1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ


Temperaturun orqanizmə təsiri



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   2   3   4   5   6   7   8   9   10   ...   37
Ekoloji təhlil mühazirələr

 3.Temperaturun orqanizmə təsiri
Temperatur – mühüm limitləşdirici faktorlardan hesab olunur. 
Temperatur daim təsir göstərən faktor sayılır; onun kəmiyyətcə 
göstəricisi geniş coğrafi, mövsümi və sutkalıq müxtəlifliyi ilə 
səciyyələnir. Belə ki, səhrada qum səthində temperatur 60
0
C-yə 
qalxa bilir, Şərqi Sibirdə isə havanın minimum temperaturu 
mənfi 70
0
C-yə enir. Ümumiyyətlə, +50-dən -50
0
C temperatur 
diapazonu 
biosferdə 
temperatur 
şəraitin 
fundamental 
xarakteristikası hesab olunur, hərçənd bu parametrlərdən 
sapmalar da olur.
Torpaqda temperatur şəraiti daha çox «hamar» (zəif) gedir. Əgər 
torpağın səthində temperaturun dəyişməsi hava temperaturunun 
dinamikasını əks etdirirsə, dərinliyə getdikcə mövsümi və digər 
temperatur tərəddüdü azalır və temperatur rejimi canlı 
orqanizmlər üçün stabil əlverişli olur. Qeyd edildiyi kimi 
istənilən növ üçün tolerantlıq hüdudu maksimum və minimum 
letal (öldürücü, məhvedici) temperatur hesab olunur, bu 
hüduddan kənarda növ istidən və ya soyuqdan ölümcül zədə alır. 
Bəzi nadir istisnalar nəzərə alınmasa, bütün canlılar 0 və 500 C 
temperaturu arasında yaşamağa qadirdir, bu hal hüceyrə 
protoplazmasının xassələri ilə bağlıdır. «Optimal interval»da 
orqanizmlər özlərini rahat hiss edir, fəal çoxalır və 
populyasiyanın sayı artır. Həyatın temperatur hüdudlarının 
«aşağı həyat fəaliyyəti» kənar sahələrində orqanizmlər özünü 
sıxılmış hiss edir. Sonrakı soyumada – «dözümlülüyün aşağı 


sərhədi» hüdudunda və ya istilyin «yuxarı dözümlülük sərhədi» 
hüdudunda orqanizmlər «ölüm zonası»na daxil olaraq məhv 
olur. Bu misalla bioloji davamlılığın ümumi qanunu izah olunur 
(M.Lammottuya görə). Bunu istənilən mühüm limitləşdirici 
faktora aid etmək olar. «Optimal interval»ın ölçüsü orqanizmin 
dözümlülük (davamlılıq) «ölçüsü»nü, yəni onun faktora qarşı 
tolerantlıq ölçüsünü və ya «ekoloji valentliyi» səciyyələndirir. 
Heyvanların temperatura görə adaptasiya olunma prosesləri 
«Poykiloterm» 
və 
«qomoyoterm» heyvanların təşəkkül 
tapmasına 
səbəb 
olmuşdur. 
Heyvanların 
əksəriyyəti 
poykiloterm, yəni onların bədənlərinin temperaturu ətraf mühitin 
temperaturunun dəyişməsi ilə dəyişilir. Bura suda-qurada 
yaşayanlar, sürünənlər, həşəratlar daxildir. Heyvanların az 
hissəsi qomoyoterm və ya bədənin temperaturu xarici mühitin 
temperaturundan asılı olmayaraq dəyişmir. Bura məməlilər (o 
cümlədən insan) və quşlar aiddir. Məməlilərin bədəninin 
temperaturu 36-37
0
, quşlarınkı isə 40
0
C olur. Sıfır dərəcədən 
aşağı temperaturda yalnız qomoyoterm heyvanlar aktiv həyat 
sürə bilir. Poykilotermlər sıfır dərəcədən aşağı temperatura 
dözsə də bu zaman onlar hərəkətini dayandırır.
Bitkilərin həyatında da temperatur mühüm rol oynayır. 
fotosintez prosesinin intensivliyinin iki dəfə artması +30-35
0
C-
yə qədər müşahidə olunur, lakin temperaturun sonrakı 
yüksəlməsi nəticəsində fotosintezin intensivliyi aşağı düşür, 
+40-45
0
C-də isə bu proses dayanır. Ayrı-ayrı coğrafi zonaların 
bitkiləri temperatura müxtəlif cür tələbat göstərir. Məlum 
olduğu kimi tropik meşələrin bitkiləri +5, +8
0
C temperaturda 
zədələnir.
Bitkiləri 
istiliyin 
kənar 
defisitliyi şəraitinə adaptasiya 
olunmasına görə üç qrupa bölmək olar:
1. Soyuğadavamlı olmayan bitkilər – suyun donma temperaturu 
şəraitində güclü zədələnir və məhv olur. Bura «yağışlı» 
meşələrin bitkiləri və isti dənizlərin yosunları daxildir.


2. Şaxtaya davamsız bitkilər – aşağı temperatura dözür, lakin 
toxumalarında buz əmələ gəldiyi vaxt məhv olur. İlin soyuq 
dövrü başlandıqda onlarda toxuma şirələrində və sitoplazmada 
osmotik aktiv maddələrin qatılığı artır, bu isə donma nəticəsini -
5-7
0
C aşağı salır. Hüceyrələrdə su donma nöqtəsindən aşağıda 
soyuya bilər, hədsiz soyuma vəziyyəti bir neçə saat davam edə 
bilir. Bura bəzi həmişəyaşıl subtropik bitkilər aiddir. Vegetasiya 
dövründə bitkinin yarpaqlı budaqları şaxtaya davam gətirmir.
3. Buzadavamlı və ya şaxtaya davamlı bitkilər qışı soyuq keçən 
mövsümi iqlimli vilayətlərdə bitir. Güclü şaxtalar zamanı ağac 
və kolların yerüstü orqanları donur, bununla belə həyat 
fəaliyyətini saxlaya bilir.
Yüksək temperatura adaptasiya olunma dərəcəsinə görə 
orqanizmləri aşağıdakı qruplara bölmək olar:
1. İstiyə davamsız növlər - +30…+40
0
-də zədələnir: eukariotik 
yosunlar, su çiçəkli bitkiləri, yerüstü mezofitlər.
2. İstiyə dözümlü eukariotlar – güclü insolyasiya olan quru 
yerlərin (bozqır, səhra, savanna, quru subtropika və s.) bitkləri. 
+50…+60
0
C qızmaya yarım saat dözə bilir.
3. İstiyə dözümlü prokariotlar – termofil bakteriyalar və göy-
yaşıl yosunların bəzi növləri bura aiddir, onlar isti su 
mənbələrində +85, +90
0
C-yə dözür. Bəzi bitkilər müntəzəm 
olaraq yanğınların təsirini sınaqdan keçirərək qısa müddət 
ərzində temperatur 100
0
C-yə çatsa da, məhv olmurlar. 
Yanğınlar xüsusilə savanna, quru. sərtyarpaq meşələrdə və 
kolluqlarda baş verir. Orada yanğına davam gətirən bitkilər 
qrupu – 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin