xəstəliyi peyda olmuşdur. Bu, 400-600 mkq/l səviyyəsində olan
sudan istifadə olunması ilə bağlıdır. Qanq körfəzində
(Hindistan) dərin olmayan artezian quyularından çıxan
tərkibində yüksək konsentrasiyalı
arsen olan içməli sudan
istifadə edən əhalidə qaraciyər və dalağın böyüməsi, dərinin
hiperpiqmentasiyası
aşkar edilmişdir, bu arsenlə zəhərlənmə
üçün səciyyəvidir. Müəyyən edilmişdir ki,
bu xəstəliyin
yayılması insanın yaşı artdıqca çoxalır və uzun müddət arsenlə
çirklənmiş sudan istifadə olunması ilə müəyyənləşdirilir. «Qara
ayaq» xəstəliyi içməli suda arsenin miqdarı 600 mq/l olan
Şimali Çilidə qeydə alınmışdır. Əhali bu sudan 15 ildir ki,
istifadə edirdi. Banqladeşdə tərkibində 10000 mkq/l olan içməli
sudan istifadə olunması ilə əlaqədar
daxili səbəblərdən törəyən
abortların, ölü doğulmuş uşaqların və qadınlar arasında
vaxtından qabaq doğumla bağlı ölkələrin sayı artmışdır. Sidikdə
və saçlarda arsenin konsentrasiyasının öyrənilməsi diaqnostik
əhəmiyyətə malikdir. Orqanizmə daxil olan arsen saçın
strukturuna daxil olur, onun yüksək dərəcədə toplanmasını
saçlarda olan keratinin miqdarının çox olması təsdiq edir.
Dostları ilə paylaş: