5.7. Heyvandarlıq tikililərində heyvanların mühafizəsi
Heyvanların mühafizəsi üçün təsərrüfatda olan heyvandar-
lıq tikililərindən istifadə olunur. Bu məqsədlə tikililərdə lazımi
hazırlıq işləri görülməlidir. Əgər yaşayış sahəsinin nüvə partla-
yışlarının təhlükəli və ya fövqəl təhlükəli zəhərlənmə zonasına
daxil olması ehtimal olunursa, onda heyvandarlıq tikilisi-nin
qamma süalarına qarşı müqavimətini artırmaq üçün 60-70 sm
kənardan hündürlüyü 140-150 sm olan hasar çəkilir və aralıq
hissə torpaqla doldurulur.
Yanğın təhlükəsinin aradan qaldırılması üçün tikilinin ətra-
fı quru otlardan və yanğına meyilli materiallardan təmizlənir və
perimetr boyunca torpaq şumlanır. Tikilinin 20-30 metr ətrafın-
da yanğın söndürmə vasitələri olan lövhə yaradılır.
Tikili daxilində 5-7 sutkalıq yem ehtiyatı yaradılır. Əgər ti-
kili mərkəzləşdirilmiş su təminatına malik deyilsə, onda həmin
müddət üçün tutumlarda su ehtiyatı da yaradılmalıdır. Daxilin-
də yem ehtiyatının saxlanılması üçün tikili divarına bitişən tax-
ta lövhələrdən ibarət, tolla örtülmüş yer düzəldilir.
Sutkalıq yem və su ehtiyatının minimal həcmi aşağıdakı ki-
midir: iribuynuzlu heyvanlar üçün 5-6 kq və ya 4-5 kq ot kütlə-
si və ya 1-2 kq yem qarışığı, 20-30 l su; buzov, keçi və qoyun-
lar üçün 0,5-1 kq ot kütləsi, 1-2 l su. Rasiondan duz çıxarılır.
Böyük tutumlu heyvandarlıq komplekslərində uzunmüd-
dətli saxlanan heyvanlara qulluq və sağım məqsədi ilə tikilinin
daxilində minimal sayda insanlar yerləşdirilir. Bu zaman aşağı-
109
dakı normativə əməl olunmalıdır: qulluq üçün tək-3 nəfər, 150-
200 baş sağlam heyvan üçün 4-5 nəfər, fərdi təsərrüfatlarda
saxlanan heyvanların sayı az olduğundan qulluq və sağım təyi-
natları birləşdirilir və daxildə 1 nəfər insan yerləşdirilir.
İnsanların tikili daxilində mühafizəsinin təmin olunması üçün
minimal istirahət şəraiti yaradılır.
Ventilyasiya ilə avadanlıqlaşdırılmış müasir heyvandarlıq
kompleksləri və quşçuluq fabriklərində zəhərli hava kütləsinin
qarşısının alınması məqsədi ilə hava çəkici yerlərdə süzgəc yer-
ləşdirilir. Süzücü material kimi aktivləşdirilmiş kömürdən,
xüsusi parçadan istifadə etmək mümkündür. Bundan əlavə,
tikililər ventilyasiya sisteminin işlədilməsi, mexanikləşdirilmiş
işlərin icrası məqsədi ilə (sağım aparatlarının, yem və suyun
verilməsi mexanizminin işlədilməsi və s.) ayrıca elektrik ener-
jisi mənbələrinə malik olmalıdır. Elektrik mənbələrinin gücü
tələb olunan səviyyədə olmadıqda istehsalat proseslərinin yeri-
nə yetirilməsi üçün olan qurğuların işlədilməsinin ardıcıllıq
qrafiki tərtib olunur.
Yaxşı hazırlanmış heyvandarlıq tikilisi tikilinin tipindən
asılı olaraq radioaktiv maddələrin miqdarını 130-300 dəfə, zə-
hərləyici kimyəvi maddələrin miqdarını isə 40-60 dəfə azalda
bilir. Kərpicdən inşa olunmuş tikililərdə radiasiya 10-15 dəfə,
taxta tikililərdə isə 3-5 dəfə zəiflədilir. Heyvanların tikililərdə
qapalı şəraitdə uzunmüddətli saxlanması zamanı mikroiqlimin
dəyişməsi cədvəldə göstərilmişdir.
Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, tem-
peratur və nəmliyin yüksəlməsi iri və xırda buynuzlu heyvanla-
ra mənfi təsir göstərir. +30
º
C temperatur və 98-100% nisbi
nəmlik şəraitində karbon qazının buraxıla bilən həddi inəklər
üçün 6-7%, qoyunlar üçün 8% təşkil edir.
Qapalı və isti şəraitdə heyvanların saxlanılmasının davam-
lılığı ətraf mühitdəki temperaturdan, nəmlikdən, küləyin sü-
rətindən və tikilidəki hava həcmindən asılıdır. Temperatur aşa-
ğı, küləyin sürəti yüksək olduğunda heyvanlar qapalı şəraitdə
110
daha uzun müddətli saxlanıla bilər.
Cədvəl 6
Heyvandarlıq tikintisində bağlanmış pəncərə, qapı və
ventilyasiya boruları şəraitində mikroiqlim göstəriciləri
Sınaq vaxtı
Tikilidəki
temperatur,
º
C
Nisbi
nəmlik,
%
Tikili daxilindəki
havada olan miqdar
karbon
qazı, %
ammoniyak
, mq/l ha
Tikili bağlanmamış-
dan əvvəl
15
94
0,2
0,022
Bağlandıqdan sonra:
3 saat
6 saat
12 saat
14 saat
15 saat
20 saat
24 saat
19
20
22
22
21
21
22
95
95
100
100
100
100
100
0,6
1,14
4,77
7,36
6,3
6,5
6,89
0,204
-
-
-
-
0,218
-
Qeyd: 1. Göstərilən nəticələrə 24 saat müddətində 7 litr gündə-
lik məhsuldarlığı olan sağmal inək və buzovların saxlanması ilə əldə
olunmuşdur.
2. Tikili xaricində temperatur gündüz 16
º
C-dək, gecə 2
º
C təşkil
etmiş, küləyin sürəti 1,5-2,5 m/san olmuşdur. Xarici temperatur 15
saatdan sonra 2
º
C-dək enmiş, küləyin sürəti isə 2,5 m/san-dək yük-
səlmişdir.
Tikili daxilində sağmal inəklər üçün 16 m
3
, 2 yaşadək ca-
van heyvanlar üçün 12-13m
3
, qoyun və davarlar üçün 6m
3
hava
həcmi yaradıldıqda heyvanlar ventilyasiyasız daha uzun müd-
dətli saxlanıla bilər. Yüksək dağlıq ərazilərdə qışda xarici
temperatur -20
º
C, küləyin sürəti 2-1 m/san olduğundan ventil-
yasiyasız saxlanma müddəti 72 saat, küləyin sürəti 5-6 m/san
olduqda 90 saata qədər təşkil edir. Xarici temperatur +10
º
C-
dən +20
º
C-dək, küləyin sürəti 0-3 m/san olduqda ventilyasiya-
sız saxlanma müddəti 24 saata qədərdir. Tikilidə ventilyasiya-
nın tətbiqi üçün heyvanların bədən temperaturunun 1-1,5
º
C
111
yüksəlməsi və karbon qazının miqdarının 5%-i ötməsi həyəcan
siqnalı rolunu oynayır. Ona görə də tikili daxilində müxtəlif
yerlərdə olan 3-5 heyvanın temperaturu ölçülməsi ilə proses
nəzarətdə saxlanılır. Karbon qazının havadakı miqdarı 5,6%-i
keçdikdə isə yandırılan kibrit dərhal sönür. Bu halda tikilinin
ventilyasiya borusu (ətrafdakı radiasiya səviyyəsi imkan ver-
dikdə pəncərə) dərhal açılır. Nüvə partlayışlarının gücündən və
tikilinin partlayış mərkəzindən olan məsafəsindən asılı olaraq
radioaktiv tozların torpağa köçməsi və nüvə buludunun tikili
ərazisinin tərk etməsindən sonra küləyin istiqamətində olan
pəncərələr və ventilyasiya borusu açılır. Bu zaman ventilyasiya
borusu ilə radioaktiv tozların tikiliyə daxil olması heyvanlar
üçün təhlükəli hesab edilmir.
5.8. Heyvanların mühafizəsi üçün digər vasitələr
Heyvanların saxlanması üçün tikililər kifayət etmədikdə
qazmaların yaradılması tövsiyə olunur, bu məqsədlə 2,5-3 m
dərinlikdə, 3-4 m enində torpaq qazılır. Qazmanın tavanı dirək
və taxta ilə örtülür, üzərinə isə 40-60 sm hündürlüyündə torpaq
kütləsi verilir. Qazmalar düzəldilərkən qrunt sularının səviyyə-
si nəzərə alınmalıdır. Əgər qrunt sularının səviyyəsi yüksəkdir-
sə, onda qazmanın divarları taxta ilə möhkəmləndirilməlidir.
Qazma daxilində heyvanların növündən asılı olaraq axırlar,
düzəldilir, sidiyin kənarlaşması üçün maillik yaradılır və top-
lanma üçün çuxur qazılır. Qazmalar əsasən 2-10 heyvanın sax-
lanması üçün nəzərdə tutulur.
Zərbə dalğası və radioaktiv buludun təsirindən heyvanların
qorunmasını təmin etmək məqsədilə, yerin xüsusiyyətindən
(yarğanlar, böyük meşələr) istifadə etmək mümkündür. Meşə-
nin radioaktiv maddələrdən mühafizə əmsalı 2-yə bərabərdir.
Meşədə heyvanların mühafizəsini təmin etmək üçün onları me-
şə kənarından azı 500 m dərinliyə aparmaq lazımdır. Kiçik me-
şələr, meşə zolaqları radioaktiv, zəhərləyici maddələrdən və
112
bakterioloji vasitələrdən mühafizəni təmin etmir.
Heyvanların köçürülməsi. Böyük şəhərlərə və ya vacib sə-
naye obyektlərinə hücum təhlükəsi yarandıqda, yaxınlıqdakı
təsərrüfatlarda olan heyvanlar təhlükəsiz məsafəyə köçürülür.
Daşqın ehtimalı yarandıqda da heyvanların köçürülməsi vacib-
dir. Köçürülmə nəqliyyat vasitələri (avtonəqliyyat, dəmir yolu,
su nəqliyyatı) və ya sürü (naxır) ilə piyada yolu ilə icra edilir.
Köçürmə zamanı avtomobil, dəmir yolu nəqliyyatı ilə zəhərlən-
miş zonadan keçərkən insan və heyvanların zəhərlənməyə mə-
ruz qalmaması üçün bütün tədbirlər görülməlidir. Dəmir yol
vaqonlarında qapı və bacalar (yük) bağlanır, avtomobil nəqliy-
yatında heyvanlar əldə olan materiallara (brezent) bükülür, zə-
hərlənmiş zonadan keçərkən insan və heyvanlar üçün tənəffüs
orqanları üçün fərdi mühafizə vasitələrindən istifadə olunur.
Nəqliyyat zəhərlənmə zonasında artırılmış sürətlə və dayanma-
dan keçməlidir.
Heyvanların fərdi mühafizə vasitələri. Mühafizə vasitələri
əsasən qiymətli heyvanlar üçün nəzərdə tutulur və zəhərlənmə
zonasından keçərkən istifadə olunur. İribuynuzlu heyvanlar və
atların tənəffüs və qida yollarının mühafizəsi üçün mühafizə
maskalarından istifadə olunur. Mühafizə maskası gövdədən,
diblikdən və tesmalardan ibarətdir. Gövdə və diblik üç qat kisə
materialından hazırlanır. Onların arasına süzgəc materialı qo-
yulur. Ən yaxşı süzgəc materialı ФПП və ya ФПА tipli Petiria-
nov parçası hesab edilir. Maskanın kənarlarının heyvanın üzü-
nə daha kip birləşməsi üçün tesmalar tikilir. Mühafizə maskası
50 q duz, 450 mml su və 500 mml bitki yağından hazırlanmış
yağlı qarışıqla hopdurulduqda o, tənəffüs yollarını zəhərləyici
maddələrdən də mühafizə edə bilir.
Dəri səthinin mühafizəsi üçün brezent, plyonka, kisə mate-
rialı və s. istifadə olunur. Heyvanların ətraflarını (ayaqlarını)
zəhərləyici maddələrdən brezentdən tikilmiş corablar vasitəsi
ilə mühafizə etmək mümkündür. Bunun üçün ətraflar əvvəlcə-
dən su ilə hopdurulur və gil pastası ilə (1 vedrə gil, 2 litr su və
113
1,5 kq xlor) mazlanır. Bu prosesdən heyvanların kimyəvi zə-
hərlənmə ocaqlarından çıxarılması üçün istifadə olunur.
Heyvanların çıxarılması zamanı mühafizəsi. Heyvanla-
rın çıxarılması radioaktiv tozların çökməsi ehtimalı yarandıqda
təhlükəsiz zonada yerləşdirilmə üçün icra edilir. Təhlükəsiz zo-
nada yerləşdirmə otlaq sahələri nəzərə alınmaqla aparılır. İri-
buynuzlu mal-qara üçün sutkalıq yerdəyişmə 25-30 km, qoyun-
lar üçün 15-20 km təşkil edir. Bu tədbirin icrası vaxtı heyvan-
darların vaxtında xəbərdar edilməsi əsas rol oynayır. Çıxarılma
marşrutu və yerləşdirilmə məkanı sübh vaxtı planlaşdırılır.
Heyvanların və quşların nüvə zəhərlənmə ocaqlarından xi-
las edilməsi. Nüvə zəhərlənmə ocaqlarındakı heyvandarlıq və
quşçuluq tikililərində X və DTİ böyük həcmli və qısa müddət
ərzində görünməsi tələb olunduğundan çox çətindir. Çətinlik
bir də ona görədir ki, əksər hallarda işlər dağılmış tikililərdə,
qatı tüstü və radioaktiv zəhərlənmə şəraitində aparılır. X və
DTİ həm yanğınların söndürülməsi, həm yanan və ya dağılmış
tikililərdən heyvanların çıxarılaraq təhlükəsiz yerlərə aparılma-
sından, həm heyvanlara təhlükəsiz yerlərdə ilkin baytarlıq kö-
məkliyinin göstərilməsindən, həm də yemin daşınması və elek-
trik təminatının bərpasını əhatə edir. Taxıl məhsulları saxlanan
anbar və tikililərdə də yanğının söndürülməsi vacibdir. Gecə
vaxtı X və DTİ-nin aparılması zamanı işıqlandırılma sistemi
normal işləməli, kəşfiyyat və müşahidə işləri təşkil edilməlidir.
X və DTİ görüldükdən sonra məhv olmuş heyvanlar ayrıl-
mış yerdə basdırılır, zəhərlənmiş heyvanlara yardım göstərilir.
Radioaktiv zəhərlənmə zonalarında görülən tədbirlər. Ra-
dioaktiv zəhərlənmə zonasında radiasiyanın səviyyəsini müəy-
yən etmək üçün kəşfiyyat işləri aparılır, xəstəlik və ölümün sa-
yı hesablanılır və görüləcək işlərin (baytar emalı, heyvanların
müalicəsi və ya məhv edilməsi, tikilinin, yemin, suyun dezakti-
vasiyası və s.) həcmi müəyyən edilir.
Radioaktiv zəhərlənmə zonasında heyvanların mühafizə və
saxlanma rejiminin düzgün seçilməsi böyük əhəmiyyət daşıyır.
114
Qapalı şəraitdə saxlanılan heyvanlar radioaktiv maddələrdən
etibarlı mühafizə edilir. Tikilidən kənarda təhlükə sovuşmaya-
na qədər onlar tikili daxilində saxlanılır. Radioaktiv zəhərlən-
mə zonasında heyvanların mühafizə və saxlanma rejimi cədvəl
7-də göstərilmişdir.
Bakterioloji ocaqların ləğv olunması üçün əsas tədbirlər.
Bakterioloji ocaqların ləğv edilməsi üçün görülən tədbirlərin
seçilməsi törədicinin növündən və tətbiq üsulundan asılıdır. İş-
lərin aparılmasına ilin və sutkanın vaxtı, metroloji şərait, müəs-
sisənin mülki müdafiə qüvvələrinin hazırlığı, qüvvə və vasitə-
lərin sayı əsaslı təsir göstərir. Zəhərlənmə ocağında tədbirlər
iki mərhələdə aparılır.
Birinci mərhələ - törədicinin növünün aşkar edilməsinə qə-
dər olan dövrdür. Bu mərhələdə ümumi, epidemiya əleyhinə,
epizootologiya əleyhinə tədbirlər görülür: yoluxucu xəstəliklər
törədicisinin növünün aşkar edilməsi üçün nümunələr götürülür
və laboratoriya analizinə göndərilir (əgər səyyar laboratoriya
mövcud olarsa bu, ekspes metalla müəyyən olunur).
Karantin – zəhərlənmiş zonanın təcrid edilməsi və orada
olan yoluxucu xəstəlik törədicilərinin ləğv olunması üçün görü-
lən ciddi epidemiya və epizootologiya əleyhinə tədbirlər siste-
midir. Yoluxucu xəstəlik törədicisini əhatə etmədikdə karantin
rayon icra hakimiyyətinin qərarı ilə, irimiqyaslı olduqda isə öl-
kə səhiyyə və ya baytarlıq xidməti tərəfindən müəyyən olunur.
Karantin tətbiq olunan ərazinin bütün yollarında mühafizə
məntəqələri qoyulur və yandan keçmə yolları üçün xəbərdarlıq
işarələri vurulur. Mühafizə məntəqələri ictimai asayişin müha-
fizəsi (polis) və ya ordu xidməti nümayəndələrindən təşkil olu-
na bilər.
Karantin tədbirləri zəhərlənmə ocaqlarına giriş və çıxışı
məhdudlaşdırır, oradan zərərsizləşdirilməmiş hər hansı vasitə-
nin çıxarılmasını qadağan edir. Həmçinin insanların heyvanla-
rın və nəqliyyatın çıxarılması qadağandır. Tədbirlər nəticəsində
bazarlar, tədris müəssisələri müvəqqəti bağlanıla bilər. Zəhər-
115
lənmə ocağında infeksiyanın ləğv olunmaması işləri aparılır.
Cədvəl 7
Nüvə partlayışı zonalarında heyvanların saxlanma rejimi
RM
-i
n t
am
çök
m
ə do
za
sı
(R
)
Partlayışdan so-
nra radiasiyanın
səviyyəsi
(R saat)
Par
tl
ay
ışd
an s
onr
a
heyva
nl
ar
ın
köçü
rül
m
əsi
Par
tl
ay
ışd
an s
onr
a
heyva
nr
ın
ot
ar
ıl
m
a v
axt
ı
(su
tka)
Otarılmadan
sonra
südün qəbulu
vaxtı (sutka)
1 sa
at
10 sa
at
24 sa
at
B
öyükl
ər
tər
əf
indən
U
şa
ql
ar
tər
əf
indən
10000
4000
3000
1200
800
600
400
300
200
100
40
2000
800
600
240
160
120
80
60
40
20
8
125
50
37
15
10
7,5
5,0
3,8
2,5
1,2
0,5
44
17,6
13,2
5,3
3,5
2,6
1,7
1,3
0,9
0,4
00,2
12
7
4
2
Vacib
deyil
Köçürül
mür
Köçürül
mür
-
-
-
-
20
15
10
8
6
4
3
2
Məhdudiyyət
qoyulmur
Məhdudiyyət
qoyulmur
-
-
-
-
10
8
6
5
5
5
3
30
30
25
25
25
25
15
İkinci mərhələ - törədicinin növünün aşkar edilməsindən
sonrakı dövrdür. Bu zaman karantin ya saxlanılır, ya da o bilə-
vasiya rejimi ilə əvəz olunur (əgər yoluxucu xəstəlik kontaktla
sağlam orqanizmə keçmirsə).
Observasiya – təsərrüfatda yoluxucu xəstəliklərin qeydə
alınmasından sonra aparılan təcridetmə- məhdudlaşdırma təd-
birləridir. Observasiya zəhərlənmə zonasında tibbi və baytar
müşahidələrinin aparılmasının giriş və çıxışın məhdudlaşdırıl-
masını, zonadan heyvanların, yemin, vasitələrin çıxarılmasını,
xəstə insan və heyvanların təcrid edilməklə müalicəsini, pey-
116
vəndləşdirmə və dezinfeksiya tədbirlərinin icrasını nəzərdə tutur.
5.9. Bitkicilik məhsullarında səthi radioaktiv çirklənmənin
azalması üçün tədbirlər
Açıq tarla şəraitində bitkilərin radioktiv çirklənmədən bir-
başa mühafizəsini təmin etmək demək olar ki, mümkün deyil,
ançaq bir sıra aqrotexniki tədbirlər görməklə məhsulun qiy-
mətli təsərrüfat hissələrində radioaktiv çirklənməni azaltmaq
olar. Məsləhət görülən tədbirlərin əsas məqsədi məhsulun qiy-
mətli təsərrüfat hissələrində, torpaq səthində əlavə radioaktiv
cirklənmənin azaldılmasından və radioaktiv cirklənmənin mak-
simal tez bir vaxtda bitkilərin, toxumların, meyvələrin və s.
üzərindən təmizlənməsindən ibarətdir.
Radioaktiv cirklənən kənd təəsrrüfatı bitkiləri məhsulları-
nın istifadəsi barədə qərar qəbul edilərkən radioaktiv maddələ-
rin müxtəlif bitki və bitki orqanlarında saxlanma xüsusiyyətləri
nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, radioaktiv maddə-
lərin bitki üzərinə çökməsi zamanı (hətta həlledici formada da)
kartof, kök bitkiləri, qarğıdalı buğdalarının radioaktiv cirklən-
mə səviyyəsi buğdada, arpada, qarabaşaqda və s. olduğundan
azdır. Ona ğörə də qida məqsədi ilə paxlalı bitkilərinin və qar-
ğıdalının məhsullarından istifadə edilməsi məqsədəuyğundur.
Əhalinin və heyvanların rasionunda buğda və arpa məsulları
kartof və kök bitkiləri məhsulları ilə əvəz edilməlidir. Radioak-
tiv cirklənmə zamanı yarpaqlı tərvəzəlrin istifadəsi (göyərti,
yaşıl soğan və s.) maksimum dərəcədə məhdudlaşdırılır. Bun-
dan başqa kənd təsərrüfatı məhsullarının radioaktiv cirklənmə-
sinin azalması üçün aşağıda göstərilən tətbirlər həyata keciril-
məlidir.
Torpağın Ģumlanması və gübrələrin tətbiqi. Nüvə part-
layışının radioaktiv buludunun çöküntüləri səpinlər üzərinə yö-
nəldikdə B və V zonalarında radiasiya şəraiti imkan verən za-
man torpağın çirklənmiş üst qatını maksimum dərəcədə dərinli-
117
yə aparan tam şumlama icra edilir. Radioaktiv çöküntülər bitki-
nin vegetasiya dövründə baş verdikdə məhsul yığımından son-
ra torpaq əkini həmçinin dərin aparılmalıdır.
Az məhsuldar cəmənlik və örüşlərdə adətən ən yüksək
radioaktiv çirklənmə qeydə alınır. Belə ərazilərin şumlanmsı
məqsədə uyğundur. Xam torpaqların isə radioaktiv çöküntüləri
daha dərinə basdirmaq və sonradan əkinə aid layla qarışdırma-
maq məqsədilə vintli kövaxırla, yaxud adi kotancıqsız kotanlar-
la şumlanması tövsiyyə edilir.
Gübrələr sistemində əsas diqqət az çirklənmiş, yüksək
məhsuldarlıqlı torpaqlarda daha çox “təmiz” məhsulun alınma-
sına yönəldilir. Əsas gübrələr səthi çirklənmiş torpağın tam
şumlanmasından sonra ona görə verilir ki, gübrə radioaktiv
maddələrlə qarışaraq torpağa və bitkiyə radioaktiv izotopların
keçmə səviyyəsini artırmasın.
Gübrənin verilməsi adi üsullarla aparılır.
Bitkilərə qulluq. Bitkilərə qulluq yüksək məhsuldarlığın
əldə edilməsi üçün torpaq-iqlim zonasına uyğun qəbul edilmiş
aqroqaydalara əsaslanır. Alaqlara qarşı mübarizə məqsədilə
kimyəvi maddələrdən (herbisidlərdən) daha geniş istifadə et-
mək lazımdır. Bu cərgəarası əkin işlərinin sayını azaltmaqla bu
zaman yarana biləcək təkrar çirklənmə ehtimalını minimuma
endirir.
Kartof becərilən sahələrdə şərait imkan verdikdə cərgə-
arası hissəni 4...8 sm dərinliyidə çevirmək lazımdır.Bu karto-
fun radioaktiv cirklənməsinin dərəcəsini bir necə dəfə azalda
bilər.
Məhsulun yığılması. Radioaktiv cirklənməyə məruz qal-
mış sahələrdən məhsulun yığılması zamanı aşağıda göstərilən
əsas tələblərə riayət etmək lazımdır.
1. Bitkilərin radioaktiv çirklənmədən təmizlənmə dərəcəsinin
radioaktiv çökmə vaxtı ilə məhsulun yığılma vaxtından asılılı-
ğını nəzərə alaraq yığımın aqrotexniki qaydaya riayət etməklə
mümkün qədər gec aparılması lazımdır.
118
2. İlk olaraq daha az radioaktiv çirklənmiş sahələrdən məhsu-
lun yığılması vacibdir.
3. Müxtəlif dərəcədə radioaktiv çirklənmiş sahələrdən toplan-
mış məhsulların ayrılıqda yığılması lazımdır.
4. Hətta ən yaxın vaxtda qida və yem üçün istifadəsi mümkün
olmayan məsul məhv edilməməli və ya sahədə yığılmamış
saxlanmamalıdır.
Sahədə məhsulun təkrar çirklənməsinin qarşısının alınması
üçün tədbirlər görülməlidir.Ona görə də yığılmış məhsulun
saxlanması üçün açıq torpaq meydançalarından istifadə məh-
dudlaşdırılmalı, mümkün olmadıqda isə meydançanın beş san-
timetrlik üst torpaq səthi kənarlaşdırılmalıdır. Kartof, buğda,
kök bitkilərini yığıldıqdan sonra uzun müddət açıq şəraitdə
saxlamaq olmaz. Toplanmış məhsul sahədən birbaşa hazırlan-
mış meydançada anbarlaşdırılmalı və ya üzəri örtülməlidir
(brezent və s.). Buğda bitkilərinin yığılmasında kombaynın yu-
xarı biçim üsulunun tətbiqi məqsədəuyğundur.
Yem bitkilərinin (çoxillik və birillik otların, qarğıdalı, günə-
baxan və s.) yığımını bitkilərin eyni zamanda biçilməsini və
nəqletdirici vasitələrə yüklənməsini təmin edən maşınlarla
aparmaq lazımdır.Bu zaman biçilmiş hissənin çirkli torpaq sət-
hi ilə ələqəsini məhdudlaşdirmaq tələb olunur.
Yığım və anbarlaşdırılma prosesində bütün məhsul radio-
aktiv maddələrlə çirklənmə dərəcəsinə və çirkli məhsullardan
təhlükəsiz istifadənin sanitar normalarına uyğun olaraq aşağı-
dakı qruplar üzrə çeşidlənilir: qida istifadəsi üçün;
-
qida üçün istifadəyə;
-
yem üçün istifadəyə;
-
texnoloji emal üçün (nişasta, qənd, yağ).
Nəzərə almaq lazımdır ki, radioaktiv maddələrin bura-
xıla bilən miqdarı ikinci qrup məhsulda birinci qrupdakından
10 dəfə artıq, üçüncü qrupda isə (son məhsulun qida məqsədi
ilə istifadəsi zamanı) ikinci qrupdakından 10 dəfə çox ola bilər.
İstənilən dərəcəli çirklənmiş sahədən toplanmış texniki və
119
yağlı bitki məhsulları emala göndərilir.
Dostları ilə paylaş: |