Qəbul edilməyən İman: Fironun imanı
“İsrail oğullarını dənizdən (sağ-salamat) keçirtdik. Firon və
əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər.
(Firon) batacağı anda: “İsrail oğullarının inandıqlarından başqa tanrı
olmadığına iman gətirdim. Mən artıq (Ona) təslim olanlardanam!”
– dedi.”
(Yunus surəsi, 90)
Qırmızı dənizin girdablarında boğulmaq üzrə ikən məcbur olaraq iman
halqasından tutmaq istəyən Firona Allah Təala belə buyurdu:
“İndimi? (Bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı
iman gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad
törədənlərdən olmuşdun!”
(Yunus surəsi, 91)
“Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas
edəcəyik (sənin cansız bədənini sahilə atacağıq). Həqiqətən, insanların
çoxu ayələrimizdən qafildir!”
(Yunus surəsi, 92)
Bəni İsrailin hakimi zalım Misir Fironunun cəsədi! Londondakı “British
Museumda” insanlara ibrət olsun deyə sərgilənir.
54
MN
Müfəssir Zəməxşəri, bu ayəti-kəriməni belə təfsir etmişdir:
“Səni dəniz kənarında bir qırağa atacağıq. Cəsədini tam və pozulmamış
halda çılpaq və paltarsız olaraq, səndən əsrlər sonra gələcəklərə ibrət ol-
sun deyə qoruyacağıq.”
Yaxın bir zamanda aparılan araşdırmalarda Fironun cansız cəsədi
əsrlərcə dənizdə qalmasına baxmayaraq Allah Təalanın qüdrəti ilə
çürüməmişdir. Bu həqiqət, Haqq Təalanın Qurani-Kərimdə bildirdiyi kimi,
qiyamətə qədər davam edəcək bir möcüzədir.
Qırmızı dənizi keçdikdən sonra
Musa (əleyhissəlam) Bəni İsraili Kənan diyarına doğru apardı. Yolda
gedərkən bütlərə və öküzə ibadət edən bir qövm gördülər. Bəziləri:
“–Ya Musa! Bizə də belə bir şey düzəlt, biz də ona ibadət edək!” –
dedilər.
Bunun cavabında Həzrət Musa, onlara belə nəsihət etdi:
“–Allah sizi bir zülmdən qurtardı. Qibtilər sizin oğullarınızı öldürür və
qızlarınızı xidmətçi olaraq istifadə edirdilər. Buna cavab olaraq siz Allaha
üsyan edib, şirkə mi düşəcəksiniz?” –dedi.
Allah Təala buyurur:
“Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə
tapınan bir tayfaya uğradılar. (İsrail oğulları) dedilər: “Ya Musa! Bizə
onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” (Musa belə) cavab
verdi: Siz, doğrudan da, cahil bir tayfasınız!”
(Əraf surəsi, 138)
“Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur,
etdikləri əməllər isə puçdur!”
(Əraf surəsi, 139)
“(Musa yenə) dedi: Allah sizi aləmlərə (dövrünüzdəki bütün insan-
lara) üstün etdiyi halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı
istərəmmi?!”
(Əraf surəsi, 140)
“(Ey İsrail övladı!) Yadınıza salın ki, sizi Firon əhlinin əlindən
qurtardıq. Onlar sizə şiddətli əzab verir, oğullarınızı öldürür,
qadınlarınızı isə (özlərinə xidmət etmək üçün) diri saxlayırdılar. Bu sizin
üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi.”
(Əraf surəsi, 141)
Musa (əleyhissəlam) 12 000 nəfərdən təşkil edilmiş iki ordu hazırladı.
Bunları Misirə göndərdi. Arxada uşaqlar, xəstələr və yaşlılardan başqa heç
kim qalmamışdı. Ordunun birinə Yuşə bin Nun (əleyhissəlam), digərinə də
55
MN
Kalib bin Yukna komandirlik edirdi. Ordular, döyüşdən zəfərlə döndülər.
Artıq qiptilər tamamən pərişan olmuşdular. Bu vəziyyət, ayəti-kərimələrdə
belə anladılır:
“Nəhayət, Biz onları (Fironu və tayfasını) bağlardan və bulaqlardan
çıxartdıq. Xəzinələrdən və (Nil ətrafındakı) gözəl (bərəkət dolu) yerdən
kənar etdik.”
(Şüəra surəsi, 57-58)
“Zəif (həşr) görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daim
xeyir-bərəkət verdiyimiz şərq tərəflərinə (Şam diyarına) varis et-
dik. (Müsibətlərə, fəlakətlərə) səbir etdiklərinə görə Rəbbinin İsrail
övladına verdiyi gözəl sözlər (vədlər) tam yerinə yetdi. Fironun və
onun camaatının qurduqları (imarətləri) və ucaltdıqlarını (qəsrləri,
kaşanələri) isə viran qoyduq.”
(Əraf surəsi, 137)
“(O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara
varis etdik.”
(Şüəra surəsi, 59)
“(Fironun bütün əyan-əşrafı və əsgərləri boğulub tələf oldular) . Onlar
(özlərindən sonra) neçə-neçə bağlar, çeşmələr qoyub getdilər; Neçə-
neçə əkinlər, gözəl yerlər (möhtəşəm qəsrlər) . Və zövq aldıqları neçə-
neçə nemətlər (tərk etdilər) .”
(Duxan surəsi, 25-27)
“(Onları) belə (cəzalandırdıq) və ona (onların sərvətlərinə, mülklərinə)
başqalarını (İsrail oğullarını) varis etdik!”
(Duxan surəsi, 28)
“Onlardan ötrü nə göy, nə də yer ağladı. Onlara (tövbə etməyə)
imkan da verilmədi! (Əksinə, elə bu dünyada cəzalarına çatdılar; axirət
əzabı isə daha şiddətli olacaqdır. Budur küfrün nəticəsi!) ”
(Duxan surəsi, 29)
Haqq Təala, ilahi qəhrə düçar olan cəmiyyətlərin həzin aqibətlərini və
onların tarixin zibilliyində acı bir şəkildə necə itdiklərini, aşağıdakı ayəti-
kərimədə nə gözəl təsvir edir:
“Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. İndi heç on-
lardan birini görür, yaxud onlardan bir səs-səmir eşidirsənmi? (Bu
müşrikləri də onlar kimi məhv edib kökünü kəsəcəyik) .”
(Məryəm surəsi, 98)
Tövratın nüzulu (enməsi)
Həzrət Musa, İsrail oğulları ilə birlikdə Misirdən çıxıb düşməndən xilas
olduqdan sonra qövmünə kitabı gətirəcəyini söyləmişdi. Həzrət Haruna
(əleyhissəlam):
56
MN
“–Sən bunların səhv işlərini islah et! Mən, Allahın əmri ilə Tur dağına
gedirəm. Allahdan nazil olacaq yeni bir kitab ilə dönəcəyəm.”-deyərək onu
yerinə vəkil qoydu.
Ancaq nankor qövm Həzrət Musaya:
–Sənin yanında bizdən şahidlər olmasını istəyirik, dedilər.
Bunun üçün aralarından yetmiş nəfər seçdilər və birlikdə Tur dağına
getdilər.
Musa (əleyhissəlam), ona vəd edilən “Kitab”ı Haqq Təaladan niyaz
etdi. Haqq Təala da ona otuz gün oruc tutmasını əmr etdi. Bu zaman
fasiləsi, Zülqədənin otuz günüdür. Sonra Zülhiccənin ilk on günü ilə də
bu oruc, qırx günə tamamlandı. Beləcə Həzrət Musaya Kitab (Tövrat)
endirilərək, ona qövmünü doğru yola çatdırma vəzifəsi verildi.
Allah Təala buyurur:
“Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona
Tövratı nazil edəcəyimiz və özü ilə danışacağımız) barədə vədələşdik,
sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət
üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu…”
(Əraf surəsi, 142)
Həzrət Musa, bu vəzifənin lazım bildiyi kamilliyi qazanmağı təmin
edəcək oruc, dua, təfəkkür, müraqibə və saflaşmaq üçün qırx günlüyünə
Turi-Sinaya dəvət edilmişdi. Musa (əleyhissəlam), bu zaman müddətində
Rəbbi ilə görüşə hazırlanacaqdı. O, dünyəvi məşğələlərindən uzaqlaşmaq,
göylərin səssizliyinə dalmaq və nəhayət ənginlərdə Uca Yaradana çataraq
ümmanda yox olmaq üçün, Turi-Sinada insanlardan ayrı bir həyat yaşadı.
Çünki onun, öz ruhunu aydınladıb şəffaflaşdırması üçün buna ehtiyac
vardı.
Belə başa düşülür ki, Musa (əleyhissəlam) ilk otuz gün oruc, dua,
təfəkkür kimi müxtəlif ibadətlər və riyazatla, təhzib və təzkiyə olmuş;
sonrakı on gündə isə Allah ilə danışma və Tövratın enməsi baş vermişdir.
Yəni Musa (əleyhissəlam) bu qırx günlük zaman içində, Allah ilə danışa
biləcək uca bir mənəvi səviyyəyə yüksəlmişdir.
Ayəti-kərimədə qırx gün deyil, qırx gecə deyilməsinin səbəbi, ayın
çıxışı və günün gecədən başlaması səbəbi ilədir. Buna görə gündüzlər də
buna daxildir. Ayrıca gecənin gündüzə nəzərən daha fərqli xüsusiyyətləri
vardır. Qurani-Kərim, Lövhi-Məhfuzdan dünya səmasına gecə endirilmiş,
57
MN
Rəsulullah (səllallahu əleyhi və səlləm) də meraca gecə çıxmışdır. Hətta
vəhylərin gəlməsi də əksərən gecələr baş vermişdir.
Həzrət Musanın (əleyhissəlam) Turi-Sinada qırx gecə qalmasında bu
işarələr vardır:
Əhlullahın (Allah adamı) böyük bir “təcəlli sabahı”na çatmaları üçün
gecələrin qaranlığına bənzəyən iztirab saatlarında qəm çəkmələri lazımdır.
İlahi feyz və bərəkət ümumiyyətlə gecələr endiyindən, bütün “müvəffəqiyyət
sabah”ları, iztirablı gecələrin səhərlərini təqib edər, deyilmişdir.
Həzrət Musanın (əleyhissəlam) bu qırx günlük qəmi ilk otuz günü ilə
bütün bir gecə; sonrakı on gün də, o gecənin səhəri kimidir. Necə ki, bu
səhərin fəcri-sadiq (gerçək fəcr) saatlarını andıran son qismləri, Həzrət
Musanın (əleyhissəlam), Allah Təala ilə danışma lütfünə çatdığı anlardır.
Musa (əleyhissəlam), Tur dağında heç ara vermədən (savmi visal)
otuz gün oruc tutmuşdu; lakin nə acmış, nə də susamışdı! Sonra Xızırla
görüşmək üçün səfərə çıxması əmr edildi. Səfərdə isə daha yarım gün
keçmədən belə aclığa qarşı səbir edə bilmədi və yoldaşlarına:
–Yeməyimizi gətir yeyək-dedi.
Çünki Xızırın yanına getməsinin səbəbi onun imtahan ediləcəyi idi.
İmtahanın üstünə bir də aclıq ibtilası (dərd, qəm) əlavə edilincə, məxluq
(Xızır) üçün etdiyi səfərdə yarım gündə acdı. Lakin Tur dağındakı səfəri,
Rəbbinə qovuşmaq və Onunla söhbət etmək məqsədilə olduğundan,
olduğu yerin də heybəti ilə yeməyi və içməyi unutmuş, Allahdan başqa hər
şeydən gözü doymuşdu.
Həzrət Musaya, (əleyhissəlam) Allah (Cəllə Cəlaluh) ilə danışması
səbəbinə görə “kəlimullah” deyilir. Həzrət Musa, Haqq Təala ilə, dil kimi bir
vasitə olmadan zamansız və cəhətsiz olaraq Onun Kəlam sifəti ilə danışdı.
Onun sifətlərindən heç biri yaradılanların sifətlərinə bənzəməz. O, bilir; bu
bilmək, bizim bildiyimiz kimi deyildir. Qüdrət sahibidir; bu da bizim qüdrətimiz
kimi deyildir. O, danışır; lakin bizim danışmağımız kimi deyil. Biz dil kimi bir
alət və hərflərlə danışırıq. Allah (Cəllə Cəlaluh) isə bundan münəzzəhdir.
Hərflər sonradan yaradılmışdır (məxluqdur). Allahın kəlamı isə məxluq
deyildir, hərfsiz və alətsizdir. Necə ki, Musa (əleyhissəlam), Allah (Cəllə
Cəlaluh) ilə danışarkən, yanındakı 70 nəfər və Cəbrail (əleyhissəlam), bu
danışmağı seçə və dərk edə bilmədilər.
“…Və Allah Musa ilə sözlə (arada heç bir başqa vasitə olmadan)
danışdı.”
(Nisa surəsi, 164)
ayəti-cəliləsi də bunu ifadə etməkdədir.
58
MN
Allah Təala, Musanın könlünə təsəlli üçün minlərlə xitab göndərdi
ki, nemətləri ilə könlü bir nəbzə rahatlayıb hüzur tapsın! Çünki Musa
(əleyhissəlam) bəşəri fırtınalar və qasırğalarla dolu bir həyat yaşamış,
azğın və materialist bir qövm olan Bəni İsrailə şəriət iqamə etmək üçün
göndərilmiş peyğəmbərdi.
Əriha məmləkətində Əmaliqəlilərlə
Hərb etmə vəziyyəti və Tih səhrası
“Bir zaman Musa öz camaatına belə demişdi: Ey camaatım,
Allahın sizə olan nemətini xatırlayın ki, sizdən peyğəmbərlər
göndərdi, padşahlar təyin etdi və aləmlərdən (bəşər övladından) heç
birinə vermədiyini sizə verdi.”
(Maidə surəsi, 20)
Bu ayələr, Həzrət Musa zamanındakı İsrailoğulları ilə əlaqəlidir. Bu
səbəbdən istər onların hələ heç kəsə verilməmiş nemətlərə nail olmaları;
istərsə də “ərzi-müqəddəs”in onlara vətən olaraq yazılması, o zamana
aiddir. Yoxsa yüzlərlə ayə və Hədisi-Şərif, Həzrət Peyğəmbər (səllallahu
əleyhi və səlləm) Əfəndimizin gəlmiş və gələcək bütün insanlar üçün
Allahın bənzərsiz lütfü və neməti olduğundan bəhs edir. Müqəddəs tor-
paqlara kimin varis olacağı məsələsində isə Allah Təalanın təyini belədir:
“Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda
da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim
saleh bəndələrimin daxil olacağını yazmışdıq.”
(Ənbiya surəsi, 105)
Bu ayəti-kərimədə pislərin və pisliyin daim olmayacağı; yaxşılığın
əsl, pisliyin isə arizi (keçici) olduğu; hakimiyyətin də əvvəl-axır yaxşıların
əlinə keçəcəyi ifadə edilir. Bu da İslamın dünya həyatı mövzusundakı
cahanşümul baxışlarını nümayiş etdirir.
Həzrət Musa, qövmünü Kənan diyarına (bugünkü Fələstin, Ürdün,
İsrail və ətrafı) götürmək üçün yola çıxmışdı. Ərzi-Məvud deyilən yerə
yerləşəcəkdilər. Musa (əleyhissəlam), ordunun hər qolundan təmsilçi
seçdi. Yuşə bin Nun və Kalib bin Yuhnənin rəisliyində oradakı qövmü
aşkar etməyə göndərdi. Gedənlər, Əmaliqə qövmünü çox güclü gördülər.
Lakin, hər hansı bir qorxuya səbəb verməməsi və əhvali-ruhiyyələrinin
pozularaq cəsarətlərinin qırılmaması üçün, qövmlərini anlatmamaq
üçün belə sözləşdilər. Çünki Həzrət Musa da belə bir ehtimala qarşı, bu
59
MN
şəkildə davranmalarını tövsiyə etmişdi. Ancaq Yuşə ibn Nun və Kalib bin
Yuhnənin xaricindəkilər, sözləşməyə tabe olmayaraq, vəziyyəti qövmlərinə
danışdıqda İsrail oğulları, hərb etməkdən qaçdı:
“Ey camaatım! Allahın sizin üçün əzəldən (vətən) müəyyən et-
diyi müqəddəs torpağa (Beytülmüqəddəs və ya Şama) daxil olun, geri
dönməyin (düşməndən qorxub qaçmayın və ya dininizdən dönməyin),
yoxsa zərər çəkmiş halda geri dönərsiniz.”
(Maidə surəsi, 21)
“Onlar dedilər: Ya Musa, orada nəhəng (qüvvətli) adamlar (Ad
qövmünə mənsub Əmaliqə tayfası) vardır. Onlar oradan çıxmayınca biz
ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq.”
(Maidə surəsi, 22)
“(Allahdan) qorxanlardan Allahın nemət verdiyi iki nəfər dedi:
Onların üstünə (qəflətən) qapıdan (yaşadıqları şəhərin qapısından) gi-
rin. Əgər (qapıdan) girsəniz, onlara mütləq qələbə çalarsanız. Əgər
möminsinizsə, Allaha təvəkkül edin!”
(Maidə surəsi, 23)
“(İsrail oğulları) dedilər: Ey Musa, nə qədər ki, onlar oradadırlar,
biz ora girməyəcəyik. Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə
burada oturacağıq.”
(Maidə surəsi, 24)
İsrail oğulları, Fironun zülmündən qurtardıqdan sonra zülm gördükləri
günləri unutmuş, rahata öyrəşmişdilər. Dünyəvi istək və arzularını
artırmışdılar. Həzrət Musadan qüdrət halvası və bildirçin əti istəmişlər
və bu nemətlər onlara hər gün bəxş edilmişdir. Bunlara əlavə Həzrət
Musanın (əleyhissəlam) əsasını torpağa vurması ilə, oradan fışqıran on iki
çeşmədən faydalanmışdılar. Haqq Təala buyurur:
“(Yadınıza salın ki, Tih səhrasında yaşadığınız zaman) üstünüzə bu-
ludla kölgə saldıq və: “Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!”
(deyərək) sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar (əcdadınız)
isə (itaətdən boyun qaçırmaqla) Bizə deyil, ancaq özlərinə zülm etmiş
oldular.”
(Bəqərə surəsi, 57)
“Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona:
“Əsanı daşa vur!” –dedik. (O, əsanı daşa vuran kimi) ondan (daşdan) on
iki çeşmə fışqırdı, hər kəs öz çeşməsini tanıdı. (Sonra onlara:) Allahın
verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad
törətməyin! (söylədik) .”
(Bəqərə surəsi, 60)
İsrail oğulları, istədikləri bitib tükənməyən, şükür etməyi və səbr etməyi
bilməyən bir qövm olduğu üçün yenə peyğəmbərlərinə yük olmaqda qalıb
60
MN
nankorluq edirdilər. Aşağıdakı ayəti-kərimə, bu qövmün nankorluğunu
açıqca nümayiş etdirir:
“Xatırlayın ki, siz (müəyyən müddət səhrada qalmalı olduğunuz za-
man) : “Ya Musa! Biz (hər gün yediyimiz) eyni təama (qüdrət halvasından
və bildirçin ətindən ibarət olan yeməyə) heç vaxt dözməyəcəyik! Rəbbinə
dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən tərəvəzindən,
sarımsağından, mərciməyindən və soğanından yetirsin! –dediniz.
(Musa da cavabında:) “Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə
dəyişdirmək istəyirsiniz? (O halda) şəhərlərdən birinə gedin,
istədiyinizi orada taparsınız!” – demişdi. Onlara zəlillik, miskinlik
damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu (cəza) onların
Allahın ayələrini inkar etdiklərinə və (Zəkəriyya, Yəhya və Şüeyb kimi)
peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların (Alla-
ha) asi olduqlarına və həddi aşdıqlarına (Allahın əmrlərini pozduqlarına)
görə idi.”
(Bəqərə surəsi, 61)
“(Musa) dedi: Ey Rəbbim! Mənim yalnız özümə və qardaşıma
(Haruna) gücüm çatar (sözüm keçər) . Sən bizi bu günahkar və azğın
camaatdan ayır!”
(Maidə surəsi, 25)
“(Allah Musaya) buyurdu: Artıq ora (müqəddəs torpaq) qırx il
müddətinə onlara haram edildi. Onlar olduqları yerdə (Tih səhrasında)
sərgərdan gəzib dolaşacaqlar. O günahkar (və azğın) camaatın halına
acıma!”
(Maidə surəsi, 26)
“Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan (özlərinə) on
iki nəzarətçi (vəkil) göndərmişdik. Allah buyurmuşdu: Mən sizinləyəm.
Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib
onlara kömək etsəniz, Allaha (Allah yolunda) gözəl bir borc (sədəqə)
versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından
çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər
kəs (əhdi pozaraq) küfr edərsə, o artıq doğru yoldan azmış olar!”
(Maidə
surəsi, 12)
Lakin Bəni İsrail qövmü, Allahın onlara bəxş etdiyi nemətlərə nankor-
luq edir və ülül-əzm peyğəmbərlərin üçüncüsü olan Həzrət Musaya təhər
etməyə başlamışdılar. Hətta, Allahı, yaradılmış bir canlı xüsusiyyətləri ilə
təsəvvür edib peyğəmbərlərinə:
“–Sən Rəbbinlə bərabər savaşa get, döyüş və qalib gəl! Ondan sonra
biz sənin dalınca gələrik!”-deyəcək qədər ədəbsizləşdilər.
61
MN
Bu səbəbdən Haqq Təala, İsrail oğullarını, dar və sıxıcı bir yer olan Tih
səhrasında qırx il qalmağa məhkum etdi.
Onlar bu məkandan çıxmağa çalışmalarına baxmayaraq, gəzib-
dolanıb düz onların yeni nəsli yetişənə qədər yenə eyni dairənin içinə
girirdilər.
Nəhayət, bu imanlı və gümrah nəsil ilə oradakı güclü və zorba qövmə
qalib gəlinib Ərzi-Məvuda girildi. Beləcə Şəriə çayının şərq kənarındakı
yerlər ələ keçirildi və Ərzi-Məvudda yerləşməyə başlandı. Beləcə Həzrət
Musanın (əleyhissəlam) vədi yerinə yetdi. Həzrət Harun da bu vaxt vəfat
etmişdi.
Həzrət Musanın (əleyhissəlam) Allahı görmək istəməsi
Musa (əleyhissəlam), vaxtsız-vədəsiz şəkildə Haqq Təala ilə
danışırkən gözündən pərdələr qalxdı, çox üstün bir məqam və mərtəbəyə
yüksəldi. O, Rəbbi ilə danışmaqdan o qədər ləzzət aldı ki, Onu görmə ar-
zusu çoxaldı. Özündə, o günə qədər yaşamadığı, bambaşqa hal meydana
gəldi və Haqq Təalanı görmək istədi. Bu arzusunda israr etdi. Allah Təala
isə:
“–Sən məni görə bilməzsən!” –buyurdu.
Musa (əleyhissəlam) tələbində yenə israr edincə, Haqq Təala:
“–Bu dağa bax! O dağ yerində durarsa, sən məni görə bilərsən!” –buy-
urdu. (Bu dağ, Mədyən diyarında Zübeyr deyilən böyük bir dağ idi.)
Bir rəvayətə görə, Haqq Təala, Həzrət Musaya (əleyhissəlam) pərdələr
arxasından dirhəm qədər nur göstərdi. Nur, dağa təcəlli etdi və dağ in-
filaq etdi. Musa (əleyhissəlam), bu qüdrət və əzəmətin ehtişamına dayana
bilmədi və özündən getdi:
“Musa təyin etdiyimiz vaxtda (Tur-i Sinaya) gəldikdə Rəbbi onunla
(arada heç bir vasitə olmadan) danışdı. (Musa: ) “Ey Rəbbim! Özünü
(camalını) mənə göstər. Sənə baxım!” - dedi. Allah: “Sən Məni əsla
görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən
də Məni görə bilərsən”, - buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın
nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü.
Ayılandan sonra isə: “Sən paksan, müqəddəssən! (Bütün eyib və
62
MN
nöqsanlardan uzaqsan!) Sənə (bu işimdən ötrü) t övbə etdim. Mən (İsrail
oğullarından Səni görməyin mümkün olmadığına) iman gətirənlərin
birincisiyəm!” – dedi.”
(Əraf surəsi, 143)
Musa (əleyhissəlam) mükaliməsindən sonra, Tövrat nazil olmağa
başladı. Yeddi və ya on lövhə halında endirdiyi rəvayət edir.
Tur dağında mülakat
Musa (əleyhissəlam) soruşdu:
–Ya Rəbbi, hansı qulların daha sevimlidir?
Haqq Təala:
–Məni zikr edib məni unutmayan qullarım,-buyurdu.
Musa (əleyhissəlam) təkrar soruşdu:
–Hansı qulların daha alimdir?
Allah Təala:
–Bildiyini insanlara öyrədən; doğrunu göstərən, dinləyən və bunu öz
nəfsində tətbiq edib pisliklərdən çəkindirəndir,-buyurdu.
Qızıl buzov
İsrail oğulları, Musa (əleyhissəlam) ilə birlikdə Qırmızı dənizdən
keçdikdən sonra, sığır başı şəklində bütlərə sitayiş edən bir qəbiləyə
rastlaşmışdılar. Həzrət Musaya da:
–Sən də bizə belə bir İlah düzəlt, biz də ona ibadət edək, –demiş-
dilər.
Musa (əleyhissəlam) isə, onlara nəsihət etmiş, bunun böyük şirk
olduğunu bildirmişdir. Onlar da peşman olub tövbə etmişdilər.
Ancaq Musa (əleyhissəlam), Həzrət Harunu (əleyhissəlam) öz yerinə
vəkil edib Tur dağına gedincə, onlara qarşı imansızlığını gizlədən Samiri
adlı nankor bir yəhudi, Həzrət Musanın yoxluğundan fürsət əldə etdi.
Xalqdan qızıl topladı və qızıldan bir buzov heykəli hazırladı. Sonra da:
“–Bu, Musanın ilahıdır! Lakin Musa, tanrısını unutdu!”-deyib xalqdan
buzova sitayiş etmələrini tələb etdi.
63
MN
Samiri sənətkar idi. Buzovu elə bir ustalıqla hazırlamışdı ki, onun içinə
külək girdikdə buzov canlı kimi böyürürdü. Bunu buzovda açdığı deşiklərlə
əldə etmişdi. Ayrıca küləyin şiddətinə görə qaval kimi səslər çıxarırdı. Bu-
zovun arxasında dayanmış Samiri insanlara:
–Baxın, ilahınız sizinlə danışır!-deyirdi.
Beləcə Samiri, buzovun tanrı olduğunu xalqa təlqin edərək, bir qism
İsrail oğullarını haqq dindən uzaqlaşdırdı. Harun (əleyhissəlam), israrla
xəbərdarlıq etməsinə baxmayaraq xalqı ona qulaq asmadı:
Dostları ilə paylaş: |