1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   2   3   4   5   6   7   8   9   ...   37
Ekoloji təhlil mühazirələr

2.HƏYAT 
(YAŞAYIŞ) 
MÜHİTİ 
VƏ 
EKOLOJİ 
FAKTORLAR 
Yaşayış mühiti canlı orqanizmləri əhatə edən təbiətin bir hissəsi 
olub onlarla bilavasitə qarşılıqlı əlaqədədir. Mühitin tərkib 
hissələri və xassələri çox müxtəlif və dəyişkəndir. Hər bir canlı, 
daim mürəkkəb və dəyişkən həyatına uyğunlaşır və onun 
dəyişkənliyinə 
uyğun olaraq həyat tərzini nizamlayır. 
Planetimizdə canlı, ona xas olan şərait ilə bir-birindən fərqlənən 
orqanizmlər 4 əsas yaşayış mühitini mənimsəmişlər. İlk dəfə 
həyat su mühitində baş vermiş və yaylmışdır. Sonralar canlı 
orqanizmlər yer səthi-hava mühitinə yiyələnərək torpaq əmələ 
gətirmiş və orada məskən salmışlar. Dördüncü spesifik həyat 
mühiti isə canlı orqanizmlərin özü olmuşdur. Onların hər biri 
özündə məskunlaşan parazit və simbiontlar üçün tam həyat 
mühiti hesab olunur. Orqanizmlərin mühitə uyğunlaşması 
adaptasiya adlanır. Adaptasiya qabiliyyəti həyatın əsas 
xassələrindən biridir, belə ki, həyatın mövcudluğunun 
mümkünlüyünü, orqanizmlərin çoxalıb artmasını təmin edir. 
Adaptasiya növlərin təkamülü gedişində baş verir və dəyişir.
Orqanizmlərin adaptasiyası 
Orqanizmlərin 
mühitə 
uyğunlaşması adaptasiya adlanır. 
Orqanizmlərin strukturları və funksiyalarında yaşamlarının 
dayanıqlı olması qabiliyyətini artıran hər bir dəyişiklik 
adaptasiyadır. 


Adaptasiyalara qabiliyyət hər bir həyatın əsas xüsusiyyətidir. 
Çünki onun varlığını təmin edir, orqanizmlərə yaşamaq və 
artmaq imkanlarını verir. Adaptasiyalar növlərin təkamullərinin 
gedişatında yaranıb inkişaf edir. 
Orqanizmlər səviyyəsində adaptasiyaların əsas mexanizmləri 
aşağıdakılardır: 
Biokimyavi. 
Onlar hüceyrəiçi proseslərdə olur. Buna örnək 
fermentlərin dövriyəsinin dəyişməsi ya da onların miqdarının 
dəyişməsidir;
 
Fizioloji. 
Buna örnək bəzi növlərdə temperatur artanda tərin 
çıxmasının artmasıdır;
 
Morfo-anatomik.
Bunlar həyat tərzinin dəyişməsi ilə bağlı olan 
bədənin formasının və quruluşunun dəyişməsidir;
 
Davranışlarda.
Buna örnək heyvanların əlverişli yaşayış 
yerlərinin araması, yuvaların və s. yaratmasıdır;
 
Ontogenetik.
Bu da Şəraitin dəyişməsi sonu yaşama 
qabiliyyətini saxlamağa imkan verən fərdi inkişafın tezləşməsi 
ya da ləngiməsidir.
 
Mühitin orqanizmlərə təsir göstərən ayrı-ayrı xassələri və ya 
elementləri ekoloji faktorlar adlanır. Mühit faktorları olduqca 
müxtəlifdir. Onlar canlı qruplaşmalar üçün vacib və ya əksinə
zərərli ola bilər, onların yaşamasına və çoxalmasına səbəb və ya 
mane ola bilər.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin