1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   16   17   18   19   20   21   22   23   ...   37
Ekoloji təhlil mühazirələr

Energetik resurslar
. Günəş və kosmos, atom-energetikası, 
yanacaq- energetikası, termal və digər enerji mənbələrinin 
məcmusu energetik resurslar adlanır. İstehsalatda istifadə 
olunmasına görə təbii resursları aşağıdakı təsnifata ayırırlar: - 
Torpaq fondu. Hər hansı bir ölkə, rayon, yaxud bütün dünya 
ərazilərindəki torpaqlar öz təyinatına görə aşağıdakı qruplara 
daxil olur: kənd təsərrüfatı, yaşayış məntəqələri, qeyri kənd 


təsərrüfatı təyinatlı (sənaye, nəqliyyat, dağ-mədən və b.). 
Dünyanın torpaq fondu – 13,4 milyard hektar təşkil edir. Kənd 
təsərrüfatı istehsalı resurslarına aid olan təbii elementlər kənd 
təsərrüfatı məhsulu əldə etməkdə iştirak edir: a) aqroiqlim 
resursları – mədəni bitkilərin böyümə və inkişafına lazım olan 
istilik və rütubətlik; b) torpaq resursları. - Bitki örtüyü fondu – 
Qurunun torpaq fondunun bir hissəsi olub bura meşə fondu və 
otlaqlar daxildir. Bu ərazilərdə kənd təsərrüfatı istehsalı və 
xüsusi mühafizə olunan obyektlər (qoruq və b.) təşkil olunur və 
bunlar bioloji resursların bir hissəsi sayılır. - Su resursları - 
Təsərrüfatda müxtəlif məqsədlər üçün istifadə edilən yeraltı və 
yerüstü suların məcmusu (əsas mənbəyi çay suları hesab edilən 
şirin su resursları xüsusi əhəmiyyət kəsb edir). - Hidroenerji 
resursları – Çay suları və okeanın qabarma – çəkilmə fəaliyyəti 
və b. - Fauna resursları – Ekoloji tarazlığı pozmadan insan 
tərəfindən istifadə olunan su, meşə və başqa yerlərdə 
məskunlaşan heyvanlar. - Faydalı qazıntılar (filiz, qeyri-filiz
yanacaq-energetik) – Təsərrüfatda istifadə oluna bilən Yer 
qabığında mineralların təbii toplanması. Toplanan faydalı 
qazıntılar, onların yataqlarını əmələ gətirir, onların ehtiyatı 
sənaye əhəmiyyəti daşımalıdır. Məlum olduğu kimi, insan öz 
təsərrüfat fəaliyyətində təbii resurslara təsir göstərir. Bu 
səbəbdən onların çoxu azalır və son nəticədə tamamilə tükənə 
bilər. Odur ki, təbii resursların uçotu aparıldıqda və onlar 
təsərrüfat üçün əldə edildikdə onların ehtiyatının tükənməsi 
anlayışından istifadə olunur. Buna görə təbii resursların belə 
təsnifatı ekoloji təsnifat da adlanır. Bütün təbii resurslar 
tükənmə dərəcəsinə görə iki qrupa bölünür: tükənən və 
tükənməyən . 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin