bərk cisim olmayıb bərk hissəcikləri
hava və su ilə əhatələnən
mürəkkəb üç fazalı sistemdir. Onun boşluqları qaz qarışıqları və
su məhsulları ilə dolduğu üçün orada bir çox mikro və
makroorqanizmlərin həyatı üçün əlverişli olan olduqca müxtəlif
şərait yaranmışdır. Torpaqda bitki qalıqlarının və ölmüş
heyvanların üzvi və mineral maddələri toplanır. Bütün bunlar
torpaqda həyatın dolğunluğunu təyin edir. Torpaqda yerüstü
bitkilərin kök sistemi yerləşir.
Torpaqda bitki, göbələk, külli
miqdarda göy-yaşıl, yaşıl, sarı-yaşıl yosunlar məskunlaşır. Onlar
həm torpağın səthində, həm də üst qatlarında yaşayaraq üzvi
maddələri fotosintez edir, torpağı oksigenlə zənginləşdirir, göy-
yaşıl yosunların bəzi növləri isə havadan azotu fiksə edir.
Burada həm də çoxlu miqdarda saprofit göbələklər inkişaf edir.
Bir qram qara torpaqda 10 milyarda, yaxud 10t//ha-dək canlı
orqanizmlər olur,
sporlu-sporsuz bakteriyalar, ibtidailər,
aktinomisetlərə təsadüf edilir. Torpaq litosferin süxurlarından
bitkilərə həyat, heyvanlara və insana qida verən münbitliyi ilə
fərqlənir.
Torpağın münbitliyi – onun bitkilər tərəfindən mənimsənilən
qida maddələri, rütubətlik və s. ilə təminetmə və məhsulvermə
qabiliyyətidir. Torpağın münbitliyi iki cür olur:
təbii və süni
.Təbii münbitlik təbii ekoloji faktorlar və torpaqəmələgətirən
proseslərin kombinasiyasından və qarşılıqlı təsirindən asılı olur.
Süni münbitlik insanların torpağa aqronomik təsirindən
yaradılır. Təbii münbitlik sabit xassə deyil, dinamik xassədir və
torpaqdan səmərəli istifadə olunduqda onun münbitliyi daha da
arta bilər. Məlum odduğu kimi, torpaq bərk, maye və qazşəkilli
komponentlərdən ibarət olub özündə canlı makro və
mikroorqanizmləri cəmləşdirir (bitki və heyvan). Bərk
komponentlər torpaqda üstünlük
təşkil edib mineral və üzvi
hissələrdən ibarətdir.
Torpağın üzvi hissəsi mürəkkəb üzvi maddə sayılan humusdan
ibarətdir. Humus torpağın bitki və heyvan qalıqlarının
fizikibiokimyəvi çevrilməsi nəticəsində əmələ gələn tünd rəngli
üzvi hissəsidir. Humusda mikroorqanizmlərin köməyi ilə
bitkilərin ala bildiyi əsas qida elementləri (azot, fosfor, kükürd,
karbon və s.) vardır. Humus torpağın məhsuldarlığını artırır,
onun bioloji aktivliyini yüksəldir. Qaratorpaq humusla ən zəngin
və ən münbit torpaq hesab olunur. Torpağın maye komponenti
müxtəlif vəziyyətlərdə ola bilər: 1) azad su – torpağın
daha iri
məsamələrini tutaraq öz ağırlıq qüvvəsi ilə tədricən aşağı sızır;
2) əlaqəli (hiqroskopik və pərdə suyu) su – torpaq
hissəciklərinin səthi ilə möhkəm adsorbsiya olunaraq onların
üzərində pərdə əmələ gətirir; 3) kapilyar su-kiçik məsamələri
tutaraq orada müxtəlif istiqamətlərdə hərəkət edə bilər; 4) buxar
suyu – torpaq havasının tərkibində olur. Bitkinin kök sistemi
üçün ən asan istifadə oluna bilən (əlverişli)
azad və kapilyar,
çətin istifadə oluna bilən əlaqəli (pərdə) su forması hesab
olunur,buxar halında olan su isə böyük rol oynamır. Torpağın
bütün maye komponentləri torpağın məhlulu adlanır. Onun
tərkibində nitratlar, bikarbonatlar, fosfatlar,
sulfatlar və digər
duzlar, həmçinin suda həll olan üzvi turşular, onların duzları,
əsasən azad və kapilyar suda olan şəkər olur. Əlaqəli suda
maddələr çətin həll olur. Məhlulun konsentrasiyası torpağın
rütubətliyindən asılıdr.
Dostları ilə paylaş: