dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbir
edənlərlədir!”
(Bəqərə surəsi, 249)
Bu ayəti-kərimədə hərbi nizam-intizama diqqət çəkilir. Bir ordunun
müvəffəqiyyətli olması, hər şeydən əvvəl komandirinin əmrlərinə tam riayət
etməklə mümkün olur. Müharibədə qalib gəlmək, əsgərlərin sayına görə
deyil, döyüşməkdə haqlı səbəblərə dayanmağa, cihad edənlərin imanına
və mənəviyyatına bağlıdır. Zəfər tacı, sayca çox olan orduların deyil,
mənəvi gücü yüksək olan ordunun başına qoyulur. Bunun yaxın tarixdəki
ən gözəl misalı Çanaqqala Zəfəridir.
116
MN
Həzrət Davud və zəfər
Talutun ordusunda 18 yaşında bir gənc var idi. Adı Davud idi. Müfəssir
Beyzaviyə görə; Davud (əleyhissəlam) və on üç qardaşı, ataları ilə birlikdə
Talutun ordususuna qatılmışdı.
Davud (əleyhissəlam) qoyun güdərdi. Sapand atmada mahir idi. Çox
cəsur idi. Atasına:
“–Bütün dağlar, daşlar mənimlə təsbih (zikr) edir!”-deyərdi.
Atası da ona:
“–Ey Davud, sənə müjdələr olsun!”-deyərdi.
Həzrət Davudun (əleyhissəlam) səsi, çox gur və gözəl idi. Bu səbəbdən
onu Talutun qarşısına çıxartdılar. Talut da, özünə bir söhbət yoldaşı olaraq
onu yanına aldı. Davud (əleyhissəlam), Talutun Əmaliqə qövmünə qarşı
hazırladığı orduya qatıldı. Talut:
-Kim Calutu öldürərsə, ona qızımı verəcəyəm!-dedi.
“Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman dedilər: “Ey
Rəbbimiz, bizə bollu səbir və dizimizə (ayaqlarımıza) qüvvət ver! Bizə
kafir qövm üzərində qələbə qazandır!”
(Bəqərə surəsi, 250)
Bu ayəti-kərimədən, Allahın rizasını qazanmaq üçün düşmənlə
döyüşməyə gedənlərin, üç mühüm xüsusiyyətə sahib olması lazım gəldiyini
başa düşürük. Bunlar; çətinliklərə qarşı səbir etmək, cəsarət və səbatını
itirməmək, bir də ilahi köməyin gələcəyindən ümid kəsməməkdir.
Allah o peyğəmbərə (Həzrət Şəmuyelə (əleyhissəlam)) Calutu Davu-
dun öldürəcəyini bildirdi. Bu səbəbdən həmin döyüşə gedərkən, Davudu
da yanında apardı.
İki ordu qarşılaşanda, Calut, qarşısına çıxa biləcək cəsur bir nəfər
istədi. Bu meydanoxumaya cavab olaraq Davud (əleyhissəlam) qabağa
çıxdı. Hamı buna çaşıb qalmışdı. Çünki Calut, Həzrət Davuda görə iri
cüssəli və çox güclü idi. Calut Davudu təhqir etdi:
“–Ey həqir, sən nəyə gəldin?”-deyə soruşdu. Davud:
“–Səninlə döyüşməyə gəldim!”-dedikdə, Calut ona lağ etdi.
Davud (əleyhissəlam), sapandını çıxartdı. Əvvəlcədən hazırladığı
daşı sapandına yerləşdirərək, Caluta doğru atdı. Sürətlə gedən daş Calu-
tun tam alnına dəydi və onu atından salıb öldürdü.
117
MN
Calut, çox qüvvətli olması ilə öyünən iri cüssəli bir hökmdar idi. Bu
gücünə baxmayaraq Həzrət Davuda (əleyhissəlam) məğlub oldu.
Allah Təala bununla, işlərin yalnız zahiri şərtlərlə bağlı olmayıb,
həqiqətdə öz iradəsi ilə baş verdiyini göstərmişdir. İnsanların nəzərində
qüvvətli görünən zəif, zəif görünən də Allahın köməyi ilə qüvvətli ola
biləcəyini öyrətmişdir. Allahı inkar edən zalımlar nə qədər qüvvətli
görünürlərsə görünsünlər, Allahın iradəsi gerçəkləşəcəyi zaman kiçik
bir uşaqdan belə daha aciz hala düşürlər. Bu hadisədə Allah Təalanın
gerçəkləşməsini istədiyi başqa hikmətlər də var. Allah Təala, Talutdan
sonra idarəni Həzrət Davudun almasını və onun yerinə də oğlu Həzrət
Süleymanı (əleyhissəlam) varis qılmağı arzu etmişdir.
“Nəhayət, onlar Allahın izni (iradəsi və köməyi) ilə Calutu və
qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm
hökmranlıq, həm də hikmət (peyğəmbərlik) verdi və ona istədiyini
(zireh düzəltmək, quşların dilini bilmək, gözəl səslə oxumaq) öyrətdi. Əgər
Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü
fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfükardır.”
(Bəqərə surəsi, 251)
Ayəti-kərimədə dünya həyatında davam etməkdə olan ilahi nizamın
hikmətləri anladılmışdır. Allah Təala, insanlar arasında sosial müvazinətin
qurulmasını bir neçə səbəblərə bağlamışdır. Bunun üçündür ki, insanların
bir qismi zəngin ikən, bir qismi fağır; bir qismi güclü ikən, bir qismi zəif;
bir qismi sağlam ikən, bir qismi xəstə; bir qismi də iman gətirdiyi halda,
digər bir qismi inkar etmiş olur ki, bunların arasındakı münasibətlər, dün-
ya həyatının nizamını və davamını təmin etsin. Eynən müsbət və mənfi
qütblər arasında enerji ötürülməsinin meydana gəlməsi kimi, insanlar
arasında da meydana gələn döyüşlər də cəmiyyət nizamının davamı üçün
bir səbəb olur.
Talut, zəfərdən sonra əldə etdiyi bütün qənimətləri yandırdı. Çün-
ki Həzrət Musanın (əleyhissəlam) şəriətinə görə ələ keçirilən mallar
yandırılırdı.
Talut, Qüdsə qayıtdı. Vəziyyəti, Həzrət Şəmuyelə (əleyhissəlam)
olduğu kimi danışdı. Şəmuyel (əleyhissəlam) da Taluta:
“–Sən də verdiyin sözü yerinə yetir!”-dedi.
Beləliklə Talut, qızını Həzrət Davuda ərə verdi.
Talutun ölümündən sonra Davud (əleyhissəlam) hökmdar oldu. Bir
müddət sonra da ona peyğəmbərlik verildi. Beləcə o, həm səltənət, həm
də nübüvvət sahibi ilk peyğəmbər oldu. Əxlaqi fəzilət və mənəvi qabiliyyət
baxımından üstün qılındı. Ona dörd böyük kitabdan biri olan Zəbur endir-
ildi:
“(Ya Rəsulum!) Rəbbin göylərdə və yerdə olanları (Özünün
bütün yaratdıqlarını) çox gözəl tanıyır. Biz peyğəmbərlərin bəzisini
digərlərindən üstün etdik və Davuda Zəbur verdik.”
(İsra surəsi, 55)
Davud (əleyhissəlam) həyatı boyunca xalqına ədalətlə hökm etdi.
Təbdili-qiyaf
9
edərək xalqın arasına qarışır, onlara hakimiyyətin icraatların-
dan razı olub-olmadıqlarını, hökmdar haqqında nələr fikirləşdiklərini
soruşardı. Lakin bu suallara mənfi cavab verən və şikayətçi olan kimsə
olmazdı.
(Qurtubi, Təfsir, XIV, 266)
Ayəti-kərimdə də, onun Allaha dayandığı və beləcə ilahi köməyə
qovuşub necə müvəffəqiyyət əldə etdiyi anladılır:
“(Ya Peyğəmbər!) Onların dediklərinə səbir et və qüvvətli bəndəmiz
Davudu yadına sal! Çünki o, daim Allaha sığınan bir kimsə idi. (Davud
böyük qüdrət, möhtəşəm səltənət sahibi olmasına baxmayaraq günaşırı
oruc tutar, gecələri durub namaz qılar, dünya malına, naz-nemətinə aludə
olmayıb yalnız Allah rizasını qazanmaq diləyərdi) .”
(Sad surəsi, 17)
Rəvayətə görə Davud (əleyhissəlam), ibadət etməyə çox meylli və
istəkli idi. Bir gün oruc tutar, bir gün yeyərdi. Gecənin yalnız üçdə birində
yuxlayar, qalanını daim ibadətlə keçirərdi.
Davud (əleyhissəlam) Allah Təalaya ibadət etmək üçün ən fəzilətli
vaxtları araşdırırdı. Bir gün Həzrət Cəbraildən (əleyhissəlam):
“–Ey Cəbrail, ibadət etmək üçün hansı vaxt daha fəzilətlidir?”-deyə
soruşdu. Cəbrail (əleyhissəlam):
“–Ey Davud! Ərşin belə ilahi rəhmətdən titrədiyi səhər vaxtından daha
fəzilətlisini bilmirəm, deyərək cavab verdi.”
(Əhməd ibn Hənbəl, Zühd, s. 70)
“Biz dağları ona ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə
(Allahı) təqdis edib şəninə təriflər deyərdilər. Biz quşları da toplu hal-
da (onun ixtiyarına vermişdik) , hamısı ona tərəf yönəlməkdə idi.”
(Sad
surəsi, 18-19)
118
MN
9. Tanınmamaq məqsədilə qiyafə dəyişdirmək
119
MN
Haqq Təala, Həzrət Davuda (əleyhissəlam) gur və gözəl bir səs eh-
san etmişdi. O, Zəburu oxuyarkən, bütün vəhşi heyvanlar onun ətrafında
toplanır və onu dinləyirdilər.
“Həqiqətən, Biz Davuda Öz dərgahımızdan bir lütf bəxş edib: Siz
ey dağlar, siz ey quşlar! Onunla (Davudla) birlikdə Allahı təqdis edib
şəninə təriflər deyin! –deyə buyurduq və dəmiri onun (onun əlindən)
yumşaltdıq. (Davud dəmiri əritmədən əlində mum kimi yumşaldıb istədiyi
şeyi ondan düzəldərdi) .”
(Səba surəsi, 10)
“Biz (Davuda) sizi (düşmənlə) vuruşda qorumaq üçün zireh (toxu-
maq) sənətini öyrətdik…”
(Ənbiya surəsi, 80)
Davud (əleyhissəlam) zireh toxumaqla həm əsgərlərini düşmənə qarşı
mühafizə etmiş, həm də öz rizqini əlinin əməyi ilə qazanmışdır. Siyasi nü-
fuz sahibi, bütün mal imkanları geniş bir peyğəmbər olmasına baxmayaraq
əlinin əməyi ilə keçinmə yolunu üstün tutması çox mənalıdır. Onun bu
davranışı idarəsi altındakılara olduğu kimi özündən sonra gələcək nəsillər
üçün də bir nümunədir. Necə ki, Peyğəmbər (səllallahu əleyhi və səlləm)
belə buyurmuşdur:
“Heç kimsə əsla qazancından daha xeyirli bir ruzi yeməmişdir.
Allahın Peyğəmbəri Davud (əleyhissəlam) da öz əlinin əməyini yeyir-
di.”
(Buxari, Büyu 15; Ənbiya 37)
Ayəti-kərimədə belə buyrulur:
“(Biz Davuda belə buyurduq) : Geniş, uzun (insanın bədənini örtən)
zirehlər düzəlt, (onları) toxuduğun zaman ölçüyə riayət et! (Zirehin
həlqələri bir-birinə uyğun gəlsin, biri böyük, biri kiçik olmasın!) Və (siz
də ey Davud ailəsi!) yaxşı işlər görün. Həqiqətən, Mən sizin etdiyiniz
əməlləri görürəm!”
(Səba surəsi, 11)
“Ya Davud! Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə
xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et,
nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan
sapdırar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü
unutduqları üçün şiddətli bir əzab gözləyir!”
(Sad surəsi, 26)
Həzrət Davud, ilahi köməklə dəstəklənmiş, böyük orduları komanda
etmişdi. Özünün bir çox mühafizi var idi. Ona peyğəmbərlik və Zəburla
birlikdə yüksək elm də verilmişdi. O, saleh əməl sahibi və görüşlərində
dəqiq bir kimsə idi. Ayrıca onun çox gözəl və hikmətli danışmaq kimi üstün
nemətlərə sahib olduğu ayəti-kərimədə belə bəyan edilmişdir:
120
MN
“Biz onun mülkünü (səltənətini) möhkəmləndirmiş, ona hikmət
(peyğəmbərlik) və (haqla batili ayırd edib) düzgün hökm vermək
qabiliyyəti bəxş etmişdik. (Davud çox müşkül məsələləri asanlıqla həll
edər, ədalətli hökm çıxarardı).”
(Sad surəsi, 20)
Peyğəmbər və hökmdar olan Davud (əleyhissəlam), zamanını yerli-
yerində istifadə edir, vaxtını dördə ayırırdı:
Birinci vaxtda; ibadətlə məşğul olurdu.
İkinci vaxtda; hüquqi məsələləri həll edirdi.
Üçüncü vaxtda; xalqa vəz və nəsihət edirdi.
Dördüncü vaxtda; şəxsi işlərini həll edirdi.
Həzrət Davudun (əleyhissəlam) imtahan edilməsi
Davud (əleyhissəlam), bütün peyğəmbərlər kimi bəzi imtahanlara məruz
qalmışdı. Özünə bəşəri zəiflikləri və etməsi ehtimal xətalar göstərilmişdi.
121
MN
O da dərhal tövbəyə yönəlmiş və Haqq Təala onu bağışlamışdı. Beləcə
Allah Təala onu əbədiyyətə uzanan yoldakı təhlükələri öyrətmişdi.
Davud (əleyhissəlam), ibadət və zikr üçün məbədə çəkildiyi zaman-
larda xəlvət halında olar, yanına heç kimsə girməzdi. Bir dəfə yenə belə
ibadətlə məşğul olduğu bir vaxtda yanına iki nəfər gəldi. Həzrət Davud,
bu gözlənməyən vəziyyət qarşısında təlaşlandı. Çünki qapısı bağlı olan
məbədə, heç kimsənin girə biləcəyini düşünmürdü. Gələnlərə, ibadətə
ayrılmış vaxt içində olduğunu söylədisə də onlar:
“İbadətin günü olmaz!”-dedikdən sonra arzularını belə ifadə etdilər:
–Qorxma! Hüzuruna bizi mühakimə etməyin üçün gəldik. Biz, bir-
birimizin haqqına təcavüz etmiş iki şikayətçiyik. Aramızda ədalətlə hökm
ver! Davud (əleyhissəlam):
–O zaman buyurun, -dedi.
İki nəfərdən biri dedi ki:
–Qardaşımın 99 qoyunu, mənimsə bir qoyunum var. Buna baxma-
yaraq o, məndəki bu tək qoyunu da almaq istədi və bu işdə məni məğlub
etdi.
Davud (əleyhissəlam), hadisədə bir haqsızlıq görərək coşdu və digər
şikayətçidən heç bir şey soruşmadan belə dedi:
–O tək bir qoyunu da almaq istəyirsə, qardaşın sənə zülm edir. Allah
Təalaya imanı olmayan kimsələr, belə zülm edərlər. Onsuz da yaxşı insan-
lar çox az tapılır, dedi.
Onlar da güldülər və getdilər.
Davud (əleyhissəlam), hökm vermədə tələsmiş və qarşı tərəfi heç
dinləmədən qərarını vermişdi. Halbuki məsələnin bütün yönü və ya bir
qismi, qarşı tərəf dinləndiyi təqdirdə dəyişə bilər; haqlı zənn edilən haqsız,
haqsız görünən də haqlı ola bilər. Bunun üçün Davud (əleyhissəlam), iki
şikayətçinin dərhal arxasından xəta etdiyini anladı və bunun ilahi bir imta-
han olduğunu fərq edərək dərhal səcdəyə qapandı; tövbə və istiğfar etdi.
Allah Təala da onu bağışladı
(Bax: Sad surəsi, 21-25)
Peyğəmbərləri imtahan etməyə yönəlmiş olan bu cür hadisələr, onlara
acizliklərini dərk etdirmək üçündür. Bu vəziyyət onların peyğəmbərliyinə
və ismət sifətlərinə əsla xələl gətirməz. Yəni peyğəmbərlərin etdikləri xəta
122
MN
şəklində görünən hadisələr, bizlə eyni xətaya düşdüyümüz zaman necə
hərəkət edəcəyimizi göstərmək üçün baş vermişdir.
Həzrət Davudun (əleyhissəlam) başına gələn bu hadisədən bizim də
almağımız vacib olan mühüm dərslər var. Buna görə insanlar arasında
hökm verəcək vəziyyətdə olan, ya da məsuliyyət götürmüş şəxslərin son
dərəcə həssas olmaları və insanlar arasında ədalətlə davranmaları lazım
gəlir.
Necə ki, Hədisi-Şərifdə: “Ədalətlə hökm edənlər qiyamət günündə
Rəhmanın sağında nurdan minbərlər üzərində olacaqlar… Bunlar
hökmlərində, ailələri və məsul olduqları kimsələr haqqında ədalətlə
davranmışlar.” buyrulur.
(Əhməd İbn Hənbəl, Müsnəd, II, 160)
Yenə Rəsulullah (səllallahu əleyhi və səlləm): “Qiyamət günündə
insanların Allah Təalaya ən sevimli olanı və Ona ən yaxın yerdə olanı
ədalətli idarəçilərdir. Qiyamət günündə insanların Allah Təalaya ən
sevimsiz olanı isə Ona ən uzaq məsafədə olan zalım idarəçilərdir.”
buyurmuşdur.
(Tirmizi, Əhkam, 4; Nəsai, Zəkat, 77)
Əshabi-Səbt (Şənbə əshabı) hadisəsi
Misir ilə Mədineyi-Münəvvərə arasında, Qırmızı dəniz kənarında Eylə
qəsəbəsində bir cəmiyyət yaşayırdı. Bunlara Əshabı-Səbt adı verilmişdi.
Sayları yetmiş min nəfərdi. Bunlar, şənbə günləri ibadətdən başqa bir
şeylə məşğul olmazdılar. Çünki o gün, ibadətin xaricindəki işlər onlara
haram qılınmışdı. Ayrıca Həzrət Davuda (əleyhissəlam) ov etməmək üzrə
də söz vermişdilər. Lakin şeytan, onlara vəsvəsə verməkdən geri qalmadı
və onları belə aldatdı:
“Sizə ov etmək deyil, ovladıqlarınızı yemək qadağan edildi!”- dedi.
İlahi bir hikmətdir ki, balıqlar, şənbə günləri çoxalır, digər günlərdə
azalırdı. Bu səbəbdən şeytanın vəsvəsəsi bəzilərinə çox cazibədar gəldi.
Buna görə Mədyən xalqı arasında üç fərqli təbəqə ortaya çıxdı:
Birinci təbəqə; Allahın əmrini dinləməyib balıq tutmağa davam etdilər.
Həm yedilər, həm də satdılar. Bunlar şənbə günü tor atar, bazar günü də
toru çəkərdilər.
İkinci təbəqə; bunlar şənbə günü balıq ovlama günahına girməməklə
birlikdə ilahi əmrə tabe olmayanlara qarşı, yalnız susdular. Xalqa nəsihət
və ya xəbərdarlıq etmədilər.
123
MN
Üçüncü təbəqə; bunlar ilahi əmri yerinə yetirdilər. Əmrə tabe olmay-
anlara da nəsihət, xəbərdarlıq edirdilər. Bu günaha qarşı səssiz qalanlara
isə susmaqla doğru etmədiklərini söyləyirdilər. Əmri bil-məruf edirdilər.
Sükut edənlər, onlara xəbərdarlıq edənlərə:
“Həlak olacaq qövmə nə üçün vəz edib özünüzü yorursunuz?
Əməyinizə yazıq!…”-deyirdilər.
Əmri bil-məruf edənlər:
“Biz, Haqq Təalanın hüzurunda məsul olmamaq, məsuliyyətimizi
yerinə yetirmədə gücümüzün çatdığı qədər səy etmək üçün belə edirik!”-
deyə cavab verirdilər.
Daha sonra ilahi əmrlərə özləri uymuş olduğu halda digərlərinin
günahlarına dinməyənlər, asilərə gələcək olan müsibətin onlara da
gəlməməsi üçün onlarla aralarında bir divar hördülər. Günlər keçib divarın
arxasındakı səslər kəsildikdə, bir də baxdılar ki, bir gecədə günahkarların
hamısı meymuna dönmüşdür!…
Qohumlarının yanında, meymun görünüşündə üzgün və biçarə bir
halda dolanıb durdular. Üç gün sonra da hamısı öldü.
Beğavinin Məalimut-Tənzil adlı təfsirində:
Özləri ov etməyən, lakin ov edənlərə də hər hansı bir xəbərdarlıq və
nəsihət etməyərək səssiz qalan ikinci təbəqənin də digərləri ilə birlikdə
meymun halına gəldiyi bildirilir.
Qurani-Kərimdə bu cəhət belə ifadə edilir:
“(Ey Peyğəmbərim!) Onlardan (yəhudilərdən) dəniz kənarında
yerləşən qəsəbə haqqında xəbər al. O zaman onlar şənbə günü (balıq
ovlamaqla Allahın əmrini pozub) həddi aşırdılar. O vaxt şənbə günü
(işləmək, ov etmək qadağan edildiyi, ibadətlə məşğul olmaq buyrulduğu
üçün) balıqlar (hər tərəfdən suyun üzərində görünüb) dəstə-dəstə onlara
tərəf axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən çıxdıqları
(günah işlədikləri) üçün Biz onları belə imtahana çəkirdik.”
(Əraf surəsi,
163)
“Onlardan (dəniz kənarındakı qəsəbədə yaşayan İsrail oğullarından)
bir dəstə: “Allahın məhv edəcəyi və ya şiddətli əzab verəcəyi bir
tayfaya nə üçün öyüd-nəsihət verirsiniz?” - dediyi zaman, (nəsihət
verənlər) onlara cavab olaraq: (İnsanları yaxşı işlərə sövq etmək, pis
124
MN
işlərdən çəkindirmək bizə vacib olduğundan) bu, Rəbbiniz qarşısında
üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (bu öyüd-nəsihətdən nəticə
çıxarıb) pis əməllərdən çəkinsinlər! – dedilər.”
(Əraf surəsi, 164)
“Onlar (balıq ovlayanlar) özlərinə verilən öyüdü unutduqları zaman
Biz də (onları) pislikdən çəkindirənlərə nicat verdik, zülm edənləri isə
itaətdən çıxdıqları, günah işlədikləri üçün şiddətli bir əzabla məhv
etdik.”
(Əraf surəsi, 165)
“Qadağan olunduqları işə (balıq ovuna) saymazyana münasibət
bəslədikləri vaxt onlara: Həqir (zəlil) meymunlar olun! –deyə əmr et-
dik.”
(Əraf surəsi, 166)
Haqq Təala, bu hadisənin insanlar üçün bir ibrət və nəsihət olduğunu
belə bildirir:
“Biz bunu onlarla bir dövrdə yaşayanlar və sonradan gələnlər
üçün ibrət və müttəqilərdən ötrü nəsihət olsun deyə etdik.”
(Bəqərə
surəsi, 66)
Ayəti-kərimədə də ifadə edildiyi kimi Allah Təala, İsrail oğullarından
pislikdə belə israr edən asi bədbəxtləri əvvəlcə meymun görkəminə salmış,
sonra da həlak etmişdir.
Bu hadisənin “insanların əslinin meymun olduğu” iddiası ilə bir əlaqəsi
olmadığı kimi, belə bir boş sözə də dəlil ola bilməz.
Həzrət Davuddan qalan xatirə: Səvmi-Davud
Bir gün oruc tutub bir gün tutmamaq demək olan “Səvmi-Davud”,
Həzrət Davuddan (əleyhissəlam) ümməti-Mühəmmədə qalan bir ibadət
xatirəsidir. Həzrət Davuda xas bir tətbiq olduğu üçün bu orucun adına
“Səvmi-Davud” deyilir.
Abdullah ibn Əmr ibn əl-Asın (radiyallahu ənh) belə dediyi rəvayət
edilmişdir:
“Vallahi ömrüm boyunca gündüz oruc tutacağam; gecə namaz
qılacağam”-deyə and içdiyimi Həzrət Peyğəmbərə (səllallahu əleyhi və
səlləm) söyləmişdilər. Rəsulullah (səllallahu əleyhi və səlləm):
–Belə söyləyən sənmisən?
Mən də:
125
MN
–Atam-anam Sənə fəda olsun, Ya Rəsulallah! Bəli, mən söylədim,-
dedim.
Mənə:
–Sənin buna gücün çatmaz! Bəzən oruc tut, bəzən ye, bəzən
yuxla; bəzən (təhəccüd) üçün qalx! Hər aydan üç gün oruc tut! Bir
yaxşılığın qarşılığı on mislidir. Bu bütün ili oruclu keçirmək kimidir,
buyurdu.
Mən:
–Bundan daha çoxuna gücüm çatar!-dedim.
–O halda bir gün oruc tut; iki gün iftar et!- buyurdu.
–Bundan daha çoxunu edə bilərəm!-dedim.
–Elə isə bir gün oruc tut, bir gün tutma! Bu, Həzrət Davudun
(əleyhissəlam) orucudur! Və orucların ən mötədilidir! buyurdu.
Mən:
–Bundan çoxuna da güc yetirə bilərəm!-dedim.
–Bundan daha çoxu olmaz!-buyurdu.”
(Buxari, Səvm, 55, 56, 57; Təhəccüd,
7, Müslim, Siyam, 181-193)
Həzrət Davudun (əleyhissəlam) vəfatı
Rəsulullah (səllallahu əleyhi və səlləm) belə buyurmuşdur: “Davud
(əleyhissəlam) din barəsində çox həssas və namusuna olduqca
düşkün biri idi. Evdən çıxdığı zaman qapını yaxşıca bağlayırdı. O,
dönüncəyə qədər də kimsə oraya girməzdi. Davud (əleyhissəlam), bir
gün yenə evdən çıxdı, qapını bağladı… Geri dönəndə evin ortasında
duran bir adam gördü. Ondan “sən kimsən?”-deyə soruşdu. O: “-
Mən elə biriyəm ki, krallardan qorxmaram və pərdələr/əngəllər mənə
mane olmaz.”-dedi. Bunu eşidən Davud (əleyhissəlam): Vallahi o
zaman sən ölüm mələyisən. Allahın əmri ilə xoş gəldin?-dedi. Bir
müddət sonra ruhu təslim alındı…”
(Əhməd ibn Hənbəl, Müsnəd, II, 419)
Həzrət Davudun qırx il davam edən idarəsi, İsrail oğullarının ən parlaq
zamanı olmuşdur. Bir nemət olaraq həm hökmdarlıq, həm də peyğəmbərlik
verilmişdi. Özündən sonra yerinə oğlu Həzrət Süleyman keçmiş və ona da
peyğəmbərlik verilmişdir.
126
MN
Həzrət Davudun (əleyhissəlam) fəziləti
• Davud
(əleyhissəlam), bütün işlərində Allaha yönəlirdi.
• Dörd böyük Kitabdan biri olan Zəbur ona endirilmişdir.
• O, zikr etdiyi zaman dağlar və quşlar onunla birlikdə zikr edirdi.
• O,
quşların cəh-cəhinin mənasını başa düşür, onların dilini bilirdi.
• Çox
gözəl bir səsi var idi. O, Zəburu oxuduğu zaman, dağlar-
daşlar, bütün quşlar qulaq asıb onu dinləyirdi.
• O, çox zəngin bir hökmdar olmasına baxmayaraq öz əl əməyi ilə
keçinirdi. Dəmiri əli ilə, mumu yoğururmuş kimi yoğurar, bundan zireh
hazırlayardı.
• O,
haqqı batildən ayırd etmə qabiliyyətinə malik, fərasət və hikmət
sahibi idi.
• Onun
dövləti, dövrünün ən heybətli və güclü dövləti idi. O, Qüdsü
fəth edərək, paytaxt seçmişdir.
• Davud
(əleyhissəlam) Rəbbinə çox şükür edən bir qul idi.
• Xülasə o, “Həqiqətən, Biz Davuda Öz dərgahımızdan bir
lütf bəxş etdik…”
(Səba surəsi, 10)
ilahi xitabına nail olmuş üstün bir
peyğəmbərdir.
Zəbur və möhtəvası (əhatə dairəsi)
Qurani-Kərimdə “Zəbur” və “Zübür” kəlmələri müxtəlif yerlərdə işlədilir.
Zəbur, kitab; Zübür da kitablar mənasına gəlir.
Qurani-Kərimdə, Həzrət Davudla əlaqədar olaraq Zəbur kəlməsi
üç yerdə keçir. Zübur kəlməsi isə Həzrət Davudla əlaqədar deyil,
peyğəmbərlərin ilahi kitablarla əlaqədar olaraq işlədilir. Bu ayədə olduğu
kimi:
Dostları ilə paylaş: |