1/ EKOLOGİYANIN İNKİŞAF TARİXİ, MƏQSƏD VƏ
VƏZİFƏLƏRİ.
Ekologiya XIX əsrin ortalarında biologiyanın bir hissəsi kimi
yaranmış, sərbəst olaraq bir elm kimi XX əsrin əvvəllərində
fəaliyyət göstərmişdir.
Ekologiyanın inkişaf tarixini 5 etapa bölmək olar.
I etap bitki və heyvanların ətraf mühitlə qarşılıqlı münasibətləri
haqqında məlumatların toplanması dövrüdür. Bu etap XVIII
əsrin axırlarına qədər davam etmişdir. I etap ekologiya tarixində
ən uzun müddətli olmaqla 3 dövrə ayrılır:
1)Qədim yunan filosoflarının dövrü.
Aristotel öz yazılarında 500-dən çox heyvan növlərinin özlərini
yaşadıqları mühitdə necə aparmaqlarını qeyd etmiş. Onun
yazılarında quşların isti ölkələrə uçub getməsi, balıqların qış
yuxusuna getməsi, heyvanların tikinti işlərindəki fəaliyyəti
haqqında məlumatlar vardır.
Aristotelin davamçısı olan Teofrast o dövrdə botanikanın atası
sayılırdı. O , müxtəlif şəraitdə inkişaf edən bitkilərin xüsusiyyəti
haqqında yazmışdır. O ,bitkinin boyunun və formasının hava
şəraitindən, torpaq növündən asılı olmasını qeyd etmişdir.
Başqa bir filosof Empedokl biykilərin ətraf mühit şəraiti ilə
qarşılıqlı münasibətlərini qeyd etmişdir.
Bu dövrdə qədim yunan filosofu Hippokrat ətraf mühit
faktorlarının insan sağlamlığına təsirini özünün elmi işlərində
göstərmişdir.
2)Orta əsrlərin durğunluq dövrüdür. Bu dövrdə elmdə həyatın
əmələ gəlməsi haqqında ilahiyyat teoriyası hökm sürdüyü üçün
, heç bir ekoloji materiallar yox idi. Bu dövrdə ətraf mühitin
təsiri inkar olunurdu.
3)Dirçəliş dövrü. Bu dövrdə edilən coğrafi kəşflər təbiət
elmlərinin o cümlədən ekologiya elminin inkişafı üçün təkan
oldu.
XVI-XVIII əsrlərdə ekoloji məlumatlar elmi ekspedisiyalarının
hesabatlarının əsas hissəsini təşkil edirdi. Kraşennikovun,
Lepexinin, Pallasın və s.rus tədqiqatçılarının elmi işlərində yer
kürəsinin müxtəlif hissələrində olan flora, fauna və atmosferdə
baş verən dəyişiliklərin qarşılıqlı asıllığı göstərilmişdir. Bu
dövrdə biocoğrafiya inkişaf etməyə başlayır.
II etap botaniki və zooloji coğrafiya çərçivəsi altında ekoloji
istiqamətlərin formalaşması etapıdır. Bu etap XVIII əsrin
axırlarından XIX əsrin ortalarına kimi davam etmişdir. Bu
dövrdə biocoğrafiya yüksək sürətlə inkişaf edir. Bu dövrlərdə
yaşayıb yaratmış olan Lamark “Zoologiyanın fəlsəfəsi”
kitabında göstərmişdir ki, bitki və heyvanların təkamülünün əsas
səbəblərindən biri, ətraf mühitin təsiridir.
Moskva universitetinin proffessoru Rulye heyvan ekologiyasının
banisi hesab edilirdi. Onun 160-a yaxın elmi əsərləri vardır. Bu
əsərlərin hamısında aparıcı ideya ondan ibarət idiki, üzvi aləmin
inkişafı dəyişən ətraf mühitin təsirinə əsaslanır.
III .Orqanizmlərin yaşadıqları mühitə adaptasiya olunması
baxımından bitki və heyvan ekologiyasının formalaşması
etapıdır. Bu etap XIX əsrin ortalarından XX əsrin 20-ci illərinə
qədər olan dövri əhatə edir.
Bu dövr Darvinin fəaliyyəti ilə əlaqədardır. Darvindən də qabaq
ilk dəfə ekologiya terminini elmə Ernest Heggel 1866-cı ildə
gətirmişdir. Sonradan bu termin Varminq tərəfindən botanika
elminə daxil edilir. Və nəhayət bu etap autekologiya ,
biosenoz,fitosenologiya,
sinekologiya
kimi
terminlərin
yaranması ilə fərqlənir.
IV.Bu etap ekologiyanın ümumi biologiya elmi kimi
formalaşması ilə fərqlənir. XX əsrin 20-ci illərindən 60-cı illərə
qədərki dövri əhatə edir. Bu dövrdə Vernadski biosferin qlobal
bioloji sistem kimi öyrənilməsini həyata keçirir. Populyasiyanın
ekologiyası yəni demekologiya istiqaməti yaranır. Bu dövrdə
biogeosenoz və ekosistem terminləri elmə gətirilir. Bu dövrdə
yaşayıb yaratmış alimlər:Elton, Naumov, Dogel olmuşdur.
V.Antropoekologiya çərçivəsi altında qlobal ekologiyanın
inkişafı etapı. Antropoekologiya insan ekologiyası deməkdir.
60-cı illərdən indiki dövrə qədər davam edir.
Bu dövrdə ekoloji biokimya, ekoloji fiziologiya, riyazi
ekologiya və s. kimi elmlər yaranır. Ekologiya insan
fəaliyyətinin bütün sferalarına daxil olur. Beləliklə, sənaye
ekologiyası, kənd təsərrüfatı ekologiyası,
tibbi ekologiya, mühəndislik ekologiyası, iqtisadi ekologiya,
sosial ekologiya və hüquqi ekologiya kimi sahələr əmələ
gəlmişdir.
Dostları ilə paylaş: |