hala salın, görək onu tanıyacaq, ya yox?!”
(Nəml surəsi, 41)
“(Bəlqis) gəldikdə ona: Taxtın bu cürdürmü? –deyildi. O da: Sanki
odur! –deyə cavab verdi. (Süleyman qadının dərin zəka sahibi olduğunu
görüncə dedi: ) Bizə ondan daha öncə (Tövhid haqqında) elm verilmiş
və biz (ondan daha qabaq Allaha) müti (müsəlman) olmuşuq! (Süley-
man) ona Allahdan başqasına (günəşə, aya) ibadət etməyi qadağan
etdi. (Yaxud Allahdan başqasına tapınması o qadına Allaha ibadət etməyə
mane olmuşdu). Çünki o, kafir bir tayfadan idi.”
(Nəml surəsi, 42-43)
167
MN
“(Bəlqəsin əqlini, zəkasını yoxlamaq məqsədilə) ona belə deyil-
di: Saraya daxil ol! (Süleymanın sarayı büllurdan tikildiyi və altına su
buraxıldığı üçün Bəlqis) sarayı gördükdə onu dərin bir gölməçə he-
sab etdi və (paltarı islanmasın deyə) ətəyini qaldırdı. O (Süleyman) : Bu
(su deyil) büllurdan tikilmiş (şəffaf) bir saraydır! dedi. (Bəlqis) dedi:
Ey Rəbbim! Mən (günəşə sitayiş etməklə) özümə zülm etmişdim. Mən
artıq Süleymanla (Süleymanın sayəsində) aləmlərin Rəbbi olan Allaha
təslim oldum!”
(Nəml surəsi, 44)
Rəvayətə görə, Həzrət Süleyman, Səba məlikəsi Bəlqis gəlməzdən
əvvəl, bir köşk hazırlatmışdı. Bu köşkün məhləsi büllurdan hazırlanmış,
altından su axıdılmış və suya balıqlar buraxılmışdı. Bəlqis, zəminin şəffaf
bir maddə olduğunu fərq edə bilmədiyi və sudan keçəcəyini sandığı üçün
ətəyini çəkmişdi. Bütün bu tədbir və tərtiblər onun öz ağlına və biliyinə olan
inamını sarsıtmış və könlünü ilahi hökmləri qəbula hazırlamışdır. Beləcə
Bəlqis, bunun bir bəşər hadisəsi olmadığını dərk edib, orada ilahi qüdrət
və əzəməti duydu, iman gətirdi və müsəlman oldu.
Həzrət Süleymanın vəfatı
Süleyman (əleyhissəlam) əsasına dayanmış bir halda vəfat etmişdir.
Əvvəlcə ətrafından heç kim onun vəfat etdiyini bilməmişdi. Ancaq aradan
xeyli vaxt keçdikdən sonra, bir ağac qurdunun onun əsasını yeməsi və
buna görə Həzrət Süleymanın yerə yıxılması ilə vəfat etdiyi bilindi. Ayəti-
kərimədə belə buyrulur:
“Sonra (Süleymanın) ölümünü hökm etdiyimiz zaman onun
öldüyünü onlara (cinlərə) ancaq (Süleymanın) əsasını yeyən bir ağac
qurdu xəbər verdi. (Süleymanın əlini dayayıb durduğu əsa sınandan son-
ra) o (ölmüş vəziyyətdə) yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar
qeybi bilsəydilər, alçaldıcı əzab (məşəqqətli iş) içində qalmazdılar.”
(Səbə surəsi, 14)
Süleyman (əleyhissəlam) axirətə köç edəndə, nəşinin uzun müddət
əsasına söykənmiş vəziyyətdə qaldığı aydın olur. Cinlər üçün “alçaldıcı
əzab” təbiri isə onların çətin və məşəqqətli işlərdə çalışmalarından ötrü
istifadə olunmuşdur. Onlar Həzrət Süleymanın (əleyhissəlam) öldüyünü
bilmədikləri üçün, O, hələ həyatda ikən olduğu kimi yenə də o yorucu işlərinə
davam etmişdilər. Buradan da başa düşülür ki, cinlər qeybi bilmirlər.
Əzəmətli səltənət və mülkə sahib olan Həzrət Süleymanın (əley-
hissəlam) ayaq üstə ölməsi, nə qədər ibrətli və düşündürücü bir hadisədir!
Əslində bütün peyğəmbərlərin sözləri, həyatları və başlarına gələn
hadisələr, onlardan sonra gələn bütün ümmətlərə ibrət vəsiləsidir.
Eynilə bunun kimi dünyanın faniliyi və Həzrət Süleymanın əzəmətli
səltənətinin keçiciliyi, bir öyüd və zərbi-məsəl halına gəlmişdir. Ziya Paşa
məşhur tərkibi-bəndində belə deyir:
Seyr etdi həva üzrə denir taxtı-Süleyman
Ol səltənətin yellər əsər indi yerində!…
(Bir zaman dillərə dastan olan Süleymanın taxtının yerində indi yellər
əsir.)
Yunus Əmrə Həzrətlərinin bu dördlüyü də bu həqiqəti nə gözəl ifadə
edir:
Mal sahibi, mülk sahibi
Hanı bunun ilk sahibi?
Mal da yalan, mülk də yalan,
Var bir az da sən oyalan
12
!…
Səltənət və Təvazö
Süleyman (əleyhissəlam), çox mütəvazi idi. Səhərlər durub ilk olaraq
fağır və qəriblərin yanına gedir, onlarla oturur və:
“Fağıra, fağırlarla olmaq yaraşır!”-deyirdi.
Süleyman (əleyhissəlam) və sərçə arasında baş vermiş belə bir hadisə
məşhur olmuşdur:
Süleyman (əleyhissəlam), bir gün sərçəni töhmətləmişdi. Bunun
üstündə sərçə, Həzrət Süleymanı hədələyib:
“–Sənin səltənətini və sarayını məhv edərəm!”-dedi.
Süleyman (əleyhissəlam):
“–Sənin cüssən nədir ki, mənim sarayımı məhv edəsən!”-dedi.
O kiçik quş belə cavab verdi:
12. Məşğul ol!
168
MN
169
MN
“–Qanadlarımı isladar və bir vəqf torpağına sürtərəm. Sonra da
qanadlarıma bulaşan vəqf torpağını sənin sarayının damına daşıyaram.
Beləcə mənim daşıdığım o toz da sənin sarayını yerlə-yeksan etməyə
kifayətdir!”
Qissədən hissə olaraq bu hadisədən, vəqf mallarının nə qədər
əhəmiyyətli olduğunu və onlardan istifadə edərkən ədalətə nə dərəcədə
riayət etməyimizin lazım gəldiyini anlayırıq.
Həzrət Süleymandan sonra
On iki qəbilədən meydana gələn İsrail oğulları, Həzrət Süleymandan
(əleyhissəlam) sonra ikiyə ayrılmışdır. On qəbilədən İsrail dövləti, digər iki
qəbilədən də Yəhuda dövləti quruldu. O qəbilədan qurulan İsrail dövlətini
E. Ə. 721-ci ildə Asurilər yıxmışdır.
İki qəbilədən qurulan Yəhuda dövlətini isə E.Ə. 586-cı ildə Babil
hökmdarı Büxtünnəssər yıxdı. Büxtünnəssər Qüdsü yandırdı. Xalqın çox-
unu öldürdü, qalanları da Babilə sürgün etdi. Bu zalım, Nəmruddan sonra
dünya hakimiyyətini əlinə keçirən ikinci imansız kraldır. Babili abadlaşdırıb
özünə mərkəz etdi. Şərq və qərbdə ona qarşı çıxacaq adam qalmadı.
Beləcə Büxtünnəssər qürura qapılaraq ilahlığını elan etdi. Axırda da ağlını
itirərək özünün bir öküz olduğunu zənn etməyə başladı. Yeddi il, meşədə
dolaşdı. Bu arada krallığı onun xanımı idarə etdi. Ancaq vəfat etmədən bir
il əvvəl, ağıllandığı və sonra da öldüyü söylənilir.
Büxtünnəssər, Qüds şəhərini dəfələrlə talan edib, Tövrat və Zəburu
yandırmış, ortadan götürmüşdür. Beləcə zaman keçdikcə Tövratın bir çox
yeri təbii olaraq unudulmuşdur. Yaddaşda qalanlar yazılmağa başlandıqda
isə, Tövrat əsl mahiyyətini tamamən itirmiş, ortaya bir-birini tutmayan
müxtəlif Tövrat nüsxələri çıxmışdır. Təqribən E.Ə. 500-cü illərdə yaşamış
olan Əzra (Üzeyr), yazılan bu nüsxələri toplamışdır.
İran hökmdarı Nüşek (Koreş və ya Cyrus), Babillərə qalib gəldikdə,
İsrail oğullarının yenidən Qüdsə dönmələrinə izn verdi. Buraya yerləşən
İsrail oğulları, E.Ə. 515-ci ildə Məscidi-Əqsanı təmir etdilər. Öncə farsların,
sonra Makedoniyalıların əmri altında yaşadılar. Bizim eranın 63-cü ilində
Romalılar, Qüdsü ələ keçirib yəhudiləri buradan uzaqlaşdırınca, Məscidi-
Əqsa yenidən yıxıldı.
İsrail oğullarının tarix boyu bu qədər bəlaya və zülmə uğramaları
öz azğınlıqlarındandır. Çünki onlar bu azğınlıqları üzündən, nəfslərinə
170
MN
uymadığı zaman, işlərinə gəlməyən Tövrat və Zəburdakı ayələri dəyiş-
dirmişlər, beləcə haqq dini pozmuşdular. Hətta bu işlərində onlara mane
olmaq istəyən Zəkəriyya (əleyhissəlam) və Yəhya (əleyhissəlam) kimi
peyğəmbərləri də heç acımadan şəhid etmişdilər.
Harut və Marut qissəsi
Yəhudilər arasında sehr çox yayılmışdı. Bu səbəbdən Həzrət
Süleymanın böyük bir sehrbaz olduğunu, hökmdarlığı da sehr ilə əldə
etdiyini, heyvanlara və cinlərə ovsun ilə hökm etdiyini söyləyir və buna
inanırdılar. Qurani-Kərim, Peyğəmbər Əfəndimizə (səllallahu əleyhi
və səlləm) endiriləndə orada Həzrət Süleymanın peyğəmbər olduğu
bildirilmişdir. Buna görə yəhudilər “Mühəmməd, Süleymanı peyğəmbər
zənn edir, halbuki o, bir sehrbazdır!”-demişdilər. Bu iddiaya qarşı aşağıdakı
ayəti-kərimə nazil oldu.
“(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların
oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı
üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut
və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldu-
lar. Halbuki (o iki mələk) : “Biz (Allah tətəfindən göndərilmiş) imtahanıq
(sınağıq) , sən gəl kafir olma!” - deməmiş heç kəsə sehr öyrətmirdilər.
(Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri on-
lardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç
kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası ol-
mayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər)
belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə
edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini
nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!”
(Bəqərə suərəsi, 102)
Müfəssir Fəxrəddin ər-Razi, Harut və Marut adlı iki mələyin yer üzünə
endirilmə səbəbini belə açıqlayır:
Şübhəsiz o dövrdə sehrbazlar çoxalmışdı. Bunlar, sehr mövzusun-
da daha əvvəl bilinməyən şeyləri ortaya çıxardılar, daha da irəli gedərək
peyğəmbərlik iddiasında oldular və hər kəsə meydan oxudular. Buna görə
Allah Təala, insanları bu yalançı peyğəmbərləri tanıyıb onlara qarşı qoya
bilmələri üçün, insanlara sehr öyrətmək üzrə, ayəti-kərimədə bəhs edilən
Harut və Marut adlı mələklərini göndərdi. Şübhəsiz, Allah hər şeyin iç
üzünü ən yaxşı biləndir.
Həzrət Süleymanın fəzilətləri
1. Külək, Həzrət Süleymanın (əleyhissəlam) əmrinə verilmişdi.
Rəsulullaha (səllallahu əleyhi və səlləm) necə bütün mələklər xidmət
etməyə borclu isə, külək də onun əmrlərini yerinə yetirirdi.
2. Bilindiyi kimi, Rəsulullah (səllallahu əleyhi və səlləm) də Mer-
ac gecəsi bir anda ərşi-əlaya çıxmışdır. Süleyman (əleyhissəlam) isə
dilədikdə, ilahi bir lütf olaraq yer üzündə iki aylıq yolu bir gündə qət edirdi.
3. Rəsulullahı (səllallahu əleyhi və səlləm) daim bir buludun
kölgələməsi kimi Həzrət Süleymana (əleyhissəlam) quşlar kölgə əmələ
gətirirdi.
4. Qiyamət günündə, Rəsulullahın (səllallahu əleyhi və səlləm) “Li-
vai-Həm” -i
13
altında bütün peyğəmbərlər, Allah dostları, şəhidlər və saleh
insanların toplanacaq olması kimi Həzrət Süleymanın (əleyhissəlam) əmri
və idarəsi altında bütün məxluqat xidmət üçün toplanırdı.
5. Bütün dünya və axirət nemətləri, Rəsulullahın (səllallahu əleyhi və
səlləm) əmrinə hazır qılınması kimi Həzrət Süleymana (əleyhissəlam) da
bütün dünyəvi mülk və səltənət verilmişdi.
13. Livai-Həmd: Həmd (şükür) bayrağı. Qiyamət günündə canlılar dirilib Ərəsat meydanına
toplananda, Allah Təala tərəfindən Peyğəmbər Əfəndimizə ehsan ediləcək olan və
altında bütün inananların toplanacağı sancaği-şərif (şərəfli bayraq).
171
MN
172
MN
İNFAQ
Süleyman (əleyhissəlam), ona bəxş edilən dünya sərvətini daim
qəlbinin xaricində daşımış bir peyğəmbərdir. Allah Təala bizə, varlıq
sahibi bir peyğəmbər olaraq Həzrət Süleymanı (əleyhissəlam) misal
çəkmişdir. Bütün insanlar bir yerə yığışsalar belə heç bir insanı Süley-
man (əleyhissəlam) qədər zəngin etməyi bacarmazlar. Çünki rüzgarlar,
heyvanlar, qandal vurulmuş azğın şeytanlar, sözsüz, onun əmri və idarəsi
altında idi. Bu qədər səltənətə sahib olmasına baxmayaraq Süleyman
(əleyhissəlam):
“Mən bir fağıram. Fağıra, fağırlarla bərabər olmaq yaraşır!” –deyərək,
qərib və kimsəsizlərlə bir yerdə olardı.
Həzrət Mövlana (qüddisə sirruh), bu beytində fağır və dərdlilərlə
həmdərd olmağın mənəvi qazancını nə gözəl açıqlayır:
“Fağırlıq və möhtaclıq içində boğulan könüllər, dumanla dolu bir evə
bənzəyir. Sən onların dərdini dinləmək və dərdlərinə dərman olmaq şərtilə
o dumanlı evə bir pəncərə aç ki, onun qaranlığı çəkilsin və sənin də qəlbin
həssaslaşıb ruhun incəlsin.”
Belə evlərə bir pəncərə aça bilmək, ancaq fağır və kimsəsizlərə infaq
etməklə gerçəkləşir. İnfaq etmək, mal və sərvətin şükür ifadəsidir. Verilən
nemətlərə şükür etmənin, nemətləri daha da artıracağı Cənabi-Haqqın
qullarına verdiyi bir vəddir. Allah Təala buyurur:
ﹲﺪ ﹺﺪﹶﺸﹶﻟ ﹺﺑاﹶﺬﹶﻋ نﹺإ ﹾﻢﹸﺗﹾﺮﹶﻔﹶﻛﻦﹺﺌﹶﻟﹶو ﹾﻢ ﹸﻜﻧﹶﺪ ﹺزﹶﻷ ﹾﻢﹸﺗﹾﺮﹶﻜﹶﺷ ﹾﻦﹺﺌﹶﻟ
173
MN
“…Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam.
Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən
şiddətlidir!”
(İbrahim surəsi, 7)
Həzrət Peyğəmbər (səllallahu əleyhi və səlləm), infaq etməyi çox
sevərdi. Bir Hədisi-Şərifdə Allah Təalanın:
“Ey insan oğlu! İnfaq et ki, sənə də infaq edilsin…” buyruğunu
bildirmişdir.
(Buxari, Təfsir, 11/2; Müslim, Zəkat, 36, 37)
Rəsulullah (səllallahu əleyhi və səlləm), çox arzu edirdi ki, comərdlik
müslümanın bir xarakteri halına gəlsin. O belə buyurdu:
“Yalnız iki şəxsə qibtə edilir: Biri, Allahın, mal verib haqq yol-
unda xərcləməyə müvəffəq qıldığı şəxs; digəri, Allahın, elm bəxş et-
diyi və bu elmə əməl edən, başqasına öyrədən (yəni elmini infaq edən)
kimsədir.”
(Buxari, Elm, 15; Müslim, Müsafirin, 266-268)
Mülkün həqiqi sahibi Haqq Təaladır. Necə ki, Qurani-Kərimdə
buyurulduğu kimi:
“(Ya Rəsulum!) De: Ey mülkün sahibi olan Allah! Sən mülkü
istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi
alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə
qadirsən! Gecəni gündüzə, gündüzü isə gecəyə qatarsan. Ölüdən
diri, diridən isə ölü çıxararsan. İstədiyin şəxsə saysız-hesabsız ruzi
verərsən.”
(Ali-İmran surəsi, 26-27)
Ayəti-kərimədən də anlaşıldığı kimi mülk, həqiqətdə nə fərdlərin, nə
də cəmiyyətindir. Mülk Allaha aiddir. Ayrı-ayrı adamlar da, cəmiyyət də
Haqq Təalanın mülkündə yaşayır, Onun verdiyi rizqlərlə keçinir. İnsanların
sahib olduqları şeylər isə yalnız müəyyən bir zaman fasiləsi içində, mülk
üzərində müvəqqəti bir istifadə haqqıdır.
Bu etibarla mal, mülk və mövqe, insanlar üçün ən böyük imtahan
vəsiləsidir. Həzrət Süleymanın (əleyhissəlam) səltənəti, bir zaman gəlmiş,
tamamən əlindən alınmışdı; ancaq istiğfar etmiş və sahib olduqları iadə
edilmişdi. Bu hadisədən ibrətlə bir Allah dostu buyurur:
“Rizqin dalınca deyil, Rəzzaqın (rizq verən) dalınca qaç!”
Çünki həqiqətdə mülk də səltənət də, Allahındır. Ayəti-kərimələrdə
buyrulur:
“Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dün-
yada da, axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha
məxsusdur…”
(Fatir surəsi, 10)
174
MN
“Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qa-
dirdir!”
(Ali-İmran surəsi, 189)
Bu ayəti-kərimələr göstərir ki, biz qullar üçün dünyanın əsl səltənəti,
Allahı zikr etmək, Onu unutmamaq, Onun yaratdıqlarına xidmət və Onun
rizası üçün əlimizdəkilərdən infaq etməkdir.
Qurani-Kərimdə “infaq” kəlməsi bir çox yerdə işlədilir. Bu ayələr,
dərinliyinə qetdikdə infaqın, mal və canın əsl sahibi olan Allaha nəzr etmək
mənasına gəldiyi anlaşılır. Bu, bizi Rəbbimizin ehsan etdiyi nemətləri yenə
Onun rizası doğrultusunda xərcləməyə dəvət edir. Buna görə müsəlman,
həm varlığını, həm də canını Allaha nəzr edən insandır.
İmanın ilk meyvəsi mərhəmətdir. Mərhəmətin əldə edilə bilməsi və
ya artması isə, infaqla yaxından əlaqəlidir. Mərhəmətdən uzaq bir könül,
ölü bir könüldür. Hər işə başlarkən söylədiyimiz bismillah və hər zaman
oxuduğumuz Fatihə surəsinin, Allahın mərhəmət sifətləri olan Rəhman və
Rəhim adları ilə başlaması bunun əhəmiyyətini göstərir. Peyğəmbərlər və
vəlilərin həyatlarının mərhəmət mənqibələri (hekayət) ilə dolu olması da bir
möminin həyatında mərhəmətin nə qədər əhəmiyyətli bir fəzilət olduğunu
göstərir.
Həzrət Peyğəmbər (səllallahu əleyhi və səlləm):
“Mərhəmət edənlərə, Haqq Təala mərhəmət edər. Siz yer
üzündəkilərə mərhəmət edin ki, göy üzündəkilər də sizə mərhəmət
etsin…”
(Tirmizi, Birr, 16; Əbu Davud, Ədəb, 58)
buyuraraq, mərhəmətin kainatdakı
bütün varlıqlar arasında cərəyan etdiyini bildirmişdir.
Mərhəmətin ən gözəl təzahürü, eyni zamanda bir qulluq vəzifəsi olan
infaqla gerçəkləşdiyindən, qardaşlıq duyğularının zəiflədiyi, hüzur və
sükunun itdiyi, kin və düşmənliyin çoxaldığı cəmiyyətimizdə, ciddi bir infaq
səfərbərliyinə ehtiyac vardır. Çünki iztirablı və möhtac insanların yerində
biz də ola bilərdik. Bunun üçün onlara olan infaqımız, Rəbbimizə qarşı bir
şükür borcudur.
Haqq Təala, müttəqilərin vəsflərini sayarkən:
“…Onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və
digər haqq sahiblərinə) sərf edirlər.”
(Bəqərə surəsi, 3)
buyurmaqdadır.
Allah üçün vermənin ümumi adı olan sədəqə və infaq, var olanı
verməkdən başlayır. Varlığı olmayan üçün, yarım xurma belə nə gözəl bir
175
MN
infaqdır! Bu qədəri belə, qulu, cəhənnəm atəşindən mühafizə edə bilər.
Rəsulullah (səllallahu əleyhi və səlləm), hər mömini zəngin qəbul etmişdir.
O, Hədisi-Şərifində, yaxşılığı tövsiyə etmək, məzluma kömək etmək,
dərdli olanlara təsəlli vermək, xəstələri ziyarət etmək, dərdli könülləri
sevindirmək və yoldan əziyyət verici şeyləri götürmək kimi xüsusiyyətlərin,
səmimi mömin üçün bir sədəqə olduğunu bildirmişdir.
Həqiqət budur ki, əsl zənginlik, könül zənginliyidir. Könlü zəngin
olanların, bir təbəssümü belə sədəqə yerinə keçər. Könlü zəngin olan,
təbəssümü və sevgisi ilə ətrafına fərəh və hüzur verir. Könlü fağır olanları
isə, heç bir şey zənginləşdirməz.
Deməli, həqiqi zənginlik, mal çoxluğu deyil, könül zənginliyi ilədir.
Həqiqi möminlər də, bu zənginlik nemətinə sahib olub infaq edənlərdir.
Yərmük hərbində Haris ibn Hişam, İkrimə ibn Əbu Cəhl, İyaş ibn
Əbi Rəbia (radiyallahu ənhüm), şiddətli bir döyüşdən sonra, yaralı bir
vəziyyətdə, qızmar günəşin altında, isti qumlar üzərində susuz bir halda
qıvrılırkən, son nəfəslərində onlara verilən suyu içməyib yanında inləyən
qardaşına təklif etmişdi. Ancaq özünə su ikram edilən şəxs, daha suyu
içmədən vəfat etmiş və bu vəziyyət onların hər üçündə də eyni şəkildə
gerçəkləşmişdi. Yəni üçü də son nəfəslərində bir udum su belə içmədən
şəhid olmuşdular. Bir udum su, beləcə ortada qalmışdı.
(Bax: Hakim III, 270)
Bax bu, bir möminin mükəlləf olduğu qayğıkeşlik və həssaslığın
mükəmməl bir təzahürüdür. İnfaqın ən yüksək dərəcəsi olan isarın gözəl
bir nümunəsidir.
İnfaqın, bir möminin təməl xislətlərindən biri olduğunu Haqq Təala
ayəti-kərimədə belə bildirmişdir:
ﹸﷲاﹶو ﹺسﺎﻨﻟا ﹺﻦﹶﻋ ﹶﻦﹺﻓﺎﹶﻌﹾﻟاﹶو ﹶﻆﹾﹶﻐﹾﻟا ﹶﻦ ﹺﻤﹺﻇﺎﹶﻜﹾﻟاﹶوﹺءاﺮﻀﻟاﹶوﹺءاﺮﺴﻟا ﹺﻓ ﹶنﻮﹸﻘﹺﻔﹾﻨﹸ ﹶﻦ ﹺﺬﻟا
ﹶﻦ ﹺﻨ ﹺﺴ ﹾﺤ ﹸﻤﹾﻟا ﺐ ﹺﺤﹸ
“O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara)
xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah
yaxşılıq edənləri sevər.”
(Ali-İmran surəsi, 134)
Mömin, həssas, incə, fədakar, comərd, mərhəmətli, şəfqətli və isar
sahibi olmalıdır.
Allah Rəsulunun bildirdiyi kimi, susuzluqdan ləhləyən bir itə su verən
günahkar bir qadın, sırf bu mərhəmətli davranış səbəbi ilə minlərcə günahı
əfv edilmiş və cənnətə nail olmuşdur. Bunun əksinə, pişiyinə mərhəmətsiz
davranaraq, onun aclığına fikir verməyən və bu səbəbdən ölməsinə səbəb
olan bir qadın da cəhənnəmə girmişdir.
(Bax: Buxari, Ənbiya, 54; Müslim, Səlam, 151,
152)
Bu misallar, bir müsəlmanın könül aləminə yol göstərməsi baxımından
nə qədər ibrətlidir!
Qurani-Kərimdə, Haqq Təalaya yaxın ola bilməyimiz üçün sevdik-
lərimizdən infaq etməyimiz lazım gəldiyi bildirilir:
ﹲﻢ ﹺﻠﹶﻋ ﹺ ﹺﺑ ﹶﷲا نﹺﺈﹶﻓ ﹴء ﹾ ﹶﺷ ﹾﻦﹺﻣ اﻮﹸﻘﹺﻔﹾﻨﹸﺗ ﺎﹶﻣﹶو ﹶنﻮﺒ ﹺﺤﹸﺗ ﺎﻤﹺﻣ اﻮﹸﻘﹺﻔﻨﹸﺗ ﺘﹶﺣ ﺮﹺﺒﹾﻟا ﹾاﻮﹸﻟﺎﹶﻨﹶﺗ ﹾﻦﹶﻟ
“Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba
çatmazsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir
şeyi biləndir!” (Ali-İmran surəsi, 92)
Vəqflər ən gözəl infaq müəssisələridir. Vəqflər, Yaradandan ötrü
yaradılanlara sevgi, şəfqət və mərhəmətin ortaya qoyulduğu müəssisələrdir.
Kainatda, övlad, mal, mülk və səhhət kimi nemətlərin insan oğluna əmanət
olaraq verilməsi insana, bu əmanətləri tələbkar və həssaslıqla qorumaq
və lazımlı şəkildə sərf etmək məsuliyyətini yükləyir. İnsanın öz istifadəsinə
verilmiş bu əmanətləri yerli-yerində istifadə edib, vaxtı gəldikdə də aldığı
kimi sahibinə çatdırması, özü üçün bir rəhmət, bərəkət və məğfirət və-
siləsidir.
Sərvətdə isə qayə, “İnsanların ən xeyirlisi, insanlara ən faydalı
olandır.”
(Süyuti, əl-Cameus-Səğir, II, 8)
Hədisi-Şərifinin sirrinə vaqif ola bilməkdir.
Pulun yeri könül deyil, pul qabıdır! Arif bir şairin bu qitəsi insanın qəflətini
nə gözəl anladır:
Bir misafirxanadır dünyayi dun
14
Anda bir kaşane də
15
, viranə də,
Bu onulmaz
16
çarəsiz sevdadayam,
Xane qurdurdum misafirxanada!
14. Alçaq, aşağı
15. Süslü köşk, saray
16. Şəfa tapılmaz
176
MN
177
MN
Bilinməlidir ki, fağırların və qəriblərin duası, varlı və güclülər üçün
bir hüzur qaynağı və mənəvi bir köməkdir. Fağırlıq və möhtaclıq, bir
zillət və əziklik deyil, bəlkə axirət tərəfi aydınlıq, ilahi bir hikmət və lütf
təzahürüdür.
Əbu Dərdanın (radiyallahu ənh) rəvayət etdiyinə görə də Rəsulullah
Əfəndimiz əshabına belə deyirdi:
“Mənə zəifləri çağırın. Çünki siz ancaq zəifləriniz(in dua və
bərəkəti) ilə rizqləndirilir və yardım edilirsiniz.”
(Əbu Davud, Cihad, 70; İbn
Hənbəl, V, 198)
Ümeyyə ibn Xalidin (radiyallahu ənh) rəvayət etdiyinə görə, Rəsulullah
(səllallahu əleyhi və səlləm), Allahdan fağır olan mühacirlər hörmətinə
müsəlmanlara zəfər və yardım ehsan etməsini istəyirdi.
(Təbərani, Mucəmul-
kəbir, I, 292)
Zəkat və infaq ibadəti
a) Varlı insanların, sərvətlərinin əsiri olmadan nəfsani azğınlıq
təmayüllərinə sədd çəkmək,
b) Möhtacların zənginlərə qarşı kin və həsəd kimi mənfi duyğular
bəsləməsinə mane olmaq,
c) İctimai intizamı qorumaq üçün, fağır ilə zəngin arasındakı müvazinət
və məhəbbəti təmin etmək, bir çox səbəbdən möminlərə fərz qılınmışdır.
Bunun üçün zəngin, malını haradan qazanıb haraya sərf etdiyindən,
qazanclarının halalmı, harammı olduğundan və etməsi lazım gələn zəkat,
sədəqə, xeyir və həsənat işlərindən Allahın hüzurunda hesaba çəkiləcəkdir.
Zəngin, sahib olduqlarının müəyyən bir qismini fağırlara verməyə borc-
lu qılınmaqla; sərvəti baxımından böyük bir imtahana tabe tutulmuşdur.
Ancaq imtahan edildiyi digər məsələlərlə birlikdə bu infaq imtahanını da
qazandığı təqdirdə zəngin insan, Rəbbinin rizasını qazanmış olaraq,
cənnət nemətlərinə qovuşur.
Fağırlar da yoxsulluq vəziyyətində səbir göstərmək, düşdükləri
vəziyyətdən şikayətçi olmamaq, insanlara yük olmayıb, varlı insanlara
qarşı kin və həsəd bəsləməmək, çətin vəziyyətlərdə əxlaq və iffətlərini qo-
rumaq kimi məsələlərdən hesaba çəkiləcəklər. Əgər bütün bu davranışların
nəticəsi Allahın rizasına uyğun gələrsə, bax o zaman onun dünya sıxıntısı,
əbədi axirət səadəti ilə bəzənəcəkdir
178
MN
Şükür edən comərd zənginlər ilə səbirli heysiyyətli fağırlar, insanlıq
şərəfini daşımaq və ilahi rizanı qazanmaq baxımından bərabərdirlər.
Buna münasib İslamda, kibrli, simic zənginlər ilə şikayətçi olan fağırlar
qınanmışdır. Həzrət Peyğəmbər (səllallahu əleyhi və səlləm):
Dostları ilə paylaş: |