öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et…”
(Nəhl
surəsi, 125)
Səbir etməyə gəlincə, səbir, Qurani-Kərimdə ən çox istifadə edilən
kəlmələrdəndir. Səbir etmənin dünyəvi nəticələri çox acı ola bilər; lakin
səbrin nəticəsində qazanılacaq üxrəvi (axirətə aid) mükafat çox dadlı
olacaqdır. Çünki bütün peyğəmbərlər, səbir süzgəcindən keçmişlər. Bu-
nun üçün Haqq Təala:
“(Ya Rəsulum!) səbir edən şəxslərə müjdə ver!”-buyurmuşdur.
(Bəqərə surəsi, 155)
Abdullah ibn Müğəffəl (radiyallahu ənh) anladır:
“Bir şəxs gələrək Allahın elçisinə:
–Ey Allahın Rəsulu! Mən səni sevirəm, dedi. Rəsulullah:
–Söylədiyinə diqqət et! Buyurdu. O şəxs:
–Vallahi mən səni sevirəm!-dedi və bunu üç dəfə təkrar etdi. Rəsulullah
(səllallahu əleyhi və səlləm), bunun cavabında o şəxsə:
–Əgər məni sevirsənsə, fağırlıq üçün bir zireh hazırla. Çünki məni
sevənə fağırlıq, mənzilinə qaçan seldən daha sürətli gəlir, buyurdu.”
(Tirmizi, Zühd, 36)
Fəxri-Kainat Əfəndimiz (səllallahu əleyhi və səlləm), həmin sözləri ilə
bunları ifadə etmişdir:
Madam ki Allah üçün məni sevirsən; o halda, bu sevginin əvəzi olaraq,
bəla, müsibət və sıxıntı imtahanlarına qatlanmağa hazır və razı ol!…
Loğman Həkim nəsihətinə davam etdi:
“Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa
gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb
fəxr edəni sevməz!”
(Loğman surəsi, 18)
Yekəxanalıq, yəni qürur, kibir və özünü bəyənmə, kökü cəhənnəmə
qədər uzanan bir ağacın budaqları kimidir. Kibriya (böyüklük) sifəti,
Haqq Təalaya məxsusdur. Necə ki iblisin cənnətdən çıxarılıb, insanları
yoldan çıxarma vəzifəsini öz üstünə götürmə səbəbi, Həzrət Adəmə qarşı
qürurlanması və Rəbbinin əmrinə qarşı gəlməsidir. Eyni şəkildə Qarun da,
290
MN
özünə mənəvi elmlər verilməsinə baxmayaraq, Həzrət Harunu qısqanıb,
ona həsəd etdiyi üçün məhv olmuşdur.
Yenə Həzrət Loğman oğluna demişdir ki:
“Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və
(danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!”
(Loğman surəsi, 19)
Bu ayəti-kərimələr, möminlərə hal və hərəkətləri üçün bir nəzakət və
zərafət ölçüləri verir. Bu dünyada çox bəsit və əhəmiyyətsiz kimi görünən
nəzakətin, insanların bir-birlərindən haqlarını alacağı hesab günündə,
əhəmiyyət qazanacağı bildirilir.
Aşağıda danışacağımız, Loğman Həkimin nəsihətlərini anladan
ayələr arasında keçdiyi halda onun nəsihətlərini əhatə etməyən bu iki
ayəti-kərimə, bizə istiqamət göstərməsi baxımından olduqca mühümdür.
Rəvayətə görə bu iki ayəti-kərimə, Səd ibn Əbi Vəqqas (radiyallahu ənh)
ilə anası haqqında enmişdir. Belə ki:
Həzrət Səd, anasına qarşı itaətkar bir övlad idi. İslama girdiyi zaman
anası:
“–Ey Səd! Sən nə etdin? Əgər bu yeni dini buraxmasan, and olsun
ki, mən ölənə qədər yemərəm. Sən də mənim üzümdən “anasının qatili!”-
deyə pis bir ad alarsan!…”-demişdi.
Səd də:
“–Etmə anacan, mən bu dini heç bir şey üçün tərk edə bilmərəm!”-
deyincə, anası iki gün, iki gecə yeməmiş, içməmiş və qüvvədən düşmüşdü.
Bunu görən Həzrət Səd:
“–Anacan! Biləsən ki, yüz canın olsa da və onlar bir-bir çıxsa, mən
bu dini heç bir şey üçün tərk edə bilmərəm! İndi istəyirsən ye, istəmirsən
yox!”-dedi.
Buna görə anası yeməyə başladı və bu iki ayə və ya ikinci ayə nazil
oldu:
“Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı,
onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif
bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur.
(Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş
Mənədir!”
(Loğman surəsi, 14)
291
MN
“Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd
göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində on-
larla gözəl keçin (onlara itaət et) . Tövbə edib Mənə tərəf dönənlərin
(islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzu-
ruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə
xəbər verəcəyəm!”
(Loğman surəsi, 15)
(Müslim, Fəzailüs-Səhabe, 43-44, İbn Əsir, Üs-
dül-Qabe, c. II, səh. 368)
Loğman Həkim bir nəsihətində belə demişdir:
Bir çox ənbiyaya xidmət etdim. Onların sözlərindən, xülasə olaraq
səkkiz sözü seçdim. Əgər diqqət edər və bu səkkiz xislətə sahib olarsan-
sa, qurtuluşa çatarsan!
1. Namazda ikən qəlbini qoru!
2. İnsanların arasında ikən dilini qoru!
3. Süfrədə ikən əlini qoru!
4. Başqasının evində ikən gözünü qoru!
5. Allahı daima zikr et, heç xətrindən çıxarma!
6. Ölümü hər zaman xatırla, heç unutma!
7. Başqalarına etdiyin yaxşılıqları unut!
8. Başqalarının sənə etdiyi pislikləri unut!…
Bəzi mötəbər kitablarda nəql edildiyinə görə Loğman Həkimin
nəsihətlərindən bəziləri də bunlardır:
Ey oğlum! Təqvanı özün üçün axirət sərmayəsi eylə! Çünki təqva, mal
və mülklə edilməyən bir ticarətdir!
Ey oğlum! Cənazədə hazır ol! Çünki cənazə, sənə axirəti xatırladır.
Haram və günahlar isə, sənin dünyaya meylini artırır.
Ey oğlum! Yalan söyləyən kimsənin nuru gedər. Pis xasiyyətli olan
kimsənin qəm və kədəri çoxalar.
Ey oğlum! Cahili bir yerə elçi göndərmə! Əgər ağıllı və hikmət sahibi
olan bir nəfər tapa bilməsən, onda özün get!
Ey oğlum! Dünya dərin bir dəniz kimidir. Çox insanlar orada
boğulmuşdur. Bu dənizdə təqva gəmin, iman yükün; təvəkkül halın, saleh
292
MN
əməl azuqən olsun! Qurtuluşun Allah Təalanın rəhməti ilə, boğulmağın,
günahın səbəblidir.
Ey oğlum! Xoruz səndən daha ağıllı olmasın! O hər sabah, zikir və
təsbih edir, sən isə yuxlayırsan!
Ey oğlum! Elə yoldaş seç ki, ayrıldığınız zaman, nə sən onların əksinə
danışasan, nə də onlar sənin!
Ey oğlum! Dostlarını qoru! Yaxınlarını ziyarət et!
Ey oğlum! Üç şey, bu üç yerdə müəyyən olur: Yumşaq xasiyyətlilik,
qəzəb anında; igidlik, hərb meydanında; qardaşlıq isə ehtiyac anında!
293
MN
HƏMD VƏ ŞÜKÜR
Qulluğun gərəyi olaraq edilən əməllərin ən əhəmiyyətlilərindən biri
həmd və şükürdür. Bunun üçündür ki, Qurani-Kərimin ilk ayəti-kəriməsi,
“Həmd olsun Allaha – aləmlərin Rəbbinə” şəklində nazil olmuşdur.
Haqq Təalanın ilahi sifət təzahür olan müəzzəm sənətinin təriflənməsi
və etiraf edilməsi “həmd”; Onun saysız lütf, nemət və ikramlarına qarşı
dil, davranış və qəlb ilə tərifləmə və təşəkkür etməsi də “şükür”dür. Məna
etibarı ilə bu iki ləfz bir-birinə çox yaxındır.
Həqiqətən insan, varlıqların ən bəsitindən ən mütərəqqisinə qədər
olan iyerarxiya zəncirində zirvə nöqtəsində olur. İnsan, varlıqların ən
şərəflisi olması səbəbi ilə, həmd və şükür vəzifəsini yerinə yetirməkdə də
zirvədə olmalıdır.
Yaradılışındakı əsaləti (nəciblik) mühafizə edən, özünə bir stəkan su
verənə qarşı belə vicdanla təşəkkür duyğuları içində ikən; özünə bütün
nemətləri ikram edən Rəbbinə qarşı laqeyd və üsyankar bir tövr alması
böyük bir cahillik və ağılsızlıqdır.
İnsanın dərk edə biləcəyi gözəlliyin və zövqün arxasında bir gəlin otağı
lətafət və dəqiqliklə döşənən bu kainat, saysız ilahi qüdrət təzahürləri ilə
bəzənmişdir. Müxtəlif iy və rəngdəki çiçəklər, meyvələr; ən sevimlisindən ən
vəhşisinə qədər heyvanlar, xülasə, bütün əşyanın, hər birinin öz xarakterinə
görə sanki xüsusi bir təsəvvürlə tənzim edilməsi və yaşayışlarının uyğunluq
içində proqramlanması, bir yaradılış xariqəsi olan insanın qulluq vəzifəsini
layiqi ilə anlaması və yerinə yetirə bilməsi üçündür.
294
MN
Həqiqi mömin, ağıl, vicdsan və qulluq şüuru içində yaşamağa səy
göstərən fəzilətli şəxsdir. Layiqi ilə şükür edən bir qul olmaq istəyənlərə,
yalnız nemətləri tanımaq yetməz. Əsl nemət sahibini bildikdən sonra, bir
də ona qarşı vəzifələri yerinə yetirə bilmə gərəyi vardır. Nemətlərin əsl
sahibini tanıyınca könüldə mərifət və məhəbbət pöhrələri yaşıllaşır, ilahi
feyzlərə nail olunur.
Hər qulun, nemətin sahibini tanıması və Ona şükr halında olması
əsli vəzifəsidir. Şüküründən qafil olduğumuz nemətlər, boş yerə çəkilmiş
sıxıntılardan ibarətdir. Bu nemətlərdən bizə qalanı da yalnız hamballıq və
günahdır. Həmçinin malından infaq etməyən şəxsin vəziyyəti belədir. İllərcə
hamballıq etdiyi pulundan axirətə götürə biləcəyi bircə şey, bu malını infaq
etməməkdən başlayan günahlarıdır.
Kainatın hikmətini və insanın mahiyyətini qavraya bilmək də ancaq
şükürlə mümkündür. Allah (Cəllə Cəlaluh) Qurani-Kərimdə:
“Həqiqətən, Loğmana: “Allaha şükür et!” (deyə) hikmət verdik…”
(Loğman surəsi, 12)
Ayəti-kərimədə, şükür edən qula, hikmət və sirlər aləminin gerçəklərinin
sərgiləndiyi, bunun da qulun şükür halının davam etməsi üçün ona lütf ed-
ildiyi bəyan edilir.
Həmçinin nemətin həqiqi sahibi və ehsan edəni kainatın Rəbbidir. Bu-
nun üçün neməti gətirəndən çox, göndərənə şükür hissləri ilə dolu bir həyat
yaşamalıyıq. Nemətləri bizə çatdıran səbəblərə və ya şəxslərə bağlanıb
nemətin əsl sahibini unutmaq, insanlıq heysiyyəti ilə uyğun gəlmir.
Ancaq nemətin bizə çatmasına vəsilə olana təşəkkür etmək də bir
əxlaq və nəzakət işidir. Hədisi-Şərifdə:
“Özünə yaxşılıq edilən kimsə, edənə: Allah sənə xeyirlər vers-
in!-deyərək dua edərsə, (o kimsəyə) şükür borcunu ən yaxşı şəkildə
yerinə yetirmiş olur.” buyrulur.
(Tirmizi, Birr, 87)
Bir qul, Haqq Təalaya qarşı şükür vəzifəsini üç şəkildə yerinə yetirir:
1. Şifahi şükür
Ən aşağı dərəcədəki şükürdür. Bu, insanların Yaradanına qarşı dillə:
“Ya Rəbbi! Sənə sonsuz şükürlər olsun!” demələridir.
295
MN
Qurani-Kərimdə:
“Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!” buy-
rulmaqdadır.
(Zuha surəsi, 11)
Nə qədər acıdır ki, ölü, xəstə və qafil qəlbli
olanlar, Allahın nemətlərindən heyvani hisslərlə istifadə etmələrinə bax-
mayaraq heyvanlar qədər Allahın adını çəkməzlər.
2. Əməli şükür
Allahın lütf etdiyi nemətləri, Onun yolunda, əmr etdiyi şəkildə sərf
etməkdir. Bu etibarla zənginliyin şükürü infaq etmək; elmin şükürü, onun-
la yaşamaq və onu başqalarına öyrətmək; bədənin şükürü isə, hər üzvü
yaradılış qayəsinə uyğun olaraq, Haqq yolunda istifadə etməkdir.
3. Qəlbi Şükür
Haqq Təalanı tanımaq, Ona məhəbbətlə bağlanmaq və Ondan gələn
hər hala razı olmaqdır.
Həqiqətdə Allahın nemətlərinə tam mənası ilə şükür edə bilmək müm-
kün deyildir. İnsanın gücü buna yetməz. Peyğəmbərlər belə, layiqi ilə şükür
edə bilmədikləri üçün aramsız istiğfar halında olmuşlar. Necə ki Həzrət
Peyğəmbər (səllallahu əleyhi və səlləm):
“Mən gündə yüz kərə istiğfar edirəm…” buyurmuşdur.
(Müslim, Zikir,
42)
Digər tərəfdən, bütün həmd və şükrün gerçəkləşməsi, Rəbbin quluna
böyük bir lütf və ehsandır. Yəni bir qulun əlindəki nemətlərə şükür edə
bilən olması da, ayrıca şükür etməsini lazımlı qılan bir nemətdir. Bu şükür
zəncirini sonsuzluğa doğru davam etdirdiyimiz təqdirdə görünür ki, yerinə
yetirilən hər şükür, yəni bir şükür borcu meydana gətirir. Bütün bu şükürləri
nəsib edən Haqq Təalaya şükür borcundan qurtarmaq mümkün ola bilməz.
Bax bunun üçün şükür borcunun tam və kamil mənada ödənməsində,
peyğəmbərlər daxil bütün insanlar aciz vəziyyətdədirlər.
Bunun kimi bizə düşən, Allahın nemətlərini dərk edə bilmək baxımından
aciz olduğumuzu bilmək və gücümüzün yetdiyi qədər şükür vəzifəmizi əda
etməyə səy göstərməkdir.
Hədisi-Şərifdə:
296
MN
“Nəfsini (yəni onda təzahür edən ilahi sənət və nemət qarşısında öz
acizliyini) bilən, Rəbbini bilir.” buyurmaqdadır.
(Əcluni, Kəşful-Xəfa, II, 361)
Bu
səbəbdən nemətlər sonsuz, dillər aciz, bədənlər zəif…
Ən böyük nemətlərdən biri də, o nemətlərin sahibini unutmamaqdır.
Nemətlərə şükür, yaxşı qullarda bu nemətlərin artmasına, şükürsüzlük isə
azalmasına səbəb olur. Şükürsüzlük halı bir nankorluqdur. Həm də axmaq
nankorluqdur. Məsələn, zəkatı verilməyən mal, nemət olmaqdan çıxıb bir
fitnə halına gəlir. Sahibi üçün bir müsibət səbəbi olur. Haqq Təala: “… On-
lara şiddətli bir əzabla müjdələ!” buyurmaqdadır.
(Tövbə surəsi, 34)
Yenə Allah (Cəllə Cəlaluh):
ﹺﻢ ﹺﻌﻨﻟا ﹺﻦﹶﻋ ﹴﺬﹺﺌﹶﻣﹾﻮﹶ ﻦﹸﻟﹶﺄ ﹾﺴﹸﺘﹶﻟ ﻢﹸﺛ
“Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər
barəsində mütləq sorğu-sual olunacaqsınız!”
(Təkasur surəsi, 8)
“…Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam.
Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən
şiddətlidir!”
(İbrahim surəsi, 7)
ﹺنوﹸﺮﹸﻔ ﹾﻜﹶﺗﹶﻻﹶو ﹺﻟ ﹾاوﹸﺮ ﹸﻜ ﹾﺷاﹶو ﹾﻢ ﹸﻛﹾﺮ ﹸﻛﹾذﹶأ ﹺﻧوﹸﺮ ﹸﻛﹾذﺎﹶﻓ
“Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada
salım! Mənə şükür edin, Məni danmayın!”
(Bəqərə surəsi, 152)
buyurur.
Müdrik qul, mənəvi və ruhani üstünlüyə sahib olan salehlərə qibtə
edib, onlar kimi olmağa səy göstərməlidir. Maddi yöndən özündən aşağı
vəziyyətdəkilərə baxıb şükür içində olması lazımdır.
Başda peyğəmbərlər olmaq üzrə, övliya və alimlərin, şükür dillərindən
və könüllərindən heç düşməmişdir.
Qurani-Kərimdə də Nuh (əleyhissəlam) üçün:
“O çox şükür edən bir bəndə idi!”
(İsra surəsi, 3)
İbrahim (əleyhissəlam) üçün:
“O, (Allahın) nemətlərinə şükür edən idi.”
(Nəhl surəsi, 121)
buyurur.
Allah Rəsulunun (səllallahu əleyhi və səlləm), gecələri uzun-uzun
namaz qılmaqdan ayaqları şişərdi. Həzrət Aişə (radiyallahu ənha):
297
MN
“–Ey Allahın Rəsulu! Siz, Allahın keçmiş və gələcək günahlarını
bağışlamış olduğu “Həbibullah”sınız. Allahın əfvinə nail olmuşkən vü-
cudunuza bu qədər əziyyət etməniz rəvadırmı?”-deyəndə, Kainatın
Əfəndisi:
“–Ey Aişə! Rəbbimə şükür edən bir qul olmayımmı?” buyurdu.
(Buxari, Təfsir, 48 / Müslim, Münafiqun, 8)
Şükür etmək, cənnət sərmayəsi, nankorluq isə cəhənnəm vəsiqəsidir.
Bu səbəbdən hər kəs, ona verilən nemətlərə çoxlu şükür etməyə
çalışmalıdır. Belə ki:
Alimlərin şükürü, Allahın, onlara bəxş etdiyi elmi, bu elmdən məhrum
olanlara yaymaq və bildiklərini tətbiq etməkdir. İmam Əzəmin halı, buna
gözəl bir nümunədir. Hənəfi məzhəbinin qurucusu olan İmam Əzəm, ömrü
boyu elmini ən gözəl şəkildə infaq etmişdir. Onun elmi nüfuzu və etdiyi
ictihadlar, böyük müctəhidlərdən İmam Əbu Yusif, İmam Məhəmməd və
İmam Züfər kimi İslam dünyasını aydınladan bir çox alimin yetişməsinə
vəsilə olmuşdur. O, elmin şərəf və heysiyyətini qorumaq üçün, zalım bir
xəlifəyə alət olaraq fətva verməmiş, bu səbəbdən zindanlarda çürüməyi və
qırmanclanmağı qəbul etmişdir.
Zənginlərin şükrü, “…Allah sənə (sərvət verməklə) yaxşılıq et-
diyi kimi, sən də (varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə)
yaxşılıq et…”
(Qəsəs surəsi, 77)
ayəti-cəliləsinin sirrinə görə hərəkət edərək,
mallarını Haqq yolunda lazımi yerlərə infaq etmələridir. Malın həqiqi sa-
hibinin Allah olduğu şüurunda olub, malları ilə qürurlanmamaları və onu
saçıb sovurmamalarıdır. Qısaca desək, şükür edən zənginlərdən olmağa
səy etməkdir.
Fağırların şükürü, səbir zinəti ilə bəzənməkdir. Səbirli fağırlar, şükür
edən zənginlərə ilahi rizanı qazanmaqda bərabərdirlər. Fağırlıqdakı həqiqi
şükürü anlamaq baxımından İbrahim Ədhəm ilə Şəqiqi-Bəlxi arasında
keçən bu söhbət nə qədər mənalıdır:
Şəqiqi-Bəlxi, İbrahim Ədhəmdən soruşur:
–Nə edirsən? Halın necədir?
İbrahim Ədhəm belə cavab verir:
–Tapanda şükür edirəm, tapmayanda səbir!...
298
MN
Şəqiqi-Bəlxi:
–Bunu bizim Xorasan itləri də edir! –deyincə İbrahim Ədhəm soruşur:
–Yaxşı, siz nə edirsiniz?
Şəqiqi-Bəlxi:
–Tapanda şükür edib infaq edirik. Tapmayanda isə səbir-şükür –
deyir.
Gözəl əxlaq sahibinin şükürü, özündəki bütün gözəlliklərin Haqq
Təalanın bir lütf və kərəmi olduğunu görə bilmək və digər insanları xor və
həqir görmədən, təvazökar olub başqalarına nümunə ola bilməkdir.
Təsəvvüf nemətinin şükürü; tabe olunan mürşidi-kamilə könüldən
bağlı olmaq, haram və halala diqqət etmək, bu nemətdən digər insanların
istifadəsi üçün də çalışmaqdır. Həzrət Peyğəmbərin (səllallahu əleyhi
və səlləm) “Məni qocaltdı” buyurduğu Hud surəsinin 112-ci ayəti-
kəriməsində:
ﹶﻚﹶﻌﹶﻣ ﹶبﺎﹶﺗﻦﹶﻣﹶو ﹶتﹾﺮﹺﻣﹸأﺎﹶﻤﹶﻛ ﹾﻢﹺﻘﹶﺘ ﹾﺳﺎﹶﻓ
“(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə
birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də düz (yolda)
olsunlar.” əmri lazımi qədər həyata istiqamət verməkdir. Qısaca desək,
Quran və sünnə əxlaqı ilə əxlaqlanmaq, Rəbbini tanımağa səy etmək və
bütün yaradılanlara xidmət etmə anlayışı içində olmaqdır.
Sağlam olanların və sağlam olmayanların şükürü, Allahın istəməsi ilə,
onlara verilən halların, bu dünyada keçici bir imtahan üçün olduğunu dərk
edərək, Onun təqdirinə təslim və hökmünə razı olmaqdır. Səhhətli şəxs,
bunun özünə Allah yolunda saleh əməllərdə istifadə edilməsi üçün verildi-
yini bilməli və o məqsəd üzrə yaşamalıdır. Səhhətsiz şəxs də, bu halının
özü üçün bəlkə də böyük bir nemət olduğunu düşünməli, “Ya Rəbbi! Hər
halıma şükürlər olsun!” duyğuları içində yaşamalıdır. Bilməlidir ki; gözü
görməyib, harama və dedi-qoduya bulaşmayan bir kimsə, gözləri görə-
görə harama baxan və fitnəyə düşən şəxsə görə nə qədər mənfəətli bir
vəziyyətdədir. Bu həqiqətlər ancaq qiyamət günü ortaya çıxacaqdır.
Ya Rəbbi! Bizi, Loğman (əleyhissəlam) kimi şükür edərək hikmətdən
nəsib alan; əlindən, dilindən və könlündən ümmətin faydalandığı qul-
larından eylə!
Amin!…
299
MN
TƏKRAR ÜÇÜN SUALLAR
1. Loğman Həkimin oğluna etdiyi nəsihətlərdən, sizi ən çox hansı
təsirləndirdi? Nə üçün?
2. Bir
övladın ata və anasına itaət edə bilməyəcəyi vəziyyətlər hansılardır?
Ayəti-kərimələr və Hədisi-Şəriflər işığında dəyərləndirin.
3. Loğman Həkimin səkkiz öyüdündən beş dənəsi hansılardır?
4. Kəsilən bir heyvanın ən yaxşı və ən pis yerləri Həzrət Loğmandan
(əleyhissəlam) istənildikdə, hər iki vəziyyətdə də heyvanın dilini və
ürəyini gətirməsinin səbəbini açıqlayın.
5. Allahın, qullarından istədiyi səbrin mahiyyəti və mükafatı haqqında
məlumat verin.
6. Kökü
cənnətə və cəhənnəmə qədər uzanan xislətlər hansılardır? Nə
üçün?
7. Allahın verdiyi nemətlərə qarşı necə şükür edilməlidir? Şükürün növləri
hansılardır?
8. Əməli şükür necə edilir?
9. Peyğəmbər Əfəndimizin günahı olmadığı halda gündə yüz dəfə istiğfar
etməsinin səbəbini açıqlayın.
10. Allaha qarşı şükür borcunun tam və kamil mənada ödənilə bilməsi
mümkündürmü? Nə üçün?
A. Aşağıdakı sualları cavablandırın
300
MN
1. ……………,
qəlbdə ilahi nurun təzahür etməsi sayəsində əşyanın
həqiqətini və sirlərini dərk etmək deməkdir.
2. Loğman (əleyhissəlam) oğluna: “Ey oğlum! .............. özün üçün axirət
sərmayəsi eylə! Çünki təqva, mal və mülklə edilməyən bir ticarətdir!-
demişdir.
3. Haqq Təalanın ilahi sifət təzahürləri olan əzəmətli sənətini etiraf
etməyə və Onu öyməyə “………”; saysız lütf, nemət və ikramlarına
qarşı qəlb, dil və davranış ilə Ona təşəkkür etməyə də “………” deyi-
lir.
4. Haqq
Təalanı tanımaq, Ona məhəbbətlə bağlanmaq və Ondan gələn
hər hala razı olmaq ……… .............. dür.
B. Aşağıdakı boşluqları doldurun
301
MN
1. Aşağıdakılardan hansı Həz-
rət Loğmanın (əleyhissəlam),
şəxsin özünü mühafizə et-
məsi ilə əlaqəli oğluna verdiyi
nəsihətlərdən biri deyildir?
A. Başqalarının evində gözünü
qorumaq.
B. Bazar yerlərində malını qo-
rumaq.
C. Süfrədə əlini qorumaq.
D. İnsanlar arasında dilini qoru-
maq.
2. Aşağıdakılardan hansı Həzrət
Loğmanın (əleyhissəlam) oğ-
luna xatırlama və unutma ilə
əlaqəli verdiyi nəsihətlərdən
biri deyildir?
A. Allahı daim zikr et və heç fik-
rindən çıxarma.
B. Başqalarına etdiyin yaxşılıq-
ları mütləq unut.
C. Ölümü hər zaman xatırla,
heç unutma.
D. Başqalarının sənə etdiyi pis-
likləri əsla unutma.
3. Rəsulullahın (səllallahu əley-
hi və səlləm): “Vallahi mən səni
sevirəm” deyən şəxsə: “Əgər
məni sevirsən, fağırlıq üçün
özünə bir zireh hazırla. Çünki
məni sevənə fağırlıq, hədəfinə
axan seldən daha sürətli gəlir.”
(Tirmizi, Zühd, 36)
deməsindən
hansı nəticəni çıxara bilərik.
A. Həzrət Peyğəmbəri sevən
insanlar mütləq fağırlaşır.
B. Peyğəmbər Əfəndimizi se-
vənlər yalnız fağırlardır.
C. Peyğəmbər Əfəndimizi sev-
mənin şərti fağırlıq imtahanı
ilə başa çıxa bilməkdir.
D. Həzrət Peyğəmbəri sevən
insanların bəla, müsibət və
yoxsulluqla imtahanları olur.
C. Aşağıdakı Sualların doğru cavablarını işarə edin
302
MN
4. Loğman Həkimə (əleyhissə-
lam) görə üç şey, üç yerdə
müəyyən olur. Aşağıdakı-
lardan hansı bunlardan biri
deyildir?
A. Yumşaq xasiyyətlilik – hirsli
olanda
B. İgidlik – hərb meydanında
C. Ağıllılıq – alış-verişdə
D. Qardaşlıq – çətin zaman-
larda
5. Aşağıdakılardan hansı hik-
mət sahibinin xüsusiyyətlə-
rindən biri deyildir?
A. Nəzəri elmləri təhsildən son-
ra ruhi kamala çatmışdır.
B. Dini mövzulardakı müba-
hisələrdə daim onun görüşü
qəbul olunur.
C. Nəfsini təzkiyə etmiş, qəl-
bində ilahi nur təzahür et-
mişdir.
D. İnsanlarla əlaqələrində doğ-
ru olanı danışır və davra-
nışlarında isabət olur.
Dostları ilə paylaş: |