“(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan
müşriklərə) de: (Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yox-
dur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır;
O, əzəlidir, əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə
heç bir övlad götürməmişdir!) Onun heç bir tayı-bərabəri (bənzəri) də
yoxdur!”
Bu qısa surə, Tövhidin bütün xüsusiyyətlərini yekunlaşdıraraq, İsa
(əleyhissəlam) kimi həyatı doğum və ölüm zamanı ilə məhdud yaradılmış
bir varlığın, ilahlıqla hər hansı bir əlaqəsi olmadığını açıqlayaraq təslisin
qeyri-mümkün olduğunu göstərir.
Buna baxmayaraq kitab əhlinin Həzrət İsada ilahlığa isnad edərək
təslis inancına meyl etmələri, tamamən öz cəhalət və qəflətləri səbəbdəndir.
350
MN
Çünki Həzrət İsa, kitab əhlinə, özünün ilah qəbul etməyə sövq edəcək ən
kiçik bir qapı belə açmamışdır. Allah Təala buyurur:
“Allah peyğəmbərləri toplayacağı gün (qiyamət günü) belə buyu-
racaq: (Ümmətlərinizi Mənim əmrimə tabe olmağa dəvət etdiyiniz zaman)
sizə nə cavab verildi? Onlar isə (təvazökarlıq edib) : Biz heç bir şey
bilmirik. Həqiqətən, qeybləri (görünməyənləri) bilən ancaq Sənsən!
– deyə cavab verəcəklər.”
(Maidə surəsi, 109)
“(Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyu-
racaq: Ya Məryəm oğlu İsa! Sənmi insanlara: Allahla yanaşı, məni və
anamı da özünüzə tanrı bilin! – demişdin? (İsa cavabında) deyəcək:
Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə
yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin.
Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından
ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən! Mən on-
lara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: Mənim
də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Nə qədər ki, onların
arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər
etməyə qoymurdum) . Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən
sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!”
(Maidə surəsi, 116-117)
İslam dini, Tövhid barəsində son dərəcə həssasdır. Tövhidi zədələyəcək
ən kiçik məsələni belə şirk qəbul edir. Bir misal göstərməli olsaq: Allahın
əmrlərini bir kənara qoyub öz arzusuna uyan bir kəs üçün “Nəfsini özünə
tanrı etdi.”
(Furqan surəsi, 43)
hökmünü verir. İbadətdə göstəriş etməyi belə
gizli şirk sayır.
Tövhid mövzusunda bu qədər həssas davranan Quran, xristianların
nə olduğu çox anlaşılmayan və mürəkkəb üçlü tanrı inancını rədd edir və
bunun küfr olduğunu bildirir.
“Allah Məryəm oğlu Məsihdir, – deyənlər, şübhəsiz ki, kafir
oldular. (Onlara) de: Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer
üzündə olanların hamısını məhv etmək istəsə, (bu işdə) kim Ona bir
şeylə mane ola bilər? Göylərin, yerlərin və onların arasında olan hər
bir şeyin ixtiyarı Allahın əlindədir. O, istədiyini yaradar, Allah hər şeyə
qadirdir!”
(Maidə surəsi, 17)
Dərin başa düşülməlidir ki, həm anasız, həm də atasız yaradılan
Həzrət Adəmə bu vəsfindən və Həzrət Həvvanın da ondan yaradılmasına
görə necə bir ilahlıq izafə edilmirsə, Həzrət İsaya da edilməz.
351
MN
Əslində xristian mənbələrindəki biliklər belə, Həzrət İsanın Allahın
qulu və Rəsulu olduğunu, onun ilahlıqla bir əlaqəsi olmadığını isbat
etməyə kifayətdir. Ancaq Pavlos kimi din adamları, iman kisvesi altında
din düşmənliyi etdikləri üçün Həzrət İsa haqqında insanları yanıltmışdır.
Onlar, bununla da qənaətlənməyib saysız yanlış bilikləri xristianlığa
sızdıraraq insanları yanlış yola sürükləmişlər. Belə olduğu halda xristian-
lar bugün, öz-özlərini aldadaraq Allahın sevgililəri olduqlarını və cənnətə
yalnız onların girəcəyini ifadə edirlər. Onların bu gümanlarını Haqq Təala
belə cavablandırır:
“(Yəhudilər və xaçpərəstlər) dedilər: Cənnətə yəhudilərdən və
xaçpərəstlərdən başqası girməyəcək! Bu, ancaq onların xülyalarıdır.
(Ya Rəsulum!) Onlara söylə: Əgər (bu sözü) doğru deyirsinizsə,
dəlilinizi gətirin!”
(Bəqərə, surəsi 111)
“Yəhudilər və xaçpərəstlər dedilər: Biz Allahın oğulları və
sevimliləriyik. (Onlara) de: Bəs onda Allah nə üçün günahlarınıza
görə sizə əzab verir? Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. (Al-
lah) istədiyini bağışlar, istədiyinə əzab verər….”
(Maidə surəsi, 18)
Xristianların düşdükləri bu həzin aqibət, onların da göndərilən ilahi
kitabı pozub yəhudilər kimi həmin kitabın möhtəvasına bəşəriləşdirmə
daxil etmələrindən əmələ gəlmişdir. Çünki belə etmək, onların nəfslərinə
xoş gəlmiş və öz işlədikləri günah işləri də ilahi kitablarına əlavə edərək
onları məşru kimi göstərmişlər. Onların içinə düşdüyü bu vəziyyət, dünya-
da da, axirətdə də xoşbəxt olmalarına əngəl törətmişdir. Allah Rəsulunun
(səllallahu əleyhi və səlləm) dünyaya təşrif etməsindən sonra belə oyanıb,
doğru yolu tapa bilməyəcək qədər qəflət içində olan bir çox kitab əhlinin
halı nə qədər acınacaqlıdır!
Nəcran xristianlarından bir heyət Rəsulullahın (səllallahu əleyhi və
səlləm) hüzuruna gələrək:
Qurani-Kərim də Həzrət İsanın atasız olduğunu qəbul etdiyinə görə o
ilahdır!-dedilər.
Buna görə haqlının ortaya çıxması üçün, qarşılıqlı lənətləşməyə ayət
endirildi:
“(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən
elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə
352
MN
mübahisə edənlərə de: Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı;
biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də
özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın
lənət etməsini diləyək!”
(Ali-İmran surəsi, 61)
Allah Rəsulu (səllallahu əleyhi və səlləm), ayəti kərimə gərəyincə
onlara bu lənətləşmə təklifini etdiyində Nəcranlı xristianlar, bunu qəbul
etmədilər. Sonra da müsəlmanların himayəsinə girməyi qəbul edən bir
müqavilə imzalayaraq məmləkətlərinə qayıtdılar.
Allah Təala, kitab əhlinə belə xəbərdarlıq edir:
“Ey kitab əhli, Allahın ayələrinə şahid olduğunuz halda nə üçün
(onları) inkar edirsiniz? Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan
donu geyindirir və doğrunu gizlədirsiniz?”
(Ali İmran surəsi, 70-71)
Ayəti-kərimələrdə ifadə edilən, xristianların görüb-bildikləri həqiqətin
birincisi, öz dinlərinin təhrif edilib əslindən uzaqlaşmış olmasıdır. İkincisi
isə ilahi kitab olan Qurani-Kərim və Həzrət Peyğəmbərin (səllallahu əleyhi
və səlləm) Haqq Təala tərəfindən bütün insanlığa göndərilməsidir. Onlar
bunu açıq bildirməsələr də Allah Təala açıq bir şəkildə bəyan edir:
“Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Mühəmmədi) öz
oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir
qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir.”
(Bəqərə surəsi, 146)
Xristianların bu gün içində olduqları zəlaləti tərk edə bilməməyinin
yeganə səbəbi əllərindəki İncil nüsxələridir. İncilləri qələmə alanlar, onları
öz arzuları istiqamətində bu kökə salmışlar. Həqiqi İncili-Şərifi göndərən
Haqq Təala:
“Vay o kəslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab (Tövrat)
yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: Bu, Allah
tərəfindəndir! – deyirlər. Öz əlləri ilə (təhrif olunmuş kitab) yazdıqlarına
görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!”
buyurur.
(Bəqərə surəsi, 79)
Onların ilahi kitaba əlavələri və ixtisarları, hətta peyğəmbərlərə də
icazə verilməyən ilahi qadağandır. Necə ki, bu mənada olan ilahi fərman,
Allah Rəsulu (səllallahu əleyhi və səlləm) haqqında da nazil olmuşdur:
“Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad
etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik,
353
MN
yaxud boynunu vurardıq) ! Sonra onun şah damarını qopardardıq! Və
heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz.”
(Haqqa
surəsi, 44-47)
Dörd İncilin mahiyyəti
Bu gün xristianların əlində olan İncillərin – Matta xaric – ən qədim
nüsxələri Yunancadır. Xristian qaynaqları isə, Həzrət İsanın İbranicə-
Aramicə danışdığını və vəzlərini bu dillə etdiyini xəbər verir. Onda incillərin
dili və Həzrət İsanın (əleyhissəlam) sözlərinin, ən azından ilk nüsxələrinin,
Həzrət İsanın dili ilə yazılması və qorunması lazımlı deyildimi? Ancaq bu
gün nə incillər, nə də Həzrət İsanın öz sözləri, onun ana dili olan İbranicə
yazılmamışdır.
İlk İncil qaralamaları, İbranicə yazılmasına baxmayaraq, itmiş və digər
İbranicə yazılmış İncillər də dərhal Yunancaya çevrilərək İbranicə nüsxələri
yox edilmişdir. Bu dövrdə, çoxtanrılı Yunan mədəniyyətinin təsirində qalmış
və təktanrılı inanc sistemini itirmişdir.
İncillərin təhrif edilməsindən ötrüdür ki, müsbət elmlərin həqiqətləri
ilə bugünkü İncillərdə yer alan məlumatlar arasında böyük uçurumlar
var. Necə ki, müsəlman alimlərin əsərlərindən istifadə edərək dünyanın
fırlanması qərarına gələn Qaliley, bu həqiqəti ətrafındakılara deyəndə, din
adamları və kilsə bunun, İncilə zidd olduğuna görə həmin ideyaya qarşı
müdhiş reaksiya göstərmişlər və Qalileyi:
“–Ya söylədiyindən əl çəkməli, ya da ölməlisən!” –deyərək
hədələmişlər.
Həqiqəti söylədiyi üçün ölümlə hədələnən Qaliley isə:
“–Deyirsiniz, elə olsun…” deyərkən, haqqında veriləcək hökmə görə:
“–Onsuz da o öz işindədir!” deməkdən başqa bir şey edə bilmə-
mişdir.
Beləcə onlar həqiqətlərlə İncillərdəki biliklər arasındakı bu uçurum-
lar səbəbli İncillərin içindəki ziddiyyətləri gizlətmək istəmişlər. Bu qayğı
ilə hərəkət edildiyindən xristianlıqdakı din bilgisi əl kitabları ümumiliklə
İncildən pasajlar və seçmə parçalardan meydana gəlir. İncillərin hamısı,
bir bütün halında oxunmaz. Hətta məzhəb və camaatlara görə kitab seçi-
mi edilir. Sırf bu vəziyyət belə, düşünən ağıl sahiblərini, müqəddəs Kitab
mətnlərinin nəqli baxımından da əsilsiz olduğu həqiqətinə gətirib çıxarır.
354
MN
Həmçinin E. Jakob, İncillərin yazılma prosesinin sonrakı dövrlərində
gələn rəvayətlərin, sanki bir nağıl şəkli aldığını ifadə edir. Maurice Bucaille
də belə deyir:
“…Müqəddəs Kitabı, canlıların istədiyi kimi dəyişdirən insanların,
öz istədilərini bizə qoyub getməyi arzu etdiklərindən ibarətdir. Bunun
üçündür ki, kitabların qələmə alınması ilə əlaqəli ən təməl mövzuların
üstündə belə heç dayanmayıb ötürlər. Bu kitablar, insanlar tərəfindən bir
neçə dəfə bəşəri süzgəcdən keçirilmiş bir əşya kimi bir çox müdaxilələrə
məruz qalmışdır. Həmçinin İncillərdəki saysız yanlış məlumatların təhlili
aparılmır, hamısı sükut ilə ötüşdürülür. Lakin bəşər kitabında belə edilməsi
qəbul edilməyən bu vəziyyət, müqəddəs sayılan bir kitab üçün nə qədər
ucuzlaşdırıcıdır…”
İncillərin təhrif edildiyi həqiqətini etiraf edənlər olmasa belə Allah
Təalanın, öz göndərdiyi kitablardan biri olan İncilin təhrif edildiyini bəyan
etməsi kafi gələn bir dəlildir. Həm də Haqq Təala, həm bu həqiqəti bəyan
etmək, həm də Ümməti-Mühəmmədin qəflət və zəlalətə düşməməsi üçün
belə buyurur:
“Öz dinini parçalayıb firqə-firqə olanlardan (olmayın!) . Hər bir
firqə özlərində olanla (öz dinləri ilə) fərəhlənərlər.”
(Rum surəsi, 32)
Bu bəyandan da anlaşıldığı kimi, İslamdan əvvəlki bütün ilahi dinlər və
onların kitabları kimi Haqq Təalanın Həzrət İsaya (əleyhissəlam) göndərdiyi
din və onun kitabı olan İncili-Şərif də xristianlar tərəfindən ayədə ifadə
edildiyi şəkildə təhrif edilmişdir. Həmçinin bugünkü dörd İncilin, əsl İncili-
Şəriflə heç bir əlaqəsi yoxdur. Belə ki:
Matta
Matta, Roma İmperatorluğu adına vergi toplayan bir yəhudidir. O, öz
İncilini yəhudi əsilli xristian camaatı üçün yazmışdır. Bu İncilin, Miladi 65-ci
illərdə yazıldığı danışılır. Bu İncil, bir baxıma Həzrət İsanın İsrail tarixini
tamamladığını isbat etmək üçün qələmə alınmışdır.
Matta, bu İncili yazarkən, həvari olmayan Markosun yazdığı İncildən
istifadə etmişdir. Özü həvari qəbul edilən bir şəxsin, həvari olmayan başqa
bir şəxsin yazdığı İncildən istifadə etməsinə, əsla haqq qazandırıla bilməz!.
A. Tricot, bu İncil haqqında belə deyir:
355
MN
“Üstünə Yunan paltarı geydirilmiş bu kitab, əti, sümüyü və ruhu ilə
yəhudidir. Onda Yəhudiliyin izi var. Açıq bir şəkildə Yəhudiliyin özünə xas
xüsusiyyətlərini daşıyır.”
Markos
Markos, əvvəl qısa bir İncil yazmış, sonra bunu genişləndirmişdir.
Sonralar yazdığı bu İncilin dörddə üçü itmiş və Markos, daha əvvəki kolle-
ksiyalardan istifadə edərək indi mövcud olan İncili yazmışdır.
Markos İncilinin kim tərəfindən yazıldığı haqqında müxtəlif baxışlar
var. Bəzilərinə görə bu İncili Markos deyil, Petrus yazmışdır.
Əslində Markos, Həzrət İsanı heç görməmiş və dinləməmişdir.
Yazdıqları da, öyrəndiklərindən yadında qalanlardır. Bu məlumatlar
nizamsız şəkildə olub saysız xətalarla doludur. İfadələrində və anladıldığı
hadisələrdə tarixi sıra gözlənilmir.
Miladi 63-70-ci illər arasında yazıldığı söylənən bu İncili yazan
haqqında M. P. Roguet belə deyir: “Markos, naşı yazıçıdır. Bütün İncil
yazıçılarının ən bayağısıdır.”
Luka
Bu üçüncü İncili yazan Lukanın əsl peşəsi həkimlikdir. O, “Rəsulların
İşləri” kitabını da yazmışdır.
Luka, yazdığı bu İncili Yunanlar üçün qələmə almışdır. Ancaq kitabı, ci-
ddi ölçüdə tarixi yanlışlar və xətalarla doludur. O, İncilini yazarkən, Marko-
sdan istifadə etmiş, ayrıca ilahi olmayan başqa əsərlərdən, hətta şifahi
mənbələrdən belə faydalanmışdır. İncilin mətnlərinə bir çox söz də əlavə
edən Luka üçün M. P. Kannegiesser: “O, həqiqi bir romançıdır!” deyir.
Qısası Luka İncili, qul qeyrətinin ilahi vəhy yerinə keçirilməsinə
çalışılmış bir kitabdan ibarətdir.
Yuhanna
Dördüncü İncil Yuhannadır. Bu İncili Həzrət İsanın yoldaşı və həvarisi
olan Zəbədə və Salome oğlu Yuhannanın yazdığı irəli sürülür. Ancaq
araşdırıcılar, bu İncillə İskəndəriyyə fəlsəfə məktəbindən alınmış və təməli
356
MN
yenə Yunan fəlsəfəsinə dayanan fikirlərin açıqca görüldüyünü söyləyərək,
Onun Yuhanna adlı başqa bir şəxs tərəfindən yazıldığını bildirirlər.
Miladi 90-110 illərində yazıldığı söylənən Yuhanna İncilində vəhylə
əlaqəli heç bir məlumata rast gəlmək mümkün deyil. Bu İncildə həvarilər,
Həzrət İsaya “Ya Rəbb!” şəklində xitab edirlər. Bu da göstərir ki, Yuhan-
na, xristianlığı təhrif edən yəhudi Pavlosun buraxdığı yerdən işə davam
etmişdir.
M. P. Roguet, Yuhannanı qələmə aldığı bu İncil haqqındakı fikrini belə
açıqlayır: “Sinoptik İncillər, (bir-birinə bənzəyən ilk üç İncil; Matta, Markos
və Luka) İsanın sözlərini çarpıcı, danışma üslubunu yaxın bir tərzdə nəql
etdiyi halda, Yuhannada hər şey yazıçının qatı təfəkkürü içində boğulur.
O dərəcədə ki, onu oxuyarkən öz-özümüzə: “Danışan İsadırmı, yoxsa
onun sözlərini öz yozumları ilə İncil kimi qələmə, verən bir yazıçı?” –deyə
soruşmaq məcburiyyətində qalırıq.”
Daha əvvəl də ifadə etdiyimiz kimi, bu dörd İncilin xaricində məşhur
olan bir İncil də vardır ki, o da Barnabas İncilidir. Barnabas, Həzrət İsanın ilk
həvarilərindəndir. Tövhid əqidəsinə bağlıdır. Bu səbəbdən Barnabasçılar ilə
Pavlosçular, yəni Tövhiddən ayrılıb üçlü tanrı inancına sapanlar arasında
böyük mübarizələr olmuşdur.
Barnabas İncilini digərlərindən ayıran əhəmiyyətli fərqlər bunlardır:
1. Həzrət İsa, nə Tanrı, nə də Tanrının oğludur. O, Allah Təalanın
insanlara göndərdiyi bir peyğəmbərdir.
2. Həzrət İbrahimin (əleyhissəlam) qurban etmək istədiyi oğlu İshaq
(əleyhissəlam) deyil, Həzrət İsmaildir (əleyhissəlam).
3. Həzrət İsa çarmıxa çəkilməmişdir.
4. Gözlənən Məsih Faraklit, Həzrət Mühəmməddir (Səllallahu əleyhi
və səlləm).
Dörd İncildəki Ziddiyyət
Aydındır ki, İncillərin yazılma tarixləri məsələsində ittifaq edən iki
müəllif belə var. Çünki özünə göndərilən ilahi həqiqətlərin nə olduğunu
bilən yeganə şəxs olan İsa (əleyhissəlam), bu incilləri nə görmüş, nə
də yazdırmışdır. Bunun üçün İncillərdəki saysız yanlışlıq, ziddiyyət və
təhriflərin heç biri gözdən qaçmaz. Həqiqətən bəşəri yozumlarla ülvilik
vəsflərindən seçilmiş incillər, ziddiyyətli və mənasız biliklərlə doludur.
357
MN
Bu ziddiyyətli və yanlışlıqların ən mühümlərindən bir qismi belədir:
• Eyni hadisələr, müxtəlif İncillərdə və ya eyni İncilin müxtəlif
yerlərində müxtəlif şəkillərdədir və ziddiyyətlərlə doludur. Guya ki, Allahın,
insanlara həqiqətə zidd olan şeyləri bildirməyəcəyi həqiqətdir.
• Markos
və Yuhanna incilləri, Həzrət İsanın nəsəbindən heç bəhs
etmədiyi halda, Matta və Luka, onun soy-kökünü də verir. Lakin Matta,
Həzrət İsadan Həzrət İbrahimə qədər 40 nəfəri sayarkən; Luka 55 nəfər
sayır. Ayrıca Luka, Həzrət Adəmə qədər 20 nəfər daha əlavə edərək sayı
75-ə çıxarmışdır. Matta isə Həzrət İbrahimdən əvvəlki nəsil kötüyü ilə
əlaqəli heç bir məlumat vermir.
(Bax: Matta, 1/17; Luka, 3/23-38)
Bu ziddiyyətlər
bəşər kitablarında əsla qəbul edilə bilməyən nöqsanlardır. Tarixdə,
Peyğəmbərləri gördükləri və onların ilahi kitablarına şahid olduqları hal-
da yenə də “möcüzə” istəyən adəm oğlunun, bu günkü dəlilsiz, isnadsız
və ziddiyyətlə dolu kitabları qəbul olunub onlara iman etməsi, necə
qiymətləndirilə bilər?
• Matta incilə görə Həzrət Yəhyanın “Qurtarıcı İlya” olduğu
göstərilərkən,
(Matta, 11/4)
Yuhanna İncilində onun “İlya” olmadığı ifadə edilir.
(Yuhanna 1/21)
• Həzrət İsanın (əleyhissəlam), Həvarilər ilə qarşılaşması və onları
yanına alması məsələsində Yuhanna ilə digər İncillər arasında bir-birindən
çox fərqli açıqlamalar vardır.
(bax: Luka, 5/1-17; Yuhanna, 1/35-51; Matta, 4/18-22)
• Həzrət İsanın Sur və Sayda bölgəsinə gəldiyi zaman, cinlərin
müsəllət olduğu qızını yaxşılaşdırması üçün ondan kömək istəyən bir
qadının, milliyyət və məmləkəti məsələsində çox açıq ziddiyyətli biliklər
vardır. Qadının, Mattaya görə Kənanlı
(Matta, 15/21-22)
, Markosa görə Yunanlı
olması
(Markos, 7/26)
, ilahi qəbul edilən bu kitablar üçün çox qəribədir. Bir
bəşər belə doğum yerini qarışdırmadığı halda, bütün nöqsan sifətlərdən
münəzzəh olan yaradıcının, yaratdığı bir varlığın məmləkətini şaşırması
mümkündürmü? Əlbəttə ki, yox!
• İsa (əleyhissəlam), İncillərdə ilahlıq isnadı ilə zikr edilməsinə bax-
mayaraq bir çox yerdə də “insan oğlu” və “Rəbbin qulu” olaraq ifadə edi-
lir.
(Matta, 12/17-18; Elçilərin işləri, 3/13, 4/27-28)
Bir şəxsin, həm Allahın oğlu, həm
də insan oğlu olması necə izah edilə bilər? Bu vəziyyətdə insanın Allaha
bərabər olması lazımdır ki, bunun müzakirəsi belə imkansızdır. Çünki Al-
lah yaradıcı, insan isə yaradılandır.
358
MN
• Həzrət İsanın tutulma gecəsində meydana gələn hadisələri, dörd
İncil də təfərrüatı ilə anladır. Ancaq bu məsələdə də birinin bəyanı, digərinin
bəyanına düz gəlmir; böyük fərqliliklər və ziddiyyətlər vardır.
(Matta, 26/47-56;
Markos, 14/13-52; Luka, 22/47-53)
• Matta, Markos və Luka İncillərinə görə Həzrət İsanın əsas
məmləkəti Galile ikən Yuhannaya görə Yəhudiyyədir.
(Matta, 13-54-58; Markos,
6/4; Luka 6/29; Yuhanna, 4/3, 43, 45)
• Matta
və Markosa görə, İsa (əleyhissəlam), çarmıxa çəkildiyi
əsnada “Allahım, Allahım! Niyə məni tərk etdin?” –demişdir.
(Matta, 27/46;
Markos, 15/34)
Bu ifadə isə peyğəmbərin söyləyə biləcəyi bir söz ola bilməz.
Çünki bu bir növ Rəbbə qarşı qəhər etməkdir.
İncillərdəki ziddiyyət və yanlışlıqlar yalnız burada sayılanlardan ibarət
deyildir. (Bu mövzuda Rəhmətullah əl-Hindinin İzharül-Haqq kitabına
baxıla bilər.) Bu vəziyyət də göstərir ki, İncillər, bir-birindən xəbərsiz
şəxslərin arzu və bağlılıqlarına görə yazdıqları, müxtəlif biliklərdən ibarət
olan kitablardır.
Elə, fərqli tarixçilərin müxtəlif rəvayətləri kimi heç bir dayanağı olmayan
biliklərin arasında sıxılıb qalmış bir din! Bax budur bugünkü xristianlıq!…
Xristianlara görə Həzrət İsanın Çarmıxa çəkilməsi
Xristianlara görə, Adəm (əleyhissəlam) və Həvva anamız cənnətdə
ikən qadağan meyvədən yeyərək insanlıq günahı işləmişdilər.
(Təkvin, 3/24)
Bu səbəblə Allah Təala, onların nəslindən gələn insanların hamısını odda
yanmağa məhkum etmişdir. Ancaq Həzrət İsa, insanlara yazığı gəldiyi üçün
xaç üzərində çarmıxa çəkilmək surəti ilə bütün insanların günahını üstünə
almış, özünü bunun uğrunda fəda etmişdir. Beləcə insanlar, özlərinə miras
qalan bu günahdan qurtulmuşlar.
(Romalılara məktub, 3/23-26)
İşin əslinin bu cür olmadığını Allah Təala, Qurani-Kərimdə belə bildi-
rir:
“Onlar həm də küfr etdikləri (İsanı inkar etdikləri) və Məryəmə qarşı
böyük bir böhtan dedikləri üçün (lənətə düçar oldular) . (Onların lənətə
düçar olmalarının bir səbəbi də:) Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-
Məsihi öldürdük, – demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə
də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı
ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-
359
MN
şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur.
Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişdilər.
Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz
qüvvət sahibi, hikmət sahibidir!”
(Nİsa surəsi, 156-158)
Həqiqət belə ikən, Allahın, qəzəbini azaltmaq üçün oğlu İsanı, onun
babası olan Adəmin yediyi bir meyvə səbəblə öldürdüyü, nə qədər
qəribə inancdır. Belə ki bir başqasına aid meyvə yemə günahı ölümlə
cəzalandırılır. Bir qulun günahını digər bir qula yükləməyəcəyini bəyan
edən Haqq Təalanın göndərdiyi bir dində belə ədalətsiz bir inancın olması,
ancaq o dinin dəyişdirilmiş ola biləcəyi ilə açıqlana bilər. Üstəlik bu gün
xristianlar, digər din mənsublarını öz dinlərinə dəvət edərkən, Həzrət
İsanın başqa insanların günahını öz üzərinə götürərək özünü fəda etdi-
yini ifadə etməklə, böyük bir qəflət və zəiflik içinə düşürlər. Belə etməklə
əsli tamam pozulmuş xristianlığı, nəfsin qəbul edə biləcəyi cazibədar hala
gətirməyə çalışırlar.
Lakin düşünmək və soruşmaq lazım gəlir ki, xristianlar, qadağan bir
meyvənin yeyilməsini insanlıq günahı qəbul edərkən, özlərinin insanlıq
şərəf və heysiyyəti ilə uyğun gəlməyən necə zülümlər, inkarlar, üsyanlar
və dilə alınmayacaq necə rəzilliklər və bəxbəxtlikləri necə olur ki, caiz görə
bilirlər?! Tarixdəki bir çox misalları ilə bərabər son Bosniya soyqırımına,
xristianların seyrçi qalması, papalıq və patriklik müəssisələrinin də bu
cinayətlərə səssiz qalmaları, bir mərhəmət peyğəmbəri olan Həzrət
Məsihin ümməti olmaq iddiası ilə necə uyğun gələ bilər?! Özlərindən
olmadığı üçün hamilə qadınların qarınlarını deşərkən, kiçik körpələrin
qanlarını vəhşicəsinə axıdarkən, heç günah işləməmiş olurlar?!
Digər tərəfdən Həzrət İsanın (əleyhissəlam), başqalarının cəzalarını
çəkməsi haqqında məsələnin ilahi hökmünə baxdığımız zaman, həqiqət
bütün incəliyi ilə ortaya çıxır. Allah Təala buyurur:
Dostları ilə paylaş: |