27
turşusundan, bir molekul fosfat turşusundan və bir
molekul da xolindən əmələ
gəlir. Odur ki, hidroliz olunduqda göstərilən maddələrə ayrılır:
Lesitinlər xolinfosfatın qliserinin hansı karbon atomunun yanında olmasından asılı
olaraq
α-
və
β-
formada təsadüf edilir.
α-
lesitində fosfat turşusunun və xolinin
qalığı qliserinin
α-
karbonu,
β-
lesitində isə
β-
karbonu ilə birləşirlər.
Lesitinlər ən çox yumurtanın sarısında və soyada olur. Bunlar etil spirtində yaxşı
həll olur, havada tündləşir, buna səbəb tərkibində olan yağ turşularının
oksidləşməsidir.
Lesitin molekulundakı doymamış yağ turşusu hidroliz edildikdə lizolesitin adlanan
yüksək hemolitik təsirə malik olan maddələr əmələ gəlir. İlan zəhərinin tərkibində
göstərilən prosesi kataliz edən spesifik fermentlər vardır. İlan sancmış adamın
qanında eritrosidlərin hemolizə uğraması həmin fermentin
fəaliyyəti nəti-cəsində
hemolitik təsirə malik lizolesitinin miqdarının artması ilə izah olunur.
Dostları ilə paylaş: