Osman Nuri Topbaş 5 mn ön söz nəbilər silsiləsi dərs


dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix31.01.2017
ölçüsü2,91 Mb.
#6965
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   28

dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü 
ona belə dedi: (Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına 
qürrələnib) sevinənləri sevməz!”
 (Qəsəs surəsi, 76)
Qəlbi, dünya meyli ilə dolan Qarun, artıq Həzrət Musanın (əleyhissəlam) 
nəsihətlərindən sıxılır; tövsiyələrinə  əməl edə bilmirdi. Həzrət Haruna 
(əleyhissəlam) qurban kəsmə vəzifəsi (hibirlik) verilincə, qəlbinə yerləşmiş 
pis duyğular, gün işığına çıxdı. Həsəd və kibirdən dayana bilmədi, hirsləndi 
və gedərək Həzrət Musaya (əleyhissəlam):
“–Ey Musa! Qardaşın Haruna “hibirlik” verdin. Mənim isə yox! Hal-
buki mən, Tövratı çox yaxşı oxuyuram. Mən Harundan daha üstünəm, bu 
haqsızlığa necə dözüm?!” –dedi.
Musa (əleyhissəlam) ona:
“Haruna bu vəzifə və məqamı mən deyil, Haqq Təala verdi!”-dedi.
Lakin Qarun:
“Mənə bir əlamət göstərməsən, bunu qəbul etmərəm!”-dedi.
Musa (əleyhissəlam), İsrail oğullarının rəislərini topladı və:
“Əsalarınızı  gətirin, hamısını müəyyən bir yerə qoyaq. Kimin əsası 
yaşıllaşarsa, hibirliyə o layiqdir!”-dedi.
Əsalar gətirildi, ibadət etdikləri məbədə qoyuldu. İçlərindən yalnız 
Həzrət Harunun (əleyhissəlam) əsası yaşıllaşıb yarpaqladı.
Bu açıq möcüzə qarşısında Musa (əleyhissəlam), dönüb Qaruna:
“–Ey Qarun! Bunu mən mi etdim?” –deyə soruşdu.
Qarun çaşqın idi. İşin həqiqətini anladığı halda nəfsinə uyaraq:
“Bu, sehrbazlıqdan başqa bir şey deyildir!” –dedi. Sonra hirsli-hirsli 
oradan getdi.
Allah (Cəllə Cəlaluh) İsrail oğullarına, paltarlarına mavi lent taxmalarını 
əmr etmişdi. Qarun, buna da zidd çıxıb:
“Bu, ancaq kölələri ağalarından ayırd etmək üçün taxılır!”-dedi və 
taxmadı.

74
MN
Artıq Qarunun, Həzrət Musaya (əleyhissəlam) nifrət və kini çoxalmışdı. 
Nəfsindəki həsəd odu, içini yandırıb-yaxmaqda idi. Xalqı özünə çəkmək 
üçün ziyafətlər verməyə  və öz üstünlüyünü bildirən söhbətlər etməyə 
başladı.
Bir gün Musa (əleyhissəlam), Allahın əmri ilə onun zəkatını hesablayıb, 
verməsini tələb etdikdə, Qarun:
“–İndi də malıma göz dikdin? Bu pulu mən qazandım!”-dedi.
Qaruna xitabətən belə buyruldu: “Allahın sənə verdiyindən özünə 
axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də un-
utma. (O maldan qismətinin ancaq bir kəfən olduğunu bil. Pulunu mənasız 
yerə sağa-sola səpələmə; səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. 
Sabah səni Allahın  əzabından qurtara biləcək yaxşı  əməllər et)
. Allah 
sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, 
qohum-əqrabaya xərcləməklə) yaxşılıq et. Yer üzündə  fitnə-fəsad
törətməyə  cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri
sevməz!” 
(Qəsəs surəsi, 77)
(Qarun)  dedi: Bu (var-dövlət)  mənə yalnız məndə olan elm 
(Tövratı gözəl bilmək, yaxud əlkimyaya yaxşı bələd olmaq, ticarətdən baş 
çıxartmaq) sayəsində verilmişdir. Məgər o (Qarun) Allahın ondan əvvəl 
özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv et-
diyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual ol-
unmazlar. (Onların günahkar olduqları üzlərindən bilinər və buna görə də 
heç bir sorğu-sual edilmədən cəhənnəm oduna atılarlar).” 
(Qəsəs surəsi, 78)
(Bir gün Qarun) dəbdəbəli libas geyib öz zinəti (ehtişamı) içində 
(dörd min vəznəli-çuxalı  əyanın, qızıl-gümüş  yəhərli atların müşayiətilə) 
qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: “Kaş ki, 
Qaruna verilən (dövlət)  bizə  də veriləydi. Həqiqətən, o, böyük bəxt 
(qismət) sahibidir!” 
(Qəsəs surəsi, 79)
(Axirət barəsində) elm verilmiş  kəslər isə belə dedilər: Vay 
halınıza!  (Ay yazıqlar!)  İman gətirib yaxşı  əməl edən kimsə üçün 
Allahın mükafatı (təmənnasında olduğunuz var-dövlətdən, dəbdəbədən) 
daha yaxşıdır. Buna (bu nemətə) yalnız səbir edənlər (Allaha itaət və 
ibadət etməyi fani dünya malından üstün tutanlar, həyatın çətinliklərinə 
dözənlər) qovuşarlar!” 
(Qəsəs surəsi, 80)

75
MN
Çirkin iftira
Bir gün Qarun, İsrail oğulları qövmünü topladı. Həzrət Musanı da 
(əleyhissəlam) oraya çağırdı:
“–İndi ey Musa! Allahın bu əmrlərini bizə bildir. Oğurluq edənin, zina 
edənin vəziyyəti nə olur? Bunları sən etsən sənin vəziyyətin necə olar?” 
–dedi.
Həzrət Musa:
“Oğurluq edənin  əli kəsilir, zina eyləyən rəcm (daşqalaq) edilir!” –
dedi.
Qarun təkrar:
“Əgər bunları sən edərsənsə!...”-deyə soruşdu. 
Musa (əleyhissəlam) da:
“Fərqi yoxdur!”-dedi.
Bunun dalınca əvvəldən səfil plan hazırlamış Qarun, camaat arasından
bir qadını səslədi:
“Ay qadın, gəl! Musa ilə etdiyin çirkin feli və iffətsizliyi danış!”-dedi.
Bu qorxunc iftira qarşısında Musa (əleyhissəlam), çox hiddətləndi, 
qəzəbləndi. Bu arada qadın da gəldi. Bir şey söyləmək istədi, lakin dili 
tutuldu, söyləyə bilmədi. Həzrət Musa hirslə soruşdu:
“–Ey qadın! Dənizi yarıb yol tapan və Tövratı endirən Allah haqqı üçün 
doğrunu söylə: Mən səni tanıyırammı? Mənim səninlə bir əlaqəm varmı?”
Qadın böyük bir peşmanlıq içində:
“Ya Musa! Qarun mənə çoxlu pul verdi və sənə bu iftiranı atmağım 
üçün məni aldatdı!”-dedi. Sonra da böyük bir üzüntü və peşmanlıqla tövbə 
etdi.
Bu hadisədən sonra Musa (əleyhissəlam) səcdəyə qapandı və:
“Ya Rəbbi! Onların cəzasını ver!”-deyə dua etdi.
Bu bədduadan sonra yer yarıldı. Qarun və ona tabe olanlar, xəzinələri 
ilə birlikdə yerin dibinə getdilər.
Haqq Təala buyurur:
“Nəhayət, (Musanın duasını qəbul buyurub bir zəlzələ nəticəsində) 
onu (Qarunu) sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım 

76
MN
edə biləcək (Allahın əzabından onu qurtaracaq) bir camaat da yox idi. 
O özü də özünə heç bir kömək edə bilmədi.  (Bu qədər cah-calalın, 
dəbdəbənin müqabilində  nə özü, nə  də başqası Allahın  əzabını ondan 
dəf etməyə qadir olmadı. Allahın əzab vermək istədiyi bir kimsəni Allahın 
Özündən başqa o əzabdan heç kəs qurtara bilməz!) 
(Qəsəs surəsi, 81)
Qarunu,  dünyaya meyl etməsi və başqasına həsəd aparması həlak 
etmişdi.  Əslində  həsədçilərin aqibəti də xüsrandır. Həsədçi insanlar öz 
həzin aqibətlərini hazırladıqları kimi ətrafındakı insanlara da zərərləri tox-
unur. Ayəti-kərimədə də həsədçi insanların şərindən Allaha sığınmağımızın 
lazım gəldiyi bildirilmişdir:
(Ya Peyğəmbər!)  De: “Pənah aparıram sübhün Rəbbinə! 
Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən, Zülmətə 
bürünməkdə olan gecənin (və ya:  batan ayın, ziyası sönən ulduzların) 
şərindən, (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud:  cadu edib iplərə 
düyün vuran) qadınların şərindən, Və bir də paxıllığı tutanda paxılın 
şərindən!” 
( fələq, 1-5)
Çünki xalq Qarun və ona tabe olanların həlak olduqlarını görəndə ona 
qibtə etdiklərinə peşman oldular:
“Dünən (dünyada) onun (Qarunun) yerində olmaq istəyənlər ertəsi 
gün səhər belə deyirdilər: Vay (biz heç bilməmişik)! Sən demə, Allah 
Öz bəndələrindən istədiyinin ruzisini artırarmış da, azaldarmış da! 
Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən 
demə, kafirlər nicat tapmayacaqlarmış!”
(Qəsəs surəsi, 82)
“Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və 
fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Al-
lahdan qorxub pis əməllərdən çəkinənlərindir!” 
(Qəsəs surəsi, 83)
Qarun qissəsində, kibrli, həsədçilərin və axirəti unudub dünyaya 
uyub aldananların faciəli aqibəti göz önündədir. Bu qissədən Ümməti-
Mühəmməd  üçün çıxarılacaq dərslər vardır.
Ayrıca bu qissədəki iftira məsələsi üçün təsəvvüf əhli belə deyir:
Həzrət Musanın (əleyhissəlam) daha əvvəl ilahi vəhyə dayanmadan 
etdiyi bir hərəkəti, yəni Fatunu yüngülcə itələyib ölməsinə səbəb olması, 
onu vicdanən çox üzmüş və könül evini pərişan etmişdi. Hətta bu səbəbdən 
Haqq Təala, bir başa Həzrət Musaya (əleyhissəlam):

77
MN
“…Sən (on iki yaşında ikən tayfadan olan bir yəhudi ilə mübahisə edən) 
bir nəfəri (bir qibtini) vurub öldürdün!…” 
(Taha surəsi, 40)
 buyurmuşdur. 
Yəni Haqq Təala onu: “Bizim vəhyimiz, əmr və icazəmiz olmadan o qiptini 
öldürdün!” –deyə sanki hesaba çəkmişdir.
Bax bu tikan, təkrar-təkrar Musanın könlünə batdı.  Əslində  Həzrət 
Musanın məqsədi pis deyildi. Lakin özbaşına etdiyi hərəkət, onu, etmədiyi 
bir çox işin iftirası ilə üz-üzə qoymuşdu.
Onun üçün böyüklər, söz və davranışlarımızda daim Quran və 
Sünnəyə uyğun hərəkət etməyimizi, özbaşına iş görmə sevdasından  əl 
çəkməyimizi tövsiyə etmişlər.
Musa (əleyhissəlam) və Xızır (əleyhissəlam)
Firon Qırmızı  dənizdə boğulduqdan sonrakı dövrdə Musa 
(əleyhissəlam), qövmünə çox hikmətli və həyəcanlı vəəzlar verirdi. Qövmü 
onun elm və mərifətdəki bu dərinliyinə heyran qaldı, sanki məst oldu. Hətta 
içlərindən biri:
“–Ey Allahın peyğəmbəri! Yer üzündə  səndən daha alim bir kimsə 
varmı?”-dedi.
Həzrət Musa:
“–Belə birisini tanımıram!” –dedi.
O əsnada Həzrət Musaya vəhy gəldi:
“İki dənizin birləşdiyi yerdə, özünə xas bir elm (lədünni elm) verdiyim 
bir qulum var. Ümmətinin seçilənlərindən biri ilə onun yanına get!” –buyu-
ruldu.
İşarə edilən şəxs, Xızır (əleyhissəlam) idi.
Həzrət Musa:
“–Ya Rəbbi! O şəxsi necə taparam?”-deyə niyaz etdi.
Allah (Cəllə Cəlaluh), Həzrət Musaya zənbilinə duzlanmış ölü bir balıq 
qoymasını  və balığın canlanıb dənizə  sıçradığı yerdə, yəni iki dənizin 
birləşdiyi yerdə Xızırı tapacağını bildirdi.
Musa (əleyhissəlam), dostu Yuşə bin Nun ilə Xızırı tapmaq üçün yu-
banmadan yola çıxdı.

78
MN
Bir rəvayətə görə, Həzrət Musanın (əleyhissəlam) yatdığı zaman, 
oturub istirahət edən Yuşə bin Nun, balığın birdən dirilib dənizə atıldığını 
gördü. Musa (əleyhissəlam) oyandıqda:
“–Haydı, yolumuza davam edək, daha çox yolumuz var”-dedi.
(Ya Rəsulum!)  Yadına sal ki, bir zaman Musa öz gənc dostuna 
(xidmətində olan Yuşə bin Nuna) belə demişdi: Mən (Xızırla görüşmək 
üçün) iki dənizin qovuşduğu yerə
 çatmayınca və uzun müddət gəzib 
dolanmayınca (bu səfərdən) geri dönməyəcəyəm!” 
(Kəhf surəsi, 60)
Mövlana (qüddisə sirruh), bu hadisənin ibrət və hikmət dolu tərəflərini
belə təsəvvür edir:
“Ey kərim olan kimsə! Bu mənəvi iştiqaqı, “Kəlimullah” olan Həzrət 
Musada gör! Bax, kəlim olan Musa (əleyhissəlam) nə deyir:
Bunca məqama sahib olduğum halda özümdə bir varlıq hiss etmirəm. 
Daha ucalara çatmaq üçün ruhuma işıq tutacaq Xızırı axtarıram.”
Həzrət Musanın (əleyhissəlam) Xızırı axtarmağa başlaması ilə 
əlaqədar qövmü dedi ki:
“Ey Musa, sən qövümünü buraxıb, səndən daha aşağı mərtəbədəki bir 
şəxsin arxasınca düşmüsən! Daha nə qədər dolaşacaq, nə zamana qədər 
onu axtaracaqsan? Halbuki axtardığın səndədir. Bunu sən də bilirsən. Ey 
səma qədər yüksək peyğəmbər! Zəmində nə qədər dolaşacaqsan?”
Musa (əleyhissəlam) qövmünə: “Nə olar, Günəş ilə Ayın yolunu 
kəsməyin! Mən peyğəmbərlik hilalıyam, Xızır isə  vəlilik günəşidir. Necə 
məndən üstün peyğəmbərlər varsa, Xızır da vəlilər arasında  ən üst 
məqamda olanıdır, dedi.”
Həzrət Musa sözünə davam etdi:
“Mən, zamanın sultanı olan bir vəli ilə söhbət etmək üçün iki dənizin 
birləşdiyi yerə gedirəm. Xızırı, həqiqət və mərifətə çatmağım üçün vəsilə 
edəcəyəm. Ona qovuşmaq üçün də uzun müddət səfərdə olacağam.”
Musa (əleyhissəlam) ilə Yuşə bin Nun;
“Onlar iki dənizin qovuşduğu yerə  gəlib çatdıqda  (yeməyə 
götürdükləri) balığı unutmuşdular, balıq isə (dirilib suya atılmış) dənizdə 
bir yarğana tərəf üz tutmuşdu.”
 (Kəhf surəsi, 61)

79
MN
Əslində Yuşə bin Nun, balığın canlanıb dənizə atıldığını görmüşdü. 
Lakin bunu Həzrət Musaya söyləməyi unutdu. Yollarına birgə davam 
etdilər. Uzun müddət keçdikdən sonra, nəhayət, bir ağacın altında otur-
dular.
“Onlar (iki dənizin qovuşduğu yerdən)  keçib getdikləri zaman 
(Musa) gənc dostuna dedi: Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi 
lap əldən saldı!” 
(Kəhf surəsi, 62)
Yuşə bin Nun dərhal xatırladı və:
“Eyvah! Mən onları balığın dənizə atıldığı yerdə unutdum!”-dedi.
“O isə: Görürsənmi, biz (həmin yerdə) qayanın yanında 
gizləndiyimiz zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı 
mənə yalnız Şeytan unutdurdu. (Balıq dirilib) əcaib bir şəkildə dənizə 
yollanmışdır! –deyə cavab verdi.” 
(Kəhf surəsi, 63)
(Musa:) Elə istədiyimiz də (axtardığımız da) budur!  –dedi və onlar 
öz ləpirlərinin izinə düşüb gəldikləri yolla geri (iki dənizin qovuşduğu 
yerə) qayıtdılar.”
 (Kəhf surəsi, 64)
(Musa və Yuşə orada) Öz dərgahımızdan mərhəmət (peyğəmbərlik 
və vəhy, yaxud ilham və kəramət) əta etdiyimiz və Öz tərəfimizdən elm
(qeybə dair bəzi biliklər)  öyrətdiyimiz bəndələrimizdən birini (Xızırı) 
tapdılar.”
 (Kəhf surəsi, 65)
Burada bəhs edilən elm lədünni elmdir. Lədünni elm, təsəvvüf yolunda 
mənəvi tərbiyə nəticəsində əldə edilən Haqq vergisi (vəhbi) elmdir. Bu elm, 
qəlbi həyatla əlaqəli olduğundan ancaq nəfsin təzkiyəsi və qəlbin təsfiyəsi
ilə əldə edilir. Zahiri bilik ilə əldə edilə bilməyən bu elm, ehsan duyğusuna 
çatmış bir qism Haqq dostlarına verilmişdir. Lakin bu elmdə şəxsin, iste-
dad və qabiliyyəti qədər məsuliyyəti də vardır.  Qul, öz salamatı üçün bu 
istedadını inkişaf etdirməyə məcburdur. Necə ki Xızır (əleyhissəlam) üçün, 
Haqq Təala:
“Öz tərəfimizdən elm öyrətdik!” –buyurmuşdur. 
(Kəhf surəsi, 65)
Yenə Bəqərə surəsində Allah Təala:
“…Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir…” 
(Bəqərə surəsi, 282)
 buyurmuşdur.
Musa (əleyhissəlam), vəhy ilə işarə edilən şəxsi, nəhayət ki, qayanın 
üstündə xirqəsinə bürünmüş şəkildə tapdı və ona salam verdi:

80
MN
“–Mən Musayam!” –dedi.
Xızır cavabında:
“–Deməli, İsrail oğullarının peyğəmbəri Musa sənsən!”-dedi.
Musa (əleyhissəlam):
“Allah mənə, insanların  ən alimi olaraq bildirdiyi şəxs sənsənmi?”-
deyə soruşdu.
Xızır cavabında:
“–Ey Musa! Allah mənə bir elm vermişdir ki, o səndə, sənə bir elm 
vermişdir, o da məndə yoxdur” –dedi. 
(Bax: Buxari, Təfsir, 18/2, 3, 4; Ənbiya, 27; 
Müslim, Fəzail, 170)
Musa (əleyhissəlam), Həzrət Xızıra (əleyhissəlam) bu elmi öyrənmə 
arzusunda olduğunu bildirdi. Beləcə o, zahirən ağılla anlaşılması mümkün 
olmayan, şəxsə əcaib və qərib görünən bəzi hadisələrin hikmətini Xızırdan 
öyrənəcəkdi.
“Musa ondan soruşdu: Öyrədildiyin doğru yolu göstərən elmdən 
mənə öyrətmək şərti ilə sənə tabe olummu?”
 (Kəhf surəsi, 66)
Xızır (əleyhissəlam):
(Xızır) belə cavab verdi: Sən mənimlə bir yerdə olsan (görəcəyim 
işlərə) əsla dözə bilməzsən. (Sənin onlara səbrin çatmaz, çünki mən bati-
ni elmlə iş görürəm. Sənin bildiyin isə ancaq zahiri elmdir. Sən peyğəmbər 
olduğun üçün mən zahirən qadağan olunmuş bir iş gördükdə ona etiraz 
edib əleyhimə çıxacaqsan).”-dedi. 
(Kəhf surəsi, 67)
“Axı sən bilmədiyin (batininə, mahiyyətinə bələd olmadığın) bir şeyə 
necə dözə bilərsən?”-dedi. 
(Kəhf surəsi, 68)
Bu sözlərlə  Xızır (əleyhissəlam), Həzrət Musanın psixoloji vəziyyəti 
haqqında ilk kəşfi etmiş, ona özünü anlatmış olurdu ki, bu anlatdığı hal
sonradan ortaya çıxacaqdı. Həzrət Musanın bu hadisələrdən alacağı dərs, 
öz vəziyyətini bilməsi və səbirli olması idi. Yəni Xızır, Həzrət Musaya hal 
dili ilə:
“Mənimlə bərabər olmağa səbir etmək, sənin əlindən gəlməz. Çünki 
bu elmin kəmalı, sənə hələ verilməmişdir.” –deyirdi.
Musa (əleyhissəlam):

81
MN
“İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən 
çıxmayacağam!”
 (Kəhf surəsi, 69)
Xızır (əleyhissəlam) isə Musaya:
“Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etməyincə məndən 
heç bir şey haqqında soruşma! –dedi.” 
(Kəhf surəsi, 70)
 Bu mövzuda bir-birləri 
ilə anlaşan Xızır ilə Musa (əleyhissəlam) daha sonra o məşhur yolçuluğa 
çıxdılar.
Qurani-Kərimdə bu yolçuluğun hikmət və ibrətləri belə anladılır:
“Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə mindikləri za-
man (Xızır) onu deşdi (gəminin bir-iki taxtasını sındırıb çıxartdı). (Musa) 
dedi: Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? 
Doğrusu, (günahı) böyük bir şey etdin (olduqca çirkin bir iş gördün).” 
(Kəhf surəsi, 71)
(Xızır) belə cavab verdi: Sənə demədimmi ki, mənimlə bir yerdə 
olanda (görəcəyim işlərə) əsla dözə bilməzsən?”
 (Kəhf surəsi, 72)
(Musa) dedi: Unutduğum bir şeyə görə məni danlama və məni öz 
işimdə (sənə tabe olmaqda) çətinliyə salma!” 
(Kəhf surəsi, 73)
“Yenə getdilər, nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) 
dərhal onu öldürdü. (Musa) dedi: (Heç bir günah iş tutmayan, buna görə 
də qisasa layiq olmayan) pak (məsum)  bir canamı  qıydın? Doğrudan 
da, çox pis bir şey etdin (çox pis bir iş gördün).” 
(Kəhf surəsi, 74)
(Xızır) yenə belə cavab verdi: Sənə demədimmi ki, mənimlə 
birlikdə olanda (edəcəyim əməllərə) əsla dözə bilməzsən?” 
(Kəhf surəsi, 
75)
(Musa)  dedi: “Əgər bundan sonra səndən bir şey barəsində 
xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. (Hərəkətlərinə etiraz et-
diyim, səni qınadığım üçün) sən artıq mənim tərəfimdən üzrlüsən (məni 
atıb getməyə haqqın vardır).”
 (Kəhf surəsi, 76)
Bu sözü ilə Həzrət Musa, artıq üzr istəyəcək halı qalmadığını anlat-
maq istəmişdi.
“Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət  əhlinə 
yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək 
(Musaya və Xızıra yemək vermək) istəmədi. Onlar orada yıxılmaq (uçul-
maq)  üzrə olan bir divar gördülər. (Xızır) onu düzəltdi. (Musa) dedi: 

82
MN
Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir muzd (çörək pulu) 
alardın...” 
(Kəhf surəsi, 77)
(Xızır) dedi: Bu artıq mənimlə  sənin aranda ayrılıq vaxtıdır. 
(Zahirən naməqbul olduğunu gördüyün üçün) dözə bilmədiyin şeylərin 
yozumunu (batinini, iç üzünü) sənə xəbər verəcəyəm!”
 (Kəhf surəsi, 78)
“Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub 
idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arasında 
(yaxud qabağında) hər bir saz gəmini zorla ələ keçirən bir padşah var 
idi.” 
(Kəhf surəsi, 79)
“Oğlana gəldikdə, onun ata-anası mömin kimsələr idi. (Mən onun 
alnına baxıb gördüm ki, həddi-buluğa yetişəndə kafir olacaq) buna görə 
də biz (onun böyüyəndə)  ata-anasını da (öz arxasınca)  azğınlığa və 
küfrə sürükləməsindən qorxduq.”
 (Kəhf surəsi, 80)
“Və  Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına 
qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini istədik.” 
(Kəhf 
surəsi, 81)
“Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında 
onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh (bir adam) idi. 
Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət 
olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. (Ya Musa!)  Mən 
bunları öz-özümdən etmədim (yalnız Allahın  əmrini yerinə yetirdim). 
Sənin səbir edib dözə bilmədiyin şeylərin yozumu (batini mənası) bu-
dur!”
 (Kəhf surəsi, 82)
   
Deməli kəsbi (çalışaraq əldə edilən) elmlərdə, mövzuların daha yaxşı 
başa düşülməsi üçün təşviq edilən sual soruşma metodu, lədünni elmdə 
mötəbər deyildir. Çünki bu elm, qəlbi ilham yolu ilə əldə edilən hikmətlərdən 
ibarət olduğundan, tələbənin şəxsi istedad və qabiliyyətləri ölçüsündə əldə 
edilir. Bunun üçün, tələbənin zehni fəaliyyətləri ilə birlikdə nəfs tərbiyəsinə 
daha çox əhəmiyyət verilməlidir. Yəni nəfs tərbiyəsi ilə  tələbənin qəlbi 
istedadlarının inkişaf etdirməsi lazımdır.
Ülül-əzm peyğəmbər olan Həzrət Musanın, lədünni elmi təhsil etməsi 
üçün Xızıra göndərilməsi, həqiqətən diqqəti cəlb edir. Həzrət Musanın 
(əleyhissəlam) lədünni elmi, bunu bilən bir şəxsdən təhsil alması, onun 
üçün qüsur deyildir. Buna Süleymaniyə Camesinin inşasında çalışan 

83
MN
mərmər ustası ilə, memarların  şahı  qəbul edilən Memar Sinanın 
vəziyyətini misal göstərə bilərik: Şübhəsiz Memar Sinanın mərməri işləmə 
məsələsində olan bilik və qabiliyyəti, bir mərmər ustası qədər deyil. Amma 
bu həqiqətdir ki, Memar Sinan üçün qüsur deyil. Çünki mərmərçi yalnız 
mərmər işləmə  sənətində mahir ikən, memarlıqda  əvəzsiz bir dahi olan 
Memar Sinan, onun amiri və memarlıq sənətində də rəisidir. Bax Həzrət 
Musanın Xızır qarşısındakı  vəziyyəti, Memar Sinanın mərmər ustasının 
yanındakı vəziyyəti kimidir.
Bu həqiqət bizə Həzrət Musanın hər şeyi bilən bir peyğəmbər olmadığı 
və Allahın elmlərindən yalnız bəzilərinin ona verilmiş olduğunu göstərir. Bu 
(lədünni) elm, sonradan ona özündən daha aşağı  mərtəbədə olan Xızır 
vasitəsi ilə verilmişdir. Bu da peyğəmbərlərin belə ilahi elm qarşısında aci-
zlik içində olduqlarını bildirir. Eyni zamanda Həzrət Musa ilə Xızırın sahib 
olduqları müştərək elm, bizə “Zül-cənaheyn” (dünya və axirət elmlərinə 
sahib olan) Həzrət Mühəmməd Mustafanın (səllallahu  əleyhi və  səlləm) 
qədrinin və məqamının yüksəkliyini göstərir.
Necə ki, ülül-əzm peyğəmbərlərinin üçüncüsü olan Musa (əleyhissəlam), 
“Tövrat lövhələri”ndə Mühəmməd Mustafanın (əleyhissəlam) ümmətinin 
vəsflərini oxuyunca, onlara böyük heyranlıqla qibtə edərək:
“Ya Rəbbi! Məni də onlardan eylə!”-deyə dua etmişdir. 
(İbn kəsir, Təfsir, c. 
2, s. 259)
Xızır (əleyhissəlam) qissəsində digər bir incəlik də qulların hadisələri 
və baş verənləri ancaq səbəblərini bilərək qavraya biləcəyi həqiqətidir. 
Səbəblər və zahiri səbəblər aradan qalxdıqda, insan ağlı, acizlik içində 
çarəsizliyə düşməkdə, hadisələrin dərinliyini və hikmətlərini qavraya 
bilməməkdədir.
Ağlın, bir çox hadisəni səbəbləri olmadan qavraya bilməməsi; gözün 
müəyyən bir məsafədən sonra cisimləri görməməsinə və qulağın müəyyən 
bir şiddətin altındakı səs dalğalarını eşitməməsinə bənzəyir. Eyni şəkildə 
ağlın hadisələri qavraya bilməsində  də  sərhədlər var. Ağıl bu sərhədləri 
aşdıqda idrakı azalır və acizlik içində qalır.
İmam Qəzzali Həzrətləri, uzun müddət davam edən şəxsi təcrübələri 
nəticəsində, ilahi sirlərə, ağılla çata bilməyəcəyi qənaətinə  gəlmişdir. O, 
fiziki və zahiri aləmin fövqündəki ilahi sirləri anlamaq üçün ağlın qabağına,
qəlbi bilik ilə keçmənin zəruriliyini görmüş  və ancaq bu şəkildə Allaha 
qovuşa biləcəyini ifadə etmişdir.

84
MN
İmam Qəzzali böyük əsəri “Təhafütül-Fəlasifə” (Filosofların Uyum-
suzluqları) adlı əsərində, filosofların bəzi fəlsəfi görüşlərini təkzib edərək,
onların tam mənası ilə etimad etdikləri ağlın acizliyini ortaya qoymuşdu. 
Qəzzali, həqiqət bilgisini axtarma yolunda özünün keçirdiyi mərhələləri və 
əldə etdiyi nəticəni belə ifadə edir:
“Ağlımı elə  gərdim, elə  gərdim ki, yırtılacaq dərəcəyə  gəldi. Bir 
nöqtədən sonra onun mütləq acizlik içində olduğunu gördüm. Dərk etdim 
ki, ilahi sirləri qavramaq üçün, Həzrət Peyğəmbərin (səllallahu əleyhi və 
səlləm) ruhani feyzlərinə nail olmaqdan başqa yol  yoxdur!
Haqq Təalaya dua və iltica etdim. Təfəkkür, riyazət və zikr kimi 
mənəvi təlim nəticəsində Rəsulullahın ruhaniyyətinə qovuşdum və ağlın 
girdablarında boğulmaqdan qurtardım.”
Necə ki, Xızır qissəsində olan hadisələr, ağılla təhlil edilərsə; 
görünəcəkdir ki, gəminin deşilməsi, sahiblərinə qarşı haqsızlıq və zülüm 
kimi görünür. Həqiqətdə isə məqsəd fağırın yeganə təminat vasitəsi olan 
gəminin zalımlar tərəfindən qəsb edilməsinə mane olmaqdır. Yenə gəncin
öldürülməsi ilk baxışda bir qətl hadisəsidir. Amma həqiqətdə, o gəncin 
saleh ata-anasının axirət həyatlarının qorunmasıdır.
Eyni şəkildə onları qonaq etməyən bir kəndin divarının düzəldilməsi 
məntiqə ziddir; ancaq belə edilməsinin həqiqəti isə, iki məzlum yetimə 
aid olan əmanətin mühafizə edilməsidir. Əgər o divar dağılsaydı, qızıllar
uşaqlar böyümədən zalım kəndlinin əlinə keçəcəkdi.
Bu hadisələrdəki halların sirləri ancaq lədünni (qəlbi)  bir elmlə or-
taya çıxır. Çünki qədərin sirri, ağılla dərk edilməz. Qədəri qavramaq, insan 
oğlunun idrak səviyyəsinin fövqündə olan bir işdir.
Buxaridə bu qissə ilə əlaqəli olaraq belə bir Hədisi-Şərif nəql edilir:
“Allah İmran oğlu Musaya rəhmət etsin! Əgər səbir edə bilsəydi, Xızır, 
daha necə  əcaib və  qərib hadisələri ona öyrədəcəkdi.” 
(Buxari,  Ənbiya, 27; 
Əhməd bin Hənbəl, V, 118)
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin