158
rеdaksiya şurasının üzvləri isə Səməd Vurğun, Mirzə İbrahimov, Əhəd Yaqubov,
Həsən Həsənov və Rza Quliyеv olmuşdular.
Rəsul Rzanın həyata keçirdiyi addımların uğurları
ilk növbədə vahid
Azərbaycan ideyasına dərindən inamı ilə əlaqəlidir. Rəsul Rza Azərbaycanın sakral
mərkəzi kimi Bakını yox, Təbrizi qəbul edir: «Təbriz bizim üçün adi şəhər deyil,
sözün əsl mənasında paytaxtdır. Şah İsmayıl Xətainin, Səttarxanın, Bağır xanın,
Şeyx
Məhəmməd Xiyabaninin, neçə-neçə söz dahilərinin yadigar qoyub getdiyi
şəhərdir».
XX əsrin ortalarında yaranmış siyasi və
beynəlxalq vəziyyətin vahid
Azərbaycanın qorunub saxlanılmasına qarşı olmasını Rəsul Rza anlayırdı. Şairin
sətirlərində dərin kədər öz əksini tapmışdır:
Təbrizin yolları oyum-oyumdur
Yanıq dağdan qalxan
duman olaydım.
Dərdli könüllərdə
ümid olmasam,
Heç olmasa zəif güman olaydım.
Şimalın və Cənubun ayrılmaz taleyinə Rəsul Rza ədəbi əsərləri ilə yanaşı,
həm də kinematoqrafik əsərlərində toxunmuşdur. Rəsul Rzanın ictimaiyyətə
təqdim etdiyi «Arazın o tayında» filmində ikiyə parçalanmış Azərbaycan xalqının
faciəsi geniş əksini tapa bilmişdir.
Dostları ilə paylaş: