AZ
ƏRBAYCAN 2012 İNSAN HÜQÜQLARI ÜZRƏ HESABAT
QISA İCMAL
Konstitusiyaya
əsasən Azərbaycan prezident üsuli-idarəsi olan respublikadır.
Qanunvericilik s
əlahiyyəti Milli Məclisə (Parlament) məxsusdur. Faktiki olaraq prezident
hökum
ətin icraedici, qanunvericilik və məhkəmə qanadları üzərində üstünlük təşkil
etmişdir. 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilər Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatının (ATƏT) demokratik seçkilərlə əlaqədar müəyyən etdiyi bir sıra
əsas standartlara cavab verməmişdir. 50-dən çox siyasi partiyanın olmasına baxmayaraq
prezidentin r
əhbərlik etdiyi Yeni Azərbaycan Partiyası siyasi sistemdə üstünlük təşkil
etmişdir. Ermənistanın dəstəyi ilə separatçılar Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və
onun
ətrafındakı yeddi rayonun üzərində nəzarəti davam etdirmişlər. Dağlıq Qarabağın
yekun statusu Rusiya, Fransa v
ə Amerika Birləşmiş Ştatların həmsədrlik etdikləri
AT
ƏT-in Minsk Qrupu vasitəsilə aparılan beynəlxalq vasitəçilik prosesinin mövzusu
olaraq qalmışdır.
İl ərzində insan haqları sahəsindəki ən mühüm problemlər aşağıdakılar olmuşdur:
1.
İfadə azadlığının məhdudlaşdırılması, o cümlədən internet və internetdən kənarda
f
əaliyyətdən göstərən jurnalistlər, insan haqlarının müdafiəçiləri və demokratik fəallara
qarşı hədələmə, həbs və gücdən istifadə;
2. S
ərbəst toplaşma azadlığının məhdudlaşdırılması. Yaz mövsümündə hökumət tərəfindən
üç dinc etiraz aksiyasının keçirilməsinə və 2011-ci ilin yazında etirazlarda iştirak
etdikl
ərinə görə həbs olunanların hamısının azadlığa buraxılmasına baxmayaraq, hökumət
icaz
əli nümayişlərin keçirilməsi məkanını Bakının mərkəzindən kənar ərazilərlə
m
əhdudlaşdırmışdır, bir qayda olaraq digər dinc siyasi aksiyaların keçirilməsi
müraci
ətlərini rədd etmiş, icazəsiz aksiyaları güc yolu ilə dağıtmış və çox vaxt
nümayişçiləri saxlamışdır;
3. M
əhkəmənin ədalətsiz icra fəaliyyəti, o cümlədən əsassız həbs və saxlama hallarının
davam etm
əsi barədə məlumatlar, siyasi motivli həbslər, lazımı hüquqi prosedurlara əməl
olunmaması, icraedici qanadın məhkəmə üzərində təsiri və istintaq təcridxanasında uzun
müdd
ət saxlama. Hakimiyyət orqanları mülkiyyət hüquqları ilə əlaqədar olaraq lazımı
hüquqi prosedurları təmin etməmişlər, bu isə mülkiyyət sahiblərinin evlərindən zorla
çıxarılması, dövlətin şəxsi əmlakı məcburi özgəninkiləşdirmək hüququndan istifadə
əsasında binaların sökülməsi və dövlət tərəfindən alınan əmlaka qeyri-adekvat təzminatın
öd
ənilməsi ilə nəticələnmişdir.
İl ərzində məlumat verilən digər insan haqları problemlərinə polis və yaxud hərbi
t
əcridxanada saxlanılanlara qarşı işgəncə verilməsi və zorakılıq hallarının baş verməsi
daxil olmuşdur ki, bunun nəticəsində ən azı dörd nəfər həlak olmuşdur; ağır və bəzən insan
h
əyatı üçün təhlükəli olan həbsxana şəraiti; şəxsi həyatın toxunulmazlığına əsassız
müdaxil
ələrin davam etməsi; qeydiyyatdan keçməmiş bəzi müsəlman və xristian
qruplarının dini azadlıqlarının məhdudlaşdırılması; siyasi iştirakda olan çətinliklər;
hökum
ətin bütün səviyyələrində olan korrupsiya, insan haqlarının müdafiəsi üzrə
qeyri-hökum
ət təşkilatlarının (QHT-lər) qeydiyyatına rəsmi səviyyədə maneələrin davam
etdirilm
əsi; qadınlara qarşı zorakılıq və insan alveri.
İnsan haqlarının pozulması hallarına yol vermiş əksər rəsmilərin məhkəməyə cəlb
olunması və yaxud cəzalandırılması istiqamətində hökumət addımlar atmamışdır.
C
əzasızlıq problem olaraq qalmışdır.
Bölm
ə 1. Şəxsiyyətin toxunulmazlığına hörmət, o cümlədən
a. H
əyatdan əsassız və ya qeyri-qanuni məhrumetmə
İl ərzində hökumət və yaxud onun nümayəndələri tərəfindən əsassız və yaxud qeyri-qanuni
q
ətllər törədilməsi barədə məlumat verilməmişdir. Buna baxmayaraq insan haqlarının
monitorinqini h
əyata keçirənlər tərəfindən verilən məlumata əsasən polis və yaxud hərbi
t
əcridxanada ən azı dörd nəfər həyatını itirmişdir. Məsələn, 26 iyun tarixdə Ataş Xudiyev
Sumqayıt şəhər polis təcridxanasında olarkən vəfat etmişdir. Xudiyev polis məntəqəsinə
onu gediş haqqını ödəməməkdə ittiham edən bir taksi sürücüsü tərəfindən gətirilmişdir.
Polisin verdiyi m
əlumata əsasən Xudiyev məntəqədə ürək çatışmazlığı səbəbindən vəfat
etmişdir. Buna baxmayaraq Xudiyevin ailəsi polisin qəddarlıq göstərdiyini bildirmiş,
Xudiyevin b
ədənində qançırların və paltarında qan ləkələrinin olduğunu iddia etmişdir.
Orduda zorakılıq halları geniş yayılmışdır və bəzi hallarda ölümlə nəticələnmişdir. İnsan
haqlarının müdafiəsi üzrə yerli təşkilatların verdikləri məlumata əsasən il ərzində orduda
ən azı 97 ölüm halı baş vermişdir ki, bunlardan 77-si döyüş tapşırığının yerinə yetirilməsi
il
ə bağlı olmamışdır, o cümlədən 11 nəfər əsgər öz əsgər yoldaşları tərəfindən qətlə
yetirilmiş və 19 intihar halı baş vermişdir. Zorakılıq hallarının cəzasız qalması davam
etmişdir.
Erm
ənistanın dəstəyi ilə separatçılar Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər yeddi
rayonuna n
əzarəti davam etdirmişlər. İl ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində hər
iki t
ərəfi ayıran hərbiləşdirilmiş təmas xətti boyunca atışmalar davam etmişdir və hər iki
t
ərəfdən çoxsaylı insan tələfatına səbəb olmuşdur. Təmas xəttində mülki şəxslər arasında
baş vermiş tələfatlarla bağlı rəqəmlər təqdim edilməmişdir. Dağlıq Qarabağın yekun
statusu Rusiya, Fransa v
ə Birləşmiş Ştatların həmsədrlik etdikləri ATƏT-in Minsk Qrupu
vasit
əsilə aparılan beynəlxalq vasitəçilik prosesinin mövzusu olaraq qalmışdır.
b.
İtkin düşmə
İl ərzində siyasi motivlərə söykənən itkin düşmə hallarının baş verməsi barədə məlumat
verilm
əmişdir.
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının
verdiyi m
əlumata əsasən Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4,031 nəfər Azərbaycan
v
ətəndaşı itkin düşmüş şəxslər siyahısına daxil edilmişdir. Komitənin verdiyi digər
m
əlumata əsasən üç nəfər Ermənistan hərbçisi və bir nəfər mülki şəxs Azərbaycan ərazisini
t
ərk etmişdir. BMT-in Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) yerli nümayəndəliyi
qeyd olunan üç n
əfər hərbçini üçüncü ölkəyə yola salmışdır və Beynəlxalq Qırmızı Xaç
Komit
əsi (BQXK) isə mülki şəxslərin Ermənistana qayıtmasını təmin etmişdir. Dövlət
Komit
əsi eyni zamanda BQXK-in vasitəçiliyi ilə bir nəfər Azərbaycan əsgərinin geri
qaytarıldığı barədə məlumat vermişdir.
BQXK Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin işinin
araşdırılmasını davam etdirmişdir və hökumətlə birlikdə itkin düşmüş şəxslərin vahid
siyahısının hazırlanması üzərində çalışmışdır. İlin sonunda qohumları tərəfindən BQXK-nə
axtarış üçün edilmiş müraciətlərə əsasən Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4627
n
əfərin taleyi naməlum olaraq qalmışdır və BQXK-in Azərbaycandakı nümayəndəliyi
t
ərəfindən Dağlıq Qarabağ da daxil olmaqla 4220 hal nəzərdən keçirilir.
BQXK h
ərbi və mülki əsirlərə kömək göstərilməsini davam etdirmişdir və il ərzində
onların beynəlxalq humanitar hüquq əsasında müdafiə olunmalarını təmin etmək məqsədilə
h
ər ay onlara baş çəkmişdir. BQXK hərbi və mülki əsirlər və onların ailələri arasında
Qırmızı Xaç vasitəsilə müntəzəm məlumat mübadiləsini təmin etmişdir və onlara əlaqəni
b
ərpa etməyə və bir-birlərindən xəbər tutmağa yardım göstərmişdir. Hökumətin verdiyi
m
əlumata əsasən BQXK bir nəfər mülki əsirin vətənə qaytarılmasına kömək etmişdir.
c.
İşgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan davranış yaxud cəza
Konstitusiya v
ə cinayət məcəlləsi bu cür əməlləri qadağan edir və 10 ilədək azadlıqdan
m
əhrumetmə cəzasını nəzərdə tutur. 22 may tarixdə parlament, konstitusiyanın
müdd
əalarının icrası və saxlanılanlara qarşı etik rəftarın təmin olunması məqsədilə qanun
q
əbul etmişdir. Buna baxmayaraq, insan haqlarının yerli müşahidəçilərinin verdikləri
m
əlumata əsasən 2011-ci ildə baş vermiş 136 hal ilə müqayisədə il ərzində təcridxanada
saxlanılan 141 nəfər təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa məruz qalmışdır (o
cüml
ədən işgəncə halının baş verdiyi haqda bir sıra məlumatlar daxil olmuşdur).
M
əlumatlara əsasən bu cür pis rəftar hallarının əksəriyyəti saxlanılan şəxslər polis
m
əntəqələrində olduqları müddətdə baş vermişdir və zorakılıq halları istintaq
t
əcridxanalarına aparıldıqdan sonra dayandırılmışdır. Cəzasızlıq problem olaraq qalmışdır.
Veril
ən məlumatlara əsasən pis rəftar olunduqlarını iddia edən saxlanılanların müstəqil
m
əhkəmə tibbi ekspertizasına cəlb olunmasına qarşı dövlət orqanları de-fakto qadağa
qoymuşdur və onların vəkillə təmin olunmalarını yubatmışdır.
8 iyun tarixd
ə qanunsuz odlu silah saxlamaq və gəzdirməkdə ittiham edilərək həbs olunan
İlham Əmiraslanov, Sabirabad polisinin onu günahını boynuna alması və hökuməti
daşqınlardan əziyyət çəkmiş vətəndaşlara ayrılmış vəsaiti mənimsəməkdə ittiham edən
“Kür” v
ətəndaş cəmiyyəti qrupundakı fəaliyyətindən imtina etməsi üçün dəfələrlə
döydüyünü iddia etmişdir. Döyüldükdən sonra Əmiraslanov qulaq pərdəsinin kəskin
z
ədələnməsi və daxili orqanlarında ağrıların baş verməsi səbəbindən Ədliyyə Nazirliyi,
Baş Prokurorluq və tibbi yardım üçün Ombudsman Aparatına müraciət etmişdir. 9 və 28
iyun tarixl
ərdə Ədliyyə Nazirliyinin həkimləri onu müayinə etmiş və onun döyülmədiyini
v
ə qulaq pərdəsinin deşilmədiyini bəyan etmişlər. Yerli medianın verdiyi məlumata əsasən
M
əhkəmə Tibbi Ekspertiza Birliyinin həkimləri Əmiraslanovu 27 iyul tarixdə müayinə
etmiş və onda qulaq pərdəsinin deşilməsi halının baş verdiyini bildirmişlər. 1 avqust
tarixd
ə Baş Prokurorluq qulaq pərdəsinin deşilməsi halını təsdiq etmiş, lakin bunun uşaqlıq
dövründ
ən baş verən xroniki xəstəlik üzündən baş verdiyini bildirmişdir.
Yerli müşahidəçilər il ərzində hərbi hissələrdə hədələmə və pis rəftar, o cümlədən fiziki və
cinsi zorakılıq hallarının geniş yayılması barədə məlumatlar vermişlər. Məsələn, 31 iyul
tarixd
ə Müdafiə Nazirliyi iddia etmişdir ki, 19 yaşlı əsgər İsmayıl İbayev xidməti növbədə
olark
ən özünü güllələmişdir, lakin buna baxmayaraq İbayevin ailəsi onun bədənində fiziki
zorakılıq əlamətlərinin, siqaret kötüklərinin yanıqları və qançırların olduğunu iddia
etmişdir. Hərbi Prokurorluq işlə bağlı rəsmi istintaqa başlamışdır.
H
əbsxana və müvəqqəti saxlama təcridxanalarının şəraiti
Əksər məhbuslar bəziləri həyat üçün təhlükəli olmaqla həbsxanalarda ağır şəraitlə
üzl
əşmişlər. Hökumət tərəfindən yeni müəssisələrin inşası davam etdirilsə də, əksər
m
əhbuslar Sovet dövründən qalmış və beynəlxalq standartlara cavab verməyən
mü
əssisələrdə saxlanılmışlar. Çox sayda məhbusun bir yerdə saxlanılması, qeyri-adekvat
qidalanma, istilik v
ə ventilyasiya sisteminin olmaması və zəif tibbi xidmət göstərilməsi,
b
əzi həbsxanalarda yoluxucu xəstəliklərin yayılmasına səbəb olmuşdur. Əksər
h
əbsxanalarda və müvəqqəti saxlama təcridxanalarında içməli su təmin edilmişdir.
Fiziki şərait: Həbsxanalarda olan məhbusların sayı təxminən 20,000 nəfər təşkil etmişdir.
Bunlardan 13.5 faizi istintaq t
əcridxanalarında olmuşlar və 2.3 faizi qadın məhbuslardan
ibar
ət olmuşdur. Dövlət orqanları istintaq təcridxanalarında kişi və qadınları bir yerdə
saxlamış, lakin məhkum edildikdən sonra qadınlar ayrıca həbsxanalara yerləşdirilmişlər.
Yerli QHT müşahidəçilərinin verdikləri məlumata əsasən qadın məhbuslar kişi
m
əhbuslardan daha yaxşı şəraitdə saxlanılmışlar, onların saxlanma şəraiti daha tez-tez
monitorinq edilmiş, treninq və digər fəaliyyətlərə olan çıxış imkanları daha çox olmuşdur.
Yetkinlik yaşına çatmayanların da ayrıca müəssisələrdə saxlanılması nəzərdə tutulsa da,
beyn
əlxalq müşahidəçilər bəzi uşaqların yaşlılarla bir yerdə saxlanılmasını müşahidə
etmişlər.
Dövl
ət orqanları məhbusların fiziki hərəkətlər etmələrinə, eləcə də vəkilləri və ailə üzvləri
il
ə görüşlərə məhdudiyyətlər qoymuşdur. Məhbusların işləmələri və ya təlimlərdə iştirak
etm
ələri üçün çox az sayda imkanlar olmuşdur. Keçmiş məhbusların bildirdiyinə əsəsən
göz
ətçilər məhbusları döyməklə və ya izolyatorlarda saxlamaqla cəzalandırmışlar. Yerli və
beyn
əlxalq müşahidəçilər Qobustan Qapalı Həbsxanasındakı şəraitin pis olması barədə
m
əlumatları təqdim etməyə davam etmişlər.
Ədliyyə Nazirliyinin verdiyi məlumata əsasən 2011-ci ildə baş vermiş 113 ölüm halı ilə
müqayis
ədə il ərzində 111 nəfər həbsdə olarkən həyatını itirmişdir. Nazirliyin məlumatına
əsasən ölüm hallarından 84-ü tibbi müalicə müəssisələrində baş vermişdir və buna tibbi
şərait səbəb olmuşdur. Nazirliyin verdiyi məlumata əsasən 621 məhbus vərəm
x
əstəliyindən müalicə olunmuşdur ki, 2011-ci ildə bu göstərici 746 nəfər təşkil etmişdir.
X
ərçəng və ürək xəstəliklərindən sonra həbsxanalarda baş verən ölüm hallarının aparıcı
s
əbəbi vərəm xəstəliyi olaraq qalmışdır.
Daxili İşlər Nazirliyi istintaq təcridxanalarında baş vermiş üç ölüm halı barədə məlumat
vermişdir. Ölüm hallarından birinin intihar olduğu və digər iki halın isə təbii səbəblərdən
baş verdiyi bildirilmişdir.
İdarəçilik: Həbsxanalarda uçot fəaliyyətinin kifayət qədər həyata keçirildiyi görünür.
M
əhbusların ailə üzvləri ilə görüşmək imkanı olmuş və onlara dini ayinlərə əməl etməyə
icaz
ə verilmişdir. Əksər məhbuslar hər hansı senzura olmadan məhkəmə orqanlarına və
Ombudsman Aparatına şikayətlə müraciət edə bildiklərini bildirsələr də, yerli QHT-lərin
m
əlumatına əsasən ciddi rejimli həbsxanalarda saxlanılan bəzi məhbuslar bu cür şikayət
müraci
ətlərini təqdim etməkdə çətinliklə üzləşmişlər. Həbsxana rəhbərliyi müntəzəm
olaraq m
əhbusların yazışmalarını oxumuşlar. İnsan haqları üzrə yerli ombudsmana insan
haqları ilə bağlı müxtəlif şikayətlər daxil olmuşdur, o cümlədən məhbuslar tərəfindən.
Ombudsman Aparatı şikayətlərin araşdırılması məqsədilə müntəzəm səfərlər edildiyini və
araşdırmaların aparıldığını bildirsə də, QHT-lər məhbusların şikayətlərinə hərtərəfli
qaydada baxılmasında marağın olmadığını bildirmişlər.
Monitorinq: Hökum
ət beynəlxalq və yerli humanitar və insan haqlarının müdafiəsi
qruplarının, o cümlədən BQXK, Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması üzrə
Komit
əsinin (AŞİQAK), ATƏT, Avropa İttifaqının (üzv ölkələrin bəzilərinin səfirlik
nümay
əndələrinin müşayiəti ilə) və İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin bəzi
h
əbsxanalara səfərlər etməsinə icazə vermişdir. Ədliyyə Nazirliyi İşgəncələrə Qarşı
Az
ərbaycan Komitəsindən nazirliyin tabeçiliyində olan müəssisələrə səfər etməzdən öncə
bildiriş əldə etməyi tələb etmişdir, lakin Daxili İşlər Nazirliyi öz tabeçiliyində olan istintaq
t
əcridxanalarına komitənin dərhal səfər etməsinə icazə verməyə davam etmişdir.
Ümumilikd
ə BQXK-nə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılmış hərbi və mülki
əsirlər, eləcə də Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin
tabeçiliyind
ə olan müəssisələrdə saxlanılan şəxslərlə görüşməyə icazə verilmişdir.
İctimai Komitə kimi tanınan, hökumət və insan haqlarının müdafiəsi qruplarının birgə
t
əmsil olunduqları həbsxanaların monitorinqi qrupu həbsxanalara səfər etmək imkanı əldə
etmişdir, lakin bu, yalnız Pentensiar Xidmətə əvvəlcədən məlumat verməklə mümkün
olmuşdur. Bununla belə, il ərzində verilən məlumatlara əsasən bəzi hallarda qrup üzvləri
h
ətta əvvəlcədən məlumat versələr də, həbsxanalara səfər etməkdə çətinlik çəkmişlər.
Bütün bunlara baxmayaraq Komit
əyə müraciət etdiyi səfərlərin əksəriyyətini həyata
keçirm
əyə icazə verilmişdir: 17 monitorinq səfəri zamanı 310 məhbusla görüş baş
tutmuşdur.
T
əkmilləşdirmə: BQXK-nə əsasən hökumət yeni müəssisələr inşa etdirməklə və mövcud
t
əcridxanaların müasirləşdirilməsini həyata keçirməklə təcridxanaların şəraitinin
yaxşılaşdırılması istiqamətində mühüm addımlar atmışdır. İl ərzində Ədliyyə Nazirliyi
BQXK t
ərəfindən başlanılmış təcridxanalarda vərəm xəstəliyinə qarşı mübarizə
kampaniyasının həyata keçirilməsini öz üzərinə götürmüşdür və mütəxəssislər tərəfindən
bu proqram regionda nümun
əvi fəaliyyət kimi nəzərdən keçirilmişdir. Daxili İşlər Nazirliyi
t
ərəfindən verilən məlumata əsasən üç yeni istintaq təcridxanasının açılışı olmuşdur və 18
mü
əssisədə təmir işləri görülmüşdür. Ədliyyə Nazirliyinin verdiyi məlumata əsasən il
ərzində nazirlik tərəfindən 19 müəssisənin rekonstruksiyası həyata keçirilmiş və yaxud
davam etdirilmişdir, eləcə də Gəncə, Lənkəran və Bakıda yerləşən altı həbsxanada iri
miqyaslı təmir-bərpa işləri aparılmışdır. Şəkidəki qarışıq rejimli pentensiar müəssisənin
inşası başa çatmışdır.
d.
Əsassız həbs və yaxud saxlama
Əsassız həbs və ya saxlama qanunla qadağan olunsa da, təcrübədə hökumət ümumilikdə bu
qadağalara əməl etməmiş və cəzasızlıq problem olaraq qalmışdır.
Polis v
ə təhlükəsizlik aparatının rolu
Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri daxili təhlükəsizliyin təmin olunmasına
cavabdehdirl
ər və birbaşa prezidentə tabedirlər. Daxili İşlər Nazirliyi yerli polis
qüvv
ələrinə nəzarət edir və yerli mülki müdafiə qoşunları nazirliyin tabeçiliyindədir. Milli
T
əhlükəsizlik Nazirliyinin özünün ayrıca daxili təhlükəsizlik qüvvələri vardır.
Polisin kütl
ə ilə rəftar taktikası il ərzində bir-birindən fərqli olmuşdur. May ayında
keçirilmiş Avroviziya mahnı müsabiqəsinə yaxın ərəfədə baş tutan etirazlarda bəzi hallarda
polis h
əddindən artıq çox gücdən istifadə etmişdir. Bununla belə, beynəlxalq
müşahidəçilərin verdikləri məlumata əsasən il ərzində keçirilmiş digər etirazlara cavab
olaraq polis daha ölçülmüş və mütənasib taktikadan istifadə etmişdir, belə ki, bu hal 20
oktyabr, 2 v
ə 17 noyabr və 10 dekabr tarixlərdə Bakı şəhərində keçirilmiş antikorrupsiya
etiraz aksiyaları zamanı müşahidə edilmişdir.
T
əhlükəsizlik qüvvələri ümumilikdə cəzasız hərəkət edə bilsələr də, hökumət il ərzində
Daxili İşlər Nazirliyinin 255 əməkdaşına qarşı tədbir görüldüyünü bildirmişdir. Nazirliyin
verdiyi dig
ər məlumata əsasən vətəndaşların hüquqlarını pozduqlarına görə nazirliyin 177
n
əfər əməkdaşına qarşı intizam xarakterli cəzalandırma tədbirləri görülmüşdür.
Ədliyyə Nazirliyinin məlumatına əsasən il ərzində nazirliyin 460 nəfər işçisi vətəndaşların
qanuni hüquqlarını pozduqlarına görə tənbeh edilmişdir. Nazirlik üç əməkdaşını
v
əzifəsindən xaric etmiş, qanunsuz əməllərə görə digər iki hal üzrə istintaq aparılması üçün
Baş Prokurorluğa müraciət etmiş və 12 nəfər işçinin vəzifəsi dəyişdirilmişdir.
H
əbs prosedurları və saxlama yerində rəftar
Qanuna
əsasən saxlanılan, həbs edilən və ya hər hansı cinayətdə ittiham olunan şəxslərə
onların hüquqları, həbs olunmalarının səbəbi dərhal izah edilməli və müvafiq hüquqi
prosesl
ə təmin olunmalıdırlar. Təcrübədə hökumət bu müddəalara hər zaman əməl
etm
əmişdir.
Qanunda polis
ə həbs orderi olmadan hər hansı şəxsi 48 saat ərzində saxlamağa və
dindirm
əyə icazə verilir. Buna baxmayaraq həbs orderi olmadan polis, vətəndaşları bir
neç
ə gün saxlamışdır. Hüquqşünasların bildirdiyinə görə digər hallarda hakimlər həbs
orderini saxlanma halı baş verdikdən sonra vermişlər. Saxlanılan şəxslərin onlara qarşı irəli
sürül
ən ittihamlar barəsində dərhal məlumatlandırılmadığı hallar barədə məlumat
verilm
əmişdir, lakin bir neçə halda ittihamlar sonradan kəskin şəkildə dəyişdirilmişdir.
Diqq
ət çəkmiş bir misalda, 21 iyun tarixdə Nizami Rayon Məhkəməsi “Tolışi-Sado”
q
əzetinin baş redaktoru Hilal Məmmədovu narkotik maddə saxlamaqda ittiham edərək
bar
əsində üç ay həbs cəzası çıxarmışdır. Müşahidəçilərin siyasi motivlərə söykənən addım
adlandırdıqları həbs qətimkan tədbirindən 15 gün sonra, polis Məmmədova qarşı irəli
sürülmüş ittihamları dəyişərək onu vətənə xəyanət, milli, irqi və dini zəmində nifrət
yaratmaqda v
ə etnik ayrı-seçkilikdə ittiham etmişdir. İlin sonunda hakimiyyət orqanları
M
əmmədovun istintaq təcridxanasında saxlanılmasını davam etdirmişlər.
Qanuna
əsasən hər bir şəxsin saxlanıldığı andan etibarən vəkillə təmin olunmaq hüququ
vardır. Təcrübədə vəkil ilə təmin olunma, xüsusilə Bakı şəhərindən kənarda aşağı
s
əviyyədə olmuşdur. Qanunla buna hüquqları olsa da, çox vaxt saxlanılan imkansız
şəxslərin bu hüquqları təmin edilməmişdir. Ailə üzvlərinin verdikləri məlumata əsasən
dövl
ət orqanları bəzi hallarda onların ailələri ilə görüşmələrini, xüsusilə istintaq
t
əcridxanalarında məhdudlaşdırmışlar və müəyyən hallarda saxlanılan şəxslər barəsində
informasiyanı gizlətmişlər. Bəzən ailə üzvlərinin saxlanılan qohumları barəsində hər hansı
m
əlumat əldə etmələri bir neçə gün çəkmişdir.
Siyasi c
əhətdən həssas olan şübhəli şəxslər bəzən polis təcridxanasında olarkən bir neçə
saat v
ə yaxud bir neçə gün ətraf mühitdən təcrid olunmuş şəraitdə saxlanılmışlar. Məsələn,
bloqqer v
ə demokratik fəal Zaur Qurbanlı 29 sentyabr tarixdə həbs olunduqdan sonra
Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən 48
saatdan çox yaxınları və ya müdafiəçiləri ilə hər hansı təmasa icazə verilmədən təcrid
olunmuş vəziyyətdə saxlanılmışdır.
F
ərdi şəxslərin bəzən saxlanılanlara zamin durmalarına icazə verilməsinə, istintaq
araşdırması zamanı onların azadlığa buraxılmasına nail olmalarına baxmayaraq rəsmi və
t
əcrübədə tətbiq edilən zəminliyə buraxılma sistemi olmamışdır. Bundan əlavə bəzi
hallarda dövl
ət orqanları istintaq mərhələsində müttəhimləri müstəqil şəkildə azad etmişlər.
Əsassız həbs: İl ərzində əsassız, çox vaxt polisə qarşı müqavimət göstərməkdə yalandan
ittiham olunmaqla baş verən həbs halları problem olaraq qalmışdır, bu xüsusilə may ayının
axırında keçirilmiş Avroviziya Mahnı Müsabiqəsindən əvvəlki həftələrdə və müsabiqə
zamanı baş vermiş bir sıra dinc nümayişlər zamanı baş vermişdir. Həbs və saxlama
qaydalarının polis tərəfindən pozulması barədə də məlumatlar verilmişdir. Xüsusilə dinc
siyasi nümayişlər keçirməyə cəhd göstərən müxalifət partiyalarının üzvləri polis tərəfindən
saxlanılmışdır.
İstintaq təcridxanalarında uzun müddət ərzində - 18 aya qədər saxlanma halları baş
vermişdir. Baş prokuror müntəzəm şəkildə qanunla icazə verilən məhkəmədən əvvəl ilkin
üç aylıq saxlama müddətini istintaq başa çatana qədər sonradan bir neçə ay müddətinə
uzatmışdır.
Amnistiya
: 15 mart tarixd
ə prezident 66 nəfəri, o cümlədən demokratik fəallar olan Ruslan
B
əşirli və Elnur İsrafilovu əfv etmişdir. 4 iyun tarixdə prezident, demokratik fəal və
parlament seçkil
ərində keçmiş namizəd Bəxtiyar Hacıyevi hərbi xidmətdən yayınmaqda
ittiham edil
ərək 15 ay həbsdə saxlanıldıqdan sonra əfv etmişdir. 22 iyun tarixdə prezident,
2011-
ci ilin aprel ayında keçirilmiş etiraz aksiyalarında əlaqəsi olduğuna görə həbs edilmiş
doqquz n
əfər demokratik fəalı (Arif Hacılı, Sahib Kərimov, Tural Abbaslı, Məhəmməd
M
əcidli, Əhəd Məmmədli, Zülfüqar Eyvazlı, Rüfət Hacıbəyli, Ülvi Quliyev və Babək
H
əsənov) əfv etmişdir. Müşahidəçilər bu fəalların həbsinin siyasi motivlərə söykəndiyini
hesab etmişlər. 26 dekabr tarixdə əlavə olaraq 79 məhbus, o cümlədən Şahin Həsənli və
Vidadi İsgəndərov əfv edilmişlər, bu şəxslər 2011-ci ilin aprelində keçirilmiş dinc
etirazlarda h
əbs edilmişdilər.
Dostları ilə paylaş: |