olur. Torpaq soğulcanları gilli, gillicəli və qumluca torpaqlarda
aktiv hərəkət edərək onun məsaməliyini artırır.
Mühüm kimyəvi faktorlara torpaq mühitinin reaksiyası və
duzluluğu sayılır. Mühitin reaksiyası bir çox heyvan və bitkilər
üçün olduqca mühüm faktor hesab olunur. Quru iqlim şəraitində
neytral və qələvi, rütubətli rayonlarda isə turş torpaqlar üstünlük
təşkil edir. Taxılların çoxu neytral və zəif qələvi torpaqlarda
(məs. qaratorpaq) yaxşı məhsul verir.
Duzlu torpaqlarda suda
həll olan duzların miqdarı izafi həddə çatır. Duzlu torpaqların
şoran və şorakət tipləri mövcuddur. Duzlu torpaqların
özünəməxsus flora və faunası var. Burada bitkilər duzların
konsentrasiyası və tərkibinə davamlıdır, lakin müxtəlif bitki
növləri müxtəlif cür uyğunlaşmışdır. Duzadavamlı bitkilər
halofitlər adlanır.
Torpağın müxtəlifliyi onun müxtəlif ölçülü orqanizmlər üçün
müxtəlif mühit yaratmağa imkan verir. Torpaq mühitinin
mürəkkəbliyi çox müxtəlif fəaliyyətli qruplaşmaların –
aerobların və anaerobların, üzvi
və mineral birləşmələrdən
istifadə edənlərin məskunlaşması üçün müxtəlif cür şərait
yaradır.
Mikrofauna
(ibtidailər, rotatorilər, ərincəklər, nematodlar və b.)
adlanan qruplaşmada birləşən kiçik torpaq heyvanları üçün
torpaq mikro su hövzəsi hesab olunur. Əslində onlar su
orqanizmləridir. Onlar qravitasiya və kapilyar su ilə dolmuş
torpaq məsamələrində yaşayırlar, həyatlarının
bir hissəsini isə
mikroorqanizmlər kimi pərdə suyunun hissəcikləri səthində
adsorbsiya olunmuş vəziyyətdə keçirə bilir. Bu növlərin çoxu su
hövzələrində yaşayır. Lakin onların torpaq formaları şirin su
növlərindən kiçik olur, bununla yanaşı, əlverişsiz dövrlərin
sonunu gözləyərək uzun müddət sistalaşmış
vəziyyətdə qalmaq
qabiliyyətinə malikdirlər. Halbuki, şirin su amyoblarının ölçüləri
50-100 mkm olduğu halda, torpaq amyoblarının ölçüsü cəmi 10-
15 mkm olur. Qamçılıların ölçüləri xüsusilə kiçik, cəmi 2-5
mkm olur. Torpaq infuzorları da karlik ölçüsündə olur və
bədənlərinin formalarını kəskin dəyişə bilirlər. Hava ilə tənəffüs
edən bir qədər iri heyvanlar üçün torpaq kiçik mağara sistemi
sayılır. Belə heyvanlar mezofvuna adlanan qrupda birləşir.
Torpaq mezofaunasının nümayəndələrinin ölçüləri millimetrin
onda bir hissəsindən 2-3 mm-ə qədər olur.
Bu qrupa əsasən
buğumayaqlılar, gənələrin bir sıra qrupları, ilk qanadsız
həşəratlar, qanadlı həşəratların xırda növləri və s. daxildir.
Onların xüsusi qazımağa (eşməyə) uyğunlaşma üzvləri yoxdur.
Mezofaunanın
bir qədər iri nümayəndələri torpaq havasında
nəmliyin aşağı düşməsinə dözmək üçün bəzi uyğunlaşmalara
malikdir: bunlardan bədəndə qoruyucu pulcuqları qismən su,
hava keçirməyən örtükləri, tənəffüsü təmin edən primitiv
sistemli epikutikula ilə başdanbaşa qalındivarlı zirehi göstərmək
olar. Torpaq su ilə basıldıqda mezefaunanın
nümayəndələri
həyatını havanın qovuqcuqlarında keçirir. Hava heyvanların
tüklə və pulcuqlarla örtülü sukeçirməyən bədənlərinin ətrafında
yığılaraq saxlanılır. Havanın qovuqcuqları xırda heyvanlar üçün
özünəməxsus «fiziki qəlsəmə» vəzifəsini görür. Torpağın mikro
və mezofaunasının nümayəndələri torpaq donuşluğunu keçirmək
qabiliyyətinə malikdirlər, belə ki, növlərin əksəriyyəti donmağa
məruz qalan qatlardan aşağıya keçə bilmir. Bədənlərinin ölçüləri
2...20 mm olan torpaq heyvanları makrofaunanın nümayəndələri
sayılır. Bura həşəratların sürfələri, çoxayaqlılar, enxitreidlər,
torpaq soğulcanları və s. daxildir. Torpaq onlar üçün sıx mühit
olub hərəkət etmələrinə böyük mexaniki müqavimət göstərir. Bu
nisbətən iri formalar torpağın hissəciklərini aralayaraq onun
təbii boşluqlarını genişləndirmək, yaxud yeni izlər (yollar)
açmaq yolu ilə hərəkət edirlər. Hər iki hərəkət üsulu heyvanların
xarici quruluşunda iz buraxır. Qazıma (eşmə)
yolu ilə hərəkət
etməmək yalnız bədənləri kiçik en kəsiyə malik olan növlər
üçün xasdır, əyri-üyrü yollarla güclü qıvrılma qabiliyyətinə
malikdir (çoxayaqlılar, geofillər). Bədənlərinin divarları ilə
təzyiq göstərmək hesabına torpaq hissəciklərini aralayaraq
hərəkət edənlərdən torpaq soğulcanları, uzunayaqlılara aid
milçəyin
sürfələrini və b. göstərmək olar.
Torpağın meqafaunası
– əsasən məməlilərdən ibarət olub iri
yereşənlərdir. Bir sıra
növlər bütün həyatını torpaqda keçirir. Onlar torpaqda yollar və
yuvalar sistemi qazırlar. Bu heyvanların
xarici görkəmi və
anatomik xüsusiyyətləri yeraltı eşmə həyat tərzinə uyğunlaşmanı
əks etdirir. Onlar inkişafdan qalma gözlərə, qısa boğazlı
kompakt, dalğalı bədənə, qısa sıx xəz dəriyə, möhkəm dırnaqlı
güclü qazıcı sonluğa malikdirlər.
Dostları ilə paylaş: