S. H. Mahmudov aqrar sahəDƏ MÜLKĠ MÜdafġƏ Dərs


Məhsulun  radioaktiv  çirklənmədən  təmizlənməsi



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix23.02.2017
ölçüsü7,28 Kb.
#9507
1   2   3   4   5   6   7   8   9   10   11

      Məhsulun  radioaktiv  çirklənmədən  təmizlənməsi.  Bəzi 
çirklənmiş bitkiçilik məhsulları çox sadə ilkin texnoloji təmiz-
ləmə  üsulları  ilə  səmərəli  dezaktivasiya  oluna  bilər.  Bəzi  belə 
üsulların səmərəliliyini  aşağıdakı cədvəldən görmək mümkün-
dür. 
Kök və tərəvəz məhsullarının dezaksivasiyası kimi axar su 
ilə təmiz yuma, yaxud qabığının və örtük yarpaqlarının təmiz-
lənməsi  hesab  edilir.  Kartofun  ,  pomidorun,  xiyarın,  yerkökü-
nün  yuyulması  10  və  daha  cox  dəfə  radioaktiv  cirklənməni 
azalda  bilər.  Buğda  və  dənli  bitkilərin  (vələmir,  qarabaşaq  və 
s.) həmin dərəcədə radioaktiv maddələrdən təmizlənməsi üçün 
üst təbəqənin (qatın) kənarlaşdırılması lazımdır. 
     Daha  yüksək  dezaksivasiya  dərəcəsi  kartof  və  buğda  məh-
sullarından  nişasta  (50 dəfə) və spirt (1000 və daha cox),  şə-
kər cuxundurundan qənd üçün (50 dəfə) texnoloji emal prose-
sində  əldə  olunur.  Yağlı  bitkilərinin  son  məhsul  istesalında  
(yağ) ekstraksiya yolu ilə alınan məhsul istənilən halda istifadə 
üçün təhlükəsizdir. 
    Tərkibindəki  azyaşayan  radioaktiv  izotopların  parcalanma 
vaxtı gözlənilməklə çirklənmiş məhsulun saxlanması məhsulun  
radioaktiv  cirklənməsini  bir  necə  dəfə  azaltmağa  imkan  verən 
səmərəli üsuldur. 
       Azyaşayan  radioaktiv  izotopların  parçalanması  hesabına 
məhsulun  təmizlənmə  dərəcəsinin  müəyyən  edilməsi  və  həm-
çinin  məhsulun  saxlanma  müddətinin  müəyyənləşdirilməsi 
üçün şəkildə göstərilən nomoqramdan istifadə edilir.  
Maili  xətdə  saxlanma  zamanı  məhsulda  radioaktivliyin  
neçə dəfə azalması rəqəmlə ifadə olunmuşdur.  
Bu  rəqəmi  müəyyən  etmək  üçün  sol  oxda  (T
1
)  səpinin 
çirklənmə vaxtından məhsuldakı radioaktivliyin müəyyən edil-
məsinə qədər olan günləri, sağ oxda isə məhsulun nəzərdə tutu-
lan  saxlanma  günlərinin  sayını  müəyyən  etmək  lazımdır. 
Müəyyən edilmiş rəqəmlər düz xətlə birləşdirilir. 

 
120 
Cədvəl 8 
Radioaktiv çirklənmiş məhsulların dezaktivasiya fəndlərinin 
səmərəliliyi 
Bitki, 
məhsulun bir hissəsi 
Təmizləmə üsulu 
Radioaktiv 
çirklənmənin azalması 
Buğda, arpa (toxum)  Havalanma (4 dəqiqə) 
Axar su ilə yumaq     
(1 saat) 
10% 
20-70% 
Düyü, qarabaşaq 
(toxum) 
Üst təbəqənin 
kənarlaşdırılması 
10-20 dəfə 
Pomidor, xiyar 
Axar su ilə yumaq  
Yuyulmuş tərəvəzin 
turşuya qoyulması 
3 – 10 dəfə 
2 – 2,5 dəfə 
Turp, çuğundur 
Kök bitkisinin başını 
kəsmək 
20 dəfə 
Kələm 
Örtük yarpaqlarının 
soyulması 
40 dəfə 
Kartof 
Yuyulmuş bitkinin 
təmizlənməsi 
2 dəfə 
 
 
 
ġək. 37. Saxlanma zamanı məhsulda radioaktiv çirklənmənin 
azalmasını müəyyən etmək üçün nomoqram 

 
121 
Bu xətlərin maili düz xətlə (K) kəsişməsində hesabat apa-
raraq  saxlanma  zamanı  məhsuldakı    radioaktivliyin    nə  qədər 
azalması müəyyən edilir. Göstərilən nomoqrammanın köməkli-
yi əks  məsələni də həll etmək olar: məhsulu nə qədər saxlamaq 
lazımdır  ki,  onun  çirklənmə  dərəcəsi  tələb  olunan  səviyyəyə 
qədər azalsın.Bunun üçün sağ oxda (T
1
) səpinin çirklənməsin-
dən məhsuldakı radioaktivliyin müəyyən edilməsinə qədər olan 
günlərin  sayı  ilə  maili  xətdəki  (K)  radioaktivliyin  neçə  dəfə 
azalmasını  göstərən  rəqəm  düz  xətlə  birləşdirilir.  Həmin  xətt 
davam  etdirilərək  sağ  oxu(T
2
) kəsir. Kəsişmə nöqtəsi radioak-
tivliyin tələb olunan qiymətədək azalması üçün  məhsulun sax-
lanılması günlərini ifadə edir. 
 
5.10. Heyvanların baytarlıq emalı 
 
Çoxlu  sayda  heyvanın  baytarlıq  emalının  aparılması  üçün 
xüsusi  meydança  yaradılır  (şək.  38).  Meydança  adətən  radio-
aktiv  və  zəhərləyici  maddələrin  təsiri  zonasından  kənarda  ra-
diasiya  səviyyəsinin  buraxılabilən  hədd  zonasında  yaradılır. 
İlin soyuq vaxtlarında baytarlıq emalını  örtülü tikililərdə apar-
maq tələb olunur. Zəhərlənmiş heyvanların baytarlıq emalı  bö-
yük sanitar-gigiyenik əhəmiyyətə malikdir.  
Meydança  keçid yollarından 150-200 m kənarda, su mən-
bələrinin yaxınında, məsaməli ortaq səthinə malik yerlərdə ya-
radılır.  Baytarlıq  emalına  kimyəvi  və  bakterioloji  zəhərlənmə 
buraxılabilən  həddən  yuxarı  radioaktiv  maddələr  zonasında 
olan bütün heyvanlar  cəlb olunur. Meydança üçün seçilmiş sa-
hə  və  emal  olunmuş  heyvanların  saxlanması  nəzərdə  tutulan 
ərazi əvvəlcədən dezinfeksiya olunur.  
Baytarlıq emalı meydançası təmiz və çirkli olmaqla iki his-
sədən  ibarətdir.  Çirkli  hissə  heyvanların  toplanma  meydança-
sından- 20-25 m uzunluqlu 0,8-0,9 m enində olan keçid dəhli-
zindən ibarətdir. Çirkli  hissədə geyimlərin  yuyulması, insanla-
rın sanitar təmizlənməsi nəqliyyat vasitələri ilə göstərilir. Dəh-

 
122 
liz boşaldılması üçün avadanlıqlaşdırılır, təmizlənmə dəhlizin-
dən axıdılan məhlulun toplanması üçün quyu qazılır. 
 
 
 
ġək. 38.  Baytarlıq emalı meydançası: 
1-qəbul-çeşidlənmə məntəqəsi; 2-yoluxmuş heyvan üçün dəhliz;        
3-kecid;  4-dəzgah-keçid; 5-baytatlıq emalı dəzgahları; 6-dəzgah-keçid;     
7-dozimetriya dəzgahı;  8-müayyinədən kecmiş heyvanlar üçün dəhliz;      
9-heyvanların baytarlıq müayinəsi kecməkdən ötrü yeri; 10-bölgü;           
11-heyvanların çeşidlənmə dzgahı; 12-heyvan saxlanılan yer;                   
13-heyvanların emalı üçün məhlul; 14-səhra kəsim məntəqəsi; 15-quyu;    
16-insanların sanitar emalı üçün məntəqə; 17-insanların istirahəti üçün yer; 
18-tualet 
 
Çirkli hissədə olan dəhlizdən sonra emal olunmuş heyvan-
ların toplanma meydançası yaradılır ki, bu da təmiz hissə hesab 
olunur.  Bu  hissə  də  müalicə-profilaktik  tədbirlərin  aparılması 
üçün  avadanlıqlaşdırılır,  həmçinin  işçilərin  istirahəti,  xüsusi 
maşınların saxlanması üçün şərait yaradılır, heyvanların nəqliy-
yat vasitələrinə çıxarılması məqsədi ilə estakada düzəldilir. 
Baytarlıq emalı meydançası elə yaradılmalıdır ki, atmosfer-
də olan hava cərəyanı təmiz hissədən çirkli hissəyə doğru isti-
qamətlənsin.  Lazım  gəldikdə  meydançanın  yaxınlığında  hey-
vanların səyyar kəsilmə məntəqəsi yaradılır. 

 
123 
Heyvanların  baytarlıq  emalının  üsul  və  vasitələri.  Emal 
iki üsulla aparılır: quru və nəm emal. Heyvanların dəri səthi ra-
dioaktiv  tozlarla  çirkləndikdə  emal  xüsusi  maşınlarla  (baytar 
dezinfeksiya maşınları) və tozsoranlarla aparılır ki, bu da quru 
emal hesab olunur. Dəri səthindən toplanmış radioaktiv toz çı-
xarılaraq torpaq altında basdırılır. Qoyunların quru emalının ən 
yaxşı üsulu ilin fəslindən asılı olaraq mümkün olduqda onların 
yunlarının qırxılmasıdır.  
Heyvanların səthinin xlorun təsiri ilə aradan qaldırıla bilən 
zəhərli maddələrlə zəhərlənməsi zamanı dəri səthi xlor qarışığı-
nın tozu və ya kalsium xlorla emal olunur. Proses heyvan bədə-
ninin daha artıq zəhərlənmiş hissəsindən başlanır, sonra isə ar-
dıcıllıqla bir tərəfdən baş, qoyun, ön ətraflar, cəmdək, arxa ət-
raflar  daha  sonra  isə  digər  tərəfdən  həmin  ardıcıllıqla  heyvan 
bədəni emal edilir.  
Emaldan 15-30 dəqiqə sonra xlor qarışığı heyvan bədənin-
dən şotka və süpürgə ilə kənarlaşdırılır.   
Nəm emal dedikdə radioaktiv maddələrlə zəhərlənmiş hey-
vanların dəri səthinin müxtəlif maşın və aqreqatların köməyi ilə 
maye  yuyucu  qarışıqlarla  təmizlənməsi  başa  düşülür.  Yuyucu 
vasitə kimi СФ-2 və ya СФ-2u tozunun 0,3%-lik qarışığı; 0,7% 
natrifosfor əlavə edilmiş OП-7 və ya OП-10 emoqator qarışığı 
istifadə oluna bilər. Göstərilən vasitələr olmadıqda yuyucu toz 
sulfanol və ya adi piy sabununun su qarışığından istifadə oluna 
bilər.  Əgər  yuma  üçün  heç  bir  vasitə  olmazsa,  onda  dəri  səthi 
2-3  atm.  (200-300kPa)  təzyiqli  təmiz  su  şırnağı  tətbiq  olunur. 
Yuyucu  maddələrin  sərfiyyat  norması  ilə  emalın  səmərəliliyi 
aktiv  maddələr  qarışığı  ilə  emal  prosesindən  1,5-2  dəfə  azdır. 
İribuynuzlu mal-qara üçün 25-30 litr, qoyunlar üçün 10-12 litr, 
uyğun  olaraq  maddələrin  heyvanların  dəri  səthindən  kənarlaş-
dırılması üçün su həcmi də eynidir  
Zəhərləyici maddələrdən heyvanların dəri səthindən kənar-
laşdırılması  üçün  dekorasiya  məqsədi  ilə  xlor  və  turşu  xaron-
berli  maddələrdən  istifadə  olunur.  Məsələn  4%  aktiv  xlorun  2 

 
124 
kq kütləsində 1 litr su ilə qarışığı və ya hipoxlorit kalsiumun 2 
əsaslı duzu və s.  
Dəri  səthinin  mikroblardan  təmizlənməsi  üçün  aşağıdakı 
maddələrdən  istifadə  etmək  mümkündür:  8%-lik  xlorlu  yod 
maddəsi, 3%-lik pereks maddəsinin 0,5%-lik qarışqa və ya sir-
kə turşusunun qarışığı, 4-5%-lik aktiv xlorlu maddələr.  
Heyvanların baytarlıq emalının qaydası.  Heyvanların də-
ri səthinin emal edilməsi qaydası və ardıcıllığı zəhərləyici mad-
dələrin növündən asılıdır. Heyvanlar əvvəlcə zəhərləyici mad-
dələrin növünə və zəhərlənmə dərəcəsinə görə çeşidlənilir, son-
ra isə dəri səthinin emal olunması üçün tələb olunan maddələr 
müəyyənləşdirilir  və  təyin  olunur.  Eyni  zamanda  profilaktika-
nın  tətbiq  olunması  məsələsi  də  həll  olunur.  Dəri  səthinin  ra-
dioaktiv  maddələrlə  zəhərlənməsi  zamanı  dəri  səthində  seçmə 
yolu  ilə  ölçmə  nümunələri  aparılır  və  heyvanlara  baxış  keçiri-
lir.  Dəri  səthinin  buraxıla  bilən  həddən  yuxarı  zəhərlənməsi 
qeydə alındıqda onlar baytarlıq emalına cəlb olunur.  
Emala cəlb olunan heyvanlar emal meydançasına verilir və 
oradan yuma dəzgahlarının sayından asılı olaraq qruplarla (5-6 
heyvan) baytarlıq emalı dəzgahlarına  yönəldilir. Dəzgahda hər 
bir  heyvan  hər  iki  tərəfdən  yuma    məhlulu  ilə  emal  olunur. 
Emal  prosesində  yuyucu  firçadan  istifadə  olunur.  Dəri  səthin-
dən kənarlaşan radioaktiv maddələrin emalı icra edən insanla-
ra zərər verməməsi üçün yuyucu fırçaya 80-100 sm uzunluqlu 
ağac  bərkidilir.  Əvvəlcə  heyvanların  quyruq  hissəsi,  sonra  isə 
başı, boynu, beli, yanı, qabaq və arxa ətrafları yuxarıdan aşağı-
ya  olmaqla  emal  olunur.  Yuyucu  məhsulla  emal  prosesi  başa 
çatdıqdan sonra heyvanlar təmiz su ilə yuyulur. 
Yuyucu  vasitələrlə  iribuynuzlu  heyvanların  və  atların  dəri 
səthindən  65-70%  radioaktiv  maddələrin  kənarlaşdırılması 
mümkündür.  Təkrar  emal  prosesi  isə  daha  səmərəsizdir.  Belə 
ki,  bu  zaman  əlavə  olaraq  ondan  radioaktiv  maddələrin  10%-
nin kənarlaşdırılmasına nail olunur.  
Köpüklə emal. Yanğınsöndürən maşının PO-1 standart kö-

 
125 
pük  yaradanından  köpük  təzyiq  altında  heyvanın  dəri  səthinə 
verilir  və  onun  bədənin  bütün  hissələrini  örtür.  2-3  dəqiqədən 
sonra köpük dəri səthindən yuyucu fırça ilə təmizlənir. Bu pro-
ses tüklü dəri səthindən 65-75% radioaktiv tozları kənarlaşdırır. 
Bu emaldan sonra heyvanların su ilə yuyulması vacib deyil. 
Əgər yuyucu vasitələr olmazsa,  onda 2-3 atmosfer təzyiqli 
su  ilə  yumada  icra  oluna  bilər.  Bu  zaman  radioaktiv  tozların 
30-50%-i kənarlaşır.  
Emal  olunmuş  heyvanlar  bir-bir  dozimetrik  nəzarət  dəz-
gahına  ötürülür.  Əgər  radioaktivlik  buraxılabilən  həddə  qədər 
azalmışdırsa, onda o, təmiz heyvanlar naxırına göndərilir, əgər 
buraxılabilən həddən  yuxarı radioaktivlik qeydə alınarsa, onda 
yan kənardan heyvan təkrar emala göndərilir.  
Heyvanlar zəhərləyici (kimyəvi) maddələrin təsirinə məruz 
qaldıqda  tətbiq  olunan  zəhərləyici  maddənin  növü  öyrənildik-
dən  sonra  ona  qarşı  emal  prosesi  icra  edilir.  Orqanik  fosfor 
maddələri ilə zəhərlənmə qeydə alındıqda baytar emalından əv-
vəl heyvanın əzələ daxilinə antidot yeridilir. 
V
x
  tipli  qazlarla  və  ipritlə  zəhərlənmə  zamanı  emal  üçün 
xlorlu preparatlardan, zomanla zəhərlənmə zamanı duz məhlu-
lundan və amiyakdan, azotlu ipritlə zəhərlənmədə manqan tur-
şusunun məhlulundan istifadə olunur. 
Göstərilən məhlullarla emaldan sonra heyvanlar yan mey-
dançaya  yerləşdirilir  və  zəhərləyici  maddələrin  məhv  olması 
üçün 20-30 dəqiqə gözlənilir. Sonra heyvanlar yenidən dəzgah-
lara  yönləndirilir və dəri səthindən zəhərləyici maddələr su  ilə 
yuyularaq təmiz meydançaya göndərilir.  
Heyvanların bakterial vasitələrlə zəhərlənməsi zamanı bay-
tarlıq emalı mümkün qədər tez, yəni bakterial vasitələrin aero-
zol şəklində tətbiqi faktı qeydə alınan kimi başlanılır. Belə hal-
larda  dezinfeksiya  vasitələrindən  istifadə  olunur.  Vasitələrin 
sərfiyyat norması aşağıdakı kimidir: iribuynuzlu heyvanlara və 
atlara 20-25 litr, buzov və davarlara 12-15 litr. Emal  olunmuş 
heyvanlar yan meydançaya yönəldilir və orada 1 saat saxlanılır 

 
126 
(bu  vaxt  ərzində  mikroorqanizmlər  və  viruslar  məhv  olur). 
Bundan  sonra  heyvanlar  dəzgahda  isti  su  ilə  yuyularaq  təmiz 
meydançaya yerləşdirilir. İsti hava şəraitində isə heyvanlar 25-
30 dəqiqədən sonra təkrar dezinfeksiya məhlulları ilə emal olu-
nur.  Nəzərə  almaq  lazımdır  ki,  heyvanın  dəri  səthi  üzərində 
məhlul  toplam  halda  1  saatdan  artıq  qalmasın.  Dəri  səthinin 
emalından sonra heyvanlara kimyəvi tepapertik vasitələr (sulfa-
nilamidlər) və antibiotiklər (tetratsiklin və s.) vurulur. Törədici-
nin növü aşkar edildikdən sonra isə onun əleyhinə məhlullar və 
peyvəndlərlə emal prosesi davam etdirilir. 
Kombinəedilmiş zəhərlənmə ilə qəbul olunan heyvanlarda 
ilk olaraq zəhərləyici maddələrin kənarlaşdırılması üçün deko-
rasiya məhlulları ilə emal yerinə yetirilir. Bu proses dəqiq yeri-
nə yetirildikdə radioaktiv maddələr də kənarlaşır. Sonra isə la-
zım olarsa, mikrobların məhv edilməsi məqsədi ilə dezinfeksi-
ya məhlulları tətbiq olunur. Emal olunmuş heyvanlar ya təsər-
rüfata, ya müalicəyə, ya da məhv olunmağa göndərilir. Bir de-
zinfeksiya qurğusu ilə 10 saat ərzində 160-200 baş iribuynuzlu 
heyvan emal olunur.  
Davar və buzovların nəm emal prosesi meydançanın çirkli 
hissəsində  yaradılmış  yerdə aparılır. Burada emal  qəfəs  döşə-
məli, 10 heyvan  yerləşən sahədə qrup halında icra edilir. Ra-
dioaktiv  toz  3  atmosfer  təzyiqlə  verilən  su  ilə  təmizlənir.  Zə-
hərləyici və bakterial maddələrlə zəhərlənmə zamanı emal iri-
buynuzlu  heyvanlarda  olduğu  ardıcıllıqla  yerinə  yetirilir.  Da-
varların  bakterial  maddələrlə  zəhərlənmədən  təmizlənməsi 
üçün,  həmçinin  vannada  yuma  ilə  emal  da  məqsədəuyğundur. 
Bu emaldan sonra heyvanlar 1 saat  ərzində saxlanılaraq sonra 
su  ilə  yuyulur.  Radioaktiv  maddələrlə  quşların  zəhərlənməsi 
zamanı  emal  onların  saxlandığı  qəfəslərdə  aparılır.  Məhlulun 
sərfiyyat  norması  aşağıdakı  kimidir:  toyuqlar  üçün  1  litr,  ör-
dəklər  üçün  1,2  litr,  qazlar  üçün  1,5  litr.  Quşların  zəhərləyici 
maddələrlə zəhərlənməsi zamanı emal üçün 0,5%-li duz məhlu-
lundan istifadə oluna bilər.  

 
127 
Baytarlıq emalını icra edən şəxsi heyət fərdi mühafizə vasi-
tələrindən istifadə etməlidir. Heyvanların radioaktiv maddələrlə 
zəhərlənməsi zamanı əleyhqaz əvəzinə respirator tətbiq olunur. 
İşlər başa çatdıqdan sonra avadanlıqlar, texniki vasitələr və ge-
yim zərərsizləşdirilir. Şəxsi heyət isə tam sanitar nöqteyi-nəzər-
dən  təmizlənilir.  Əgər  sonradan  meydançada  baytarlıq  emalı 
nəzərdə tutulmursa, onda, su arxları və quyu torpaqla dolduru-
lur,  çirkli  hissə  kənarlardan  məhdudlaşdırılaraq  “Zəhərlidir” 
yazısı vurulur. 
 
5.11. Kənd təsərrüfatı texnikasının zərərsizləĢdirilməsi 
 
Kənd  təsərrüfatı  texnikasının  zərərsizləşdirilməsi  su  axın 
xətləri düzəldilmiş, xüsusi hazırlanmış meydançada maşınların 
estakada çıxarılması ilə icra edilir.  
Radioaktiv  tozlar  yuyucu  vasitənin  (СФ-2у,  СФ-2,  piyli 
sabun) 0,3 %-lik qarışığı ilə kənarlaşdırılır. Qarışığın sərfiyyat 
norması 2,5  -3 l/m
2
  təşkil edir. Maşınları  həmçinin su  şırnağı-
nın güclü təzyiqi ilə təmizləmək mümkündür. Bu zaman sərfiy-
yat norması 20 l/m
2
 təşkil edir. Qış vaxtı texnika həlledicilərlə- 
kerosin, dizel və benzin yanacağı və s. Ilə hopdurulur.  
Zəhərləyici  maddələrin  kənarlaşdırılması üçün xlor qarışı-
ğından,  həmçinin  tərkibində  2%  duz,  5%  monoetonalin,  20% 
ammonyak  olan  (bu  qarışıq  zarini  yaxşı  zərərsizləşdirir)  qarı-
şıqdan istifadə olunur. Göstərilən qarışıq texnikaya süpürgə va-
sitəsi  ilə  hopdurulur. Prosesdən  sonra  süpürgə  yandırılır  və  ya 
torpağa  basdırılır.  Dekaratorlar  olmasa  da,  zəhərləyici  maddə-
ləri  kənarlaşdırmaq  üçün  kerosin,  benzin  və  ya  dixloretandan 
istifadə oluna bilər. Dekorasiyadan sonra maşınlar su ilə yuyu-
lur,  tam  qurumasına  şərait  yaradılır  və  korroziyanın  qarşısını 
almaq məqsədi ilə metal hissələr solidol və digər yağla mazla-
nır.  Süpürgə  ilə  yuma  zamanı  sərfiyyat    norması  1-1,5  l/m
2
,  
texnika  ilə  yuma zamanı  isə  2-3 l/m
2
 təşkil edir.  
Texnikanın dezinfeksiyası üçün xlor qarışığından, lizddan, 

 
128 
xlorlu yoddan və s. Qarışıqdan istifadə olunur. Dezinfeksiyanın 
metodikası  dekorasiyada  olduğu  kimidir.  Qarışığın  sərfiyyat 
norması 0,5-0,6 l/m
2
 təşkil edir.  
 
5.12. Bitkilərin kütləvi qırğın vasitələrindən mühafizəsi 
 
Bitkilərin kütləvi qırğın vasitələrindən mühafizəsi məqsədi 
ilə sülh dövründə bir sıra təşkilati , aqrokimyəvi və digər təd-
birlər görülür. Əsas diqqət kənd təsərrüfatı bitkilərinin xəstəlik 
və  ziyanvericilərinin  yayılmasının  qarşısını  almağa  yönəlir. 
Buna görə bitki növlərinin seleksiya işləri aparılaraq ionlu şüa-
lanmaya qarşı davamlılığı müəyyən olunur. Aqrofonun yüksəl-
dilməsi və karantinin təşkili üçün tədbirlər görülür.  
Bitkilərin mühafizəsi üçün bütün tədbirləri bitki mühafizəsi 
xidməti  mütəxəssislərinin  iştirakı  obyekt  MM  qərargahının 
rəisləri hazırlayır. Kimyəvi maddələrin tətbiq olunma faktı qey-
də alındıqdan sonra rayon kənd təsərrüfatı zona üzrə mütəxəs-
sisi  (aqronomu) və MM-in  fitopotoloji kəşfiyyat  manqası  (bit-
kilərin mühafizəsi komandası) zonanın bütün sahələrində dəqiq 
müayinə apararaq vizual və ekspes metodlarla herbisidin növü-
nü  müəyyən  edir,  həmçinin  analiz  üçün  nümunələr  götürərək 
zəhərlənmənin sərhədlərini təyin edirlər. Kənd təsərrüfatı bitki-
lərinin müayinəsi nəticəsində hesabat və məlumatlar hazırlanır. 
Hesabatın 1 nüsxəsi rayon kənd təsərrüfatı idarəsinə, 1 nüsxəsi 
isə götürülmüş nümunələrlə birlikdə aqrokimyəvi laboratoriya-
ya  (bitki  mühafizəsi  stansiyasına,  elmi-tədqiqat  müəssisəsinə) 
göndərilir. 
Bitkilərə  çökmüş  fitotoksikantların  növü  və  dozası  müəy-
yən  olunduqdan  sonra  mütəxəssis  inkişaf  fazasından,  şəraitin-
dən  asılı  olaraq  bitkilərin  mümkün  zəhərlənmə  dərəcəsini, 
həmçinin  itkisini  və  planını  hazırlayır.  Fitotoksikantlarla  zəif 
zəhərlənmə zamanı məhsul mümkün itkisinin miqdarı 30%-dək 
proqnozlaşdırılır.  Belə  zəhərlənmədə  sahənin  gücləndirilmiş 
qulluğu icra edilir – minerallar verilir, cərgələrə kultivasiya çə-

 
129 
kilir, əlavə suvarılma aparılır. Belə sahələrdən toplanmış buğda 
insanların qidası üçün yalnız tibbi xidmətin icazəsi ilə, heyvan-
ların  yemi üçün  yalnız baytarlıq  xidmətinin  icazəsi  ilə məhsu-
lun  tərkibindəki  qalıq  fitotoksikantın  miqdarı  müəyyən  olun-
duqdan sonra istifadə olunur.  
Məhsulun miqdarının 50-70% itkisi ilə nəticələnən orta də-
rəcəli zəhərlənmə zamanı yerli iqtisadi şərait nəzərə alınmaqla 
texniki bitkilər şumlanaraq yenidən tətbiq olunan herbisidə qar-
şı dayanıqlı olan digər bitki ilə səpin aparıla bilər və ya fitotok-
sikantın  zəhərli  təsirini  azaltmaq  üçün  mütləq  tədbirlər  görül-
məlidir.  Belə  sahələrdən  alınan  məhsul  qida  və  ya  yem  üçün 
herbisidin  qalıq  miqdarı  müəyyən  olunduqdan  sonra  istifadə 
oluna  bilər.  Qarğıdalı  və  ya  günəbaxan  bitkilərinin  məhsulu 
yağ üçün deyil, texniki məqsədlər üçün tətbiq olunur.  
Məhsulun  miqdarının  90-100%  məhv  olması  ilə  nəticələ-
nən güclü dərəcəli zəhərlənmə sahələrində bitkilər məhv edilir. 
Bitkinin  hündürlüyü  yüksək  olmadıqda  sahə  şumlanılır.  Yük-
sək  hündürlüklü  bitki  sahələrində  bitki  doğranılaraq  sahədən 
kənara toplanılaraq yandırılır, sahə isə şumlanılır, bundan sonra 
tətbiq  olunan  fitotoksikanta  dayanıqlı  olan  bitki növləri  səpilə 
bilər.  Qeyd  etmək  lazımdır  ki,  siloslaşdırma  prosesində  herbi-
sidlər  məhv  olduğundan  və  mikrobioloji  proseslərə  ziyan  vur-
madığından sahədən toplanan günəbaxan və qarğıdalı silos ha-
lında yemləndirmə üçün istifadəyə yararlıdır. 
Zəhərli preparatlarla zəhərlənmiş pambıq məhsulunun sax-
lanması üsullarından biri formasını dəyişmiş yarpaqların kənar-
laşdırılmasından  (çekanka)  ibarətdir.  Kənarlaşdırılmış  yarpaq-
lar  əlavə  məhsullar  qolların  yaranmasına  və  inkişafına  şərait 
yaradır. Kənarlaşdırma üsulu bitkinin 4-5 formalaşmış yarpaq-
larının  olduğu  fazada  daha  səmərəlidir.  Zəhərli  preparatların 
tətbiqindən 5 sutka sonra kənarlaşdırılma aparılır. Daha sonrakı 
fazada və bitkinin güclü dərəcəli zəhərlənmə zonasında olduğu 
hallarda bu üsul daha az səmərəli hesab olunur. 
 

 
130 
5.13.  Bitkilərin  bakterioloji  silahlarla  zəhərlənməsində 
mülki müdafiə tədbirləri 
 
Bioloji vasitələrlə zəhərlənmə faktı qeydə alındıqda törədi-
cinin  növü müəyyənləşdirilir və bütün  sahədə müşahidə aparı-
lır. Müşahidə prosesində zəhərlənmə sərhədləri və hər 1m
2
 sa-
həyə  düşən  törədicinin  miqdarı,  hər  sahənin  ilkin  zəhərlənmə 
dərəcəsi və törədicinin inkişaf imkanları müəyyən edilir.  
Havada və əkin sahəsində bitkilərin sürmə xəstəliyinin tö-
rədiciləri  aşkar  edildikdə  törədicinin  sahədə  mümkün  inkişafı 
müəyyən edilir və sahələrin kimyəvi preparatlarla emal edilmə-
sinin vaxtı və ardıcıllığı planlaşdırılır. Bu törədicilərlə mübari-
zə üçün sineb və polikarbasinin müxtəlif qarışıqları daha məq-
sədyönlüdür. Sürmə xəstəliyi törədicilərinə qarşı səmərəli mü-
barizə üçün kimyəvi preparatlarının tətbiqinin vaxtının düzgün 
müəyyən olunması vacibdir.  
Vaxtın müəyyən edilməsi aşağıdakı qaydada aparılır. Törə-
diciyə  qarşı  ilkin  mübarizə  havada  və  ya  əkin  sahəsində  onun 
müşahidə  edildiyi  vaxtdan  başlanır.  Sonra  buğdanın  zəhərlən-
miş  hissəsi  analiz  olunur  və  onun  köbəliyinin  davam  etmə 
müddəti  müəyyən  olunur.  Törədicinin  inkişafetmə  müddəti 
temperaturdan  asılıdır.  Temperatur  yüksək  olduqda  onun  inki-
şafı  sürətlənir,  inkişaf  müddətinin  başa  çatması  üçün  sürmə 
xəstəliyi törədicilərdə 125ºC-yə bərabər olan səmərəli tempera-
turlar  cəmindən  asılıdır.  Törədicinin  inkişafının  minimal  tem-
peraturu  +2ºC-yə  bərabərdir.  Bunları  nəzərə  alaraq  törədicinin 
inkişafını aşağıdakı düsturla müəyyən etmək olar: 
t
-
T
C
M


 
burada M – törədicinin davametmə müddəti
C – səmərəli temperaturların cəmi (burada 125ºC); 
T – orta sutkalıq temperatur; 
t – törədicinin inkişafının minimal temperaturudur +2ºC. 

 
131 
Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin