Tili, adabiyoti va folklori instituti, alisher navoiy nomidagi davlat adabiyot muzeyi, urganch davlat universiteti


«DƏDƏ QORQUD» DASTANLARI VƏ MÜASİR AZƏRBAYCAN



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə7/431
tarix15.09.2023
ölçüsü7,91 Mb.
#143696
1   2   3   4   5   6   7   8   9   10   ...   431
Anjuman Boku (6)

 
«DƏDƏ QORQUD» DASTANLARI VƏ MÜASİR AZƏRBAYCAN 
ƏDƏBİYYATI PROBLEMİNİN TƏDQİQİNDƏ «FOLKLOR VƏ
YAZILI ƏDƏBİYYAT» MÜNASİBƏTLƏR MODELİ 
 
Yeganə Nəhmətulla qızı İSMAYILOVA 
Bakı Dövlət Universiteti
 
filologiya elmləri doktoru, professor, 
 (Azərbaycan) 
«Ktabi-Dədə Qorqud» dastanları və müasir Azərbaycan ədəbiyyatı» elmi 
problem kimi zəngin məzmuna malik mürəkkəb məsələdir. İlk baxışdan yalnız 
zəhmət və diqqət tələb edən mövzu kimi çox sadə görünür. Doğrudan da, «Kitabi-
Dədə Qorqud» eposunun XX əsrdə Azərbaycanın müasir milli həyatına konkret 
daxil olma dövrü var. Həmin dövrdən (XX əsrin birinci yarısından) başlayaraq 
abidə ilə maraqlanan yazıçı və şairlərimiz bu mövzuda uzun onilliklər boyu bədii 
əsərlər yazmışlar. Həmin əsərlər, onların müəllifləri, bütövlükdə ədəbi proses göz 
qabağındadır və bu anlamda «Kitabi-Dədə Qorqud» dastanlarının müasir 
Azərbaycan ədəbiyyatı ilə əlaqələrinin araşdırılması, bir növ, bütün konturları ilə 
görünən problemdir. Lakin bu, yalnız ilk baxışda belədir. «Kitabi-Dədə Qorqud» 
dastanları və müasir Azərbaycan ədəbiyyatı» problemini yalnız «görünən faktura» 
əsasında həll etməyə çalışmaq, yəni eposun təkcə mövzu, ideya, obraz, süjet, 
motivlərindən və s. müasir milli ədəbi düşüncədə necə istifadə olunduğunu 
araşdırmaq, əslində, bu problemin mahiyyətindən uzaq düşmək, yaxşı halda onu 
zahiri cəhətdən öyrənmək deməkdir. Gerçəklikdə isə «Kitabi-Dədə Qorqud» 
dastanları və müasir Azərbaycan ədəbiyyatı» bir elmi problem kimi zaman və 
məkan sərhədləri təkcə XX əsrin birinci yarısından günümüzə qədərki dövrü (
ədəbi 
zamanı
) və onun ədəbiyyatını (
ədəbi məkanı
) yox, Azərbaycan ədəbi-estetik 
düşüncəsinin bütün tarixini əhatə edən qlobal konturlara malik məsələdir. Burada 
məsələnin biri-birinə bağlı, biri-digərindən ayrılıqda təsəvvür olunmayan iki 
aspekti var:
1. «Kitabi-Dədə Qorqud» və müasir Azərbaycan ədəbiyyatı; 
2. «Kitabi-Dədə Qorqud» və Azərbaycan ədəbi düşüncə tarixi. 


20 
«Kitabi-Dədə Qorqud» dastanlarının müasir Azərbaycan ədəbiyyatına təsiri 
məsələsini tarixi aspektdə götürmədən problemin dərinliklərinə enmək, XX əsrin 
birinci yarısı Azərbaycan ədiblərinin yaradıcılığı ilə təmsil olunan «müasir Azər-
baycan ədəbi düşüncəsinin» ona olan coşğun, həm də sözün həqiqi mənasında 
əsrarəngiz marağının «sirlərini» açmaq mümkün deyildir. Epos XX əsr 
Azərbaycan milli düşüncə mühitində göründüyü «an»dan ədəbi düşüncənin bütün 
sferalarının diqqətini özünə cəlb etdi. Ona maraq təkcə yazıçı və şairləri yox, 
tarixçiləri, dilçiləri, etnoqrafları, psixoloqları, bir sözlə, bütün elm sahələrini əhatə 
etdi. Lakin burada «marağı özünə cəlb etmək» ifadəsi «Kitabi-Dədə Qorqud» 
eposu ilə bağlı XX əsr Azərbaycan cəmiyyətində baş verən milli düşüncə 
proseslərini tam şəkildə səciyyələndirmək gücündə deyil. Burada söhbət sözün 
həqiqi mənasında milli düşüncəmizin düşdüyü «Kitabi-Dədə Qorqud» cazibə-
sindən gedə bilər. Epos Azərbaycan cəmiyyətini heyrətə saldı: onu öz tarix və 
mədəniyyətinin parlaq faktı ilə üzbəüz qoydu. Bu «an»dan milli düşüncənin bütün 
sahələrindən daha çox ədəbiyyatda coşğun «Dədə Qorqud» dövrü başlandı. Sanki 
milli ədəbi düşüncədə bir «Dədə Qorqud» yanğısı var imiş və «Kitabi-Dədə 
Qorqud» eposu əlyazmalarının tapılması və Azərbaycanda çap olunması ilə bu 
yanğı alovlanıb tonqala döndü. Məsələnin burada bir qədər obrazlı qoyuluşunun 
kökləri əslində bununla – XX əsr Azərbaycan ədəbiyyatının əsrlər boyu varlığında 
mövcud olan «Dədə Qorqud» ruhu ilə bağlıdır. «Kitabi-Dədə Qorqud» dastanının 
XX əsrdə Azərbaycanda çap olunub yayılması ilə bu ruh oyandı və XX əsrin 
birinci yarısından bu günə qədər «Dədə Qorqud» mövzusunu yazıçı və 
şairlərimizin düşüncəsində aktual və diri saxlayan da elə həmin ruhdur. 
Mövzuya münasibətdə ədəbiyyatşünas alim Ş.Alışanlının bir fikri 
səciyyəvidir. O yazır: «XX əsr ədəbi-bədii və nəzəri-estetik fikrinin, o cümlədən 
poeziyasının çağdaş meyarlar mövqeyindən dəyərləndirilməsi istiqamətində 
səmərəli metodoloji prinsipə nail olmaq üçün bu problemin 

Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin