“Həqiqətən, o, əvvəlkilərin (keçmiş peyğəmbərlərin) kitablarında
da mövcuddur.”
(Şüəra surəsi, 196)
Bu ayəti-kərimə, eyni zamanda, Həzrət Peyğəmbərin (səllallahu
əleyhi və səlləm) daha əvvəlki peyğəmbərlərə endirilmiş müqəddəs
kitablarda adının keçdiyini və onun gəlişi ilə bütün kainatın və ənbiyanın
müjdələndiyini xatırlatmaqdadır.
127
MN
Həzrət Davuda verilən Zəbur haqqında Qurani-Kərimdə belə buyru-
lur:
“Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda
da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim
saleh bəndələrimin daxil olacağını yazmışdıq.”
(Ənbiya surəsi, 105)
Qurani-Kərimdə Zəburla əlaqəli daha çox məlumat verilir. İslami qay-
naqlarda, Həzrət Davud haqqında bilik verilərkən, ona Zəburun verilmiş
olması, onun üstün xüsusiyyətlərindən biri olaraq anladılır.
İslam alimləri, Zəburda ehkamla əlaqəli məsələlərin, yəni Allah Təalanın
dində edilməsini və ya edilməməsini istədiyi hökmlərin yer almadığını,
onun sadəcə Haqq Təalaya yönəlmiş iltica (rəhmətinə sığınma) və mina-
catlardan (yalvarış və dua) ibarət olduğunu ifadə edirlər.
Buna görə Həzrət Davud, Həzrət Musadan sonra gələn peyğəmbər
olduğu üçün, dinin hökmlərini yerinə yetirmə məsələsində Tövrata əməl
etməkdə idi. Özünə endirilən Zəbur isə daha çox, insanların könlündəki
Allah sevgisini və eşqini açığa çıxaran; Haqq Təalaya iltica edilən ilahilərin
(Allaha aid) şer şəklində yer aldığı bir kitabdır.
Bugünkü Zəbur, Kitabi-Müqəddəsin (Tövrat) “Məzmurlar” bölməsində
yer alır. Məzmur kəlməsi, bir musiqi müşayiəti ilə söylənən incə mənalı
və yanıqlı parçalar mənasındadır. Məzmurların sayı 150-dir. Bunların 70-ə
yaxını Həzrət Davuda, digərlərinin isə başqalarına aid olduğu ifadə edilir.
Buna görə Yəhudilərin əlindəki Zəbur, Qurani-Kərimdə Həzrət Davuda
verildiyi bildirilən Zəbur deyildir. Çünki Kitabi-Müqəddəsin bütün bölmələri
ilk gəldiyi şəkli ilə mühafizə edilib qeyd olunmamışdır. Daha sonraları isə
bir çox bəşəri müdaxilələrə uğramış olması, Zəburun ilk və əsl nüsxəsi
mövcud ola biləcəyi ehtimalını ortadan götürmüşdür.
Belə ki, bu günkü Zəbur, Həzrət Davudun vəfatından beş yüz il sonra
yazılmağa başlanmışdır. Ona, Həzrət Davudun (əleyhissəlam) həyatı və
təbliği ilə bərabər, mənbəyi müəyyən edilə bilməyən təqribən 100 məchul
şairin şerlərindən də əlavə edildiyi rəvayət olunur.
Zəburdakı Tanrı inancı, Tövratdakı kimi antopomorfikdir. Yəni Tanrıya,
Onun zatı üluhiyyətinə yaraşmayan insani xüsusiyyətlər aid edilmişdir. Kita-
bi-Müqəddəsin digər bölmələrində olduğu kimi, bu bölməsində də Allaha
oğul hesab edilərək Tövhidə zidd bir inanc meydana gəlmişdir. Bugünkü
Zəbura görə Davud (əleyhissəlam) bir minacatında belə demişdir:
128
MN
“Rəbb mənə dedi: Sən mənim oğlumsan! Mən səni bu gün uşaq
götürdüm!”
(Məzmurlar, 2/7)
Nəticə olaraq görürük ki, bugünkü Zəbur, adicə bir şer kitabıdır. İçində
Həzrət Davuda (əleyhissəlam) və başqalarına isnad edilən bir neçə mina-
catlardan başqa bir şey yoxdur. Ondakı biliklərin nə qədərinin ilahi vəhy, nə
qədərinin şəxsi ilham və nə qədərinin bəşəri əlavə olduğunu ayırd etmək
mümkün deyildir.
129
MN
ALLAHIN KƏLAMINI GÖZƏL OXUMAQ
Allah kəlamı olan ayələrin, insanlar və cinlər üzərində meydana gətirdiyi
təsirin tam ola bilməsi üçün, oxunuşun xətasız olması qədər, oxuyanın
səs gözəlliyi də çox mühümdür. İnsanlar arası danışmalarda kəlmələr,
tələffüz edilişinə görə fərqli mənalara gələ bildiyi kimi, sözü söyləyənin
halına, jest və mimikalarına görə şəxslər üzərindəki təsiri də müxtəlif olur.
Məsələn, bir dilənçinin yalvarma üslubu yalnız seçdiyi kəlmələrlə deyil,
eyni zamanda kəlmələri tələffüz etmə tərzi ilə müəyyənləşir. Od və ölüm
saçan bir müharibədən əvvəl bir komandirin, əsgərlərini hərbə təşviq edən
danışmasında, təsirləndirici gücünün kəlmələrin ahəngində yer tapması
da buna bir nümunədir. Əslində mehtər marşlarının və musiqisinin insan-
lar üzərində meydana gətirdiyi coşqu da bu ahəngin meydana gətirdiyi
təsirindəndir.
İnsanlara aid bəsit sözlər üçün məqbul olan bu vəziyyətin, tayı-bərabəri
olmayan bir kəlam olan Qurani-Kərim üçün daha böyük bir əhəmiyyət
daşıyacağı aşkardır. Bəlkə də, Qurani-Kərim oxumağın sünnət, dinləməyin
fərz olması, onun çox gözəl oxunmasına verilən əhəmiyyətə bir işarədir.
Yenə bu incəlik səbəbdəndir ki, Qurani-Kərimin oxunması, İslami elmlər
arasında müstəqil bir sahə halına gəlmiş, “Qiraət elmi” deyilən bu elmə
o qədər əhəmiyyət verilmişdir ki, eyni məzhəb imamları kimi bu elmin də
imamları ortaya çıxmışdır.
İnsanlıq tarixində, Davud (əleyhissəlam), digər vəsflərindən daha çox,
“Davudi” deyə bilinən gözəl səsi ilə yad edilir. Qurani-Kərimin bəyanı ilə
bilirik ki, onun xariqüladə səsi ilə oxuduğu ilahi kəlam, quşları və dağları
130
MN
cuşa gətirir və özünə boyun əydirirdi. Onun bu möhtəşəm səsi ilə etdiyi
təsbihatda, bütün məxluqat və cəmadat da iştirak edirdi.
Səs, Allahın (Cəllə Cəlaluh) bəxş etdiyi ən böyük nemətlərdən biridir.
Səs olmasa, kainatda nə qədər böyük bir boşluq olardı. Səs, digər bir çox
nemətlər kimi xeyrə olduğu kimi şərə də alət edilməyə uyğundur. Digər
tərəfdən kainatda hər şeyin bir ziddi olduğu kimi səsin də yaxşı və pis
olanı vardır. Məsələn bülbül səsi, həssas bir ruha nə qədər fərəh verir, onu
nəşə ilə doldurursa, bunun ziddi olan qarğa səsi də o dərəcədə naraha-
tedicidir.
Səs, insanlar arasında olduğu qədər heyvanlar arasında da müsbət
və ya mənfi təsirlər meydana gətirir. Meşədə bir şir nərildəyəndə, bütün
zəif heyvanların, qorxudan ürəklərinin ağzına gelməsi və soyuqqanlı bir
heyvan olan ilanın, gözəl bir nəğmə duyduğunda Hind fağırının səbətindən
çıxıb ahənglə oynamağa başlaması buna bir nümunədir. Çöllərdə
dəvələrin hərəkətini artırmaq üçün də musiqinin vasitə olaraq istifadə ed-
ildiyi məlumdur.
Deyildiyinə görə ovçular, məsum görünüşlü zərif ceyranları bir bulaq
başında “ney” çalaraq ovlayırlar. Neyin səsini duyan ceyranlar, ağacların
arasından çıxıb bulaq başına gəlir, oraya çömbəlir, hərəkətsiz bir şəkildə
musiqini dinləyir və isti göz yaşı tökərlər. O əsnada gizlənmiş ovçular
da, bu cəld hərəkətli, fəal heyvanların belə hərəkətsiz hala gəlməsindən
istifadə edib onları ovlayırlar!
Heyvanlara belə bu qədər təsir edən səs, onlardan daha çox mükəmməl
olan insanı necə təsirləndirməz! Necə ki, pul səsi, dünyaya düşkünlərin;
su ilə bülbül səsi, romantik və şair ruhlu insanların; Quran ilə əzan sədası
da, ruhunu arındırmış Haqq yolçularının hüzur qaynağıdır.
Həzrət Peyğəmbər (səllallahu əleyhi və səlləm) də, ruhuna dünya
məsələləri ağırlıq verdiyi zamanlar, rahatlanmaq üçün:
“Ya Bilal! Bir əzan oxu, rahatlanım!…”-buyurardı.
(Əbu Davud, Ədəb,
78)
Bülbül oxuyarkən, qarşı dağlardan gələn əzanın əks sədası səmanın
boşluğunu doldurarkən, göy üzündən başqa səs gəlməz. Bax belə bir
anda, qəlbi həssasiyyətimiz nə qədərdirsə, o səsin bizdəki təsir və izi də
o qədər olur.
Həqiqətdə canlı, cansız bütün məxluqat fasiləsiz olaraq Haqq Təalanı
təsbih (zikr) etməkdədir. Bu vəziyyət ayəti-kərimədə:
131
MN
“Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis
edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin,
lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Al-
lah) həqiqətən, həlimdir, bağışlayandır!”
(İsra surəsi, 44)
şəklində ifadə
edilməkdədir. Onların bu təqdisini ancaq könül həssaslığına sahib insanlar
hiss edərlər. Onlar, kainatdakı bu zikrin vəcdi içindədirlər.
Məxluqatın bu zikr səsləri, hər kəsin duya bilməyəcəyi hərfsiz,
hərəkətsiz və səssiz ilahi ləfzlərdir. Bu sirli ləfzləri duya bilmək, ancaq bu
işin əhlinə aid keyfiyyətdir. Yunus İmrənin, “Sarı çiçək”lə böyük bir vəcd
içində söhbət etməsi də bu mahiyyətdədir.
Könlü zikr ilə hər an məşğul olan, onunla həmhal olmağı tabeləşdirən
kimsələr, duyduqları hər səsi zikr əzgisində tələqqi edərlər.
Qısaca, Allah qatında, dillə söylənsin, ya da söylənməsin, səslərin
ən gözəli, zikrdir. Zikr, öz xüsusi mənasının yanında ilahi kitablara da
isim olmuş, geniş və zəngin ehtivalı bir kəlmədir. Necə ki, ayəti-kərimədə
Tövratı-Şərif və Qurani-Kərimdən “Zikr” olaraq da bəhs edilir.
Bu etibarla səslər və nəfəslər, Haqq Təalanın ilk fərmanı olan “Yaradan
Rəbbinin adı ilə oxu!” əmrinə itaət edərək, Quran sədası ilə şərəf və
izzət qazanmışdır. Allah Rəsulu (səllallahu əleyhi və səlləm):
“Quranı səslərinizlə bəzəyin (onu gözəl səslərlə doğru və gözəl
şəkildə oxuyun) ”
(İbn Macə, İqamət, 176)
buyuraraq, eyni zamanda gözəl
səsin də Quranı gözəlləşdirəcəyini, onu daha təsirli hala gətirəcəyini ifadə
etmişdir.
“Quranı səslərinizlə gözəlləşdirin; çünki gözəl səs Quranın
gözəlliyini daha da artırır.”
(Darimi, Fəzailül-Quran, 34)
hədisi də bunu ifadə
edir.
Bir başqa rəvayətdə də Peyğəmbər Əfəndimiz (səllallahu əleyhi
və səlləm): “Quranı təğənni (avaz) ilə oxumayan kimsə bizdən dey-
ildir.”
(Buxari, Tövhid, 44; Əbu Davud, Vitr, 20)
buyurmuşdur. Bu Hədisi-Şərifdəki
“təğənni”dən məqsədin “səs gözəlliyi” olduğunu söyləyən alimlər, səsi
gözəl olmayanların isə, mümkün olduğu qədər Quranı gözəl oxumağa səy
göstərmələri lazım gəldiyini ifadə etmişlər.
Kəlamların ən gözəli Qurani-Kərim olduğu üçün insanın səsinin
ehtişam və gözəlliyi də Quran sədası ilə ortaya çıxır. Hər səsə doyulur
amma Quran sədasına əsla!…
132
MN
Rəsulullah (səllallahu əleyhi və səlləm) belə buyurmuşdur:
“Allah, gözəl səsli peyğəmbərin, Quranı təğənni ilə yüksək səslə
oxumasından xoşlandığı qədər heç bir şeydən xoşlanmamışdır.”
(Bux-
ari, Fəzailül-Quran, 19; Tövhid 32; Müslim, Müsafirin 232-234)
Tövbəkarların və çiləkeşlərin hüzuru da, davası da, Quranın ruhları
məst edən nəğmələrindədir. Bütün təsəllilər, daim onun nəğməsindən
qidalanır. Cənnətin dili onun dilindəndir.
Ancaq Quranın sədasına könlünü açmayan qafillər, həyatın zahirini
bilir, dəruni aləmindən isə məhrum qalırlar. Onlar, dünyəvi ləzzət və şəhvət
arxasınca qaçmaqdan, ilahi hikmət və incəlikləri anlaya bilməmişlər. Onlar,
bu dünya süfrəsindən acgözlülüklə istifadə etmişlər, lakin süfrənin sahibi
olan “Rəzzaq”ı tanımamışlar. Məzarlara yaxınlarını dəfn edərlər, torpağın
altındakı hallardan xəbərsiz yaşayarlar. Nə qəribədir ki, ilahi mülkdə
yaşayarlar, lakin mülkün sahibinə düşmən olarlar.
Qəlbi, Quran nuru ilə dolan möminlər isə, uca həqiqətləri təfəkkür (fi-
kir) etmək halındadırlar. Oxuduqları ilahi kəlam, onların könüllərinə hal dili
ilə:
“Allahın qulusan; Onun mülkündə yaşayırsan! Onun verdiyi rizqlərlə
rizqlənirsən; Quranın hikmət və sirlərini təfəkkürə (düşünməyə) dal,
Rəbbinə qəlbi-səlimlə yolçuluq et!” təlqinində olur.
Könlü, Quran ilə dolanlar, Haqq Təalaya qulluq düşüncəsi ilə yaşayırlar.
Özlərinə verilən nemətlərə şükr edərlər və fani həyatlarını əbədi həyatın
sərmayəsi edərlər. Bu etibarla, Kainatın Əfəndisinin (səllallahu əleyhi və
səlləm) feyzindən pay alanlar üçün Quran, yerin- göyün dili, ruhaniyyət və
bərəkət xəzinəsi halına gəlir. Çünki Peyğəmbər və Quran, Rəbbin qullarına
ehsan buyurduğu iki nur mənbəyidir.
Allahın sifətlərinin təcəlli etdiyi üç varlıqdan biri olan kainat, feli təcəlli;
Quran, kəlami təcəlli, insan da bütün təcəllilərin onda toplandığı bir özək
dəyərindədir. İnsansız bir dünya nə qədər sönük olarsa, Quransız bir in-
san da elə sönükdür. Necə ki Peyğəmbər Əfəndimiz (səllallahu əleyhi və
səlləm) belə buyurmuşdur:
“Qəlbində Qurandan bir miqdar olmayan kimsə xarab bir ev ki-
midir.”
(Tirmizi, Fəzailül-Quran, 18; Darimi, Fəzailül-Quran 1)
Kainat, səssiz bir Quran, Quran da səsli bir kainatdır. İnsan isə, ilahi
sirlərin bir təcəlli abidəsi olaraq, bunların özəyi, xülasəsi kimidir. Quran,
133
MN
bir bəyan möcüzəsi və Haqq nitqidir. Qurani həqiqətlərdən uzaq qalan bir
könül, iki cahanda da bədbəxtdir.
Quran həqiqətlərinə uyğun olaraq yaşanan bir həyat cənnət
həyatıdır.
Necə ki, Rəsulullahın (səllallahu əleyhi və səlləm):
“–Qəlblər, dəmirin paslandığı kimi paslanır.” -buyurması üzərinə:
“–Onun cilası nədir, ey Allahın Rəsulu?”-deyə soruşuldu.
O da:
“–Allahın kitabını çox oxumaq və Allahı çox-çox zikr etməkdir.”-
cavabını verdi.
(Əli əl-Müttəqi, Kənzül-Ümmal, II, 241)
Yenə Allah Rəsulunun (səllallahu əleyhi və səlləm):
–“Gözlərinizə ibadətdən nəsibini verin!”-ifadəsi üzərinə əshab:
–Gözlərin nəsibi nədir, ey Allahın Rəsulu?-deyə soruşdular.
O da:
“–Qurana baxmaq, Ondakıları düşünmək və Onun incəliklərindən
ibrət almaqdır.” -buyurdu.
(Süyuti, Cameüs-Səğir, I, 39)
Quran oxumaq, bir möminin həyatında o qədər mühümdür ki, Al-
lah Təala, Qurani-Kərimi oxuyanları sonsuz bir qazanc əldə edənlərdin
başında sayır:
“Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz
ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq
bir ticarət (savab) umarlar ki, (Allah) onlara (əməllərinin) mükafatlarını
versin və Öz lütfündən (kərəmindən) onlara artırsın! Həqiqətən, (Al-
lah) bağışlayandır, qədirbiləndir! (Bəndələrinə Ona etdikləri şükür
müqabilində bol nemət əta edər) .”
(Fatir surəsi, 29-30)
“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət
və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu
zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz
Rəbbinə təvəkkül edər.”
(Ənfal surəsi, 2)
Allahın kəlamını oxumaq, şübhəsiz ki, ibadətlərin ən fəzilətli
olanlarındandır. Buna görə ən gözəl şəkildə oxumaq zərurəti var. Allah
Təala:
ﻼ ﹺﺗﹾﺮﹶﺗ ﹶنآﹾﺮﹸﻘﹾﻟا ﹺﻞﺗﹶرﹶو
“…aramla (ağır-ağır) Quran oxu!”
(Muzzəmmil surəsi, 4)
Digər tərəfdən Qurani-Kərimi oxumanın yanında, oxunan Quranı sükut
ilə dinləmək də çox mühümdür. Çünki Quran oxumaq sünnət; dinləmək isə
fərzdir. Ayəti-kərimədə buyrulur:
ﹶنﻮ ﹸﻤﹶﺣﹾﺮﹸﺗ ﹾﻢ ﹸﻜﻠﹶﻌﹶﻟ ﹾاﻮﹸﺘ ﹺﺼﻧﹶأﹶو ﹸﹶﻟ ﹾاﻮﹸﻌﹺﻤﹶﺘ ﹾﺳﺎﹶﻓ ﹸنآﹾﺮﹸﻘﹾﻟا ﹶئﹺﺮﹸﻗاﹶذﹺإﹶو
“Quran oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində)
sizə rəhm olunsun!”
(Əraf surəsi, 204)
İstər namazda, istər başqa bir yerdə olsun, oxunan Quranı
mənasını yaxşıca anlamaq lazımdır. Onun öyüdlərindən faydalanmaq və
davranışlarımızı ona görə müəyyənləşdirmək üçün sükut edərək bütün
diqqətimizi oraya cəmləşdirməyimiz lazımdır.
Çünki susmaq, yaxşı dinləməyə şərait yaradır; yaxşı dinləmək, bəsirəti
artırır; bəsirətli olmaq, şəxsi iman və əməl etməyə sövq edir; iman və əməl
də insanı ilahi rəhmət və nemətlərə qovuşdurur.
Allah Rəsulu (səllallahu əleyhi və səlləm), Qurani-Kərimi başqasından
dinləməyi sevirdi. Bəzən ibn Məsuddan oxumasını istər və böyük bir mənəvi
həzlə onu dinləyərdi. Bir dəfə İbn Məsudu Quran oxuyarkən dinləmiş və
mübarək gözləri yaşarmışdı.
Bu hadisəni Abdullah ibn Məsud (radiyallahu ənh) belə nəql etmişdir:
Bir dəfə Nəbi (səllallahu əleyhi və səlləm) mənə:
“–Ey ibn Məsud! Mənə Quran oxu!” -buyurdu.
Mən də:
“–Ya Rəsulallah! Quran sənə göndərildiyi halda onu sizə necə
oxuyacağam?”-dedim.
Cavabında Allah Rəsulu (səllallahu əleyhi və səlləm):
“–Mən Quranı başqasından dinləməyi də sevirəm.” -buyurdu.
Bunun üzərinə mən, Nisa surəsini oxumağa başladım. 41-ci ayəti-
kəriməyə
10
çatanda, Allah Rəsulu:
134
MN
10. Ayənin məalı belədir: “(Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gəti-
rəcəyimiz və Səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?”
135
MN
“–Kafi” -buyurdu.
O əsnada gördüm ki, Rəsulullahın gözlərindən yaş axır.
(Buxari, Təfsir,
4/9; Müslim, Müsafirin, 247)
Əshabi-kiramdan Üseyd bin Xudayr, bir gecə vaxtı Bəqərə surəsi
və ya Kəhf surəsini xoş bir səda ilə dənə-dənə oxuyurdu. Atı da yanında
bağlı idi. Quran oxunarkən atı birdən ürkdü. Üseyd susunca; at sakitləşdi.
Təkrar oxumağa başladı. At, yenə şahə qalxdı. Üseyd təkrar susdu, at da
sakitləşdi. Üseyd bir daha oxumağa başlayınca, at yenə ürkdü. Üseyd də
daha Quran oxumağı saxladı. Oğlu Yəhya da ata yaxın bir yerdə yatırdı.
Atın uşağa bir zərər verməməsi üçün oğlu Yəhyanı geriyə çəkdi. Bu
əsnada başını göyə qaldırıb baxanda, qəndillər kimi bir sıra göy cisimlərinin
parladığını gördü. Sabah olduqda bu vəziyyəti Rəsulullaha bildirdi. Nəbi
(səllallahu əleyhi və səlləm) də ona:
“–Oxu, ey Xüdeyr oğlu, oxu ey Xüdeyr oğlu!” -buyurdu. Sonr da:
“Bilirsənmi, o göy üzündə gördüklərin nədir?” -buyurdu. Üseyd:
–Xeyr!-deyə cavab verdi.
Həzrət Peyğəmbər (səllallahu əleyhi və səlləm) də:
“–Ey Üseyd! Onlar mələklər olublar; sənin səsinə gəliblər. Əgər
Quran oxumağa davam etsəydin, sabaha qədər səni dinləyərdilər.
İnsanlar da onları görərdi və onlar xalqın gözündən qaçmazdı.…”-
buyurdu.
(Buxari, Fəzailül-Quran, 15; Müslim, Müsafirin, 240-243)
Hədisi-Şərif, Quran sədasının mələkləri, hətta heyvanları belə
təsirləndirdiyini ifadə edir. Kim bilir, dünya məşğuliyyətindən qurtulmuş,
nuraniyyətə bürünmüş qəlbə Quran, sirlərini necə açır?
Həzrət Ömərin: “Bəqərə surəsini on iki ildə xətm etdim və şükür üçün bir
dəvə qurban etdim.” (Qurtubi, Təfsir, I, 40) sözü, nə qədər düşündürücüdür!
Onun Quran oxuması, yalnız ləfzləri tələffüzdən ibarət deyildi. Əksinə,
Quranın hikmət və sirlərinə vaqif olub, oradakı ilahi incəlikləri qavrayaraq
və yaşayaraq oxumaqdı. Çünki həqiqi mənada Qurandan istifadə etmək
ancaq belə mümkün olur.
Həzrət Mövlana (qüddisə sirruh):
“Qurani-Kərimin zahirini bir miqdar mürəkkəb ilə yazmaq mümkündür.
Sirlərini yazmağa isə, neçə-neçə dəryalar, sahilsiz dənizlər yetməz!”-buy-
urur.
136
MN
Buna görə həqiqi Quran hafizi, Onu oxumağın zövqünə varmış olan,
hökmləri ilə əməl edən, əxlaqı ilə əxlaqlanan və hikmətləri ilə kama-
la çatan şəxsdir. Belə şəxslər vəfat edəndə, onlar üçün torpağa, “onun
cəsədini yemə!” əmri veriləcəkdir. Necə ki, Allah dostlarından Mahmud
Sami Ramazanoğlu (qüddisə sirruh) Adanada, bu xüsusiyyətləri daşıyan
bir hafizin vəfatından otuz il sonra, qəbrinin yanından yol keçdiyinə görə,
məzarın köçürülməsi üçün açıldığını, ancaq o şəxsin cəsədinin heç pozul-
madan durduğunu, həm də kəfəninin belə par-par parıldadığını görmüş və
bunu misal olaraq rəvayət etmişdir.
Allah Rəsulu (səllallahu əleyhi və səlləm):
“Sizin ən xeyirliniz, Quranı öyrənən və öyrədəninizdir.”-buyurur.
(Buxari, Fəzailül-Quran, 21)
Çünki Qurani-Kərim, Allahın öz qatından insanlığa göndərdiyi ülvi bir
kəlamdır, böyük bir hədiyyədir. Bununla əlaqədar Allah Rəsulu (səllallahu
əleyhi və səlləm) belə buyurmuşdur:
“Allahın kəlamının, yaratdıqlarının sözlərinə olan üstünlüyü,
Allahın, qullarına qarşı olan üstünlüyü kimidir.”
(Darimi, Fəzailul-Quran, 6)
Belə müəzzəm bir ilahi kəlamı ayıq bir könülə oxumaq lazımdır. Qu-
rani-Kərimi oxuyan şəxs Ondan, öz qəlbi kamilliyi və həssaslığı ölçüsündə
istifadə edir. Çünki Qurani-Kərimdəki ilahi sirr pərdələri, ancaq onları dərk
edə biləcək səviyyəyə çatmış qəlblərə açılır. Allah Rəsulu (səllallahu əleyhi
və səlləm):
“Quran oxuyan mömin, turunc meyvəsi kimidir; onun iyi də
xoşdur, dadı da. Quran oxumayan mömin xurma kimidir; iyi yox,
lakin dadı xoşdur. Quran oxuyan münafiq isə reyhana bənzər; iyi xoş,
dadı acıdır. Quran oxumayan münafiq, Əbu Cəhl qarpızına bənzər. İyi
olmadığı kimi, dadı da acıdır.”-buyurmuşdur.
(Buxari, Ətimə, 30; Fəzailül-Quran,
17, 36; Müslim, Müsafirin, 243)
Başqa bir Hədisi-Şərifdə:
“ Onlar Quran oxuyarlar, (lakin oxuduqları) boğazlarından aşağıya
keçməz”
(Buxari, Fəzailül-Quran, 36)
buyrulduğu üzrə, təfəkkür edərək
(düşünülərək) oxunmayan Qurani-Kərimdən, heç bir bərəkət əldə edilməz.
Quranı qəflət içində oxuyan kimsələr üçün Haqq Təala:
137
MN
ﺎﹶ ﹸﻟﺎﹶﻔﹾﻗﹶأ ﹴبﻮﹸﻠﹸﻗ ﹶﻠﹶﻋ ﹾمﹶأ ﹶنآﹾﺮﹸﻘﹾﻟا ﹶنوﹸﺮﺑﹶﺪﹶﺘﹶ ﹶﻼﹶﻓﹶأ
“Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid
vurulmuşdur?”-buyurur.
(Mühəmməd surəsi, 24)
Dərin və incə düşüncə sahibi olan böyük qəlbli qullar, bu xəbərdarlıqdan
böyük pay alırlar. Allah Rəsulu (səllallahu əleyhi və səlləm), “…Ey Rəbbimiz!
Sən bunları boş yerə yaratmamışsan! Sən pak və müqəddəssən! Bizi
cəhənnəm odunun əzabından (Özün) qoru!”
(Ali-İmran, 191)
ayəti-kəriməsi
vəhy olunduqda, göydəki ulduzları belə qibtə etdirəcək gözəllikdəki inci
dənəsi kimi göz yaşları ilə sabaha qədər ağlamışdır.
Ata (rahmətullahi əleyh) belə anladır: “Həzrət Aişəyə:
–Allah Rəsulunda gördüyün ən təəccüblü halı mənə deyərsənmi?-
dedim. Aişə anamız:
–Onun hansı halı təəccüblü deyil ki!-dedi və belə davam etdi; Bir gecə
yanıma gəldi, yatağa girdi, sonra:
“–İcazə verərsən qalxıb, Rəbbimə ibadət edim.”-buyurdu. Mən:
–Vallahi səninlə bərabər olmağı çox sevirəm, ancaq səni sevindirən
şeyi daha çox sevirəm,-dedim. Bundan sonra O qalxdı, dəstəmaz alıb
namaza durdu və ağlamağa başladı. O qədər ağladı ki, göz yaşları sinəsinə
axdı. Sonra rükuya əyildi, yenə ağladı, sonra səcdəyə qapandı, səcdədə
ikən də ağladı, sonra səcdədən başını qaldırdı yenə ağladı. Bu vəziyyət ta
Bilal gəlib sabah əzanını oxuyuncaya qədər davam etdi. Bilal (radiyallahu
ənh), Həbibi-Əkrəmin ağladığını görüncə:
–Ey Allahın Rəsulu, keçmiş və gələcək günahların bağışlandığı halda
səni ağladan nədir?-deyə soruşdu. Əfəndimiz:
“–Allaha çox şükür edən bir qul olmayımmı? Vallahi bu gecə mənə
elə ayələr endirildi ki, onları oxuyub, üstündə təfəkkür etməyənlərə
yazıqlar olsun!”-dedi və bu ayəti-kərimələri oxudu:
v
ﹺبﺎﹶﺒﹾﻟﹶ ﹾﻷا ﹺﻟوﹸﹺﻻ ﹴتﺎﹶ ﻵ ﹺرﺎﹶ ﻨﻟاﹶو ﹺﻞﹾ ﻠﻟا ﹺفﹶﻼﹺﺘ ﹾﺧاﹶو ﹺضﹾرﹶﻷاﹶو ﹺتاﹶوﺎﹶﻤﺴﻟا ﹺﻖﹾﻠﹶﺧ ﹺﻓ نﹺإ
ﹺتاﹶوﺎﹶﻤﺴﻟا ﹺﻖﹾﻠﹶﺧ ﹺﻓ ﹶنوﹸﺮﻜﹶﻔﹶﺘﹶ ﹶو ﹾﻢﹺ ﹺﺑﻮﹸﻨ ﹸﺟ ﹶ ﹶﻠﹶﻋﹶواﹰدﻮﹸﻌﹸﻗﹶوﺎﹰﻣﺎﹶ ﹺﻗ ﷲا ﹶنوﹸﺮ ﹸﻛﹾﺬﹶ ﹶﻦ ﹺﺬﻟا
v
ﹺرﺎﻨﻟا ﹶباﹶﺬﹶﻋﺎﹶﻨﹺﻘﹶﻓ ﹶﻚﹶﻧﺎﹶﺤﹾﺒ ﹸﺳﹰﻼﹺﻃﺎﹶﺑاﺬﹶ ﹶﺖﹾﻘﹶﻠﹶﺧﺎﹶﻣﺎﹶﻨﺑﹶر ﹺضﹾرﹶﻷاﹶو
138
MN
Dostları ilə paylaş: |