Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə136/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   132   133   134   135   136   137   138   139   ...   144

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

633 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

EHTİYATLARIN İDARƏ EDİLMƏSİNDƏ TƏLƏB AMİLİ 

 

İbrahim AĞAZADƏ 

Qafqaz Universiteti 



aghazadeibrahim@yahoo.com

 

 

Bu və ya digər ehtiyat modeli seçilərkən tələb, daha doğrusu ehtiyata olan tələbin xarakteri əsas faktor kimi çıxış edir. 

Tələbin xarakterini isə bir neçə istiqamətdə nəzərdən keçirmək mümkündür. 



Asılı və asılı olmayan tələb. Ehtiyatlara olan tələbin xüsusiyyətinə görə onları ilk olaraq asılı və ya asılı olmayan tələbli 

ehtiyatlar qrupuna ayıra bilərik. Asılı olmayan tələbli ehtiyatlar birbaşa tələbi formalaşdırır və onların istifadəsi digər 

ehtiyatlarla əlaqəli deyil, yəni onlar digər ehtiyatların istifadəsinə birbaşa təsir göstərmir. Hazır məhsullara olan tələb asılı 

olmayan tələb, bu məhsulun istehsalında istifadə ediən xammal, material və digər köməkçi vasitələrə olan tələb isə asılı 

tələb hesab edilir.  

Hər hansı  məhsulun asılı  və ya asılı olmayan tələbə malik olması  həmin ehtiyatın hansı  nəzarət metodları ilə idarə 

ediləcəyini müəyyən edir. Məhsulun struktur faylına (“Bill-of-material”)əsasən  asılı  və ya asılı olmayan tələbli ehtiyat 

olduğunu göstərə bilərik. Məhsulun struktur faylındakı əsas (“parent”) məhsul asılı olmayan tələbli ehtiyatdır. Belə tələbin 

hesablanması mümkün deyil, sadəcə gələcək ehtiyaclar və əvvəlki illərin statistik məlumatlarına əsaslanaraq təxmin edilə 

bilər. Digər tərəfdən istehsal vasitələri hesab edilən (“children”) ehtiyatların tələbi asılı tələbdir, başqa sözlə onların həcmi 

hazır məhsulun tələbindən asılıdır. Asılı  tələbli ehtiyatların həcmini hesablamaq üçün isə MRP (“Material Requirements 

Planning”) sistemindən istifadə edilir. Sadə bir misal: əgər hazır məhsulun ehtimali tələbi 10 ədəddirsə  və bu məhsulun 

istehsalında iki ədəd a ehtiyatından istifadə edilirsə, a məhsulunun asılı tələbi 20 ədəd olacaq. Əlbəttə ki, çatdırlma müddəti, 

məhsulun qiyməti və başqa faktorlar da nəzərə alınmalıdır. 

Bundan əlavə, bir ehtiyatın istifadə məqsədinə bağlı olaraq həm asılı, həm də asılı olmayan tələbli ola bilər. Belə ki, bir 

istehsal müəssisə üçün hazır məhsul hesab edilən ehtiyatlar, digər müəssisədə istehsal prosesində istifadə edilən material ola 

bilər.    



Tələbin müəyyənliyi və dəyişkənliyi. Tələbin müəyyənliyi və tələbin zamana görə dəyişkənlik göstərməsi də ehtiyatların 

idarə edilməsində əsas göstəricilərdən biri kimi qəbul edilir. Ehtiyatların idarə edilməsinin optimal metodu seçilərkən yalnız 

bir məhsulun tələbi diqqətə alındıqda və tələbin müəyyən olduğu hallarda determenik modellərdən istifadə edilir. Stoxastik 

modellər isə tələbin qeyri-müəyyən olduğu reallığa daha uyğun olan vəziyyətləri əks etdirir. Belə modellərdə tələb haqqında 

yetərli məlumat olmadığından ortalama tələb müəyyən xəta payı ilə hesablanma üçün əsas qəbul edilir. 

 Bəzi ehtiyatlara olan tələb mövsümi, hava şəraiti və ya digər səbəblərə görə dəyişkənlik göstərir və həmin dövrə uyğun 

ehtiyat modelinin formalaşdırılması baxımından tələbin sabit və ya dəyişkən olmasının öncədən bilinməsi əhəmiyyətlidir. 

Bu iki göstəricini nəzərə alaraq əksər müəlliflər dörd əsas tələb növünün və buna uyğun olaraq ehtiyat modelinin qurula 

biləcəyini qeyd edir. 

1.  Müəyyənlik şəraitində sabit tələb 

2.  Müəyyənlik şəraitində dəyişkən tələb 

3.  Qeyri-müəyyənlik şəraitində sabit tələb 

4.  Qeyri-müəyyənlik şəraitində dəyişkən tələb 

Stoxastik dəyişkən tələbli ehtiyatların idarə edilməsi digər üç tələb növünə nisbətən daha çətin olsa da, praktikada 

qarşılaşılan  əsas məsələlərdəndir. Tələbin müəyyən və sabit olması isə ehtiyatların menecmentini sadələşdirdiyi üçün 

klassik ehtiyat modellərində tələb determenik və sabit qəbul edilir. 

Yuxarıda sadalananları nəticələndirərək deyə bilərik ki, istənilən bir müəssisə üçün ehtiyat modelini formalaşdırılarkən 

tələbin xüsusiyyətlərinin diqqətə alınması ehtiyatların səmərəli idarə edilməsi, həm sifariş, həm də ehtiyatları saxlama 

xərclərinin azaldılması və son nəticədə mənfəətin artırılması baxımından əhəmiyyətlidir. 

 

 

SİNERGETİK PRİNSİPLİ LOQİSTİK SİSTEMLƏRDƏ HƏRƏKƏT TƏRKİBİNİN 

EFFEKTİVLİYİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ 

 

Ceyhun TALIBOV 

Azərbaycan Texniki Universiteti 



shixaliyev72@mail.ru 

 

Giriş: Sinergetik prinsipli loqistik sistemlərdə  əsas şərt loqistik sistemlərin birgə fəaliyyəti nəticəsində yekun mənfəət 

faktorunun maksimallaşdıılmasıdır. 

Nəqliyyat loqistik sistemlərində də əsas prinsip - mənfəətin birdəfəlik cari daşınma əməliyyatı  üçün deyil, son nəticədə 

sinergetik sistemin mənfəətin yüksəlməsinə yönəldilməsidir. Nəqliyyat müəssisələri üçün belə prinsipli loqistik sistemlərdə 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

634 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

iştirak 1 (bir) gediş üçün daşıma prosesindən gələn gəlirlərin azalmasına baxmayaraq, daşıma  əməliyyatlarının sayının 

artmasını şərtləndirir. Bu da son nəticədə klassik loqistik sxemlərlə fəaliyyət göstərən müəssisələrdən daha rəqabətyönümlü 

fəaliyyət göstərməyə şərait yaradır. 

Məqsəd: Sinergetik prinsipli loqistik sistemlərdə nəqliyyat loqistikasının əsas vəzifəsi tələb olunan həcmdə  yükü  ən 

minimal daşıma xərcləri ilə  tələb olunan vaxt istehlakçıya çatdırılmasıdır. Bu məqsədlə konkret daşıma əməliyyatı uçün bir 

dəfəyə daşınan yük həcminə uyğun daha effektiv hərəkət tərkibinin seçilməsi ən vacib məsələlərdən biridir. Belə yanaşma 

optimal məhsul ehtiyatı, məhsulun təzəliyi, qapıdan – qapıya, loqistik çeviklik faktorlarının tənzimlənməsinə imkan verir. 

Bu məqsədlə bilavasitə loqistik sistemdə hərəkət tərkibinin effektivliyinin hesablanma metoduna ehtiyac vardır. 

Tədqiqat:Hərəkət tərkibinin effektivliyinin hesablanması metodları əvvəllər  professor Y.U.Kotikov, R.S.Çudakov [4] , 

B.A.Anikin ,A.P.Tyapuxin  [3],A Chester ,  R.Harrison [1],   R.Tomson və A. Visser [2] tərəfindən tədqiqatlar aparılmışdır. 

Bu və digər müəlliflərin işləri ilə tanışlıq zamanı müəyyən olunmuşdur ki, onların hərəkət tərkibinin effektivliyinin 

müəyyənləşdirilməsi üçün təklif etdiyi metod və ifadələr müasir loqistik sistemlərin layihələndirməsində  və sinergetik 

prinsipli loqistik sistemdə tam şəkildə özünü doğrultmur. 

Belə ki, bu metodlarda yalnız  nəqliyyat  müəssisəsinin və ya fərdi daşıyıcının qısa perspektivli  maraqları    nəzərə 

alınmış, daha effektiv hərəkət tərkibinin müəyyənləşdirilməsi  üçün  bilavasitə daşıma prosesi ilə bağlı texniki – iqtisadi 

göstəricilərdən istifadə edilmişdir. 

Yenilik: Müasir iqtisadi münasibətlər  şəraitində , nəqliyyat effektivliyi sinergetik prinsipli loqistik sistemdə  mənfəət 

faktoru nəzərə alınmaqla  müəyyən edilməlidir. 

Yəni daşıma effektivliyi bir gedişdə yük  daşımadan gələn mənfəətlə deyil  – ümumi daşıma həcminin artırılması ilə  

ölçülməlidir. 

Bu məqsədlə mən ümumi loqistik sistemin layihələndirilməsində əsas yer tutan nəqliyyat loqistikasında daha effektiv  

hərəkət tərkibinin seçilməsi  üçün  aşağıda göstərilən “Çevrələr metodu”nun tətbiq edilməsini təklif edirəm: 

Lra < ( Cr – Ca – Ccos - Ctax)/ p. 

Burada : 

Lr – satış zonasının radiusu və ya  mənfəət faktorunun saxlanması    ilə istehsal nöqtəsindən daha uzaq məsafəyə 

daşınma  məsafəsi 

Cr – A - nöqtəsində istehsal və ixrac olunan məhsulun R - satış nöqtəsində 1(bir) tonunun bazar qiyməti 

Ca – A - nöqtəsində məhsulun 1(bir) tonunun bazar qiymətidir. 

Ccos – Hərəkət tərkibinin bir gedişə daşıdığı məhsulun 1(bir) tonu üçün kömrük rüsumu və digər kömrük xidmətlərinin 

xərcləri. 

Ctax- hərəkət tərkibinin  bir gedişə daşıdığı məhsulun 1tonu üçün vergi və digər xərcləridır. 

P - 1 ton məhsulun Lar- məsafəsinə daşıma tarifidir. 

Nəticə: Çevrələr metodu, sinergetik sistemdə  mənfəət faktorunun saxlanması ilə istehsal nöqtəsindən daha uzaq 

məsafəyə daşıma  məsafəsini müəyyən edir. 

Belə ki, loqistik sistemdə mənfəət faktorunun saxlanması  ilə daha uzaq məsafəyə daşımanı həyata keçirtməyə imkan 

yaradan hərəkət tərkibi daha effektiv hesab edilməlidir. 

 

 



SƏNAYENİN SƏMƏRƏLİ İNKIŞAFI NAMİNƏ 

 

İsa QASIMOV 

Qafqaz Universiteti  



iqasimov@qu.edu.az 

 

2014-cü ilin Azərbaycanda  sənaye ili elan edilməsi doğru istiqamətə yönəlmişik mənasına gəlir. Əsas məsələ odur ki, 

sənayenin səmərəli inkişafına nail olaq. Bu isə dünyada baş verən sürətli dəyişikliklkəri nəzərə almağı zəruri edir. İstehlakçı 

tələblərinin hansı istiqamətdə  dəyişdiyini təhlil edərkən gəldiyimiz qənaət odur ki, sənayenin səmərəli inkişafına nail ola 

bilməyimiz üçün təşəbbüskarlığı (girişimçiliyi) ciddi şəkildə dəstəkləməliyik. Əminəm ki, təşəbbüskar yanaşma (girişimçi  

baxış) sənayenin sürətli və səmərəli inkişafına zəmin verəcəkdir. 

Ökə sənayesini beynəlxalq rəqabətə davamlı inkişaf etdirə bilmək üçün hansı formada ekosistem qurmalıyıq? Silikon 

Vadisində (və ya bənzər ekosistemlərdə) görülən işlərə  əsaslanaraq istehsal olunan məhsulla eyni bazarda (dünya bazarı) 

rentabelli ola bilmək üçün nə etməliyik?  Bu və və ya digər suallara cavab verən ekosistemin formalaşması üçün beynəlxalq 

təcrübənin öyərnilməsi vacib məqamlardandır.  

İnkişaf etmiş ölkələrin təcrübəsindən faydalanarkən, bazarı formalaşdıran başlıca istiqamətlər diqqətlə  təhlil 

edilməlidir. Xarici təcrübənin tətbiqi zamanı, yerli biznes gəstəriciləri (istehsalçı və istehlakçının tələbləri, bazarın biznes 

etikası və s.) nəzərə alınmazsa, risklərin artımı ciddi şəkildə labüdləşə bilər. 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

635 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Fikrimizcə, ölkədaxili və ya xarici bazara çıxaracağımız məhsulun doğru müəyyənləşdirilməsi, renatbellilik üçün çox 

önəmlidir. Nəzərə almalıyıq ki, mövcud bazar şərtləri istehlakçının həyata baxışına paralel olaraq durmadan dəyişir. Bazarın 

10 il əvvəlki aktiv istehlakçıları ilə indiki itehlakçılarını müqayisə etsək, ciddi dəyişikliklərin olduğunu müşahidə edə 

bilərik. Başqa sözlə desək, hazırda uşaq və yeniyetmə yaşlarındakı insan gücünün yaxın gələcəkdə bazarın aktiv 

istehlakçıları olduğu zaman tələblərin necə  dəyişəcəyini  söyləmək, təqribən, çox da çətin deyil. Qloballaşma və 

informasiya texnologiyalarının tətbiqi isə bu işi daha da sürətləndirir. Deməli, rentabelli məhsul istehsalına nail olmaq üçün 

təkcə sənayenin inkişafı şərt deyil. Burada önəmli olan başlıca məqamlardan biri də sənayenin səmərəli inkişafına nail ola 

bilməkdir. İstənilən sahə üzrə istehsal olunan məhsulun qısa müddətdə satışı həmin sahənin daha da inkişafına səbəb olan 

amillərdəndir. Səmərəli strategiya formalaşdıra bilmiş  şirkətlər (adətən, inkişaf etmiş ölkələrdə müşahidə olunur) məhsul 

istehsalını istehlakçının tələbləri  əsasında yerinə yetirərək, risk amilinin azaldılmasına ciddi şəkildə nail olmaqla yanaşı, 

həm də onun maya dəyərinin aşağı salınmasına təmin edə bilirlər. Bu isə o deməkdir ki, satışa çıxarılan məhsul rentabellilik 

üçün başlıca amil olan qiymət siyasətində bazarın ən dayanıqlı və aktiv əmtəələrindəndir. 

Vurğulamaq istədiyimiz məqam odur ki, ölkə sənayesinin inkişafında istehlakçıların tələbləri mütləq nəzərə alınmalıdır. 

Bu zaman yaxın və uzaq gələcəkdə baş verəcək ictimai-siyasi və sosial-iqtisadi dəyişikliklərin (və ya inkişafın) istehlakçıla-

rın tələblərində hansı yeniliklərə səbəb ola biləcəyi doğru təsbit edilməlidir.  

İxrac potensialının artırılması  məqsədi ilə  həyata keçirilən layihələr  əsasında sənayenin inkişafı güclü ölkələrə 

xarakterik haldır. İxracın yüksək olması ölkəyə daxil olan valyuta miqdarının çox olması deməkdir. Bu həm də istehsalçı 

müəssisənin bazar payının genişliyi deməkdir. Ancaq nəzərə almalıyıq ki, kiçik və orta sahibkarlığın inkişafı ölkənin ümumi 

inkişafında daha dayanıqlı hal kimi də  dəyərləndirilir. Kiçik və orta sahibkarların başlıca müştəriləri isə daxili bazar 

hesabına formalaşır. Daxili bazarın təmin olunması idxalın azalmasına, eləcə də ölkədən çıxan valyutanın azalmasına səbəb 

olur. Bu da iqtisadiyyatın güclənməsində, həmçinin xarici bazardan asılılığın azalmasında mühüm rol oynayır. 

Ümumiyyətlə, daxili istehlakın güclü olması istər idxal, istərsə  də ixrac baxımından ölkənin xarici bazardan asılılığını 

azaldan potensialdır. Məsələn, Çinin daxili istehlakı o qədər güclüdür ki, xarici ölkələr Çinə embarqo qoysalar belə, daxili 

istehlakçı gücü dövriyyəni canlı saxlaya biləcək. 

Fikrimizcə, sənayenin səmərəli inkiaşfına nail ola bilmək üçün nisbətən asan və  qısa müddətdə formalaşdırılması 

mümkün olan kiçik və orta sahibkarlığın inkişafına əhəmiyyət verilməlidir. Kiçik və orta sahibkarların müştəriləri əsasən 

daxili bazarda olduğu üçün, bu vəziyyət idaxalın azalmasına səbəb olacaqdır. Bu həm də ölkədaxili ixtisaslaşmanın səmərəli 

istifadəsinə  də  zəmin verəcəkdir. Digər tərəfdən kiçik və orta sahibkarlığın geniş  şəkildə inkişafı  gələcəkdə böyük 

sahibkarların formalaşmasına zəmin verəcəkdir. 

Yuxarıda qeyd olunanlarla yanaşı, sənayenin səmərəli inkişafında diqqət edilməli ən vacib məqamlaqrdan biri də, elm 

tutumlu sahələrin inkişafını təmin etməkdir. Səmərəliliyin yüksəldilməsi və ya rentabelli məhsul istehsalının təmin edilməsi 

üçün ölkənin ən zəruri gücü hesab olunan əhalisi əsas qüvvə kimi dəyərləndirilməlidir. Azərbaycanda ümumi əhali arasında 

gənc nəslin payının çoxluğu sənayenin səmərəli inkişafı üçün ən ciddi potensial hesab oluna bilər. Gənclər bazarın an aktiv 

istehlakçıları olmaqla yanaşı, həm də bazarda tələblərin dəyişməsində də mühüm rol oynayırlar. Gənclər həm də sənayenin 

inkişafı üçün zəruri olan innovasiyaya daha yaxın baxışa malikdirlər. Qənaətimcə, sənayenin səmərəli inkişafı üçün 

yeniyetmə  və  gənc nəsildə  təşəbbüskar (girişimçi, startup-çı) yanaşmanı inkişaf etdirmək lazımdır. Bu məqsədlə 

aşağıdakıları təklif edirəm: 

Təhsil müəssisələrində təşəbbüskar yanaşma tətbiq və tədris olunmalıdır.  

Təşəbbüskar gənclər üçün dostanə (hərtərəfli dəstəkləklənən) ekosistem formalaşdırılmalıdırılmalıdır. Universitetlərdə 

texnoparkların, həmçinin inkubasiya mərkəzlərinin inkişafı dəstəklənməlidir. 

Dünya sərmayəsindən faydalana biləcək  təşəbbüslərə doğru işlər görülməlidir. Bunun üçün ölkədaxili ekosistem 

münbitləşdirilməli və inkişaf etdirilməlidir. 

Beynəlxalq təcrübənin öyrənilməsinə ciddi imkanlar tanınmalıdır. 

Dünya elminə hakim olan dilə əhəmiyyət verilməlidir.  

Sənayenin səmərəli inkişafında digər bir məqam isə ölkəni xarici investrorlar üçün cazibə mərkəzinə çevirə bilməkdən 

keçir. Bu zaman yüksək texnologiyaların inkişafına yönləndirilən investisiya müsbət mənada fəqrlilik formalaşdıracaq.  

Xarici investisiyanı emal sənayesinin inkişafına, həmçinin yüksək texnologiyalarına inkişafına yönləndirə bilmək yüksək 

inkişaf etmiş ölkələrə xas olan yanaşmadır.  Bu fəqrliliyi Azərbaycanda sənayenin səmərəli inkişafı startegiyasında başlıca 

məqam kimi formalaşdıra bilmək önəmlidir.  Bu isə elm tutumlu sahələrin beynəlxalq rəqabətə davamlı  inkişaf etdirilməsi 

ilə mümkün olacağı qənaətindəyik.  

Elm tutumlu sahələrin inkişafı fonunda sərbəst bazar şərtləri mentorların inkiaşflına zəmin verəcəkdir. Güclü mentor 

ölkənin ən önəmli sərvətlərin hesab oluna bilər. Mentor - rasional səmərəliliyi ilə ölkəyə böyük qazanc verən beyin gücünə 

malik şəxsdir. Güclü mentorlara sahib ekosistemlərdə elm adamlarının daha səmərəli nəticələri labüddür. 

Nəzərə almalıyıq ki, xarici investisiyanı  cəlb edən önəmli məıqamlardan biri də  həmin ölkəni təmsil edən insan 

gücünün beynəlxalq aləmdə təkcə intelektual davranışları ilə deyil, həm də mentorluq gücü ilə də ölçülür. Güclü mentorları 

isə startupların inkişafına zəmin verən ekosistemlər formalaşdırır. 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

636 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Güclü ölkələr dünya bazarında daha çox investor kimi rol alırlar. Bu isə daha da güclənməyə zəmin verir. İnkiaşf etmiş 

ölkə ilə inkişaf etməmiş ölkənin önəmli fərqlərindən biri də məs investor yanaşmasıdır. İnkişaf etmiş ölkələr (və ya güclü 

firmalar) investor kimi startuplara əhəmiyyət verdiklərini  əyani formada nümayiş etdirirlər. Dünyanın məşhur mentorları 

qeyd edirlər ki, yaxın gələcəkdə bütün dünyada startuplar daha çox əhəmiyyət kəsb edəcəkdir. Fikrimizcə, bu önəmli 

məqamdır. Sənayemizin səmərəli inkişafı naminə gecikməməliyik. 

İnkişaf etmiş ölkələr inkişaf etməmiş ölkələrdə startupların inkişafında maraqlı olsalar belə, hərəkət edən bir "qatar"ı 

dayandırmayacaqları aydındır. Dünya elə bir inkişaf dövrünü yaşayır ki, önə çıxan tərəflər "lokomotiv"i dayandırmağı və ya 

sürətini azaltmağı heç ağıllarına belə gətirmirlər. İnkişafı geridən təqib edən tərəflər belə bir təklif etsələr də, əminəm ki, 

təklifi heç kim anlamayacaq, anlayanlar isə belə bir təklifi çox qəribə qarşılayacaqlar. Deməli, "lokomotiv"ə minmək üçün 

daha çox, həm də səmərəli işləməliyik. Bu yolda "tələ"lərin də ola biləcəyini unutmamalıyıq. 

 

 



LAYİHƏ RİSKLƏRİNİN İDARƏ OLUNMASI 

 

Elxan HƏSƏNOV, Seymur HƏSƏNOV 

Qafqaz Universiteti 



elhesenov@qu.edu.az, shesenov@qu.edu.az 

 

Layihə risk idarəsinin planlanması, layihə planlarından biridir. Layihənin ilk formalaşdığı mərhələdə inkişaf etdirilir və 

risk idarəsinin tətbiqi mərhələsində idarə edilir, qorunur və lazım olduğu yerdə yenilənir ( Gillanders, 2003). Layihə risk 

idarəsinin planlanması risk idarəsinin başlama addımıdır. Layihə idarəetmə planı ilə tətbiq olunacaq strategiyalar, proqramın 

məqsədləri, risk prosesləri, qeyd olunması lazım olan periyodik hesabatlar, məsuliyyətlər və rollar təyin olunur ( Greenfield, 

2000). 


Nəticə olaraq aşağıdakı maddələr əldə edilmiş olar: 

-Risk idarəetmə metodu : Risk idarə edilməsində istifadə ediləcək yanaşma 

-Komanda üzvlərinin rolları və məsuliyyətləri 

-Risk büdcəsi: Risk idarəetmə fəaliyyətlərinin aparılması üçün lazım olan büdcə 

-Risk idarəetmə fəaliyyətlərinin təqvimi : Risk idarəetmə fəaliyyətlərinin zaman əsasında sıralanması 

-Risk sərhəd dəyər ölçüləri : Risklərin qiymətləndirilməsi mərhələsində, risklərin dərəcələndirilməsi məqsədiylə 

istifadə ediləcək sərhəd dəyərlər 

-Risk sənədləşdirmə üsulları : Risk idarə etmə mərhələsində lazımlı hesabatlar ,sənədlərin təyin olunması 

-Risk nəzarət təqvimi : riskin nəzarət periyodu 

Risk idarəsinin uğurlu tətbiqinin  əsas 2 göstəricisi var.Biri, risklərin ortaya çıxarılması bacarığı; digəri isə ortaya 

çıxarılan risklər üçün dəqiq məlumatlar alıb tətbiq etmə bacarığıdır. 

Risk idarəsi dinamik bir quruluşu tələb edir. Bu quruluşda təsirli olan riskləri qarşılama üsulu öz təsirini itirə bilər; 

hədəflərimiz dəyişə bilər. Bu kimi hallarla qarşılaşdığımızda idarəetmənin yeni şərtlərə uyğunlaşdırılması lazım gəlir. 

Müşahidələrimiz göstərirki risk idarəsinin keyfiyyət təminatı, təşkilat daxili və təşkilat xarici qaynaqlardan təmin edilə 

bilər. Keyfiyyət təminatı, təşkilat daxilində ediləcək müsahibələr və hesabatlarla təmin edilə biləcəyi kimi, təşkilat 

xaricindən də keyfiyyət təminatı verə biləcək təşkilatlardan xidmətin təmin edilməsi variantı seçilə bilər. Keyfiyyət 

təminatının təmin edilməsinə istiqamət olaraq edilən monitorinq və qiymətləndirmələrə  əlavə olaraq, 2 ildən bir, risk 

idarəsinin quruluşunun ilk qurulmasında olduğu kimi daxili və xarici şərtlərimiz gözdən keçirilərək risk kökdən tamamilə 

yenilənə bilər. 

Kəmiyyət risk analizi müəyyən edilmiş risklərin meydana gəlmə ehtimalları  və layihə  fəaliyyətlərinə olan təsirlərini 

ədədi olaraq ifadə etmə prosesidir. Bu analizdə  ədədi üsullardan istifadə edilir. Riskin ədədi olaraq verilməsi nəticəsində 

hansı risklərin daha çox təsir yaradacağı müəyyən olunur və bunların xərclərə, zamana və layihəyə olan təsirləri araşdırılır. 

Kəmiyyət risk analizində istifadə edə biləcəyimiz metodlar həssaslıq analizi, gözlənilən pul dəyəri analizi, ekspert rəyi və 

simulasiya (modelləmə) metodlarıdır. Bu metodlar istifade edildikdən sonra layihə meneceri riskləri təhdid gücünə görə 

sıralaması, layihəni vaxtında və təyin olunmuş büdcəyə görə qurtarma ehtimalı, layihənin ehtimal analizi kimi məlumatların 

iştirak etdiyi aktuallaşmış risk siyahısı əldə ediləcəkdir.  

Layihə üçün 4 risk cavabı vardır. Bunlar; riskdən qaçmaq, riski qəbullanmaq, ötürmək və təsirini zəiflətməkdir.  

Riskdən qaçmaq,  strategiyası daha çox layihə müvəffəqiyyəti üzərində ciddi təhdid kəsb edən risklər üçün tətbiq 

olunur. Riskin reallaşmaması üçün layihə idarəetmə planını dəyişdirmək, layihə üçün təyin olunan qaynaqları dəyişdirmək, 

ehtiyacları dəqiqləşdirmək, daha çox məlumat toplamaq, mütəxəssis fikirinə müraciət kimi tədbirlərlə riskdən qaçınıla bilər. 

Riski qəbul etmə üsulu, riskin transfer edilməsi ya da riskdən qaçmaq şansı olmadığı zaman istifadə edilir. Riskin 

verdiyi təsirdən çox riskə cavab vermək daha xərcli olduğu vaxtlarda riskin qəbul olunması lazım olan bir üsuldur. Riski 

qəbul etmə iki şəkildə tətbiq olunur: Passiv qəbul etmə və aktiv qəbul etmə. Passiv qəbul etmədə heç bir fəaliyyət tətbiq 


 Qafqaz Uni

olunmur. Ak

xərc məbləğl

Transfer


edilen bir üs

meydana gə

malların sığo

Yüngüll


bir səviyyəy

genişləndirm

Nəticə o

təsbit edilən

müddətidir. R

təxmin edilən

izlənilən siya

 

 



 

      Neft 

lüləsində tutu

qazma borula

burada –

E – Yun


F – boru

P

1



 ; P

2

 –



l – P

1

 v



Kəmərin

QEYRİ

İstehsal 

resursların əl

gələcək mü

optimallaşdır

İstehsal 

modellər. 

Determi

Determin


Parame

f(t) - 

Cp(t) - 

II INTER

versity           

ktiv qəbul etm

lərini ehtiva ed

r etmə: riskin 

suldur. Risk 

ləcək təsir tr

ortalanması kim

əşdirmə: Risk

yə  çəkilməsi

mək, ünsiyyəti 

olaraq  riskləri

n risklərin izl

Risk idarəetm

n təsirlərin xa

asət və istifadə


Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin