1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ


Nikel (lat. niccolum, Ni)



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   29   30   31   32   33   34   35   36   37
Ekoloji təhlil mühazirələr

Nikel (lat. niccolum, Ni)
Nikel 
atmosfer 
havasına 
metallurgiya 
zavodlarının, 
mədənçıxarma müəssisələrinin, daş kömür və mazutla işləyən 
energetik qurğuları tullantıları ilə daxil olur.
Nikelin insan sağlamlığına təsiri. Orqanizmdə nikel zəruri 
elementlərdən biridir. Bitkilərdə miqdarı (yaş halda çəkisinə 
görə hesablandıqda) 5

10-5%, heyvandarlıqda 1,0

10-6%-dir. 
Heyvanların qaraciyəri, dərisi və endokrin vəzilərində olur. 
Müəyyən edilmişdir ki, o, arginaza fermentlərini aktivləşdirir və 
oksidləşdirmə proseslərinə müsbət təsir göstərir. Lakin 


normadan artıq olduqda insanda müxtəlfi xəstəliklərə səbəb 
olur. Nikelə xroniki intoksikasiya burun-udlaq və ağciyər peşə 
xəstəliklərinin baş verməsinə səbəb olur, bədxassəli yeni 
törəmələrin əmələ gəlməsinə risk yaranır, dərinin allergiya 
zədələnməsi (dermatit və ekzema) müşahidə edilir.. Həm də 
nikel istehsalı işçilərində ağciyərin xərçəngi xəstəlikləri tez-tez 
baş verməklə, eyni zamanda cavan yaşlarından başlayır.
14.Ekologiya və insan sağlamlığı 
 
RİSK FAKTORU
Risk faktoru – müəyyən xəstəliyin bilavasitə səbəbi sayılmayan, 
lakin onun baş verməsi ehtimalını artıran ümumi faktorların 
adıdır. Bura həyat şəraiti və tərzi xüsusiyyətləri, həmçinin 
orqanizmin anadangəlmə və ya qazanılan xüsusiyyətləri aid 
edilir. Onlar individiumda (fərddə) xəstəlik ehtimalını artırmaq, 
yaxud mövcud xəstəliyin gedişinə və proqnozuna əlverişsiz təsir 
göstərmək qabiliyyətinə malikdir. Adətən bioloji, ekoloji və 
sosial risk faktorları ayrılır .Əgər risk faktorlarına bilavasitə 
xəstəliyə təsir göstərən faktorlarla da əlavə edilsə, onlar birlikdə 
sağlamlıq faktorları adlanır, onlar da analoji təsnifata malikdir.
Bioloji risk
faktorlarına genetik və ontogenez dövründə insan 
orqanizminin qazandığı (əldə etdiyi) xüsusiyyətlər aiddir.. 
Hipertoniya, xora xəstəlikləri, şəkər diabeti və b. xəstəliklərə irsi 
meyillik də mövcuddur. Bir sıra xəstəliklərin, o cümlədən şəkər 
diabeti, ürəyin işemiya xəstəliyinin baş verməsinin ciddi faktoru 
köklük hesab olunur. Orqanizmdə xroniki infeksiya mənbəyinin 


mövcudluğu (məsələn, xroniki tonzillit) revmatizm xəstəliyinə 
səbəb ola bilər.
Ekoloji risk faktorları
. Atmosferin fiziki və kimyəvi xassələrinin 
dəyişməsi, məsələn, bronx ağciyər xəstəliyinin inkişafına təsir 
göstərir. Temperaturun, atmosfer təzyiqinin və maqnit sahəsinin 
gərginliyinin 
sutkalıq 
kəskin 
dəyişməsi 
ürək-damar 
xəstəliklərinin ağırlaşmasına səbəb olur. 
İonlaşmış şüalanma onkoloji faktorlardan biri sayılır. Məsələn, 
içməli suda yodun çatışmazlığı və tərkbində yodun az olduğu 
torpaqda qida məhsulu endemik zobun inkişafına səbəb ola 
bilər.
Sosial risk faktorları 
– əlverişsiz mənzil – yaşayış şəraiti, 
müxtəlif stres vəziyyəti bir çox xəstəliklərin, xüsusən ürək-
damar sistemi xəstəliklərinin risk faktoru sayılır. Pis vərdişlər, 
məsələn, 
siqaret 
çəmkə 
bronxağciyər və ürək-damar 
xəstəliklərinin baş vermə risk faktoru hesab olunur. Alkoqoldan 
istifadə edilməsi alkoqolizm, qaraciyər, ürək və başqa 
xəstəliklərin inkiaşfı üçün risk faktoru sayılır. Risk faktorları 
ayrı-ayrı individuum üçün (məsələn, orqanizmin genetik 
xüsusiyyətləri) və ya müxtəlif növlərin bir çox fərdləri (məs., 
ionlaşmış şüalanma) üçün əhəmiyyətli ola bilər. Bir neçə risk 
faktorunun birgə təsiri, məsələn köklük, hipodinamiya, 
siqaretçəkmə, karbohidrat mübadiləsinin pozulmasının birgə 
təsiri ürəyin işemiya xəstəliyinin inkişafını artırır. Xəstəliklərin 
baş verməsi və güclənməsinin profilaktikasında fərdi şəkildə 
risk faktorlarını aradan qaldırmaq, (zərərli vərdişlərdən əl 
çəkmək, idmanla məşğul olmaq, orqanizmdə infeksiya 
mənbəyini ləğv etmək və s.) işinə, həmçinin populyasiya üçün 
əhəmiyyətli olan risk faktorlarını kanarlaşdırmağa böyük diqqət 


ayrılır. Bunun üçün həm də, ətraf mühitin su təchizatı 
mənbələrinin mühafizəsi tədbirləri, torpağın və ərazinin səhiyyə 
baxımdan qorunması, təhlükəsizlik texnikasına riayət etmək və 
s. həyata keçirilməlidir. 
. İnsan yaşamaq üçün özünü ətraf mühitin əlverişsiz 
faktorlarının təsirindən mühafizə etməyə çalışırdı. Bunun üçün 
o, məskunlaşdığı yerdə süni mühit yaratmağa başladı. Lakin 
buranın da özünün risr faktorları təsirini göstərir. Bu faktorlar 
şəhər mühitində özünü kəskin təzahür etdirir. Müasir 
cəmiyyətdə aşağıdakı risk faktorları üstünlük təşkil edir: 
hipodinamiya, həddtindən çox yemək, zərərli vərdişlər, stresslər, 
ətraf mühitin çirklənməsi. Hazırkı dövrdə insanı əhatə edən ətraf 
mühitin neqativ təsirləri aşağıdakı proseslərlə təzahür olunur: 
bioritmlərin pozulması (qismən yuxunun), əhalinin allergiyaya 
tutulması, onkoloji xəstəliklərin çoxalması, artıq çəkili 
adamların sayının çoxalması, vaxtından əvvəl doğulan uşaqların 
artması, akselerasiya, həyatın təşkilində abioloji meyillik 
(siqaret çəkmə, narkomanlıq, alkoqolluq və s.), uzağı görməmə, 
xroniki 
xəstəliklərin 
xüsusi 
çəkisinin 
artması, 
peşə 
xəstəliklərinin çoxalması və s.
Çox vaxt ritmlər asinxron olub xəstəliklərin əmələ gəlməsinə 
səbəb olur. Həyat tempinin artması, informasiyanın çoxluğu, 
arasıkəsilməz streslər yuxunun pozulmasının tez-tez baş 
verməsinə səbəb oldu. Yuxunun pozulmasında ən çox 
yuxusuzluğa rast gəlinir. Belə pozğunluq çətin yuxuya getmə, 
tez-tez oyanma və ya yuxunun qısa müddət olmasıdır. Bunun 
əksinə xarakterli əziyyət narkolepsiyaya məruz qalan xəstələrdə 
müşaidə olunur. Narkolepsiya qarşısıalınmaz yuxu tutmaları ilə 
təzahür edən xəstəlikdir. İnfeksion xəstəliklərdən (malyariya, 


epidemik ensefalit və b.) sonra kəllə-beyin travmalarında, habelə 
beyin şişlərində təsadüf edilir. Tutmalar hər cür şəraitdə 
(küçədə, söhbət zamanı, yemək yedikdə, gəzdikdə, xüsusilə 
sakit şəraitdə) gözlənilmədən baş verir. 1-30 dəq. davam edir, 
xəstə özü, yaxud yüngül təsirdən ayılır. Yuxunun digər 
pozuntusundan gecə apnoesini göstərmək olar. Bu nəfəsalmanın 
müvəqqəti dayanması olub, dilin kök hissəsinin və boğazın 
əzələlərinin zəifləməsi nəticəsində ayılma və səciyyəvi xorultu 
ilə müşayiət olunur. Bu xəstəliyin səbəblərindən biri çox vaxt 
köklük hesab olunur.
Bütün canlı varlıqlar kimi insan da Günəşdən asılıdır. Günəş 
şüası 
görmə 
analizatoru 
vasitəsilə 
insanı 
məkanda 
istiqamətləndirir, mərkəzi sinir sisteminin vəziyyətinə təsir 
göstərir. İşıq orqanizmdə fotokimyəvi proseslərə, həyatın 
sutkalıq ritminə, maddələr mübadiləsinə və s. təsir göstərir. 
Ultrabənövşəyi şüalar dəriyə təsir göstərərək, yerli və ümumi 
reaksiyaya səbəb olur: dəri qızarır, endokrin vəzilərin fəaliyyəti 
güclənir, orqanizmin reaktivliyi dəyişir. Günəş işığının təsiri ilə 
orqanizmdə «D» vitamini yaranır. Günəş radiasiyasının çoxluğu 
və azlığı sağlamlığa mənfi təsir göstərir. İşıq çatışmazlığının 
uzun müddət davam etməsi bir sıra xəstəliklərin baş verməsinə 
səbəb olur, vərəm və ürək-damar xəstəliklərinin müalicəsini 
çətinləşdirir. Günəş radiasiyasının izafiliyi zamanı immunitet 
zəifləyir, bədxassəli şişlərin yaranması təhlükəsi artır. İstilik, 
rütubətlik və işığın əmələ gətirdiyi müxtəlif birləşmələr hava 
kütlələrinin axınına, atmosfer təzyiqinə, elektrik hadisələrinə, 
yəni iqlim yaradaraq, hava amilləri vasitəsilə canlı orqanizmə 
təsir göstərir . 


 İnsan üçün ən əlverişli şərait 40-60% rütubətlik, havanın 18-20
0
temperaturudur. Təmiz hava kifayət qədər oksigenə malik 
olduğundan insanda şən əhvali-ruhiyyə, fəal iş qabiliyyəti 
yaradır. Hava insana həm hərtərəfli, həm də ayrı-ayrı 
komponentləri vasitəsilə təsir göstərir. Barometrik təzyiqin 
tərəddüdü qanın oksigenlə doymasını aşağı salır və sinir 
çıxıntılarını mexaniki şəkildə qıcıqlandırır. 
Külək dəri reseptorlarını qıcıqlandırmaqla sinir sistemini 
həyəcanlandırır, xəstə adamlarda qanaxma çətinliklə dayanır. 
Müəyyən edilmişdir ki, havanın kəskin dəyişməsi havadakı 
ionların və müəyyən yükə malik olan molekulların nisbətini 
dəyişir. Mənfi ionlar sağlamlığa müsbət, müsbət ionlar isə 
neqativ təsir göstərir. Mənfi ionlarla zəngin olan mühitdə, 
məsələn sürətli su axını olan yerin yaxınlığında tənəffüs etdikdə 
havanın rahatlayıcı, sakitləşdirici təsiri hiss olunur. Elektrik 
cihazları ilə dolu olan müsbət ionlarla zəngin mühitdə isə nəfəs 
aldıqda adam özünü pis hiss edir, baş gicəllənməsi, yuxululuq, 
beyində tormozlanma hiss olunur.
Əhalinin allergiyaya tutulması insanın immunitet sisteminin 
zəifləməsi (orqanizmin davamlığının aşağı düşməsi) və təsirinə 
hələ adaptasiya olunmamış süni çirkləndiricilərin təsiri ilə 
əlaqədardır. Bunun nəticəsində insanda bronxial-astma, dərman 
allergiyası, revmatizm, qurdeşənəyi (dəri vərəmi) və b. inkişaf 
edir. Allergiya – orqanizmin allergen adlanan hər hansı bir 
maddəyə qarşı həddən artıq həssaslığı və ya reaksiyası ilə 
müəyyən 
edilir.Orqanizmə 
görə 
allergenlər 
xarici 
(ekzoallergenlər) 
və 
daxili 
(autoallergenlər) 
olur. 
Ekzoallergenlər 
infeksion 
(xəstəliktörədən 
və 
xəstəlik 
törətməyən mikroblar, viruslar və s.) və qeyri infeksion (mənzil 


tozu, heyvanların tükü, yunu, bitkinin tozcuğu, dərman 
preparatları, digər kimyəvi maddələr – benzin, xloramin və b. 
həmçinin qida məhsulları – ət, tərəvəz, meyvə, giləmeyvə, süd 
və b.) olur. Son zamanlar ətraf mühitin çirklənməsi ilə əlaqədar 
allergiya genişlənib.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin