1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   6   7   8   9   10   11   12   13   ...   37
Ekoloji təhlil mühazirələr

Görünən işıq
– dalğa uzunluğu- 0,750 mkm olub enerji 
mənbəyidir. Spektrin bu hissəsi Yer səthinə çatan günəş 
enerjisinin 40-50%-ni təşkil edir. Heyvanlar üçün spektrin 
görünən hissəsi ətraf mühitdə istiqamət götürmək (səmtləşmə) 
ilə bağlıdır. Görmə səmtləşməsi əksəriyyət gündüz heyvanları 
üçün xasdır. Bununla belə bir sıra gecə növləri də görmə 
orqanları ilə istiqamət götürür, çünki mütləq qaranlıq şəraitində 
yaşayan heyvanlara çox az rast gəlinir. İşığın intensivliyinin 
zəifləməsi görmə orqanlarının adaptasiyasına səbəb olur 
(bayquş, keçisağan, bəzi gecə məməliləri). Tam qaranlıq 
şəraitində məskunlaşma bir qayda olaraq görmə orqanlarının 
reduksiyası ilə əlaqədardır. Bu qismən mağaralarda yaşayan, 
həmçinin torpaq heyvanlarına xasdır. Torpaq orqanizmlərinin 
işıq hissetmə orqanları əksərən reduksiya olunmuş şəkildə olsa 
da, qalır və işıqlı səthə çıxmaq üçün informasiya almaq üçün 
istifadə olunur.
Fotosintez prosesində işıq enerji mənbəyi kimi çıxış edərək 
ondan piqment sistemində (xlorofil) istifadə olunur. Lakin 
fotositezdə spektrin bir hissəsindən istifadə edilir, buna fizioloji 
aktiv radiasiya (FAR) deyilir. 
Yaşıl yarpaq onun üzərinə düşən şüa enerjisinin orta hesabla 
75%-ni udur. Lakin onun fotosintezə istifadə əmsalı yüksək 
olmayıb aşağı işıqlanma şəraitində 10%-ə qədər, yüksək 
ilıqlanmada isə cəmi 1-2% təşkil edir. Qalan enerji istilik 
enerjisinə keçərək transpirasiyaya və başqa proseslərə sərf edilir. 
Fotosintezin səviyyəsinə təsir göstərən mühüm xarici faktorlar – 
temperatur, işıq, karbon qazı və oksigen hesab olunur. 
konsentrasiyası təsir göstərir.


İnfraqırmızı şüalar
-0,750 mkm dən çox olub istikik enerji 
mənbəyidir. Soyuqqanlı heyvanların çoxu bədən temperaturunu 
artırmaq üçün istifadə edirlər. 
İşığa tələbatına görə bitkilər aşağıdakı ekoloji qruplara bölünür:
1. İşıqsevən bitkilər – bura açıq sahələrin, daim işıqlanan 
yerlərin (savanna, səhra) bitkiləri daxildir. Meşə zonasında bu 
bitkilərə az təsadüf olunur.
 
İşıqsevən bitkilərə bağayarpağı, 
suzanbağı, kəklikotu, günəbaxan, pambıq, qarğıdalı, kalış, şam 
ağacı, safora, akasiya, palıd, saqqızağac, dağdağan, badam, 
məryəmnoxudu və s. daxildir. İşıqsevən bitkilər bir sıra 
anatomik, morfoloji və fizioloji xüsusiyyətlərə malikdir: 
nisbətən qalın yarpağının və hüceyrələrində 50-300 xırda 
xloroplast olur. Fotosintezin və tənəffüs intensivliyinin yüksək 
olması işıqsevən bitkilərin xarakterik fizioloji xüsusiyyətləridir.
2. Kölgəsevər bitkilər – kölgəli meşələrin alt yarusunun, mağara 
və dərin suların bitkiləri aiddir; bu bitkilər düz günəş şüalarının 
güclü işıqlanmasına pis tab gətirir. Kölgəsevən ağaclara küknar, 
ürəkyarpaq cökə, fıstıq, qaraçöhrə və b. göstərmək olar.
3. Kölgəyə davamlı bitkilər bu və ya digər dərəcədə 
kölgələnməyə dözür, işıqda da yaxşı bitir: bu bitkilər işıqlanma 
şəraitinin dəyişməsilə özünü dəyişdirə bilir. Bu qrupa bəzi 
çəmən bitkiləri, meşəaltı otlar və kollar aid etmək olar. 
Işığa tələbata görə bitkilər müx.yaruslarda yaşamağa 
uyğunlaşmışlar: 
I-
ən çox işıq sevən bitkilər 
II-
nisbətən az işıq sevən 
III-
kol bitkiləri 
IV-
ot bitkiləri 
V-
şibyə və mamırlar. 
Yarusluq bitkilərə işıq axınından tam istifadə etməyə şərait 
yaradır. 


 İşıq böyük siqnal əhəmiyyəti də daşıyaraq orqanizmlərin 
nizamlanma 
adaptasiyasına 
səbəb 
olur. 
Vaxta 
görə 
orqanizmlərin aktiviliyini tənzimləyən ən etibarlı siqnallardan 
biri günün uzunluğu - fotodövr hesab olunur. 
Fotodövrlük
– 
günün uzunluğunun mövsümi dəyişməsinə orqanizmlərin 
reaksiyası haidisəsidir. Başqa sözlə – fotodövrlük canlı 
orqanizmdə fizioloji proseslərin ardıcıllığıdır. Fotodövrlüyü 
sadəcə gündüzün gecə ilə əvəz olunmasından asılı olan adi 
xarici sutkalıq ritmlərlə eyniləşdirmək olmaz. Lakin heyvanlarda 
və insanda həyat fəaliyyətinin sutkalıq tsiklliyi növün 
anadangəlmə xassəsinə keçir, yəni daxili ritmlər təşəkkül tapır. 
Bu ritmlər orqanizmə vaxtı hiss etməyə kömək edir, orqanizmin 
bu qabiliyyəti 
«bioloji saat» 
adlandırılır. Bu başqa yerlərə 
köçdükdə quşların günəşə görə hərəkətində köməklik göstərir və 
ümumiyyətlə, təbiətin daha mürəkkəb ritmlərində orqanizmlərə 
istiqamət verir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin