349
miqdarının nisbətən çox olması səbəbindən – yüksək rütubətlilik nəticəsində
göbələk xəstəliklərinin, xüsusən də sarı pasın epifitotiyası müşahidə olunmuşdur.
Yüksək sirayətlənmə fonu struktur elementlərinə və dəndolma prosesinə
mənfi təsir etməklə bioloji və aqronomik məhsuldarlığı kifayət qədər aşağı
salmışdır. Anomal iqlim dəndolma prosesinə də mənfi təsir etmişdir. Dənin
dolması kəskin hava və torpaq quraqlığı fonunda getdiyindən buğdaların
vegetasiyası vaxtından əvvəl sona yetmişdir. İqlim göstəriciləri fenoloji fazaların
müddəti, bitkilərin hündürlüyü və struktur elementlərinə təsir etməklə
məhsuldarlığa və keyfiyyət-texnoloji göstəricilərinə mənfi təsir göstərmişdir.
Son illərdə ƏETİ-də seleksiya proseslərinin intensivləşməsi ilə yanaşı,
CIMMIT və ICARDA kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində
genofondun potensial məhsuldarlıq, xəstəliklərə davamlılıq kimi çatışmayan
əlamətlərin daşıyıcısı olan genotiplərlə zənginləşməsinə şərait yaratmışdır.
Bölgədə payızlıq bərk buğdanın seleksiyası üzrə müxtəlif pitomniklərdə beş ninə
qədər sortnümunə, hibrid xətti və pespektiv sort öyrənilsə də, seleksiyanın son
mərhələlərindən olan müsabiqəli sort sınağı pitomnikində (MSS) öyrənilən
materiallar daha böyük əhəmiyyət kəsb edir.
Cari ildə MSS-də 61 sortnümunə, hərəsi 50 m
2
olmaqla 4 təkrarda
öyrənilmişdir. Onlardan 17 nümunə bərk, 44 nümunə isə yumşaq buğdalara aiddir.
Vegetasiya dövründə fenoloji müşahidələr aparılmış, sünbülləmə və mum
yetişkənliyinin başlanğıcında xəstəlik və zərərvericilərə davamlılıq, seçmə və
yekun qiymətləndirilmələr müvafiq metodiki göstərişlər əsasında öyrənilmişdır [3].
Qeyd etdiyimiz kimi, cari ildə yaz fəsli uzunmüddətli və yağıntılı olmuşdur.
Nəticədə, ötən illərə nisbətən nümunələr gec sünbülləmiş, normal suvarma və
optimal iqlim şəraiti nəticəsində potensial boy göstəriciləri, pas xəstəliklərinin
epifitotiyası müşahidə olunmuşdur. Gec sünbülləmə, hündürboyluluq səbəbindən
yatma və xəstəliklərlə siyarətlənmə məhsuldarlığı limitləşdirən faktorlar olmuşdur.
Ona görə də hesabat ilində ilk növbədə sünbülləmə müddəti, boy göstəriciləri,
xəstəliklərə davamlılıq və vahid sahədən məhsuldarlığa görə seçmə aparılmışdır.
MSS-də öyrənilmiş bərk və yumşaq buğda genotipləri, əsasən intensiv tipli
olmaqla, fenoloji fazaların başlanılma tarixi, xəstəliklərə davamlılıq, boy
göstəriciləri və vahid sahədən məhsuldarlığa görə kəskin fərqlənirlər (Cədvəl 1).
Dostları ilə paylaş: