Ağır metallarla çirklənmə və onun insan sağlamlığına
təsiri
vanadium, nikel, dəmir, marqans, civə, kadmium, kobalt, mis,
qurğuşun, arsen, qalay, sürmə, selen, xrom və sink şərti olaraq
ağır metallar adlanır. Təbiətdə ağır metalların əksəriyyəti yalnız
çox az konsentrasiyada bitkilər və bakteriyalar üçün əlverişlidir.
Dəmir, mis, sink, selen, marqans, molibden və bəzi digər
elementlər mikrodozalarda canlı orqanizmlər üçün zəruridir.
Onlar yalnız böyük, izafi dozalarda təhlükəlidir. Qurğuşun,
kadmium, arsen, civə və onun birləşmələri istənilən
konsentrasiyada əksər ali bitkilər və bir çox digər bitkilər üçün
zəhərlidir. Lakin son tədqiqatlar göstərdi ki, hətta civə kimi
toksik element mikroorqanizmlərdə leykositlərin aktivliyini və
maddələr mübadiləsini.
Qurğuşun
(Pb) Ən toksik metallardan biri olub ətraf mühitə
etilləşdirilmiş benzinlə işləyən avtomobillərin tullantıları ilə,
metallurgiya
müəssisələri,
poliqrafiya
müəssisələri,
maşınqayırma istehsalı, akkumulyator istehsalı və digər
qurğuşun tərkibli məhsullar istehsal edən müəssisələrin
tullantıları ilə daxil olur. Etilləşdirilmiş benzindən bir çox
ölkələrdə istifadə edilməsinin qadağan olunması ilə əlaqədar
son illər atmosfer havasında qurğuşunun konsentrasiyası xeyli
azalmışdır. Qurğuşunun yol verilən konsentrasiyası (YVK)
atmosfer havasında 0,3 mkq/m3 , su mənbələri suyunda 30
mk/m3 (ÜST-nin tövsiyəsinə əsasən – 10 mk/l) müəyyən
edilmişdir.
Ətraf mühitdə qurğuşunun miqdarı. Hazırda praktiki olaraq ətraf
mühitin bütün komponentləri qurğuşunla çirklənməyə məruz
qalmışdır. Atmosfer havasından başqa qurğuşuna içməli sularda,
torpaqda və qida məhsullarında da rast gəlinir.. İzafi miqdarda
qurğuşun içməli suya metallurgiya və digər istehsalatlara yaxın
yerləşən yaşayış məntəqələrində daxil ola bilər. Əlvan metallar
istehsal edən şəhərlərdə torpağın tərkibində qurğuşunun miqdarı
1000-2000 mq/kq-a çata bilər. Torpağın qurğuşunla yüksək
səviyyədə çirklənməsi, xüsusilə, qurğuşun əridilməsi və
qurğuşuntərkibli akkumulyatorlar istehsal edən müəssisələr
yerləşən şəhərlərdə müşahidə olunur. Rusiyada belə şəhərlərdən
Vladiqafqaz (Şimali Osetiya), Krasnouralski, Çelyabinski,
Novosibirski, Kursk, Sibirsk, Podolski (Moskva vilayəti), Sankt-
Peterburq (akkumulyator istehsal edən yaşayış rayonunun
yaxınlığında) və b. göstərmək olar. Torpağı yüksək səviyyədə
qurğuşunla çirklənən şəhərlərdə sahə kənd təsərrüfatı məhsulları
üçün istifadə olunduqda təbii ki, qurğuşun qida məhsuluna
keçir..
Qurğuşunun sağlamlığa təsiri. Qurğuşunun insanlara təsiri ən
qədim zamanlardan məlumdur. Qədim Romada qurğuşun bahalı
qabların hazırlanmasında, şərab istehsalında, su kəməri
borularında istifadə edilirdi. Bunun nəticəsində romalılar
qurğuşunla zəhərlənmədən əziyyət çəkirdilər, bunu Roma
zadəganlarının sümüklərində qurğuşunun yüksək səviyyədə
olması təsdiq edir. Qədim Romanın zəifləməsi (dağılması)
səbəblərindən biri, Roma zadəganlarının qurğuşunla xroniki
zəhərlənməsi
rəvayəti
mövcuddur.
İnsan
orqanizminə
qurğuşunun əsas hissəsi (70-80%) qida ilə, 10%-dən çoxu su ilə,
2-25%-ə qədəri isə atmosfer havasından daxil olur. Siqaret
çəkənlər hər siqaret dənəsindən əlavə olaraq 1 mkq qurğuşun
qəbul edir. Qurğuşun respirator (nəfəs) və mədə-bağırsaq
traktından keçdikdə orqanizm tərəfindən sorulur. Qana daxil
olan qurğuşunun hamısı eritrositlər tərəfindən absorbsiya olunur
və
sümüklərdə
toplanır.
Qurğuşunun
sümüklərdən
yarımtəmizlənməsi 27 il davam edir. Bir çox tədqiqatların
məlumatına əsasən müasir insanın orqanizmində qurğuşunun
miqdarı bizim əcdadlarımızda olan «təbii» səviyyədən 100 dəfə
artıqdır. Qurğuşunun yüksək konsentrasiyası reproduktiv, əsəb
(sinir), ürək-damar, immunitet və endokrin sistemlərinin
dəyişməsinə səbəb olur. Qurğuşunun təsirilə fəhlələrdə mərkəzi
əsəb sisteminin zədələnməsi astenik sindromla (kəskin zəiflik,
yuxunun pozulması, baş ağrıları, hafizənin və diqqətin aşağı
düşməsi), qorxu hissinin, depressiyanın formalaşması ilə
səciyyələnir, hərəkət pozuntuları ilə müşayiət olunur (iflicə
qədər).. Qurğuşunla 10 ildən artıq təmasda olan adamlarda
xroniki nefropatiyanın inkişaf risk dərəcəsi çoxalır, böyrək
xəstəliklərindən ölənlərin sayının artması müşahidə olunur.
Qurğuşunun təsirindən həm də xüsusilə çirklənmə rayonlarının
yaxınlığında yaşayan uşaqların sidikayırma sistemi əziyyət
çəkir. Onların sidiklərində oksalatların miqdarının və sidiyin
fiziki-kimyəvi xassələrinin dəyişməsi qeydə alınmışdır. İnsanın
orqanizminə daxil olan qurğuşun sümüklərdə toplanır.
Qurğuşunun əhalinin sağlamlıq vəziyyətinə təsirinin əsas
göstəricilərindən biri onun qanun tərkibindəki miqdarı hesab
olunur.
Dostları ilə paylaş: |