1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ


Ekologiya elminin əsas vəzifələri və sahələri



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   2   3   4   5   6   7   8   9   ...   37
Ekoloji təhlil mühazirələr

Ekologiya elminin əsas vəzifələri və sahələri. 
Ekologiya yunan sözü olub, oykos-ev,logiya-elm deməkdir. 
Ekologiya biologiyanın bir bölməsi olub, canlı materiya 
haqqında elmdir. Ekologiya – canlı orqanizmlərin, onun ayrı-
ayrı fərdlərinin, populyasiya və qruplarının ətraf mühitlə 
qarşılıqlı təsirini öyrənir. Hər bir canlı varlıq təbiətdə tənha 
deyildir,onu 
həmişə 
başqa canlılar- heyvanlar,bitkilər, 
mikroorqanizmlər,insan əhatə edir. Digər tərəfdən hər bir 
canlıya ətraf mühitin şəraiti də müəyyən təsir göstərir. Deməli 


hər bir canlı varlıq yaşadığı mühitin amilləri ilə sıx qarşılıqlı 
əlaqədadır. Ekologiya elmi də məhz bu əlaqələri öyrənir. 
Canlı təbiət dedikdə , bitki,heyvan,insan və xüsusi qrup 
orqanizmlər(bakteriya, göbələk, şibyələr), hətta hüceyrə 
quruluşu olmayan viruslar nəzərdə tutulur.Cansız təbiət 
dedikdə:su,hava,torpaq,dağ suxurları, planetlər və s. nəzərdə 
tutulur. 
Ekologiyanın əsas vəzifələri aşağıdakılardır: 1) ekosistemlərin 
inkişaf qanunauyğunluqlarını öyrənmək; 2) ekosistem daxilində 
orqanizmlərin qarşılıqlı münasibətlərini müəyyənləşdirmək; 
3)təbii sərvətlərdən (resurslardan) düzgün və səmərəli istifadəni 
təşkil etmək; 4)təbiət və onun ayrı-ayrı komponentlərinin 
mühafizəsi və bərpası; 5) elmi texniki tərəqqi şəraitində
ekosistemlərdə gedən proseslərin proqnozlaşdırılması və 
optimal idarə olunması. Bu vəzifələr aşağıdakı metodlarla həll 
edilir: 
1)çöl metodları- bu metodla təbii mühit faktorlarının təbii bioloji 
sistemlərə təsiri öyrənilir; 
2)laborator metod- laboratoriya şəraitində faktorların bioloji 
sistemlərə təsiri öyrənilir; bu metod təxmini nəticənin alınması 
üçün imkan yaradır və sonradan bu nəticələrin çöl şəraitində 
təsdiqlənməsi tələb olunur; 


3)eksperimental metod- mühitin müxtəlif faktorlarının bioloji 
sistemlərə təsirini öyrənir. Bu metodda çöl və laborator
metodlarının birgə fəaliyyətidir.
Ekologiyanın öz metodlarından başqa digər elmlərin 
metodlarından da istifadə olunur: biokimya,fiziologiya, 
mikrobiologiya, genetika, sitologiya, histologiya, fizika, kimya, 
riyaziyyat və . 
Tədqiqat obyektlərinin ölçülərinə görə müasir ekologiya elmi 
autoekologiya, demekologiya ,sinekologiya, landşaft ekologiyası 
və qlobal ekologiyaya bölünür. 
Autoekologiya və ya fərdlərin ekologiyası yunan sözü olub, 
autos-özü, 
oikos-məskən, 
ev, 
loqos-elm 
deməkdir. 
Autoekologiya heyvan və bitkilərin mühitin təsirinə 
reaksiyasını və növün həyat tərzini öyrənir. 
Demekologiya və ya populyasiyanın ekologiyası orqanizm 
populyasiyalarının ətraf mühitlə düz və əks əlaqələrini, həm də 
populyasiyaya daxili prosesləri tədqiq edir. 
Sinekologiya və ya biosenozun ekologiyası yunan sözü olub, 
syn-birlikdə, 
oikos-ev, 
məskən, 
loqos-elm 
deməkdir.
Sinekologiya 
müxtəlif 
orqanizmlərin 
çox 
növlü 
vəhdətinin(populyasiya, 
biosenoz, ekosistem) quruluşunu
fəaliyyətini və onların mühitlə qarşılıqlı münasibətini öyrənir. 


Landşaft ekologiyası və ya geoekologiya coğrafiyanın bir 
bölməsi olub, biosfer də daxil olmaqla , ən yüksək səviyyəli 
ekoloji sistemləri tədqiq edir. 
Qlobal ekologiya və ya meqaekologiya tədqiqat mühitinə və 
komponentlərə görə aşağıdakı sahələrə ayrılır: qurunun, şirin su 
hövzələrinin, 
dəniz, 
geokimyəvi, 
biogeokimyəvi, 
radio 
ekologiya, şəhər, kosmik, tibbi,sosial və s. Ekoloji kimya ətraf 
aləmin kimyəvi çirklənməsinin qarşısını almaqda rol oynayır. 
Ekoloji geologiya təbii ətraf mühitin dəyişməsində geoloji 
hadisələrin rolunu açır, yerin təkindən istifadəyə səmərəli 
istiqamət verir. Ekoloji fizika ətraf mühitin radiasiya və səs-küy 
ilə çirklənməsinin qarşısını alır. Ekoloji riyaziyyat ətraf mühitin 
çirklənməsinin səviyyəsini bilmək və onun qarşısını almaqda 
obyektiv metodların effektini yüksəldir.
Insanın ekologiya anlayışının inkişaf etdirilməsində yeni bir 
mərhələ autoekologiya elminin yaranması ilə başlamışdır. 
Insanın ekologiyası anlayışı bu elmin tədqiqat predmetinə 
yalnız qismən daxil olsa da , bu sahədə bəzi yeniliklər əldə 
etməyə 
imkan 
vermişdir. 
Autoekologiyanın 
predmeti 
ekologiyanın müx.orqanizmlərə göstərmiş olduğu təsiri 
öyrənməkdir. 


Insan ekologiyası anlayışının araşdırılması prosesində 
coğrafiya,biologiya, tibb və bəzi sosial elmlər tədqiqata cəlb 
edilmişdir. Ümumiyyətlə insanla ekologiya arasındakı məsələni 
araşdırarkən problemin mərkəzində həmişə onlar arasında olan 
əlaqənin forması və xarakteri durur. Insanın onu əhatə edən 
mühitə güclü təsir etməyə başlaması ekologiyada antropogen 
amilin güclənməsinə səbəb olmuşdur. Insanla ekologiya 
arasında münasibətlərin normal in-f etmədiyibir şəraitdə bu 
insana əks təsir göstərən bir qanunauyğunluq şəklini ala bilər. 
Urbanizasiya , təbii resurslardan asılı olaraq formalaşmış 
təsərrüfat 
diferensasiyalaşma, miqrasiya –bütün bunlar 
ekologiya və insan orqanizmində dəyişiliklərin ə/g-nə gətirib 
cıxarır. 
Insanla ekologiya arasındakı əlaqəni ilk dəfə öyrənən alimlərdən 
biri olan Vernadski “insan ekologiyası”anlayışından ilk istifadə 
edənlərdəndir. Vernadskinin fikrincə ekologiya ilə insan 
arasındakı münasibətin nəticəsində yalnız ekologiya insana təsir 
göstərmir eyni zamanda o özü də böyük dəyişiliklərə məruz 
qalır. O haqlı olaraq belə düşünmüşdür ki, insan yarandığı 
vaxtdan etibarən biosferdə və noosferdə daim yeni dəyişiliklər 
əmələ gətirən geoloji faktor rolunu oynamışdır. Noosfer dedikdə 
biz kosmosun planetar məkanında yaradılmış olan, insan əqli 


tərəfindən in-f etdirilən və bəşəriyyətin proqressiv mövcudluğu 
üçün bütün şəraitlərə malik olan altsistemi başa düşürük. 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin