Həzrət İsanın (əleyhissəlam) Səmadan Nüzulu
İsa (əleyhissəlam), qiyamətə yaxın səmadan yerə enəcək. Bu
məsələdə bir çox Hədisi-Şərif də var. Qurani-Kərimdə belə buyrulur:
“Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir.
Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!”
(Zuxruf surəsi, 61)
Bu ayədə Həzrət İsanın qiyamətin qopması üçün bir bilik olduğu
bildirilərək axır zamanda onun yenidən dünyaya dönəcəyinə işarə edilir.
Həmçinin ayədəki “elm” kəlməsi, işarə mənasına gələn “aləm” şəklində də
oxunmuşdur.
İsa (əleyhissəlam), yer üzünə endikdə Həzrət Mühəmməd (səllallahu
əleyhi və səlləm) Əfəndimizin şəriəti ilə hökm edəcək. O, Mehdi
(əleyhissəlam) ilə birlikdə olacaq və Mehdi, Dəccalı yer üzündən siləcək.
Mehdi (əleyhissəlam), Haşimi nəslindən gələcək və xilafəti Həzrət İsaya
(əleyhissəlam) verəcək.
Allah Rəsulu (səllallahu əleyhi və səlləm) buyurmuşdur ki:
“Ömrüm uzanarsa, İsa ilə görüşmək istərəm. Əgər ömrüm
vəfa etməzsə, içinizdən kim onunla görüşərsə, ona məndən salam
söyləsin.”
(İbn Hənbəl, II, 298)
340
MN
Bir başqa Hədisi-Şərif də belədir:
“Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki! Məryəm oğlu
İsanın, aranıza (İslam şəriəti ilə hökm edəcək) ədalətli bir hakim olaraq
enəcəyi, istavrozları (xaçları) qırıb, xinzirləri (donuzları) öldürəcəyi,
cizyəni (Əhli-Kitabdan) qaldıracağı (yəni Əhli-Kitabın da müsəlman
olub Yəhudilik və Xristianlıq qalxacağı) vaxt yaxındır. O zaman mal
eləsinə çoxalır ki, kimsə onu qəbul etməz. Tək bir səcdə, dünya və
içindəkilərin hamısından daha xeyirli olur.”
Bu Hədisi-Şərifi rəvayət edən Əbu Hüreyrə (radiyallahu ənh),
rəvayətinin sonunda deyir ki:
İstəyərsiniz bu ayəni oxuyun: “Kitab əhlindən (yəhudilərdən və
xaçpərəstlərdən) elə bir kə
s olmaz ki, ölümündən əvvəl (can verdiyi
zaman) ona (İsaya) iman gətirməsin, lakin o, (İsa) qiyamət günündə
onların (kitab əhlinə) şəhadət verəcəkdir.”
(Nisa surəsi, 159); (Buxari, Büyü, 102,
Ənbiya, 49; Müslim İman, 242)
Həzrət İsanın möcüzələri
1. Ölüləri dirildirdi.
2. Xəstələri sağaldırdı.
3. İnsanların yediyi və evlərində gizlədiyi yeməkləri bilirdi.
4. Palçıqdan quş düzəldib, onu canlı quş olaraq uçururdu.
5. Özünə və qövmünə göydən süfrə endirilmişdi.
6. Yuxuda ikən belə ətrafında danışılan və edilənləri bilirdi.
7. İstədiyi zaman ona səmadan yemək və meyvə gəlirdi.
8. Özündən uzaq bir yerdə və gizli olaraq söylənilənləri də eşidirdi.
Allah Təalanın Həzrət İsaya (əleyhissəlam) lütf etdiyi bütün bu
möcüzələr müxtəlif ayəti-kərimələrdə belə anladılmışdır:
“Və onu İsrail övladına (yəhudilərə) peyğəmbər göndərəcək.
(İsa onlara deyəcək:) Mən, həqiqətə
n, Rəbbinizdən sizə möcüzə
gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona
üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cüzam
xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm.
341
MN
Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər
verərəm. Əgər möminsinizsə, bunda (söylədiklərimdə peyğəmbər
olduğuna) bir dəlil vardır.”
(Ali-İmran surəsi, 49)
“Allah peyğəmbərləri toplayacağı gün (qiyamət günü) belə buyu-
racaq: (Ümmətlərinizi Mənim əmrimə tabe olmağa dəvət etdiyiniz zaman)
sizə nə cavab verildi? Onlar isə (təvazökarlıq edib): Biz heç bir şey
bilmirik. Həqiqətən, qeybləri (görünməyənləri) bilən ancaq Sənsən!
– deyə cavab verəcəklər.”
(Maidə surəsi, 109)
“(Ya Rəsulum!) Xatırla ki, o gün (qiyamət günü) Allah (İsaya) belə
buyuracaq: Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal.
O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə
olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı (yazıb-
oxumağı), hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim
iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da
Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və
cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri (qəbirdən çıxardıb)
dirildirdin. Sən İsrail oğullarına açıq-aşkar möcüzələr gətirdiyin za-
man Mən (onların bəlasını) səndən dəf etmişdim (səni öldürmək istədikdə
onlara mane olmuşdum). Onlardan küfrə batanlar isə belə demişdilər:
Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!”
(Maidə surəsi, 110)
342
MN
BU GÜNKÜ XRİSTİANLIQ
Əvvələrdə də ifadə etdiyimiz kimi xristianlıq, Həzrət İsadan (əley-
hissəlam) sonra bir çox bəşəri təsir və müdaxilələrə məruz qalmışdı.
Buna görə Qurani-Kərimdə kitab əhli haqqında “Dinlərini parça-parça
edənlər…”
(Rum surəsi, 32)
təbiri istifadə edilir. Allah Rəsulu (səllallahu əleyhi
və səlləm), bir Hədisi-Şərifində belə buyurur:
“…Məsihin ümməti, onun sünnət və hidayəti üzrə iki yüz il qaldılar.
(Sonra dinlərini pozub istiqamətlərini dəyişdirdilər.) ”
(Heysəmi, VIII, 207)
Həqiqətən xristianlıq öz din adamları tərəfindən pozulmuşdur.
Zəmanəmizə qədər də ilk mövcud olduğu şəkli ilə deyil, Tövhid inancından
tamamilə uzaqlaşmış bir halda gəlmişdir.
Bu pozulma səbəbinə görə digər ilahi dinlər kimi xristianlığın da hök-
mü və keçərliyi ortadan qaldırılaraq, son din olan İslam göndərilmişdir.
Haqq Təala buyurur:
ﹸمﹶﻼ ﹾﺳﹺﻹاﹺﷲا ﹶﺪﻨﹺﻋ ﹶﻦ ﺪﻟانﹺإ
“Allah yanında (haqq olan) din, əlbəttə, islamdır…”
(Ali İmran surəsi,
19)
Haqq Təalanın bu hökmü qarşısında istər yəhudilər, istər xristianlar,
İslamın uca peyğəmbərinin onların öz içərisindən çıxacağına inandıqları
üçün qəbul etmədilər. Həm də hər iki dinin mənsubları öz kitablarındakı
həqiqətə baxaraq Rəsulullahın (səllallahu əleyhi və səlləm) göndərilməsinə
qədər daim Onu müjdələyib gözlədikləri halda, Onun gəlişindən sonra
343
MN
münasibəti dəyişdirdilər. Həzrət Peyğəmbərin (səllallahu əleyhi və səlləm)
onların öz içərisindən çıxmadığını görüncə həsədə qapıldılar və iman
etməkdən qaçdılar:
“…Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin
həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən itilafa
(ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki,
Allah tezliklə haqq-hesab çəkəcəkdir.”
(Ali İmran surəsi, 19)
Əhli-kitab yalnız həsəd edib ayrılığa düşməklə qalmadı, kitablarında
İslama qapı açacaq bölmələri də dəyişdirdilər. Çünki bu bölmələri oxuyan
bir sıra fərasətli xristian və yəhudilər, həqiqəti qavrayıb dərhal müsəlman
olurdular. Necə ki, yəhudi alimlərindən Abdullah ibn Səlam və başqaları,
xristianlardan da Səlmani Farisi, hətta krallardan Həbəş Necaşi kimi bir
çox mümtaz şəxsiyyət, müsəlmanlığı cani-dildən qəbul etmişlər:
“Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha,
həm sizə, həm də özlərinə nazil olanlara (Qurana, Tövrata və İncilə)
inanır, Allaha boyun əyərək Allahın ayələrini ucuz qiymətə satmırlar.
Onların Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə
haqq-hesaba çəkəndir.”
(Ali İmran surəsi, 199)
Hətta Allah Rəsulunun (səllallahu əleyhi və səlləm) peyğəmbərliyini
eşidib, Onun vəsflərini duyan Bizans imperatoru Heraklis həyəcanlanmış
və Həzrət Peyğəmbərin bəxtiyar elçisinə:
“O zat, ayaqlarımın basdığı bu yerlərə belə çox yaxın bir zaman-
da hakim olacaq. Onsuz da mən, bu peyğəmbərin gələcəyini bilirdim,
lakin sizin aranızdan çıxacağını təxmin etmirdim. Onun hüzuruna
çıxa biləcəyimi bilsəm, onunla görüşə bilmək üçün hər cür zəhmətə
tab gətirərdim. Yanında olsaydım, ayaqlarını yuyardım.” -demişdi.
(Buxari, Bədül-vəhy, 1)
Könülləri və iradələri kor olmuş yəhudi və xristianlar, bunun kimi
müxtəlif hadisələrə şahid olmalarına baxmayaraq, özləri iman etmir, hətta
bütün yəhudi və xristianların zaman keçdikcə müsəlman olacaqlarından
qorxurdular. Buna qarşı bir tədbir olaraq, Həzrət Peyğəmbər (səllallahu
əleyhi və səlləm) və Onun gətirdiyi son din haqqındakı öz kitablarında yer
tutan müjdə mahiyyətindəki mətnləri dəyişdirdilər.
Belə etməklə onların düşdükləri pis aqibəti Haqq Təala belə bildirir:
“Allahın Öz qullarından istədiyi şəxsə lütf etməsinə (peyğəmbərlik
verməsinə) həsəd aparmaq, Onun göndərdiyini (Quranı) inkar etməklə
344
MN
(yəhudilərin) vicdanlarını satmaları nə qədər də pisdir! Bununla onlar
(özlərinə qarşı) Allahın qəzəbi üstünə bir qəzəb də artırdılar. Kafirləri
zəlil edici əzab gözləyir!”
(Bəqərə surəsi, 90)
Ayəti-kərimədə ifadə edildiyi kimi, hidayətə çatmayıb İslamın səadət
altına girməyən kitab əhli, öz arzularına görə şəkilləndirdikləri batil
kitablarına uyaraq, dünya və axirətlərini yox etmişdilər. Çünki bütün ilahi
kitabları göndərən Allah, son göndərdiyi İslama tabe olmayan və keçərsiz
sayılan dinlərə uyanların imanlarını qəbul etmir:
ﹶﻦ ﹺﺮﹺﺳﺎﹶﺨﹾﻟا ﹶﻦﹺﻣ ﹺةﹶﺮﹺﺧﻵا ﹺﻓ ﹶﻮﹸ ﹶو ﹸ ﹾﻨﹺﻣ ﹶﻞﹶﺒﹾﻘﹸ ﻦﹶﻠﹶﻓ ﺎﹰﻨ ﹺد ﹺمﹶﻼ ﹾﺳﹺﻹا ﹶﺮﹾ ﹶﻏ ﹺﻎﹶﺘﹾﺒﹶ ﻦﹶﻣﹶو
“Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt
ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!”
(Ali
İmran surəsi, 85)
Həqiqətən bu gün İslamın xaricindəki bütün dinlərin və Xristianların
iman və ibadət əsaslarına baxıldığında, onların, Haqq Təalanın iradə və
əmrlərinə tabe olmadığı, hətta insan ağlının belə qəbul edə bilməyəcəyi
biliklər yer aldığı görünür. Həm də xristianlara görə;
Hər insan günahkar doğulur. Çünki Adəm (əleyhissəlam), Allahın
əmrinə əməl etməmiş və cənnətdən çıxarılmışdır. Bu günah, ilk atasının
Həzrət Adəm olması səbəbilə dünyaya gələn hər uşağın əsli günahı qəbul
edilir. Beləcə bu ilk günah bütün insanlarda zəncirin halqaları kimi davam
edib getməkdədir. İsa (əleyhissəlam), insanları bu günahdan qurtarmaq
üçün dünyaya gəlmişdi. Allah Təala insanları bu günahdan qurtarmaq
üçün öz oğlu İsanı çarmıxa çəkmişdir.
Halbuki Allah Təala, insanların günahlarının cəzasını bir-birlərinə
çəkdirmək kimi bir müamiləni heç bir İlahi kitabında bəyan etməmişdir.
Çünki bu, zülmdən başqa bir şey deyildir. Həm də Qurani-Kərimdə:
ىﹶﺮ ﹾﺧﹸأﹶرﹾزﹺوﹲةﹶرﹺزاﹶو ﹸرﹺﺰﹶﺗﹶﻻﹶو
“…Heç bir günahkar başqasının günahını daşımaz…” buyurmuşdur.
(Ənam surəsi, 164)
Digər tərəfdən, insanların günahkar doğulmalarına inanmaq, Allahın
guya zülmkar olduğunu qəbul etməkdir. Buna əvəz Allah Rəsulunun
(səllallahu əleyhi və səlləm) nəbəvi ifadələri, insanın təmiz və günahsız
doğulduğunu nə qədər gözəl ifadə edir:
345
MN
“Hər uşaq (İslam) fitrəti üzrə (təmiz və günahsız olaraq, tövhidə
meylli şəkildə) doğular.”
(Müslim, Qədər, 22)
Allah Təala buyurur:
“(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak
bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara
verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini
olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin
insanların əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz. (Allah bütün
insanları xilqətcə müsəlman - təkallahlı yaratmışdır, lakin ata-anaları onları
başqa dinlərə sövq etmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları
üzündən batil dinlərə - bütpərəstliyə uymuşlar) .”
(Rum surəsi, 30)
Xristianlığa sonradan daxil edilən inanclardan biri də “vəftiz”dir.
Xristianların ata-oğul və müqəddəs ruh adına vəftiz (xaç suyuna çəkmək)
olmaları, kilsənin bir əmridir. Din adamı, üzə su səpərək və ya vücudu
suya batıraraq vəftiz edir. Bunu, xristian olmanın elanı qəbul edirlər. Ayrıca
yuxarıda bəhs etdiyimiz ilk günahın, vəftiz ilə əfv edildiyi inancı vardır. Bu
da ona görədir ki, xristianlar, vəftiz edilmədən öləni günahkar ölən kimi
qəbul edirlər.
Yenə xristianlara görə dünya bir çilə yeridir. Burada zövq və səfa
yoxdur. İnsanlar, çilə çəkmək üçün yaradılmışlar. Belə olmasına baxma-
yaraq onların nəfslərinə uyub, zövq-səfaya dalmada son həddə çatmaları,
xristianların həyat normalarının nə qədər ziddiyyətli olduğunu göstərir.
Bir imtahan meydanı olan bu dünyada əbədi səadəti qazandıracaq
həyat tərzinin, belə ziddiyyətlərlə dolu olması isə mümkün deyildir.
Bilməliyik ki, Allah Təala, qullarını müxtəlif şəkillərdə imtahan edir. Bu-
nun üçün qul, bəzən darlıq, bəzən genişlik; bəzən çilə, bəzən də sevinc
təzahürləri yaşayır.
Yenə xristianlara görə insanlar, birbaşa Allah ilə öz aralarında bir
bağ meydana gətirə bilməzlər. Allahdan bir şey istəyə bilməzlər. Papa-
zlar, insanların adına Allaha yalvara bilirlər. Onların günahlarını əfv edə
bilirlər. Yəni papazlar, Allah ilə qul arasında bir vasitədir. Bunun üçündür ki,
günahları etiraf da bir ibadət şəkli halına gəlmişdir. Kilsə, günahları etiraf
etdirir. Papazlar pul hesabına, pulu yoxdursa kilsədə çalışması hesabına
o şəxsin günahlarını əfv etməyə səlahiyyətlidir. Xristianlar bunu İncilin
aşağıdakı ifadələrinə əsaslanaraq deyirlər:
“İsa onlara, “salamat olun”, dedi. Ata məni göndərdiyi kimi, mən də sizi
göndərirəm. Bunu söylədikdən sonra onların üstünə üfləyərək, “Müqəddəs
Ruhu alın!” –dedi. Kimin günahlarını bağışlasanız, bağışlanmış olur; kimin
günahlarını bağışlamasanız, bağışlanmamış qalır, dedi.”
(Yuhanna, 20/21-23)
Bu hökm və prinsiplər, insana hidayət yolunu göstərməkdən çox, pa-
pazlara bir növ ilahi səlahiyyət və insanların da günah işləmələrinə izn
vermək deməkdir.
Öz günahlarını belə əfv edə bilməyə gücü çatmayan papazların,
başqalarının günahlarını əfv edə bilməsi mümkündürmü? Özü günah
işləməkdən uzaq olmayan bir insan, başqa bir insanın günahını necə əfv
edə bilər? Belə bir güc və səlahiyyət başda peyğəmbərlər olmaq üzrə heç
bir qula verilməmişdir. Peyğəmbərlərin ömürləri, günah işləmədikləri halda
tövbə və istiğfar içində keçmişdir.
Kitab əhlinin, günah çıxartma kimi sapıq inanışı üçün Haqq Təala belə
buyurur:
“Allahın nazil etdiyi kitabda (Tövratda və İncildə) olanları (pey-
ğəmbərin vəsfini) gizlədənlərin və onun müqabilində bir az para
alanların yedikləri qarınlarında ancaq oda dönəcəkdir…”
(Bəqərə surəsi,
174)
“Ey iman gətirənlər! (Yəhudi) alimlərindən və (xaçpərəst) rahib-
lərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah
yolundan döndərirlər…”
(Tövbə surəsi, 34)
Buna baxmayaraq xristianlar, rahiblərinə kor-koranə tabe olurlar.
Xristianlığın müqəddəs kitabı, peyğəmbərlərə atılan bir çox iftira və günah
quraşdırmaları ilə dolu ikən heç bir nəbəvi xüsusiyyəti olmayan “Papa”
məsum və günahsız qəbul edilir. Onların gördüyü və etdiyi və hər iş doğru
hesab edilir. Diqqətçəkicidir ki, özlərini ilahi istiqamətdə Allahın əmrlərini
yerinə yetirməyə çağıran Allahın seçdiyi peyğəmbərlərə, onların ilahi
dəvətləri nəfslərinə çətin gəldiyi üçün zina, içki içmə, yalançılıq, saxtakarlıq,
bütpərəstlik kimi iftiralarla peyğəmbərlik müəssisəsini sayılmaz edən
xristianlar
23
, özlərinin seçdiyi sıradan bir insan olan Papanı həddən artıq
ucaltmış və ona ülvi xüsusiyyətlər vermişdilər
24
. Qurani-Kərimdə buyru-
lur:
23. Peyğəmbərlə əlaqəli isnadlar üçün bax: Təkvin, 12/11-13, 19/30-38, 20/1-7, 30/32-4 II.
Samuel, 11-bab I. Kralar, 11/1-13.
24. Ancaq günümüzdə xristianlardan Protestantlıq məzhəbinə bağlı olanlar Papanın ya-
nılmazlığını və günah əfv etmə səlahiyyətini qəbul etməzlər.
346
MN
347
MN
“Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi
özlərinə tanrılar (rəblər) qəbul etdilər. Halbuki onlar ancaq bir olan Al-
laha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur.
Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi
yoxdur! (Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən uzaqdır!) ”
(Tövbə
surəsi, 31)
İsa (əleyhissəlam), digər peyğəmbərlər kimi Allahın haram qıldığını
haram, halal qıldığını halal qılan və ümmətinə də bunları əmr edən bir
peyğəmbər idi. O, haramların xaricində dinin özünə tabe olmayan, lakin
doğru kimi görünən əməlləri də “bidət” olduğu üçün rədd etmişkən, bu
günkü xristianlıqda tam əksinə olaraq günahlar ibadət halına gəlmişdir.
Bunun misallarından biri “İşayi-Rəbbani”dir.
İşayi-Rəbbani, Həzrət İsanın (əleyhissəlam) son gecə yediyi yeməyi
simvollaşdırmaqla, çörəyi qırıb üstünə şərab tökərək yeməkdir. Guya
burada çörək, Həzrət İsanın ətini, şərab da qanını təmsil edir. Xristian-
lar, bunu edərək Həzrət İsa ilə bütünləşdiklərinə inanırlar. Xristianlarca
“Evharistiya” olaraq da bilinən bu ayin, vəftizdən sonra gələn ən əhəmiyyətli
ibadətdir. Bu ayin bütün xristianlar tərəfindən ifa edilir.
Evharistiya, əvvəllər ildə bir dəfə edilərdi, sonralar hər həftə edilməyə
başlamış və xristianlığın bir əqidəsi olmuşdur.
Allah Təala, xristianların, dinlərinə qoyduğu bu və buna bənzər
inancların keçərsiz olduğunu, həmçinin onlara əmr edilənin bunlar
olmadığını açıqlayaraq belə buyurur:
“Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil (Peyğəmbər və Quran)
gəldikdən sonra (dində) ayrılığa düşdülər (onlardan kimisi Peyğəmbərə
iman gətirdi, kimisi onu inkar etdi, kimisi də şəkk-şübhə içində qaldı) . Hal-
buki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək,
batildən haqqa (islama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat
versinlər. Doğru-düzgün din budur!”
(Bəyyinə surəsi, 4-5)
Bütün bu anladılanların yanında xristianlığın ən böyük çıxılmazlığı
dinlərinə sonradan əlavə edilən təslis əqidəsidir. Həmçinin Allah Rəsulu
(səllallahu əleyhi və səlləm) İslama dəvət etmək üçün xristian krallara
göndərdiyi məktublarda bu məsələ üzərində durmuşdur. Bizans impera-
toru Herakliusa göndərdiyi məktub belədir:
348
MN
Allahın qulu və Rəsulu Mühəmməddən, Romalıların böyüyü Herak-
liusa…
Hidayətə tabe olanlara salam olsun!…
Mən səni İslama dəvət edirəm. İslama gir ki, salamatlığa çatasan və
Allah da sənə əcrini qat-qat versin! Əgər qəbul etməsən, xalqının günahı
sənin boynunadır.
“(Ya Rəsulum!) Söylə: Ey kitab əhli, sizinlə bizim aramızda eyni
olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (O kəlmə budur:) “Al-
lahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı
qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək! Əgər onlar yenə
də üz döndərərlərsə, o zaman (onlara) deyin: İndi şahid olun ki, biz,
həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq) !”
(Ali İmran surəsi, 64)
(Buxari, Bədul-vəhy, 6; İbn Kəsir, əl-Bidayə, IV, 266, 267)
Təslis (üç tanrı) İnancı
Təslis, xristianları “Ata, oğul və Müqəddəs Ruh” üçlüyündən mey-
dana gələn tanrı inanclarını ifadə edən bir anlayışdır. Əslində xristianlıq,
ümumiyyətlə tək Tanrıya inanan dinlər arasında hesab edilir. Xristianlığın
dayandığı əski əhddə Tövhid inancı üstündə qəti dayanılır. Lakin xristianlığın
mərkəzi olan Qüdsdə eyni zamanda Hind və Yunan mədəniyyətləri hak-
im olduğundan bunların təsirində qalaraq, Tövhid inancına zidd bir hala
gəlmişdir.
Təslisin xristianlığa girməsi, xristianlığın doğuşundan xeyli sonra
olmuşdur. Miladi 325-ci ildə toplanan İznik Konsilində hələ təslis inancı yox
idi. Orada yalnız Ata və oğulun Tanrılığından və onların eyni cövhərdən
olduğundan bəhs edilirdi. Daha sonra 381-ci ildə toplanan Konstantinapo-
lis (İstanbul) Konsili isə, Müqəddəs Ruhu da tanrı saydı və xristianlardan
təslis halındakı tək tanrı inancına inanmalarını tələb etdi.
Bu gün edilən etirazlar qarşısında təslis üçün şərh etmə yoluna
gedilərək; “tanrı təkdir, güc ondadır; İsa yalnız onun oğludur; Müqəddəs
Ruh da tanrının gücüdür” şəklində edilən izahlar, içinə düşülən şirki Tövhidə
yaxınlaşdırmaz. Ayrıca hər cür nöqsanlardan və bəşəri sifətlərdən uzaq
olan Allahın bir oğlu olduğunu söyləmək, Haqq Təala tərəfindən acı bir
əzaba səbəb olmaqdan başqa bir şeyə yaramaz:
349
MN
“(Yəhudilər, xaçpərəstlər və müşriklər) dedilər: Allah (Özü üçün) öv-
lad götürmüşdür. Allah pak və müqəddəsdir (bu sözlərin Ona heç bir
aidiyyəti yoxdur. O, bütün eyib və nöqsanlardan xalidir) . Bəli, göylərdə və
yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!”
(Bəqərə surəsi, 116)
“(Ya Rəsulum!) De: Allaha qarşı yalan uyduranlar, sözsüz ki, nicat
tapmazlar! (Onlar üçün) dünyada bir qədər dolanacaq, mənfəət vardır.
Sonra hüzurumuza qayıdacaqlar, ondan sonra küfr etdiklərinə görə
onlara çox şiddətli bir əzab daddıracağıq!”
(Yunus surəsi, 69-70)
“Allah (Özünə) heç bir övlad götürməmişdir. (Nə İsa Onun oğlu, nə
də mələklər Onun qızlarıdır. Əksinə, onların hamısı Allahın qüdrətindən
yaranmış məxluqatlardır) . Onunla yanaşı (ibadət ediləcək) heç bir tanrı
yoxdur. Əgər belə olsaydı, onda heç bir tanrı əlahiddə öz yaratdıqları
ilə gedər, (öz məxluqatını ayırıb aparar) və onların bir qismi (dünyadakı
padşahlar kimi) digərinə üstün olmağa çalışardı. Allah müşriklərin
(Ona) aid etdikləri sifətlərdən tamamilə kənardır!”
(Muminun surəsi, 91)
Əslinin təhrif edildiyi, Qurani-Kərim tərəfindən də bildirilən xristianlığın
əsas kitabı olan İncillərdə belə sağlam və başa düşülən bir dəlili olmayan
təslis inancı, xristianlar tərəfindən nə şəkildə izah edilməyə çalışılırsa-
çalışılsın, İslamın gətirdiyi “Tövhid” inancı ilə uyğun gəlməz.
Çünki İslam, Allahın, uca sifətlərə sahib olduğunu, heç bir məxluqata
bənzəmədiyini, hər cür nöqsandan uzaq olduğunu, əzəmət və qüdrət
sahibi bir Rəbb olduğunu elan edir. Bu elan, çox nəfis bir şəkildə İxlas
surəsində açıqlanmışdır:
Dostları ilə paylaş: |