D İ L Ç İ L İ K: Q R A M M A T İ K A
94
AZƏRBAYCAN DİLİ və ƏDƏBİYYAT TƏDRİSİ, 2021, №2
edərkən yazır: “Göründüyü kimi, dilçilərin bəziləri, ümumiyyətlə, söz birləşməsini
sintaksisin xüsusi obyekti hesab etməmiş (Buslayev, Potebnya), bu anlayışa olduqca
müxtəlif mənalar vermişlər. İki bütöv sözün birləşməsini də (Fortunatov), sözlərin
sadə cümlələr kimi birləşməsini də (Peterson), tam ifadəni
daxil etməklə sözlərin
bütün birləşmələrini də (Peşkovski), cümlənin hissəsini də (Şaxmatov), hətta ayrı-
ayrı sözləri də (Peşkovski) söz birləşməsi hesab etmişlər” [Məmmədov N. Bakı,
1971].
Türkoloji ədəbiyyatda da söz birləşmələri haqqında kifayət qədər məlumat
verilir. Doğrudur, professor Y.Seyidov türkologiyada söz birləşmələrinin tədqiqi
tarixinin o qədər də qədim və zəngin olmadığını yazır. Lakin son illər türkologiyada
bu sahədə də kifayət qədər tədqiqat işləri aparılmışdır. Y.Seyidovun özü də türkoloji
ədəbiyyatda söz birləşmələrinin tədqiqi tarixini haqlı olaraq tədqiqat obyektimiz olan
M.Kaşğaridən başladığını bildirir. Müəllif yazır: “Türkologiyanın bahadırı” adlanan
Mahmud Kaşğarinin ilk və geniş müqayisəsini verən, bir sıra sahələrə aid ətraflı
faktlarla zəngin olan “Divanü lüğat-it-türk”
kimi irihəcmli əsərində söz
birləşmələrinə nəzər yetirilməmiş və bunlar müqayisə obyekti kimi şərh
edilməmişdir. M.Kaşğari yalnız nadir hallarda, sözü müəyyənləşdirmək məqsədi ilə
birləşmələrə müraciət etmişdir. Məsələn, o, məsdərdən danışarkən,
“məning
barığım”, “keyir keliği” kimi misallar verir və göstərir ki, bunlar (məsdərlər) əslində
yox, izafət yolunda məsdər olanlardır. Yaxud o, boya, rəng mənasında olan
“çüvüt”
sözünü izah edərkən göstərir ki,
“çüvüt” rənglərin hamısını toplayan bir kəlmədir.
Aralarını ayırmaq üçün
“çüvüt” kəlməsinə rəng isimləri (adları) artırılaraq söylənilir:
“kızıl çüvüt, al çüvüt, kor çüvüt”. Sonrakı mərhələlərdə də söz birləşmələri türkoloji
ədəbiyyatda səthi şərh olunmuşdur. Yalnız
XX əsrdən başlayaraq, bu sahədə ciddi
əsərlər yazılmağa başlanır. Doğrudur, söz birləşmələri ilk əvvəllər yalnız izafət kimi
öyrənilsə də, sonralar söz birləşmələrinə kompleks yanaşma müşahidə olunur [8, s.9-
313].
Görkəmli türkoloq-alim N.A.Baskakov haqlı olaraq türk dillərində əsas
sintaktik vahidlərin söz birləşməsi və cümlə olduğunu bildirir. Alim söz
birləşmələrinin cümlədən fərqindən danışarkən qeyd edir ki,
cümləni təşkil edən
sözlərdə hökm ifadə olunduğu halda, söz birləşmələrini təşkil edən sözlər arasında
hökm ifadə olunmur. N.A.Baskakov qaraqalpaq dilindəki söz birləşmələrini sabit və
qeyri-sabit olmaqla iki yerə bölür və bunun bütün türk dillərində özünü göstərdiyini
yazır [9, s.50-61].