1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ


/BİOSENOZDA ORQANİZMLƏRİN ƏLAQƏLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   13   14   15   16   17   18   19   20   ...   37
Ekoloji təhlil mühazirələr

 
8/BİOSENOZDA ORQANİZMLƏRİN ƏLAQƏLƏRİ. 


Biotop daxilində yayılmış bütün canlılar- müxtəlif növlər və hər 
bir növü təşkil edən fərdlərin təbii qrupları biosenozları əmələ 
gətirir. 
Biosenoz- quru və su hövzəsinin eyni (oxşar) sahəsini tutan, 
orada yaşayan bir-biri ilə və abiotik amillərlə əlaqəsi olan bitki, 
heyvanlar və mikroorqanizmlərin məcmusudur. 
Bioloji dövranda iştirakına görə biosenozda əsas 3 orqanizmlər 
qrupu olur: 
1.avtotrof orqanizmlər- q/üzvi maddələrdən üzvi maddələr 
əmələ
2.heterotroflar- hazır üzvi maddələrlə qidalananlar. Bura insan 
,heyvanlar və bəzi bitkilər (göbələklər) və mikroorqanizmlər 
aiddir 
3.redusentlər-orqanizmin parçalanmış qalıqları ilə qidalanan 
saprofitlər aiddir. Bu orqanizmlər öz həyat fəaliyyəti prosesində 
ölü kütlənin və qismən biokütlənin mürəkkəb üzvi maddələrini 
sadə birləşmələrə çevirir, yəni minerallaşdırır. 
Biosenozlar növlərin zənginliyi və kasadlığına görə iki yerə 
ayrılır. Şimal tundrada istiliyin defisitliyi şəraitində, susuz isti 
səhralarda qruplaşmalar olduqca kasatlaşır, çox az növlər
əlverişsiz şəraitə uyğunlaşa bilirlər. Əksinə həyat üçün abiotik 
mühit şəraiti optimuma yaxınlaşdıqda olduqca zəngin növə 
malik olan qruplaşmalar(biosenozlar) əmələ gəlir. Buna tropik 
meşələri, çox müxtəlif orqanizmlərlə zəngin olan mərcan 
riflərini misal göstərmək olar.
Hər bir biosenozda müəyyən bir növ üstünlük təşkil edir. Məhz 
onlar arasında olan əlaqələr bütövlükdə biosenozun fəaliyyətini 
müəyyənləşdirir. Sayına görə üstünlük təşkil edən növ dominant 
növ adlanır. Məs., şam ağacı meşələrində şam ağacı, yovşan 
yarımsəhralarında yovşan dominantlıq təşkil edir.


Biosenozda orqanizm əlaqələrinin 4 tipi vardır: trofik, topik, 
forik, fabrikasiya. 
Trofik əlaqələr- bir növün digər növün fərdinin hesabına 
qidalanması zamanı baş verir. Iynəcənin digər həşəratı uçan 
zaman , peyin qurdu böcəyinin iri dırnaqlıların peyini ilə 
qidalanması, arının bitki nektarının toplaması onlara qida olan 
növlə bilavasitə trofik əlaqəyə girməsi deməkdir. 
Topik əlaqələr- bir növün həyat fəaliyyəti nəticəsində digər 
növün yaşayış şəraitinin dəyişməsi ilə xarakterizə olunur. 
Milçək sürfələrinin inək peyinində məskunlaşması, ağacın 
gövdəsindəki şibyələr buna misal ola bilər.
Forik əlaqələr- bir növün digər növün yayılmasındakı iştirakı 
deməkdir. Heyvanların bitki toxumlarını, sporlarını,tozcuqları 
bir yerdən başqa yerə aparması buna misaldır. Heyvanlar bitki 
toxumlarını passiv və aktiv üsulla saxlaya bilirlər. Passiv tutma 
heyvanın bədəninin təsadüfən bitkiyə toxunması ilə baş verir. 
Aktiv 
ilişmək 
üsulu-heyvanların 
bitkinin 
meyvə 
və 
giləmeyvəsini yeməklə baş verir. Həzm olunmayan toxumları 
peyinlə bərabər xaric olur. 
Fabrikasiya əlaqələri- növ öz tikintisində (fabrikasiyada) 
ayrılma məhsullarından ,digər növün canlı fərdlərindən istifadə 
edir. məs.,quşlar yuvasını qurmaq üçün ağacların budaqlarından, 
məməlilərin tükündən istifadə edir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin