21
«Kitabi-Dədə Qorqud» dastanları və müasir Azərbaycan ədəbiyyatı» mövzusunun
həlli aşağıdakı istiqamətləri əhatə edir:
1. «Folklor və yazılı ədəbiyyat» aspekti:
Bu məsələnin çox
mühüm aspektlərindən biri olub, problemin ümumnəzəri
əsaslarını əhatə edir. «Kitabi-Dədə Qorqud» bütün hallarda
şifahi ədəbi düşüncənin
– folklor yaradıcılığının məhsuludur. Bu halda «Kitabi-Dədə Qorqud»
dastanlarının müasir Azərbaycan ədəbiyyatına təsiri mövzusu öz problematikası
etibarilə «folklor və yazılı ədəbiyyat» münasibətlər modelini nəzərdə tutur.
2. «Kitabi-Dədə Qorqud» Azərbaycan ədəbi düşüncəsinin mərhələsi kimi:
Müasir Azərbaycan cəmiyyəti «Dədə Qorqud» eposu ilə XX əsrin birinci
yarısında tanış olmasına baxmayaraq, o, ilk növbədə milli ədəbi düşüncənin
konkret mərhələsidir. Onun təşəkkül, formalaşma, canlı ifa dövrü var.
Bu cəhətdən,
«Kitabi-Dədə Qorqud» eposu həm də Azərbaycan ədəbiyyatının – ümumədəbi
düşüncə tarixinin konkret bir dövrüdür. Bu cəhətinə görə «Kitabi-Dədə Qorqud»
dastanlarının müasir Azərbaycan ədəbiyyatına təsiri
məsələsinin öyrənilməsi
Azərbaycan ədəbi düşüncəsinin konkret tarixi dövrü ilə müasir dövrünün tarixi-
müqayisəli aspektdə tədqiqi deməkdir.
Dostları ilə paylaş: