ġək. 34. Fərdi aptekçə- АИ 2
Kimya əleyhinə fərdi paket (ИПП-8) - dəri səthinin ZM
damcıları və ya dumanı ilə, habelə radioaktiv maddə və bakte-
rial vasitə aerozolları ilə zəhərlənmiş açıq sahələrini, bu sahələ-
rə toxunan paltar hissələrini qismən sanitariya təmizlənməsin-
dən keçirmək (təmizləmək) üçündür. Bu paket içərisində hər
cür ZM-ni zəhərsizləşdirmək üçün
polideqazasiya mayesi olan
şüşə flakondan və 4 ədəd pambıq-tənzif salfetdən ibarətdir
(şək. 35).
Bir sıra ZM, xüsusən fosforlu-üzvi maddələr, hətta fıziki
zədələnməsi olmayan dəri örtüyündən bədənə sürətlə sorula
bildiyi üçün deqazasiyanın səmərəliliyi zəhərlənmədən sonra
sanitariya təmizlənməsinə başlanması müddətdən bilavasitə
96
asılı olur. Qismən sanitariya təmizlənməsi ZM mühafizə edil-
məmiş dəri örtüyünə təsir göstərəndən sonrakı 5 dəq müddətin-
də keçirilsə, onda təmizlənmə son dərəcədə səmərəli olacaqdır.
ġək. 35. Fərdi kimyəvi paket
Fərdi sarğı paketləri yaralara, yanıq yerlərinə sarğı qoy-
maq, habelə bəzi növ qanaxmaları dayandırmaq üçün işlədilir
(şək. 36).
ġək. 36. Fərdi sarğı paketi
97
5. AQRARSAHƏDƏ MÜLKĠ MÜDAFĠƏNĠN
XÜSUSĠYYƏTLƏRĠ
5.1. Aqrar sahədə iĢ dayanıqlığının əsasları
Dayanıqlıq dedikdə kənar təsirlərə baxmayaraq obyektin-
istehsal, tədris, səhiyyə müəssisələri, yaşayış binaları və s. nor-
mal işini və fəaliyyətini davam etdirməsi başa düşülür. Daya-
nıqlıq iki qrupa ayrılır:
1. Binanın konsruktiv-fiziki dayanıqlığı.
2. İstehsal müəssisəsinin iş dayanıqlığı.
Konstruktiv-fiziki dayanıqlıq təbiət qüvvələrinin (zəlzələ-
lər, sellər, daşqınlar, torpaq sürüşmələri və s.) və tətbiq olunan
hərbi vasitələrin (əsasən nüvə partlayışlarının) təsirinə baxma-
yaraq obyektin və ya yaşayış binasının bina konstruksiyasının
etibarlılığını ifadə edir. Məlumdur ki, respublikamızın ərazisi-
nin mütləq əksəriyyətini seysmik, sel və daşqın təhlükəli olan
zonalar təşkil edir. Düşmən hücumları ehtimal edildikdə hərbi
vasitələrin tətbiqi adətən əhalinin daha sıx məskunlaşdığı ərazi-
ləri (böyük şəhərləri və qəsəbələri), orada yerləşən həyati vacib
obyektləri – rabitə, hərbi – sənaye kompleksi obyektləri və s.
sıradan çıxarmağı nəzərdə tutur. Çünki bu zaman qarşı tərəfin
müdafiə qüdrəti əsaslı surətdə zəifləyir ki, bu da hərbi əməliy-
yatların taleyini həll edə bilər. Ona görə də inşaat işlərində tiki-
lilərin seysmik təkanlara və hərbi vasitələrin təsirinə qarşı da-
yanıqlılığı mütləq nəzərə alınmalıdır.
İş dayanıqlığı dedikdə, kənar təsirlərə baxmayaraq, isteh-
sal müəssisəsinin istehsal gücünə uyğun həcmdə və planlaşdı-
rılan çeşiddə məhsul istehsalını davam etdirməsi başa düşülür.
Kənd təsərrüfatı obyektinin və ya kənd təsərrüfatı istehsalat sa-
hələrinin iş dayanıqlığı digər istehsalat sahələrindən fərqli ola-
raq bir çox amillərdən asılıdır ki, onları üç əsas qrupda cəmləş-
dirmək mümkündür:
1. Müharibə və kütləvi qırğın vasitələrinin tətbiqi ilə əla-
98
qədar olmayan amillərin kənd təsərrüfatı istehsalına təsiri.
Göstərilən qrupa aşağıdakılar daxildir:
a) Torpağın münbitliyi. Torpaq kənd təsərrüfatında isteh-
salatın ən əsas vasitəsidir. Onun keyfiyyəti – münbitliyi ərzaq,
yem və texniki bitkilərin məhsuldarlığına birbaşa təsir göstərir.
Torpağın münbitliyi onun növündən, mexaniki və kimyəvi tər-
kibindən asılıdır. Torpaq münbit (qara, qara-qonur və s.) və az
münbit (qumlu, şoran) olmaqla iki yerə bölünür. Münbit tor-
paqlar külək və su eroziyası nəticəsində, həmçinin qulluğun la-
zımi səviyyədə olmaması ilə əlaqədar kənd təsərrüfatı bitkiləri-
nin ziyanvericiləri ilə zənginləşə bilər. Torpaqda əkilən ərzaq,
yem və texniki bitkilərin inkişafının vacib mərhələlərində onla-
ra üzvi və qeyri-üzvi gübrələrin verilməsi, təsərrüfatda növbəli
əkin sisteminin tətbiqi ilə torpağın münbitliyini qorumaq müm-
kündür. Torpaq növündən asılı olaraq ona verilən üzvi və qey-
ri-üzvi gübrələrin miqdarı dozalaşdırılır. Növbəli əkin isə tor-
pağa verilən kimyəvi preparatların miqdarını azaldır.
b) Hava-iqlim şəraiti. Hava-iqlim şəraiti kənd təsərrüfatı
bitki məhsullarının həcmində və heyvandarlığın inkişafında
əhəmiyyətli rol oynayır. Məlumdur ki, dünyada mövcud olan
11 iqlim qurşağından 9-u Azərbaycanda vardır. Ona görə də öl-
kəmizdə çeşidli kənd təsərrüfatı bitkilərinin əkilib-becərilməsi
rentabellidir. Hər bir bitki (pambıq, taxıl, qarğıdalı, yonca və
s.) öz inkişafı üçün müəyyən miqdarda günəş enerjisi, istilik,
nəmlik, mineral elementlər tələb edir. Torpaq və iqlim şəraiti
nəzərə alınmaqla Azərbaycan Respublikasında rayonlaşdırılmış
bitkilərin əkilməsi vacibdir. Ölkənin aran rayonlarında daha
çox istiliyə davamlı (meylli) bitkilərin becərilməsi əlverişlidir.
Bu zaman əsasən tozlanmanın (vegetasiya) əlverişli dövründə
düşən nəmliyin miqdarı mütləq nəzərə alınmalıdır. Bitkilərin
müvafiq iqlim qurşağında əkilməməsi onun yekun məhsuldarlı-
ğına əsaslı təsir göstərir. Heyvandarlıq sahəsində saxlanan hey-
vanların iqlim şəraitinə uyğun olması nəzərə alınmalıdır.
c) Meliorasiyanın vəziyyəti. Ölkəmizin bəzi regionlarında
99
yetişdirilən kənd təsərrüfatı bitkiləri təbii suvarılmaya (dəm-
yə), bəzi regionlarda isə süni suvarılmaya məruz qalır. Təbii
suvarılma olan regionlarda bitkinin yetişkənlik dövründə aylıq
yağıntının miqdarı bitkinin inkişafını təmin etmədikdə, həmçi-
nin, süni suvarılan regionlarda bitkinin suvarılması zəruri olan
zamanda su mənbələrində yetərli su kütləsinin olmaması ye-
kunda bitkinin məhsuldarlığına təsir göstərir ki, bu da həmin
sahə üzrə iş dayanıqlığının itirilməsi kimi qiymətləndirilir.
Bundan əlavə əkinə yararlı torpaqlara aqrotexniki qulluğun
edilməsi və meliorativ işlərin görülməsi ilə torpağın şoranlaş-
ması və eroziyasının qarşısını almaq mümkündür.
2. Müharibə zamanı kütləvi qırğın silahlarının təsiri ol-
madan yaranan amillərin kənd təsərrüfatı istehsalına təsiri.
Bu amillər kənd təsərrüfatı istehsalat texnologiyasının tət-
biqinin pozulmasına gətirib çıxarır. Buraya kişilərin ordu sıra-
larına cəlb olunması ilə əlaqədar olaraq əmək ehtiyatlarının
azalması, təsərrüfatda əkilən bitkilər üçün tələb olunan üzvi və
qeyri-üzvi gübrələrin, bioloji preparatların alınması və çatdırıl-
masında yaranan problemlər, kənd təsərrüfat texnikası üçün ya-
nacaq– sürtgü materialları və ehtiyat hissələrin təchizatındakı
fasilələr aiddir. Bundan əlavə, ən ciddi problem olaraq elektrik
təchizatındakı fasilələr nəticəsində süni suvarma tələb edən
regionlarda yeraltı su ehtiyatlarından istifadənin dayandırıl-
masına gətirib çıxarması, mexanikləşdirilmiş heyvandarlıqda
qulluq işlərinin görülməsinin çətinləşməsi qeyd olunmalıdır.
Daşınmalarda hərbi yüklərə üstünlük verilməsi, həmçinin, nəq-
liyyat yollarına düşmən hücumunun ehtimalı artdığından ölkə
ərazisindən və xaricdən kənd təsərrüfatı üçün nəzərdə tutulan
materialların və yüklərin avtomobil və dəmiryolu ilə daşınması
zamanı yolların dağılması, gübrə istehsalının həcminin azalma-
sı, istehsal müəssisələrinin hərbi istiqamətli məhsul istehsalına
keçirilməsi ilə bağlı olaraq kənd təsərrüfatında məhsul istehsa-
lının həcmi aşağı düşür ki, bu da iş dayanıqlığının itirilməsi ki-
mi dəyərləndirilir.
100
3. Kütləvi qırğın silahlarının tətbiqindən kənd təsərrüfatı
istehsalatına təsir edən amillər.
Kənd rayonlarında ən böyük təhlükə insanların, heyvanla-
rın, bitkilərin kütləvi məhvi ilə nəticələnən nüvə partlayışları-
nın törədilməsidir. Düşmən tərəfindən kimyəvi və bakterioloji
silahların tətbiqi, həmçinin, zəhərli istehsalat sahələrində isteh-
salat qəzalarının baş verməsi də vəziyyəti əsaslı surətdə mürək-
kəbləşdirə bilər. Bu qrupa aid edilən amillər müharibə şə-
raitində kənd təsərrüfatı obyektlərinin iş dayanıqlığının qiymət-
ləndirilməsi və müəyyən edilməsi zamanı nəzərə alınmalıdır.
Kənd təsərrüfatı obyektlərinin müharibə şəraitində iş daya-
nıqlığının hesabat metodikası xüsusi zəmanətlərdə verilir.
Müharibə şəraitində kənd təsərrüfatı obyektlərinin iş daya-
nıqlığının təmin edilməsi üçün istər sülh, istərsə də müharibə
vaxtı kompleks tədbirlərin işlənib hazırlanması və həyata keçi-
rilməsi vacibdir. Bu zaman əsas diqqət kənd təsərrüfat istehsa-
latının mükəmməl idarə edilməsinə yönəldilməlidir. İnsanların,
əsasən də istehsalatda çalısan işçilərin etibarlı mühafizəsi təşkil
edilmədən kənd təsərrüfatı istehsalatının dayanıqlı işi təmin
edilə bilməz.
Material-texniki və su təchizatının, təsərrüfatlararası isteh-
salat əlaqələrinin, müstəqil elektrik sisteminin yaradılması
üçün tədbirlər sülh dövründə planlaşdırılmalı və icra edilmə-
lidir.
Heyvandarlığın və bitkiçiliyin dayanıqlı iş fəaliyyətinin tə-
min edilməsi məqsədi ilə aşağıdakı tədbirlərin görülməsi vacib-
dir.
5.2. Heyvanların kütləvi qırğın silahlarından mühafizəsi
Kənd təsərrüfatı heyvanlarının kütləvi qırğın silahlarından
qorunması və ya onun təsirinin azaldılması üçün mülki müdafiə
tədbirləri təşkilati, mühəndis-texniki və zoobaytarlıq işlərinin
kompleks həllini tələb edir. Düşmənin müasir qırğın vasitələri
101
ilə hücum təhlükəsi yarandıqda heyvanların mühafizəsi üçün
heyvandarlıq kompleksi binaları və ya aztutumlu fərdi tövlələr,
həmçinin həmin vaxt heyvanların saxlanması nəzərdə tutulan
tikililər bu məqsədlə hazırlanmalıdır. Qaba və qüvvəli yem eh-
tiyatı etibarlı surətdə qapadılır, düşmən tərəfindən tətbiq olunan
kütləvi qırğın vasitələrinin nəticələrinin aradan qaldırılması
üçün texnika hazırlanır. Nüvə partlayışları, düşmənin tətbiq et-
diyi zəhərləyici və bakterioloji vasitələrin vaxtında qeydə alın-
ması üçün havanın, torpağın və bitkilərin müşahidə işləri güc-
ləndirilir.
Binaların hazırlanması aşağıdakı istiqamətlərdə aparılır:
a) Binaların konstruktiv-fiziki hazırlanması. Konstruktiv-
fiziki hazırlanma dedikdə, binanın nüvə partlayışları zamanı
hava zərbə dalğasının təsirindən dağılma təhlükəsinin azaldıl-
ması üçün görülən işlər başa düşülür. Bu məqsədlə düşmən hü-
cumu ehtimal olunan istiqamətdən və ya dairəvi olaraq tikili
xaricindən hündürlüyü saxlanılan heyvanların hündürlüyünə
mütənasib, təxminən pəncərə (baca) hündürlüyündə, 70-100 sm
qalınlıqlı torpaq kütləsi verilir və ya əldə olan tikinti material-
ları ilə binadan 60-70 sm kənarda hündürlüyü 140-150 sm olan
hasar çəkilərək ara hissə torpaq kütləsi ilə doldurulur. Yanğın
təhlükəsinin aradan qaldırılması məqsədi ilə binanın (heyvan-
darlıq kompleksinin) ətrafındakı quru otlarla örtülmüş sahə bel-
lənir (şumlanılır), yanğına meylli zibillər təmizlənilir.
Saxlanılan heyvanlar üçün ehtiyat su və yem kütləsinin yara-
dılması.
b) Saxlanılan heyvanların minimal su və yem kütləsi ilə
qidalanması məqsədilə 7-10 sutkalıq yem ehtiyatı yaradılır ki,
normativ ehtiyat kütlənin həcmi əməli məşğələdə nəzərə çatdı-
rılacaqdır.
c) bina (kompleks) daxilində heyvanlara qulluğun təşkili.
Heyvanlara qulluq sağmal heyvanların sağılması, onların yem-
lənməsi və təmizlik işlərinin aparılmasından ibarətdir.
d) Bina (kompleks) daxilində ventilyasiyanın təşkili. Bina
102
(kompleks) daxilində saxlanılan heyvanların və onlara qulluq
edən insanların izolyasiya edilmiş şəraitdə uzunmüddətli qo-
runması zamanı mikromühitdə hava qarışığının tərkibinin nor-
mallaşdırılması məqsədi ilə təşkil edilir.
e) Bina (kompleks) daxilində avadanlıqlaşdırma. Saxlanı-
lan heyvanların tərkibindən asılı olaraq südəmərlər (quzu, bu-
zov) üçün arakəsmələrin və ehtiyat su və yem kütləsinin yığıl-
ması yerlərinin hazırlanması işlərinin görülməsini nəzərdə tu-
tur.
5.3. Heyvanların köçürülməsi
Düşmənin əsasən iri şəhərlərə hücum ehtimalı böyük oldu-
ğundan yaxın ətrafdakı kənd təsərrüfatı heyvanlarının köçürül-
məsi vacibdir. Köçürmə həmçinin, daşqın və sel təhlükəsi ya-
randıqda da aparılır. Köçürülmə zamanı heyvanlar üçün fərdi
mühafizə vasitələrindən istifadə oluna bilər.
Kənd təsərrüfat heyvanları uzunmüddətli saxlanmadan son-
ra zəhərlənmiş zonadan köçürülür. Təhlükəsiz zonada (zəhər-
lənmiş zonadan kənarda) heyvanların baytarlıq emalı icra edi-
lir. Emalın işi mövcud normativ qaydalara uyğun olaraq yuyu-
cu vasitələrlə aparılır.
5.4. Ərazinin zəhərləyici maddələrdən təmizlənməsi
Kənd təsərrüfat heyvanlarının saxlanma yerlərinin zəhər-
sizləşdirilməsi böyük qüvvə və vasitələrin sərfiyyatını tələb
edir. Məsələn, 1 hektar sahədə deqazasiya işlərinin görülməsi
üçün 10 ton deqazasiya məhlulu işlədilir. Ona görə də zəhərsiz-
ləşdirilməyə yalnız insanların yaşayaraq işlədiyi, heyvanların
və ərzağın saxlanılması nəzərdə tutulan ərazi məruz qalır. Di-
gər ərazilər isə xüsusi məhdudedici işarələrlə qeyd olunaraq öz-
özünə zəhərsizləşdirməsi üçün saxlanılır.
Dağıdıcı amilin növündən asılı olaraq ərazinin, yemin, su-
103
yun və digər əşyaların zəhərsizləşdirilməsi dezaktivasiya, deqa-
zasiya və dezinfeksiya adlandırılır.
Kənd təsərrüfat heyvanlarının saxlanılma yerlərinin, ərazi-
nin, kənd təsərrüfatı texnikasının, ərzağın, suyun təmizlənməsi
müxtəlif – mexaniki, fiziki, kimyəvi, fiziki-kimyəvi və kombi-
nə edilmiş üsullarla aparıla bilər.
5.5. Bitkilərin kütləvi qırğın vasitələrindən mühafizəsi
Kənd təsərrüfat bitkilərinin kütləvi qırğın vasitələrindən
mühafizəsi üçün sülh dövründən bir sıra təşkilati, aqrokimyəvi
və digər tədbirlərin görülməsi vacibdir. Burada əsas diqqət
kənd təsərrüfat bitkilərinin xəstəliklərinin və ziyanvericilərinin
yayılmasının qarşısının alınmasına yönəldilir. Bunun üçün xəs-
təliklərə və ionlaşdırıcı şüalanmaya qarşı daha dayanıqlı olan
sortların (növlərin) əkilib becərilməsi məqsədilə seleksiya işləri
aparılır. Aqrofonun yaxşılaşdırılması və karantin tədbirləri hə-
yata keçirilir. Nüvə partlayışları məhsullarının intensiv çöküntü
dövrlərində radiasiya şəraitindən asılı olaraq radioaktiv zəhər-
ləyici maddələrin meşə təsərrüfatına vurduğu zərərin azaldıl-
ması üçün işlər görülür. Meşə massivinə çökən radioaktiv toz-
lar əsasən (40-90 %) ağac köklərində, yarpaqlarda, budaqlarda,
ağac gövdələrində cəmləşir. Çox az miqdar isə ot örtüyünə çö-
kür. Meşənin qorunması bu halda ağacların kəsilməsi və yeni
ağacların əkilməsi qaydalarına düzgün riayət etmək lazımdır.
5.6. Ġnsan sağlamlığının qorunması istiqamətində
zərərvericilərə qarĢı mübarizə iĢlərində istifadə edilən
kimyəvi preparatlara qarĢı mühafizə qaydaları
Kənd təsərrüfatında zərərvericilərə qarşı bir çox tədbirlər
həyata keçirilir. Bu tədbirlərdə başlıca məqsəd kənd təsərrüfa-
tına vurulan zərəri azaltmaq və yaxud zərərvericiləri məhv et-
məkdir.
104
Uzun illər öncə kənd təsərrüfatı bitkilərinin zərərvericiləri
ilə aparılan mübarizə tədbirlərinə bitkilərin becərilməsi zamanı
görülən işlər kompleksində heç bir əhəmiyyəti olmayan sahə
kimi baxılırdı. Zərərvericilərlə mübarizə onların əmələ gəlmə-
sinin ilk vaxtlarından deyil, kütləvi surətdə çoxaldıqları zaman
aparılırdı. Tələsik aparılan bu mübarizədə nəzərdə tutulan ayrı-
ca bir tədbir həyata keçirilirdi. Belə bir vəziyyət hələ indi də bir
çox kapitalist ölkələri üçün xarakterikdir. Mübarizə tədbirləri
sistemində xarakterik cəhəd odur ki, bu sistemdə bitkiləri mü-
hafizə məqsədi ilə aparılan bütün mübarizə tədbirləri bir-birini
tamamlayır və ardıcıl həyata keçirilir.
Kənd təsərrüfatına zərər vuran həşəratlar və alaqlara qarşı
bir çox mübarizə tədbirləri həyata keçirilir. Bunlar aşağıdakı-
lardır: aqrotexniki, bioloji, fiziki və kimyəvi mübarizə üsulları.
Kənd təsərrüfatı bitkilərinin və məhsullarının zərərverici-
lərdən qorunmasında mübarizə tədbirləri sistemində əsas yer-
lərdən birini kimyəvi mübarizə üsulu tutur.
XVIII əsrdə kimya elminin və bitkilərə zərər verən canlı
orqanizmlər haqqında baxışların inkişafı ilə əlaqədar olaraq bit-
kilərin kimyəvi mühafizəsi də inkişaf edir. Bu dövrdə bir çox
zərərvericilərə qarşı ağacları fumiqasiya etmək üçün sinil tur-
şusu və Paris yaşılı tətbiq edilirdi.
Kənd təsərrüfatı bitkilərinin zərərvericiləri əleyhinə tətbiq
edilən kimyəvi mübarizə üsulu xüsusi kimyəvi maddələrin işlə-
dilməsinə əsaslanır. Belə kimyəvi zəhərli maddələrlə bəzi halda
bilavasitə zərərvericinin özünə, digər halda isə qidalanma mü-
hitinə (yarpaqlara, torpağa, dənə və s.) təsir edirlər. Hər iki hal-
da zərərverici orqanizm ilə zəhər arasında təmas (kontakt) əmə-
lə gəlir.
Zəhərlərin sinifləşdirilməsi. Praktikada zəhərli kimyəvi
maddələr bir neçə üsullarla, o cümlədən onların hansı orqaniz-
mə qarşı istifadə və təsir etmələrindən asılı olaraq sinifləşdiri-
lir. Canlı orqanizmlərə qarşı istifadə edilmələrindən asılı olaraq
aşağıdakı qrup zəhərlər vardır:
105
- insektisidlər – bunlar həşərata qarşı mübarizədə istifadə
edilən zəhərlərdir;
- fungisidlər – bu zəhərlər göbələklərə qarşı tətbiq edilir
(bu qrupda virus xəstəliklərinə qarşı işlədilən zəhərlər də var-
dır);
- akarisidlər – bu zəhərlər gənələrlə mübarizədə tətbiq edi-
lir;
- zoosidlər – bu onurğalı zərərvericilərə qarşı istifadə edi-
lən zəhərlərdir.
- bakterisidlər – bakteriyalar əlehinə işlədilən zəhərlərdir.
Fiziki halından və quruluş xüsusiyyətlərindən, zərərverici-
lərin həyat tərzindən, eləcə də xarici mühit amillərindən asılı
olaraq kimyəvi zəhərlər çiləmə, tozlama, tüstüləmə, fumiqasi-
ya, aldadıcı yemlər, yapışqanlı halqalar və zolaqlar və s. Üsul-
larla tətbiq olunur.
Çiləmə üsulunda kimyəvi maddə ya sulu məhlul, suspen-
ziya və ya emulsiya halında xüsusi çiləyici aparatla çilənir.
Tozlama üsulunda kimyəvi maddə zərərverici ilə yolux-
muş, yaxud zədələnmiş bitki üzərinə toz halında (xalis, yaxud
zərərsiz qarışdırıcılarla – yol tozu, kaolin, kül və s.) səpilir.
Tüstüləmə üsulu zərərvericilərə qarşı tüstü ilə mübarizə
aparmaqdan ibarətdir.
Fumiqasiya üsulunda zəhərli maddə zərərvericilərə qarşı
qaz, yaxud buxar halında işlədilir.
Aldadıcı yemlər kimyəvi maddə ilə zərərvericinin qidasını
zəhərləməkdən ibarətdir.
Yapışqan halqaları meyvə və başqa ağaclarda tumurcuq və
yarpaqları yeyən həşəratın ağaclara dırmaşmasının qarşısını al-
maq məqsədilə tətbiq edilən üsuldur.
Kimyəvi zəhərlərdən biri olan dinitroortokrezol (DNOK)
sarı rəngli, iysiz, suda həll olan, təsiredici maddəsi 40% olan
tozşəkilli birləşmədir. Preparatın 1%-li məhlulu erkən yazda
meyvə bağlarının, üzüm tənəklərinin, digər giləmeyvəlilərin
başlıca zərərvericilərini (yastıcalar, mənənələr, gənələr, alma
106
güvəsi və s.) qışlama fazasında məhv etmək üçün tətbiq edilir.
Nitrofen tünd-qəhvəyi rəngdə, kəskin iyli kütlədir. Tərki-
bində 60% təsiredici maddə vardır. Pasta şəklində buraxılır, su
ilə yaxşı qarışır. Meyvə, giləmeyvə bitkiləri və üzüm tənəkləri
zərərvericilərinin qış ehtiyatını məhv etmək üçün çilənir.
Karfobos adlanan zəhər kontakt təsirli, xoşa gəlməyən iyi
olan qatı mayedir. Bir sıra üzvi həlledicilərdə yaxşı həll olunur.
Rütubətin, işığın və temperaturun təsirindən tez parçalanır. Me-
tofosa nisbətən insanlar üçün az zəhərlidir. Bitkilərə karbofos
çilənilməsi, məhsul yığımına 20 gün qalmış dayandırılmalıdır.
Kənd təsərrüfatı bitkilərinə zərərverici həşəratlarla yanaşı
alaqlar da ziyan vurur. Alaqlarla mübarizədə də kimyəvi müba-
rizə əhəmiyyətli hesab olunur.Alaq otlarına qarşı istifadə edilən
kimyəvi maddələr herbisid (latınca: herbus – ot, tsida – məhv
edirəm) adlanır.
Herbisidlərdən başqa, kənd təsərrüfatında zərərvericilərə
qarşı pestisidlər, ağac və kol bitkilərini məhv edən arbosidlər,
su alaqlarını məhv edən olçisidlər, məhsulu maşınla yığılacaq
sahədə bitkilərin yarpağını tökmək üçün defoliantlar, bitkiləri
tam qurutmaq üçün desikantlar geniş istifadə olunur.
1932-ci ildə taxıl sahələrində ikiləpəli birillik alaqlara qarşı
dinitroortokrezol (DNOK) herbisidi kəşf edildi. Həmin herbisid
az normada yüksək təsiredicilik xüsusiyyətinə malik olduğuna
görə uzun müddətdir ki, geniş sahələrdə tətbiq olunur.
Payızlıq taxıl əkinlərində birillik ikiləpəli alaqlara qarşı 2,4
D amin duzu; 2,4 D kottamin; 2M-4X; Veed – killer; qransfar
herbisidlərindən geniş istifadə olunur.
Pambıq əkinlərində birillik birləpəli və ikiləpəli alaqlara
qarşı hektara 1,5-2,0 kq prometrin; 0,7-1,4 kq monuron; 0,7-1,4
kq diuron; 1,5-2,5 kq kotaron herbisidlərindən istifadə edilir.
Herbisidlər səpindən qabaq, səpinlə birlikdə və pambıq cücərti-
ləri alınana qədər olan müddətlərdə tətbiq edilir.
Çuğundur əkinlərində birillik birləpəli və ikiləpəli alaqlara
qarşı təsiredici maddə hesabilə hektara 6-10 kq TXA; 6-12 kq
107
TDXM herbisidləri tətbiq edilir. Bundan başqa, birillik enliyar-
paqlı və taxıl fəsiləsinə aid olan alaqlara qarşı hektara 1,0-1,5
kq triallat və həmin norma ilə alipur; hektara 10-15 kq murbitol
və 3-5 kq eptam herbisidləri tətbiq edilir.
Kənd təsərrüfatında dinc məqsədlər üçün və eləcə də zərər-
vericilərə qarşı mübarizədə istifadə edilən zəhərli maddələr in-
san həyatı üçün təhlükəli də ola bilir. Belə ki, onlardan istifadə
zamanı müxtəlif zəhərlənmələr və digər ağır fəsadlarlar, hətta
ölümlə nəticələnən hallara da rast gəlmək mümkündür. Bu hal-
lardan qorunmaq üçün zəhərli preparatlara qarşı mühafizə qay-
dalarına riayət etmək vacib sayılır. Zəhərlə işləyən bütün şəxs-
lər zəhərin əsas xassəsini və iş zamanı onlarla davranmaq qay-
dalarını bilməlidirlər. Anbarlarda toz şəklində olan zəhərlərlə
işləyən zaman respirator (yaxud alt tərəfdən tənzif bağlanması),
gözlük və əlcəklərdən istifadə edilməlidir. Hər gün iş qurtaran-
dan sonra üst paltarları diqqətlə təmizləmək, alt paltarı isə 2-3
gündən bir dəyişmək lazımdır. Xüsusi geyimlər və respirator-
ları evə aparmağa, yaxud yaşayış yerlərində saxlamağa icazə
verilmir. Onlar zəhər anbarlarında xüsusi yerlərdə saxlanılmalı-
dır. İşdən sonra zəhər qalığı hesaba alınmalı və dərhal daimi
saxlanılma yerinə göndərilməlidir.
Zəhərli işçi tərkiblərin hazırlanma yerləri işdən sonra ya
şumlanmalı, yaxud da ora torpaqla basdırılmalıdır. Kimyəvi
mübarizə, məhsul yığımına 20-25 gün qalmış dayandırılmalı-
dır. Zəhərli tərkibləri hazırlayan zaman ehtiyatlı olmaq lazım-
dır ki, gözə, dodağa və bədənin başqa yerlərinə zəhər düşmə-
sin.
Zəhərlə işləyən zaman qidalanmaq, siqaret çəkmək olmaz.
Yemək, içmək və siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır.
Həmin yerə zəhərlə işləyən zaman geyinilmiş xüsusi geyimlə
girmək olmaz.
Zəhərlə işləyən bütün şəxslər həmin işdə 6 saatdan artıq iş-
ləməməlidir. İş gününün qalan vaxtını isə əlaqəsi olmayan baş-
qa işlərlə məşğul olmalıdırlar. Gündəlik qida normasında süd
108
və süd məhsullarından istifadə nəzərə alınmalıdır.
Zəhərlə işləməyə yeniyetmələrə, hamilə və südəmər uşağı
olan qadınlara icazə verilmir.
Zəhərli preparatlara qarşı mühafizə qaydalarına riayət
olunması insanların xoşagəlməz və bədbəxt hadisələrdən qo-
runması ilə təhlükəsiz həyat fəaliyyətinin davam etdirilməsinə
zəmin yaradır.
Dostları ilə paylaş: |