ġək. 20. RƏD üçün hazırlanmış daş evin zirzəmisi:
1-daldanacağın bərkidici raması; 2, 8-kərpiclə doldurulmuş hissə; 3-isitmə
qatı; 4-30-40 sm hündürlüklü torpaq örtüyü; 5-giriş qapısının əlavə bərkidi-
cisi; 6-xarici divarların torpaq bərkidicisi; 7-daxilolma kamerası; 9-xaricetmə
ġək. 21. Kərpic və ya daş evin RƏD üçün hazırlanması:
1-süzgəcli və qapaqlı hava borusu; 2-pəncərənin kərpic və ya daşla
hörülməsi; 3-30-40 sm hündürlüklü torpaq qatı; 4-tikilinin bərkidici raması;
5-bərkidilmiş qapı
79
RƏD-in sayı tələb olunan miqdarda olmadıqda qısa zaman
ərzində yeni radiasiya əleyhinə daldanacaqların yaradılması la-
zım gəlir. Bu məqsədlə minimal maliyyə vasitələri hesabına sa-
də daldanacaqların yaradılması mümkündür. Sadə daldanacaq-
lar əhalinin yalnız aralıq mərhələdə mühafizəsini təmin edə bi-
lər. Çalışmaq lazımdır ki, bütün əhali sığınacaqlarda və RƏD-
də yerləşdirilə bilsin. Sadə daldanacaqlar dağıntı ehtimalı ol-
mayan zonada ən azı yerüstü binaların hündürlüyünün yarısın-
dan 3 m kənarda olmaqla, mümkün olduqda daha boş olan sa-
hələrdə yaradılır. Yaxşı olar ki, sadə daldanacaqlar əhalinin
toplanma və qəbul köçürmə məntəqələrinə və ya köçürmə za-
manı əhalinin toplanma, mindirilmə və ya boşaldılma stansiya-
larına yaxın yerlərdə qazılsın.
ġək. 22. Sadə daldanacaq:
a) açıq; b) dəmir beton örtüklü;
1-daldalananlar üçün oturacaq; 2-5-6 sm diametri bərkidici;
3-bərkidici lövhə; 4-berma; 5-bərkidici divar; 6-su ötürücü arx;
7-yüklənməmiş berma; 8-dəmir beton örtük; 9-torpaq qatı
Sadə daldanacağın bir növü şəkildə göstərilmişdir. Belə
daldanacağı istənilən torpaqda qazmaq mümkündür. Əgər in-
sanlar sadə və açıq daldanacaqda yerləşərsə onda onlara açıq
şəraitdə insanlara nisbətən zərbə dalğası, işıq şüalanması və nü-
fuzedici radiasiyanın təsiri 1,5-2 dəfə, yerin radioaktiv çirklən-
80
məsi ilə şüalanma xəstəliklərinin ehtimalı 2-3 dəfə az olur.
Açıq daldanacaq 170-180 sm dərinlikdə, yuxarıdan 110-120
sm, dibində isə 80 sm enində qazılır. Qazmanın bu ölçüsü ora-
da olan insanlar üçün minimal şəraiti təmin edir və onları zərbə
dalğasının təsirindən qoruya bilir.
Qazmanın uzunluğu orada daldalanan insanarın sayından
asılı olaraq müəyyən edilir. Daldanacağın tutumu hər bir insan
üçün 0,5-0,6 m məsafə hesabı ilə təyin olunur. Qazmanın uzun-
luğu həmçinin dincəlmə üçün hər insan üçün 1,5-1,8 m
məsafəsi və 3 dincəlmə məsafələrinin cəmi hesablanır. Belə
qazmanı uzunluğu 8-10 m təşkil edir. Adətən açıq tipli dalda-
nacaq 10-15 nəfərlik, maksimum isə 50 nəfərlik olur. Zərbə
dalğasının təsirini azaltmaq məqsədi ilə daldanacaq ziq-zaq və
ya kəsik trayektoriyalı qazılır. Daldanacağın düz hissəsinin
uzunluğu 15 m-dən artıq, daldanacaqlar arası məsafə isə 10 m-
dən az olmamalıdır. 10-20 nəfərlik daldanacaqlara adətən bir
giriş, daha çox tutumlu daldanacaqlara isə hər iki tərəfdən giriş
qoyulur. Giriş düşmənin nüvə partlayışı törətdiyi istiqamətdən
əks tərəfdə planlaşdırılır. Giriş 30-40 sm hündürlüklü 5-6 pillə-
si olan 2-2,5 m pilləkandan ibarət olur.
İnsanların daha etibarlı mühafizəsi üçün taxta, tir, dəmir
beton örtüklü daldanacaqlardan istifadə olunur. Mümkün da-
ğıntı zonalarında örtülü daldanacaqlar daha geniş tətbiq olunur.
Belə daldanacaqlar örtüldükdən sonra üzərinə 30-40 sm torpaq
örtüyü verilir.
Sadə daldanacaq kimi relyefin imkan yaratdığı yarğanlar-
dan, səngərlərdən, silos quyularından və s. istifadə edilməsi
mümkündür.
4.4. Fərdi mühafizə vasitələri
Müasir qırğın silahlarından mühafizə məqsədilə əhalinin
mühafizə qurğularında daldalandırılması, təhlükəli sahələrdən
köçürülməsi ilə yanaşı, fərdi və tibbi mühafizə vasitələrindən
81
vaxtında və
düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə
malikdir. Bu mühafizə vasitələrindən istifadə edilməsi lüzumu
onunla izah edilir ki, nüvə, kimyəvi və ya bakterioloji silah isti-
fadə edilərkən əhali, qoşunların, mülki müdafiə dəstələrinin
şəxsi heyəti müəyyən muddət radioaktiv maddələr (RM), zə-
hərləyici maddələr (ZM), yaxud bakterial vasitələrlə (BV) zə-
hərlənmiş sahələrdə və ya atmosferdə qalmalı, ya da burada xi-
lasetmə işləri aparmalı olacaqlar.
Fərdi muhafizə vasitələri aşağıdakılardan ibarətdir:
- tənəffüs orqanlarının mühafizə vasitələri;
- dəri səthinin mühafizə vasitələri.
Tənəffüs orqanlarını mühafizə vasitələrinə əleyhqazlar,
respiratorlar və əhalinin ozü tərəfindən hazırlanan ən sadə vasi-
tələr aiddir.
ġək. 23. Fərdi mühafizə vasitələrinin təsnifatı
Əleyhqazlar. Müasir əleyhqazlar insanın tənəffüs orqanla-
Sad
ə
vasit
ələr
T
əc
rid
ed
ici
əley
hq
az
lar
R
esp
er
ato
rlar
Sü
zg
ən
cli
əley
hq
az
la
r
Yar
dım
çı
vasit
ələr
Tənəffüs üzvlərinin vasitələri
Dərinin MV
Tibbi-fərdi MV
Fər
di d
ər
m
an
q
utu
su
Kim
ya
ə
ley
hin
ə
fə
rd
i z
ərf
Fər
di sar
ğı
zər
fi
Fərdi-mühafizə vasitələri
Yü
ng
ül m
üh
af
izə
ko
sty
um
u
Üm
um
i q
oş
un
m
üh
af
izə
dəsti
82
rını və gözlərini havadakı zəhərləyici maddələrin (buxar, du-
man, qaz, tüstü, ZM damcıları), radioaktiv maddələrin təsirin-
dən, həmçinin aerozol halındakı yoluxdurucu patogen mikroor-
qanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə
yüksək qoruyucu xassələrə və istismar göstəricilərinə malikdir.
Bu əleyhqazların təcridedici və süzücü növləri vardır. Süzücü
əleyhqazlar (ümumqoşun, mülki, uşaq əleyhqazları) daha geniş
yayılmışdır. Onların quruluşu – içərisində fəallaşdırılmış (ka-
talizator) kömür və aerozol əleyhinə (tüstü əleyhinə) süzgəclər
olan süzücü-uducu qutunun daxili qatlarından keçərkən zəhərli
havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır. Süzücü-udu-
cu qutunun mühafizəedici qatları karbon 2-oksidi (dəm qazını)
udub saxlaya bilmir, buna görə də tənəffüs orqanlarının karbon
2-oksiddən mühafizəsinin təmin edilməsi üçün xüsusi (hopka-
lit) patrondan istifadə olunur ki, bu patron əleyhqazın birləşdi-
rici borusu (üzlük hissəsi) ilə süzücü-uducu qutusu arasında
yerləşdirilir (qutuya burulub birləşdirilir).
ġək. 24. Süzücü əleyhqaz ГП-7:
1-üzlük hissə; 2–süzücü-uducu qutu; 3-parça örtük; 4-nəfəsalma
klapanı; 5-danışıq vasitəsi; 6-nəfəsvermə klapanı; 7-obtürator; 8-başlıq;
9-alın qayışı; 10-çənəaltı qayışı; 11-yanaqüstü qayışlar; 12-toqqalar;
13-çanta; 14-su qabı (flyaqa); 15-rezin boru
83
Hazırda ölkəmizin MM sistemində yaşlı əhalinin mühafi-
zəsi üçün ГП-5. ГП-5 m, ГП-7 (ГП-mülki əleyhqaz) əleyhqaz-
larından; uşaqların mühafizəsi üçün ДП-6 m (uşaq əleyhqazı,
6-cı tipi, kiçik ölçülü), ДП-6, ПДФ-7 (süzücü uşaq əleyhqazı,
7-ci tipi), ПДФ-Д (süzücu uşaq əleyhqazı, məktəbəqədər yaşlı-
lar üçün) və ПДФ-Ш (süzücü uşaq əleyhqazı, məktəblilər
üçün) süzücü əleyhqazlardan istifadə oluna bilər. Bunlardan
əlavə, 1,5 yaşadək olan körpələrin mühafizəsi üçün КЗД-6
(uşaq mühafizə kamerası, 6-cı tipi) uşağı mühafizə cihazı var-
dır.
Tabeldənkənar əleyhqazlara sənaye əleyhqazları, xüsusən
kimya müəssisələrində işlədilən əleyhqazlar aiddir. Bu əleyh-
qazların qutuları xüsusiləşdirilmişdir, yəni müəyyən bir zəhərli
maddədən mühafizə üçün nəzərdə tutulmuşdur, ona görə də
qutunun tərkibində müxtəlif uducular və aerozol süzgəcləri ola
bilər.
ġək. 25. Uşaq əleyhqazı:
1-gövdə; 2-obtürator; 3-birləşdirici boru; 4-gözlük; 5-nəfəsalma
klapanı; 6-nəfəsvermə klapanı; 7-süzücü-uducu qutu; 8-geydirilmə qayka;
9-başlıq; 10-qarant toqqaları; 11-çanta
84
ġək. 26. Uşaq mühafizə kamerası КЗД -6:
a) Qayışda daşıma; b) Xizəkdə və ya uşaq arabasında daşıma
1-üzlük hissə; 2-diffuziyasorbent elementi; 3-çiyin qayışı; 4-karkas;
5-döşəmə hissəsi; 6-sıxıcı; 7-nəzarət pəncərəsi; 8-əlcək
Süzücü əleyhqaz süzücü-uducu qutudan və üzlük hissədən
ibarətdir. Əleyhqazın komplektinə (dəstinə) həmçinin onun
çantası və
tərləməyən plyonkalar olan qutucuq, yaxud əleyhqa-
zın üzlük hissəsindəki gözlüyün şüşələrini tərdən qoruyan xü-
susi qələm də daxildir.
ГП-5 və ГП-5M əleyhqazları kiçik ölçülü (ГП-5 tipli) sü-
zücü-uducu qutu və şlemmaska tipli üzlük hissə ilə komplekt-
ləşdirilir. ГП-5m əleyhqazının şlemmaskasında membranlı qu-
tu var (qutuda danışıq tərtibatı yerləşdirilmişdir). ГП-5 və
ГП-5 m əleyhqazlarının üzlük hissələrində birləşdirici boru ol-
mur, onlar bilavasitə süzücü-uducu qutuya birləşdirilir. Şlem-
maskalar beş ölçüdə (membranlı şlemmaskalar 4 ölçüdə) isteh-
sal edilir. Şlemmaskanın ölçüləri onun çənəaltı hissəsində rə-
qəmlərlə göstərilir (şək. 27).
85
ġək. 27. Süzücü əleyhqaz ГП-5:
1-əleyhqaz qutusu; 2-tərləməyən plyonkalar olan qutu; 3-şlem-maska;
4-çanta
ġək. 28. Süzücü əleyhqaz ГП-5 əleyhqazlarının üzlük hissəsini
seçmək üçün insanın üz hissəsinin ölçülməsi
ГП-5 tipli əleyhqazların üzlük hissəsini seçərkən başı: ya-
naqlar-çənəaltı hissədən keçən dairəvi xətt üzrə ölçürlər. Alı-
nan nəticəni 0,5 sm-ə qədər yuvarlaqlayırlar.
Alınan kəmiyyət 63 sm-ə (membranlı şlemmaska üçün 61
sm) qədər olarsa - "0” ölçülü; 63,5-dən 65 sm-ə (61.5-dən 64
sm-ə) qədər olarsa - 1-ci; 65,5-dən 68 sm-ə (64,5-den 67 sm-ə)
qədər olarsa – 2-ci, 68,5-dən 70.5 sm-ə (67,5-dən artıq) qədər
olarsa - 3-cü; 71 sm –dən artıq olarsa 4-cü ölçülü şlemmaska
86
lazımdır (şək. 29).
Şaquli çevrə- başı, kəllə-yanaqlar-çənəaltı hissə üzrə keçən
dairəvi xətt ilə ölçməklə müəyyən edilir.
Məsələn, əgər başın şaquli və üfüqi çevrələrini ölçmə nəti-
cələrinin cəmi 118,5-121 sm-ə bərabərdirsə, bu, maskanın 1-ci
ölçüsünə, 121,5-126 sm-2-ci; 126,5 sm-dən artıqdırsa 3-cü
ölçüsünə müvafiq gəlir.
ġək. 29. Süzücü əleyhqaz ГП-7-nin üzlük hissəsinin seçilməsi:
a) üfüqi; b) şaquli
Uşaq əleyhqazları quruluşca müxtəlifdir: ДП-6 sm uşaq
əleyhqazları 1.5 yaşdan yuxarı kiçikyaşlı uşaqlar üçündür. Bu
əleyhqaz ДП-6M tipli yüngülləşdirilmiş süzücü-qutudan və
üzlük hissə olaraq dörd (1; 2; 3; 4) ölçülü МД-1 maskasından
(uşaq maskası, 1-ci tipli) ibarətdir süzücü-uducu qutu və üzlük
hissə olaraq yalnız 5-ci ölçülü МД-1 marakası ilə komplektləş-
dirilmiş-dir.
ПДФ-7 əlehqazları kiçik və böyük yaşlı uşaqlar üçündür;
ГП-5 tipli süzücü-uducu qutudan və üzlük hissə olaraq dörd (1;
2; 3; 4) ölçülü MД-3 maskalarından ibarətdir.
ПДФ-Ш əleyhqazı 7 yaşdan 17 yaşa qədər olan uşaqlar
üçündür; ГП- 5 tipli süzücü-uducu qutudan və üzlük hissə ola-
raq iki ölçülü (3; 4) МД- 3 maskaları və ya dörd (0; 1; 2; 3) öl-
çülü şlemmaskalardan ibarətdir.
Uşaq əleyhqazlarının quruluşu (yuxarıda göstərilən xüsu-
87
siyyətlər istisna edilməklə) və iş prinsipi yaşlı adamlar üçün
olan əleyhqazlarınkı kimidir.
Təcridedici əleyhqazlar (ИП-4, ИП-46) (şək. 30). Təcridedi-
ci əleyhqazlar ИП-4, ИП-5 və ya təcridedici oksigen cihazları
(КИП-5, КИП-7, КИП-8) adamın tənəffüs orqanlarını ətrafda-
kı havadan tamamilə təcrid edir; nəfəs almaq üçün regenerativ
(bərpaedici) patrondan alınan, yaxud oksigen balondan verilən
oksigendən istifadə olunur.
ġək. 30. Təcridedici əleyhqazlar: ИП -4
ġək. 31. Təcridedici əleyhqazlar:
a) 1-Maska MİA–1; 2-regenerativ patron; 3-karkas; 4-nəfəsalma kisəsi;
5-çanta; 6-danişiq vasitəsi; 7-işəsalma qurğusu; b) 1-üzlük hissə; 2-nəfəs-
alma kisəsi; 3-regenerativ patron
88
Belə əleyhqazlar və cihazlar: havada ZМ-in konsentrasiya-
sı çox yüksək olduğu üçün ZМ süzücü qutudan "keçmək qor-
xusu yaradan və süzücü əleyhqaz etibarlı surətdə mühafizəni
təmin etməyən hallarda; havada karbon 2-oksidin konsentrasiya-
sı yüksək olduqda işlədilir.
Oksigenlə təchizetmə prinsipinə görə təcridedici əleyhqaz
və cihazlar iki qrupa ayrılır: kimyəvi əlaqəli oksigenlə və sı-
xılmış oksigenlə təchiz edən cihazlar. Birinci qrupa ИП - 4,
ИП - 46 M əleyhqazları, II
qrupa ИП - 5, КИП - 7, КИП - 8 ci-
hazları aiddir.
Respiratorlar. Tənəffüs orqanlarını radioaktiv maddə və
bakterial vasitə aerozollarından (tozlarından), habelə zəhərli
tüstülərdən mühafizə üçün respiratorlardan istifadə olunur. ZМ
buxarlarından mühafizə üçün respiratorlar yararlı deyil. Yaşlı
əhali üçün R-2, uşaqlar üçün R-2D növlü respiratorlar mövcud-
dur. R-2 respiratoru süzücü yarımmaskadan ibarətdir ki, ondan
dəfələrlə istifadə etmək və 12 saatadək mühafizə olunmaq
mümkündür.
ġək. 32. Toz əleyhinə sənaye respiratorları:
1-Rezin yarımmaska; 2-aerozol əleyhinə (sökülən) süzgəc;
3-nəfəsvermə klapanı; 4-başlıq
R-2D respiratoru uşaqlar üçün nəzərdə tutulan respirator
növüdür, kiçik ölçülərə malikdir, fasiləsiz olaraq 4 saat ərzində
mühafızəni təmin edir.
89
Tənəffüs orqanlarını mühafizə edən ən sadə vasitələr.
Belə vasitələrdən əhali respirator kimi istifadə edə bilər. Bunlar
quruluşca çox sadədir, ona görə də əhalinin özü tərəfindən ha-
zırlanan kütləvi mühafizə vasitəsi olaraq işlədilməsi tövsiyə
edilir. Tənəffüs orqanlarının ən sadə mühafizə vasitələrinə
tozdan qoruyan parça maska: PTM-1 və pambıqlı tənzif sarğı
aiddir. Hə bir adamın iş və yaşayış yerində belə mühafızə vasi-
tələri olmalıdır.
Tozdan qoruyan PTM-1 parça maskası iki əsas hissədən –
maskanın gövdəsindən və bərkidici hissədən ibarətdir. Maska-
nın gövdəsi 2-4 qat parçadan hazırlanır, onun göz yerləri olur
ki, buraya şüşə lövhəcikləri (və ya hər hansı şəffaf material,
plyonka) salınır. Maska başa onun yan kənarları boyu tikilmiş
parça zolaq (bərkidici hissə) vasitəsilə geyilir. Bərkidici hissə-
nin yuxarı tikiş yerindəki rezin və aşağı tikiş yerindəki bağlar
vasitəsilə, həmçinin gövdənin yuxarı kənarı boyu eninə bənd
edilmiş rezin vasitəsilə maskanın üzə kip yatması təmin edilir
ki, bu da maskanın altına zəhərli hava keçməsinin qarşısını alır.
Nəfəsalma zamanı parçanın bütün qatlarından keçən hava mas-
kanın bütün səthində süzülüb təmizlənir.
Pambıqlı tənzif sarğı ölçüləri 100x50 sm olan tənzif parça-
sından hazırlanır. Onun orta hissəsinin üzərinə 30x20 sm sahə-
də qalınlığı 2 sm olan pambıq qatı döşəyir, tənzifin artıq qalan
hər iki kənarını uzununa pambıq qatı üstünə qatlayır, tənzifın
uclarını ortadan uzunununa kəsirlər, bu zaman iki cüt bağ alı-
nır. Sarğını taxarkən onun aşağı bağları kəllədə, yuxan bağları
isə peysərdə bənd edilir. Pambıqlı tənzif sarğı ağızı və burunu
əhatə edib örtməlidir. Belə sarğılar ancaq bir dəfə istifadə üçün
yararlıdır. Parça maska və ya sarğı olmadıqda dəsmaldan, şərf-
dən, yaylıqdan və s. istifadə etmək lazımdır. Gözləri radioaktiv
tozdan qorumaq üçün tozdan qoruyan eynək taxmaq olar.
Dəri səthini mühafizə vasitələri - bədənin açıq sahələrini,
paltarları, sursatı və ayaqqabıları onların səthinə ZM damcıları,
yoluxucu xəstəliktörədiciləri, radioaktiv toz düşməsindən,
90
həmçinin qismən də işıq şüalanmasının təsirindən mühafizə et-
mək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə
(ümumqoşun mühafizə komplekti- ОЗК, yüngül mühafizə
kostyumu Л-1 və əlaltı vasitələr məişət paltarlarının ünsürləri)
növlərinə ayrılır. Mühafizə prinsipinə görə tabel vasitələrinin
süzücü (havakeçirən) və təcridedici (havakeçirməyən) növləri
olur.
Süzücü materialdan tikilən mühafizə paltarları ya həmişə,
yaxud da vaxtaşırı istifadə üçündür. Belə paltarlar adi parçadan
tikilib xüsusi kimyəvi məhlul hopdurulmuş geyimdən ibarətdir.
Özünün sanitariya-gigiyenik xassələrinə görə belə paltarlar hər
gün geyilmək üçün yararlıdır.
Dərini mühafizə edən süzücü vasitələrə ЗФН-58 markalı
süzücü mühafizə paltarı komplekti (dəsti) aiddir: Bu paltar dəs-
ti: xüsusi biçimli və xüsusi kimyəvi maddə - pasta məhlulu
hopduruldulmuş parça kombinezondan, habelə kişi alt paltarın-
dan (tuman və köynək), parça şlemaltlıqdan, iki cüt portyanka-
dan (ayağa sarınan parça zolaqları) ibarətdir ki, bunların bir cü-
tünə də kombinezona hopdurulmuş pasta hopdurulur. Hopduru-
cu pasta məhlulu ya zəhərləyici maddə buxarlarını tutub saxla-
yan (adsorbsiya tipli), ya da bu buxarları neytrallaşdıran (xe-
mosorbsiya tipli) kimyəvi maddələrdən ibarətdir. Alt paltarlar,
şlemaltlıq və hopdurulmuş bir cüt portyanka adamın bədəninə
kombinezonun sürtünməsinin və kombinezona hopdurulmuş
məhlulun dərini qıcıqlandırmasının qarşısını almaq üçündür.
Süzücü mühafizə paltarı komplektindəki kombinezonların
ölçüləri: birinci ölçü - boyu 160 sm-ə qədər, ikinci ölçü - boyu
160 sm-dən 170 sm-ə qədər və üçüncü ölçü - boyu 170 sm-dən
artıq olanlar üçündür.
Dərini təcridedici mühafizə vasitələri - havakeçirməyən
materialdan hazırlanır, həm tam hermetik (adamın bütün bədə-
nini örtüb ZM damcıları və buxarlarından qoruyan kostyum və
kombinezonlar), həm də qismən, yaxud tamamilə qeyri-herme-
tik (plaşlar, bürünclər önlüklər və s.) ola bilər. Qismən qeyri-
91
hermetik vasitələr (ümumqoşun mühafizə komplekti ОЗК, yün-
gül mühafizə komplekti Л-1, mühafizə kombinezonu və ya
kostyumu) əsasən maye damcıları halındakı ZM-dən mühafizə
edir.
Cədvəl 5
Ətraf havanın temperaturundan asılı olaraq adamın
təcridedici mühafizə paltarında qalma müddəti
Ətraf havanın
temperaturu,
0
C
Bədənin səthini qoruyan təcridedici
paltarlarda qalma müddəti
Ekranlayıcı nəm
kombinezonsuz
Ekranlayıcı nəm
kombinezonla
+30
0
C və daha artıq
15-20 dəqiqə
1-1,5 saat
25-29
30 dəqiqə
1,5-2 saat
20-24
45 dəqiqəyə qədər
2-2,5 saat
15-19
2 saat qədər
2 saatdan artıq
+15-dən aşağı
3 saatdan artıq
-
Ümumqoşun mühafizə komplekti OЗК - mühafizə plaşın-
dan mühafizə corablarından və mühafizə əlcəklərindən ibarət-
dir, adətən hopdurulmuş üst və alt paltarların üstündən geyilir.
Yüngül mühafizə kostyumu Л-l (şəkil 33) rezinləşdirilmiş
parçadan hazırlanan başlıqlı köynəkdən, corablı şalvardan, iki-
barmaqlı əlcəklərdən və şlemaltlıqdan ibarətdir.
ġək. 33. Yüngül mühafizə kostyumu başlıqlı gödəkçə;
corablı şalvar; başlıqaltı; əlcək; torba; kostyum
92
Dərini təcridedən mühafizə vasitələri MM dəstələrinin
şəxsi heyəti üçün nəzərdə tutulmuşdur. Bunlardan ZM-in
yüksək konsentrasiyası şəraitində zəhərli sahələrdə iş
aparılarkən, habelə deqazasiya, dezaktivasiya və dezinfeksiya
işləri yerinə yetirilərkən istifadə edilir.
Radioaktiv tozdan mühafizə olunmaq üçün əhali adi
paltarları uyğunlaşdıra bilər. Belə paltarların hermetikliyini
təmin etmək üçün onlara əlavə hissələr: sinəbənd, başlıq,
şalvarların yanda düymələnən yerlərinə xiştəkler tikmək
lazımdır. RM-dən mühafizə üçün həmçinin dəri səthini
qoruyan əlaltı vasitələrdən (əlavə olaraq kipləşdirilmiş məişət,
iş, idman paltarı və ayaqqabılarından, digər fərdi geyimlərdən)
istifadə oluna bilər.
Yadda saxlamaq lazımdır ki, təcridedici mühafizə paltarla-
rında qalmaq müddəti məhduddur (cədvəl 5).
Tutqun və küləkli havada, habelə kölgədə işləyərkən mü-
hafizə vasitələrində qalma müddəti 5-ci cədvəldə göstərilənlərə
nisbətən 1,5 dəfə artırıla bilər.
4.5. Tibbi fərdi mühafizə vasitələri
Tibbi fərdi mühafizə vasitələri (TFMV) fövqəladə hallar
vaxtı zədələnmiş əhalinin profilaktikası və ona tibbi yardım
göstərmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyi ilə
adamların həyatını xilas etmək, zəhərlənmənin qarşısını almaq,
yaxud onu xeyli dərəcədə zəiflətmək, bir sıra zədələyici amil-
lərin (ionlaşdırıcı şüalanma, güclü zəhərlər, bakterial vasitələr)
təsirinə qarşı orqanizmin dayanaqlığını (müqavimətini) artır-
maq mümkündür. Bunlara radioprotektorlar, antidotlar (zəhər
əleyhinə dərman) və bakteriya əleyhinə maddələr, habelə qis-
mən sanitariya tənzimlənməsi vasitələri aid edilir.
Radioprotektorlar ionlaşdırıcı şüalanmanın təsir dərəcəsini
zəiflədən maddələrə deyilir. Hazırda bunlardan ən çox istifadə
ediləni həb şəklindəki sistarnin adlı maddədir. Bu həbləri
93
şüalanmadan (MM dəstələri radioktiv zəhərlənmə zonasına gir-
məzdən) 30-40 dəq əvvəl qəbul etmək məsləhətdir.
Orqanizmə keçən radioaktiv maddələrdən mühafizə üçün
xeyli təsirli tibbi vasitə olaraq kompleksyaradan (komplekson)
maddələrdən absorbentlərdən, kalium-yodid maddəsindən isti-
fadə etmək olar ki, bunlar radioaktiv maddənin qana sorulması-
nın qarşısnı alır və onların orqanizmdən tez çıxarılmasına im-
kan yaradır.
Antidotlar (zəhər əleyhinə dərman) ZM-in təsirinin qarşı-
sını alan və ya zəiflədən maddələrdir. Sinir-iflicedici (fosforlu-
üzvi) təsirli, sianid turşusuna və digər sianlara, lüizitə və qıcıq-
landırıcı ZM-yə qarşı antidotlar vardır.
Fosforlu-üzvi maddələr (FÜM) əleyhinə - afin, taren, atro-
pin və
sianidlərə qarşı - amilnitrit, propilnitrit adlı; lüizitə və ar-
sin tərkibli digər maddələrə qarşı - unitol adlı antidotlar möv-
cuddur. Bu antidotlardan həm profilaktika, həm də ilk tibbi
yardım vasitəsi kimi istifadə etmək mümkündür.
Bakteriya əleyhinə maddələr - spesifik və qeyri-spesifik
profilaktika vasitələri növlərinə ayrılır. Spesifik profilaktika
vasitələrinə zərdablar, vaksinlər, ana-toksinlər və bakteriofaq-
lar aiddir. Bu vasitələrin bəziləri fərdi aptekçədə (AИ-2 fərdi
aptekçəsində) cəmlənmişdir.
Tabel üzrə olan fərdi tibbi mühafizə vasitələrinə fərdi
aptekçə AИ-2, kimya əleyhinə fərdi paket ИПП-8 və fərdi
sarğı paketi aiddir.
AИ-2 fərdi aptekçəsində insan orqanizminə ionlaşdırıcı
şüalanmaların, ZM və BV-nin təsirinin qarşısını alan və ya bu
təsiri zəiflədən, habelə şok halının qarşısını alan preparatlar
(tibb dərmanları) olur. Aptekçə narıncı rəngli plastik kütlə
materialdan düzəldilmiş kiçik qutudan ibarətdir, içərisində
plastik kütlə şpris-tübiki və dərman penalları yerləşdirilmişdir
(şək. 34).
Sümüklər sınarkən, ağır yaralanma və geniş yanıqlar zama-
nı ağrı şokuna qarşı ağrıkəsən dərman - 1 ml 2%-li promedol
94
məhlulu işlədilir; məhlul aptekçənin 1-ci bölməsindəki şpris-tü-
bik vasitəsilə əzələyə (dəri altına) yeridilir (sülh dövründə
şpris-tübik aptekçədən çıxarılıb ayrı saxlanılır). Fosforlu-üzvi
maddələrlə zəhərlənməyə qarşı aptekçədə tabel antidotu olaraq
taren həbləri vardır (2-ci bölmədə yerləşir). Tarenin bir həbinin
"Kimya həyəçanı” xəbərdarlığı verilərkən qəbul edirlər; zəhər-
lənmənin əlamətləri aşkar olunarkən daha bir həb taren qəbul
etmək lazımdır.
Aptekçənin 3-cü bölməsindəki ağ rəngli iri penalda bakte-
riya əleyhinə 2 №li dərman-sulfadimetoksin (15 həb) yerləşir,
bunu zəhərlənmədən sonra mədə-bağırsaq pozuntusu baş verər-
kən qəbul edirlər.
İonlaşdırıcı şüalanmanın təsirinə orqanizmin müqavimətini
atırmaq üçün radiasiya əleyhinə 1 №-li dərman (sistamin) işlə-
dilir. Bu dərman 4-cü bölmədəki iki çəhrayı penalın hər birin-
də 6 həb miqdarında olur. Penallardakı dərmanı şüalanma təh-
lükəsi zamanı bilavasitə şüalanmadan 30-40 dəq. əvvəl 6 həb,
şüalanma davam etdikdə isə 4-5 saatdan sonra yenidən 6 həb
qəbul edirlər. Bu dərmanların səmərəliliyi 50% təşkil edir.
5-ci bölmədəki iki rəngsiz penalda bakteriya əleyhinə 1 №-
lı dərman-tetrosiklin (hər penalda 5 həb miqdarında) olur. Bu
dərmanı
bakterioloji zəhərlənmə təhlükəsi yaranarkən və ya
belə zəhərlənmə zamanı qəbul etmək məsləhət görülür (təcili
qeyri-spesifık profilaktik vasitə olaraq, habelə yara və yanıq
yoluxmalarının profilaktikası məqsədilə).
6-cı bölmədə radiasiya əleyhinə 2 № 9-li dərman (kalium-
yodid penalı yerləşir. Bu dərman radioaktiv çöküntülər düşər-
kən, xüsusən radioaktiv maddələrlə zəhərlənmiş ərazidə otarı-
lan inəklərin südü ilə orqanizmə radioaktiv maddə keçməsi təh-
lükəsi olarkən 10 gün
ərzində, gündə 1 həb qəbul edilir. Orqa-
nizmin şüalanmaya ürəkbulanması və qusma ilə meydana çıxan
ilk reaksiyasını aradan qaldırmaq üçün etaperazin dərmanından
istifadə edilir, bu dərman göy rəngli penalın 7-ci bölməsində
yerləşir.
|