2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
götürüb aparmışdı, neçə il bundan qabaq, hələ
də bir xəbər yoxdu.
-Erməninin qabağınnan qaçmaq ölümnən
betərdi, ölmək min dəfə onnan yaxşıdı. -
Qaraca müəllim bilmədi bunu niyə dedi...
Şagirdləri onu araya alıblar, qorxuya yer yoxdu
artıq. Bu uşaqların arasında heç ölüm də yada
düşmür...
amma tarixlə bağlı heç nə demədik,
heç nə vermədik, elə beləcə, havaya bö-
yüdülər...
“...Allah lənət eləsin Balacahunluya, heç öz
tariximizə yaxınlaşmağa qoymadı, akademikdi
özü də...Tarix, deyir, atdı, yüyənini hara
çəksən, ora gedəcək. ”
-Onnar Suriya tərəfdən gəliblər, qaraçı
tayfası kimi, əlifbaları da özlərinin deyil, Suriya
əlifbasıdı... -Qaraca müəllim bu iki daşın
arasında çox şey demək istəyirdi, dayanıb fikir-
ləşirdi ki, daha nə bilir.
- Dövlət görmüş,
dövləti olmuş xalq özünü belə görməmiş
aparmaz, yoldaş Partkom...
Partkom ocağın yanından elə qalxdı ki, elə
bildilər ermənilər gəlir, hərə bir yana
səpələndi.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Mənə niyə deyirsən, əə, bu sözü? Mən
qurmuşam, erməniyə dövləti?! İndi ermənini
kəndin üstünə mən gətirirəm?...
Avropa iti...
Apedin “ Villis “ markalı maşını da elə bu
vaxt sürüşə-sürüşə türk kəndinə doğru
qalxırdı. O günkü adamlardı, amma indi
aralarında bir it də var, qara, yoğun boyunlu
itdi, gözlərini dikib tük tərpətmədən yola baxır.
Bayaq bazarkom Civanın qaynadıb verdiyi iri ət
tikələrindən başqa yaddaşında heç nə yoxdu:
-Çiy ət olmaz, türk deyil ki, çiy yesin. -
Səhər tezdəndi, Civan arvadını güldürməkçün
belə deyir, bir-birinə sıxıla-sıxıla gülüşürlər ki,
uşaqlar oyanmasın.
Arvad bazarda qəssablıq eləyən ətçi
İbrahimi xatirlayır... Əlində balta, köynəyinə
sığışmayan əzələli bədəni gözlərinin önünə
gəlir, əlindəki iri ağızlı baltanı da itə oxşadır:
-Gedim türk İbrahimnən ət alım? - İtlə
ərinin arasındadı, ərinin qucağından başını
qaldırıb baxır.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Gedərsən, - deyir, bazarkom Civan, o biri
tikəni firəng itinə atır...
Firəng iti indi maşından gözlərini yollara
diksə də heç nə görmür, yaddaşında heç nə
yoxdu, gəyirə-gəyirə bayaqkı tikələrin tamını
udqunur...Belə çıxır ki maşındakılar da itə görə
dinib-danışmırlar. Varjaped o günkü paltarını
dəyişib, qışın günündə başına şlyapa qoyub,
qara eynək taxıb, o da, demək olar ki, tük
tərpətmədən yola baxır.
-Necə dindirirsən firəngi?...İti deyirəm. -
Ulubabyan firəng itinin başını sığalladı.
-Mən hansı dili bilirəmsə o dillə, -tatud
dur
13
, - görürsən varjaped, ermənicə bilmir.
Amma rusca bilir. -Day lapu, lapu day!
14
İt qolunu varjapedə tərəf uzatdı.
Təkərlərinə zəncir bağlanmış yük maşını
dabanbasırıq gəlirdi. Beş-altı gənc erməni
maşının üstündə bürüşüb oturmuşdu, maşının
içi samanlıydı, ayaqlarını samana soxmuşdular.
13
Əl ver (ermənicə)
14
Ver əlini, əlini ver (rusca)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Kəndə çatanacan özünüzü göstərməyin...
-Varlapedin tapşırığıdı.
Bələni aşan kimi kənd görünəcəkdi, gənc
ermənilər özlərini erməni əsgəri kimi aparsalar
da, həyəcanlıdılar.
-Qırmaq lazımdı hamısını! - Saqqallı gənc
əllərini avtomat silahmış kimi özünü
ağrıdanacan sıxıb irəli uzatdı, ayaqları dartına-
dartına samanı eşib samanın içindəki avtomat
silahı bayıra çıxartdı. - Götürüb qıracam
hamısını!
-Silah orda da var... -yanındakı başıyla
qabaqdakı maşını göstərdi, göydən enən kimi
adama yapışan şaxtaya, ayaqlarını örtən
samanlığa
uyğun
aldığı
sahmanı-aramı
pozmadan çox sakitcə, - lazım olar, qırarıq! -
dedi. - İndi gözlə.
-Bu respublika bizimdi, hələ də elə bilirik
bizim deyil,- üzü-gözü tər-təmiz qırxılmış gənc
bunu elə belə havaya dedi...
Türk kəndi görünən kimi maşınlar duruxub
yerində silkələndi...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Çatırıq deyəsən. -Gənc ermənilər bir-
birinə sığınıb taxtanın arasından kəndə
baxdılar...
Firəng iti də canlandı, kənd tərəfdən gələn
uğultunun içində it səslərinə dikəldi...
Yaşlıların, qocaların qoruduğu kəndin
görünən tərəfində qarın rəngi göyə çalırdı;
yayda yan-yörəyə sərinlik, dinclik havası yayan
dağların görkəmi qəzəb, hirs içindəydi, adamın
üstünə yeriyən kimi görünürdü, arada elə qatı
sıxıntı vardı ki, deyirdin indicə qar uçqunları
başlayacaq. Girəcəkdəki ocaq rezin ocagıydı,
təkər yandırmışdılar.
-Baxma, nə qədər olmasa, rus yenə
ermənidən insaflı olar, -dedi, Qarakəlləoğlu.
Yapıncının arasında oturmuşdu, altında da
təkər vardı, bir azdan bunu da yandıracaqdılar.
- Bilirsiz, baxanda rusun bir az gözü-könlü
toxdu, arağını ver, nə deyirsən eləsin... Ayvaz,
Vasil yadınızda yoxdu?..
Kəndin içindən indicə gəlmiş kişi gələn
kimi də sözün nədən getdiyini anladı, əlini
ayazlı havada qara yol kimi burula- burula
qalxan tüstüyə uzadıb:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Bütün işləri korlayan rusdu da elə, -
dedi. -Erməni kimdi ki, russuz nəsə eləsin?!
-Kəndin o üzü necədi, nə var, nə yox,
orda?
-Sakitlikdi hələ, amma elə soyuqdu ki...
-Neynirlər?
-Qaraca müəllim tarixdən danışır.
-Tarixi neynir, ə, Qaraca müəllim, tarix
indidi, lap bu gündü, bu gün... Çıx, deyirlər
evinnən-eşiyinnən, ya ölüb qalmalısan, ya da
ölə bilmiyib çıxmalısan.
-Tarixdən vaxtında danışmaq lazımdı, bu
gün yox... hamımız bilirdik ki, erməni silah
yığır, silahlanır, baş bilənlərimizdən heç biri
düşünmədi ki, erməni bu silahı niyə yığır. -
Otursa da qollarını qoltuq ağaclarından
sallamış medallı kişi ocağa baxa-baxa dedi. -
İmrxanlıdan yaxşı tarix yazmayacaqlar ki? Hanı
bəs? Nə yazdığı ağlımızda qalıb, nə özü
yanımızdadı... İndi də, deyir, bir erməni qızına
uyub, nə kənd yadına düşür, nə anası.
Qarakəlləoğlunun
yapıncısı
şaxtadan
bərkiyib agaca dönmüşdü, ona görə də balaca
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
otağa oxşayırdı, Qarakəlləoğlu da elə bil
yapıncıdan yox, qapının ağzından baxırdı.
-Anası nə təhərdi, onun? Xəstəydi, necədi
görəsən?!
Aşıq Ayvaz yorğana bükülüb bir qıraqda
oturmuşdu dinmirdi, bayaqdan elə bilirdilər
yatıb. Yerində qurdalandı, yorğanın arasından
saz göründü, boydan-boya, çanağı aşığın dizlə-
rinin arasında, uşaq kimi qucağına almışdı, sazı
görən kimi ocağın yanını kəsdirmiş adamların
arasında qəribə istilik dolaşdı. Aşıq Ayvaz nə
deyəcəkdisə, yorğandan əlini də çıxartdı.
-İmirxanlını düz-əməlli şair bilirdim, amma
mən onun yazdığını çalıb oxuya bilmirəm...
-Nə yazıb ki? -
“...əlağacının canında hava
qalıbsa, dəydiyi yeri ağrıtmaz... gərək
qurudasan,” deyə ocaqda o üz- bu üzünə
çevirə-çevirə ağacını qurudan, özü demiş,
“...canınnan havasını çıxardan...” Dəmir kişi
elə bil öz-özündən soruşdu.
-Məsələn, yazıb ki, yüz əlli il bunnan
qabağacan Qafqazda erməni olmayıb, ruslar
gətirib onnarı...Yaxşı, hörmətdi İmirxanlı, mən
bunu məclisdə nə təhər oxuyum?!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Sən əlini üşütmə, aşıq, saz çala
bilməyəcəksən.-Qarakəlləoğlu
dedi,
Dəmir
kişiyə baxdı. -Anası nə təhərdi?... Saya arvadı
deyirəm.
-Heç nə... Bilmirsən yatıbmı, oyaqdımı,
elə, gəl, deyir, gəl, hardasan, gəl çıx! İmirxanlı
da, bu günlərdə bilirsən qardaşı Uğurluya nə
yazıb göndərib? Yazıb ki, qardaş, gördün qarı-
şıqlıq düşdü, yazılı daşı unutma, anamla bir
yerdə o daşı da maşına qoy gətir. Deyir,
daşdakı yazını yoxlatmışam, erməni yazısı
deyil.
Baş-başa vermişdilər.
-Deyirəm axı, bu bic erməni o dağın üstəki
tikilini niyə dağıtdı. -Medallı Göyüş dedi.-
Deməli, bizimmiş...Üstü də dolu yazı.
-Özü də bizim əlimizlə... -Qarakəlləoğlu
uzanıb aşığın əlini yorğanın altına saldı. - Sən
əlini üşütmə.
-Eh, nə əl, nə saz, innən belə...verdim
Qırı, aldım Dürü, döy başına yan Koroğlu...
Dürü də vermişəm, Qırı da. - Aşıq Ayvaz
təzədən yorğana büründü.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Elə demə, aşıq. Sən, əksinə, bizə ruh
verməlisən! –Medallı Göyüşdü, medalları yenə
sinəsindədi, belə deyib sinəsini qabartdı, sonra
da yana çəkdi ki, medallarını səsləndirsin. Am-
ma medalları da şaxta vurmuşdu, səs çıxmadı.
-Tək erməni işi deyil bu, dava görmüş
adamsan, bunu qurublar, bunu xallıbaş qurub,
davaya oxşamır axı, quramaya oxşayır. - Başını
yorğanın arasına salıb inildədi. - Yeri-yurdu
alacaqlar əlimizdən.
-Dəmir kişi, sənin gözün itidi, gör, gələn
yoxdu ki...
Dəmir kişi əl ağacını ocağa tutub o yan- bu
yanına çevirə- çevirə qurudurdu, dikəlib yola
baxdı, təzədən oturdu:
-Yoxdu heç nə.
At ayağının səsi eşidildi, səs gərilir,
daralır, kənddən də çıxıb qar basmış düzənlərə
yayılırdı, havanın içində şaqqıltı vardı.
-Arıq gəlir,- dedi, Qarakəlləoğlu, ocağa
baxıb gülümsədi.- Onun atının ayağının səsidi.
Onun atı axsayırdı, axı.
Qarakəlləoğlu yapıncıdan başını çıxardıb
boylandı ki, atlını görsün, amma heç kəs yox
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
idi. Yapıncının arasından sinəsinə sıxdığı
tüfəngin lüləsi göründü.
-Nədi o? Köhnə şeydi deyəsən?! - Medallı
Göyüş əlini tüfəngə sarı uzatdı.
-Babamın aynalısıdı.
-Nə yaxşı qalıb bu vaxtacan?
-Dar gün üçün saxlamışam.
-Atır?
-Yox,
-dedi,
Qarakəlləoğlu,
tüfəngi
yapıncının arasından çıxardıb silkələdi, -
paslanıb deyəsən.
-Ocağa tut, qızsın...
Bayaqdan dinməz-söyləməz əl ağacını
ocağa tutub qurudan Dəmir kişi:
-Tüfəngi oda tutmazlar, əlinizdə açılar,-
dedi.
Arıq çata-çatda üzəngiyə qalxıb uzaqlara
boylandı:
-Gəlmirlər?!
-Darıxırsan? - Medallı Göyüş də tək
ayağının üstə qalxıb erməni kəndindən gələn
yola baxdı.
-Deyirlər, bu dəfə üstümüzə tankla
gələcəklər.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Rusun tankı onun döyülmü?! - Aşıq başını
yorgandan çıxarıb dedi.
Arıq yenə yollara baxıb udqundu. Şinel
geyinmişdi, elə atın üstündəcə yaxasını açdı,
belinə bağladığı qılıncın gümüş dəstəsi
göründü, əlini qılıncın tutacağına aparıb:
-Qoy gəlsinlər, - dedi, - öldü var, döndü
yoxdu!
Atdan enib tonqala tərəf gəldi. Qılınca
baxa-baxa qalmışdılar.
-Nə gözəl şeydi, Arıq! - Medallı qoltuq
ağacına söykənib əllərinin ikisini də uzatmışdı.
- Gözəldi vallah!
Arıq şinelin ətəyini qaldırdı, bəzək-düzək
içində “yatağan” qılıncdı, az qalırdı ucu yerə
dəysin.
Dəmir çomağını yenə oda tutmuşdu, o üz-
bu üzünə çevirirdi.
-Qılınca gözəl deməzlər.
-Niyə?- Arıq boynunu uzadıb Dəmir kişiyə
baxdı.
-Nə niyə? Elə bil kişiyə gözəl deyirsən.
Hansı kişi götürər, ona gözəl desən.
-Niyə götürmür?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Sən götürərsən?
Qarakəlləoğlu tüfəngini üzünə qaldırıb
çaxmağını çəkdi, heç nə...pərtliyi keçsin deyə:
-Tüfəngin qaraltısı bəsdi, guya qorxaq
ermənini tanıyan yoxdu.- dedi.
-Erməninin işi deyil, bu! Rusun barmağıdı,
- Aşıq bu dəfə bərkdən dedi, əlinin ikisini də
yorğandan çıxardıb irəli uzatdı, barmağını
dikəldib atldan yuxarı havanı eşdi, - qurdalayır
ermənini...Erməni də öyrəncəlidi, barmaqsız
yaşaya bilmir,- sonra ovuclarını qoşaladı...
nəsə demək istəyirdi, udqunub ayrı şeyi dedi. -
...Şeytan balasıyla oturmuşdu Allahla
insanların arasında, olacaqları düşünə-düşünə,
olub – keçənlərə baxırdı. Adam ata ulağa dən
yükləyib dəyirmannan gəlirdi. Ulaq getdiyi
yerdə büdrədi, az qaldı, yükü dağıtsın.
-Lənət sənə, kor şeytan!...
-Ana-dedi, şeytanın balası,- Adam orda,
sən burda, niyə söydü, səni? Sən Adama
neynədin ki?
-Baxma,- dedi şeytan,- mən burda olsam
da, barmağım ulağın quyruğunun altındadı...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Var ol aşıq, çox ağıllı söz oldu bu, heyf,
indiyə düşdü!
-Sən özünü üşütmə, görürsənmi necə lazım
olursan.
...Hərə bir yandan qalxıb aşığı təzədən
yorğana bükdülər.
Arığın başına yığışdılar. Arıq qılıncın
qundağyla əlləşirdi.
-Çıxart görək tiyəsi nə təhərdi? -
Qarakəlləoğlu onun şinelini araladı.
-Çıxmır, evdə nə qədər əlləşmişəm,
qınınnan çıxarda bilməmişəm. - Şinelini
soyunub qarın üstə tulladı, qılıncın qəbzə-
sindən yapışıb dartdı...
Qarakəlləoğlu bərkdən gülüb tez də susdu,
yəqin öz tüfəngi yadına düşdü. İtlər nəsə hiss
eləmişdi, bərkdən hürüşürdü.
-Aç belinnən, indi çıxardarıq.-Qarakəlləoğlu
yapıncısını qırağa tullayıb, qılıncın qəbzəsindən
yapışdı.
- Nə təhər çıxmır. Bu da tüfəngdi ki,
açılmasın. Siz qınınnan tutun.
-Birdən çıxar, ocağa yıxılarsız, - Dəmir kişi
hələ də, özü demiş, əlağacının canından
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
havasını çıxardırdı, - Qannı-qannı qoymusuz,
paslanıb...
-Bilirsən
nə
vaxtdan
qalandı
bu?
Teymurdan qalıb... -Arıq qılıncı o üz- bu üzünə
çevirdi.
-Hansı Teymurdan?- Qarakəlləoğlu fikrə
getdi ki, bəlkə yadına düşə.
-Budu bax, Teymur yazılıb, əski əlifbayla!-
Baş-başa verib qılınca sarı uzandılar, elə o
halda da aşığa tərəf getdilər. Aşıq Ayvaz
höccələyə-höccələyə oxudu, “Teymur”
-Sən nə bilirsən ki, topal Teymurdu, topal
yazılmayıb ki, üstünə. - Dəmir kişi başını
buladı, - o Teymur olmaz.
-Qılıncın üstə yazılan hansı Teymur olar?
Kitabdı ki, başqa Teymur olsun?!
-Gəlirlər! Gə-əliiirləəər!
Hərəkətdə
olan
nə
vardısa
donub
qaldı...Aşıq yorğanın arasından, sudan çıxırmış
kimi çıxdı, “ürəyi ağzında”. Sazı yerdən tüfəng
kimi götürdü, bir anlığa elə tüfəng kimi də
tutdu, çanağı qucağında, üzü erməni kəndinə
tərəf. Necə danışmışdılar, eləcə, aşıq ermənini
görən kimi çalmalıydı, “Koroğlu” havalarından
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
başlayıb
ölənəcən,
yəni
vurulanacan
çalmalıydı.
-Öləndə də sazı bayraq kimi tutmalısan! -
Qaraca müəllim dedi, səhər tezdən aşıq Ayvazı
da yanıyla dikə çıxartmışdı.- Qaldır sazı
başımızın üstünə!
- Qorxma, aşıq, hamı yanında olacaq, səni
qoyub heç kəs qaçmaz... -Bunu da medallı
Göyüş dedi, hər halda, müharibə görmüş
adamdı.
Səhər tezdən deyilənlər aşığın yadına indi
düşdü, simlərə toxundu, saz Koroğlu kökü
üstündə deyildi, bu, onu lap çaşdırdı. “Dünən
axı,
mən
bunu
Koroğlu
kökü
üstə
qoymuşdum...”
-Gəliiir-lər!
Hərə bir yana qaçırdı, daha doğrusu,
bilmirdilər hara qaçsınlar, səmt qalmayıb, səmt
itib...ona görə də ayağı yer tutan, harda adam
çoxdu, ora qaçır. Arıq qılıncı başının üstə
qaldırıb qışqırdı:
-Hara qaçırsız, ay camaat?! Bunları
gözləmirik bəs? - Dönüb yola baxdı, dağların
arasıyla maşın karvanı gəlirdi.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Görünməyən üzə adam göndərin, görək o
tərəfdən də gələn varmı?
Qarakəlləoğlu medallı Göyüşlə yanaşı
dayanmışdı, ikisi də bir cür gülümsəyirdi.
Medallı Göyüş qoltuq ağacının birini başının
üstə qaldırdı:
-Ay camaat, kimə hara tapşırılıb, ora
getsin! Yerinizdə olun!
Kənd içindən uğuldamağa başlamışdı.
Qapılar açılıb-örtülür, ayaq səsləri qapıdan
güllə kimi çıxırdı.
“...Bayraq ona görə lazımdı
ki, altına girəsən, havasına yığışasan...harda
öldüyünü də onda bilərsən. Medallı Göyüş düz
deyir, bayrağımız yoxdu, onun yerinə sazımız
var!”- Bu da Qaraca müəllimin sözüdü. Səhər
tezdən bir dikə çıxıb iliyə işləyən soyuqda çıxış
eləyirdi. “ Bəlkə partkomun sözü var?” Ən çox
çaşqınlıq içində olan da Partkom idi.
Başlanğıcla sonun arasında əzilə-əzilə qalmışdı,
daha doğrusu, başlanğıcda elədikləriylə indi
eləmək istədiklərinin arasında...
-Neçə tüfəngimiz var, ay camaat? – Medallı
Göyüşün üzündəki gülüşü elə bil səsiylə bir
yerdə soyundurdular, üzü qaralıb qırışlarla
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
örtüldü.-Camaatı qıracaqlar, Qarakəllə! Silahsız
neynəmək olar?!
Sarışın bir uşaq evin tinindən irəli çıxdı:
-Üç tüfəngimiz var. -dedi. - Biri budu,
məndə, -tüfəngi başının üstə qaldırdı.- Biri
görünməyən üzdədi. Biri də evinnən bayıra
çıxmır!
-Niyə?! - Medallı Göyüş qoltuq ağaclarının
ikisini də birdən başının üstə qaldırdı, bir
anlığa qaldı tək ayağının üstündə.- Nə deyir?
-Deyir, mən ancaq öz evimi qoruya
bilərəm.
-Partkomu deyirsən, əə? - Qarakəlləoğlu
soruşdu, özü də özünə cavab verdi. -Erməni
onunçün gəlmir ki. O, elə erməniyə işləyib
həmişə.
Uşaq tüfəngin qundağını yerə qoymuşdu,
bir boydaydılar, başını qaldırmadı.
-Ağlama, düşmən qabağında ağlamazlar.
Hələ ölməmişik ki, ağlayırsan. Tüfəngin atır,
heç olmasa?
-Qundağını yerə vuranda açılır.
-Həə, səs elə... - Evin tinindən beş-altı
uşaq
çıxıb
sarışını
araya
almışdılar,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |