“Yəhudilər: Üzeyir Allahın oğludur, xaçpərəstlər də: Məsih (İsa)
Allahın oğludur, –dedilər. Onların ağzında gəzən bu (boş) sözlər daha
öncə küfr edənlərin (mələklər Allahın qızlarıdır” –deyənlərin) sözlərinə
bənzəyir. Allah onları öldürsün! (Allah onlara lənət eləsin!) Necə də
(yalana uyub haqdan) döndərilirlər!”
(Tövbə surəsi, 30)
196
MN
“Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi
özlərinə tanrılar (rəblər) qəbul etdilər. Halbuki onlara ancaq bir olan
Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı
yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç
bir əlaqəsi yoxdur! (Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən
uzaqdır!)”
(Tövbə surəsi, 31)
Hər nə qədər bu gün yəhudilər Həzrət Üzeyirə “Allahın oğlu” dediklərini
qəbul etməsələr də, o zamankı bir qrup yəhudi ona hörmət və mədhdə
həddi aşmış və onlardan bəziləri ona tanrılıq isnadında olmuşdur.
197
MN
ÖLDÜKDƏN SONRA DİRİLMƏ
Ölümdən sonra qiyamət günündə təkrar dirilməyi və bir daha ölməməyi
ifadə edən “bəsu badəl məvt”, ruhun əbədiyyətə yolçuluğudur.
Allah, qullarını qəflət yuxusundan oyandırıb həqiqət aləmindən bir
pay ala bilmələri və Rəblərinə qulluqda qüsura yol verməmək üçün görən
gözlərə və hiss edən qəlblərə bir neçə ilahi və möcüzəvi misallardan bəhs
etmişdir. Qurani-Kərim, Üzeyir (əleyhissəlam) və Əshabi-Kəhf qissəsini,
öldükdən sonra dirilməyə bir misal olaraq ibrət və hikmətləri ilə bizə
anladır.
Əshabi-Kəhf
Əshabi-Kəhf (mağara yoldaşları), bütpərəst bir hökmdar olan Diqy-
anus dövründə Tərsusda yaşamış, iman və Tövhid mübarizəsi aparmış
olan saleh gənclərdir.
Əshabi-Kəhfin sayı haqqında Qurani-Kərimdə açıq bir ifadə olmayıb,
“onlar bir qrup gənclərdir” buyrulur. Bu da göstərir ki, bu ibrətli qissədə
əsl vacib olan, şəxslərin sayları və məmləkətlərindən çox bu şəxslərin Al-
lah nəzərindəki qəlbi (daxili) aləmləridir. Yəni, onların ehsan duyğusuna
çatmış saleh qullar olmalarıdır. Haqq Təala, bu qissədə, bütpərəstliyə
qarşı bir iman və Tövhid mübarizəsinin misalını göz qabağına gətirir.
Kral Diqyanusun yaxın ətrafından bir qrup gənc olan Əshabi-Kəhf,
Tövhid inancını qəbul etmişdilər. Onlar bütpərəst və zalım krallarının
zülmünün sona çatması üçün fasiləsiz olaraq Haqq Təalaya göz yaşları
ilə niyaz edirdilər. Lakin bu zalım kral, qürur və kibrinin əsiri olmuş, gün
198
MN
keçdikcə imansızlığını və zülmünü artırmış, nəhayət, tanrılıq iddiasında
olacaq qədər azğınlaşmışdı. Bununla da kifayətlənməyib Tövhid inancına
mənsub hər kəsi toplayıb onlara ağır işgəncələr edir və imanından əl
çəkməyənləri də şəhər girişlərində asdırırdı.
Kral Diqyanus, yaxınlarından bir qrup gəncin də möminlərdən
olduğunu öyrənincə çox hiddətlənib onları dərhal hüzuruna çağırtdırdı.
Onları, imanlarından əl çəkməsələr öldürməklə hədələdi. Ancaq onlar,
imanın əbədi zövqünə varmış gənclər idi. Bu hədə-qorxudan qorxmadılar
və zalım hökmdara tövr qoyaraq, həqiqəti onun üzünə qarşı söyləməkdən
də çəkinmədilər. Allah Təala, onların bu vəziyyətini belə açıqlayır:
“(Ya Rəsulum!) Biz onların xəbərini sənə doğru söyləyirik. Onlar
Rəbbinə iman gətirmiş bir neçə gənc idi. Biz də onların hidayətini
(imanını, səbatını və bəsirətini) artırmışdıq. Onlar (rum qeysəri bütpərəst
Diqyanusun hüzurunda) durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir.
Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə,
(Allahdan başqasına tapınacağıq, –söyləsək, küfr) danışmaqda həddi
aşmış (ifrata varmış) olarıq! –dedikləri zaman onların ürəklərinə qüvvət
(mətanət) vermişdik. Bizim bu camaat (qövmümüz) Allahdan başqa
tanrılar qəbul etdi. Elə isə onlar öz tanrıları barəsində (bütlərə ibadət
etməyin düzgün olması haqqında) bir dəlil gətirməli deyildilərmi? Al-
laha qarşı yalan uydurub düzəldəndən daha zalım (özünə zülm edən)
kim ola bilər?!”
(Kəhf surəsi, 13-15)
Diqyanusun, bütlərə ibadət etmələri üçün israrla hədə-qorxu gəldiyi
gənclər belə dedilər:
–Bizim bir ilahımız var ki, ondan başqasını ilah saymırıq. Biz yerlərin
və göylərin Rəbbini buraxıb qulların düzəltdiyi cansız daş parçalarına
əsla sitayiş etmərik. Sənin təklifini qəbul etmə ehtimalımız heç olmay-
acaq! Sənin edəcəklərin bizə bir zərər verə bilməz! Çünki biz, hər şəraitdə
Rəbbimizə döndürüləcəyik! Nə istəsən edə bilərsən!-demişdilər.
Onlar bu qətiyyətlərilə, Musa (əleyhissəlam) ilə yarışa çıxan, sonra da
iman edən sehrbazların zalım Firona qarşı göstərdikləri qətiyyətin oxşarını
Diqyanusa qarşı göstərmiş oldular.
Hökmdar Diqyanus, onların bu cavablarına çox hirsləndi və daha
əvvəl verdiyi bütün rütbələri ləğv etdi. Dalınca da:
–Siz gəncsiniz, özünüzə yağılıq etməyin, etdiklərinizdən əl çəkməyiniz
üçün sizə üç gün möhlət verirəm! Yaxşıca düşünün-daşının; qurtarmağımı,
199
MN
yoxsa həlak olmağımı üstün tutursunuz?-deyərək onlara son dəfə bir fürsət
də verdi. Sonra onları öz ixtiyarlarına buraxaraq Ninovaya getdi.
Hökmdarın verdiyi bu möhlət, Əshabi-Kəhf üçün sanki bir ilahi lütf
oldu. Zalım hökmdarın şərindən qurtarmaq üçün onlara zaman qazandırdı.
Haqq Təalanın rəhmətinə sığınıb, yardımını uman bu saleh gənclər,
yanlarında bir it də götürüb şəhərdən uzaq bir mağarada gizləndilər.
Mağarada evlərindən gətirdikləri yeməkləri yeyir və gecə-gündüz Haqq
Təalaya ibadət edərək: Rəbbimiz! Bizə tərəfindən rəhmət ver və bizə bir
qurtuluş yolu hazırla!-deyə yalvarırdılar.
Həm də saleh əməlləri, ixlasları və etdikləri bu dua hörmətinə rəhmət
dolu ilahi kömək Əshabi-kəhfi bürüdü. Bu arada zalım Diqyanus, Nino-
vadan qayıtmış və onların şəhərdən qaçdıqlarını öyrənmişdi. Dərhal
onların arxasınca gedərək gizləndikləri mağaranı tapdı. Hirslə necə bir
cəza verəcəyini düşünərkən Allah Təala, onun ağlına mağaranın ağzını
bağlamağı gətirdi və çox da fikirləşmədən əsgərlərinə:
–Dərhal mağaranın girişini bağlayın! Ac və susuz qalaraq əzab içində
ölsünlər, mağaraları onların qəbrləri olsun!-deyə əmr etdi.
Özünə görə, belə etməklə onları diri-diri basdırmış oldu. Amma bilm-
irdi ki, Həzrət Musanı Fironun sarayında böyüdüb onun şərindən qoruyan
Allah, Əshabi-Kəhfi də Diqyanusun şərindən mühafizə edirdi.
200
MN
Həmçinin “qoruyanların ən xeyirlisi” olan Haqq Təala, Əshabi-
Kəhfi sonsuz rəhməti ilə bürüdü və onları 309 il bu mağarada diri halda
yuxlatdı.
Həzrət Mövlana (qüddisə sirruh): “Qafillər arasında olub onların
ruh halından pis təəssürat almaqdansa, yuxlamaq daha yaxşıdır. Haqq
Təala, Əshabi-Kəhfi kafirlərin arasından uzaqlaşdıraraq onların qəlblərini
qəflətdən qorumuşdur.”-deyir.
Ayəti-Kərimədə buyrulur:
“(Ya Rəsulum! Əgər o zaman onlara baxsaydın) günəşin doğduğu
zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı za-
man isə onları tərk edib sol tərəfə yönəldiyini (mağaranın içinə düşüb
onları yandırmadığını) , onların da mağaranın ortasında geniş bir yerdə
olduqlarını (küləyin onları oxşadığını və rahat nəfəs aldıqlarını) görərdin.
Bu, Allahın möcüzələrindəndir. Allahın doğru yola saldığı kəs doğru
yoldadır. Allahın yoldan çıxartdığı (zəlalətə saldığı) kimsəyə isə əsla
doğru yolu göstərən bir dost (rəhbər) tapa bilməzsən! (Gözləri açıq
olduğu üçün) onlar yuxuda ikən sən onları oyaq sanardın. (Torpağın
rütubəti bədənlərini çürütməsin deyə) Biz onları sağa-sola çevirirdik.
Onlar iti də iki əlini (qabaq pəncələrini mağaranın) astanasına uzadıb
yatmışdı. Əgər sən onları (bu vəziyyətdə) görsəydin, yəqin ki, (qorxu-
dan) dönüb qaçar, dəhşət səni bürüyərdi.”
(Kəhf surəsi, 17-18)
Haqq Təala, Əshabi-Kəhfi oyandıranda, onlar mağarada çox az bir
zaman qaldıqlarını zənn etdilər. Ayəti-Kərimədə buyrulur:
“(Gəncləri illərlə yatırtdığımız kimi) beləcə də onları bir-birindən
hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: (Mağarada) nə
qədər qaldınız? Onlar: Bir gün və ya bir gündən az! –deyə cavab
verdilər. Onlardan (bəziləri isə) belə dedi: Qaldığınız müddəti Rəbbiniz
daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə
(Tərsusa) göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə
ruzi (yemək alıb) gətirsin. O, çox ehtiyatlı olsun (ağıllı hərəkət etsin)
və sizin barənizdə heç kəsə bir xəbər (nişan) verməsin! Doğrusu,
onlar sizi ələ keçirsələr ya sizi daşqalaq edəcək, ya da öz dinlərinə
döndərəcəklər. Belə olacağı təqdirdə, siz (nə dünyada, nə də axirətdə)
nicat tapa bilməzsiniz!”
(Kəhf surəsi, 19-20)
Onlardan ərə ərzaq almağa gedəndə, onun əlindəki əsrlərlə əvvələ
aid pulları görənlər, bir dəfinə tapdıqlarını zənn edib, onu hökmdara
çatdırdılar.
201
MN
Zamanın yeni hökmdarı mömin və saleh bir insan idi. Ətrafındakılara
daim nəsihət verir, onları Tövhid inancına dəvət edir, onlara qiyamət qop-
duqdan sonra yenidən dirilmənin sirlərindən danışırdı. Lakin xalqından
cahil olanlar, öldükdən sonra dirilməyi şübhə ilə qarşılayırdılar. O da buna
çox üzülür və Haqq Təalaya:
–Ya Rəbbi! Bu qövmə inkar etdikləri həqiqət barəsində bir dəlil göstər!-
deyə yalvarırdı.
Nəhayət Əshabi-Kəhfdən olan gənc yanına gəlib olanları ona başa
salanda, hökmdar xalqına Tövhid inancını anlatmaq üçün axtardığı dəlilin
ortaya çıxdığını gördü və çox sevindi. Haqq Təalaya həmd etdi. Axirət
həyatının və yenidən dirilmənin varlığına qüvvətli bir dəlil ola biləcək bu
mağara hadisəsi, xalqını doğru inanca dəvət etməsi baxımından böyük
əhəmiyyət daşıyırdı. Dərhal vəziyyəti ətrafına elan etdi. Arxasınca Əshabi-
Kəhfin yanına gedərək onları ziyarət etdi. Beləcə hökmdarın gözlədiyi
ilahi hikmət və ibrətlər təzahür etdi. Bundan bir müddət sonra Haqq Təala,
Əshabi-Kəhfin ruhlarını aldı.
Əshabi-Kəhf, imanlarında səbat göstərərək zülmlərə dözmələri, Al-
lah yolundan ayrılmamaqları və bu uğurda hicrət etmələrinin bir bərəkəti
olaraq Qurani-Kərimdə təriflənmişdir. Belə ki, Qurani-Kərimdəki bir surəyə,
bu saleh şəxslərin sığındığı yeri ifadə edən “Kəhf” adı verilmiş və ona “Kəhf
surəsi” deyilmişdir. Bu surədə Əshabi-Kəhf qissəsindən başqa mühüm
qissələr də olmaqla birlikdə, surəyə bu adın verilməsi, həmin qissənin
əhəmiyyətindəndir.
Peyğəmbərimiz (səllallahu əleyhi və səlləm), Kəhf surəsi Cümə günü
oxunduqda, bunun digər Cüməyə qədər işlənəcək günahlara kəffarət
olacağını bildirmişdir.
(Bax: Süyuti, Cameus-Səğir, I, 98)
Bu surə; iman mübarizəsi,
axirət inancı, ölümdən sonra dirilmə, Musa və Xızır qissəsi, Allahın
əzəmətinin gözlə görünən təcəlliləri kimi daim yadda saxlanılması lazım
gələn mühüm mövzuları əhatə edir. Bu səbəbdən Rəsulullah (səllallahu
əleyhi və səlləm) ümmətinin hər həftə bu surəni oxumağını tövsiyə
etmişdir.
Digər tərəfdən, diqqət çəkən bir mövzu da Əshabi-Kəhfin yanında olan
Qitmir adlı it də onların nail olduğu lütfdən bir nəsib almışdır. Müfəssirlərə
görə, bir it olduğu halda Qitmirin, sadiqlərlə bərabər olmasının və onlara
mağara qapısında sədaqətlə qarovulçuluq etməsinin bərəkəti ilə cənnətə
girəcəyi də söylənmişdir.
(Bax: İ. Həqqi Bursəvi, Ruhul-Bəyan, V, 226)
Həzrət Mövlana buyurur:
“O it, sədaqətlə Əshabi-Kəhfin qarovulçuluğunu üstün tutduğu üçün
ilahi rəhmət suyunu ariflər kimi mağaranın qapısı önündə qab-qacaqsız
olaraq içdi. Cənnətdə də onlarla bərabər olmağa haqq qazandı.”
Haqq Təala, bir tərəfdən mağaradakı gənclərin 309 il qidasız, susuz,
lakin canlı bir şəkildə yuxladılmasındakı təzahürlərin hikmətini anladırkən,
digər tərəfdən də bunun özü üçün çox rahat olduğunu ifadə etmək üçün:
“(Ya Rəsulum!) Yoxsa Əshabi-Kəhfin və Əshabi-Rəqimin
17
ayə-
lərimizdən əcaib bir şey olduğunu güman edirsən? (Xeyr, bu Bizim
qüdrətimiz qarşısında adi bir işdir).”-buyurmuşdur.
(Kəhf surəsi, 9)
Allah Təala, insanın hər gün yaradılma və ölümünü dərk etməsi ilə
bərabər öldükdən sonra diriləcəyini da qavraması üçün öz əzəmət və
qüdrətini xatırladaraq belə buyurur:
v
ﹲﻦ ﹺﺒﹸﻣ ﹲﻢ ﹺﺼﹶﺧ ﹶﻮ ﹸ اﹶذﹺﺈﹶﻓ ﹴ ﹶﻔ ﹾﻄﹸﻧ ﹾﻦﹺﻣ ﹸهﺎﹶﻨﹾﻘﹶﻠﹶﺧ ﺎﻧﹶأ ﹸنﺎﹶﺴﻧﹺ ﹾﻹا ﹶﺮﹶ ﹾﻢﹶﻟﹶوﹶأ
v
ﹲﻢ ﹺﻣﹶر ﹶ ﹺ ﹶو ﹶمﺎﹶﻈﹺﻌﹾﻟا ﹺ ﹾﺤﹸ ﹾﻦﹶﻣ ﹶلﺎﹶﻗ ﹸ ﹶﻘﹾﻠﹶﺧ ﹶ ﹺﺴﹶﻧﹶو ﹰﻼﹶﺜﹶﻣ ﺎﹶﻨﹶﻟ ﹶبﹶﺮ ﹶﺿﹶو
v
ﹲﻢ ﹺﻠﹶﻋ ﹴﻖﹾﻠﹶﺧ ﻞ ﹸﻜﹺﺑ ﹶﻮﹸ ﹶو ﹴةﺮﹶﻣ ﹶلوﹶأ ﺎﹶ ﹶﺄﹶﺸﻧﹶأ يﹺﺬﻟا ﺎﹶ ﹺ ﹾﺤﹸ ﹾﻞﹸﻗ
“Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə
(Rəbbinə) açıq bir düşmən kəsilərək, öz yaradılışını unudub: Çürümüş
sümükləri kim dirildə bilər?! –deyə, hələ Bizə bir məsəl də çəkdi. (Ya
Peyğəmbər!) De: Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər
bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!”
(Yasin surəsi, 77-79)
“Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini
bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun barmaqlarını da (barmaq
sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!”
(Qiyamə
surəsi, 3-4)
“Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!”
(Qiyamə surəsi,
40)
202
MN
17. Əshabi-Rəqim: Bir rəvayətə görə Musa (əleyhissəlam) qissəsində anladılan “üç saleh
insan”dır.
203
MN
Haqq Təala, ağlı və qəlbi, ibrət və hikmətlərə açıq olanlara, ölüləri
diriltmənin özü üçün çox bəsit olduğunu göstərmək üçün dünya nizamından
nümunələr verərək belə buyurur:
“Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia
edirlər. (Ya Peyğəmbər!) De: Bəli, Rəbbimə and olsun ki, siz mütləq
dirildiləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir)
xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!”
(Təğabun surəsi, 7)
“Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi
göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib
oradan da) çıxardacaqdır.”
(Nuh surəsi, 17-18)
“Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq
göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə
gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir
məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə
yetişdiririk. Biz ölüləri də (dirildib qəbirlərindən) belə çıxaracağıq.
Bəlkə, düşünüb ibrət alasınız!”
(Əraf surəsi, 57)
“Biz hər hansı bir şeyi (yaratmaq) istədikdə ona sözümüz: “Ol!”
deməkdir. O da dərhal olar.”
(Nəhl surəsi, 40)
Haqq Təala, gecə yatıb, sabah olunca oyanmağın ölüm və dirilməyə
misal olacağını aşağıdakı ayəti-kərimədə nə gözəl anladır:
“Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına
salıb hiss-həyacandan məhrum edən) , gündüz isə nə etdiyinizi (nə
qazandığınızı) bilən Odur. Sonra O sizi gündüz (yuxudan) oyandırır ki,
müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin. Sonra onun hüzuruna
qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər
verəcəkdir.”
(Ənam surəsi, 60)
Haqq Təala, o gün ölüm yuxusundan oyanan insanların içinə
düşəcəkləri çaşqınlığı və məhşər günün dəhşətini belə bəyan edir:
“O gün onlar (dünyada ibadət etdikləri) bütlərin yanına tələsirmişlər
kimi qəbirlərdən tez-tələsik çıxacaqlar. Onların gözləri zəlilcəsinə
yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara vəd olunmuş
həmin qiyamət günüdür!”
(Məaric surəsi, 43-44)
“O gün zalımlara üzrləri heç bir fayda verməz və onların tövbə
etmələri (Allah rizasını diləmələri) də istənilməz!”
(Rum surəsi, 57)
204
MN
“O gün insan qaçacaq öz qardaşından; Anasından, atasından;
Zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən
qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin
halından xəbər tutmayacaqdır) . O gün bir çox üzlər parlayacaq, Güləcək,
sevinəcəkdir. O gün bir çox üzlərə isə toz-torpaq qonacaq, Onları
zülmət (yaxud his) bürüyəcəkdir. Onlar (pis əməllərə uyan) kafirlər,
pozğunlardır!”
(Əbəsə surəsi, 34-42)
“Bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə (qiyamət
günündə) , üzü qara olanlara: İman gətirəndən sonra kafirmi oldunuz?
İndi, kafir olduğunuza görə dadın əzabı! –deyiləcəkdir. Üzü ağ olan-
lar isə Allahın mərhəməti içərisində olub orada (Cənnətdə) həmişəlik
qalacaqlar!”
(Ali-İmran surəsi, 106-107)
Doğru bir mühakiməyə sahib olan insan, kainatda hər şeyin, bir tək
çəyirdəyin çərtməsindən sanki bir bahar şənliyinə döndüyünü; zərrələrdən
kürrələrə, doğumlardan ölümlərə qədər hər şeyin bir nizam və ahəng
içində əbədiyyətə qədər davam etdiyini başa düşür. Bəs onda bütün bu
ahəngin qurucusu Allah Təala, insan idrakını aciz buraxan sonsuz ilahi
səltənət naxışları içində insanı boş yerə mi yaratmışdır?
Ayəti-kərimədə buyrulur:
ىﹰﺪ ﹸﺳ ﹶكﹶﺮﹾﺘﹸ نﹶأ ﹸنﺎﹶﺴﻧﹺ ﹾﻹا ﹸﺐﹶﺴ ﹾﺤﹶﹶأ
“Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız)
buraxılacaq?!”
(Qiyamə surəsi, 36)
“Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-
hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?”
(Mu-
minun surəsi, 115)
Dünyanın oyuncaqları ilə məşğul olmaqdan qurtarıb, könül iqliminə
girənlər üçün ölüm bir son deyil, həqiqi həyatın başlanğıc nöqtəsidir. Belə
adamlar üçün ölüm, kölgələr aləmindən həqiqətlər aləminə keçməkdir.
Yaz buludu kimi tez gəlib keçən dünya həyatını, axirət əndişəsi
daşımadan keçirən bir adamın durumu, gündüzü yaşayarkən bir müddət
sonra axşam olacağını görə bilməyən adamın vəziyyətinə bənzəyir.
Haqq Təala buyurur:
205
MN
ﹸروﹸﺮﹶﻐﹾﻟاﹺﷲاﺎﹺﺑ ﹾﻢ ﹸﻜﻧﺮﹸﻐﹶ ﹶﻻﹶوﺎﹶ ﹾﻧﺪﻟا ﹸةﺎﹶ ﹶﺤﹾﻟا ﹸﻢ ﹸﻜﻧﺮﹸﻐﹶﺗ ﹶﻼﹶﻓ ﻖﹶﺣﹺﷲا ﹶﺪﹾﻋﹶونﹺإ ﹸسﺎﻨﻟاﺎﹶ ﹶأﺎﹶ
“Ey insanlar! Şübhəsiz ki, Allahın (qiyamət barəsindəki) vədi
haqdır. Dünya həyatı sizi aldatmasın. O tovlayan (Şeytan) da sizi
tovlayıb yoldan çıxartmasın!”
(Fatir surəsi, 5)
İnsan, öz yaradılışına və kainatın nizamına ibrət nəzəri ilə baxdığı
zaman, dünya həyatını necə yaşayacağını düşünməyə məcbur olur.
Həyatı ciddi qiymətləndirən hər bir insanı, ən çox ona bağlayan şey “ölüm”
hadisəsidir. O möhtəşəm vida anı, insan üçün ən böyük bir ibrət tablo-
sudur. “Ölüm”, dünya həyatında yalnız ət və sümükdən meydana gələn
bədənini, yəni nəfsani tərəfini ənkişaf etdirib ruhani tərəfini cılız burax-
anlar üçün ən həzin bir tükənişdir! O kimsələr, dünyadakı səfalətlərindən
doğan acı itiklərini, ancaq ölümdən sonra yaşanacaq olan dirilmə ilə dərk
edəcəkdilər.
“Göy parçalanacağı zaman; Ulduzlar dağılıb səpələnəcəyi zaman;
Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman; Qəbirlər çevriləcəyi
(qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman; Hər kəs
(dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (düny-
ada nəyi edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını,
savabını) biləcəkdir!”
(İnfitar surəsi, 1-5)
“Onu (qiyaməti) gördükləri gün (dünyada və ya qəbir evində) yalnız
bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar!”
(Naziat surəsi, 46)
Bunun üçündür ki, Allah Rəsulu (səllallahu əleyhi və səlləm), dünya
həyatını tərif edən bir Hədisi-Şəriflərində:
“Dünya mənim nəyimə gərək? … Mənim halım dünyada bir ağac
altında oturub kölgələnən, sonra da yerini buraxıb gedən yolçuya
bənzəməkdədir.” buyurur.
(İbn Macə, Zühd, 3; İbn Hənbəl, I, 391)
Bütün cahan, həssas və müvazinətli bir nizam üzərində qurulmuşdur.
Orada olan hər şey, incə ölçülərə və qanunlara tabedir.
Səmalar və yer üzü, hər cür hadisələri ilə bənzərsiz bir nizam
nümunəsidir. Günəş və ay ciddi nizamlanmış şəkildə doğub-batmaqda,
gecə və gündüz bir-birinin ardındanca növbələşib dövr etməkdə, bu-
ludlar nizamla hərəkətdə, yağışlar bir ölçü içində torpağa damlamaqda,
yer üzünün baharı da, xəzanı da dəqiq hesabla meydana gəlir. Yenə bir
206
MN
misal: məxluqatın rizqləri bir ölçü içində ayrı-ayrı hazırlanır. Beləcə kai-
nat bütövlükdə bir hesab içində çalxalanırkən, aləmin ən üstün varlığı,
varlıqların süsü, bir yaradılış xəriqəsi olan insanın, ölçüsüz, duyğusuz və
mənasız hərəkət edib yaşaması heç ağılabatandırmı?
Həyat imtahanı keçmək üçün yaradılan insan, əqli, hissi və əməli
ölçüləri qorumaq məcburiyyətindədir.
İnsanın əqli müvazinəti, həqiqət biliklərinə tabe olması ilə; hissi
müvazinəti, gözəl əxlaq sahibi olub, qəlbi-səlim səviyyəsinə çatması
ilə; əməli müvazinəti isə, Quran və sünnə hökmlərinə bağlı qalması ilə
qorunmuş olur.
Xülasə, “əşrəfi-məxluqat” olan insanın, özünü iman və əməli saleh
ölçülərinə görə tənzimləmə və o ahəngin əhatəsinə girmə zərurəti vardır.
Aşağıdakı ayəti-kərimə, insan, Quran və kainat üçlüyündə qurulmuş
çox incə və ülvi nizamdan bəhs edir:
“Rəhman! (Mərhəmətli olan Allah!) (Öz peyğəmbərinə) Quranı
öyrətdi. İnsanı yaratdı. Ona danışmağı (fikrini və duyğularını bəyan
etməyi) öyrətdi. Günəş
və ay müəyyən bir ölçü ilə (hərəkət edər) . Otlar
da, ağaclar da (Allaha) səcdə edər! Göyü. O ucaltdı, tərəzini (ədalət
tərəzisini) O qoydu! Ona görə ki, çəkidə həddi aşmayasınız (insafı əldən
verməyəsiniz) . Tərəzini düz tutun, çəkini əskiltməyin! (Çəkidə insaflı
olun, tərəzini korlamayın!) Yeri də (bütün)
Dostları ilə paylaş: |