2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Dialektik inkar və sintezlər-



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə72/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   68   69   70   71   72   73   74   75   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

 
Dialektik inkar və sintezlər-
Sovet fəlsəfi ədəbiyyatında dialektikanın üç qanunu: 
əksliklərin 
vəhdəti və mübarizəsi, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi və inkarı inkar 
qanunu 
göstərilmişdir. Bu qanunların şərhi zamanı müxtəlif müəlliflər müxtəlif əsaslarla bu və ya 
digər qanunu birinci verir və bunun da dialektik zərurət olduğunu sübut etməyə çalışırdılar. Biz də 
öz növbəmizdə həmin qanunların şərhində yeni yanaşma üsuludan istifadə edəcəyik. Hegel 
dialektikasını işləyib hazırlayarkən «inkar» anlayışından istifadə etmişdir. O, iqrar edirdi ki, 
mütləq ideyanın məntiqi inkişafında bir kateqoriya digərini “inkar edir”, lakin eyni zamanda onda 
qiymətli nə varsa qoruyub saxlayır. Marksist fəlsəfədə inkar dedikdə, inkişaf prosesində köhnə 
keyfiyyətin qanunauyğun surətdə ondan nəşət edən yeni keyfiyyətlə əvəz olunması nəzərdə 
tutulur. Çox vaxt inkişaf prosesində köhnə keyfiyyətin yeni keyfiyyətlə bu cür əvəz olunması şeyin 
öz əksinə çevrilməsi xarakterində olur. Bu qanuna tərif versək deməliyik: onun fəaliyyəti inkar 
olunanla inkar edən arasında əlaqə, varislik yaradır, buna görə inkar heç də keçmişdə inkişafın 
bütövünü rədd edən quru, əbəs bir inkar kimi deyil, qabaqkı mərhələlərin bütün müsbət cəhətlərini 
özündə saxlayıb hifz edən, çıxış pillələrinin bəzi cəhətlərini yüksək əsas üzərində təkrar edən və 
ümumiyyətlə irəliləmə xarakterində, mütərəqqi xarakterdə olan bir inkişaf üçün şərtdir. Marks 
yazmışdı ki, “heç bir sahədə, öz əvvəlki mövcudluq formalarını inkar etməyən inkişaf əmələ gələ 
bilməz”. İnkarın ən ümumi xarakteri həm dialektiklər, həm də mexanistlər tərəfindən etiraf edilir.
Həm təbiətdə və həm də cəmiyyətdə inkar varisliyi qorumaqla yanaşı, inkişafın spiralvari 
hərəkətini müəyyənləşdirir. Məsələn, cəmiyyət dairə üzrə və düzxətt ilə deyil, spiral xətti ilə 
inkişaf etmişdir, edir və edəcəkdir. Bu inkişaf keçmişin bəzi cəhətlərini təkrar edərsə də
müqayisəyə gəlməz dərəcədə yüksək inkişaf pilləsində təkrar olunur. Əslinə qalanda inkişafın 
dialektik anlayışının ən mühüm cəhəti elə budur. Keçilmiş pillələri sanki təkrar edən, lakin bunları 
başqa cür, daha yüksək bir əsas üzərində təkrar edən bir inkişaf (“İnkarı inkar”), düz xətt üzrə 
deyil, spiral xətt üzrə olan inkişaf dialektikanın ən mühüm prinsiplərindən biridir. 
Nöqteyi-nəzərlərin toqquşması vəziyyətini dialektik mövqedən başa düşərək Hegel 
dialektik 
inkar
anlayışını tətbiq edir. Bu anlayışda aşağıdakı tövsiyyələr vardır: bir sıra tezislərin inkarına 
onların ehkamcasına atılması kimi baxmaq olmaz. Antitezis yalnız başlanğıc vəziyyəti (tezisi) 
sadəcə olaraq pozmamalıdır, müəyyən mənada onu özündə mənimsəməlidir (daxil etməlidir). 
Tezisin məzmunundakı ağıllı, qiymətli şeyləri qorumaqla, saxlamaqla yanaşı fikir səhv təqdim 
olunanları silkələməli, dəf etməli, tənqid etməlidir. Bu cür inkar dialektik xarakter daşıyır və 
predmetin daha dərindən anlaşılmasına doğru hərəkət etməyə imkan verir. Tezis və antitezis 
dialektik əkslikdir. Əksliklərin dialektik vəhdətini anlamağı (tezis və antitezis) bacarmaq onların 
sintezini təmin edir.
Antitezisin irəli sürülməsi ilə (yəni tezisin inkarı ilə) həqiqəti axtarmaq prosesi başa çatmır: o 
davam edir, müəyyən vaxtdan sonra yeni inkar və ya 
inkarı inkar 
yaranır. Fikrin inkişafındakı bu 
üçüncü mərhələni Hegel
sintez 
adlandırır. Hegelin dediyinə görə, fikir əvvəlki inkişaf 
mərhələlərində olan dəyərli, qiymətli fikirlərlə zənginləşərək elə bil başlanğıc vəziyyətə qayıdır. 
Ancaq bu sadə geri qayıtma, bağlanan “dairə” deyil, daha dəqiq “spiraldır”: nəticə özündə ikinci 
mərhələdə (antitezis) əldə olunan yeni nə varsa, inkişafın başlanğıc mərhələsində (tezis) 
olmayanları birləşdirir.


81 
İnkarı inkar – dialektikanın ən ümumi qanunudur, gerçəklikdəki inkişafın perspektivlərini, 
meyllərini və istiqamətlərini, forma və nəticələrini bildirir. “İnkar” terminini fəlsəfəyə ilk dəfə 
Hegel gətirmiş, “inkar inkarı” bir ümumi dialektik qanun şəklində də Hegel işlətmişdir. İnkarı 
inkar qanununu səciyyələndirən əsas anlayışlar bunlardır: inkar, varislik və inkişaf. İnkarın 
anlaşılmasında əsasən iki münasibət – dialektik və metafizik mövqe fərqləndirilməlidir. 
İnkarı inkar – gerçəkliyin bütün sahələrində (təbiətdə, cəmiyyətdə, idrakda) fəaliyyət təsirinə 
malik olan, inkişafın qarşısıalınmazlıq və varisliyini vəhdət halında əks etdirən, köhnənin bir çox 
cəhətlərinin yenidən təkrarlandığını ifadə edən bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə 
edən ümumi qanundur. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin