2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
azaldığı bir vaxtda sən elə bir dərslik kitabı yazmısan ki, onu
min sayla yox, yüz min sayla nəşr eləmək, bütün dünyaya yay-
maq, dünyanın aparıcı dillərinə tərcümə eləmək, ali məktəb-
lərdə tədris etmək lazımdı, qoy dünya görsün ki, gecikən eti-
raflarımız, ağır günahlarımız, buraxılan səhvlərimiz bizə nələrə
başa gəlib. Qoy dünya oxusun ki, «Erməni adındakı hərflər»
əsərinin müəllifi əsərin heç bir yerində erməni xalqını söymür,
onları təhqir eləmir, alçaltmır. Ən yüksək ziyalı mədəniyyəti ilə
erməni xislətinin mahiyyətini açıb göstərir ki, bu da mənim
xalqımın yüksək mədəniyyətinin dəqiq göstəricisidir.
Əzizim Mövlud Süleymanlı!
Bütün əsərlərin mənim üçün əzizdən əziz olsa da,
«Erməni adındakı hərflər» romanı nəsrimizdə, ədəbiyyatımızda
yeni bir mərhələnin – fikirdə, düşüncədə, təfəkkürdə, dildə, ta-
rixdə, üslub tərzində gec də olsa oyanış mərhələsinin başlanğı-
cıdır. Bu əsərdə bütövlükdə elmilik, tarixilik və bədiilik baxı-
mından sən özün-özünü ötüb keçmisən.
Bu gün hər hansı səviyyəli oxucu bu kitabı oxumasa bir
qat günahkardır, oxuyub dərk etməsə ikiqat günahkardıq, dərk
edib çıxış yolu axtarmasa üçqat günahkardıq. Ümumiyyətlə, bi-
ganəlik göstərsə onda vay bizim halımıza, vay millətin halına,
keçmişə də heyf, gələcəyə də.
Mən bu əsəri oxuduqca hansı varaqlara göz yaşım tökü-
lübsə, o varaqlar var olsun, hansı səhifələrdə ürəyim pencər ki-
mi ovulubsa, o səhifələr var olsun! Hansı üç nöqtədən sonra
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
saatlarla xəyala dalmışamsa o nöqtələr var olsun! Hansı nida
işarəsində əsəri stolun üstünə atıb yerimdən dik durmuşamsa o
nidalar var olsun! Ermənilər əhatəsində təhqir olunmağı qeyrə-
tinə sığışdırmayıb öz əliylə öz boğazını kəsən şəhid qanını
ermənilərin üstünə tökən Ağbilən müəllimin qeyrətini tarixin
yaddaşına həkk edən qələmə eşq olsun!
Millətimin qəmçəkəni, dərddaşıyanı, milli və ruhani yaza-
rı Zəlimxanın ruh və nəfəs qohumu, qələm qardaşı Mövlud
Süleymanlısı var olsun.
Amin!!!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
“...o əsrə ki, yer üzünə insanı
göndərdim...”
“ Quran-i Kərim ”, 103-cü surə.
ERMƏNİ ADINDAKI
HƏRFLƏR...
Sonun başlanğıcı...
(Proloq əvəzi)
Dörd tərəf silsilə dağlardı, dağlardan o
yana heç nə görünmür, görünən üzü Şirak
ovalığıdı. İmirxanlının yozumuyla Şirak, çırak-
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
sirak Göytürk tayfalarının adıyla bağlıdı...
Şöröy, Şoray, Saray, Şərur da deyilib, indi də
deyilir.
Dağların
görünməyən
üzü
Ağbaba
bölgəsidi, - Amasiya...Şirak- Sirak ovalığı
oralara qədər uzanır. Sağa Gürcüstandı, axska-
sak türklərinin boş qalmış yurdlarıdı, indi
ermənilər yaşayır, Axalkələkə qədər... Solda,
dağların görünən üzü Çubuqlu yaylasıdı, o üzü
Dərələyəzdi, islama qədərki daha doğrusu,
bizim eradan əvvəlki yüz illiklərin tarixi
abidələriylə dolu olan Dərələyəz...baxırsan,
abidələrin çoxu ot gətirib, təpələrdən seçilmir,
yam-yaşıldı,
göyərib
yerə-yurda
qarışıb.
Bəzilərinin də üstünü- başını ermənilər dəyişib
özünə
oxşadıb...
Dərələyəzdən
sola
Vedibasarla birləşir; şidli-hun tayfalarının
yurdlarıdı, gedir Naxçıvana çatır...İmirxanlı
deyir,
burda
“basalaq-
basarat”
ərazi
mənasındadı...
Arada Mığırlı-Muğ-Muğan, Maq - Maday
elləri...O yan Anadolu torpaqlarıdı, el arasında
“... o üz” deyilir; o üz... İçərilərdə Göyçədi,
İravan xanlığıdı, yəni, Uluxanlı. Zəngəzurdu,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qaraqoyunlu, Qaramanlı, Candar ellərinin
yurdlarıdı. Dağ Borçalıdı – Qaraxaç - Qarakas
yaylaları. Qaraxaçın əslində Qarakas olduğu da
İmirxanlının fikridi... Yəqin ki, indən belə də
çox fikirlər olacaq, çoxları çox şey deyəcək,
amma yaddaşlara vurulmuş damğa, yəni fakt
odu ki, iyirminci əsrin iyirminci illərindən sonra
bütün bu yurd yerlərinə Ermənistan adı
verildi...
Kim verdi bu adı?! Bir adamın adını
dəyişmək mümkün deyilsə, bu boyda yerin-
yurdun adını kim dəyişdirə bilərdi? Sərhəd-
sınır deyildi ki, götürüb başqa yerdən çəkəsən.
İdeya deyildi ki, çeynəyib- tüpürüb üstündə
sosializm qurasan. Yüz il bundan qabaq yer
üzünün xəbəri olmadan baş verən, indinin
özündə də davam edən bu haqsızlıq əslində
oğurluq
deyilmi?
Tarixi
yaranışların,
yaddaşların, milli anlayışların qarət edilməsi
deyilmi? Bu da meşələrin quruması, çayların,
göllərin, dənizlərin yoxa çıxması, sağalmaz
yaraların, SPİD-in, xərçəng xəstəliklərinin, ağ
ölümlərin, əlacsız dərdlərin, böyüksüzlüyün,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
tərbiyəsizliyin, yalanların, haramın baş alıb
getməsi kimi fəlakət deyilmi?!
“...Elə xalq var ki, haralı olduğu bilinməz,
bilməzsən aran adamıdı, dağ adamıdı.” – bu da
Azərbaycan Dövlət Universitetinin tələbəsi
İmirxanlının fikirlərindəndi...
“...Erməni nə aran adamına oxşayır, nə
dağ adamına, bizə deyilən kimi deyə
bilməzsən ki, erməninin bir suyu hansı
torpağasa, hansı yerəsə çəkir, oxşadığı,
bənzədiyi torpağı tapa bilməzsən...çünki vətəni
yoxdu, bu mənada erməni xalqı bir az vağzal
uşaqlarına oxşayır. Ona görə də bizdən
ayıqdılar, bizdən çoxbilmişdilər...gözləməyi,
səbrli olmağı bacarırlar, ona görə də hamı
onları tanıyır...-Dayanıb başına yığışmış kənd
adamlarına
göz
gəzdirdi,
heç
nə
anlamamışdılar, ona görə də sözünü dəyişdi.
-
Bəlkə də bu cür olmaq daha yaxşıdı...vətəni
neynirlər, vətənin dərdi böyük olur, gərək
dərdini çəkəsən, lazım gələndə uğrunda ölə
biləsən... -Bir şey də var ki, indinin millətindən
gərək baş açmayasan... Yoxsa türk, başını
qaldıran kimi tanıyırsan; saz heç, saz onun
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
qapısıdı, dünya üzünə o qapıdan keçib gəlib,
elə belə, adicə pendirindən tanıyırsan, hələ bir,
arsız-arsız ad da qoyur, çanaq pendiri, motal
pendiri, cılğı, axtarma pendiri, sucuq, çeçil...
yağı ayrı, ayranı ayrı, hərəsinin bəlkə də on adı
var. “...ayrana doyran demədim, mən Dədə
Qorqud...” fikir ver, ən azı iki min il bundan
qabaq deyib, amma ağlına gəlməyib ki, gül
kimi əlifbasına yiyə dursun, qalmasın daşların
üstündə... iynə kimi, hamını bəzədi, özü lüt
gəzdi, zəhləm getmiş, əmisinə, dayısına da
dayı dedi, qalib gəldiyi, yendiyi xalqa da... özü
məktəblər yaratdı, dünya bunnan dövlət
qurmağı öyrəndi, dərs aldı, indi özü məktəbsiz
qalıb...Bunun atının, itinin də məktəbi olub,
nəinki özünün, atı, iti az qala adam kimi dil
bilir, elə atını, itini görən kimi tanıyırsan ki,
bu, erməni deyil, türkdü...
-...ermənini atın belində görəndə deyirsən
ki, indicə yıxılacaq, - bunu da İmirxanlının
sözünə qüvvət Qarakəlləoğlu dedi.
-...indi at var, beş-altısı qalıb, onun da
hamısı öskürür,-
camaatın Arıq dediyi,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
doğrudan da arıq olan adam boğazını uzadıb
nazik səslə dilləndi.
İmirxanlının da dedikləri hələlik özünə
ləzzət eləyirdi. Yanındakılar da “...gör bir...
boooy, nələr varmış, bizim də xəbərimiz yox...”
deyə-deyə mat-məətəl qaldıqlarını bildirib ət-
rafı coşdururdular. Yaşlıların çoxu başlarına
saçaqlı papaq geyinmişdi, isti olsa da, papağın
altında kölgədə oturmuş kimiydilər. İmirxanlı
onların papağına bir də nəzər salıb əllərini irəli
uzatdı:
-... baxan kimi papağınnan tanıyırsan, -
dedi, - türkü, türkməni, lap elə azərbaycanlını,
bir qoyunun qarnını yarıb başına geyinib...
Yaylaq da qalmayıb, az qala hamısını əlindən
alıblar, hələ də elə bilir yaylaqdadı, evin içində
də bağıra-bağıra danışır, niyə? Soruş,
bilməz...çünki, gizlin bir sözü yox, hamısı
dilinin ucunda, sirri qalmayıb, bomboş, ona
görə də sözünü deyib bitirə bilmir...”
İmirxanlı beləcə, başının üstəki erməni
qorxusunu, kəndin içindəki Partkom qorxusunu
unudub Yerevanda akademik Acaryanın, Bakıda
Balacahunlunun yaratdıqları yeni tarixdən
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
danışırdı...Bu
iki
akademik
Moskvanın
tapşırığıyla kəndin içindəki yazılı abidənin
dağıdılmasına rəhbərlik etmişdilər.
Otuzuncu illərin axırlarıydı... Yazılı daşları
araşdırıb ikisi də eyni fikrə gəldilər: erməni
əlifbası deyil, heyf...gürcü də deyil, ona da
heyf. Balacahunlunun çıxışından:- amma kafir
abidəsidi, ay camaat...kafirlər tikib, dağıdın!
“... ay camaat...”da sağlam, üzüyola, indi ver
gəlsin, yəni, nə deyirsən de, hara buyurursan
buyur, birinin də üstünə beşini qoyub da-
ğıdacaqlar, dağıtdılar da, tarix məsələlərində
eyni
cür
düşünən
akademiklərin-
Balacahunluyla Acaryanın göstərişiylə yazılı
daşları yerə gömdülər...üstündən otuzuncu
illərin arabaları keçdi, otuzuncu illərin otu
bitib, suyu axdı...
-
Uraa...!
kəndin
səsiydi,
abidənin
yerləşdiyi dağda əks-səda verirdi. Amma
görkəmli türkoloq Acaryan susmuşdu, niyəsini
bir özü bilirdi, yıxılmış abidənin yerində arıq
uca boyuyla heykəl kimi dayanmış, ağarmış
saçlarını
Qarakasın
yelləri
darayan
Balacahunluya da heç nə demirdi, yerə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
gömülsə də, fikrində qalmış yazını düşünürdü,
“...türk əlifbasıdı...” bunu necə anlamışdısa,
tükləri biz-biz olmuşdu, “...Qafqazda türklər...”
qolundan tutub aşağı endirdilər: dedilər,
akademikin təzyiqi qalxıb...
-Aradan qırx il keçsə də, elə bilirəm,
dünəndi, -dedi, Qarakəlləoğlu,- beş-on yaşım
vardı, gözümün qabağında yıxdılar, hamı
külüng götürmüşdü....Yaxşı, a bajıoğlu, bir
şeyi soruşum sənnən, o tikili kafır tikilisiydisə,
erməni niyə yıxırdı?
- Aya, boooy...! - kəndin səsidi, kənd
təəccüblənməyini belə bildirirdi.
-Birini də deyim,-Qarakəlləoğlu ortalıa
keçdi. –Əgər kafır abidəsidisə, bə biz daşınnan
niyə öpürdük...?
-Düz deyir, heç ağlımıza gəlmiyib...
Bu, gənc İmirxanlını daha da coşdururdu:
-Bilirsiz, düşmən türkün müsəlman olmağı
deyil ki, türk olmağıdı, türk...eşitmisiz, dəli
Petro, 1 Pyotr? Bax, o, vəsiyyət eləyib ki,
türkləri yenmək istəyirsənsə, dini qatılaşdır,
elə iş gör ki, hamısı molla olsun, ibadətdən
başı açılmasın.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Kənd məətəl qalmışdı: “-nə deyir, əə,
Sayanın yiyəsiz oğlu?!”
Anası nə qədər dedi, a yetim, niyə
qoymursan harda ölürəm- ölüm...camaatı
başına yığıb nədi dediyin?
Amma Partkomun sözü olmasın, mən də
elə bil kəndə bunnan ötrü gəlirdim, elə bil
hazırlayıb göndərirdilər... “Şpiyon”
“ –Çoban olmaq da əslində dövlət qurmaq
kimi bir şeydi. Çoban olmaq o deməkdi ki,
varın- dövlətin var...Yaxşı, erməni niyə qoyun
otarammır, hıı, Dəmir kişi? Niyə çoban deyil?
Çünki dövləti olmayıb, yazdığı yalançı tarixlərə
baxma. Dövləti olsaydı, bu işləri də
bilərdi...Gör bir, əti sevir, qoyunun özünü
sevmir, bir yana baxanda da düz eliyir, elə...
Dağı səni kimi başa düşmür ki, səni kimi ucalıq
görəndə salavat çevirsin. Sən yağışın altında
islanırsan, erməni qaçıb gizlənir. Niyə?
Min
doqquzyüz
yetmişinci
illərin
ortalarıydı...
-Gör bir, haraları fikirləşir, Sayanın oğlu, -
dedi, ikinci dünya savaşında bir ayağını dizdən
aşağı itirmiş, qoltuq ağacında olan medallı kişi,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
camatın arasından bir addım irəli çıxdı,
sinəsindəki orden-medallar səs-səsə verib
qəribə bir avaz yaratdı, elə döşündəki
medalların avazına uyğun səslə gülüb soruşdu.
- Yaxşı, niyə mən islanıram, erməni islanmaq
istəmir?
-Çünki sən görürsən atın islanır, sən də
islanırsan. Erməni belə eləməz, atdı, islanır,
islansın, erməni bayır adamı deyil, içərinin
adamıdı, dünyaya səpələnməyi də hər yerdə ev
axtarmağınnandı...həmişə qarın-yağışın altında
olan dağı erməni neynir... Ona görə də erməni
Qafqaz adamı deyil, Qafqazı ona biz vermişik,
bizdən alıb veriblər, eşitmisiz, deyirlər, Qafqaz
xalqı,
Qafqaz
xarakteri,
bu
xarakter
ermənilərdə yoxdu...!
-Nə danışırsan, əə, sən?! - Partkomdu,
hardan çıxdığını heç kəs bilmədi, hamı birdən
döndü. Ucaboylu adamdı, camaatın başı
üstündən əllərini silkələyirdi. -İndi deyərəm,
gəlib səni deşik-deşik eliyəllər, əlli-ayaqlı
gedərsən! Aranı qatmağına bax...
-Narahat olma, ay Partkom, vallah bunun
dediyini heç kəs başa düşmür...elə mənim
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
özüm, nə qədər yadımda saxlayıram, yadımda
qalmır... -Qarakəlləoğlu Partkomu camaatın
arasından çıxardıb araladı, amma Partkom
yenə əllərini silkələyə-silkələyə qışqırırdı...
Elə həmin axşamı mənə, - qaç, - dedilər,
qaçırtdılar. Artıq rayona çatdırmışdılar. İşin
ikisini də kəndin özü gördü; xəbəri də kənd
verdi, qaçırtmağı da kənd elədi; dovşana qaç,
tazıya tut... Gürcüstana addatdılar, ordan da
Bakıya, sonra da qayıdıb rayona zəng elədilər
ki, qaçdı.
O gedəndi, arada bir quruca adını eşidirlər,
özü də Dövlət Radiosundan, gah şairlik eləyir,
gah aşıqlıq...son vaxtlar da belə bir söz çıxdı
ki, erməni qızı alıb, bəs deməzsənmi, qızın
atası da varlı Bakı ermənisidi, mayor
Sevortyan...
Həə...o vaxtdan kəndə gəlmir, ara-sıra
qardaşının
üstünə
teleqramlar
göndərir,
vəssalam, “...anam necədi, Uğurlu, başına
dönüm, bilirəm ev tikdirirsən, köməyim dəymir
sənə, amma pula doğru sürətlə irəliləyirəm,
bu
yaxınlarda
göndərəcəm...
anamnan
muğayat ol!”
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Anası da, yıxıla-qalxa, qapı-qapı düşüb
oğlunun
məktubunu
axtarırdı,
teleqramı
görəndə də Partkomun qapısının ağzında çır-çır
çığırırdı:
-Bu məktub döyül, məni allatmayın, belə
məktub olmaz, bu, əsgərlik kağızıdı...Booy,
Allah mənə ölüm ver, uşağı davaya aparıblar,
ay Partkom, ay camaat, ay el, sizə qurban
olum, dava harda gedir? Haradı ora? Başınıza
dönüm, görün neynirsiz!
Xeyli vaxtdı beləcə, kəndin diliylə desək,
sayıqlaya- sayıqlaya yaşayırdı. Sonra yatağa
düşdü, “... oğlunun kürlüyünü eləyir ”, dedilər,
yığışıb oğluna teleqram vurdular: “...sroçno
priyezjay, mat tyajelo bolna...
1
”
Gürcüstandan yola saldılar ki, ermənilərin
əlinə keçməsin... Belə də oldu, unutmayaq,
İmirxanlı teleqramı alan kimi, yəni min doqquz
yüz yetmişinci illərin axırında Yerevana, ordan
da Gürcüstan yoluyla kəndə gedəcək... o
maraqlı səfərin şahidi olacağıq, yadımızda
saxlayaq...
1
Tez gəl, anan ağır xəstədir... (rusca).
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
İndisə min doqquz yüz səksən səkkizinci
ilin yaz aylarındayıq... Narahatçılıq elə kəndə
girməmişdən bilinir, səs- səmir yoxdu,
İmirxanlının dediyi olmasın, öz evində də
bağıra- bağıra danışan kənd adamlarının səsi
eşidilmir... hamı başı aşağı harasa gedir,
amma heç kim bilmir, hara gedir; qapı
heyvanları da həmişəki kimi deyillər, bunun
fərqinə varan olmasa da, it səsi gəlmir
kənddən, nələr olacağını bəlkə də yiyələrindən
yaxşı bilən qapı itləri içindən- içindən ulaşırlar.
Kəndə gələn yollar düşüncələrdə məftil kimi
dartınıb səs eləyir...
Əli- ayağı tutan yığışıb gedib. Bu günlərdə
sədr də getdi, ferma müdiri də, bir yerdə
yığışdılar...Sədrin yerinə də elə ferma müdiri
danışdı, idarənin eyvanına çıxıb əlini uzaqdan-
uzağa kəndin üstündə gəzdirib dedi:
-Sədrimiz telefonnan danışır, ay bizim
camaat, - yuxarıları göstərdi, -oralarla əlləşir
bayaqdan, indi gedəcəyik, işləri düzəldib
gələcəyik, siz salamat qalın...
Hələlik salamatlıqdı, kənd elliklə işığı
sönmüş kimi olsa da yerindədi, çoxunun ağlı
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
kəsmir, inanmırlar ki, evi- eşiyi atıb çıxıb
gedələr.
Uğurlunun özü təzə evinə yenicə köçüb,
öldürsələr də evdən çıxan deyil, camaat bilir
bunu, iki mərtəbəli evdi, dişi-dırnağıyla, axır ki
tikdi, qurtardı. Qardaşı İmirxanlı bu neçə ildə
bir qəpik də göndərmədi, amma Uğurlu hamıya
deyirdi ki, onun puluyla tikmişəm...Qaraca
müəllim o gün evə baxıb- baxıb: “...-Sən də
vaxt tapdın ev tikdirməyə...” dedi. Bunu bir
neçə ay qabaq qarda boranda bir yığın
erməniylə it boğuşdurmaq adına kəndə gəlmiş
Şaliko Sumikyan da dedi, xeyli güldü, “...sən
evi erməniyə tikirsən, ay kirvə, özüvə yox...”
belə dedi, hələ yanaşı dayanıb Uğurluyla şəkil
də çəkdirdi.
-Şükür sənə, ay Allah...!
Həyat yoldaşı Şallı boyludu, amma hələ
boyundakı yük hiss olunmurdu, evlə üz- üzə
elə durmuşdu, elə bil ev deyildi, evin yerindən
Ay doğmuşdu, indi salavat çevirəcəkdi, elə
çevirdi də:
-Allah, sənə şükür!- bir də dedi.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |