Tili, adabiyoti va folklori instituti, alisher navoiy nomidagi davlat adabiyot muzeyi, urganch davlat universiteti


 «Kitabi-Dədə Qorqud» Azərbaycan ədəbi düşüncəsinin qaynağı kimi



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə9/431
tarix15.09.2023
ölçüsü7,91 Mb.
#143696
1   ...   5   6   7   8   9   10   11   12   ...   431
Anjuman Boku (6)

3. «Kitabi-Dədə Qorqud» Azərbaycan ədəbi düşüncəsinin qaynağı kimi: 
Bu istiqamət məsələnin «epos» aspektidir. «Kitabi-Dədə Qorqud» janrı 
etibarilə qəhrəmanlıq dastanıdır. Lakin bu dastan eyni zamanda xalqın bütün etnik-
mənəvi dəyərlərini özündə cəmləşdirən, onu yaddaş xəzinəsi kimi qoruyan 
eposdur. Bir epos kimi Azərbaycan ədəbi düşüncəsinin ilkin estetik normaları, 
müasir ədəbi növ və janrların «arxetipləri» – «rüşeymləri» bu dastanda 
qorunmaqdadır. O, bir dastan kimi uzun əsrlər boyu canlı ifada olmuş, daha sonra 
öz canlı mövcudluq tarixini başa vurub, yeni dastanların yaranmasına səbəb olmuş 
və orta əsrlərdə əlyazması halında qeydə alınmışdır. Bu gün «Kitabi-Dədə 
Qorqud» eposu artıq bizim üçün milli ədəbi düşüncənin tarixi arxetiplərini özündə 
qoruyan epos xəzinəsi – epik yaddaşdır. Bu səbəbdən dolayı «Kitabi-Dədə 
Qorqud» dastanlarının müasir Azərbaycan ədəbiyyatı ilə əlaqəsini öyrənmək eyni 
zamanda müasir ədəbiyyatın öz ədəbi-estetik qaynağı ilə bağlılığını araşdırmaq 
deməkdir. 
4. «Kitabi-Dədə Qorqud»un Azərbaycan şifahi ədəbi düşüncə tarixinə 
təsiri: 
Müasir Azərbaycan ədəbiyyatı bütün növ və janrlar sistemi, mövzu, məzmun 
və ideya qaynaqları etibarilə qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının 
davamıdır. «Kitabi-Dədə Qorqud» özündən sonrakı ədəbi düşüncəyə, xüsusilə 
Azərbaycan qəhrəmanlıq və məhəbbət dastanlarına çox güclü təsir etmişdir. Bu 
səbəbdən müasir Azərbaycan ədəbiyyatının «Kitabi-Dədə Qorqud»la əlaqəsinin bir 
xətti də orta əsrlər Azərbaycan şifahi ədəbiyyatıdır. Yəni «Qorqud» eposunun təsiri 


22 
orta əsr Azərbaycan dastanlarından keçməklə də gəlib müasir ədəbiyyatımıza 
çatmışdır. Bu, haqqında yuxarıda bəhs etdiyimiz «Qorqud milli-ədəbi ruhu», yəni 
XX əsr Azərbaycan ədəbiyyatının əsrlər boyu varlığında, tarixi yaddaşında, 
düşüncəsinin köklərində həmişə mövcud olan, yaşamını günümüzə qədər sürdürən 
«Dədə Qorqud ruhu» məsələsidir. «Dədə Qorqud» eposu ədəbi ruh kimi 
Azərbaycan ədəbi düşüncəsini ən qədim çağlarından tutmuş müasir dövrümüzə
günümüzə qədər daim müşayiət etmişdir. 
5. 

Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin