1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   2   3   4   5   6   7   8   9   ...   37
Ekoloji təhlil mühazirələr

III. Antropogen amillər
- insanın fəaliyyəti nəticəsində əmələ 
gələn faktorlardır. Onlar təsir xarakterinə görə 2 qrupa 
bölünürlər:bir başa və dolayı vəya bilavasitə. 
Birbaşa təsir edən amillər- insanın canlılara bilavasitə təsiridir. 
(otların biçilməsi, meşələrin qırılması, heyvanların vurulması, 
balıqların ovlanması)
Bilavasitə amillər- insan varlığının mövculuğu iləvə təsərrüfat 
fəaliyyəti ilə əlaqədardır.(k/t, sənaye, nəqliyyat, məişət) 
Təsərrüfat fəaliyyəti ilə əlaqədar olaraq antropogen amillər 
mənfi və müsbət amillərə ayrılırlar. 
Müsbət amillərin təsiri nəticəsində canlıların sayı artır, həyat 
tərzi yaxşılaşır. Məs., əkin, bitkilərin gübrələnməsi, heyvanların 
şoxaldılıb- qorunması, ətraf mühitin qorunması. 


 Mənfi amillər canlıların həyat tərzini pisləşdirir və sayını 
azaldır. Məs., ağacların qırılması, ətraf mühitin çirklənməsi, 
yolların salınması və s. 
Ehtiyat mənbələri də ətraf mühit faktorlarına aiddir. Canləlar 
ətraf mühitin ehtiyat mənbələrindən istifadə edərək onların 
miqdarını azaldırlar. Ehtiyat mənbələri bunlardır: Su,qida, 
çoxalma üçün əlverişli olan məkan,sığınacaq və s. 
Şərait elə bir amildir ki,orqanizmlər bu şəraitə uyğunlaşmağa 
məcburdurlar, ancaq təsir edə bilmirlər. Eyni mühit amili bir növ 
üçün ehtiyat mənbəyi olduğu halda, bir başqa növ üçün şərait 
ola bilər. Məs., işıq bitkilər üçün energetik ehtiyat mənbəyi 
olduğu halda , görmə qabiliyyəti olan heyvanlar üçün bir-birini 
görmək üçün şəraitdir. 
Su bir çox orqanizmlər üçün həm ehtiyat mənbəyi, həm də 
yaşayış şəraitidir. 
Ekoloji faktorların əksəriyyəti vaxta görə keyfiyyət və 
kəmiyyətcə dəyişir. Məs., iqlim faktorları(t
0
., işıqlanma 
dərəcəsi) sutka, mövsüm və il ərzində dəyişir. 
Vaxta görə müntəzəm olaraq təkrarən dəyişən faktorlar dövri 
faktorlar adlanır. Buna iqlim faktorlarından başqa, bəzi hidroloji 
faktorlar (qabarma, çəkilmə, bəzi okean axınları) da 
aiddir.gözlənilmədən baş verən faktorlar –vulkan püskürməsi, 
zəlzələ, yırtıcıların hücumu- qeyri-dövri faktorlar adlanır. Dövri 
və q/dövri faktorların ayrılması orqanizmlərin həyat şəraitinə 
uyğunlaşmasının öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
Hər bir faktorun orqanizmə müsbət təsiri yalnız müəyyən həddə 
(dozada) olur. Dəyişkən faktorun təsirinin nəticəsi hər şeydən 
əvvəl onun təzahür gücündən asılıdır. Faktorun həm çatışmayan 
(az), həm də artıq miqdarda təsiri fərdlərin həyat fəaliyyətinə 
mənfi təsir göstərir. Faktorun əlverişli təsir gücü (dozası) 
müəyyən növün orqanizmi üçün ekoloji faktorun optimum 


zonası və ya sadəcə olaraq optimumu adlanır. Optimumdan 
kənara çıxma (sapma) güclü olduqca həmin faktorun orqainizmə 
məhvedici gücü yüksək olur (pessimum zonası). Ekoloji 
faktorun maksimum və minimum dözümlülük rolu 
kritik nöqtə
sayılır və bu nöqtədən kənarda artıq yaşayış (həyat) mümkün 
olmayıb ölüm başlayır. Kritik nöqtələr arasındakı dözümlülük 
həddi hər hansı bir konkret faktora görə canlı orqanizmin ekoloji 
valentliyi adlanır. Müxtəlif növlərin nümayəndələri həm 
optimum vəziyyətinə, həm də ekoloji valentliyinə görə bir-
birindən kəskin fərqlənir.
Ekoloji faktorlar arasında həmçinin limitləşdirici faktorlar 
ayrılır. Bu faktorlar müəyyən növ üçün ekstremal hesab olunan 
şəraitdə yaşamaq imkanını məhdudlaşdırır. Tələbatla (optimum 
miqdarla) müqayisədə özünün azlığı (çatışmazlığı) və hədsiz 
çoxluğu (izafiliyi) ilə orqanizmin inkişafını məhdudlaşdıran 
faktorlar limitləşdirici faktorlar adlanır. Bəzən bu faktorlara 
məhdudlaşdırıcı faktorlar da deyilir. Deməli, orqanizmlər 
ekoloji minimum və ekoloji maksimumla xarakterizə olunur: bu 
iki miqdar (ölçü) arasındakı diapazonu tolerantlıq hüdudu 
(tolerantlıq qanunu) adlandırmaq qəbul edilmişdir 
 
Ekoloji faktorun təsirinə orqanizmin göstərdiyi cavab 
reaksiyasının xarakterinə görə ekoloji amillər aşağıdakı qruplara 
ayrılır: 
-
Qıcıqlandırıcı-bu amillər fizioloji funksiyalarda və 
biokimyəvi reaksiyalarda uyğunlaşma dəyişilikləri yaradır. 
-
Modifikator amillər (şəkil dəyişdirmə)-canlılarda anatomik 
və morfoloji dəyişiliklərin uyğunlaşmasına səbəb olur. 
-
Məhdudlaşdırıcı 
amillər-canlıların yayılma mühitini 
məhdudlaşdırır. 


-
Xəbərdaredici- başqa amillərdə baş verən dəyişiliklər 
müşahidə olunur və xəbərdarlıq siqnalı verilir. 
Canlı aləmə və bütvölükdə biosferə antropogen faktorların təsiri 
sürətlə artmaqda davam edir və hazırkı şəraitdə çox vaxt 
hakimlik edir. İndiki dövrdə Yerin canlı aləmi və orqanizmlərin 
bütün növlərinin taleyi praktiki olaraq insan cəmiyyətinin əlində 
olub antropogen amillərin təbiətə təsirindən asılıdır.
.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin