2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qarakəlləoğlu onları görüb yapıncısını çiyninə
atdı. - Qorxmayın, - dedi, - yapıncıdan güllə
keçmir, özüm düz üstlərinə gedəcəm!... -Bir-iki
addım yola sarı getdi.
Oğul-uşaq
Qarakəlləoğlunun
sözündən
ruhlanmışdı, çığırışa- çığırışa kəndin görünən
üzüylə ora-bura qaçırdılar...
Erməni maşınları yaxınlaşmaqdaydı...
-Kənd görünən kimi ayaq üstə durarsız.
Maşının içində əyilib-qalxmayın, vurallar sizi...
- bunu dəriyığan Aped dedi. Türk kəndinin
yaxınlığındakı çökəkdə maşınları saxlayıb
tədbir tökürdülər.
Rayon
xəstəxanasının
baş
həkimi
Ulubabyan maşından düşməmişdi, avropa itiylə
bir
yedə
maşındaydı...İt
yanındakıların
narahatçılığını hiss eləmişdi, tez-tez özünü
pəncərə şüşələrinə vururdu.
-Onnar it üstündə ölümə də gedəndilər,
itini boğdun, elə bil özünü boğdun...-İt
saxlayan Civan gənc ermənilərə,- Siranuşun
şagirdlərinə, firəng itini tapşırırdı. –Gördüz,
itin üstündə nəsə eləmək istəyirlər, samanın
altında avtomat silah var, götürərsiniz...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Atmaq olmaz amma, işlər korlanar, -
Ulubabyan maşının pəncərsindən barmağını
silkələdi. - Birinci işimiz qorxudub kənddən
çıxartmaqdı. Çıxmazlar, onda hə... öldürməyə
gələrik. Bu, “Qrunk”un tapşırığıdı, əməl
olunmalıdı.
-Bilirsiz mənim bu kənddə dostum çoxdu,
əlimi kimin çiyninə qoysam, şəklini çəkərsiniz,
- Sumikyan Şaliko elə bil iclas salonundaydı, -
kimlə şəkil çəkdirdim, ölməlidi, ona görə də
adını “Qrunk”a veririk, - deyib əlini qaldırdı.
İki dağın arasından, yəni görünən üzlə
görünməyən üzün arasından Uğurlunun səsi
gəldi, hava ayazlı olduğundan səs bütün
Qaraxaça yayılmışdı.
-Aya, onnar niyəsə çökəkdə dayandılar, siz
görmürsünüz... Ehtiyatlı olun, ay medallı...!
Medallı Göyüş təzəcə demək istəyirdi ki,
“...orda neyniyə bilərlər...?” erməni maşınları
elə bu vaxt göründü. Qabaqda “ Villis” markalı
maşın, ardınca yük maşını, içində gənc ermə-
nilər...
Arıq atına doğru qaçdı, at da elə bil
qorxunu hiss eləmişdi, ona tərəf gəldi... Arıq
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
necə fikirəşmişdi eləcə, yəhərə sıçradı. Hər şey
fikirləşdiyi kimiydi, yalnız qılıncı qınından
çıxmayacaqdı, ona görə də qılıncını elə qın
qarışıq başının üstə qaldırdı, səhər iclasında
dediyini bir də demək istəyirdi ki,- qardaşlar,
torpağımız, kəndimiz uğrunda irəli! - elə bu
görkəmdəcə quruyub qaldı...Bir anın içindəcə
hər yana dərin səssizlik çökdü, yalnız itlər
hürüşürdü.
Firəng iti “Villis” maşınının pəncərəsindən
başını çıxardıb ləhləyirdi, dəri yığan Aped də o
biri pəncərədən balaca ağ bayraq çıxardıb
yellədi:
-İt boğuşdurmağa gəlmişik, ay Dəmir kişi,
ay kirvələr...
Bazarkom Civan, bu sözdən sonra itin
yanından başını bayıra çıxartdı:
-Qarakəlləoğlu, gətir itlərini!
-Nəsə qurublar, Göyüş, nədi bu? Ağlın nə
kəsir?-Qarakəlləoğlu
yavaşca
Göyüşdən
soruşdu.
-İnanmayın, aldadırlar, yenə nəsə var... -
Dəmir kişi dedi, maşına tərəf getdi. - Civan
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
sənin belə itin yoxdu. Nədi bu? Buralar itinə
oxşamır...
Gənc ermənilər hələ maşındaydılar, sıxlaşıb
yük maşınının üstündən kəndə baxırdılar.
Hamısının fikri samanın altındakı avtomat
silahdaydı. Fikirlərində kəndi gülləyə basmışdı-
lar...Varjaped
Ulubabyan
elə
bil
gənc
ermənilərin fikrindən keçənləri his eləmişdi...
“Silahı samanın altında nahaq qoyduq...”
bayaqdan bunu fikirləşirdi. “Atacaqlar, kəndin
əlinnən qurtara bilməyəcəyik.” Dönüb yük
maşınına baxdı, yəqin elədi ki, gənc ermənilər
silahı götürüb ata bilərlər. Narahatçılıq içində
boylandı...Apedin səsini eşitdi:
-Arıq, qılınc götürmüsən, xeyir olsun, -
Aped əlini qaldırmışdı, salama oxşamırdı
amma, kənd camaatı belə də anladı.
Ariq atın belindəydi, doğrudan da bilmirdi
neynəsin:
-Niyə sən götürürsən, mən götürməyim?!-
Belə deyib atdan düşdü, qınıyla bir yerdə
başının üstə qaldırdığı qılıncı salıb kəmərinə
keçirti...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Yük maşınındakı gənc ermənilər qılıncı
görüb nə düşündülərsə, maşının üstündə
narahatlıqla
bir-birinə
qarışdılar...Bu
narahatçılığı it də hiss elədi, dartınıb
pəncərədən çıxmaq istədi, zingildəyib özünü
şüşəyə vurdu.
Bazarkom Civan firəng itinin xaltasından
tutmuşdu, it hələ bir şey anlamadığından, şən
idi,
ara-sıra
havaya
hürürdü;
o
da
Qarakəlləoğlunun yapıncısına görəydi, firəng
iti, demək olar ki, hər şey görmüşdü, amma
yapıncı görməmişdi. Dişinin dibində səhər
tezdən ətçi İbrahimin gətirdiyi tikələrin dadı,
yapıncını çeynəmək istəyirdi...
Kənd belə it görməmişdi, heç ağlına da
gətirməzdi ki, bu cür də it olarmış. Daha çox
da arvad-uşaq, qız-gəlin mat-məətəl tamaşa
eləyirdilər. Gəlinlərin arasından ağ Pəri:
-Ay qız,- dedi,- özü də, gör, kişiyə necə
oxşayır...
İtin
ağzı
köpüklənmişdi,
ağzını
yalayırdı...Maşının üstündə saqqallı ermənilər
tez-tez enib, qalxırdılar, narahatçılıq gendən
hiss olunurdu. Ulubabyan əlini qaldırdı, bu,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
onları sakitləşdirmək üçün idi, belə də başa
düşdülər. Civan iti ocağa tərəf gətirdi, Apedin
yanında dayanıb:
-İt gətirin, -dedi, - boğuşduraq. -Adamların
arasında Qarakəlləoğlunu görüb üzünü ona
tutdu. -Gətir itlərini!
Camaat
çoxalmaqdaydı,
kəndin
görünməyən üzündən də gələnlər vardı.
-Nə deyirsiz, ay camaat, bu da oyun döyül
ki?! - Qaraca müəllim görünməyən üzdə olduğu
kimi, burda da dikə çıxmışdı, üzünü camaata
tutdu. - Nə deyirsiz?
Partkom camaatın arasından ermənilərə
tərəf getdi:
-Nə var burda, itimizmi yoxdu, gətirin
boğuşdurun...-Dönüb əlini qaldırdı, - Xoş
gəlmisiz, siz də xoş gəlmisiz, yoldaş Ulu-
babyan.
Ulubabyan elə maşının içindən şlyapasını
qaldırıb başına qoydu...Bu onun salam
almağıydı. Özünü düzəldib maşından düşdü,
elə bil yerə xalça döşəmişdilər, dayanıb
sağına-soluna baxdı, kənd gördüyü kənd
deyildi, uçub dağılmışa oxşadı, ürəyində, -
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
həə,- dedi, - bax, bu yaxşıdı, damarı düşdü
kəndin...İçi sevinmişdi, birdən- birə canlanıb
gülümsəməyi də ona görəydi, amma kənd
camaatı onun gülümsəməyinə aldandı yenə,
uşaqdan-böyüyə hamı bir- iki addım ona tərəf
gəldi.
Hava da isinmişdi, şaxta sınmışdı elə bil.
-Necəsiz? - Bilmədi nə desin, dost desin,
kirvə desin, qonşu desin, dost dedi.- Necəsiz,
dostlar? Bu gün də mən sizə dost deyirəm. Elə
onunçün də gəlmişəm...Biz gedənnən sonra
Partkom başa salar sizi... - Partkomun qoluna
girib camaatdan araladı.- İki gün bunnan
qabaq, - dedi, - yəni, fevral ayının 26-da sizin
Sumqayıt
deyilən
şəhərinizdə
erməniləri
qırıblar. Xəbərin var?
-Var, hinger Ulubabyan... - Partkom da
pıçıltıyla danışırdı.
-Bəs niyə saxlayırsan bu camaatı burda?
İstiyirsən ki, gəlib qırsınlar?! Rayonun katibi
İsrayilyanın da adınnan deyirəm, hazırlığınızı
görün, kömək edək çıxıb gedəsiniz. Bizim də
silahlanmış adamlarımız var, artıq qarşısını ala
bilmirik, üstünüzə gələcəklər. Biz bunu deməyə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
gəlmişik, indi yox, gedənnən sonra camaatı
başa salarsan. İt boğuşdurmaq da bəhanədi..-
Dönüb yük maşınına baxdı, saqqallı gənc
ermənilər boy-boya verib dayanmışdılar, hər
şeyə hazır idilər.
Aped də həmin sözləri Qarakəlləoğluyla
medallı Göyüşə deyirdi, bayaqdan:
-...biz gedənnən sonra camaatı başa salın,
nə qədər hamınızı qırmayıblar çıxın, gedin!
Mən indi dost kimi gəlmişəm... amma
bizimkiləri Sumqayıtda öldürüblər, yandırıblar,
pəncərədən atıblar...!
-Elə şeyi mənim ağlım kəsmir, Aped,
sizdən də bizə deyirlər ki, ermənilər Saral
kəndində qırx uşağı doldurub dəmir boruya,
ağzını da qaynaq eləyiblər, inanaq ona?
Ağdamda bir müəllimi ailəsiylə bir yerdə
maşındaca
yandırdınız,
siz
eləyirsiniz
hamısını...
-Özünüz bilin. Biz gəlmişik xəbər verək...
Sumikyan Şaliko Uğurluyla camaatdan xeyli
aralıdaydılar, deyişə-deyişə uzaqlaşmışdılar:
-Şaliko, mən kəndi sənə necə etibar
eləyim... Sən yaylaq saxlayansan? Sən heç
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
bilirsən ki, yaylaq nədi?. Sən bulağı su kimi
başa düşürsən, amma bilmirsən ki, bulaq su
deyil...Yaxşı, indi buraları mən sənə necə
umud eliyim gedim?..
-Sən yenə qardaşın İmirxanlının sözünü
deyirsən. Gəlib? Burdadı...?
-İyirmi ildi üzünü görmürük, elə o
gedəndi...
-Biz kirvəyik, dostuq...
-Sən dostluğun da nə olduğunu bilmirsən,
Şaliko! Dostluq da sənə lazım olana qədərdi...
-Mən erməni xalqı üçün yaşayıram. Bilirsən
ki, “Qrunk” erməni təşkilatının üzvüyəm, öldür
deyər, öldürərəm, öl deyər, ölərəm...Başa düş,
indi gəlmişəm deyəm ki, erməni yaraqlıları
üstünüzə gələcək, qırılmamış çıxın kənddən...
...İtlərin səsi birdən- birə kəndi başına
götürdü,
sarışın uşağın tüfəngi hasara
söykənikliydi, ermənilər tərəfdən baxanda
lüləsi görünürdü. Sarışın uşaq çal-çaxal bir itin
yedəyindən tutub gözləyirdi. Arıq adam atın
belindən əl elədi...Sarışın yşaq işarəni görüb
həyət qapısını araladı. İt hara getdiyini
bayaqdan bildiyindən, saxlamaq mümkün
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
olmadı, sarışın uşağı qarın içiylə sürüyə-sürüyə
yaxınlaşdı...
Artıq heç nə kəndin canına-qanına
hopmuş qorxunu dağıda bilmir...
“-Ermənidən gələn xeyrə daş yağsın, xeyrə
gəlmiyib bunnar...”- Camaat deyinə-deyinə
dağılışır,
amma
bir-birlərindən
aralana
bilmirlər. Getməyə yer yoxdu, ona görə də
hara gedirlər, yenə qayıdıb özərini tapırlar...
-Ay qız, ay ağ Pəri, ay Tamaşa, ay şallı
Salatın, görün uşaq harda qaldı, niyə gəlib
çıxmadı?! - İmirxanlının anası Sayalı arvaddı,
eyvana çıxıb çır-çır çığırır. - Bəs deyirdin
oğluyun şalvarını geyin, harda olsa gəlib
çıxacaq, budu geyinmişəm, bə niyə gəlib
çıxmır?!
-Gedin, onu içəri salın, yazıqdı... -
Qarakəlləoğlunun səsiydi.
...Nə el qalıb, nə oba, nə iç var, nə çöl,
heç nə yoxmuş, heç nə bunların deyilmiş...odu,
kəndin görünməz üzündəki min- min ilin
qəbiristanlığı da öz ölüsüylə təzədən ölməlidi,
erməni olan bizim qəbiristanlığı diri saxlayarmı
ki, türkü xatırlatsın...Bir az o tərəfdə də bir
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
qəbiristalıq var, onu da özümüz öldürmüşük...
Üstü at heykəlləri, qoç hekəlləri...hələ
qəbrüstü dəvə heykəli də var. Heykəllərin
çoxunun başı yoxdu, hamısını öz əlimizlə
özümüz qırdıq, çöllərə düşüb qızıl axtaranda...
“...Öz gözümlə gördüm, bir at heykəlinnən
bir kilo qızıl çıxdı...” dəri yığan Aped kənd-
kənd düşüb danışırdı...
“...Biz də, əlimizdə külüng, daraşıb bütün
Qafqaz boyu heykəl başımızı sındırırdıq ki,
içindən qızıl çıxacaq...biz bununla tariximizi
yeyirdik, eşidirsiz? Tarixsə həzm olunmur...Ona
görə də indi tarixdən ögüyə- ögüyə, qusa-
qusa danışırıq. Həmişə də belə olacaq, çünki,
öz tariximizi özümüzə yedirdiblər...” Bu da
İmirxanlının çıxışındandı, təxminən on il bunan
qabaq kənd adamlarını başına yığmışdı, düzdü,
elə o vaxt da heç kəs heç nə anlamadı, amma
çox şey yadda qaldı.
-Ağzına gələni danışır, - dedi Partkom
yanındakılara.- Kəndə çaxnaşma salmaqdı fikri.
Ya da öyrədib göndəriblər...
Şəhərə
qayıdanda
Balacahunlu
elə
dərsdəcə soruşdu:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Nə var, nə yox kənddə?
-Müəllim, siz nə mənada soruşursuz?
Ermənistan olduğuna görə soruşursuz? Yəni,
soruşursuz ki...yurdu-yuvanı kəsdilər, böldülər,
bir Ermənistan yapdılar?
-Sözdən söz çıxartma, türkoloq Acaryan o
tərəflərdən, sizin o kənddən çox şeylər
danışırdı... çox maraqlıdı deyirdi. Mən də
olmuşam orda... Sən oraların etimoljisini,
etnoqrafiyasını işlə...
-İndi başa düşdüm, müəllim, bizim kənddə
min il bunnan qabaq nəyi bilirdilərsə, indi də
onu bilirlər...”
O vaxtdan on beş il keçib... yəni, indi,
dediyim kimi, 1988-ci ilin fevral ayının
axırlarıdı. Kəndin əli yerdən-göydən üzülüb...
Evlərin arasıyla sarışın oğlanı sürüyə-sürüyə
aparan çaxal it də camaatın qorxusunu dağıda
bilmir...camaat o hayda deyil... Uğurlunun
arvadı Şallı Salatın üzünü təzəcə tikdirdiyi evin
divarına sürtür, arvadlar yığışıb onu divardan
ayırmaq istəyirlər, gücləri çatmır, Uğurlunu
səsləyirlər. Uğurlu Şalikonu orda qoyub evə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
doğru qaçır. Şallının üzü-gözü qan içindədi,
evin daşlarında qan izi var:
-Qurban olum, ay camaat, qoyun üzüm
daşlara yapışsın...!
Camaat sızıldaşır, dərdə qol qaldırıblar, bu
dərdə heç ağlamaq da olmaz, ağlamaqlıq da
deyil. Ona görə də oynayırlar, ayaqlarını
tərpətmədən sağa- sola əyilib düzəlirlər.
-Nolub orda?- Ulubabyan Partkomdan
soruşur, heç nəyə oxşatmadığından, çaşqınlıq
içindədi.
-Kənddə
tikilən
sonuncu
evdi,
evi
ağlayirlar, baxın, üzünü daşlara sürtən gəlinin
evidi...təzəcə yığışmışdı içinə.
...İtlər boğuşmadı. Sarışın oğlanı sürüyə-
sürüyə gətirən çaxal it yolun yarısında əldən
çıxdı, özünü güllə kimi avropalı itin, - firəng
itinin üstünə salsa da, bir-birinə dəyib yanaşı
uzandılar.
Civan firəng itinin xaltasından yapışıb
qaldırmaq istəyirdi, erməni dilində nəsə
deyirdi, axırda it onun özünü qapmaq istədi,
çaxal da ona qoşuldu, bir yerdə yan-
yörədəkilərə hürdülər...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Amma kənd öz hayındaydı, get-gedə hərə
öz içinə batırdı. Başqa vaxt olsaydı, indi elə bu
qarın üstündəcə, yalan olmasın, kəndin o
başından - bu başına süfrə açmışdılar, itləri
boğuşdurandan
sonra,
həmişəki
kimi,
ermənilərə türk xəngəli yedirtmişdilər. Başqa
vaxt olsaydı, indi aşıq Ayvaz oxuyurdu, dəri
yığan Aped də, - sağ ol... - deyə - deyə aşığın
balaca qalaya oxşatdığı züllə papağının altına
qırmızı onluqlar keçirdirdi...
İndi hər şey ayrı cürdü, yəni, evlərdə heç
kəs yoxdu, dediyimiz kimi, bütün evlərin içi
ölüb, daha doğrusu, kənd içindən ölüb,
ermənilərin son gəlişi, son xəbərdarlığı da
evlərin içinə son gülləni vurdu: “Nə qədər qan
tökülməyib kəndi boşaldın...”, yəni evləri. Ona
görə də hamı bayırdadı...Şallını üzü qanlı-qanlı
harasa aparırlar, üzünün qanı yola damcılayır,
yol qardı, qan damcıları qarın üstündə qara
hopub çiçək kimi ləçək açır...
Ermənilərin gətirdiyi it özlərinə hürür,
bilmirlər maşına necə aparsınlar... Aped
dayanıb mat-mətəl itə baxırdı, it yaxına heç
kəsi buraxmır, kinli-kinli mırıldayır, təzədən
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
çaxalın
yanına
uzanırdı.
Qarakəlləoğlu
gözlənilmədən yapıncını çiynindən atdı, iri
addımlarla itlərə sarı gəldi, firəng itinin
xaltasından tutub dik qaldırdı, sallaya-sallaya
gətirib maşına qoydu:
-Civan kirvə, sənin bu gətirdiyin it itə
dalını çevirir...belə itlə it boğuşmaz. Bizimkini
də qeyrətsiz elədi.
Şaqqıltıya
başını
qaldırdı,
maşının
üstündəki gənc ermənilər avtomat silah
götürmüşdülər, biri Qarakəlləoğlunu, biri də
camaatı nişan almışdı. Qarakəlləoğlu elə
bayaqdan gülümsəyirdi, indi də gülə-gülə
onlara tərəf getdi, Ulubabyan aradaydı:
-...Çi qarelya,
15
- uzun arıq barmağını gənc
ermənilərə sarı silkələyirdi, - Him hınaravor
çe...!
16
Kənd onsuz da neçə gündü ayaq üstədi,
avtomat silahları görüb dalğalandı, sarışın
oğlanın tüfəngi hasara söykənmişdi, kimsə
toxundu, qundağı yerə dəyən kimi açıldı...Bir
15
Olmaz...! (ermənicə)
16
İndi yeri deyil...(ermənicə)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
anlığa bilmədilər səs hardan gəldi, yerdəki
ermənilər səmt tapa bilmədikləri üçün kəndin
adamlarına qarışdılar, maşının üstəkilər bağıra-
bağıra avtomat silahla camaatın başı üstündən
səs gələn trəfi atəşə tutdu, bir anın içində
kəndin görünən üzündəki evlərin kirəmidləri,
pəncərələri çilik- çilik oldu...
Sonuncu evdən sonuncu ölü...
Günortadan
keçib,
axşam
üstüdü,
ermənilər çıxıb getsə də qara-qorxu hələ də
kəndin canındadı.
-Ay kənd, ay camaat, gəlin, Saya arvad
can üstədi...!
Böyüklü-kiçikli hamı səsə sarı qaçdı.
-Canı qurtardı yazığın...
-Oğlunu çağırtdırmayaq?
-Hara çağırtdıraq? Biz hardayıq ki?
Haramız var bizim?! Nə bilirsən bir azdan
nolacaq?! Biz harda olacağıq!
Kəndin səsidi, fərqi yoxdu, kim deyir...
Artıq ev yox, eşik yox, arada qalan bir
özləridi, qayıdıb- dönüb bir-birilərinin üstünə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |