“Harun isə bundan (Musa Tur dağından qayıtmamışdan) əvvəl
onlara belə demişdi: Ey ümmətim! Siz bununla (hansınızın əqidəcə
möhkəm, hansınızın şəkkak olduğunu ayırd etmək məqsədilə Allah
tərəfindən) yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki,
Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!”
(Taha surəsi, 90)
“Onlar: Musa (Tur dağından) qayıdıb yanımıza gələnə qədər bu bu-
zova sitayiş etməkdən əl çəkməyəcəyik! – deyə cavab vermişdilər.”
(Taha surəsi, 91)
“(Tur dağına gedən) Musanın ardınca tayfası öz bəzək-düzək
şeylərindən (canlıymış kimi) böyürtüsü olan bir buzov heykəli
düzəltdilər. Məgər (buzovun) onlarla danışmadığını, onlara bir yol
göstərə bilmədiyini görmədilərmi? (Bununla belə) ona (buzova) tapınıb
(özlərinə) zülm eləyən oldular.”
(Əraf surəsi, 148)
“Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən on-
lara dedi: Məndən sonra mənə nə pis xələf oldunuz! (Nə pis işlər
gördünüz!) Rəbbinizin əmrini (əzabını) tezləşdirməkmi istədiniz?
(Musa) qəzəbindən (əlindəki Tövrat) lövhələrini yerə atdı, qardaşının
başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı.
(Harun) dedi: Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə.
Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalımlarla
bərabər tutma!”
(Əraf surəsi, 150)
“(Musa ümmətinin yanına qayıtdıqdan sonra) dedi: Ya Harun!
Onların (haqq yoldan) azdıqlarını gördüyün zaman sənə nə mane
oldu ki, (Möminləri də götürüb) arxamca gəlmədin? (Mənə bu barədə
heç bir xəbər vermədin, yaxud mənim yolumla gedərək bütə tapınanları
danlayıb onlara qarşı hiddətlənmədin?) Əmrimə asimi oldun? (Allahdan
başqasına ibadət edənlərlə bir yerdə yaşamağı özünə nə cür rəva bildin?)”
(Taha surəsi, 92-93)
64
MN
“(Harun) belə cavab verdi: “Ey anam oğlu! Saçımdan, saqqalımdan
tutma. (Saqqalımı, başımı yolma) . Doğrusu, sənin: İsrail oğulları
arasına ayrılıq saldın, sözümə baxmadın! – deyəcəyindən qorxdum.”
(Taha surəsi, 94)
Həzrət Musa ilə Həzrət Harun, ata-ana bir qardaş idilər. Vəziyyət belə
olduğu halda, Həzrət Harunun (əleyhissəlam) “anam oğlu” deməsinin
səbəbi, Həzrət Musanın (əleyhissəlam) mərhəmətini cəlb etmək üçün idi.
Çünki ana, həm atadan, həm də qardaşdan daha şəfqətlidir. Eyni zamanda
onların anası, Allaha iman etmiş, oğullarının sevgi və hörmətini qazanmış
saleh bir qadın idi.
“(Musa) dedi: “Ey Rəbbim! Məni də, qardaşımı da bağışla. Bizi Öz
mərhəmətin altına al. Sən rəhm edənlərin ən rəhmlisisən!”
(Əraf surəsi,
151)
“Musa qəzəbli, kədərli halda camaatının yanına qayıdıb dedi: “Ey
ümmətim! Məgər Rəbbiniz (Tövratı nazil etmək, keçmiş günahlarınızı
bağışlamaq, göydən qüdrət halvası və bildirçin endirmək haqqında) sizə
gözəl bir vəd verməmişdimi? Yoxsa (mənim sizdən ayrılmağımdan)
uzun bir müddət keçdi? (Nə tez hər şeyi unudub nankor oldunuz?)
Qızıl Buzovun maket şəkili
65
MN
Yaxud Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz
vədə xilaf çıxdınız?”
(Taha surəsi, 86)
“Onlar dedilər: Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf
çıxmadıq. Amma biz (Firon) tayfasının (bir bayram günü əmanət olaraq
aldığımız) zinətlərindən ibarət ağır bir yüklə yüklənmişdik. Onları
(“əmanətə xəyanət haramdır”-deyərək günahdan qurtulmaq məqsədilə
oda) atdıq. Samiri də bizim kimi (özündə olan bəzək şeylərini oda) atdı.”
(Taha surəsi, 87)
Onlar Samirinin təlqini ilə əllərindəki zinətləri əritmək, sonra da bu-
zovu hazırlamaq üçün oda atdılar.
“(Oda atılmış qızıl-gümüş əridikdən sonra Samiri çuxurun içində) on-
lara böyürən bir buzov heykəli (düzəldib) çıxartdı. (Samiri və onun yoldan
çıxartdığı bir neçə kişi) dedilər: (Ey İsrail oğulları!) Bu sizin tanrınızdır.
Musanın da tanrısı budur, lakin unutmuşdur. (Musa heykəli itirmiş, onu
axtarıb tapmaqdan ötrü Tur dağına getmişdir) .”
(Taha surəsi, 88)
Həzrət Musa, bu çirkin işlərinə görə onlara dedi ki, tövbə etsinlər.
Bağışlanmaqlarının da, çox peşman olmalarına, ya da ölüm cəzasına riza
göstərmələrinə bağlı olduğunu bildirdi. Onlar da:
“–Səbir edərik!”-deyib, hökmü gözlədilər.
“O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: Ey qövmüm, siz bu-
zova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də
Yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü (buzovu tanrı bilən
adamlarınızı) öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün
xeyirlidir! –demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O,
tövbələri qəbul edəndir, bağışlayandır.”
(Bəqərə surəsi, 54)
Onların içindən öldürənlər, əllərində bir qılıncla öləsilərin başında
gözləməyə başladılar. Hər bütə sitayiş edənin arxasında, öldürülmə əmri
gəldikdə, onun boynunu vurmaq üçün bir nəfər təyin edilmişdi. Hətta
bunların içində bir-birlərinə qohum olanları da vardı.
“Elə ki (peşmançılıqdan başları) əlləri arasına düşdü və haqq
yoldan azmış olduqlarını gördülər, (əməllərindən çox məyus olub)
dedilər: Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq
ziyana uğrayanlardan olacağıq!”
(Əraf surəsi, 149)
Buna görə Həzrət Musa və Həzrət Harun, mərhəmətlərindən ağladılar
və dua etdilər. Sonra da tövbələrinin qəbul olduğuna dəlalət edən bu ayəti-
kərimə endi:
66
MN
“Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə
isə, Rəbbin tövbədən sonra (onları) bağışlayandır, rəhm edəndir!”
(Əraf surəsi, 153)
“Sonra da (tövbə etdiyinizə görə) sizi əfv etdik ki, bəlkə, şükür
edəsiniz.”
(Bəqərə surəsi, 52)
Bundan sonra Musa (əleyhissəlam) Samiriyə dönərək:
“Ey Samiri! Sənin (bu pis, əcaib işi görməkdə) məqsədin nə idi?”
–deyə soruşdu.”
(Taha surəsi, 95)
“(Samiri) belə cavab verdi: Mən (İsrail oğullarının) görmədiklərini
(Cəbraili) gördüm (yaxud bilmədiklərini bildim) . Mən o Rəsulun (Allah
elçisinin) ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc tor-
paq götürdüm və onu (çaladakı od içində əriyən bəzək şeylərinə) atdım
(o da dönüb böyürən bir buzov oldu) . Beləcə, öz nəfsim məni bu işə
sövq etdi”. (Nəfsim bu işi mənə xoş göstərdi, mən də ona uydum) .”
(Taha
surəsi, 96)
Müfəssirlərə görə, xalqın görməyib Samirin gördüyünü və ləpirindən
bir ovuc aldığını iddia etdiyi rəsul, Həzrət Musanın hüzuruna gələn Cəbrail
idi. Samiri, onun atının basdığı yerlərin yaşıllaşdığını görmüş, izinin
torpağından bir ovuc alıb, atəşə atmışdı. Bu ayəni, məcazi mənada “Allahın
ilham etdiyi elmi, belə istifadə etdim” şəklində anlamaq da mümkündür.
“(Musa) dedi: Çıx get burdan. Həyatın boyu (cəza olaraq) : “Bir kəs
mənə toxunmasın (mən də bir kəsə toxunmayım) !” - deməli olacaqsan.
(Heç kəs səni dindirməyəcək, süfrəsinə buraxmayacaq, səninlə alış-veriş
etməyəcək. Heç kəslə ünsiyyət etməyib tamamilə təcrid olunmuş bir
vəziyyətdə yaşayacaqsan. Dəhşət səni bürüyəcək) . Hələ səni əsla qaçıb
canını qurtara bilməyəcəyin daha bir vədə (qiyamət günü) gözləyir.
İndi tapınıb durduğun tanrına (bütünə) bax. Biz onu yandıracaq, sonra
da (külünü) dənizə atacağıq!”
(Taha surəsi, 97)
Bir rəvayətə görə, Həzrət Musanın (əleyhissəlam) ayəti-kərimdəki
bədduasından sonra Samiri, həqiqətən ağır və yoluxucu bir xəstəliyə
tutulmuş və ömrü boyu insanlardan uzaq durmaq məcburiyyətində
qalmışdır.
“Şübhəsiz ki, buzovu (tanrı) qəbul edənlərə Rəbbindən bir qəzəb
yetişəcək və onlar dünyada zillətə düçar olacaqlar! Biz (Allaha) iftira
yaxanları belə cəzalandırırıq!”
(Əraf surəsi, 152)
67
MN
“Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların birində:
“Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar!” –
(deyə yazılmışdı) .”
(Əraf surəsi, 154)
Allah Təala, Həzrət Musadan (əleyhissəlam) buzova sitayiş etdikləri
üçün peşman olan İsrail oğulları arasından qövmlərini təmsil etmək üzrə
yetmiş nəfər seçməsini və onların ilahi hüzura gələrək birlikdə tövbə
etmələrini istədi.
Həzrət Musa, Rəbbinin əmrini yerinə yetirmək üçün yanına aldığı
yetmiş nəfər ilə birlikdə Tur dağına getdi. Lakin bu nankor insanlar, Allahı
görmək tələbinə cürət etdilər. Buna görə orada şiddətli bir zəlzələ oldu və
onların hər biri bayılıb yerə düşdü. Həzrət Musanın (əleyhissəlam) Allaha
yalvarması ilə bu bəla da aradan qaldırıldı. Ayəti-kərimədə buyurulur:
“(Və yadınıza salın ki) siz: “Ya Musa, Allahı aşkar surətdə gör-
məyincə, heç vaxt sənə inanmayacağıq”, –dediyiniz zaman gözünüz
görə –görə sizi ildırım vurmuşdu.”
(Bəqərə surəsi, 55)
“Bəlkə, şükür edəsiniz deyə, biz sizi ölümünüzdən sonra yenidən
diriltdik.”
(Bəqərə surəsi, 56)
“Musa Bizim (Sina dağında) təyin etdiyimiz vaxt üçün öz
tayfasından yetmiş (mötəbər) adam seçmişdi. Onları sarsıntı yaxalay-
anda (ildırım vuranda Musa) dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bun-
dan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin
törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu (baş verən
işlər) Sənin sınağından başqa bir şey deyildir. Sən onunla (bu sınaqla)
istədiyini zəlalətə düçar edər, istədiyini doğru yola salarsan. Sən biz-
im hamimizsən (ixtiyar sahibimizsən) . Bizi bağışla və rəhm et. Axı sən
bağışlayanların ən yaxşısısan!”
(Əraf surəsi, 155)
İsrail oğulları bir müddət doğru yolla sakitcə yaşadılar. Sonra yenə
azdılar. Həzrət Musaya (əleyhissəlam), Tövratın hökmlərinin ağır olduğunu
və onları tətbiq etməkdə çətinlik çəkdiklərini söylədilər. Tövbə edərkən
verdikləri sözləri unutdular. Buna görə Allah (Cəllə Cəlaluh) da, Turi-Sinanı
möcüzə olaraq üstlərinə qaldırıb havada saxladı. Dəhşətə gələn insan-
lar dərhal səcdəyə qapandılar. Dağ, “indi çökər, bir azdan çökər”-deyə
gözlədilər.
“(Ey İsrail oğulları!) Sizdən əhd-peyman aldığımızı və Tur dağını
başınızın üzərinə qaldırdığımızı xatırlayın! (Biz:) Sizə göndərdiyimizi
68
MN
(Tövratı) möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə, pis
əməllərdən çəkinəsiniz –(deyə əmr etmişdik).”
(Bəqərə surəsi, 63)
“Bundan sonra siz (əhdinizdən) döndünüz (əvvəlcə əməl etdiyi-
niz Tövrata sonra əməl etmədiniz) . Əgər sizə Allahın yazığı və rəhmi
gəlməsəydi (tövbə etmək üçün möhlət verilməsəydi) , əlbəttə, (böyük)
zərər çəkənlərdən olardınız.”
(Bəqərə surəsi, 64)
Buna baxmayaraq İsrail oğulları, yenə eyni hallarında qaldılar. Həddi
tamamilə aşanlar isə ilahi qəzəbə düçar oldular:
“Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bəzi kəslər şənbə günü
haqqında olan əmrdən kənara çıxdılar. Biz də onlara: (Zəlil və) həqir
meymunlar olun! –dedik.”
(Bəqərə surəsi, 65)
“Biz bunu onlarla bir dövrdə yaşayanlar və sonradan gələnlər
üçün ibrət və müttəqilərdən ötrü nəsihət olsun deyə etdik.”
(Bəqərə
surəsi, 66)
Allah Təala, İsrail oğullarından, şüurlu olaraq pisliklərdə israr edənləri
meymun şəklinə salmış, sonra da onları həlak etmişdir. Bu hadisənin
“insanların əslinin meymun olması” iddiası ilə bir əlaqəsi yoxdur. Təsəlsül
olmamış, yəni meymuna dönən bu insanların soyu meymun olaraq davam
etməmiş və onlar bir müddət sonra ölmüşdülər. Allah Təala buyurur:
“Sonra əhdlərini pozduqları üçün onları lənətlədik və ürəklərini
sərtləşdirdik. Onlar sözlərin (Tövratda peyğəmbərin vəsfinə dair
kəlmələrin və bəzi başqa ayələrin) yerlərini dəyişib təhrif edir və
xəbərdar edildikləri şeylərin bir hissəsini unudurlar. Onların az bir
qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən.
Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah
yaxşılıq edənləri sevər!”
(Maidə surəsi, 13)
O zaman Tövrat, ancaq bir nüsxə idi, hamısı heç kimin əzbərində dey-
ildi. İsrail oğulları, Babillərə əsir düşüncə, bu tək Tövrat nüsxəsi itdi. İllər
keçdikdən sonra İsrail oğulları, əsarətdən qurtardıqda, onun yaddaşlarda
qalan bəzi bölmələri, təsbit edilə bildiyi qədər yenidən yazıldı. Bu gün,
əldə olan Tövrat da bu əskik bölmələrdən və qismən Həzrət Musanın
həyatından meydana gəlir.
İnək qurban edilməsi
İsrail oğullarından Amil adında çox zəngin bir adamın ölüsü tapılmışdı.
Amili öldürən, əmisinin oğlu idi. Lakin öldürmə səbəbləri məsələsində
69
MN
müxtəlif rəvayətlər var. Birincisi: çox fağır və xəsis olan əmioğlusu, Amili
zənginliyinə həsəd apararaq öldürmüşdür. İkincisi: Amilin evləndiyi qadını,
əmisinin oğlu çox bəyənmiş və o qadını almaq üçün Amili öldürmüşdü.
Qatil, Amilin cəsədini qonşu iki kəndin arasına atmışdı ki, bu kəndlərin
əhalisi bir-birlərinə düşmən olsunlar.
Xalq, Həzrət Musaya müraciət edərək qatilin tapılmasını və ondan qi-
sas alınmasını tələb etdi. Musa (əleyhissəlam), qatilin kim olduğu haqqında
tərəddüddə qaldı və bir nəticəyə gələ bilmədi. Bununla əlaqədar Allaha
dua etdi. Allah Təala da, onlara bir inək qurban kəsmələrini əmr etdi. Bəni
İsrail, Həzrət Musaya (əleyhissəlam):
“Qatilin tapılması ilə inək kəsilməsi arasında nə əlaqə var? Sən bizimlə
zarafatmı edirsən?” –deyə sordular.
Musa da:
“Mən Rəbbimin əmrini bildirirəm!”-dedi.
Ayəti-kərimədə buyrulur:
“Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: Allah sizə bir inək
kəsmənizi əmr edir! –dedi. Onlar isə: Bizi məsxərəyəmi qoyursan?
–dedilər. (Musa da:) Allah Özü məni cahil olmaqdan saxlasın!” –dedi.”
(Bəqərə surəsi, 67)
“Onlar dedilər: Bizdən ötrü Rəbbini çağırıb (Rəbbinə dua edib)
soruş ki, o (inək) nə cür olmalıdır? (Musa:) Allah o inəyin nə çox qoca,
nə də çox cavan deyil, bunların ikisinin arasında (düyə) olduğunu
buyurur. Sizə əmr olunan şeyi yerinə yetirin! –dedi.”
(Bəqərə surəsi, 68)
“Onlar dedilər: Bizdən ötrü Rəbbini çağırıb soruş, qoy onun
rəngini də bizə bildirsin. O da cavabında: (Allah) onun tünd sarı rəngli
və görənlərə xoş gələn (bir inək) olduğunu buyurur, dedi.”
(Bəqərə surəsi,
69)
“Onlar (yenə) söylədilər: Bizim üçün Rəbbinə dua et ki, onun
əsl sifətini bizə bildirsin, çünki biz (ümumiyyətlə) inəkləri bir-birinə
bənzədirik. Əgər Allah istəsə (biz kəsilməsi əmr edilən o inəyi tapar və
bu məsələ barəsində) , əlbəttə, düz yolda olarıq.”
(Bəqərə surəsi, 70)
“(Musa) dedi: (Rəbbiniz) buyurur ki, o (heç kəsə) ram olmayıb
boyunduruq götürməyən, tarla sürməyən, əkin suvarmayan, eyibsiz-
qüsursuz və ləkəsiz (sapsarı) bir inəkdir. (Bu zaman) onlar: İndi işi
həqiqətə gətirib çıxartdın, –dedilər və onu (inəyi tapıb) kəsdilər. Amma
az qalmışdı ki, bu işi yerinə yetirməsinlər.”
(Bəqərə surəsi, 71)
70
MN
Bu xüsusiyyətləri olan bir inəyi, yetim uşağı ilə birlikdə yaşayan bir
qadında tapdılar. Qadın, özünün çörək təknəsi olan bu inəyini satmaq
istəmirdi. Bunun üçün qadın inəyinə, dəyərindən çox olan, 1000 ağca (pul)
istədi. Həzrət Musanın (əleyhissəlam):
“Qadının istədiyi miqdarı verin və inəyi alın!” deməsinə görə İsrail
oğulları min ağcaya razı oldular. Lakin bu dəfə qadın, ücrəti (qiymət) 2000
ağcaya qaldırdı.
İsrail oğulları, qiyməti çox yüksək gördüklərindən bu inəyi almaq
istəmədilər və təkrar Həzrət Musaya (əleyhissəlam) müraciət etdilər.
Az qalmışdı kəsməyəcəkdilər; çünki bu təriflər, yenə yetim uşağı olan
o qadının inəyinə işarə etməkdə idi. İnəyinə olan çox istəyi görən qadın,
qiyməti çox artırmış, 10 000 ağcaya yüksəltmişdi. Axırda da o qadın:
“Heyvanı alırsınız, onu kəsirsiniz və dərisini tuluq edib içini də qızılla
doldurub mənə verirsiniz! Ancaq bu şəkildə onu sizə sata bilərəm.”-dedi.
İsrail oğulları gedib Həzrət Musaya vəziyyəti danışdılar. O da:
“Nə qiymətə olursa-olsun, inəyi alın!” –dedi.
Bu halda qövmü:
“İnəyi indi alaq, Allahın əmrini yerinə yetirək, yoxsa inəyin qiyməti
getdikcə artacaq sonra ödəyə bilməyəcəyik…”-dedilər. Nəhayət inəyi
aldılar.
Haqq Təala buyurur:
“Yadınıza salın ki, siz o zaman bir nəfəri öldürüb (özünüzü təmizə
çıxarmaq məqsədilə) , onun (qatili) barəsində mübahisə edirdiniz. Hal-
buki Allah gizlətdiyinizi zahirə çıxarandır!”
(Bəqərə surəsi, 72)
Lakin İsrail oğulları inəyin qiymətini ödəmirdilər. Həzrət Musa onlara:
“Qiyməti ödəməsəniz, ölü dirilməz!”-buyurdu.
Onlar da çarəsiz qalıb, inəyin dərisini tuluq etdilər və içini də qızılla
doldurub qadına verdilər.
“Belə olduqda Biz: (Kəsilmiş inəyin) bir parçasını ona (qatili
bilinməyən ölüyə) vurun! –dedik. (Onlar da vurdular və ölü dirildi) . Allah
(bütün) ölüləri bu qaydada dirildər və sizə Öz möcüzələrini göstərər
ki, ağla gəlib (bunu) dərk edəsiniz.”
(Bəqərə surəsi, 73)
71
MN
Ayəti-Kərimədə “bir parçasını ona vurun!” deyilməsi diqqəti daha
çox cəlb etmək üçündür. Diqqət edilərsə, ölünün dirilməsi üçün bir sıra
zahiri səbəblərə bağlanmış, yəni kəsilən heyvanın ətinin təması şərt
qoşulmuşdur. Ancaq həqiqətdə Allah belə zahiri səbəblər və mərasimlər
olmadan da möcüzələr yaradır.
Nəhayət heyvanın dilini ölüyə toxundurmaqla ölü, qanlar içində qalxdı.
Həqiqəti olduğu kimi anlatdı:
“Məni filan və filan əmi uşaqlarım öldürdü.”-deyib adlarını da
bildirdikdən sonra təkrar öldü.
Bu işi görən iki gəncə dərhal qisas tətbiq edildi.
Bu hadisədən alınacaq ibrətlərin bəziləri bunlardır:
Allahın əmri ilk gələndə İsrail oğulları, hər hansı bir inəyi kəssəydilər
əmr yerinə yetirilmiş olacaqdı. Lakin dalbadal soruşduqları suallarla bu
işi etmək istəməyənin vəziyyətinə düşdülər. Beləcə məsələ öz-özündən
ağırlaşdı və hər etirazın dalınca sıxıntılar da artdı. Beləcə, etiraz etmələri
və hədlərini bilməmələrinə görə Allah onların cəzalarını artırdı. Deməli
möminin, Allahın və Rəsulunun əmrlərini dərhal yerinə yetirməsi lazımdır.
Çünki bu əmrləri ləngitməsi və təxirə salması, ona daha ağır məsuliyyət
və cəzalar gətirir.
Lazım olmayan, boş sualların soruşulması lazım deyil. Çünki soruşulan
hər sual onu soruşana əlavə məsuliyyət gətirir.
Daha əvvəl ilah olaraq buzova sitayiş etdiklərinə görə İsrail oğullarına,
inəkdə bir üluhiyyət (tanrılıq sifəti) olmadığını başa salmaq üçün inəyi qur-
ban kəsmələri əmr edilmişdir. Çünki insan, özündəki inanma ehtiyacına
görə qulluq hisslərində bəzən yanılaraq, ilahini, öz bəşəri ölçüləri və
idrakı içində axtarma yanlışlığına uğraya bilir. Belə olan halda bir insanın
dəyərləndirdiyi və sevdiyi şeylərlə şirkə düşmə təhlükəsi vardır. Bunu
yerbəyer etmənin yolu isə sevdiklərindən və qiymətləndirdiklərindən Allah
üçün vazkeçməyi bacarmaqdır.
İsrail oğulları arasında qatillərin tapılmamasına görə anlaşılmazlıq və
hüzursuzluq artmışdı. İnək kəsildikdən sonra qatillərin tapılması ilə qövm
sakitləşdi. Buradan da başa düşüldüyü kimi, ilahi əmrlərə təslimiyyət içində
itaət etmək, bir cəmiyyətin hüzur və sakitliyə çatması üçün zəruridir.
İsrail oğullarından bəzilərinin qəlbində “öldükdən sonra dirilmə”
məsələsində tərəddüd var idi. Bu hadisə bütün şübhələri yox etdi.
72
MN
Qarun
Qarun, Həzrət Musanın əmisi, ya da əmisinin oğludur. Həzrət Musaya
(əleyhissəlam) iman etmədən əvvəl Fironun yanında İsrail oğullarının
təmsilçisi idi. İdarəsi altında olanlara əziyyət edirdi. İman gətirdikdən sonra
özünü elm və ibadətə verdi. Tövratı, Həzrət Musadan (əleyhissəlam) son-
ra ən gözəl o oxuyurdu.
Şeytan insan qılığına girərək əvvəlləri çox fağır olan Qarunun yanına
gəldi və onunla dost oldu. Sonra fürsət tapdığı bir gün dostcasına bir tövrlə
ona:
“Ey Qarun! Başqalarından gələn rizqlə dolanmaqdansa, gedib həftədə
bir gün çalışaq və qalan altı gündə isə Rəbbimizə itaət edək.” –dedi.
Bu fikir, Qarunun ağlına batdı. Birlikdə şəhərə getdilər və bir gün
işlədilər. Bu bir günlük işləmələrinin əvəzi olan pulla altı gün dolanıb ibadət
etdilər.
İlk istəyinə nail olan şeytan bu dəfə:
“Qarun, bax! Heç kimə möhtac olmadıq! Gəl, bundan sonra həftənin
yarısında çalışıb pul qazanaq, digər yarısında da ibadət edək! Beləcə
qazandığımız pulun çoxunu Allah rizası üçün fağırlara infaq etmək
imkanımız olar!” –dedi.
Artıq şeytanın fikirlərinə tabe olmağa başlayan Qaruna, bu təklif daha
da cazibədar göründü və bunu da qəbul etdi.
Şeytan, hiyləsini gerçəkləşdirməyə müvəffəq olmuşdu. Bundan sonra
işləmə müddətini daha da uzatdı:
“İşləməyə daha çox zaman ayıraq və daha çox məvacib qazanaq. Həm
ibadətlərimizə davam edər, həm də bu pulla daha çox fağırı sevindirərik.”-
dedi.
Yavaş-yavaş Qarunun qəlbinə dünya meyli və məhəbbəti girməyə
başlamışdı. Həzrət Musanın (əleyhissəlam) duası ilə əl-simya elmi də
verilmiş Qarun, qısa zamanda çox zəngin oldu. Qəlbini, dünyəvi arzular və
bitməyən ehtiraslar bürüdü. Sonra da bütün gözəl və təmiz xislətlərini itirdi.
Qürur və kibrinin əsiri oldu. Zənginliyinə, Həzrət Musanın duası səbəbilə
çatdığını unutdu.
Ayəti-kərimədə buyurulur:
73
MN
“Həqiqətən, Qarun Musa qövmündən (Musanın əmisi oğlu) idi. On-
lara (İsrail oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə ağ olmaq-
da və özünü yuxarı tutmaqda) həddini aşmışdı. Biz ona açarlarını bir
Dostları ilə paylaş: |