285
80-ci illərdə Argentinanın xarici işlər naziri D.Kaputo bu
ölkənin bütü hesab edilirdi.
Bloklara qoşulmamaq və Latın Amerikası ölkələri ilə
həmrəylik bu dövrdə Argentinanın xarici siyasətinin əsas
prinsipləri elan edilmişdi.
1989-cu ilin prezident seçkilərində xustisialist
K.S.Menem qələbə çaldı. Siyasi məhbuslar əfv olundu. Böyük
Britaniya ilə münasibətlər bərpa olundu «İqtisadiyyatın
sağlamlaşdırılması» siyasəti yeridildi.
Dövlət müəssisələrinin
özəlləşdirilməsi xətti götürüldü. Yeni vergi qaydası tətbiq
edildi. 1991-ci ilin martında Argentina, Braziliya, Paraqvay və
Uruqvay tərəfindən Latın Amerikası regionunda ümumi
bazarın yaradılması haqqında saziş bağlandı.
90-cı illərdə Argentinanın əsas problemi onun xarici
borclarının olması idi. 90-cı illərdə
bazar mexanizminin
liberallaşdırılması xəttinin yeridilməsi iqtisadiyyatda bir sıra
uğurlara səbəb oldu.
Menem hökuməti (1989-1999) «anasteziyasız cərrahiyyə
əməliyyatı» aparmağı təklif etdi. Monetarizm və neoliberalizm
siyasəti yeridildi. Özəlləşdirmədən 30 milyard dollar gəlir əldə
edildi. İnflyasiya 3,6%-ə endi. 1991-94-cü illərdə ümumi
məhsul buraxılışı 6-9% artdı.
Lakin xarici borclarda artaraq 118 milyard dollara çatdı.
1999-cu ilin oktyabr ayında keçirilən seçkilərdə vətəndaş
radikal ittifaqı partiyasından olan Fernando de Rua qalib gəldi.
286
X. MƏRKƏZİ, ŞƏRQİ VƏ CƏNUB-ŞƏRQİ
AVROPA DÖVLƏTLƏRİ
Mərkəzi, Şərqi və Cənub-şərqi Avropa dövlətləri
ikinci dünya müharibəsindən sonrakı
ilk illərdə
1944-cü ilin aprelində SSRİ Silahlı Qüvvələri Mərkəzi,
Şərqi və Cənub-Şərqi Avropa dövlətlərinin alman faşizmindən
xilas edilməsi uğrunda həmin ölkələrin xalqları ilə birgə
mübarizəyə başladı. 1944-cü ilin avqustunda Rumıniya,
sentyabrında Bolqarıstan, oktyabrında Yuqoslaviya,
noyabrında Albaniya, 1945-ci ilin fevralında Macarıstan,
aprelində Avstriya və Polşa, mayında
isə Çexoslovakiya azad
edildi. Bu ölkələrdən Macarıstan, Bolqarıstan və Rumıniya
Almaniyanın satilleti olduğuna görə onlarda SSRİ və onun
müttəfiqlərinin qoşunları yerləşdirildi. Oradakı idarə orqanları
müttəfiqlərin nəzarəti altında fəaliyyət göstərməyə başladı.
1944-1946-cı illər bü ölkələrin tarixində xalq demokra-
tiyası dövrü kimi səciyyələndirilir. Bu ölkələrdə geniş milliləş-
dirmə həyata keçirildi. İlk növbədə kollabrosionistlərin, yəni
müharibə dövründə faşistlərlə əməkdaşlıq edənlərin mülkləri
müsadirə edildi. Rumıniya, Çexoslovakiya və Albaniyada
mərhələ-mərhələ, yerdə qalan dövlətlərdə
isə birbaşa keçirilən
aqrar islahat nəticəsində kəndlilərin əksəriyyəti torpaqla təmin
edildi. 1944-1946-cı illərdə SSRİ bu ölkələrə texniki yardım və
taxılla kömək etdi. 1948-1949-cu illərdə isə sosializm
qurmağın sovet modeli bu ölkələrə tətbiq edilməyə başladı. O
zamankı SSRİ rəhbərlərindən olan Jdanov, Malenkov həmin
ölkələrdə «Sovet modeli»ni tətbiq etmək üçün obyektiv şəraitin
varlığı haqqında tezis irəli sürdülər. 1948-1949-cu illərdən
sonra həmin ölkələrdə qurulan
sosialzm cəmiyyətini ancaq
“totalitar sosializm” adlandırmaq olardı. SSRİ bu ölkələri öz
nəzarəti altında saxlamaq üçün 1947-ci ildə Məlumat bürosu
adlı təşkilat yaratdı. 1949-cu ildə həmin ölkələrin «Marşall
planı»na qoşulmasının qarşısını almaq üçün isə Qarşlııqlı
287
İqtisadi Yardım Şurası (QİYŞ) təşkil etdi. Buraya ancaq
Yuqoslaviya daxil olmadı. SSRİ NATO-ya qarşı 1955-ci ilin
mayında bu ölkələrin iştirakı ilə Varşava müqaviləsi təşkilatını
təşkil etdi. Bu hərbi təşkilata da Yuqoslaviya daxil olmadı.
Avstriya isə başqa yolla getməli oldu.
POLŞA: Mərkəzi və Cənub-Şərqi Avropa dövlətləri
içərisində SSRİ ilə birinci müxalifətdə olan ölkə Polşa oldu.
Hələ 1944-cü ilin avqust ayında sovet qoşunlarına qarşı
Varşavada böyük üsyan oldu. Elə SSRİ ilə ABŞ arasında da ilk
ixtilaflar bu məsələ ilə əlaqədar başladı. 1943-cü ilin Tehran,
1945-ci ilin Krım və Potsdam konfransında Polşa məsələsi
xüsusi müzakirə obyektlərindən biri oldu. Nəticədə Polşanın
1938-ci il sərhədləri özünə qaytarıldı. Oder və Neysi çaylarının
qərb sahilləri Polşaya verildi. 1944-1945-ci
illərdə ölkədə
milliləşmə həyata keçiridi.
Müharibə nəticəsində Polşada 6 milyon insan həlak oldu,
sənaye müəssisələrinin 70%-i, kəndli təsərrüfatlarının isə 20%-
i dağıldı.
1945-ci ilin iyununda Polşada təşkil edilmiş hökumətə
Usubka Moravski başçılıq edirdi. Bu hökumətin tərkibinə
Polşanın azad edilməsində xüsusi rolu olan Krayevo Rada
Naradova və Polşa Milli azadlıq komitəsinin üzvlərindən də
daxil edildi. 1948-ci ildə Polşa Fəhlə və Polşa Sosialist
Dostları ilə paylaş: