məxluqat üçün O döşədi.”
(Rəhman surəsi, 1-10)
Ya Rəbbi! Bu aləmdə bizi, özlərinə hikmət və sirlər xəzinələrini açdığın
qullarınla bərabər eylə! Məhşər sabahında bizləri onlarla həşr eylə!…
Amin!…
207
MN
TƏKRAR ÜÇÜN SUALLAR
1. Yəhudilərin Həzrət Üzeyirə (əleyhissəlam) “Allahın oğlu” vəsfini
verdiklərini bildirən ayəti-kərimə hansıdır?
2. Ölümdən sonra dirilməyə dəlil olaraq endirilən ayəti-kərimələrdən
üçünü söyləyin.
3. Qüsursuz bir ölçü və tarazlıq üzərində yaradılmış insanın, ağlı, hissi
və əməli baxımdan ölçüləri nələr olmalıdır?
4. Əshabi-Kəhf haqqında məlumat verin.
5. Əshabi-Kəhfin iti, it olduğu halda necə olur ki, cənnətə girəcəklər
arasında yer alır?
6. Peyğəmbər Əfəndimiz, dünya həyatını nə üçün bir ağac altında
oturub kölgələnməyə, daha sonra da yerini buraxıb tərk etməyə
bənzətmişdir?
A. Aşağıdakı sualları cavablandırın
208
MN
1. Üzeyir
(əleyhissəlam) ………un (əleyhissəlam) nəslindəndir. Yəhudilər
tərəfindən ……… olaraq bilinir.
2. Üzeyir
(əleyhissəlam) haqqında Qurani-Kərimdə Allah tərəfindən ru-
hunun alındığı və ……… il sonra təkrar dirildildiyindən bəhs edilir.
3. Peyğəmbər Əfəndimiz: “Cümə günləri ……… surəsini oxumaq,
bir sonrakı Cüməyə qədər işlənəcək günahlara kəffarə olur.”
buyurmuşdur.
4. ………, Qüdsü işğal edib talamış və ……… nüsxələrini də
yandırmışdır.
5. Yəhudilər ……… (əleyhissəlam) üçün, xristianlar isə ………
(əleyhissəlam) üçün “………” sifətindən istifadə edərək şirkə
düşmüşlər.
B. Aşağıdakı boşluqları doldurun
209
MN
1. Aşağıdakılardan hansı, Həz-
rət Üzeyirin (əleyhissəlam)
yüz il yatdıqdan sonra oyan-
masından çıxarıla biləcək
ibrətlərdən biri deyildir?
A. Haqq Təala üçün, öldürmə
və diriltmədə bir çətinlik yox-
dur.
B. Allah Təala, çürümüş sü-
mükləri belə dirildəcək qüd-
rətə sahibdir.
C. Bir qul, Allahın istəyi ilə, yux-
layaraq düşmənlərdən qo-
runa bilər.
D. Əslində hər insan, gecə yux-
layıb gündüz oyanmaqla bir
mənada ölmə və dirilməni
yaşayır.
2. Əshabi-Kəhf haqqında aşa-
ğıda verilən biliklərdən hansı
yanlışdır?
A. İmanlarını qorumaq baha-
sına yüz illərcə yuxlama-
ğı gözə almış igid adamlar
idilər.
B. Onlar Rəbblərinə qəlbdən
iman etmiş və Allahı çox se-
vən gənclər idilər.
C. İnancsızlığın və azğınlığın
yayıldığı cəmiyyətdə doğru
yolu tapmış kimsələr idilər.
D. İnandıqları dəyərləri zalımlar
qarşısında müdafiə edəcək
qədər şüurlu və cəsurdular.
C. Aşağıdakı Sualların doğru cavablarını işarə edin
210
MN
3. “Məgər insan elə güman edir
ki, o, başlı-başına (cəzasız)
buraxılacaq?!” (Qiyamə surəsi,
36) “Yoxsa sizi əbəs yerə ya-
ratdığımızı və (qiyamət günü
dirilib haqq-hesab üçün) hüzu-
rumuza qaytarılmayacağınızı
güman edirdiniz?”
(Muminun surəsi,
115)
ayəti kərimələrini birlikdə
düşündükdə “başlı-başına
buraxılmamaq” ifadəsi nə
mənaya gəlir?
A. İnsanın, Allahın təqdir et-
diyi qədər içində azad ola
bilməyəcəyi.
B. İnsanın cüzi iradəsinin və
hürriyyətinin ola bilməyəcə-
yi.
C. Allahın insanları hər cür təh-
lükələrdən qoruyacağı.
D. İnsanın dünyada etdiklərinin
cəzasız qalmayacağı, hesa-
ba çəkiləcəyi.
4. “Bəsu-badəl məvt” nə de-
məkdir?
A. Ruhların ölümsüzlüyü
B. Öldükdən sonra qəbrdə gö-
rəcəyimiz mükafat.
C. Öldükdən sonra bədənin çü-
rüməsi
D. Öldükdən sonra təkrar di-
rilmək və bir daha ölmə-
məkdir.
5. “Ey
insanlar!
Şübhəsiz ki, Al-
lahın (qiyamət barəsindəki)
vədi haqdır. Dünya həyatı sizi
aldatmasın. O tovlayan (Şey-
tan) da sizi Allah(ın rəhmi) ilə
tovlayıb yoldan çıxartmasın!”
(Fatir surəsi, 5)
ayəsində keçən
“Allahın rəhmi ilə tovlamaq”
ifadəsindən anlaşılması la-
zım gələn məna aşağıdakı-
lardan hansıdır?
A. Şeytan “Allah çox mərhə-
mətlidir, əfv edər”-deyərək
daim insanı günaha təşviq
edir.
B. Şeytan, özünə uyması
əvəzində insana, Allahın
mərhəmətini və əbədi sə-
adəti vəd edir.
C. Şeytan, insanı aldadaraq
Allahın mərhəməti yerinə
qəzəbini istədir.
D. Dünya həyatı şeytana
bənzəyir, insanı Allahın
mərhəməti ilə aldadır.
6. Aşağıdakılardan hansı Kəhf
surəsində toxunulmuş möz-
zulardan biri deyildir?
A. İman mübarizəsi.
B. Ölümdən sonra dirilmə.
C. Musa və Xızır qissəsi.
D. Bədr döyüşü.
211
MN
CAVABLAR
1.Harun – Əzra
2.Yüz
3.Kəhf
4.Büxtünnəssər – Tövrat
5.Üzeyir – İsa – Allahın oğlu
1.C
2.A
3.D
4.D
5.A
6.D
B. Boşluqları doldurma suallarının cavabları
C. Test suallarının Cavabları
213
MN
215
MN
Dərin təfəkkürü ilə Səbrin bülöv daşı olan
Həzrət ƏYYUB
(
əleyhissəlam
)
Əyyub (əleyhissəlam), Həzrət Yaqubun (əleyhissəlam) qardaşı Eysin
nəslindəndir. Şam ətrafında yaşamış və ona az adam iman gətirmişdir.
Babası Həzrət İshaqın (əleyhissəlam) duasına görə, Allah Təala
Həzrət Əyyuba (əleyhissəlam) çox mal, mülk və övlad vermişdi. Geniş
ərazisi, heyvanları və çoxlu xidmətçiləri var idi. O, fağır, yetim və dullara
çox kömək edər, süfrəsində heç olmasa bircə nəfər fağır olmasa yemək
yeməz, Allahın ona verdiyi nemətləri qonaqlara ikram etməyi çox sevərdi.
Əyyub (əleyhissəlam), ömrünün əvvəllərində zəngin, ortalarında fağır
və kimsəsiz yaşamışdır. Ömrünün sonlarına doğru, şükür və səbir etməsi
nəticəsində təkrar ilahi ehsana qovuşmuşdur. Qurani-Kərim onun səbirdəki
dözümünü bu şəkildə tərifləyir:
“…Biz onu (müsibətlərə) səbir edən gördük. Nə gözəl bəndə! O,
(daim Allaha) sığınan bir kimsə idi.”
(Sad surəsi, 44)
Əyyub (əleyhissəlam), Şam bölgəsində yaşayan insanlara peyğəmbər
olaraq göndərilmişdir. Qurani-Kərimdə onun ilahi vəhyə nail olan bir
peyğəmbər olduğu belə bildirilir:
216
MN
217
MN
“(Ya Rəsulum!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy
göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə,
İshaqa, Yaquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna
və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik.”
(Nisa
surəsi, 163)
“…Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı,
Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz
yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq.”
(Ənam surəsi,
84)
İmtahan, səbir və mükafat
Həzrət Əyyubun (əleyhissəlam) dünyəvi zənginliyi, övladları və nail
olduğu bütün nemətlər ilahi bir imtahan olaraq bir-bir əlindən alındı. Axırda
da ağır bir xəstəliyə düçar oldu. Ancaq bədəninə, malına və övladına gələn
bütün bu müsibətlərə böyük bir təvəkkül və təslimiyyətlə səbir göstərmiş və
ilahi təqdirə razı olmuşdur. Onun bu səbri və təslimiyyəti, insanlıq tarixində
bir ibrət örnəyi olaraq dillərə dastan olmuşdur.
Həzrət Əyyubun (əleyhissəlam) bu çətin imtahanları peyğəmbərlik
dövrünə aiddir. Başına gələn hər cür müsibət və imtahana, ondakı fəziləti
həzm edə bilməyən iblis, yəni məlun şeytan səbəb olmuşdur. Şeytan, in-
san qılığına girərək xalq arasında:
“Bu qədər nemət və bolluq içində qulluq etmək rahatdır. Əyyubu bir
də darlıq və bəla anında ikən görməli!…”-deyir və aramsız olaraq onun
etibarını ləkələməyə çalışırdı.
Bu səbəbdən Allah Təala, Həzrət Əyyubun (əleyhissəlam) özünə olan
təvəkkül və bağlılığını xalqa göstərmək üçün, bu sevimli peyğəmbərinə
müxtəlif müsibətlər verdi.
Haqq Təala, Həzrət Əyyubu (əleyhissəlam) imtahan etməyi arzu
edincə, ilk olaraq onun mallarını əlindən aldı. Sel ilə qoyunlarını, külək ilə
əkinlərini yox etdi. Bunu fürsət bilən şeytan, çoban cildinə girərək dərhal
Həzrət Əyyuba (əleyhissəlam) qaçdı. Ağlaya-ağlaya olub bitəni ona xəbər
verdi:
“–Ey Əyyub! Böyük bir fəlakət oldu. Bütün malın və mülkün tələf
oldu,”-dedi.
218
MN
Həzrət Əyyub, bu xəbər qarşısında heç təlaşlanmadı, böyük bir sükunət
və riza halında Rəbbinə həmd etdi və insan cildinə girən şeytana:
“–Mal və mülkü mənə Rəbbim vermişdi, indi də məndən aldı. Hər
şeyin tək sahibi Odur; istərsə verir, istərsə alır!”-dedi. Bu söz və münasibət,
şeytanı pərişan etməyə kifayət idi.
Bunun dalınca Həzrət Əyyubun (əleyhissəlam) uşaqları dərs
oxuyarkən baş verən zəlzələ ilə vəfat etdi. Şeytan yenə ah-vay edərək
Həzrət Əyyubun yanına gəldi. Onu, üsyan etdirmək üçün gözlərindən sel
kimi yaşlar axıdaraq:
“–Ey Əyyub! Allah Təala sənin evini zəlzələ ilə yıxdı. Bütün uşaqlarını
əlindən aldı. Onların ürək parçalayan fəryadları, dözülə biləcək kimi dey-
ildi.”-dedi. Hadisəni o qədər acılı bir şəkildə anlatdı ki, Həzrət Əyyubun
təvəkkül və təslimiyyət ilə yoğrulmuş qəlbindən daşan mərhəmət duyğuları,
mübarək gözlərini islatdı. Ancaq bu imtahana da böyük bir səbir göstərərək
ilahi qədərə razılıq göstərdi.
Məqsədinə yenə çatmayan şeytan hirsləndi. Yenə bir şey söyləmək
istədikdə Həzrət Əyyub:
“–Ey məlun! Sən iblissən və məni Rəbbimə qarşı üsyana təşviq etmək
istəyirsən! Biləsən ki, övladlarım mənə bir əmanət idi. Sahibi onları geri
aldı! Verən də O, alan da O. Mən nə üçün inciyim? Mən, hər şəraitdə
Rəbbimə həmd edən bir qulam!”-dedi.
Saleh bir qulun təslimiyyətini, Əziz Mahmud Hüdayi Həzrətləri bir
beytində nə gözəl ifadə edir:
Alan Sənsən, verən Sənsən, qılan sən;
Nə verdinsə odur; dəxi nemiz var!…
Ənəs ibn Malik (radiyallahu ənh) buyurur:
“(Ögey atam) Əbu Təlhənin bir oğlu var idi. O səyahətdə ikən oğlu
şiddətli bir xəstəliyə tutulmuş və vəfat etmişdi. Yoldaşı Ümmü Süleym
oğlunun öldüyünü görüncə, onu yuyub kəfənlədi və evin bir tərəfinə qoydu.
Əbu Təlhə gəldi və:
“Uşaq necədir?”-deyə soruşdu.
Yoldaşı:
“–Sakitləşdi, mən onun rahatlandığını umuram!”-dedi.
Nəhayət sabah olunca, əri Təlhə qüsl aldı. Hazırlanıb çıxmaq istədiyi
əsnada, xanımı ona uşağın vəfat etdiyini xəbər verdi. (Böyük bir üzüntüyə
qapılan) Əbu Təlhə, dərhal Həzrət Peyğəmbərin (səllallahu əleyhi və
səlləm) yanına getdi və Onunla birlikdə namaz qıldı. Sonra olub bitənləri
Peyğəmbərə (səllallahu əleyhi və səlləm) anlatdı. Bunun müqabilində
Peyğəmbər (səllallahu əleyhi və səlləm):
“Umuram ki, Allah Təala, bu gecənizi sizin üçün bərəkətli qıl-
mışdır.” buyurdu.”
(Buxari, Cənaiz, 42, Ədəb, 116)
Ənəs ibn Malik Həzrətlərinin anlatdığı bu hadisə, Ümmü Süleymin
fərasətini, təqvasını xüsusən də Cənabi-Haqqa təslimiyyətini göstərir. Bu
hadisə, ata-ana, övlad, mal-mülk kimi bütün varlıqların ancaq bir əmanət
olduğunu və sahibinin lazım gəldikdə bunları geri aldığını nə gözəl izah
edir. Ümmü Süleym sanki Əbu Təlhəyə hal dili ilə:
Körpəmiz, onu bizə göndərən qüdrət tərəfindən geri çağrıldı. Bir
müddət sonra onunla qiyamətdə təkrar görüşəcəyik. Üzülmə və səsini
çıxarma! Haqdan gələnə razı ol!…-deməkdə idi.
Həm də Haqq Təala, Ümmü Süleymə qısa bir müddət sonra nur
kündəsi kimi bir körpə ehsan etdi. Adını da Həzrət Peyğəmbər (səllallahu
əleyhi və səlləm) Abdullah qoydu.
Allah Təala Həzrət Əyyuba (əleyhissəlam) son bir imtahan olaraq ağır
bir xəstəlik
18
verdi. Xəstəliyi o dərəcə artdı ki, yalnız şəfqət timsalı olan
Rəhimə xatun, bənzərsiz bir sədaqət və vəfa nümunəsi nümayiş etdirərək
onun xidmətinə müstəsna məsuliyyət göstərdi. Əl işi görərək dolanışığını
təmin etməyə çalışdı. Həzrət Əyyubun (əleyhissəlam) hər cür xidmətini
sevə-sevə yerinə yetirdi.
Əyyub (əleyhissəlam), bu xəstəlik halında da şikayət və fəryad etmədi.
Rəbbinə sığınaraq səbrindən əl çəkmədi, həmd və sənaya ara vermədi.
Nəbəvi bir ədəb göstərərək, xəstəlik və yorğunluğunu şeytana izafə etdi:
“(Ya Peyğəmbər!) bəndəmiz Əyyubu da yad et! Bir zaman o
öz Rəbbinə müraciətlə belə demişdi: Şeytan mənə bəla və əzab
toxundurmuşdur!”
(Sad surəsi, 41)
Çünki şeytan, Həzrət Əyyubun (əleyhissəlam) gözəl halını qısqanıb,
ona müsəllət olmaq istəmişdi. Lakin Əyyub (əleyhissəlam), hər şeyin Al-
219
MN
18. Qurani-Kərimdə bu xəstəliyin adı göstərilməmişdir. Çünki burada xəstəliyin keyfiyyə-
tindən çox Həzrət Əyyubun (əleyhissəlam) səbrinə və təslimiyyətinə diqqət çəkilir.
220
MN
lahdan olduğunu müstəsna dərinliyi ilə dərk edərək Rəbbinə təvəkkül və
təslimiyyət halında idi.
Həzrət Əyyuba (əleyhissəlam) vəsvəsə vermək üçün göstərdiyi bütün
cəhdləri boşa çıxan şeytan, bu dəfə şəhər xalqına vəsvəsə verməyə
başladı:
“–Aman ha! Rəhimə ilə görüşüb ona köməkçi olmayın! Yoxsa Əyyubun
xəstəliyi sizə də keçər! Dərhal onu şəhərinizdən qovun!”-dedi.
Şəhər xalqı da şeytanın bu pozğunculuğuna meyl edərək Rəhimə ilə:
“–Əyyubla bərabər buranı tərk edin! Yoxsa sizi daş-qalaq edib
öldürərik!”-deyə hədələdilər.
Rəhimə Xatun, çarəsiz qaldı və Həzrət Əyyubu kürəyinə alaraq
oradan ayrıldı. Şəhərdən kənarda özlərinə bir yer şeçdilər. Həzrət
Əyyubun (əleyhissəlam) altına qumdan yataq hazırladı, başına daşdan
yastıq qoydu. Sonra da kiçik bir daxma düzəltdi, burada Həzrət Əyyuba
(əleyhissəlam) xidmətə sədaqətlə davam etdi.
Allahın səbirli peyğəmbəri Həzrət Əyyub bu vəziyyətdə belə,
peyğəmbərlik vəzifəsini bütün incəliyi ilə yerinə yetirir, orada gəlib keçənlərə
“əmri bil məruf və nəhyi anil münkər”i təbliğ edirdi.
221
MN
Dolanacaqları üçün xanımı Rəhimə Xatun, şəhərdəki xanımlara iplik
bükürdü. Bir ara ərinə:
“–Sən bir peyğəmbərsən! Allah Təaladan səhhət və afiyət istəsənə ki,
bu dərdləri səndən alsın!”-deyincə Əyyub (əleyhissəlam):
“Səhhət və afiyətlə keçən illərimiz nə qədərdir?”-deyə soruşdu.
Rəhimə:
“Səksən ildir.”-dedi.
Bunun cavabında Həzrət Əyyub:
“–Ey Rəhimə! Çətinlik və bəla zamanı, səhhət və afiyət müddəti qədər
olmadan halımı Haqq Təalaya şikayət etməyə həya edirəm. Allah Təala,
bizə saysız nemətlər verməkdə ikən, biz Ondan gələn bəlalara nə üçün
səbir etməyək?!”-dedi.
Həzrət Əyyubun bu həddən artıq səbri, ayəti-kərimədə mədh edildiyi
kimi, Hədisi-Şərifdə də təriflənmişdir:
“Həzrət Əyyub, insanların ən yumşaq xasiyyətlisi, ən səbirlisi və
öfkəsini ən çox yenəni idi.”
(İbn Əbi Şeybə, III, 201)
Onun Rəbbinə olan rizası tam və qüsursuz idi. Bu şer, onun əl çat-
mayan səbir və təslimiyyət halının gözəl ifadəsidir:
Xoşdur mənə Səndən gələn,
Ya xilətü, yaxud kəfən,
Ya qönçə gül, yaxud tikan,
Lütfün də xoş, qəhrin də xoş!
Həzrət Əyyuba (əleyhissəlam) vəsvəsə verə bilməyən şeytan, bu dəfə
də xanımı Rəhimə xatunu narahat edirdi. Addım başı onun önünə çıxır
və ağlını çaşdırmağa çalışırdı. Rəhimə xatun da bunları Həzrət Əyyuba
anladınca, o xanımına belə xəbərdarlıq etdi:
“–Ey xanım! Sənin yoluna çıxan o şəxs iblisdir. Diqqətli ol, sənə
vəsvəsə verərək səni məndən ayırmaq istəyir”-dedi.
Rəhimə, Həzrət Yusifin (əleyhissəlam) nəslindən idi. Özündə əcdadı
Yusifin gözəlliyindən bir əks var idi. Ətraf yerlərdə ondan daha gözəl bir
qadın yox idi. Bunun üçün şeytan, bir gün onun qarşısına yaraşıqlı bir
adam görünüşündə çıxdı və:
222
MN
“–Səndən daha gözəl birini görmədim. Mən bu yaxın kənddənəm.
Sərvətimin də sərhədi yoxdur.”-dedi.
Rəhimə xatun Rəbbinə sığınaraq:
“–Mən xəstə olan Əyyub peyğəmbərin xanımıyam. Ona xidmət
etməkdəyəm. Mən, o şərəfli peyğəmbərdən başqasına əsla meyl
etmərəm…”-dedi və yüyürüb getdi.
Rəhimə xatun, Həzrət Əyyubun yanına döndükdə, olub-bitəni ona
danışdı. Həzrət Əyyub bu sözlərdən sıxıldı. Hiddətlənərək:
“–Ey Rəhimə! Mən sənə ondan çəkinməyi və uzaq durmağı
söyləməmişdimmi?! Əgər sağalaramsa, sənə yüz dəyənək vuracağam!”-
deyərək and içdi.
Həzrət Əyyubun (əleyhissəlam) xəstəliyi vaxt keçdikcə şiddətləndi. O,
şəfa tapmaq üçün uca dərgaha əllərini açdı və:
“…Mənə bəla üz verdi (Sənə pənah gətirdim) . Sən rəhmlilərin
rəhmlisisən!”
(Ənbiya surəsi, 83)
-deyərək, Allahın uca mərhəmətinin öz
üzərində təcəlli etməsi üçün qəlbdən Haqq Təalaya yalvardı.
Bir nəfər Rəsulullahın (səllallahu əleyhi və səlləm) məscidinə gəlib On-
dan Həzrət Əyyuba aid bir sıra suallar verdi. Bu sualı eşidincə Rəsulullah
(səllallahu əleyhi və səlləm) ağladı və belə buyurdu:
“Allah Təalaya and içirəm ki, Əyyub bəladan ötrü inləmədi,
sızlamadı. Lakin yeddi il, yeddi ay, yeddi gün, yeddi gecə o imtahanın
içində qaldı. Ayaq üstə namaz qılmaq istədi, dayana bilmədi, yıxıldı.
Haqq yolundakı xidmətində zəiflədiyini görüncə: “Mənə həqiqətən
xəstəlik üz verdi”-dedi.”
(Bax, Qurtubi, Təfsir, XI, 323)
Həzrət Əyyubun bu ifadələri, sızlama kimi görünsə də əslində bir dua
idi. Çünki sızlama, insanlara edilən bir şikayətdir. Allah Təalaya üz tut-
maq isə, sızlama deyil. Həmçinin Yaqub (əleyhissəlam) da, oğlu Həzrət
Yusifdən (əleyhissəlam) ayrı qaldıqda, iztirab və həsrət içində böyük bir
kədərlə belə dedi:
“Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn
vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!”
(Yusif surəsi, 86)
Xəstəlikdən qurtuluş
Rəhimə xatun, bir gün yemək axtarmağa çıxmışdı. Bu arada Cəbrail
gəldi və Həzrət Əyyuba (əleyhissəlam):
223
MN
“–Ey Əyyub! Sənə bəla verdim, səbir etdin. İndi də səhhət və nemət
verəcəyəm!” xəbəri ilə birlikdə bu əmri gətirdi:
“Ayağınla (yerə) vur! Bu, (yerdən çıxan bulaq) yuyunacaq və
içiləcək sərin (sudur) ! (Əyyub o su ilə qüsl edib ondan içən kimi bütün
xəstəlikləri getdi) .”
(Sad surəsi, 42)
Əyyub (əleyhissəlam), ilahi əmrə əməl edərək, ayağını yerə vurdu.
Yerdən dərhal su fışqırdı. O da bu su ilə yuyundu və beləcə möcüzə olaraq
daxili və xarici xəstəliklərinin hamısından xilas oldu. Bir başqa rəvayətə
görə, Əyyub (əleyhissəlam) ayağını yerə vurduqda biri isti, digəri soyuq iki
qaynama suyu çıxmış, o da istisi ilə yuyunmuş, soyuq olanı da içmişdir.
Ayəti-kərimədə “Ayağınla yerə vur!”-deyə əmr edilərək, möcüzənin
gerçəkləşməsində belə qulun qeyrət və əməyinin istənməsi, diqqəti çəkən
bir məsələdir. Deməli bir işdə ilk təşəbbüs, daim quldan gəlməlidir. O hal-
da qulun, səbəblərə sarılmaqda qüsur etməməsi, oturub yalnız dua ilə
kifayətlənməməsi lazımdır. Bununla da qalmayıb, edilən duanın lazımlığını
və şərtlərini yerinə yetirmək lazım gəlir.
Həm də Əyyub (əleyhissəlam) incə bir ədəblə Haqq Təalaya yönəlmiş
və duası qəbul olmuş, üzünə şəfa, rəhmət və lütf qapıları açılmışdı:
“Biz (Əyyubun) duasını qəbul buyurduq, onu düçar olduğu
bəladan (xəstəlikdən və ailəsinə üz vermiş müsibətdən) qurtardıq.
Dərgahımızdan (Əyyuba) bir rəhmət və (Allaha) ibadət edənlərə ibrət
dərsi (öyüd-nəsihət) olsun deyə, (həlak olmuş) övladlarını qaytarıb ona
verdik, üstəlik bir o qədər də əlavə etdik.”
(Ənbiya surəsi, 84)
Cəbrail (əleyhissəlam), səhhəti geri verilən Həzrət Əyyubun
(əleyhissəlam) yanına gələrək, onun başına Allahın əmri ilə bir tac qoydu
və ona gözəl paltarlar geydirdi. Arxasınca Allah tərəfindən lütf buludu gəldi
və üstünə qızıl parçacıkları səpildi.
Rəsulullah (səllallahu əleyhi və səlləm) Əfəndimiz buyurdu ki:
“Əyyub, (möcüzəli suda) yuyunduğu sırada, önünə bir çox
qızıl çəyirtgə düşmüşdü. Əyyub, bunları dərhal toplayıb paltarına
doldurmağa başladı. Buna görə Allah Təala:
Ey Əyyub! Görürsən, mən malını sənə qaytarıb səni zəngin
etmədimmi? Buyurdu. Həzrət Əyyub:
Bəli ya Rəbbi! Məni belə zəngin etdin. Lakin Sənin xeyir və bərəkət
xəzinələrinə qarşı müstəğni (ehtiyacsız) ola bilmərəm. Bu səbəblə
224
MN
Sənin qatından hər nə gələrsə qəbuldur. (Çünki verən Sənsən! Sənin
verdiyin şeyi necə rədd edərəm?!) dedi.”
(Buxari, Qüsl, 20; Ənbiya, 20; Nəsai, Qüsl,
7)
Bu əsnada Rəhimə xatun şəhərdən qayıtdı. Həzrət Əyyubu tanıya
bilmədi.
Onun itdiyini zənn edərək, sağa-sola qaçdı. Fəryad edib ağladı. Əyyub
(əleyhissəlam) səsləndi:
–Ey xanım! Kimi axtarırsan:
–Bir xəstəm var idi, həyat yoldaşım idi. Zəhməti də olsa ona, məm-
nuniyyətlə xidmət edirdim. İndi könül hüzurumun qaynağı olan o xəzinəni
itirdim.
–O necə adam idi?
–O, çox səbirli bir şəxs idi. Sağlam olanda sizə bənzəyirdi.
–Ey Rəhimə! Elə o axtardığın mənəm. Allah Təala, mənə səhhət ver-
di.
İkisi də sevinclə ağladılar. Haqq Təalaya şükür etdilər.
Əyyub (əleyhissəlam), artıq əvvəlki dinclik və gəncliyinə qovuşmuşdu.
Allah Təala, ona əvvəlkindən daha çox mal və övlad da ehsan etdi.
Dağılmış övlad fərdləri təkrar bir yerə toplandı və əvvəlkindən daha böyük
ilahi lütflərə nail oldu.
Həzrət Əyyub, xəstəliyi afiyətə çevrildikdən sonrakı ilk gecənin səhər
vaxtında dərindən bir “ah!” çəkdi. Səbəbi soruşulunca, dedi ki:
Hər gecə səhər vaxtında: “Ey bizim xəstəmiz, necəsən?” deyə səs
eşidərdim. İndi yenə o vaxt gəldi, lakin: “Ey bizim səhhətli qulumuz,
necəsən?” səsini eşitmədim. Bunun üçün ağlayıram.
Rəhimə xatunun xidmətinin mükafatı
Rəvayətə görə Əyyub (əleyhissəlam) səhhətə qovuşduqda, xanımının
daha əvvəlki bir xətasından ötrü, ona yüz dəyənək vuracağına and içmişdi.
Ancaq zövcəsinin ona qarşı xidmət və fədakarlığı böyük idi. Bu səbəblə
Allah Təala, yüz dənə əkin sapından meydana gələn bir dəstə ilə bir dəfə
vurulmasını kafi görərək onlara mərhəmət etdi və belə əmr etdi:
225
MN
Dostları ilə paylaş: |