278
Braziliya (1984-də 228 mlrd dollar) kontinentdə digər
dövlətləri qabaqlayırdı. Həmçinin qızıl valyuta ehtiyatlarına
görə də o birinci yeri tutrudu (8,2 mlrd. dollar). Amazonka
yanındakı raoynların inkişafına xüsusi diqqət verilirdi.
Transamazon magistral yolu çəkildi ki, uzunluğu 800 km. idi.
Karajezdə dəmir filizi yataqlarında 18 milyon ton dəmir
çıxarıldı ki, bu da ölkədə çıxarılan dəmir filizinin 60% demək
idi.
80-ci illərin əvvəllərində istehsal aşağı düşdü. Kənd
təsərrüfatında durğunluq başlandı.Ölkədə işləyən əhalinin 44
%-i, yəni 21,3 milyonu işsiz idi.
Xarici borclar 1980-ci ildə 53,8 mlrd. dollardan, 1983-ci
ildə 100 mlrd. dollara çatdı. 1981-ci ildə Braziliyaya 13
milyard dollar həcmində xarici kapital daxil oldu. Gəlirlərdən
tutulan vergilər artırıldı. 1979-cu ildə liberllaşdırma prosesi
başlandı. Buna qarşı ultrasol qüvvələr çıxış edərək terror təşkil
etdilər. Senzura zəiflədi. 1980-ci idə Sosial-demokrat partiyası
əsasında Braziliya zəhmətkeşlər partiyası yaradıldı. 1983-cü
ilin avqustunda Zəhmətkeşlərin vahid həmkarlar mərkəzi
yaradıldı. Bütün bunlar mübarizədə birləşmək məqsədini
güdürdü.
1984-cü ildə Braziliya demokratik hərəkat (BDH)
Dostları ilə paylaş: