7.HEYVAN VƏ BİTKİ POPULYASİYASI.
Bitkilərdə populyasiyanın yaş strukturu
yaş qruplarının
nisbətilə təyin olunur.
Cücərtilər.-toxumda
olan
ehtiyat
maddələrindən
və
assimilyasiyanın hesabına qida alır. Bu kiçik bitkilər üçün
rüşeym strukturunun mövcudluğu səciyyəvidir: rüşeym yaşlı
bitkilərdən fərqli olaraq sadə formalı, böyük olmayan yarpaqlı
biroxlu zoğdur.
Ilkin bitkilər.-sərbəst qidalanmağa keçirlər. Bu bitkilərdə ləpə
yoxdur,çox vaxt təkoxluluğunu saxlayır, yarpaqlar başqa
formada olub, yaşlı bitkilərə nisbətən xırdadır.
Immatur bitkilər-ilkin bitkilərdən yaşlı bitkiyə keçid formasıdır.
Bunlarda çox vaxt zoğun budaqlanması başlayaraq fotosintetik
aparatın böyüməsinə şərait yaradır.
Yaşlı vegetativ bitkilərdə yeraltı və yerüstü orqanların
strukturunda növün həyati forması üçün tipik əlamətlər meydana
gəlir və vegetativ üzvün quruluşu əsasən generativ vəziyyətə
uyğun gəlir, lakin hələ reproduktiv orqanlar yoxdur.
Cavan generativ bitkilər-çiçəkləyir, meyvə əmələ gətirir, yaşlı
struktur formalaşmasının yekunlaşması gedir. Bəzi illərdə
çiçəkləmədə fasilə də ola bilər.
Orta yaşlı generativ bitkilər adətən ən yüksək böyümə həddinə
çatır, hər il böyük artım və toxum məhsulu verir.
Qoca generativ bitkilərdə toxumvermənin dayanması, zoğ və
kök sistemi arasındakı əlaqələrin zəifləməsi, həyati formaların
bəsitləşməsi baş verir.
Ölmüş fərdlər üçün son dərəcə zəif olması, ölçülərin azalması,
zoğun az miqdarda, çox vaxt da heç olmaması xarakterdir. Bu
zaman bitkidə təkcə ayrı-ayrı canlı toxumlar qalır.
Beləliklə populyasiyaların fərdlərinin yaş vəziyyətinə görə
bölünməsi onun yaş spektri adlanır.
Heyvanların populyasiyasının yaş strukturu.
Növün çoxalma xüsusiyyətlərindən asılı olaraq populyasiyanın
üzvləri bir və ya müxtəlif nəsilə mənsub ola bilər. Eyni vaxtda
yaşayan müxtəlif mənşəli növləri 2 qrupa bölmək olar:
1.həyatında bir dəfə 2.və dəfələrlə artanlar
Məs., may böcəyinin dişiləri yazda yumurta qoyduqdan sonra
məhv olurlar. Sürfələr torpaqda inkişaf edir və 4-cü ildə
puplaşır.
Təkrar çoxalmalara fili misal çəkmək olar. Hindistan filləri 8-12
yaşlarında cinsi yetişkənliyə çatır və 60-70 il yaşayır. Dişilər
dörd ildə bir və nadir halda 2 bala verir. Sürüdə müxtəlif yaşlı
fillər 80%, cavanlar isə 20% olur. Heyvanlar insanlar tərəfindən
istismar olunduğundan bu da onların populyasiyasına təsir edir.
Yaşayış tərzinə görə heyvanların populjasiyası aşağıdakılara
ayrılır:
1.Oturaq heyvanlar-onların ərazi differensasiyası tək həyat tərzi
ilə bağlıdır. Tək həyat tərzi həyat tsiklinin müəyyən
mərhələlərdə bir çox heyvanlar üçün xarakterikdir. Bu zaman
populyasiyanın fərdləri bir-birindən asılı olmayaraq ayrılırlar.
Ümumiyyətlə təbiətdə orqanizmlərin tamamilə tək yaşamasına
rast gəlinmir. Belə olsaydı onların çoxalması mümkün olmazdı.
Tək həyat tərzi sürən növlərin fərdləri qışlama yerində, çoxalma
dövrü qabağı müvəqqəti toplaşma əmələ gəlir. Məs., gicitikan
kəpənəkləri payızın sonunda iri salxımlarla çardaqlarda ; naqqa,
durnabalığı su hövzələrinin dibində toplanırlar.
2.ailəvi həyat tərzində də ata,ana və onların nəsillərinin üzvləri
arasında əlaqələr güclənir. Belə əlaqənin sadə növü atanın və ya
ananın yumurtalarına olan qayğısıdır. Quşlarda qayğı balaların
uçuşuna qədər davam edir. İri məməlilərdə - ayı və pələng
balaları ailə qrupunda bir neçə il yəni cinsi yetişkənlik başlayana
qədər tərbiyə olunur.
3.koloniyalar-orqanizmlərin qarşılıqlı qorunması və köməkli
qidalanmasını təmin edən qruplaşmalardır. Belə qrupda yaşayan
heyvanlarda
ümumi
funksiya
əmələ gəlir:düşmənlərdən
qorunmaq, xəbərdarlıq siqnalı vermək. Qağayılar ,qaranquşlar
balalarını və yumurtalarını qorumaq üçün həyəcan siqnalı
qaldıraraq bütün quşları səfərbər edirlər.
Daha mürəkkəb koloniyalar kollektiv halda həyat sürən
həşəratlarda (qarışqalar,arıda, termit) olur. Belə koloniyalarda
ayrı-ayrı fərdlər və yaş qrupları arasında əmək bölgüsü üçün
ixtisaslaşma aparılır.
Kolonial bitkilərə müxtəlif birhüceyrəli –yaşıl,göy/yaşıl, qızılı,
sarı-yaşıl yosunlar və evqlena daxildir.
4.dəstələr-heyvanların müvəqqəti cəmləşməsidir. Dəstə ilə
yaşamaq quşlar və balıqlar arasında geniş yayılmışdır.
Məməlilərdə isə bir çox itlər üçün xarakterikdir. Quşlarda
dəstələr mövsümü köçmə zamanı, oturaq və köçəri formalarda
isə qış yemlənməsi dövründə formalaşır. Canavarlar qışda qrup
halında ova çıxdıqda dəstələr əmələ gətirirlər.
5.sürü. dəstəyə nisbətən sürü heyvanın daha uzun müddətə və
daim cəmləşməsidir. Böyük sürülərdə ailə və ya yaş qrupları
cəmləşir, onlar arasında kontakt digər qrupların üzvləri
arasındakı əlaqədən daha səmimi olur. Sürü daxili qruplaşmada
başçı müxtəlif kollektiv funksiyanı yerinə yetirir. Məs., at
ilxısında başçı hərəkəti idarə edir,sürünü təhlükədən
uzaqlaşdırır, xəstə heyvanlara qayğı göstərir.
Insan öz fəaliyyətində bir çox növlərin populyasiyası ilə
bağlıdır. Bir çox bitki və heyvan növləri ərzaq və sənaye
resurslarıdır. Ona görə də insanın populyasiyada sayı,xüsusən
də təsərrüfatına ziyan vuranlarının sayını tənzimləməyi
öyrənməyə çalışması çox təbiidir.
Insan populyasiyası –qohumluq əlaqələrinə , müxtəlif
qruplaşmalara aiddir.
Insan cəmiyyətində populyasiyalar onların sosial quruluşu üçün
keyfiyyətli olub,özünəməxsus spesifik sistemə daxil olmuşdur.
Dostları ilə paylaş: |