arasında olacaqlar.”
(Buxari, Cihad, 45; Nəsai, Xeyl, 11)
Atlar, ruhi baxımdan insanlara ən yaxın heyvanlardır. Hərbə girəcək
süvari, atını öz hissiyyatına və xarakterinə uyğun olaraq seçər. Çünki atlar,
düşmən qarşısında, üstündəki süvarisi ilə bərabər eyni həyəcanı yaşayır.
At, bədəncə və insanın zövqünə və incə hissinə müraciət edərək, ilahi
yaradılışın nə qədər qüsursuz olduğunu göstərir.
Həzrət Süleymanın (əleyhissəlam) imtahan edilməsi
Bir gün Allah Təala, Həzrət Süleymanı imtahan etdi. Bir anda bütün
maddi və mənəvi qüvvətini əlindən aldı.
156
MN
“And olsun ki, Biz Süleymanı imtahana çəkdik. Taxtının üstünə
(onu) bir cəsəd kimi atdıq. Sonra o (peşman olub tövbə etdi və yenidən
öz mülkünə, öz taxtına) qayıtdı.”
(Sad surəsi, 34)
Ayəti-kərimədə buyrulduğu kimi, Həzrət Süleymanın (əleyhissəlam)
bir anda hər şeyi əlindən alınmış, heç bir şeyi qalmamışdı.
Ayədə keçən “fitnə” (imtahan) və “bir cəsəd kimi atdıq” ifadələri
haqqında müxtəlif rəvayətlər var. Bunlardan bir neçəsi belədir:
1. Süleyman (əleyhissəlam), şiddətli bir xəstəliyə tutulmuş, taxtının
üstündə sanki cansız bir cəsəd kimi qalmışdır.
2. Allah Təala, Həzrət Süleymanın qəlbinə bir qorxu vermişdi. Bu
qorxu onu, başına bir bəla gəlmə qorxusu ilə sanki cansız bir cəsəd halına
gətirmişdi.
3. Həzrət Süleymanın, Məscidi Əqsanı inşa etdirməsi əsnasında,
gətirdiyi sənətkarlar içində bəzi pis niyyətli şəxslər bir çevriliş hazırlamış,
buna görə Süleyman (əleyhissəlam), bir müddət nüfuzunu itirmiş yaxud
taxtından ayrı qalmışdı.
4. Süleyman (əleyhissəlam), oğlan uşaqlarına sahib olmağı istəyir
və bunların Allah yolunda din düşmənləri ilə cihad etmələrini arzu edirdi.
Ancaq bu istəyi sırasında “inşallah” kəlməsini və Allahın adını anmağı un-
utdu. Nə var ki, yalnız bir yoldaşından, şikəst bir oğlu dünyaya gəldi. (Bax:
Buxari, Ənbiya, 40) Beləcə Süleyman (əleyhissəlam), öz hökmdarlığının
və taxtının davamını təmin edəcək səltənətdən məhrum qalmışdır.
Necə ki, Həzrət Peyğəmbər (səllallahu əleyhi və səlləm) Əfəndimizdən
də ruh, Əshabi-kəhf və Zülqərneyn (əleyhissəlam) barəsində bilik
soruşulanda:
“–Sabah gəl xəbər verim!”-buyurmuş və “İnşallah” deməyi
unutmuşdu. Bu səbəbdən Peyğəmbər Əfəndimizə (səllallahu əleyhi və
səlləm) bir müddət vəhy gəlməmişdi. Allah Təala belə buyurur:
“Və heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!” –demə!
Ancaq: “İnşallah (əgər Allah istəsə; Allah qoysa) edəcəyəm!” –de.
(İnşallah deməyi) unutduğun zaman Rə
bbini yada salıb: Ola bilsin ki,
Rəbbim məni bundan haqqa daha yaxın olan bir yola yönəltsin –de.”
(Kəhf surəsi, 23-24)
Bir müddət sonra, Allahın lütfü ilə Həzrət Süleymana (əleyhissəlam)
əvvəlki halı bəxş edildi. O, Rəbbinə belə istiğfar etdi:
157
MN
“(Süleyman dua edib) dedi: Ey Rəbbim! Məni bağışla və mənə
elə bir mülk (səltənət) ver ki, məndən sonra (o cürəsinə) heç kəs nail
ola bilməsin. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən! (Al-
lah Süleymanın duasını qəbul buyurdu. Ona həm peyğəmbərlik, həm də
padşahlıq əta etdi) .”
(Sad surəsi, 35)
Həzrət Süleymanın (əleyhissəlam) heç kəsin sahib ola bilməyəcəyi
güclərin ona verilməsini istəməsi, öyünmək üçün deyil, dövründəki zalım
padşahları zəiflədib gücdən salmaq üçündü. Çünki onun dövründəki
padşahlar, qürur və kibrləri ilə birlikdə zülm bataqlığı içində idilər.
Fəxrəddin Razi buna belə bir məna vermişdir:
“Mənə elə şanlı bir mülk ver ki, mən ona qovuşub öldükdən sonra
“Dünya mülkünün vəfası olsaydı, Süleymana olardı!”-deyilsin və beləcə
heç kəsin dünya səltənətinə hərislik və rəğbəti qalmasın!”
Buradan başa düşülür ki, Həzrət Süleymanın (əleyhissəlam) əsl istəyi,
dünya mülkü deyil, axirət mülküdür. Necə ki, ayəti-kərimədə belə buyru-
lur:
“Biz axirət qazancını (savabını) istəyənin qazancını artırar, dünya
mənfəəti istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yox-
dur.”
(Şura surəsi, 20)
Allah Təala, Həzrət Süleymanın duasını qəbul etdi:
“Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahat-
ca gedirdi. (Biz) şeytanlardan olan hər bir bənnanı və qəvvası, eləcə
də başqalarını (digər şeytanları) zəncirlənmiş halda (onun ixtiyarına
verdik) .”
(Sad surəsi, 36-38)
Bu ayələrdən başa düşülür ki, Allah Təala, tikinti və dalğıclıq etmək
üçün şeytanları (cinləri) Həzrət Süleymanın (əleyhissəlam) sərəncamına
vermişdir. Bu cinlərdən bir qismi, Həzrət Süleymanın əmri ilə böyük
binalar, məscidlər, saraylar, hovuz kimi çanaqlar və sabit böyük qazanlar
kimi insanların hazırlamağa gücü çatmayan işləri edirdilər. Bu cinlərdən
bir qismi də, dənizdən müxtəlif nemətlər, ləl-cəvahirat və ancaq dənizdə
tapıla bilən gözəl əşyalar çıxarırdılar.
Həzrət Süleymana belə bir qüdrət və ehtişam verən Allah Təala, ona
geniş bir sahiblik də vermişdi!
“(Və ona belə buyurduq:) Bu Bizim ehsanımızdır, (ondan kimə
istəsən) ver, yaxud (saxlayıb) vermə! O, saysız-hesabsızdır (səndən
158
MN
bu nemətlər barəsində haqq-hesab tələb olunmayacaqdır) . Həqiqətən, o,
(qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi
yer də gözəl olacaqdır (yaxud onun üçün dünyada çoxlu nemət, axirətdə
isə gözəl sığınacaq –Cənnət vardır) .”
(Sad surəsi, 39-40)
Məscidi–Əqsanın inşası
Davud (əleyhissəlam), Allahın (Cəllə Cəlaluh) əmri ilə Beyti–
Məqdisin (müqəddəs bina) inşasına başlatmış, lakin bunu bitirməyə ömrü
çatmamışdı. Bunun üçün Süleyman (əleyhissəlam) cinləri topladı və on-
larla bərabər Beyti-Məqdisin inşasına davam etdi. Ətrafında da on iki
məhəlləsi olan bir şəhər qurdurdu.
Başlanğıcda “Beyti–Məqdis” deyə tanınan bu məbədin adı çevrilib
sonradan “Məscidi-Əqsa” olmuşdur. İslam tarixi və mədəniyyətində ən
fəzilətli qəbul edilən üç böyük məsciddən biridir. Bu üç məscidin birincisi
Məscidi-Haram (Kəbə), ikincisi Məscidi-Nəbəvi, üçüncüsü isə Məscidi-
Əqsadır.
Musa (əleyhissəlam) zamanından bəri müqəddəs əmanətlərin və
Tövrat lövhələrinin qorunduğu dəyərli sandıq olan Tabut da bu məsciddə
olurdu. Ancaq Babil hökmdarı Büxtünnəssər Qüdsə girmiş və şəhəri
yandırıb yaxmış, Məscidi-Əqsanın cavahiratlarını isə götürüb Babilə
aparmışdı. Beləcə Beyti-Məqdis uzun illər xaraba halında qaldı. Nəhayət
E.Ə. 123-cü ildə Bizanslılar və daha sonra da Keyxosrov, Məscidi-Əqsanı
təmir etdirdi. Altıncı Əməvi xəlifəsi Vəlid isə, məbədi yenidən quraraq
bugünkü vəziyyətinə gətirdi.
Fəziləti səbəbdən müsəlmanlar, hicrətin on altıncı ayına qədər Məscidi-
Əqsaya dönərək namaz qılırdılar. Digər tərəfdən “İsra hadisəsi”nin son
nöqtəsi, Meracın başlanğıc nöqtəsi də Məscidi-Əqsa olmuşdur.
Əbu Səid əl-Xüdrinin (radiyallahu ənh) bildirdiyinə görə Rəsulullah
(səllallahu əleyhi və səlləm) belə buyurmuşdur:
“Üç məscidə (ziyarət üçün) səyahət edilir: Məscidi-Həram, Məscidi
Rəsulillah, Məscidi Əqsa.”
(Buxari, Fəzailus-Səlat, 6; Müslim, Həcc, 288/827)
Rəsulullah (səllallahu əleyhi və səlləm) bir başqa hədisində belə
buyurmuşdur:
159
MN
“Həzrət Süleyman Beyti-Məqdisi inşa etdiyi zaman, Allahdan ona
üç imtiyaz verməsini istədi:
* İlahi hökmə uyğun düşəcək hökm (vermə məharət) tələb etdi; bu
ona verildi.
* Özündən sonra heç kimə verilməyəcək bir səltənət tələb etdi;
bu da ona verildi.
* Məscidin inşasını bitirdikdən sonra, bu məscidə sırf namaz
qılmaq üçün gələnlərin, oradan çıxarkən, analarından doğduqları
günkü kimi bütün günahları əfv edilmiş olaraq çıxmalarını istədi; bu
duası da qəbul edildi.”
(Nəsai, Məsacid, 6; İbn Macə, İqamətüs-Səlat, 196/1408)
Süleyman (əleyhissəlam) və Qarışqalar
“(Bir gün) Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət
qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər.
Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə gəlib
çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: Ey qarışqalar!
Beyti-Məqdisdən tarixi bir görünüş
160
MN
Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi
(ayaqları altında) basıb əzməsinlər!”
(Nəml surəsi, 17-18)
Qarışqa, “Həzrət Süleymanın səltənəti, çox böyük bir səltənətdir;
tapdalanarsınız! Yuvalarınıza çəkilin!” –dedi.
Süleyman (əleyhissəlam) da bu sözləri eşitdi:
“Xeyr, mənim səltənətim keçicidir! Dünyəvi həyatım da məhduddur. Bir
Kəlmeyi-Tövhidin şəxsə qazandırdığı ilahi səadət isə sonsuzdur”,-dedi.
“(Süleyman qarışqanın) bu sözündən gülümsəyib dedi: Ey Rəbbim!
Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür
etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver!
Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!”
(Nəml
surəsi, 19)
Süleyman (əleyhissəlam), Hüdhüd (şanapipik) quşu və Bəlqis
Süleyman (əleyhissəlam), Məscidi-Əqsanın inşasını bitirdikdən son-
ra, külək, cinlər, insanlar, quşlar və digər vəhşi heyvanlardan meydana
gələn ordusu ilə birlikdə Məkkəyə doğru bir yolçuluq etdi. Onlara, Həzrət
Mühəmməd (səllallahu əleyhi və səlləm) Əfəndimizin Məkkəyə təşrif
edəcəyini də xəbər verdi. Oradan Səna şəhərinə keçdi. Gördüyü gözəl
bir vadidə namaz qılmaq istədi. Bu arada hüdhüd, onlar namaz qılana
qədər ətrafı dolaşmaq arzusu ilə ordudan ayrıldı. Orada rast gəldiyi digər
hüdhüd quşlarının aralarına qarışdı. Getdiyi yerlərdə gördüyü mənzərələr
qarşısında heyran qaldı. Digər hüdhüd quşları, onu Səba Məlikəsi Bəlqisin
sarayının bağçalarında gəzdirdilər.
Bu arada Süleyman (əleyhissəlam), dəstəmaz suyu axtarmaq üçün
hüdhüdü axtardı. Hüdhüdün vəzifəsi, Həzrət Süleymana (əleyhissəlam)
dəstəmaz alması üçün suların tapıldığı yerləri bildirməkdi. Hüdhüdü
ətrafda görməyib dedi:
“…(Torpaq altında suyun harada olduğunu bilən) Hüdhüdü
(şanapipiyi) niyə görmürəm? Yoxsa o burada yoxdur?”
(Nəml surəsi, 20)
Əvvəlcə “Hüdhüdü niyə görmürəm?”-deyərək şəfqətlə hüdhüdü ax-
taran Süleyman (əleyhissəlam), onun iznsiz ayrıldığını öyrənincə, ordusu-
nun intizama verdiyi əhəmiyyətdən ötrü belə dedi:
“And olsun ki, ona şiddətli bir əzab verər, ya da tutub kəsərəm
(boğazını üzərəm) . Yaxud da o (üzrlü səbəbə görə burada olmaması
üçün) aşkar bir dəlil gətirsin!”
(Nəml surəsi, 21)
161
MN
“Bir azdan (Hüdhüd) gəlib dedi: Sənin bilmədiyin bir şeyi öyrəndim.
Sənə Səbadan doğru bir xəbər gətirmişəm.”
(Nəml surəsi, 22)
Səba, Yəməndə babalarının adı ilə anılan bir qəbilənin adıdır. Səba
şəhəri, Bəlqisin hökm etdiyi paytaxt idi. Ayəti-kərimədə buyrulur:
“Səba (tayfasının) yurdunda (qüdrətimizə dəlalət edən) bir nişanə
var idi. (Orada) sağdan və soldan (dağla əhatə olunmuş) iki bağça var
idi. (Səba əhlinə belə buyrulmuşdu:) Rəbbinizin ruzisindən yeyin və
Ona şükür edin. (Yurdunuz) gözəl bir diyar, (Rəbbiniz də) bağışlayan
bir Rəbbdir!”
(Səba surəsi, 15)
Hüdhüd, gördüklərini Həzrət Süleymana söyləməyə davam etdi:
“Mən onlara (Səba əhlinə) padşahlıq edən bir qadın gördüm. Ona
(dünyada şahlara lazım olan) hər şey verilmişdir. Onun çox böyük
(əzəmətli) bir taxtı vardır.”
(Nəml surəsi, 23)
“Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini
gördüm. Şeytan (çirkin) əməllərini onlara gözəl göstərmiş, onları
(doğru) yoldan sapdırmışdır. Buna görə də haqq yolunu tapa bilmirlər.”
(Nəml surəsi, 24)
“Göylərdə və yerdə pünhan olanı (yağışı, bitkiləri) aşkara çıxardan,
onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə
etməsinlər deyə (Şeytan belə etmişdir) . O böyük ərşin Rəbbi (sahibi)
olan Allahdan başqa heç bir tanrı yoxdur!”
(Nəml surəsi, 25-26)
“(Süleyman Hüdhüdə) dedi: Baxaq görək doğru deyirsən, yoxsa
yalançısan!”
(Nəml surəsi, 27)
Həzrət Süleyman, “bəsmələ” ilə başlayan bir məktub yazdı və üzərinə
məşhur möhürünü vuraraq Hüdhüdə verdi:
“Mənim bu məktubumu aparıb (göydən) onlara at, sonra yaxın bir
yerə çəkilib dur, bax gör nə cavab verəcəklər!”
(Nəml surəsi, 28)
Hüdhüd, məktubu aldı, gətirib Bəlqisin taxtının üstünə atdı və nə baş
verəcəyini seyr etməyə başladı. Sabah yuxudan oyanan Bəlqis, taxtının
üstündəki məktubu gördü və onu kimin gətirməsi ilə maraqlandı. Çünki
qapılar bağlı idi. Mühafizlərə:
“Bu məktubu kim gətirdi?”-dedi.
Onlar da:
162
MN
“Biz qapının önündə növbə tuturduq, içəri heç kəs girmədi”, –dedilər.
Bunda Bəlqis çaşqınlıq içində məktubu açdı. Oxudu və heyrət içində
qaldı. Sonra qövmünün başbilənlərini topladı və dedi:
“Ey əyanlar! Mənə çox hörmətli bir məktub göndərildi (atıldı). O
məktub Süleymandandır və o “bismillahir-rəhmanir-rəhim”lədir (bis-
millahla başlanır).”
(Nəml surəsi, 29-30)
Bəzi müfəssirlər, Bəlqisin bu məktuba şifahi cavabla göstərdiyi hörmətə
baxaraq, ona hidayət nəsib olduğuna işarə edirlər ki, bu da sehrbazların
Həzrət Musaya (əleyhissəlam):
Ya Musa! Sehr alətini öncə sən mi atırsan, yoxsa biz mi ataq?-deyərək
hörmət və nəzakət göstərməsi və axırda da iman gətirmələri ilə uyğun
gəlir.
Başqa bir misal: İran Kisrası, Həzrət Peyğəmbərin (səllallahu əleyhi
və səlləm) hidayətə dəvət məktubunu alınca, onu cırıb yerə atmış və bu
həqarətə görə mülkü və səltənəti parçalanmış, həyatı imandan məhrum
bir şəkildə sona çatmışdır.
Yenə Allah dostlarından Bişri-Xəfi, üzərində Allah adı yazılmış bir
kağızı yerdən götürmüş, təmizləmiş və ona gözəl ətir çəkərək evinin ən
gözəl yerinə asmışdı. Bu hörmətinə görə Allah Təala, onu böyük mükafat-
lara nail edərək salehlər karvanına qoşdu.
Bəlqis məktubu oxumağa davam etdi:
“(Məzmunu belədir: ) “Mənə qarşı təkəbbür göstərməyin və
yanıma müti (müsəlman) olaraq gəlin! (Mənim dəvətimə saymazlıqla
yanaşmayın. Allaha təslim olaraq yanıma gəlin).”
(Nəml surəsi, 31)
Süleyman (əleyhissəlam), məktubundakı “bismillah” ilə, Bəlqisə,
qulluğun yalnız Allaha ediləcəyini anlatmışdı. Bu şəkildə “Haqq inancı”
açıqladıqdan sonra “mənə qarşı kibrli davranmayın, təslim olun!” deməklə,
onları nəfs mühasibəsinə dəvət etdi. “Mənim yanıma müsəlman olaraq
gəlin!” buyurmaqla da həqiqi səadətin İslamda olduğunu ifadə etdi.
“(Bəlqis) dedi: “Ey əyanlar! Bu iş barəsində mənə rəyinizi bildi-
rin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən (hökm verən)
deyiləm! Onlar dedilər: Biz böyük bir qüvvət və qüdrət sahibiyik. (Gü-
clü ordumuz, sursatımız, hərb alətlərimiz var. Özümüz də təcrübəli, mahir
döyüşçülərik). Hökm sənindir. Nə əmr edəcəyinə özün bax (fikirləş)!”
(Nəml surəsi, 32-33)
163
MN
“(Bəlqis) dedi: Hökmdarlar bir ölkəyə (zorla) girdikləri zaman onu
xarabazara çevirər, xalqının böyüklərini də zəlil (qul, əsir) edərlər. Onlar
məhz belə hərəkət edərlər. (Hökmdarların adəti, davranışı belədir) . Mən
onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar!
(Əgər Süleyman peyğəmbərdirsə, onu rədd edər; yox, əgər ancaq bir
padşahdırsa, qəbul edər) .”
(Nəml surəsi, 34-35)
Hüdhüdün ona çatdırdığı məktubla, Həzrət Süleymanın (əleyhissəlam)
“Mənə qarşı baş qaldırmayın; təslimiyyət göstərərək hüzuruma gəlin!”
təklifini alan Bəlqis, vəziyyəti, xalqının hörmətli şəxsyyətləri ilə, yəni
məsləhət şurası ilə görüşmüş, nəticədə Həzrət Süleymana (əleyhissəlam),
elçilər göndərib qiymətli hədiyyələr təqdim edərək onun təzyiqindən
əmniyyətdə olmaq qərarına gəlmişdi.
Süleyman (əleyhissəlam), onların bu hərəkətindən hədiyyələrinə
güvəndiklərini anlamışdı. Mahiyyətcə rüşvət olduğunu gördüyü üçün o
hədiyyələri dərhal geri qaytarmış və idealında qəti olduğunu bildirmişdi:
“(Elçibaşı Bəlqisin göndərdiyi hədiyyə ilə) Süleymanın yanına
gəldikdə, o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz?
Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən (dünya
malından) daha yaxşıdır. Amma siz (dünyanın bər-bəzəyinə aldanıb) öz
hədiyyələrinizlə sevinirsiniz.”
(Nəml surəsi, 36)
“Durma, onların (Səba əhlinin) yanına qayıt! And olsun ki, (əgər
müti olaraq yanıma gəlməsələr) gücləri çatmayacaq bir ordu ilə üstlərinə
gedib onları öz yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!”
(Nəml
surəsi, 37)
Elçilər Məlikəyə gəlib Həzrət Süleymanın (əleyhissəlam) dediklərini
anlatdılar. O:
“Niyyətimizi anlamışdır! Vallahi, bu yalnız bir məlik deyil; biz bunun
qarşısında dura bilmərik!”-demiş və təkrar bir elçi göndərərək: “Qövmümün
bəyləri ilə hüzuruna gəlirəm. Buyruğunu və dəvət etdiyin dinini görmək
istəyirəm”, xəbərini yollamışdır.
Bəlqis, məşhur taxtını, köşkünün ən sağlam və qorunmalı yerinə qoy-
durub qapılarını bağlatdı. Sonra böyük bir dəstə Həzrət Süleymanın hüzu-
runa getmək üçün yola çıxdı.
Bu arada Süleyman (əleyhissəlam), yanındakılardan Bəlqisin taxtını
Səbadan Qüdsə gətirmələrini istədi. Müfəssirlərə görə onun məqsədi
bunlardır:
1. Allahın qüdrəti ilə, özünün peyğəmbərliyinə işarə olacaq bir
möcüzə olması istəyi və daha öncə Bəlqisin seçə bildiyi dəlillərə bir dəlil
də əlavə etmək.
2. Gətirdiyi taxtda dəyişikliklər edərək, Məlikənin bunu tanıyıb-tanıya
bilməyəcəyinə baxaraq onun nə dərəcə zəkalı olduğunu yəqin etmək.
3. Taxt, bir krallığın ehtişamının göstəricisi olduğundan Bəlqis
gəlmədən öncə, onun krallığının nə dərəcə güclü olduğunu öyrənmək.
“(Süleyman) dedi: Ey əyanlar! Onlar müti vəziyyətdə (müsəlman
olaraq) yanıma gəlməmiş hansınız onun (Bəlqisin) taxtını mənə gətirə
bilər? Cinlərdən olan (çox qüvvətli və nəhəng) bir ifrit
11
dedi: Sən
yerindən (taxtından) qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi
görməyə çox qüvvətliyəm, etibarlıyam! (Mənim Bəlqisin taxtını götürüb
gətirməyə gücüm çatar. Mən taxtın üzərində olan qızıl-gümüşə, ləl-cavahi-
rata əlimi belə vurmaram, onlardan heç bir şey götürmərəm!) ”
(Nəml surəsi,
38-39)
164
MN
11. İfrit: Tuttuduğunu devirən, qüvvətli, bacarıqlı, ələ ovuca sığmaz mənasına gəlir. Ayrıca,
pislikdə və şər işlərdə son həddə çatmış, şeytanlıqda irəli getmiş mənasına da gəlir.
Ayədə keçdiyi yer etibarı ilə cinlərin azğın və zərərli, şərli, qorxunc və qüvvətli cinsindən
biri deməkdir. Bu kəlmə, insanlar üçün də istifadə edildiyindən, ayədə “cinlərdən bir ifrit”
şəklində işlənmişdir.
Bəlqisin Taxtının maket şəkili
165
MN
Süleyman (əleyhissəlam), hər səhər oyanan kimi taxtına keçər,
dünyəvi işlər və dövlət idarəsi ilə məşğul olardı. Günorta vaxtı gəlincə
taxtından qalxardı. Buna görə ifrit, Həzrət Süleymanın taxtını, sabah ilə
günorta arası gətirə biləcəyini söyləyir.
“(Süleyman taxtın daha tez gətirilməsini istədi) . Kitabdan (Allahın
kitabından, yaxud lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi dedi:
Mən onu sənə bir göz qırpımında (gözünü yumub açınca) gətirərəm!”
(Süleyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi: Bu,
Rəbbimin lütfündəndir (mərhəmətindəndir) . Məni imtahana çəkməyi
üçündür ki, görək (Onun nemətinə) şükür edəcəyəm, yoxsa nankor
olacağam! Kim (Rəbbimin nemətinə) şükür etsə, yalnız özü üçün (öz
xeyrinə) şükür edər; kim nankor olsa, (bilsin ki) həqiqətən, Rəbbim
(onun şükrünə) möhtac deyildir, kərəm sahibidir!” (Allah dünyada
qədirbilənə də, nankora da, möminə də, kafirə də lazımınca ruzi və gün-
güzəran verər, çünki O, tükənməz mərhəmət sahibidir!) ”
(Nəml surəsi, 40)
Ayəti-Kərimədə keçən və taxtı göz qırpımında gətirən yəni kəramət
göstərən, elm sahibi zat, alimlərə görə Həzrət Süleymanın (əleyhissəlam)
vəziri Asəf bin Bərxiyadır.
Kəramət
Allah dostlarında zühur edən kəramətlər, yəni fiziki imkandan kənar
hadisələr iki qismdir.
Birincisi, Allah Təalanın zat, sifət və fellərinə aid biliklərdir. Buna kəşf
də deyilir. Bu bilikləri, tamamilə bir əqli əməliyyat olan düşüncə, təfəkkür
kimi yollarla əldə etmək mümkün deyildir. Allah Təala, bu elmi, seçdiyi
saleh qullarına ehsan edir.
İkincisi, maddi aləmdə, Allah dostlarının vəsiləsi ilə meydana gələn
xariqüladə hadisələrdir. Allah Təala, bunları da seçdiyi qullarına verir.
Həm də bu, xalqın gözü önündə gerçəkləşən zahiri hadisələr
olduğundan, insanlarda maraq oyadır. Xalq da buna etibar edir. Ancaq
Məqbul olan birincisidir. Çünki bu elmdə insanların duyğu və düşüncə
dünyasına müraciət edən hikmətli biliklər və dərin mənalar vardır.
Kəramət, zaman-zaman əshabi-kiram arasında da gerçəkləşmişdir.
Məsələn, hicrətin iyirmi üçüncü ilində İranlılarla edilən döyüşdə Həzrət
Ömər (radiyallahu ənh), Mədineyi-Münəvvərə minbərindən, oradan ki-
lometrlərlə uzaqda savaşan ordu komandirinə:
166
MN
“Ey Sariyə! Dağa, dağa!”-deyə istiqamət verərək, İslam ordusuna
kömək etmişdir.
(İbn Hacər, əl-İsabə, II, 3)
Başqa bir misal da Həzrət Ənəsin (radiyallahu ənh) izah etdiyi bu
hadisədir:
Nəbinin (səllallahu əleyhi və səlləm) əshabından Üseyd ibn Xüdeyr
və Abbad ibn Bəşir, qaranlıq bir gecədə Peyğəmbərin (səllallahu əleyhi və
səlləm) yanından çıxaraq evlərinə gedirdilər ki, qabaqda məşəl kimi iki işıq
peyda oldu. Bu işıq, onlar bir-birlərindən ayrılıncaya, evlərinə çatıncaya
qədər hər birinin yolunu işıqlandırdı.
(Bax: Buxari, Səlat 79; Mənaqibul-Ənsar 13)
Peyğəmbər Əfəndimizi (səllallahu əleyhi və səlləm) özünə rəhbər
edən və əshabi-kiramın izlərini izləyən Allah dostlarının da həyatlarında
bir çox kəramət meydana gəlmişdir.
Buna bir misal olacaq başqa bir hadisə: İman Əli Rza (rəhmətullahi
əleyh), bir divarın yanında otururdu. Yanına bir quş gəlib oxumağa başladı.
Əli Riza (rəhmətullahi əleyh) yanındakılara:
“Bu quş, onun yuvasına ilan yaxınlaşdığını söyləyir. “Körpələrimi
qurtarın!”-deyə fəryad edir!”-dedi.
Yanındakılar quşun olduğu yerə getdikdə gördülər ki, həqiqətən
quşun yuvasında bir ilan onun yaxasını buraxmır, orada gözləyir. Onlar bu
mənzərəni görüncə, körpələri qurtarmaq üçün ilanı öldürdülər.
Bəlqisin taxtının, Həzrət Süleymanın (əleyhissəlam) möcüzəsi ilə
deyil, Asəf ibn Bərxiyanın kəraməti ilə gətirilməsindəki incəlik isə, Həzrət
Süleymanın (əleyhissəlam) mənəvi böyüklüyünün başa düşülməsi
üçündür. Çünki öz əmrində olan bir vəzirin belə bir kəramət göstərməsi
həqiqətdə, Həzrət Süleymanın (əleyhissəlam) böyüklüyünə işarədir.
Məlikə gəlmədən əvvəl: “(Süleyman) dedi: (Bəlqisin) taxtını tanınmaz
Dostları ilə paylaş: |