“Ya Rəbbi! Fağırlıq və zənginliyin afətlərindən sənə sığınıram.”
(Buxari, Dəavat, 45)
deyə dua etmişdir.
Xülasə, insan, bir xilqət kimi dünyaya meyllidir. Dünya malı da nəfsə
cazib gəlir. Dünyaya aldananlar doymaq bilməzlər. Mal yığdıqca insanın
hərisliyi daha da artar, hərisli olur. Gözünü pul və mal hərisliyi bürüyən
insanın mərhəmət və şəfqət hissləri azalır. Artıq infaq etmək ona çətin
gəlir. Nəfsi ona: “Artıq zəngin ol; gələcəkdə daha çox infaq edərsən!”-deyə
təlqin edir. Belə bir insan, ruhən xəstə və cismən taqətsizdir.
Haqq Təala, ayəti-kərimədə ölüm anında yuxudan oyanır kimi özünə
gələn insanın əbədi bir peşmanlıqla belə dediyini bildirir:
“Birinizin ölümü çatıb: Ey Rəbbim! Mənə bir az möhlət versəydin,
sədəqə verib salehlərdən olardım! –deməmişdən əvvəl sizə verdiyim
ruzidən (Allah yolunda) xərcləyin.”
(Münafiqun surəsi, 10)
Ancaq bu vəziyyətdə, artıq iş-işdən keçmiş olacağı üçün, Allah Təala,
qulunun belə deməkdən əvvəl ona verdiyi nemətlərdən infaq etməsini əmr
etmişdir. Əks halda qulun düşəcəyi peşmanlıq, yenə ayəti-kərimələrdə nə
qədər ibrətli bir şəkildə anladılmışdır:
“Onu (qiyaməti) gördükləri gün (dünyada və ya qəbir evində) yalnız
bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar!”
(Naziat surəsi, 46)
“Elə bir gün ki, onlar (bütün insanlar qəbrlərindən) çıxacaq, onların
heç bir şeyi Allahdan gizli qalmayacaqdır. (Allah buyuracaq:) “Bu gün
hökm kimindir? (Heç kəsin qımıldanmağa belə cürəti çatmadığından Al-
lah Özü cavab verəcəkdir: ) “Bir olan (heç bir şəriki, bənzəri olmayan),
(qüdrətilə hər şeyə) qalib olan Allahındır!”
(Mümin surəsi, 16)
“(Ya Rəsulum!) Kaş günahları öz Rəbbinin hüzurunda
(günahlarından utanaraq) başlarını aşağı dikib: Ey Rəbbimiz! (Dünyada
yalan hesab etdiyimiz qiyaməti və onun əzabını) gördük, (peyğəmbərlərin
doğru dediklərini, haqq olduqlarını Səndən) eşitdik. İndi bizi (dünyaya)
qaytar ki, yaxşı iş görək. Biz (Sənin vəhdaniyyətinə) tam yəqinliklə
inandıq! –deyəndə görəydin!”
(Səcdə surəsi, 12)
179
MN
İnfaqda ədəb
İnfaqda ədəb çox mühümdür. Xüsusilə verən, alan şəxsə təşəkkür
duyğuları içində olmalıdır. Çünki alan, verəni fərz olan bir borcdan qurtarıb
əcrə nail olmasına vəsilə olmuşdur. Verilən sədəqə, verən şəxsi xəstəlik
və müsibətlərdən mühafizə edir. Ayəti kərimədə bu ibadətin əhəmiyyəti
vurgulanmaq üçün “almaq” feli bir başa Haqq Təalaya ətf edilərək (aid
edilərək): “Sədəqələri Allah alır” buyrulur.
(Tövbə surəsi, 104)
İnfaq edərkən diqqət etməyimiz lazım gələn ədəbi Qurani-Kərim belə
açıqlayır: “Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü
xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan
şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın…”
(Bəqərə surəsi, 264)
Bu ayələrdə xeyir və həsənatda olmaq təşviq edilməklə bərabər, xeyir
işlərkən riayət edilməsi lazım gələn ədəb açıq bir şəkildə anladılır. Yəni
könül qıraraq, nəzərdən salaraq, əziyyət edərək və başa vuraraq edilən
bir xeyrin Allah qatında heç bir qiyməti yoxdur. Doğrusu, belə edilən
xeyirlər, edəni əzaba sürükləyən ağır günahlardandır. Çünki bütün qəlblər
nəzərgahi-İlahi (Allahın baxmaqda olduğu yer)dir. Mövlana Həzrətləri:
“Sən, varlığını, malını, mülkünü gözəl bir şəkildə infaq et və, bir könül
al ki, o könlün duası, məzarda, o qapqara gecədə sənə işıq versin, nur
olsun!…” buyurur.
Yenə Mövlana (qüddisə sirruh), Haqq Təalaya şükür borcunun
yerinə yetirilməsinə vəsilə olduğundan, yoxsul və möhtac kimsələrin
comərdlər üçün bir nemət olduğunu, comərdliyin ancaq onlar sayəsində
gerçəkləşdiyini, bunun üçün onların könüllərini incitməmək lazım gəldiyini
bu şəkildə anladır:
“Yoxsul insan comərdlərin güzgüsüdür. Əsla güzgüyə qarşı könül
qırıcı sözlər söyləyərək onu bulandırma! (Yəni yoxsulun könlünə qarşı
həssas ol!)
Ey bu xüsrana düşmək istəməyən! Sən məxluqatı comərdliyinlə əhatə
et ki, ariflərdən olasan!…”
Comərdliyin güzgüsü olan fağırlara ediləcək infaqda ən gözəl ədəb,
Hədisi-Şərifdə bildirildiyi kimi, “sağ əlin verdiyini sol əl bilməyəcək” şəkildə
verməkdir. İnfaq edərkən və sədəqə verərkən bu incə ədəbə riayət edənlər,
qiyamət günündə Ərşin kölgəsində kölgələnənlərdən olacaqlar.
(Buxari, Əzan,
180
MN
36)
Xeyir işində bu incəliklərin gerçəkləşə bilməsi üçün əcdadımız, saysız
vəqflər qurmuşdur. Bu vəqflər üzərindən edilən infaq və yardımlar, kimin
tərəfindən edildiyi bilinmədiyi üçün riyakarlıq və kibrlənmə təhlükəsindən
də uzaqdır. Alan, verəni bilmədiyi halda ona dua halındadır.
Fatehin vəqfiyyələrindən olan bu vəqfiyyə (vəqf edənə aid şərtnamə)
bu barədə ən gözəl bir misaldır:
“Mən ki İstanbul fatehi Allahın aciz qulu Fateh Sultan Mehmet;
alın tərimlə malik olduğum 136 dükanımı aşağıdakı şərtlər altında vəqf
elədim:
…
Külliyəmdə bina və inşa eylədiyim aşxanada şəhidlərin yoldaşları,
yetimləri və İstanbul fağırları üçün yemək hazırlansın! Ancaq gələ bilməyən
qüsurluların yeməkləri, hava qaraldıqdan sonra bağlı qablar içində,
gözlərdən iraq olaraq evlərinə aparılsın!…”
Göründüyü kimi Fateh Sultan Mehmet xan vəqfiyəsində, cəmiyyətin
qorunmağa möhtac fərdləri üçün ən həssas ədəb ölçüləri ilə qaydalar
qoymuşdur. Padşahın belə bir ədəb nümayiş etdirən cəmiyyətin fərdləri
də, zəkatlarını bir zərf içində məscidlərdəki zəkat daşlarına qoyur, möhta-
clar da oradan verəni görmədən ehtiyacları lazım olan qədər alırdılar.
Digər tərəfdən iffəti səbəbdən halını ərz edə bilməyənlərə də ediləcək
infaq çox mühümdür. Haqq Təala buyurur:
“(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb
etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı
olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən
çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya
Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən is-
rarla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi,
şübhəsiz ki, Allah bilir! Mallarını gecə və gündüz, gizli və aşkar (yoxs-
ullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların
(axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.”
(Bəqərə surəsi, 273-274)
Dinin əsl qayəsi, Allahın birliyini təsdiqdən sonra, gözəl, zərif, dərin in-
san yetişdirmək və bu yolla hüzulu bir cəmiyyət mühiti meydana gətirməkdir.
Bu təkamül də ancaq könüldə təzahür edən şəfqət və mərhəmət hissi,
181
MN
onun gözəl təzahürü olan zəkat və infaq ilə mümkündür. Hər bir mömin
ürəyinin, bütün məxluqatı şəfqət və mərhəmətlə əhatə etməsi lazım gəlir.
Rəbbimizin mülkündə yaşayırıq. Onun nemətləri ilə rizqlənirik. Mali
ibadətlərdə səhlənkarlıq göstərənlər, kimin malını, kimdən əsirgədiklərini
düşünmürlər mi?
Sevmənin nəticəsi fədakarlıqdır. Sevən, sevdiyinə qarşı sevgisi
ölçüsündə fədakarlıq etməyi zövq və vəzifə olaraq icra edir. Bu vəziyyət,
aşiqin, məşuquna can qurban etməsinə qədər gedir.
Ey mülkün həqiqi sahibi olan Allahım! Sənin yolunda mərhəmət, şəfqət
və infaqın bütün təzahürləri könül həyatımızın tükənməz xəzinəsi olsun!
Amin!…
182
MN
TƏKRAR ÜÇÜN SUALLAR
1. Quranda bəhs edildiyinə görə Həzrət Süleymanın (əleyhissəlam)
imtahanı necə olmuşdur?
2. Süleyman
(əleyhissəlam), Bəlqisin ona göndərdiyi elçi və hədiyyələri
təkrar ona qayardıqda, Bəlqis bundan hansı nəticəni çıxarmışdır?
3. Süleyman (əleyhissəlam), Bəlqisin taxtını nə üçün özü olduğu yerə
gətirtmişdir?
4. Möcüzə ilə kəramət arasındakı fərqi açıqlayın.
5. Kəramətin növləri haqqında məlumat verin.
6. Cinlər qeybi bilə bilərlərmi? Bunu haradan başa düşürük?
7. Harut
və Marut haqqında məlumat verin.
8. İslamın mülk anlayışı haqqında məlumat verin.
9. “Birinizin ölümü çatıb: Ey Rəbbim! Mənə bir az möhlət versəydin,
sədəqə verib salehlərdən olardım! –deməmişdən əvvəl sizə ver-
diyim ruzidən (Allah yolunda) xərcləyin.”
(Münafiqun surəsi, 10)
ayəti-
kəriməsindən hərəkətlə, Rəbbinə qovuşmaq üzrə ikən bu sözləri
söyləyən bir qulun psixoloji vəziyyətini təhlil edin.
10. İnfaq nə deməkdir? İnfaq edə bilmək üçün zəngin olmaq şərtdirmi?
11. Sədəqə verərkən nələrə diqqət etməyimiz lazımdır?
A. Aşağıdakı sualları cavablandırın
183
MN
1. Həzrət Davudun (əleyhissəlam) başlatdığı “Beyti-Məqdis”, daha son-
radan insanlar tərəfindən ………………… olaraq adlandırılmışdır.
2. İslam tarixi və mədəniyyətində ən fəzilətli qəbul edilən üç böyük
məscid vardır. Bunlara: Məscidi ……………, Məscidi …………… və
Məscidi …………… deyilir.
3. Peyğəmbərlərin göstərdiyi fövqəladə hadisələrə …………… deyilir.
4. Allah
dostlarının göstərdiyi qeyri-adi hadisələrə də …………… deyi-
lir.
B. Aşağıdakı boşluqları doldurun
184
MN
1. Süleyman (əleyhissəlam) or-
dusu ilə birlikdə qarışqa
vadisindən keçərkən, içlə-
rində rəis olan bir qarışqa
ilə aralarında müəyyən da-
nışıqlar olmuşdu. Bu danı-
şıqları xatırlayaraq aşağıdakı
nəticələrdən hansının çıxarı-
la bilməyəcəyini işarələyin?
A. Dünya malının və səltənətinin
böyüklüyü və dəyəri şəxsə
görə dəyişir.
B. Əsl zənginlik, mal və mülklə
öyünmək deyil, mülkün həqiqi
sahibinə güvənməkdir.
C. Hər şeyin fani olduğu bu dün-
yada, zəngin olmağı istəmə-
yin insana qazandıracağı
heç bir fayda yoxdur.
D. Zənginliyin fayda və zərəri,
onu istifadə edənə görə də-
yişir. İnsanı şükür etməyə və
saleh əməl işləməyə sövq
edən zənginlik təriflənmişdir.
2. Qonşusunun qoyunları tərə-
findən gecə əkinləri məhv edi-
lən şəxs ilə, bu qoyunların sa-
hibi arasındakı məhkəməyə,
hələ uşaq deyiləcək yaşda
olan Həzrət Süleymanın
(əleyhissəlam) haqqaniyyətə
uyğun həll təklif etməsi, onun
necə bir vəsfə sahib olduğu
göstərir?
A. Hər mövzuda mübahisəsiz
və doğru biliyə sahib ol-
ması.
B. Kənd təsərrüfatı və kənd
təsərrüfatı məhsulları haq-
qında geniş biliyə sahib ol-
ması.
C. Yaxşı bir hüquq biliyinə sa-
hib olduğunu.
D. İlahi bir yardım olan vəhy və
ilhamla dəstəkləndiyini.
C. Aşağıdakı Sualların doğru cavablarını işarə edin
185
MN
3. “And olsun ki, Biz Süleymanı im-
tahana çəkdik. Taxtının üstünə
(onu) bir cəsəd kimi atdıq.
Sonra o (peşman olub tövbə
etdi və yenidən öz mülkünə,
öz taxtına) qayıtdı.”
(Sad surəsi,
34)
ayəsindəki “Taxtının üstünə
(onu) bir cəsəd kimi atdıq”
ifadəsindən hansı mənanı çı-
xara bilmərik?
A. Süleyman (əleyhissəlam),
özünə qarşı edilən bir çevriliş
səbəbi ilə, bir müddət siyasi
gücünü və taxtını itirmişdir.
B. Süleyman (əleyhissəlam),
taxtında olmadığı zaman,
bunun cinlər tərəfindən başa
düşülməməsi üçün taxtına
bir cəsəd qoymuş və beləcə
cinləri işlətmişdir.
C. Süleyman (əleyhissəlam),
bir müddət şiddətli bir xəs-
təlik keçirmiş və bu səbəb-
dən taxtında aciz bir şəkildə
qalmışdır.
D. Allah Təala, Həzrət Sü-
leymanın (əleyhissəlam)
qəlbinə bir qorxu vermişdi.
Bu qorxu onu, başına bir bə-
la gəlmə qorxusu ilə sanki
cansız bir cəsəd halına gə-
tirmişdi.
4. Qurani-Kərimdə bir çox yerdə
işlənən “infaq” kəlməsi, aşa-
ğıdakılardan hansı ifadə ilə
əlaqəli deyildir?
A. Fədakarlıq
B. Mərhəmət
C. Cömərdlik
D. Təsəlli
186
MN
5. Səba Məlikəsi Bəlqis, Həzrət
Süleymanın (əleyhissəlam)
yanına gəlmədən əvvəl, Həz-
rət Süleymanın inşa etdirdiyi
altından su axan və içində
balıqlar olan büllurdan ha-
zırlanmış həyətli köşkü və
özünün taxtının eynisini
görüncə çox təsirlənmişdi.
Aşağıdakılardan hansı bu tə-
sirlənmənin nəticələrindən
biri deyildir?
A. Gördükləri şeylər, ağlına
və biliyinə olan inamını
sarsıtmış və ona acizliyini
göstərmişdi.
B. Gördüklərinin sıravi bir insan
gücü ilə edilə bilməyəcək
şeylər olduğunu yəqin etmiş-
di.
C. Gördüyü və yaşadığı bütün
hadisələrlə, ilahi əzəmət və
qüdrəti müşahidə etmiş və
müsəlman olmuşdu.
D. Öz taxtına çox bənzəyən
taxtı orada görən Bəlqis,
bunu cinlərin bir işi olduğunu
yəqin etmişdi.
6. Yunus Əmrə Həzrətlərinin
“Mal sahibi, mülk sahibi; hanı
bunun ilk sahibi. Mal da yalan,
mülk də yalan; var bir az da
sən oyalan.” cümlələri dünya
nemətlərinin xüsusiyyətləri
haqqında bizə özlü və çarpıcı
biliklər verir. Aşağıdakılardan
hansı bunlardan biri dey-
ildir?
A. Mal və mülk, insanı yoldan
çıxararaq Rəbbinə üsyan
etməyə sövq edir. Bunun
üçün insan, mal sahibi ol-
mağa çalışmamalıdır.
B. Mal, nəsildən-nəslə durma-
dan keçən bir dövri mülk
kimidir. Heç bir insan ona
əbədi sahib deyildir.
C. Dünya malı, insana əmanət
olaraq verilmiş dəyərdir.
İnsan isə bu əmanəti, əsl
sahibinin əmr etdiyi şəkildə
istifadə etməyə məsuldur.
D. Mal və mülkün daha çox-
unu istəmək, heç bir zaman
tutulması mümkün olmayan
sərab kimidir. İnsan isə bu
sərabın arxasınca qaçıb du-
rur.
187
MN
7. Həzrət Mövlananın “Fağırlıq
və möhtaclıq içində boğulan
könüllər, dumanla dolu bir evə
bənzəyir. Sən onların dərdini
dinləmək və o dərdlərinə dər-
man olmaqla o dumanlı evə
bir pəncərə aç ki, onun dumanı
çəkilsin və sənin də qəlbin
həssaslaşıb ruhun incəlsin”
sözlərindən çıxarılacaq əsas
fikir nə olmalıdır?
A. Fağırlıq dumanlı bir evdə
yaşamaq qədər sıxıcı, bo-
ğucu və çətin bir vəziyyət-
dir.
B. Fağırların ehtiyacını yox et-
mək insana könül hüzuru və
ruhi incəlik qazandırır.
C. Fağır-füqəra ilə ara-sıra
dərdləşmək, insanı psixoloji
olaraq rahatladır.
D. Fağırlarla oturub-durman ilə
şəxsin, ruhi incəliyə qovuş-
ması mümkün deyildir.
8. Aşağıdakılardan hansı vəqf-
lərin faydalarından biri deyil-
dir?
A. Sədəqə verənlərin sədəqə
alanlara qarşı bir üstünlük
hissinə qapılmamaları üçün
verənlə alanı qarşı-qarşıya
gətirməmək.
B. Sədəqə alanların, verənlər
qarşısında bir əziklik hiss
etmələrini qabaqlamaq.
C. İnsanları sədəqə vermə və
möhtaclara kömək etmə
mövzusunda qeyrətə gətir-
mək.
D. Vəqf şirkətləri quraraq mad-
di gəlir əldə etmək.
188
MN
9. İnfaq edən şəxsə, İslam əx-
laqının bir incəliyi olaraq,
infaq etdiyi kimsə təşəkkür
duyğuları içində olmalıdır.
Bu ədəb və incəlik digər
mədəniyyətlərdə yoxdur. Aşa-
ğıdakılardan hansı bu incə
düşüncənin səbəblərindən bi-
ri ola bilməz?
A. İnfaq edən, infaqı qəbul
edən şəxs sayəsində qulluq
borcundan qurtarıb savab
qazanmışdır.
B. İnfaq edən, infaqının qəbul
edilməsi səbəbilə xəstəlik
və müsibətlərdən qorunmuş
olur.
C. İnfaq edən, edilən işin boşa
getməməsi üçün fağırların
könlünü incitməməlidir.
D. İnfaq edən, infaqı qəbul edən
şəxs sayəsində comərdlik
vəsfi qazanmış olur.
10. Aşağıdakılardan hansı Məs-
cidi-Əqsanın müqəddəs ol-
masının səbəblərindən biri
deyildir?
A. Buranın isra hadisənin
son, merac hadisəsinin də
başlanğıc nöqtəsi olması.
B. Həzrət Süleyman və Davu-
dun (əleyhissəlam) məzar-
larının burada olması
C. Müsəlmanların hicrətin 6-cı
ilinə qədər buraya dönərək
namazlarını qılmaları.
D. Həzrət Musa zamanından
bəri müqəddəs əmanətlərə
Tövrat lövhələrinin burada
mühafizə edilməsi.
189
MN
11. Aşağıdakılardan hansı Həzrət
Süleymanın (əleyhissəlam),
Bəlqisin taxtını gətirməsinin
səbəblərindən biri deyildir?
A. Həzrət Süleyman (əleyhis-
səlam) peyğəmbərliyini Bəl-
qisin qəbul etməsi üçün.
B. Əmrindəki cinlərin və digər
əsgərlərin əmrinə itaət edib-
etməyəcəyini anlamaq üçün.
C. Taxtda dəyişikliklər edərək
Bəlqisin bunu anlayıb-an-
laya bilməyəcəyini və zə-
kasını ölçmək üçün.
D. Taxt, bir krallığın gücünün
göstəricisi olduğu üçün,
taxtı gətirdərək daha güclü
olduğunu isbat etmək üçün.
12. Aşağıdakılardan hansı zəka-
tın fərdi faydalarından biri
deyildir?
A. Zəkat verən şəxs, fağırlarla
daha yaxından maraqlanır,
onların, içində olduğu çətin
vəziyyətləri daha yaxından
dərk edir.
B. Zəkat alan bir fağır, zən-
ginlərə qarşı gözəl duyğu-
lar bəsləyir, onlara qarşı
həsəd və kin duyğularından
uzaqlaşır.
C. Zəkat verilən bir cəmiyyətdə
hüzur və rifah hakim olur,
iqtisadi baxımdan inkişaf
olur.
D. Zəkat verən şəxs, dünya
malının əsiri olmaqdan qur-
tarır. Comərdlik duyğuları
artır.
190
MN
CAVABLAR
1.Məscidi-Əqsa
2.Həram – Nəbəvi – Əqsa
3.Möcüzə
4.Kəramət
1.C
2.D
3.B
4.D
5.D
6.A
7.B
8.D
9.C
10.B
11.B
12.C
B. Boşluqları doldurma suallarının cavabları
C. Test suallarının Cavabları
191
MN
193
MN
Yüz illik bir ölümdən sonra təkrar dirilərək,
qiyamətdəki yenidən yaradılışa misal olan
HƏZRƏT ÜZEYİR
(
əleyhissəlam
)
Həzrət Harunun (əleyhissəlam) nəslindəndir. Yəhudilərdə “Əzra”
olaraq bilinir. O, yaşadığı dövrdə Tövratı əzbərləyən görkəmli şəxslərdən
biridir.
Həzrət Üzeyirin peyğəmbər olub-olmadığı məsələsinə dair Qurani-
Kərimdə dəqiq bir məlumat olmadığı kimi, Allah Rəsulunun da (səllallahu
əleyhi və səlləm) onun haqqında: “Üzeyirin peyğəmbə
r olub-olmadığını
bilmirəm…”-dediyi rəvayət edilmişdir.
(Əli əl-müttəqi, XII, 81/34087)
Qurani-Kərimdə Həzrət Üzeyirdən (əleyhissəlam) yalnız bir yerdə
bəhs edilir. Burada, onun ilahi bir hikmət gərəyi, Allah tərəfindən ruhunun
alınıb, yüz il sonra təkrar dirildiyi bildirilir.
Həzrət Üzeyirin yaşadığı dövrdə İsrail oğulları azğınlaşmış və
qudurğanlığı bərk artırmışdılar. Allah Təala da, bir bəla və müsibət olaraq
onların başına Büxtünnəssəri müsəllət etdi. Büxtünnəssər, Şam və
İordaniya bölgələrini istila etdi. Məscidi-Əqsanı yıxdı. Bağ-bağça deyilən
nə varsa xarab etdi. Müdafiəsiz, məzlum insanları vəhşicəsinə öldürdü.
Gənc və işə yarayan adamları da əsir alıb apardı. Bu əsirlərin arasında
Həzrət Üzeyir də var idi.
194
MN
Rəvayətə görə Üzeyir (əleyhissəlam), əlli yaşında ikən qaçaraq
əsirlikdən qurtara bilmişdi. Bir ulaqla Qüdsə doğru yola çıxdı. Qüdsə
yaxınlaşdığı əsnada şəhərin yıxılmış binalarına, xarab olmuş bağ və
bağçalarına baxdı və çox kədərləndi. Acdığına görə ulağını bir ağaca
bağladı və orada bir miqdar əncir yığıb yedi, üzüm sıxıb suyunu içdi. Son-
ra da bir ağacın altında oturdu. Pərişan və xarab vəziyyətdəki məmləkətə,
yığılmış sümüklərə ibrətlə baxdı. Haqqın qüdrətini təfəkkür edərək
(düşünərək), hər şeyin yenidən necə diriləcəyini fikirləşdi. Elə buradaca
yuxuya getdi.
Allah Təala Qurani-Kərimdə buyurur:
“Yaxud (Ya Rəsulum! Damları çökmüş, divarları) uçulmuş bir kəndin
yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: Əcəba, Allah
bu kəndi ölümündən sonra necə dirildəcək? –demişdi. Belə olduqda,
Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: Nə qədər
yatmısan? –deyə soruşdu. O da: Bir gün, bəlkə, bir gündən daha az
–deyə cavab verdi. Allah ona: Bəlkə, yüz il yatmısan, yediyin yeməyə,
içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax!
Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi
(uzunqulağının) sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir,
sonra da onların üzərini ətlə örtürük? –deyə buyurdu. O kimsəyə
bunlar aydın olduqda: Artıq bildim ki, Allah hər şeyə qadirdir! –dedi.”
(Bəqərə surəsi, 8)
Üzeyir (əleyhissəlam), yatdığı zaman sabah vaxtı idi. Oyananda
hələ günəş batmamışdı. Ancaq aradan keçən vaxt, yüz il idi. Bu arada
Büxtünnəssər ölmüş, bütün əsirlər azad olmuş və Qüdsə geri qayıtmışdılar.
Məscidi-Əqsa təmir edilmiş və bütün şəhər yenidən abadlaşdırılmışdır.
Üstündə gerçəkləşən böyük təcəllilərdən sonra Üzeyir (əleyhissəlam),
ulağının üstündə Qüds şəhərinə girəndə, hər şeyi dəyişmiş gördü. İnsanlar
tanıdığı insanlar, binalar da gördüyü binalar deyildi. Bu qədər dəyişikliklər
arasında məhəlləsini axtarmağa başladı. Təxminləri ilə bir evin önündə
dayandı. Evin qapısında gördüyü kor və götürüm bir qadına:
“Üzeyirin evi haradır?”-deyə soruşdu.
Qadın hüznlə:
“–Üzeyirin evi buradır, amma özü yüz il əvvəl itib. Mən də onun
cariyəsiyəm.”-dedi.
195
MN
Həzrət Üzeyir:
“–Mən Üzeyirəm!”-deyərək özünü tanıtdı və başından keçənləri
söylədi. Cariyəsi bütün bunlara çox sevindi və özünün də əvvəlki halına
dönməsi üçün ondan dua etməsini rica etdi. Haqq Təalanın ona verdi-
yi nemətlərə şükür edən Üzeyir (əleyhissəlam), qadına dua etdi. Bunun
nəticəsində qadın əvvəlki səhhətinə və əvvəlki halına qayıtdı.
Həzrət Üzeyir yuxlayıb, vəfat etdiyi əsnada 18 yaşında bir oğlu var idi.
İndi o, 118 yaşında ağ saqqallı bir qoca; atası isə 50 yaşında idi. Aradan
keçən bu qədər zamandan sonra oğlu atasını tanıya bilmədi və:
“–Mənim atamın kürəyində hilal (aypara) şəklində qara bir xal var idi.”-
dedi.
Həzrət Üzeyirin (əleyhissəlam) kürəyini açıb baxdıqda, hilal şəklində
olan həmin qara xalı gördülər. Artıq heç kimin, onun Həzrət Üzeyir olduğuna
şübhəsi qalmadı.
Büxtünnəssər, Qüdsü işğal edib taladıqdan sonra, bütün Tövrat
nüsxələrini də yandırmışdı. Bunun üçün Üzeyir (əleyhissəlam), daha
əvvəlcədən bildikləri istiqamətində ilahi hökmləri tənzim edərək dini
yenidən əhya etdi.
İbn Abbasdan gələn rəvayətə görə, Allah Təala İsrail oğullarının
Tövratı buraxıb öz keflərinə uyduqlarını görüncə Tövratı onlardan almış və
onlara unutdurmuşdu. İsrail oğulları buna çox üzüldülər. Xüsusilə Üzeyir
(əleyhissəlam) Allaha çox ibadət etdi; Ona yalvarıb-yaxardı. Allahdan enən
bir nur, onun qəlbinə girdi. Unutduğu Tövratı xatırladı. Ondan sonra Tövratı
yenidən İsrail oğullarına öyrətdi. Daha sonra içində Tövratın saxlandığı
sandıq tapılınca, İsrail oğulları, Həzrət Üzeyirin (əleyhissəlam) öyrətdiyi
Tövratın əslinə eynən uyğun olduğunu gördülər və bundan sonra Həzrət
Üzeyiri çox sevdilər. Özlərinə lütf edilən bu böyük təcəllilər qarşısında belə
İsrail oğulları, daha sonraları batil bir əqidəyə yönələrək Həzrət Üzeyirə
(əleyhissəlam), “Allahın oğlu” -deyəcək qədər ifrata varmışdılar.
(Təbəri,
Cameul-Bəyan, X, 143)
Bu vəziyyət Ayəti-Kərimədə belə anladılır:
Dostları ilə paylaş: |