1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ


Mövzu:7 POPULYASİYA. XASSƏLƏRİ VƏ TİPLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   11   12   13   14   15   16   17   18   ...   37
Ekoloji təhlil mühazirələr

Mövzu:7 POPULYASİYA. XASSƏLƏRİ VƏ TİPLƏRİ. 
Ekologiyada və genetikada populyasiya müəyyən ərazidə 
yerləşən ,bir-biri ilə və başqaları ilə qarşılıqlı əlaqə şəraitində
uzun müddət sayını tənzim edə bilən hər hansı növün fərdlər 
qrupudur. Populyasiya növün quruluş vahidi , təkamül vahidi və 
yaşama forması sayılır. Beləliklə, bioloji növün konkret ərazidə
yerləşən, çoxlu nəsillər boyunca real imkanlar əsasında bir-biri 
ilə sərbəst cütləşib öz sayını tənzim edə bilən coğrafi, ekoloji, 
etoloji səddlər ilə bir-birindən az çox ayrılan fərdlər qrupuna 
“populyasiya” deyilir.
Populyasiya sözünün mənası xalq ,əhali deməkdir. 
Populyasiyanın 3 əsas tipi vardır. 
1.Coğrafi populyasiya. – bioloji növün yayıldığı coğrafi ərazidə 
yerləşən fərdlər qrupudur. Coğrafi ərazi populyasiyanın 
mənşəyi, təkamülü və ekologiyası ilə sıx əlaqədardır. Coğrafi 
populyasiyalar arasında gen mübadiləsi zəifdir. Ona görə belə 
populyasiyada etoloji, ekoloji, biokimyəvi, morfoloji fərdlər 
vardır. 
2.Ekoloji populyasiya.- növün yayıldığı eyni coğrafi ərazidə, 
lakin ekoloji şəraiti müxtəlif olan sahədə yerləşən fərdlər 
qrupudur. Ekoloji populyasiyanı fərqləndirən mexanizmlər: 
fərdlərin yuva yeri, onların sutkalıq fəaliyyət ritmi, qidalanma 
xarakteri, enerji balansı və başqa ekoloji xüsusiyyətlərdir.
3. Etoloji populyasiya. Və ya elementar populyasiya- eyni eyni 
coğrafi ərazidə, eyni ekoloji şəraitdə eyni növə aid olan , lakin 
davranışına görə fərqlənən fərdlər qrupudur. Belə qrupların 
özünəməxsus davranışı onları qonşu qruplardan fərqləndirir, 
ayırır və gen mübadiləsini az da olsa zəiflədir. 
Populyasiya qrup halında birləşmə olduğu üçün mühitə 
uyğunlaşma qabiliyyəti ayrı-ayrı fərdlərə nisbətən daha geniş 


olub, bir sıra spesifik xassələrə malikdir. Bunlar aşağıdakılardan 
ibarətdir: 
1.Populyasiyanın sayı.- onun tutduğu ərazi vahidində yayılmış 
həmin növdən olan fərdlərin sayı ilə ifadə olunur. Müxtəlif 
növlərin populyasiyalarında fərdlərin sayı müxtəlifdir. Lakin 
müəyyən həddən aşağı ola bilməz. Fərdlərin sayı müəyyən 
həddən az olarsa populyasiyanı məhv edər.
Populyasiyanın sayı mövsüm və illər üzrə kəskin dəyişə bilər. 
Məs., xırda gəmiricilər, adi çəyirtkə, xəstəlik törədən 
bakteriyalar, bəzi zərərverici həşəratlar ayrı-ayrı illərdə kütləvi 
çoxalır. 
Əgər populyasiyanın sayı olduqca böyük olub,saymaq 
q/mümkün 
olarsa 
onda 
populyasiyanın 
sıxlığını
müəyyənləşdirib, onun tutduğu sahəyə vurmaqla sayını tapmaq 
olar. 
Bir çox növlərin populyasiyaları öz sayını tənzimləmək 
xassəsinə malikdir. Konkret şəraitdə populyasiyanın ən çox
optimal (əlverişli) sayına onun homeostazı deyilir.
2.Populyasiyanın sıxlığı. –çox vacib göstərici olub,onun məkan 
vahidinə düşən miqdarıdır; yəni sahə və ya həcm vahidinə 
düşən populyasiya fərdlərinin sayı və biokütləsidir. Populyasiya
öz sıxlığını tənzimləməklə növün nəslini qoruyub saxlayır. 
Populyasiyanın quruluşu. Hər növ müəyyən ərazini tutaraq 
orada populyasiya sistemini yaradır. Ərazi nə qədər çox 
parçalanmış olarsa , orada məskunlaşan növün ayrı-ayrı 
populyasiyalara ayrılma imkanları çoxalır.lakin növün 
populyasiya strukturunu onun bioloji ayrılması- yəni onu təşkil 
edən fərdlərin hərəkətliyi və əraziyə bağlılığı, təbii maneələri 
dəf etmək qabiliyyəti müəyyənləşdirir. 
Növün üzvləri geniş ərazidə daima yerini dəyişərsə, belə növ az 
miqdarda iri populyasiyalara malik olur. 


Populyasiyanı təşkil edən fərdlər cinsiyyətə -erkək və dişi, ailə-
valideynlər və balaları; yaşa- cavan və qocalara görə qruplar 
əmələ gətirə bilərlər. Belə qruplaşmalar ekoloji şəraitdən
səmərəli istifadə etməyə və özünü qurmağa imkan verir, rəqabəti 
azaldır. Məs., cüt-cüt yaşayan heyvanlar sahədə elə yerləşirlər 
ki,onlar bir-birindən uzaq düşüb əlaqəsiz qalmasın, nə də çox 
yaxın olub,aralarındakı rəqabəti gücləndirməsin. Hər cütün 
müəyyən sahəsi olur və onlar qida üçün oradan uzağa getmirlər. 
Qida bazası, yuva yeri müəyyən bir sahədə olan heyvanlar 
koloniyalar əmələ gətirirlər. Məs., arılar, qarışqalar, göyərçinlər, 
qağayılar, antiloplar və s. 
Heyvanların populyasiyada koloniya əmələ gətirməsinin əsas 
səbəbi normal nəsil verməyi təmin etməkdir. 
Populyasiyanın strukturu sabit deyildir. Orqanizmlərin böyümə 
və inkişafı, müxtəlif səbəbdən ölümü, ətraf mühitin dəyişməsi, 
düşmənlərinin sayının artması, azalması- bütün bunlar 
populyasiya daxilində müxtəlif nisbətlərin dəyişməsinə səbəb 
olur. 
Təbiətdə populyasiyanın sayı və sıxlığı heç vaxt sabit qalmır. 
Bütün populyasiyalar öz sayını dinamik balansda saxlamağa 
çalışır. Antropogen faktorlar populyasiyanın dinamikasını çox 
sürətləndirir, digərinin sıxlığını isə aşağı düşürür. 
Populyasiyanın sayının və sıxlığının dinamikası 4 əsas səbəbdən 
asılıdır: 
1.populyasiyanın nəsil verməsi-doğum 
2.populyasiyanın ölüm faizi 
3.populyasiyanın fərdlərinin köçməsi 
4. populyasiyanın fərdlərinin köçürülməsi 
Doğum populyasiyada vahid zaman ərzində orqanizmin yeni 
fərdlərinin həyata gəlməsi hadisəsidir. Doğum çox olduqda 


ərazi vahidinə düşən fərdlərin sayı artaraq, sıxlıq yüksəlir. Bu 
zaman ərazi üstündə,dişilər və yem üstündə fərdlərarası rəqabət 
güclənir. Ətraf mühitin çirkləndirilməsi populyasiyanın nəsil 
vermə qabiliyyətinə neqativ təsir göstərir. Nəticədə fərdlər 
arasında ölüm halları artır.
Ümumiyyətlə nəsilvermə qabiliyyətinə görə populyasiyada 3 
ekoloji qrup mövcuddur: 
1.prereproduktiv-nəsilvermə qabiliyyəti yaşına çatmamış fərdlər 
qrupu 
2.reproduktiv- yeni fərdlər törədə bilən fərdlər qrupu 
3.postreproduktiv- yeni nəsil törətmə qabiliyyətini itirmiş fərdlər 
qrupu 
Ömrün ümumi uzunluğuna görə bu yaş qruplarının davamiyyəti 
müxtəlif orqanizmlərdə dəyişkəndir. Müasir insanda hər 3 yaş 
qrupu eyni nisbətdədir, hər biri ümumi həyatın 1/3-ə bərabərdir 
Ölüm vahid zaman ərzində populyasiyada ölən fərdlərin sayını 
göstərir. Ölüm əlverişsiz şəraitdən,yırtıcılar və parazitlərdən, 
xəstəliklərdən asılıdır.Ən ideal şəraitdə belə fərdlər qocalır və 
ölürlər. Qocalıq –həyatın bəzən orta ekoloji müddətini üstələyən
fizioloji müddətinin yaşıdır. Bir nəslin fərdlərinin hamısının 
bioloji yaş həddinə çatması və sonra qısa müddətdə ölməsi ideal 
hadisə sayılır. Bura insanlar və məməlilər aiddir. Təbiətdə tez-
tez rast gəlinən variant həyatının erkən dövründə fərdlərin
yüksək ölümü hesab olunur. Yaşlı fərdlər daha çox dözümlü 
olur. Insanlarda da bütün tarix boyu uşaq ölümü yüksək 
olmuşdur. Son vaxtlar səhiyyənin inkişafı ilə əlaqədar uşaq 
ölümü azalmışdır. 
Populyasiyada fərdlərin köçməsi və ya onun yerinin gəlmələrlə 
dolması növün mühüm bioloji xüsusiyyətlərindən biridir. Hər 
bir populyasiyada fərdlərin bir hissəsi müntəzəm olaraq onu tərk 
edərək qonşu sahədəki populyasiyanı doldurur və ya həmin növ 


olmayan yeni əraziyə köçür. Yerdəyişmədə növün ümumi arealı 
genişlənir və yaşamaq uğrunda mübarizədə müvəffəqiyyət 
qazanılır. Populyasiyanın sıxlığı artdıqda bu proses də güclənir. 
Populyasiyanın sabitliyinin saxlanılmasını 3 yerə bölmək olar: 
1.ərazi strukturunun saxlanılması 
2.genetik strukturun saxlanılması 
3.fərdlərin sıxlığının nizamlanması 
Qidalanma xarakterinə görə, çoxalmanın biologiyasına görə, 
abiotik faktorlara olan münasibətinə görə hər bir növ özünə 
məxsus ərazidən istifadə edir. Ərazini zəbt etmək genetik 
təcavüz davranışı olub, öz növünün fərdlərinin sahəyə daxil 
olmasıdır. Ərazi davranışı birbaşa hücum, döyüş və təqiblə 
bitmir. Belə sərt mühafizə formalarına nisbətən az rast gəlinir. 
Birbaşa təcavüz çox vaxt davranışın ritual formaları ilə , 
spesifik səs siqnalları ilə müşayiət olunur. 
Ərazi strukturunun saxlanılması üçün ərazinin nişanlanmasıdır.
Məs., quşlarda sahənin nəğmə oxuma və başqa səs siqnalları 
şəklində nişanlanması aydın təzahür olunur. Ərazinin səslə 
nişanlanması su iti üçün də xarakterikdir. Cənubi Amerika 
meymunu və digər primatlar sahəni səsləri ilə nişanlayır. 
Bəzi məməlilər sahəni iy vasitəsilə nişanlayırlar. Onların dəri 
vəziləri xüsusi iy-qoxu ifraz edir ki, bununla da həmin ərazinin 
tutulduğunu bildirirlər. Məs., çöl siçanları, dırnaqlılar. 
Populyasiyanın genetik strukturu onun genefondunun zənginliyi 
ilə təyin edilir. Bura həm ümumi növ xassələri, həm də 
populyasiyanın məskunlaşdığı konkret şəraitə uyğunlaşması ilə 
əlaqədar baş xüsusiyyətlər daxildir.
Fərdlərin ərazidə yayılmasının 3 tipi var: 
1.bərabər 


2.diffuz yəni təsadüfi 
3.mozaik 
Bərabər paylanma tipində hər bir fərd qonşu fərdlərdən bərabər 
məsafədə yayılır. Belə yayəlma tipində minimal rəqabətlik 
dərəcəsində resurslardan tam istifadə edilməsinə uyğun gəlir. 
Təbiətdə fərdlərin bərabər paylanmasına çox nadir halda 
təsadüf olunur. Belə yayılma eyni növlü bitki qruplarına aiddir. 
Diffuz tipli yayılmaya təbiətdə daha çox təsadüf olunur. Burada 
fərdlər ərazidə q/bərabər , təsadüfi yayılmışlar. Bu zaman fərdlər 
arasında məsafə eyni olmur, bu əsasən mühitin eyni cinsli 
olmamasından irəli gəlir. 
Mozaik yayılmada yaranmış fərd qrupları arasında böyük boş 
ərazilər qalır. Bioloji cəhətdən belə yayılma tipi ya mühitin 
kəskin müxtəlif cinsli olması, yaxud da fərdlərin bir-birinə aktiv 
yaxınlaşmasından asılıdır. 
olunmur. 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin