“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün
bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl
sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut
edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturan-
da da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması
haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə
yaratmamışsan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun
əzabından (Özün) qoru!”
(Ali-İmran surəsi, 190-191); (İbn Hibban, II, 386)
Bu etibarla möminlərin Allah qorxusu ilə tökdükləri göz yaşları, fani
gecələrin qiymət biçilməz zinətləri, qəbir qaranlıqlarının ulduzları, cənnət
bağçalarının gül ətri verən şəbnəmləridir. Haqq Təala, Qurani-Kərimin
hikmət və sirləri qarşısında duyğulanmayan ürəkdən və yaşarmayan
gözdən hamımızı mühafizə etsin!
Həzrət Mövlana (qüddisə sirruh) belə buyurur:
“Qurani-Kərim, peyğəmbərlərin hal və xüsusiyyətləridir. Qurani-
Kərimi xüşu ilə oxuyub tətbiq edərkən, özünü peyğəmbərlər və vəlilər ilə
görüşmüş say! Peyğəmbər qissələrini oxuduqca bədən qəfəsi, can quşuna
dar gəlməyə başlar!”
“Biz, bu bədən qəfəsindən ancaq bu vasitə ilə qurtardıq. O qəfəsdən
qurtarmaq üçün, bu yoldan, yəni Tövhid yolundan başqa çarə yoxdur!”
Ya Rəbbi qəlblərimizi Quran nurundan və Həbibinin məhəbbətindən
ayırma! Amin!…
139
MN
TƏKRAR ÜÇÜN SUALLAR
1. İsrail oğullarına nə üçün tez-tez peyğəmbər göndərilmişdir? Onları
dinə və peyğəmbərlərinə bağlılıqları baxımından dəyərləndirin.
2. Talutun
əsgərləri, Calutun ordusu ilə savaşa başlarkən etdikləri duada
istədikləri üç şey nədir?
3. Həzrət Davudun (əleyhissəlam) gününü, ibadət, ədalət, nəsihət və
şəxsi işləri üçün dördə ayırdığını bilirik. Biz də vaxtımızı dörd qismə
ayırsaq bu zamanı necə dəyərləndirərik?
4. Allah
Təala, Həzrət Davudu necə imtahan etmişdir?
5. Şeytan, Əshabı-Səbti necə aldatmışdır?
6. Bir
rəvayətə görə Əshabı-Səbtdən, Allahın əmrlərinə itaət etməyənlərin
yanında, özləri ilahi əmrə itaət etdikləri halda digərlərinin üsyanına səs
çıxarmayanlar da həlak edilmişdi. Bunun səbəbləri nələrdir?
7. Bu
gün
əldə olan Zəburun əsl Zəbur olmadığını haradan anlayırıq?
8. Qurani-Kərim oxumanın sünnət, dinləmənin isə fərz olmasının hikməti
nə ola bilər?
9. Allahın kəlamını duyğulu və ahəngli bir səslə oxumanın, dinləyənlərdə
necə təsir doğuracağını dəyərləndirin.
10. Qurani-Kərim, özündən böyük ölçüdə istifadə ediləcək şəkildə necə
oxunmalıdır?
A. Aşağıdakı sualları cavablandırın
140
MN
1. Həzrət Davuda (əleyhissəlam) kitab olaraq ……… endirilmişdir.
2. Həm səltənət, həm də nübüvvət verilən ilk şəxs ………
əleyhissəlamdır.
3. Davud (əleyhissəlam) hökmdar olmasına baxmayaraq ………
düzəldərək öz əl əməyi ilə dolanacağını təmin etmişdir.
4. Bir gün oruc tutub, bir gün tutmamaq demək olan ………, Həzrət
Davuddan (əleyhissəlam) Ümməti-Mühəmmədə qalan bir ibadət
xatirəsidir.
B. Aşağıdakı boşluqları doldurun
141
MN
1. İnsanın, yer və göy arasındakı
hər şeyin zikr etdiyi Allah
Təalayı, layiqincə təsbih
(zikr) edə bilməsi üçün aşa-
ğıdakılardan hansı lazım gəl-
məz?
A. Nəfsini təzkiyə yolu ilə qəlbi
incəliyə qovuşması.
B. Allahın kəlamını yüksək səs-
lə oxuması.
C. Könlünün, hər an Allahın zik-
ri ilə dolu olması.
D. Qəlbinin Quran nuru ilə dolu
olması.
2. Aşağıdakılardan hansı, könlü
Quran ilə dolu olan və onu
çox oxuyan şəxslərin xis-
lətlərindən biri deyildir?
A. Quranı, heç kəsin özündən
daha gözəl oxuya bilməyə-
cəyini düşünərək oxumaq.
B. Daim Haqq Təalaya qulluq
şüuru içində yaşamaq.
C. Özlərinə verilən nemətləri,
axirət həyatını qazanmaq
üçün bir sərmayə kimi gör-
mək.
D. Kainatdakı hadisələri təfək-
kür edib, bunlara hikmət və
ibrət pəncərəsindən baxmaq.
3. “(İsrail övladının) peyğəmbəri
onlara dedi: Allah Talutu si-
zə padşah göndərdi. Onlar
isə: Biz hökmdarlığa daha
layiq ikən və ona var-dövlət
verilmədiyi halda, o, necə bi-
zə padşah ola bilər?” – deyə
cavab verdilər. (Peyğəmbər
onlara) dedi: Allah sizdən ötrü
onu (bəyənib) seçmiş, elm
və bədəncə (qüvvəcə) ona
üstünlük vermişdir. Allah Öz
mülkünü (səltənətini) istədiyinə
verər. Allah (Öz lütfü və kərəmi
ilə) genişdir, (Allah hər şeyi)
biləndir!”
(Bəqərə surəsi, 247)
ayəsindən hərəkət edərək,
aşağıdakı bəndlərdən hansı
bir cəmiyyəti idarə edəcək
liderdə olması lazım gələn
xüsusiyyətlərdən biri dey-
ildir?
A. Hər kəs tərəfindən bilinən və
mənimsənən nəsildən gəl-
mək.
B. Yaxşı təlimli, bilikli və bəsirətli
bir şəxs olmaq.
C. Bədən və ruh baxımından
sağlıqlı olmaq.
D. Sücaət, cəsarət kimi mənəvi
güclərə sahib olmaq.
C. Aşağıdakı Sualların doğru cavablarını işarə edin
142
MN
4. Aşağıdakılardan hansı Həz-
rət Davudun (əleyhissəlam)
gündəlik həyatında, etdiyi iş-
lərdən biri deyildir?
A. İbadətlə məşğul olmaq.
B. Mədrəsələrdə müəllimlik et-
mək.
C. Hüquqi məsələləri qərara
bağlamaq.
D. Xalqa vəz və nəsihət etmək.
5. Aşağıdakılardan hansı Həzrət
Davudun (əleyhissəlam), Ca-
lutu öldürmə hadisəsindən çı-
xara biləcəyimiz ibrətlərdən
biri deyildir?
A. Döyüşdə Allah heç bir zaman
özünə inananların məğlub
olmasına icazə verməz.
B. Allah istərsə, nə qədər zəif
olursa-olsun, bir qulunu da-
ha güclü olana qarşı qalib
gəldirər.
C. Allahın düşməni olan za-
lımlar, nə qədər güclü görü-
nürlərsə-görünsünlər, Onun
iradəsi qarşısında tam bir
acizlik içindədirlər.
D. Bir mömin, Allaha sığınmalı
və yalnız Ondan kömək is-
təməli, əlindən gələni et-
dikdən sonra Allaha təvəkkül
etməlidir.
6. Aşağıdakılardan hansı Allah
Təalanın Həzrət Davuda
(əleyhissəlam) verdiyi nemət-
lərdən biri deyildir?
A. Əlinə aldığı dəmiri qızıla çe-
virməsi.
B. Dağların və quşların toplu
olaraq onunla birlikdə zikr
etməsi.
C. Səltənətini qüvvətləndirib ona
gözəl və hikmətli danışmağı
öyrətməsi.
D. Düşməndən qorunmaq üçün
zireh düzəltməyi öyrətməsi.
143
MN
7. Aşağıdakılardan hansı Pey-
ğəmbər Əfəndimizin: “Heç
kim öz qazancından daha
xeyirli bir ruzi yeməmişdir.
Allahın peyğəmbəri Davud
(əleyhissəlam) da öz əli ilə
qazandığını yeyərdi.”
(Buxari,
Büyu 15; Ənbiya 37)
Hədisindən
çıxaracağımız bir nəticə dey-
ildir?
A. Halal qazancın ən gözəli,
hər kəsin öz əl əməyi ilə
qazandığıdır.
B. İslam başqalarının hesabı-
na dolanmağı xoş qarşıla-
mamışdır.
C. Heç əmək xərcləmədən var-
lıq sahibi olunsa da, şəxsin
öz qazancını yeməsi, daha
fəzilətlidir.
D. Bir insanın, bədəni ilə ça-
lışaraq əldə etdiyi qazanc,
masa başında çalışaraq qa-
zandığından daha fəzilətlidir.
8. Aşağıdakılardan hansı, bu-
günkü Zəburun əslinin itdiyi-
nin bir işarəsi (dəlili) sayıl-
maz?
A. Antropomorfik tanrı inancı-
nı, yəni tanrının insani xü-
susiyyətləri olduğunu qəbul
etməsi.
B. Nazil olduğu ilk günlərdə
heç kimsə tərəfindən qeydə
alınmaması.
C. İçində yalnız şer şəklində
hikmətli sözlərin olması.
D. Həzrət Davudun vəfatından
təqribən beş yüz il sonra ya-
zılması.
144
MN
9. “Onlar Quran oxuyarlar, (lakin
oxuduqları) boğazlarından aşa-
ğıya keçməz!”
(Buxari, Fəzailül-
Quran, 36)
Aşağıdakılardan
hansı, bu Hədisi-Şərifdən çı-
xaracağımız nəticələrdən biri
ola bilməz?
A. Quranı oxuyan şəxsin, oxu-
duğunu ən azından özü-
nünün də eşitməsi fərzdir.
B. Quran oxunarkən, onun mə-
nası üstündə incədən-incəyə
təfəkkür etmək (düşünmək)
lazımdır.
C. Quranı oxuduqdan sonra,
öyrəndiklərimizi tətbiq etmək
də bizim vəzifəmizdir.
D. Quranı yalnız oxumaq bəs
etməz, oxuduqlarımızın bizi
təsirləndirməsi lazımdır.
10. Şeytanın aldatdığı Əshabi-
Səbt, üç ayrı qrupa ayrılmışdı.
Aşağıdakılardan hansı bu
qrupdan biri deyildir?
A. Allahın əmrinə uymayıb ba-
lıq tutmağa davam edənlər.
B. Özləri ovlamayanlar və ov-
layanlara qarşı da səs çıxar-
tmayanlar.
C. Özləri ovlamayanlar, la-
kin ovlayanları xəbərdarlıq
edənlər.
D. Allahım əmrinə uymadıqları
üçün Mədyəni tərk edənlər.
11. Kainat və onun içindəki hər
zərrə, müəzzəm bir tarazlıq qa-
nununa tabedir. İnsanın ruhu
və bədənində də ilahi ölçü
və tarazlıqlar vardır. Bu ölçü
və tarazlıqları mühafizə et-
mək istəyən insan, öz fitri xü-
susiyyətlərinə uyğun əsasları
toplayan Qurani-Kərimin feyz
və bərəkətindən istifadə etmə-
yə məcburdur.
Aşağıdakılardan hansı bu
paraqrafdan çıxarıla biləcək
nəticələrdən biri deyildir?
A.
Quran, insana bu həyatı
necə yaşayacağı baxımdan
rəhbərlik edir.
B. Allaha
ibadət etməkdə
və Qurani-Kərimə uy-
maqla məsul olan yalnız
müsəlmanlardır. Digər in-
sanlar, onun əsaslarından
məsul deyildir.
C. Həyatını Quranın əsaslarına
görə qurmayan insan, hüzur
tapa bilməz.
D. Bir elektronik əşyanı icad
edən elm adamı, onun is-
tifadə etməsini necə ən
yaxşı bilirsə; insanı yaradan
Allah Təala da, onun ən
gözəl necə yaşayacağını
bildirmişdir.
145
MN
12. “Möminlər yalnız o kəslərdir
ki, Allah adı çəkiləndə (Onun
heybət və əzəmətindən) ürək-
ləri qorxudan titrəyər, Allahın
ayələri oxunduğu zaman həmin
ayələr onların imanlarını daha
da artırar, onlar ancaq öz
Rəbbinə təvəkkül edər.”
(Ənfal
surəsi, 2)
ayəsində, səmimi bir
mömində olması lazım gələn
vəsflər göz önünə alındıqda
aşağıdakılardan hansı yanlış-
dır?
A. Quran oxunarkən onu din-
ləyən mömin, duyğulanaraq
qəlbi titrəyə bilməlidir.
B.
Oxunan Quran üzərində
təfəkkür edən mömin, Al-
lahın sifətlərini dərk edə
bilməli və imanı artmalıdır.
C. Bir insanın mömin olub-
olmadığını anlamaq üçün,
Quran oxunarkən qəlbinin
titrəyib ürpəşmədiyinə və
Allaha təvəkkül edibetmə-
diyinə baxmaq kifayətdir.
D. Quranı oxuyan, dinləyən
və onun üzərində təfəkkür
edib Quran mədəniyyəti ilə
yoğrulan bir insan, Rəbbini
layiqi ilə tanıyır və hər mə-
sələdə Ona təvəkkül edir.
146
MN
CAVABLAR
1.Zəbur
2.Davud
3.Zireh
4.Səvmi-Davud
1.B
2.A
3.A
4.B
5.A
6.A
7.D
8.C
9.A
10.D
11.B
12.C
B. Boşluqları doldurma suallarının cavabları
C. Test suallarının Cavabları
147
MN
149
MN
Müəzzəm dünya sərvət və səltənətini
Qəlbindən uzaq saxlayan
HƏZRƏT SÜLEYMAN
(
əleyhissəlam
)
Süleyman (əleyhissəlam), bugünkü Fələstin ərazisində yerləşən
Qəzzə bölgəsində doğulmuşdur. Atası Davud (əleyhissəlam) vəfat edəndə
o, 12-13 yaşlarında idi.
Süleyman (əleyhissəlam), hətta uşaqlığında belə yüksək bir anlayışa
sahib, zəki bir kimsə idi. Rəsulullahdan (səllallahu əleyhi və səlləm) belə
bir hadisə nəql edilir:
“…Vaxtı ilə iki qadın və yanlarında iki kiçik oğlan uşağı var idi. Yol-
da gedərkən qurd gəlib qadınlardan böyük olanının uşağını götürüb
apardı. Bunu görən böyük qadın, yoldaşı olan kiçik qadına:
–Qurd, sənin uşağını apardı, dedi.
Kiçik qadın (haqlı olaraq):
–Xeyr, sənin uşağını apardı, dedi.
Nəhayət bu iki qadın ixtilafa düşdü və aralarında bir hökm
verməsi üçün Həzrət Davudun (əleyhissəlam) yanına getdilər. Davud
(əleyhissəlam), əllərindəki uşağın böyük qadına aid olduğuna hökm
verdi. Kiçik qadın verilən hökmə razı olmadıqda onlar, Həzrət Dav-
udun oğlu Həzrət Süleymanın yanına (əleyhissəlam) getdilər. Ona,
Həzrət Davudun (əleyhissəlam) verdiyi hökmü söylədilər. Süleyman
(əleyhissəlam) da:
150
MN
151
MN
–Mənə bir bıçaq gətirin! Uşağı iki yerə bölüb aranızda paylaşdırım!
–dedi.
Bu vəziyyətdə kiçik qadın:
–Aman, belə etməyin! Allahın rəhməti üzərinizə olsun! Uşaq bu
qadınındır! –dedi.
Bu cavabdan həqiqəti başa düşən Süleyman (əleyhissəlam),
uşağın kiçik qadına aid olduğuna hökm etdi.”
(Buxari, Ənbiya, 40)
Çünki analıq şəfqəti, övladını itirmək bahasına da olsa övladının
ölməsinə əsla razı gəlməzdi.
Həzrət Süleymanın (əleyhissəlam) fərasəti ilə əlaqəli başqa bir hadisə
də belədir:
Bir gecə, bir qoyun sürüsü bir tarlanı xarab etmişdi. Tarla sahibləri,
gəlib Həzrət Davuda (əleyhissəlam), şikayət etdilər. Məhv olan tarla, qiymət
baxımından qoyun sürüsünə bərabər idi. Buna görə Davud (əleyhissəlam),
qoyunların tarla sahibinə verilməsinə hökm etdi. O əsnada Süleyman
(əleyhissəlam), kiçik yaşda olmasına baxmayaraq:
“–Atacan, bir yol daha var. Qoyunları tarla sahibinə borc olaraq
verək; tarla sahibi qoyunların südündən və yunundan faydalansın. Bu
arada tarlanın baxımını edib, zərərini əvəz etsin. Tarla əvvəlki vəziyyətinə
gəlincəyə qədər qoyunlar özündə qalsın. İşləri yoluna düşəndə də, sürünü
əsl sahibinə qaytarsın!” –dedi.
Davud (əleyhissəlam) bu təklifi çox bəyəndi və elə hökm etdi. Bu
hadisə ayəti-kərimədə belə ifadə edilir:
“(Ya Rəsulum!) Davudu və Süleymanı da (yad et) ! O zaman ki, onlar
bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında
hökm verirdilər və Biz də onların hökmünə şahid idik.”
(Ənbiya surəsi,
78)
“Biz onu (məsələnin hökmünü) dərhal Süleymana anlatdıq. Və
onların hər birinə hökm (hikmət, peyğəmbərlik) və elm (şəriəti dərindən
bilmək) verdik…”
(Ənbiya surəsi, 79)
Davud (əleyhissəlam), çox fərasət sahibi olması və Haqqa könüldən
bağlılığı səbəbdən Həzrət Süleymanı on doqquz oğlu arasından öz yerinə
xəlifə seçdi. Lakin İsrail oğulları, bu təyinatın əksinə çıxdılar:
152
MN
–Süleyman hələ uşaq sayılır; aramızda ondan daha üstün və böyük
olanları var! –dedilər.
Bunun cavabında Davud (əleyhissəlam), Allahdan gələn əmrə görə
alimlərin hüzurunda bir imtahan təşkil etdi. Oğlu Süleymana:
–Doğruluğu digər üzvlərin doğruluğuna, xarablığı isə digər üzvlərin
xarablığına səbəb olan şey nədir?-deyə soruşdu.
Süleyman (əleyhissəlam):
–Qəlbdir,-dedi.
Oradakılar bu cavabı çox bəyəndilər.
Daha sonra Davud (əleyhissəlam), hökmdarlığa keçmək istəyənlərin
əsalarının üstünə öz adlarını yazdı və əsaları bir otaqda bağlı saxladı.
Aradan bir müddət keçdikdən sonra yalnız Həzrət Süleymanın əsasının
yaşıllaşıb yarpaqladığını gördülər. Allahın bu lütfünə Davud (əleyhissəlam)
həmd etdi. Beləcə İsrail oğulları, sevinərək Həzrət Süleymanı xəlifə qəbul
etdilər.
Xilafət məsələsini Allahın lütfü ilə həll edən Davud (əleyhissəlam),
oğlu Həzrət Süleymana bu nəsihətləri etdi:
* Ey oğlum! Zarafat etməkdən çəkin, çünki onun faydası azdır və
peşmanlıq gətirir.
* Hirslənməkdən çəkin, çünki hirslənmək sahibini bəsitləşdirir.
Hirsləndiyin zamanda da olduğun yeri tərk et!
* Səviyyəsiz və bayağı adamlarla dostluq etmə!
* İnsanlardan bir şey gözləmə. Allahın sənə verməyib başqalarına eh-
san etdiyi nemətlərə göz dikmək, sənin üçün fağırlıqdır!
* Nəfsini və dilini doğruluğa alışdır.
* Bu günün, dünənindən daha xeyirli olması üçün çalış!
* Sən təqvaya sarıl, çünki təqva şəxsi yüksəldir.
* Allah Təalanın rəhmətindən ümid kəsmə! Çünki Onun rəhməti, hər
şeyi bürüyür.
Həzrət Davudun (əleyhissəlam) vəfatından sonra Süleyman (əley-
hissəlam) hökmdar oldu:
153
MN
“Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O, daim Al-
laha sığınan bir kimsə idi. (Onun rizasını qazanmaq diləyirdi) .”
(Sad surəsi,
30)
Həzrət Süleymana (əleyhissəlam) bir çox nemət və səlahiyyətlər ver-
ildi:
“Biz Davuda və Süleymana elm (insanlar arasında mübahisəli
məsələləri həll edib ədalətli hökm çıxartmaq, quşların dilini bilmək və i. a.)
verdik. Onlar dedilər: Bizi öz mömin bəndələrinin çoxundan üstün
tutan Allaha həmd olsun!”
(Nəml surəsi, 15)
Həzrət Süleyman, quşların dilini və təsbihatını anlayırdı:
“Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) vərəsə
oldu və dedi: Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə,
padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən açıq-aşkar bir
lütfdür!”
(Nəml surəsi, 16)
İnsanlar, cinlər, heyvanlar və rüzgarlar onun səlahiyyəti altında idi.
Onun əmrinə itaət edirdilər.
“Əmrilə bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən küləyi
də Süleymana Biz ram etdik. Biz hər şeyi bilənik!”
(Ənbiya surəsi, 81)
“Süleymana da küləyi ram etdik. O (külək) səhərdən günortaya
qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi
(bir gündə iki aylıq məsafəni qət edirdi) . Onun üçün mis mədənini sel
kimi əridib axıtdıq. (Davud dəmiri əlində yumşaldıb istədiyini düzəltdiyi
kimi, Süleyman da misdən istədiyini düzəldirdi) . Cinlərin bir qismi
Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs (Süleymana
itaət etməyib) əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından
daddırırdıq.”
(Səba surəsi, 12)
“Onun (Süleyman) üçün nə istəsə – məbədlər (uca qəsrlər) ,
heykəllər, (min nəfərdən ibarət qonağın və qoşunun birlikdə oturub yeyə
biləcəyi) böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən
iri qazanlar düzəldirdilər. Siz, ey Davud ailəsi! (Allaha) şükranlıqla
itaət edin! (Bu nemətə şükür edin!) Bəndələrimdən (nemətlərimə) şükür
edəni azdır!”
(Səba surəsi, 13)
Ayədə deyilən “təmasil” (heykəllər) kəlməsi, mis, torpaq, cam və buna
bənzər maddələrdən düzəldilmiş canlı və cansız varlıqları göstərən heykəl
və ya rəsm olaraq şərh edilmişdir. Buradan Həzrət Süleymanın şəriətində
154
MN
surət, rəsm və heykəl kimi canlı və cansız varlıqların şəklini çəkməyin caiz
olduğu da anlaşılabilir. Əgər buna cəvaz (dini icazə) verilmiş isə, bunun
səbəbi, insanların o dövrdə bütlərə tapma təhlükəsinin olmamasındandır.
Həzrət Süleymanın at sevgisi
“(Bir gün) axşamüstü ona cins (bir ayağını dırnağı üstünə qoyub,
üç ayağı üstündə duran), çapar atlar göstərildiyi zaman O dedi: Mən
gözəlliyi (bu atları) Rəbbimin zikrindən (Tövratdan) dolayı sevirəm
(çünki Allahın dinini qüvvətləndirmək üçün bir cihad vasitəsi kimi onların
tərifi Tövratda mövcuddur). Nəhayət, (o atlar Süleymanın gözündən)
qeyb olub gizləndi. (Süleyman dedi:) “Onları (atları) mənə qaytarın!”
(Atlar qaytarılıb gətirildikdən sonra) onların qıçlarını və boyunlarını
sığallamağa başladı.”
(Sad surəsi, 31-33)
Fəxrəddin Razinin təfsirinə görə, İslamda olduğu kimi Həzrət
Süleymanın şəriətində də savaş üçün at bəsləyib yetişdirməyə əhəmiyyət
verilirdi. Bir gün Həzrət Süleyman atlara baxmağa getmişdi. Üç ayağı ilə
yerə basan və bir ayağının dırnağını da yerə dəydirmiş vəziyyətdə duran
sıra-sıra atları görüncə:
155
MN
“Mən sırf Rəbbimin adını anmaq, Onun rızasını qazanmaq və Onun
adını yaymaq üçün dünya malını sevdim; nəfsim üçün istəmədim!”-
demişdi.
Sonra məhtərlərə, atları qaçırmalarını əmr etmiş, sürətli qaçan at-
lar gözdən itincəyə qədər onları seyr etmiş və ardından at baxıcılarına:
“Onları mənə gətirin!”-deyə əmr etmiş və gətirilən atları oxşatmışdı.
Ayəti-kərimədən başa düşülür ki, atlar, duruş və gedişlərindəki
gözəlliklə, ilahi bir qüdrətin təzahürünü nümayiş etdirir. Bu səbəbdən Sü-
leyman (əleyhissəlam) da Rəbbinin gözəl təzahürünü onlarda müşahidə
etmişdi.
At, tarix boyunca cəngavərlərin qəhrəmanlıq, zəfər, fəth və nəciblik
müjdəçisi olmuşdur. At, Qurani-Kərimdə Allah Təalanın, adına and içdiyi
müstəsna yaradılmışlardandır:
“And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara; And ol-
sun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara; And olsun sübh
çağı hücum edən atlara; And olsun o vaxt (və ya: o yerdə) toz-du-
man qopardan atlara; Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən
dəstəsinə) təpinən atlara!…”
(Adiyat surəsi, 1-5)
Rəsulullah (səllallahu əleyhi və səlləm) də at yetişdirməyin əhəmiyyətini
belə anlatmışdır:
“Kim Allaha həqiqətən inanaraq və Onun vədinə könüldən
bağlanaraq Onun yolunda cihad etmək üçün at bəslərsə, o atın yediyi,
içdiyi və bədənindən atdıqları qiyamət günündə o kimsənin savabları
Dostları ilə paylaş: |