anamızın şəhid edilməsi
Fironun Maşitə Xatuna etdiyi zülmdən sonra Asiya anamız ona çox 
hirsləndi, hətta təhərlə hərəkət etdi. Bunun üstündə Firon, Asiya anamızın 
da Həzrət Musaya (əleyhissəlam) iman gətirdiyini anladı. Asiyə anamız da 
bu həqiqəti artıq saxlamadı və iqrar etdi:
“–Bəli, mən də Musanın Rəbbinə iman gətirdim!” –dedi.
Rəvayət edildiyinə  görə Firon, Asiyəni arxası üstdə yatıraraq, 
əllərindən və ayaqlarından dörd dirəyə bağlatdı. Üstünə  dəyirman daşı 
qoydu və müxtəlif zülm və işgəncələrlə şəhid etdi.

41
MN
Bir dəfə Musa (əleyhissəlam) işgəncə edilən yerdən keçərkən Asiyə 
anamıza çox ağır işgəncələr edildiyini gördü. Asiyə anamız, iztirablarını 
ifadə etmək üçün Həzrət Musaya işarə etdi. O da dua etdi. Bundan sonra 
Asiyə anamız heç bir acı və iztirabı hiss etmədi. Qurani-Kərimdə ondan 
təriflə bəhs edilir:
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin